Şəki Ensiklopediyası:Layihə haqqında

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
Şəki Ensiklopediyası (Aze.Wiki)
Şəki Ensiklopediyasının loqosu.

Yaranma tarixi 2019
Rəsmi dili azərbaycan
Fəaliyyət göstərdiyi yer internet
Qurucusu Aydın Məmmədov
www.aze.wiki
(əvvəlki domenləri:
www.sheki.org
www.shaki.info)

Şəki Ensiklopediyası (Aze.Wiki) Şəkiyə dair azərbaycanca interaktiv bir veb-ensiklopediya və hər kəs tərəfindən redaktə edilə bilən açıq bir viki-saytdır.

Bu, 25 may 2019-cu il tarixdə yaradılmış,

8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş,

26 mart 2021-ci il tarixdən shaki.info domenində (bu domendə 2027-ci ilədək fəaliyyət göstərəcəkdir),

11 mart 2024-cü il tarixdən sheki.org domenində fəaliyyət göstərməyə başlamışdır.

6 iyul 2025-ci il tarixdə isə biz üç hərfli aze.wiki domenini 3 illik ödəniş edərək satın aldıq və həmin domenə uyğun olaraq Şəki Ensiklopediyasının ikinci adını “Aze.Wiki” şəklində qəbul etdik.

26 iyun 2024-cü il tarixdə saytın redaksiyası “Şəki Ensiklopediyası” MMC olaraq dövlət qeydiyyatına götürülüb (VÖEN 3003797661).

30 sentyabr 2024-cü il tarixdə “Şəki Ensiklopediyası” MMC media subyekti və “Şəki Ensiklopediyası” jurnalı çap mediası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib.

Şəki Ensiklopediyasında hamı ensiklopediklik meyarlarını və daxili üslubu gözləməklə Şəki ilə bağlı məqalə yarada, yaxud mövcud olan məqaləni redaktə edə bilər.

Hal-hazırda − 20 dekabr 2025-ci il tarixdə, UTC vaxtı ilə saat 19:58 radələrində, Şəki Ensiklopediyasında cəmi 10.067 səhifə var ki, bunlardan da yalnız 1.303-ü məqalə, yerdə qalan 8.764-ü isə köməkçi səhifələrdir (fayl, şablon, modul, ədəbiyyat və s.).

Məqalələrdən 1.280-i YM (Yoxlanılmış Məqalə) statusu daşıyır. Yerdə qalan məqalələrdə YM statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Hal-hazırda Şəki Ensiklopediyasında 19 məqalənin ensiklopedikləşdirilməsi işi başa çatmamış vəziyyətdədir və bunların arasında YM statuslu məqalələrin də ola bilməsi istisna deyil.

Məqalələrlə yanaşı, bizim saytda 180 KM (Köməkçi Məqalə) də var ki, bunlardan da hələlik yalnız 33-ü YKM (Yoxlanılmış Köməkçi Məqalə) statusuna malikdir. Onlar Şəkiyə dair olmayan məqalələrdir (əsasən, təltif, orden-medallar haqqında və s.) və onlardan 157-nin ensiklopedikləşdirilməsi işi hələ başa çatmamışdır.

Hörmətlə, Aydın Məmmədov,

Şəki Ensiklopediyasının sahibi və baş redaktoru.

E-mail: admin@sheki.org.

Tel.: +994 55 793 23 83.

Maliyyə dəstəyi Facebook qrupumuz Facebook səhifəmiz

Həmçinin, bax:[HTML redaktə]

Şəki Ensiklopediyasının tarixinə dair videolar[HTML redaktə]