Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şəki Ensiklopediyası:Baxış Qrup

Şəki Ensiklopediyası səhifəsi
(Baxış Qrup səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search

Baxış Qrup - Baxış Qrup 30 oktyabr 2021-ci ildə Ərtur Baxış Vüsal oğlunun təşəbbüsü ilə Şəki şəhərində yaradılmış şagirdlərdən ibarət könüllülük platformasıdır.

Azərbaycan Respublikası Baxış Qrup Loqo

Baxış Qrup aşağıdakı sektorlar üzrə layihələr həyatə keçirir:

  • Təhsil
  • Ekologiya
  • İdman
  • Mədəniyyət

Baxış Qrup aşağıdakı tədbirlərin təşkilatçısıdır:

  1. Azərbaycan Respublikası Şəki şəhər Kimya Biologiya Təmayüllü Respublika liseyində ağac əkmə aksiyası-16 mart 2023
  2. Azərbaycan Respublikası Şəki şəhər 5 nömrəli tam orta məktəbdə ağac əkmə aksiyası-17 mart 2023
  3. Azərbaycan Respublikas Şəki şəhər 10 nömrəli tam orta məktəbdə marifləndirmə tədbiri-5 oktyabr 2023
  4. Azərbaycan Respublikası Şəki şəhər 5 nömrəli tam orta məktəbdə"Baxış Qrup 2 il" adlı konsert proqramı-30 oktyabr 2023
  5. Azərbaycan Respublikası Şəki şəhər 5 nömrəli tam orta məktəbdə marifləndirmə tədbiri-15 fevral 2024
  6. Azərbaycan Respublikası Şəki şəhər Fizika-Riyaziyyat Humanitar Təmayüllü liseyində marifləndirmə tədbiri-16 fevral 2024

Baxış Qrup-un tərəfdaşları:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi - 2023-cü ildən.

Baxış Qrup-un məqsədi:

Şagirdlərə könüllülüyün mahiyyətinin aşılanması, təbliği üzrə geniş və davamlı şəkildə təbliğat - təşviqat işlərinin aparılması, şagirdlərdə könüllülüyün vahid məlumat bazasının inkişaf etdirilməsi, təlim-tədris proqramları və kurslarının təşkil olunması,

şagird-könüllülərin intellekt səviyyəsinin və dünyagörüşünün genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir.