Şəki (qəzet)
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Şəki | |
---|---|
Növ | Qəzet |
Baş redaktor | Akif Salamov |
Yaranma tarixi | 1921 |
Ünvanı | Şəki |
"Şəki" — 1921-ci ildən nəşr edilən və nəşri davam edən qəzet.
Tarixi[redaktə | HTML redaktə]
İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında nəşri dayandırılmış, onun bazası əsasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adlı qəzet nəşrə başlamışdır. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) həmin qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. "Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, həmin qəzet bir daha çap edilməmişdir. Əvəzində, 2 iyul 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edilmişdir[1]. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı[2] və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu. 18 mart 1968-ci ildə Nuxa şəhərinin və Nuxa rayonunun adları müvafiq olaraq “Şəki şəhəri” və “Şəki rayonu” olaraq dəyişdirildikdən sonra "Nuxa fəhləsi" qəzetinin adı da "Şəki fəhləsi" olaraq dəyişdirildi. 1991-ci ildən sonra isə qəzet "Şəki" adı ilə nəşr edilir.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
İstinadlar[redaktə | HTML redaktə]
- ↑ "Nuxa fəhləsi" qəzetinin 6277/53-cü sayı 6 may 1962-ci il tarixdə, 6802/1-ci sayı isə 6 may 1962-ci il tarixdə çap olunmuşdur. Başqa sözlə, 2 iyul 1965-ci il tarixdə "Nuxa fəhləsi"nin nəşri bərpa edilərkən, qəzetin çıxmadığı dövrlərdə Nuxada nəşr olunan "Lenin bayrağı" qəzetinin 525 sayı da "Nuxa fəhləsi" qəzetinin say hesabına əlavə edilmişdir.
- ↑ ASE,II cild, Vartaşen rayonu məqaləsi (səh.: 411).