Ədəbiyyat:Oxud məktəbinin maarif pərvanələri
XX – XXI əsr Şəki ədəbi-mədəni mühiti seriyasından
Oxud kəndinin maarif pərvanələri: Ensiklopedik toplu. Bakı: “Elm və təhsil”, (hələ çap plunmayıb), 332 s.
Kitab öz əsrarəngiz gözəlliyi, tarixi və dini-mənəvi abidələri ilə Azərbaycana səs salmış qədim Oxud kəndində məktəb tarixinə, yarandığı gündən bu günədək kənd məktəbində dərs demiş şanlı müəllimlərin ömür yolu və pedaqoji fəaliyyətinə həsr edilmişdir. Topluda yer almış mənəviyyat memarları olan müəllimlərin ömür yolu inanmaq olar ki, gənc nəslin mənəvi tərbiyəsində örnək rolunu oynayacaq, Şəkidə məktəb tarixinin araşdırılmasında müstəsna əhəmiyyət kəsb edəcəkdir.
Müəllifdən: Kitab Azərbaycanda pedaqoji fikir tarixinin araşdırıcıları və Şəkinin təhsil tarixi ilə maraqlanan mütəxəssis oxucular, Oxud kənd məktəbinin inkişaf tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir”, – Heydər Əliyev.
OXUD MƏKTƏBİNİN MAARİF PƏRVANƏLƏRİ[HTML redaktə]
Cəmiyyətdə müəllim peşəsi həmişə hörmətli peşələrdən biri olmuşdur. Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünyagörüşünün formalaşması, yəni gələcək mütəxəssisin ilk hazırlığı orta məktəb illərindən başladığı üçün hər bir valideyin məktəb yaşına çatmış övladını müəllimə etibar edir. Əsl müəllim isə həmişə əsl insan, yaxşı şagird yetişdirməyə çalışır.
Müəllim - zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, hikkədən kənar, qürurdan uzaq, bar verən ağac kimi başıaşağı, gülməsi təbəssüm, millətin, xalqın yükünü çiynində daşıyan fədaidir. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən, ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən bir anadır. O, xətaları görən, ancaq sahibinə söyləməyən, əməlləri ilə onlara örnək olmağa çalışan bir insandır. Onun örnəyi elə onun həyatıdır. Əsl müəllim bildikləri ilə kifayətlənməyərək hər gün elmin bağçasından yeni-yeni biliklər öyrənər. Bildiklərini şagirdləri ilə paylaşmağı özünə sevinc hesab edər. İnsani münasibətlərdə insanlara insan olduğu üçün dəyər verər. Müəllim insan memarı, ümid qəhrəmanı, məhəbbət dolu bir qəlb, ismətliylə bir örnəkdir. Elə bir örnək ki, uşaq təfəkkürümüzdə saf, təmiz, əxlaqlı mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə yanımızda olan bir örnək. Anadan sonra yer üzünün fədaisi müəllimdir. İnsan məxluq, elm isə Allahın mülküdür. Müəllim isə elm mülkünün Allahın bəndəsinə ötürücüsüdür. Ən böyük ötürücü isə Hz.Məhəmməd (səllalahü aleyhi və alihi salam) dır. ― Alimlər mənim varislərimdir , ― Alimin ölümü yerdə aləmin ölümüdür deyən peyğəmbərimiz, elm sahiblərinin alim olmasında da müəllimin roluna müstəsna əhəmiyyət vermişdir. Müəllim könül insanı, qəlb dostu, həqiqət carçısı bəşəriyyətin iftixarı dünya və axirət günəşidir. O, dinləyicisinin mənəvi dünyasına baş vuraraq onun nəfsinin təmizliyini, əxlaqının gözəlliyini təmin edər. Beləliklə, müəllim əməyi sayəsində dil qəlbin tərcümanına, göz də qəlbin aynasına çevrilər. İnsan onun vasitəsi ilə kainatda bütövləşər, özünə yer tapar. Məktəb-müqəddəs bir məbəddir. Müəllim isə burada maarif, fəzilət, sevgi qapılarını insanların üzünə açandır. Hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Hələ Keçmiş Sovet İmperiyasında 1965-ci il qərarı ilə qeyd edilən müəllim günü ölkəmiz müstəqillik qazandıqdan sonra isə oktyabrın ilk bazar günü daha geniş qeyd edilir. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.
Ümummilli liderimiz Heydər Əliyev də həmişə müəllim haqqında xoş sözlər söyləmişdir.O, öz müəllimlərini həmişə minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Onun ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimələrimiz diqqət mərkəzində olmuş, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalınmışdır. Aqillər deyib ki, uşaq beyni ağ vərəqə bənzəyir: Oraya nə yazılsa əbədi qalar. Demək sağlam fikirli, aydın düşüncəli, cəmiyyət üçün gərəkli övladlar böyütmək üçün o ağ vərəqə dəyərli amillər, xeyirxahlıq, vətənpərpərvərlik, saflıq-paklq, səmimiyyət bildirən hissləri hopdurmalı, düşüncələrinə ağı-qaradan seçməyi yazdırmalıyıq. Bu gün təmiz beyinlərə elə toxum səpməliyik ki, sabah özümüz utanmayaq. Bütün bunları öyrənmək üçün bir məkan – məktəb, öyrətmək üçün isə bir insan var – müəllim. Bu günün müəllimləri də daima şagirdlərinə vətənpərvərlik, xeyirxahlıq, hörmət və bu kimi insani xüsusiyyətləri aşılamalıdırlar.
Zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar söylənilib. Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”.Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı”. Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün sayır, Həzrəti Əli isə: “mənə bir hərf öyrədənin qulu olmağa hazıram”,- deyirdi. Nizami Gəncəvi müəllimi Günəşə bənzədirdi. L.N.Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim əla müəllimdir.
Məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Böyük maarifçi Həsən bəy Zərdabi demişdir: “Hər bir xalqın xoşbəxtliyi və ya bədbəxtliyi, uşaqların tərbiyəsinin necə qoyulmasından asılıdır”. Uşaqların tərbiyəsində isə əsas yük müəllimlərin çiyninə düşür. Bütün peşələr gözəldir, gərəklidir. Lakin müəllimin yetişdirdiyi məhsul insan olduğundan və cəmiyyətin gələcəyi bundan asılı olduğundan müəllimlik peşələrin ən şərəflisi, ən müqəddəsidir. Müəllimlik fəaliyyətinin məsuliyyətini diqqətə çatdıran görkəmli ədəbiyyatşünas F.Köçərli yazırdı ki, bir milləti məhv etmək istəsən onun həkimini kəmsavad, müəllimini savadsız et, çünki biri millət daşıyıcısının cismini, digəri isə beynini xarab edir. Çex pedaqoqu Y.A.Komenski biliksiz müəllimi susuz bulağa, işıqsız lampaya bənzədirdi. Elə buna görədir ki, müəllimə nahaq yerə ziyalı demirlər. Müəllim öz ziyası, nuru ilə təkcə şagirdlərinin ömür yoluna deyil, bütün cəmiyyətə işıq saçır. Hər şeydən əvvəl hər bir müəllim özü yüksək mənəvi keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, ən əsası, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə olmalıdır. Müəllim unutmamalıdır kı, onun yetişdirdiyi hər bir şagird qiymətli bir xəzinədir, gələcəkdə xalqımıza xeyir verəcək layiqli bir vətəndaşdır. Görkəmli maarifçi Soltan Məcid Qənizadə müəllim əməyinin nəticələrini dəyərləndirərək yazırdı: “Müəllimin evi kitabxanadır, bu evin bəzəyi, var-dövləti onun şagirdləridir, bu evin musiqisi onun şagirdinin cəmiyyətdəki əks – sədasıdır, müəllimin qazancı isə millətinin və şagirdlərinin ona olan sevgisi, hörmət və ehtiramıdır” Dahi Nəsrəddin Tusi demişdir: “İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir.
Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır. Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir.Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, hər il keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyəli varlıqlardır müəllimlər. Müəllim mövzusu geniş və hərtərəfli mövzudur.
Əziz oxucu! Gedəcəyimiz yol çətin və şərəfli yoldur. Böyük Yaradanın köməyinə sığınıb bu müqəddəs yola qədəm basırıq. Şəkinin Oxud kəndinin qədim tarixinə, keçmişinə, bu gününə və gələcəyinə gedən yolun bu ikinci addımıdır. Artıq bu sətirlərin müəllifinin müəllifliyi ilə bu diyarla bağlı birinci kitab qələmə alınıb və 2006-cı ildə “Qədim türk-oğuz yurdu Oxud” adı altında nəşr olunub.
ŞƏKİDƏ VƏ OXUD KƏNDİNDƏ MƏKTƏB TARİXİNƏ QISA EKSKURS[HTML redaktə]
XIX əsrin I yarısında Şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğal edildikdən sonra cəmiyyətin ayrı-ayrı sahələrində islahatlar aparmaq zərurəti yarandı. Ölkədə ümumi təhsilin inkişafına o dəqər də diqqət ayırmayan çar mütləq monarxiyası məcbur idi ki, silki səciyyə daşıyan təhsil sistemini formalaşdırsın. Digər tərəfdən tədqiqatçılar çox doğru olaraq qeyd edirlər ki, Rusiyanın təhsil maraqları onun işğalçılıq məqsədlərindən doğurdu. Çünki çarizm yerli xalqı idarə etmək üçün mütləq onun dilini bilmək, öz dilini isə yerli xalqa öyrətmək üçün rusdilli məktəblər açmağa məcbur idi. Çarizmin təhsilin inkişafına yönəlmiş digər maraqlarından biri hökumət üçün məmurlar hazırlamaq, sədaqətli qulluqçular yetişdirmək, aristokrat sistemi daha da inkişaf etdirmək və digər dövlətlərlə münasibətlərdə təhsil maraqlarındakı balansı qorumaq idi. Ölkədə kapitalizmə doğru yönələn inkişaf meylləri də təhsilin inkişafını zəruri edirdi. XIX əsrin 30-40-cı illərindən etibarən Azərbaycanda rusdilli məktəb quruculuğu şəbəkəsi genişlənməyə başlamışdı. XIX əsrin əvvəllərində (1801) Gürcüstan Rusiyaya birləşdirildikdən sonra Tiflisdə təhsilin rus dilində verildiyi ilk məktəbin əsası qoyulmuşdu. Tiflis hərbi qubernatoru, general-adyutant Sipyagin 1827-ci ildə Zaqafqaziyanın bir sıra şəhərlərində, o cümlədən Nuxa, Şamaxı, Bakı, Qazax və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü [12, s. 8-9]. Əhalisinin əksəriyyəti savadsız olan Şəkidə 1831- ci ildə qəza məktəbi açıldı [5,s.55]. Çarizmin bu məktəbi açmaqda məqsədi yerli varlıların uşaqlarından çar məmurları, əsasən, tərcüməçilər hazırlamaq idi. 1831-ci ilin dekabr ayının 30-da ilk dəfə fəaliyyətə başlayan Şəki qəza məktəbinin şagird kontingentinin tərkibi də bu məktəbin qapılarının yoxsullar və imkansızların üzünə bağlı olduğunu göstərirdi. 1883-cü ildə Şəki qəza məktəbində təhsil alanların ümümi sayı 29 nəfər idi. Bu isə qəza əhalisinin hər 4 min nəfərindən birinin bu məktəbdə oxuması demək idi [1, 227-228].
XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, milli dramaturgiyamızın və realist nəsrimizin banisi M.F.Axundzadə (1812-1878) ilk rus dilində təhsilini həmin məktəbdə almışdı. XIX əsrin birinci yarısında çarizmin yerli xalqların mədəniyyətinin inkişafına mane olmasına baxmayaraq Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şəkidə maarif və mədəniyyətin inkişaf etdirilməsi yolunda bir sıra addımlar atıldı.
1859-cu ildə Şamaxı şəhəri zəlzələ nəticəsində dağıldıqdan sonra quberniya mərkəzi Şamaxıdan Bakıya köçürüldü. Şamaxı quberniyası Bakı quberniyası adlandırıldı. Mərkəzi Nuxa şəhəri olan Nuxa qəzası həmin quberniyanın tərkibində qaldı. 1868-ci ildə yeni Yelizavetpol quberniyası yaradıldıqda isə Nuxa qəzası bu quberniyanın tərkibinə daxil edildi.
XIX əsrin ikinci yarısında Şəkidə təhsilin inkişafını səciyyələndirən əsas amillərdən biri sənətkarlığın inkişaf səviyyəsi idi. “Əsrin ikinci yarısında Şəkidə sənətkarlıq daha da inkişaf etməyə başlayır, onun bir çox yeni sahələri yaranırdı. 1862-ci ildə Şəkidə sənətkarların sayı 1735-ə çatırdı ki, onlardan 592-si usta, qalanlar isə usta köməkçiləri və şagirdləri idi. 1866-cı ildə Şəkidə 31 zərgər emalatxanası işləyirdi” [8,s. 23]. Daha çox təhsil alanlar mollaxana və mədrəsə məktəblərinə çəlb olunmuşdu.Əhali arasında xurafata, kortəbii ibadətə meyllilik həm çarizmə, həm də xalqı itaətdə saxlamağa çalışan din xadimlərinə qol-qanad verirdi. Anadilli məktəblərin açılması çarizm üçün maraqlı və əhəmiyyətli deyildi.
Əsrin birinci yarısında olduğu kimi, ikinci yarısında da Rusiyada yaşayan xalqları cəhalətdə saxlamağa çalışan çar höküməti nəinki məktəb açmaq haqqında fikirləşir, hətta belə bir uydurma irəli sürürdü ki, müsəlmanlar elm öyrənməyə heç bir ehtiyac hiss etmirlər. Şəki əhalisinin hər cür marağına, məktəb binası üçün hökumətə kömək etməyə hazır olduqlarına baxmayaraq, çar hökuməti məktəb açmaq fikrində deyildi. 1855-ci ildə Şəkidə cəmi bir dövlət məktəbi var idi. Buna görə də bütün Azərbaycanda olduğu kimi, Şəki qəzasında da maarifin əsas ocağı xüsusi məktəblər idi. Xüsusi məktəblərin sayı 32 idi, lakin onların xeyli hissəsi ruhani məktəbləri idi. 1850-ci ildə hökumət məktəbində 72, 1863-cü ildə 56 nəfər təhsil alırdı. Digər xüsusi məktəblərlə birlikdə 1863-cü ildə dünyəvi təhsil alanların sayı 98, ruhani məktəblərdə oxuyanların sayı 1830-a çatırdı [5,s. 98-99]. Bu rəqəmlər, əhalisi 20 minə yaxın olan şəhərdə (Şəki şəhəri nəzərdə tutulur – K.A) dünyəvi təhsilin vəziyyətinin nə qədər acınacaqlı olmasını nəzərimizə çatdırır. O illərin qaranlıq mühitini, savadsızlıq və cəhalətpərəsliyin acı mənzərəsini əks etdirən Ələşrəf Kərimov “Şəki keçmişdə və imdi” adlı məqaləsində yazır: “İctimai həyat tam mənasıyla sönük və yox kibi idi. Əhalinin qismi-əzəmini təşkil edən qadınlar işıqlı dünyaya həsrət idilər. Öz ərindən, qardaşından, ata və ən yaxın qohumundan başqasıyla söyləşən qadınların qanını ruhanilər halal buyurmuşdular. Qız ikən ata və qardaşının, daha sonra ərinin itaətində olmağa məhkum edilən qadınların yığıncaqları yalnız yas yerləri və təziyəxanalar olardı ki, burada da ağlamaqdan başqa bir iş görməzlərdi... Bütün həyatını ağlamaqda keçirən bəşərin əhvalı-ruhiyyəsi nə olacaq?. Yas, ələm, qəm, dərd və işgəncə. İşdə qadınların qisməti....” [11,s.200-201].
İmperiya strukturlarında məmurluğa yol tapmış Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi kimi maarifçilərin səyi ilə Azərbaycanın bütün bölgələrində yeni təhsil sisteminin yaradılması uğrunda mübarizə gedirdi. Əsrin sonlarına doğru ölkənin hər yerində mollaxana və mədrəsələrlə yanaşı, artıq yeni metodlarla təhsil verən “üsuli-cədid” məktəbləri də fəaliyyət göstərməyə başlayırdı.
Şəkidə “Rus-Azərbaycan məktəbi”nin meydana gəlməsi 1896-cı ilə təsadüf edir. Hələ 1895-96-cı illərdə Nuxada “üsuli-cədid” məktəblərinin qurulması sahəsində ilkin addımlar atılmışdı. Birinci Rus-Azərbaycan məktəbi yerli sakin Hacı Əbdürrəhim ağanın evində, ikinci Rus - Azərbaycan məktəbi isə tacir Hacı Məmmədsadıq Əliyevin evində yerləşirdi. Hər iki bina məktəbə təmənnasız verilmişdi” [12,s.36]. Məmmədsadıx Əliyevin milli şəxsiyyətini və nurlu əməllərini gələcək nəsillərə çatdırmaq üçün yazımızda onunla bağlı topladığımız iki rəvayəti vermək yerinə düşər: “Deyilənlərə görə, Məmmədsadıq Əliyevin Fransada təhsil alan oğlu atasını oraya dəvət edir. Hacı razılaşır. Amma oğlundan gələn bir bağlama onu çox məyus edir.Bağlamada hacı üçün fransız libası göndərilmişdi və məktubda yazılmışdı ki, oraya gələndə bu paltarı geysin. Hacı sarsılmış, keçmiş pedməktəb binasının gündoğanında (bu bina 1927-ci ildə yanmışdır-K.A) oğlunu evləndirmək üçün tikdirdiyi binaya ağsaqqalları yığıb məclis keçirmişdir.Ziyafətin sonunda hacı üzünü yığışanlara tutub demişdir: “Bu gündən mənim bu adda oğlum yoxdur. O, ləyaqətimi alçaldıb, milli libasımı bəyənməyib”[4,s.42]. Digər bir rəvayətdə söylənilir ki, “Hacı elan etmişdir ki, maddi çətinliyi olub ondan kömək istəyənlər idarəyə yox, onun evinə getsinlər. Həm də gündüz yox, axşam qaranlıqda gəlsinlər. Bunun da bir sirri varmış. Yardım istəmək üçün hacının yanına gələnlər qapını döyər, hacı qapını açmamışdan əvvəl əl çırağını söndürərmiş, kasıbın nə dilək istədiyini dinləyib qapını örtər və əl çırağını yandırarmış. Evə qalxıb pul götürər, yenidən qapını açanda çırağı söndürərmiş ki, gələnin kim olduğunu tanımasın”. Yaxud hacının ailəsində heç də iyi ətrafa yayılan xörək bişirilməzmiş. Kabab bişirilməsi lazım gələndə bütün yaxın qonşulara ət payı göndərərmiş. Şəki səhər məktəbinin binasını Hacı Məmmədsadıq Əliyev 1896-cı ildə öz vəsaiti hesabına tikdirmişdir.Çar hökumətinin sənədlərində maarifsevər Hacı Əbdürrəhim ağanın təşəbbüsləri yüksək qiymətləndirilərək qeyd edilirdi ki, “Yerli sakin Hacı Əbdürrəhim ağa təhsilə insanpərvər münasibət göstərərək öz evini təmənnasız olaraq məktəbə güzəşt etməsi nəticəsində məktəb yaxşı binaya malikdir”[6,s.788].Məktəbə avadanlığı Hacı Əbdürrəhim ağa özü almışdır. Məktəbdə “Quran”ın tərcüməsi, Azərbaycan, rus, ərəb dilləri, hesab və Rusiyanın coğrafiyası öyrədilirdi. Məktəbdə təhsil pullu idi. Yoxsul uşaqları təhsil haqqından azad edilmişdi. Məktəbin üç nəfər müəllimi var idi və onlara maaş vermək üçün vəsait çatmadıqda əhalidən toplanırdı. Beləliklə, iki dünyəvi məktəbdə 100-dən artıq uşaq təhsil alırdı. Bu məktəbləri bitirənlərin bəziləri təhsilini davam etdirmək üçün Qori şəhərinə gedirdilər.
Yuxarıda gətirdiyimiz faktlar sübut edir ki, yerli maarifpərvər ziyalıların vəsaiti hesabına məktəblər açılmış, Çar Rusiyasını xalqın maariflənməsi problemi düşündürməmişdir.
Əksinə, rus məmurları Nuxada məktəblər əvəzinə yerli sənətkarların varidatlarını əllərindən almaq üçün rəsmi qumarxanaların açılmasına daha çox üstünlük vermişlər. Fikrimizin təsdiqi üçün çarizm tərəfindən 1894-cü ildə Şəkidə açılan “Nuxa İctimai Cəmiyyəti”nin “Nizamnaməsi”ni qısaca şərh etmək istərdik. Moskvada yaşayan rus qadını Sofiya Aleksandrovna Peçorinanın evindəki arxivdən şəkili alim, geologiya-minerologiya elmləri doktoru, professor Aydın Əhmədov tərəfindən aşkarlanan bu sənəd Çar Rusiyasının Şəki əhalisinə mürtəce münasibətinin bariz nümunəsi kimi diqqəti cəlb edir. 1894-cü il yanvarın 9-da nazir əvəzi, nazir müavini, general-leytenant Şebekonun təsdiq etdiyi bu tarixi sənəd məzmunca güya mədəni səciyyə daşısa da, bir sıra bölmələrində çarizmin gizli məqsədləri açıqlanır. Sənədin “Oyunlar haqqında” bölməsi bu baxımdan diqqətəçəkicidir. Bu bölmədə söhbət ayrı-ayrı qumar oyunu qaydalarından gedir. Fikirləşirsən ki, XIX əsrin sonlarında Azərbaycanda maarifçilik ideyalarının genişləndiyi bir şəraitdə çarizm xalqın maarifləndirilməsinə təsir göstərən məktəblər əvəzinə nə üçün qumarxana açsın? Fikir verəndə görürük ki, hazırkı Avropa barlarını xatırladan bu qurum Azərbaycanın ətraf rayonlarından ancaq Şəkidə təşkil edilib. Nə üçün? Çünki Şəki o dövrdə iqtisadi qüdrətinə görə Azərbaycanın başqa bölgələrindən daha zəngin idi. Ayrı-ayrı sənət sahələrinin mahir ustalarının,xüsusilə ipəkçilik kimi yüksək gəlir gətirən sahənin geniş inkişafı zəngin yerli sahibkarların meydana çıxmasını labüd etmişdi. Çarizm bu varlı insanların zəhmət bahasına yığdığı pulları əllərindən almağın yeganə bir yolunu da qumarxana açmaqda görmüşdü. Məclisin “Oyunlar haqqında” bölməsinin 57-ci paraqrafı çarizmin gizli hərisliyinin nümunəsi kimi diqqəti cəlb edir. Orada yazılır: “Ağsaqqallar hər gün borc haqqında kitaba baxır və oyuna görə borc barədə borcluya məlumat verir, təcili olaraq borcun ödənilməsini bildirirlər”[ 9, s.446].
XIX əsrin sonlarında Şəki qəzasının bir çox kəndlərində məktəblər fəaliyyət göstərirdi. Xaçmaz, Padar və Vəndam (1883), Aşağı Göynük, Qoxmud (1884). XX əsrin əvvəllərində Azərbaycanda əhalinin müəyyən hissəsinin heç olmasa ibtidai təhsil alması və milli maarifin inkişafı yolunda irəliləyiş nəzərə çarpır. 1904-cü ildə Şəkidə fəaliyyət göstərən 6 ibtidai məktəbdə 772 şagird təhsil alırdı ki, onlardan 170 nəfəri qız idi. Şəhərin hər 5000 nəfər əhalisinə 1 məktəb düşürdü. Əhalinin cəmi 2.6 faizi təhsillə əhatə olunmuşdu.
Oxud kəndində təhsilin, təlim-tərbiyənin şanlı tarixi vardır. Bütün Azərbaycanda olduğu kimi, Şəkidə və onun dilbər güşəsi olan Oxud kəndində də təlim – təhsil işləri ilk əvvəllər mollaxanalarda cəm olunmuşdu. Burada əsasən əvvəl çərəkə öyrədilmiş, sonra isə “Quran” tədris edilmişdi. Oxud kəndinin şanlı nəsillərindən olan Hacı Alxaslar, Əfəndilər, Rəfilər nəsillərinin nümayəndələri kənddə müasir təhsilin inkişafı, yeni üsullu məktəbin açılması üçün əllərindən gələni əsirgəməmişdilər. Kənddə məktəb işlərinin həyata keçirilməsi üçün hazırkı kənd məscidinin binasından istifadə olunmuşdur. 1926-cı ilə qədər, yəni kənddə böyük məktəb binası tikilənə qədər dini və dünyəvi elmlər ayrı-ayrı şəxsi evlərdə tədris edilmişdir. Qori Müəllimlər Seminariyasında təhsil almış kəndin ən görkəmli ziyalıları olmuş, görkəmli maarifçi Rəşid bəy Əfəndizadə ilə yaxın dostluq əlaqələri saxlamış Abdulməcid və qardaşı Molla İbrahim Oxudda şəriətin və dünyəvi elmlərin təbliğində böyük xidmətlər göstərmişdilər.Molla İbrahimin təlim yeri Oxudda indi də saxlanılan qədim bir ev olmuşdur.
Molla İbrahim Məmməd oğlu ( ona oxudlular “İbrahim usta” demişlər) 1870-ci ildə Oxud kəndində doğulmuşdur.1912-ci ildə Tiflis quberniyasından Qoxmuq məktəbində ( Qoxmuq məktəbi 1884-cü ildə açılmışdır-K.A) işləmək üçün Molla İbrahimin adına əmr verilmişdir. O, Qori Müəllimlər Seminariyasında oxuduğu və pedaqoji fəaliyyət göstərdiyi illərdə görkəmli maarifçi Rəşid bəy Əfəndizadə ilə yaxın münasitəblərdə olmuşdur. Onun hazırda Oxud kəndində oğlu Məmmədarifin evində mühafizə olunan arxivində olan Rəşid bəy Əfəndizadənin şəkli və çoxlu sayda dini və dünyəvi xarakterli kitablar bizə Molla İbrahimin kimliyi, onun elmli bir şəxsiyyət olması haqqında məlumat verir. Oxud kəndinin müdrik şəxsiyyətlərindən olmuş Əlimirzə kişi, Kiş kəndinin tanınmış dini şəxsiyyəti olmuş Seyid Əfəndi, Qoxmud kəndinin əfəndilərindən olmuş Molla Əhməd, Molla Yaqub və başqaları şəriətin əsaslarını Molla İbrahimdən öyrənmişlər. Molla İbrahim Əfəndinin bacısı oğlu, kəndin qədim türk soylarından olan Hacı Həsənlər nəslinin görkəmli nümayəndəsi olmuş Camal Qədirli uzun müddət Şəki mətbəəsinin redaktoru vəzifəsində çalışmışdır. Molla İbrahimin bacısı uşaqlarının və kəndin digər kimsəsiz uşaqlarının iqtisadi təminatında və təhsilində böyük əməyi olmuşdur. Bu fazil şəxs 1940-cı ildə dünyasını dəyişmiş, kənd qəbiristanlığında dəfn edilmişdir. Molla İbrahimin dayısı Molla Abdurahman açıq fikirliliyinə, milli düşüncələrinə və maarifpərvərliyinə görə 1937-ci ildə repressiyaya məruz qalaraq Orta Asiyaya sürgün edilmişdir.
İbrahim Əfəndinin kiçik qardaşı Abdulməcid Qori Müəllimlər Seminariyasının rus bölməsini bitirmişdir. Bir müddət Şəki Yetimlər Evində rus dili müəllimi işləmiş, sonra Şəkinin Aşağı Şabalıd və Baltalı kəndlərində rus dili müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 198-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin prokuroru Bilqeyis Haşımzadənin həyat yoldaşı Şükür bəy Əbdülməcid müəllimin yaxın dostu olmuş, cümhuriyyət illərində Oxudda şəxsi evlərdə qalaraq rus dili müəllimi işləmişdir. Oxudlular tərəfindən böyük hörmət və qonaqpərvərlik görən Şükür bəy Həsən adlı oğlunu da Rus dili İnstitutunu bitirdikdən sonra Şəkiyə gətirmişdir. Oxudlular arasında dinə və elmə böyük marağın nəticəsi kimi apardığımız tədqiqatın nəticələrinə görə bu kənddən 29 nəfər müqəddəs Həcc ziyarətinə, o cümlədən Alxas adlı şəxs iki dəfə gedib. Elə kənddə ilk məktəb binasının tikilməsi də Hacı Alxasın oğlu Adışirinin adı ilə bağlıdır. Adışirin kişinin kimliyi haqqında məlumat verən nəvəsi, tarix elmləri namizədi Səmayə xanım Mustafayeva “Nə götürdüm bu dünyadan?” adlı memuarında yazır ki, Hacı Alxas kişinin oğlanları içərisində Adışirin öz savadı və qabiliyyəti ilə seçilmişdir. Ona görə də Hacı Alxas kişi təsərrüfatının bütün idarəçiliyini ona tapşırmışdı. O, həm də kənddə hakim vəzifəsində çalışmış, el arasında “Sudiyə Adışirin” ləqəbi ilə tanınmışdır. Adışirin kişinin övladları içərisində Məmməd düşüncəsi, müdrikliyi, alicənablığı ilə daha çox tanınmışdır. Onun dilindən söylənilmiş müdrik kəlamlar hal-hazırda da dillər əzbəridir. O, 1899-cu ildə Oxud kəndində doğulmuş, ilk təhsilini əvvəl kənddə mollaxanada almış, az müddətdə ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Onun istedadlı şagird olduğunu görən kənd əhalisi onu o zaman Şəkidə açılmış ris-tatar məktəbinə qoymağı Adışirin kişiyə məsləhət görmüşlər.Maarifpərvər bir şəxs olan Adışirin kişi oğlu Məmmədi yeni açılmış rus-tatar məktəbinə oxumağa göndərmişdir. Bu zaman, yəni XX əsrin əvvəllərində Tiflisdə Rusiya imperatoru II Nikolayın anasının şərəfinə pulsuz gimnaziya açılır. Tiflisdən gələn komissiya ilk olaraq Məmmədi həmin gimnaziyaya oxumağa gedəcək şagirdlərin sırasına yazmış, lakin naməlum səbəbdən Məmməd Adışirin oğlu təhsilini Tiflisdə davam etdirə bilməmişdir. Böyük maarifpərvər Məmməd kişi xalq ədəbiyyatını, nağıl və rəvayətlərimizi gözəl bilən, müdrik kəlamlar sahibi kimi bu gün də hörmətlə yad edilir.
Deməli, maarifpərvər atanın xeyirxah əməlləri maarifpərvər oğulda təcəlli etmişdir. Hazırda kəndin “Duluzlar”, yaxud “Bulaq başı” adlanan məhəlləsində yerləşən, oxudluların dilində “Köhnə məktəb” kimi səsləndirilən Oxud əsas məktəbinin yerləşdiyi ərazi Adışirin Hacı Alxas oğlunun şəxsi torpaq sahəsi olmuşdur. O, kənddə maarifin, təhsilin çiçəklənməsi üçün təmənnasız olaraq həmin torpaq sahəsini məktəb binasının tikilməsi üçün vermişdir. Şahidlərin bu sətirlərin müəllifinə söyləmələrinə görə, Adışirin kişi binanı inşa edən şəhərli ustaları öz evində saxlayıb onlara əsl insanpərvərlik, qonaqpərvərlik qayğısı göstərmişdir. Həmçinin məktəbin tikilməsində kəndin maarifpərvər sakinləri olan Məmmədqulu, Rüstəm yüzbaşı kimi insanlar da yaxından iştirak etmişlər.Dövrü üçün böyük və yaraşıqlı bina tanınmış ustalar olmuş Kərəm, Veysəl, Məmməd və başqaları tərəfindən tikilmişdir. Məktəbin inşasında Şaban, Davud, Bədəl, Xingal Əhməd, Camal, Abid kimi kənd zəhmətkeşləri təmənnasız olaraq çalışmışlar. Məktəbə ayrı-ayrı illərdə Məcid Əfəndiyev, Mustafa Mustafayev, Nütvəli müəllim, Əhmədiyyə Hidayətzadə, Fətikə xanım, Yusif İsmayılov, Vahid Əzimov, Nuru Məmmədov,Əyyub Yusifov,Məmmədrəsul İlyasov, Səlahəddin Əhmədov, Məmmədhəsən Musayev, Səfəralı Salamov rəhbərlik etmişlər. Məktəbdə mənəviyyatımızın memarları olan şanlı müəllimlər nəsli dərs demişlər. Məktəbdə ilk dərs demiş Rəna İdrisovanın, Şükufə müəllimənin, Fərrux Orucovun, Soltan Soltanovun, Əhməd Sərkərovun, Rəcəb Həzioğlunun, Nailə müəllimənin, Mariyə Qarayevanın, Nəbiyyə Nəbiyevanın, Səforə Cabbarzadənin, Fatma Qarayevanın, Sariyə Qarayevanın, İsmayıl Mirzəyevin, Nina Antonovnanın, Saibət Paşayevanın, Saniyə Bilalovanın, Münəvvər Mustafayevanın, Abdulvər Abdullayevin, Minivər Abdullayevanın, Xalidə müəllimin, Abduləzzəl müəllimin, Bəlyar Salamovun, Sifayə Mustafayevanın əziz xatirəsi qədirbilən oxudluların qəlbində əbədi yaşayır. Məhz bu müəllimlərin gərgin və mükəmməl təlimi sayəsində Azərbaycan elminə Oxud torpağından sönməz ulduzlar bəxş edilmişdir. Əsas məktəbin ilk buraxılışı 1934-1935-ci tədris ilində olmuşdur. Sonrakı illərdə görkəmli alimlər kimi tanınmış Nurpaşa Hümmətov, Məmmədhənifə Musayev, Şövkət Cəbrayılov, Novruz Rüstəmov bu məktəbin yetirmələri olmuşlar.
1960-1970-ci illərdə Oxud kəndində maarifin inkişafı daha da genişlənmiş, kənddə ikinci yeni tipli orta məktəb binası tikilərək istifadəyə verilmişdir. Təcrübəli pedaqoq, əslən Oxud kəndindən olan Nuru Məmmədov məktəbin direktoru təyin edilmişdir. 1969-1983-cü illərdə məktəbin təhsil uğurları daha da genişlənmiş, təhsilin göstəricilərinə görə məktəb respublikada tanınmışdır. Bütün bu uğurlar qeyd olunan illərdə məktəbə rəhbərlik etmiş şair-pedaqoq, pedaqoji elmlər namizədi Nurpaşa Hümmətovun gərgin əməyi və təşkilatçılıq qabiliyyəti sayəsində əldə edilmişdir. Sonrakı illərdə məktəbə rəhbərliyi Rəsul Rəsulov (1983-1987), Rafik Məmmədov ( 1987-1989), Nazim Hacıhəsənov ( 1989-1998), Rəsul Rəsulov (1998-2006) və 2006-ci ildə bu günədək isə Rüfət Abdullayev rəhbərlik edir.Məktəbin ilk buraxılışı 1968-1969-cu tədris ilində olub. Azərbaycanın görkəmli türkoloq alimi, filologiya elmləri doktoru Aydın Məmmədov orta təhsilini Oxud kənd orta məktəbində almış, məktəbi qızıl medalla bitirmişdir. Hazırda 82 nəfərdən ibarət pedaqoji kollektiv gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbdə 616 nəfər şagird elmlərin əsaslarını öyrənir.
OXUD MƏKTƏBİNİN YETİŞDİRDİYİ ALİMLƏR[HTML redaktə]
NURPAŞA UMAR oğlu HÜMMƏTOV[HTML redaktə]
1950-1980-cı illər Şəki ədəbi mühitinin layiqlı təmsilçilərindən biri geniş və dəyərli elmi-pedaqoji fəaliyyətə, bədii yaradıcılığa malik olan Nurpaşa Umar oğlu Hümmətovdur. O, dövrünün görkəmli maarifçi - pedaqoqlarından biri kimi “Səbuhi” ədəbi məclisinin aparıcı üzvlərindən olmuş, alim, şair, publisist kimi də tanınmışdır.
Nurpaşa Umar oğlu Hümmətov 1923-cü il may ayının 12-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. Pedaqoq - şairin atası Umar kişi 1930-cu illər qaçaq hərəkatının ən fəal öncüllərindən olmuş, keçmiş sovet rejiminə qarşı mübarizə aparmışdır. Atasının ölümündən sonra balaca Nurpaşanın anası da sürgünə məruz qalmış, o, böyük qardaşı Əli və kiçik qardaşı Nurməmməd ilə birlikdə ana nənəsinin nəvazişi və himayəsi ilə böyümüşdür. 1931-ci ildə Oxud kənd məktəbinə qəbul olunub, 1938-ci ildə yeddinci sinfi bitirərək Şəki şəhər Pedaqoji Texnikumuna daxil olmuş, 1941-ci ildə oranı müvəffəqiyyətlə başa vurmuşdur.40-cı illərdən ədəbiyyata gələn Nurpaşa Hümmətov şeir və hekayə yazmağa başlamış, uşaqların təlim – tərbiyəsi ilə bağlı olan şeirləri mətbuat səhifələrində dərc olunmuşdur.
Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarına səfərbər olunmuş, 1943-cü ildə yaralandığına görə ordu sıralarından azad edilmişdir. Yazıçı alim Zaman Qarayevin “Ədəbiyyat və incəsənət” qəzetinin 29 iyun 1990-cı il sayında N.Hümmətovun cəbhə həyatı ilə bağlı “Nurpaşa” sərlövhəli maraqlı oçerki dərc edilmişdir.Oçerkdə göstərilir ki, N.Hümmətov xatirini doğma qardaşı qədər əziz tutduğu, milliyyətcə ləzgi olan yaxın dostu Canqardaş Şamilov adlı bir şəxs tərəfindən satqın rus zabiti İnozemsovun azərbaycanlıları təhqir etdiyinə görə təhqir olunduğu üçün güllələnməsinə dair tərtib etdiyi akta qol çəkməkdən imtina etmiş, özü ölümlə üz - üzə dayanmışdır. N. Hümmətovun akta qol çəkməkdən imtina etdiyini görən İnozemsov tapancasının lüləsini düz onun ürəyinə dirəyir. Nurpaşa müəllim həmin dəqiqələri belə xatırlayırdı: “Ani olaraq ağlıma gələn fikir məni kəlləmayallaq ölümdən qurtardı. “İcazə verin aktı oxuyum,”- deyib kötüyün üstündən aktı götürdüm. Oxu və qol çək. Sənə bir dəqiqə vaxt verirəm, - deyə İnozemsov naqan tutan əlini aşağı saldı. Aktı gözlərimin qabağında tutdum, güya oxudum. Dala - dala qapıya sarı gedib özümü bayıra atdım. İnozemsov atəş açdı,qıçımdan yaralandım, özümü boş qoyub dağdan yumalandım, dərəyə bənd aldım.Səngər yoldaşlarım özlərini mənə yetirdilər. Əhvalatı siyasi rəhbərə danışdım, aktı ona verdim. İnozemsov cəzasına çatdırıldı, məni isə həmin gün qospitala göndərdilər. O vaxdan cəbhə yoldaşlarımdan ayrı düşdüm, geri qaytarıldım”
N.Hümmətov 1940 – cı ildə pedaqoji fəaliyyətə başlamış, 1943 - 45-ci illərdə Nuxa rayonunun Baltalı və Kiş məktəblərində pedaqoji fəaliyyət göstərmişdir. 1946-1947- ci illərdə Nuxa şəhər 1 saylı Uşaq Evinin pioner baş dəstə rəhbəri və tərbiyəçisi təyin edilir və 1947-ci ilin oktyabr ayından Nuxa rayonunun Oxud kənd məktəbində sinif müəllimi işləmiş, ömrünün sonunadək pedaqoji fəaliyyəti bu məktəblə bağlı olmuşdur.
Gənc müəllim biliyini artırmaq üçün çoxlu mütaliə edir.1948-ci ildə təhsilini qiyabi yolla davam etdirmək üçün V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna ( hazırkı Azərbaycan Dövlət Pedaqoji Universiteti ) daxil olaraq, 1954-cü ildə həmin institutun “Dil-ədəbiyyat” fakültəsini müvəffəqiyyətlə başa vurmuşdur.
1948-ci ilin sentyabr ayından 1989 - cu ilin noyabr ayınadək Oxud kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləməklə bərabər,1969 – cu ildən 1985-ci ilədək məktəbin pedaqoji kollektivinə rəhbərlik etmişdir. N.Hümmətovun bir müəllim, pedaqoq kimi parlaq istedadı, bitib-tükənməz yaradıcılığı, böyük təşkilatçılıq bacarığı, pedaqoji kollektivlə, müəllim və şagirdlərlə işləmək məharəti, məhz, 1969-1985-ci illərdə Oxud kənd orta məktəbində direktor işlədiyi müddətdə özünü daha qabarıq göstərmişdir.
N.Hümmətov bacarıqlı bir pedaqoq olmaqla yanaşı, istedadlı qələm sahibi kimi 50-80-ci illər Şəki ədəbi mühitində tanınmış, bu illərdə “Şəki fəhləsi” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinin aparıcı üzvlərindən olmuşdur. Məclisin sıralarında iştirakını və rolunu hazırda Şəkinin ədəbi simalarından olan şair Qurtuluş Süleymanlı aşağıdakı kimi xatırlayır: “Nurpaşa müəllimi 1957-ci ildən, yeddinci sinifdə oxuyarkən tanıyırdım. O vaxtlar “Şəki fəhləsi” qəzeti yanında yaradılmış “Səbuhi” ədəbi məclisinin təşkilində onun böyük rolu və zəhməti olmuşdur.O vaxt mən də həmin məclisin üzvü idim. Yadımdadır, 1957-ci ildə ilk dəfə həmin məclisdə iştirak edirdim. Növbə mənə çatanda “Ana” şeirimi oxudum. Şeirimə birinci Nurpaşa müəllim öz fikrini bildirdi, məsləhətlər verdi, çap olunmasını məsləhət bildi”.
Nurpaşa Hümmətov işıqlı, nurlu bir alim ömrü də yaşamışdır. O, 1971-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında “V-VIII siniflərdə Azərbaycan dili dərslərində şagirdlərin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları” mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər namizədi, alimlik dərəcəsi almışdır.
1988-1989-cu illərdə Nurpaşa Hümmətov Azərbaycan Elmlər Akademiyasının Şəki Zona Elmi Mərkəzində (hazırda Şəki Regional Elmi Mərkəzi) ”Folklorşünaslıq və el sənətləri” laboratoriyasına rəhbərlik etmişdir. O, Azərbaycan müəllimlərinin I-II qurultaylarının və Kşinyovda keçirilən ümumittifaq qurultayının nümayəndəsi olmuşdur. Pedaqoji və elmi fəaliyyətinə yüksək qiymət verilmiş, dəfələrlə fəxri fərmanla təltif edilmişdir.
Nurpaşa Hümmətovun həyatının bir hissəsi Şəki radiosu ilə bağlı olmuşdur. O, “Səbuhi” ədəbi məclisini yaradanlardan biri, dövrünün görkəmli ziyalısı, 50-ci illərdə Şəki radiosunun redaktoru Məmmədiyyə Süleymanlının köməkliyi ilə Şəki radiosunda diktor vəzifəsində çalışmışdır.
Xalq təhsili sahəsindəki xidmətləri qiymətləndirərək “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif edilmişdir. Oxud kəndinin alim ziyalılarının yetişməsində onun müəllim kimi böyük əməyi olmuşdur.
Zəngin elmi və bədii yaradıcılıq yolu keçən Nurpaşa Hümmətovun əsərləri 2016-cı ildə bu sətirlərin müəllifinin tərtibçiliyi və “ön söz”ü ilə “Tanrıdan diləyim” adı ilə nəşr olunmuşdur.
O, 1989-cu ildə dünyasını dəyişmiş, Oxud kənd qəbristanlığında dəfn olunmuşdur. Əsərləri 2016-cı ildə bu sətirlərin müəllifi tərəfindən hüquqşünas Zaur Adil oğlunun maddi dəstəyi ilə “Tanrıdan diləyim” adı ilə nəşr edilmişdir. Həmçinin şeirlərindən nümunələr (10 şeiri) 2006-cı ildə Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsi tərəfindən tərtib edilən “Söz, söz,...söz” adlı şeirlər toplusunda nəşr edilmişdir.
Nurpaşa Hümmətov bədii və elmi istiqamətlərdə yazıb-yaratmışdır. O, Azərbaycan ədəbiyyatı və dilinin gözəl bilicisi və carçısı olmuşdur. Görkəmli alim, pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadə bir müəllim kimi N.Hümmətovun elmi- pedaqoji istedadını qiymətləndirərək yazmışdır: Nurpaşa Hümmətovu mən 60-cı illərdən tanıyıram. Onun mahir və novatorçu bir dil -ədəbiyyat müəllimi olduğunu “kəşf edəndən” sonra əlaqələrimiz məslək dostluğuna çevrilmişdir”.
Nurpaşa Hümmətovu pedaqoji fəaliyyəti boyu ancaq bir sual düşündürmüşdür. Necə etmək lazımdır ki, gələcəyimizin sahibləri olan uşaqlar da yaradıcılığı sevsinlər, yaradıcı adamlar olsunlar? Elə ona görə idi ki, alim şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və bu sahədə müəllimlərə də kömək məqsədilə müntəzəm olaraq elmi xarakterli mühazirələr oxumuş, müxtəlif mətbuat orqanlarında məqalələr dərc etdirmiş, kitabçalar hazırlamışdır. Əgər 1963- cü ildən 1980-cı illərin sonunadək yerli və respublika dövri mətbuatının səhifələrini izləsək pedaqoji və elmi xarakterli “N. Hümmətov” imzalı onlarla məqaləyə rast gələrik: məs: “Lenin bayrağı” qəzetinin 1963-cü il buraxılışında “Şagirdlərə rabitəli nitq inkişaf etdirmək təcrübəsindən”, “Nuxa fəhləsi” qəzetinin 1960-cı il buraxılışında “İnşa yazılarda şagird yaradıcılığının inkişaf yolları”, yenə həmin qəzetin 66-cı il buraxılışında “Valideyn də cavabdehdir”, “Şəki fəhləsi” qəzetinin 1971-ci il buraxılışında “Müəllim, valideyn, şagird”, “Azərbaycan müəllimi” qəzetinin 1966-cı il buraxılışında “Yaradıcı inşaların tərbiyəedici rolu”, yenə həmin qəzetin 1974-cü il buraxılışında “İnşa yazılar və plan” və s. onlarca məqalələri dərc edilmişdir. O, son otuz ildə demək olar ki, bütün respublika pedaqoji və müəllimlərin digər ali məclislərinin fəal iştirakçısı olmuşdur. 1967-ci ildə Azərbaycan müəllimlərinin V qurultayının iştirakçısı olan Nurpaşa Hümmətov qurultaydan aldığı sevinc dolu təəssüratını “Azərbaycan müəllimi” qəzetinin 1967-ci il 27 yanvar sayında “Böyük təəssürat” adı altında dərc etdirmiş olduğu məqaləsində ifadə edərək yazmışdır: “Bu gün daha çox sevinirəm. Əvvəla, ona görə ki, belə böyük ali məclisdə ilk dəfədir ki, iştirak edirəm. İkincisi, ona görə ki, məruzəçi-Azərbaycan SSR Maarif naziri M. Mehdizadə yoldaş öz məruzəsində qabaqcıl müəllimlər sırasında mənim də adımı çəkmişdir”. Sonralar Nurpaşa Hümmətov 1977-ci il Azərbaycan müəllimlərinin VI qurultayını da eyni sevinc hissləri ilə tərk etmişdi.
Müəllimlik fəaliyyətini elmi əsaslar üzərində quran Nurpaşa Hümmətovun elmi axtarışları Azərbaycan dilçiliyinə və pedaqoji fikrinə gözəl əlavə olan, 1971- ci ildə “V-VIII siniflərdə Azərbaycan dili dərslərində şagirdlərin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları” adlı dissertasiyanı müvəffəqiyyətlə müdafiə edilməsi ilə nəticələnmişdir. Həmin dissertasiya istedadlı pedaqoqun məktəbdə keçmiş olduğu zəngin təcrübənin nəticəsi idi. Respublikamızın tanınmış metodist alimlərindən pedaqoji elmlər doktorları Bəşir Əhmədov, Ağamməd Abdullayev, Əziz Əfəndizadə və başqaları bu kənd müəlliminin elmi əsərini Azərbaycan dilçiliyinə mühüm əlavə kimi yüksək qiymətləndirmiş, onun əldə etdiyi pedaqoji nəticələr haqqında fərəhlə danışmışlar. Maraqlıdır ki, alimlik səviyyəsinə yüksəl- məsi də Nurpaşa müəllimi öz kökləri ilə bağlı olduğu doğma kəndindən qopara bilməmişdir.
“Bir müəllim-alim, dil və ədəbiyyat mütəxəssisi kimi Nurpaşa Hümmətovun qeyd edilməli xidmətləri vardır. O, respublika məktəblərində rəy insanların ilk pioneridir. Nurpaşa Hümmətov öz elmi yaradıcılıq aləmində kəşf etmişdir ki, məktəbdə yazı mədəniyyətinin zirvələrinə ucaltmaq kimi çətin yolda şagirdlərin qolundan rəy inşaları tuta bilər. Rəy inşaları isə öz qidasını, şirəsini bədii ədəbiyyatdan alır”- Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı A.Rəhimovun dediyi bu sözlər Nurpaşa Hümmətovun elmi - pedaqoji yaradıcılığına verilən yüksək qiymətlərdən biridir. Bir alim kimi Nurpaşa Hümmətov öz təcrübəsini ümumiləşdirmiş, rabitəli nitqin inkişafı üçün orijinal bir sistem yaratmışdır.
Nurpaşa Hümmətovun təkcə Azərbaycan ədəbiyyatı tarixinin deyil, zəngin folklor örnəklərimizin toplanmasında da böyük əməyi olmuşdur. Onun alim ömrünün bir hissəsi bu sahəyə həsr olunmuş, o, 1988-1989-cu illərdə AMEA-nın Şəki Zona Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” laboratoriyasına rəhbərlik etmişdir. Onun yorulmaz əməyi sayəsində müxtəlif janrlı folklor nümunələri toplanılaraq laboratoriyanın arxivinə daxil edilmişdir. O, təkcə folklor örnəklərini toplamamış, həmçinin cəmiyyətin müxtəlif tərəflərinə çoxməqsədli baxaraq maraqlı bayatılar da yazmışdır. Onun qələmindən çıxan 19 bayatının hər birinin maraqlı mövzusu vardır. Fikrin lakonik ifadə forması olan bu janrda şairin qələmində vətənə, təbiətə, el – obaya, yurda bağlılıq tərənnüm edilir, sosial problemlər, rüşvətxorluq, tənbəllik, mənəvi naqislik pislənilir:
Vətən üçün gəzərəm.
Hər cəfaya dözərəm.
Yadlar burda görünsə,
Dünyadan əl üzərəm.
Çöllərdə lalə şahdı,
Yaşıl görünür taxtı.
Gözəlliyi duymamaq
İnsan üçün günahdı.
Qış gedib bahar olub,
Bağçalarda bar olub.
Bazarın satıcısı,
İndi dəllallar olub.
Bəzi sözlər pərdədi,
Fikrim gecələrdədi.
Ata – ana yuxlayır,
Oğul küçələrdədi.
Yenə çeşməyi taxdı,
Məni yandırıb yaxdı.
Ürəyimi göstərdim,
Həkim cibimə baxdı.
Nurpaşa Hümmətov yalnız öz dərslərini ustad bir müəllim kimi tədris etməklə kifayətlənməmiş, bədii yaradıcılıqla da məşğul olmuşdur.O, bədii yaradıcılığında lirik və epik növün müvafiq janrlarından istifadə etmişdir. Bu görkəmli pedaqoqun, mənəvi aləminin hökmü ilə yazıb - yaradan şair - nasirin ədəbi irsindən bizə bir sıra şeir və təmsil miras qalmış, bəzi əsərləri onun dəfn mərasimi zamanı yandırılmışdır. Şairin şeirlərinin bir qismi (52 şeiri) bu sətirlərin müəllifi tərəfindən AMEA – nın Şəki Regional Elmi Mərkəzinin anbarında təmir işləri aparılarkən yanadırılması nəzərdə tutulan sənədlərin arasından tapılmışdır. Görünür, şair bu təşkilatda işləyərkən əsərlərinin bir qisminin toxunulmazlığını təmin etmək üçün təşkilatın arxivində saxlamışdır. Lakin cox sevindirici haldır ki, onun şeirlərinin böyük hissəsi 1946 – 1980 - ci illərdə “Şəki fəhləsi” qəzetinin səhifələrində qalmışdır. Qəzetin səhifələrindən şairin ədəbi irsi ilə bağlı axtarış apararkən aşağıdakı: “Kolxozçu qız”(1946), “ Ananın arzusu” (1957), “ Qarğa və bülbül”(1958), “ Qaranquş və pişik” (1959), “ Cavab” (1960), “Ana laylası” (1959), “Getmə, a ceyran” (1967), “İtirmərəm gümanımı” (1966), “Ürək, dil” (1966), “Düşmən” (1966), “Kənddən məktub” (1956), “Bahar” (1966), “Şərəşürov” (1966), “Göy çəməndə gəzən zaman” (1946), “Səs verirəm” (1962), “Fəhlə haqqında şeir”(1969), “Məntəqədə iclas (1950), “Vicdan” (1969), “Səs veririk səadətə” (1970), “Ana torpaq”(1970), “Müəllim” (1971), “Montyor oğlan” (1965), “Doktor, kömək istəyirəm” (1961), “Düşüncələr” (1974), “İki məzar” (1974), “Gül açdı”(1974), “Hörmət” (1974) və s. şeir, hekayə və təmsillərini əldə etdik.
Bədii yaradıcılığa hələ gənc yaşlarından başlayan Nurpaşa Hümmətovun bədii nümunələrin illər üzrə təqdimindən göründüyü kimi, 1946-cı ildən şeir, məqalə və oçerkləri respublika və yerli dövri mətbuat səhifələrində dərc olunmuşdur. Gənc olmasına baxmayaraq yazdığı şeir və oçerklər qocaman müəllimlərin diqqətini cəlb etmiş, ünvanına xoş sözlər deyilmişdir. “Nuxa fəhləsi” qəzetinin 1947 - ci il 1 noyabr sayında Məhyəddin Paşazadənin “Kəndin yeni həyatı” sərlövhəli məqaləsindən oxuyuruq: “1928-ci ildə kənddə hökumət vəsaiti və kəndlilərin köməyi ilə böyük orta məktəb binası tikilir. Bu məktəbin köməyi ilə kənddə savadsızlıq tamamilə ləğv edildi. Onun ziyalıları içərisində həkim, hüquqşünas, iqtisadçı və başqa ixtisas sahibləri də vardır. Kəndli gənclədən Şövkət Cəbrayılov Azərbaycan Dövlət Darülfünunun riyaziyyat ixtisası üzrə aspiranturasında oxumaqdadır. Nurpaşa Hümmətov istedadlı gənc şair kimi özünü göstərmişdir. XX əsrin istedadlı qələm sahiblərindən olmuş, bir müddət “Şəki fəhləsi” qəzetinin redaksiyasına rəhbərlik etmiş Nizami Nəbiyev “Çağlayan çeşmə kimi” adlı məqaləsində Nurpaşa Hümmətovun bədii istedadını dəyərləndirərək yazmışdı: “Biz Nurpaşanın qəzetlərdə dərc edilmiş, radiolarda oxunmuş şeirlərini bir də nəzərdən keçirdikcə onda ilhamın dağ çayı kimi kükrədiyini, çeşmə kimi çağladığını hiss edir və duyuruq. Şair yaşa dolduqca həyatı yaxşı öyrənir, həyat həqiqətlərindən, insanlıqdan ilham alır, istedadı, bacarığı yüksəlir, ustalığı artır, Vətəninə, xalqına daha möhkəm bağlanır.O, qəlbinin döyüntülərini milyonlarla adamın ürək çırpıntıları ilə, arzusu, istəyi, bu günü, sabahı ilə bağlayır”.
Həmçinin “Nuxa fəhləsi” qəzetinin 1955-ci il 18 may sayında “Yeni yazanların şeirləri” adlı məqalədə Nurpaşa Hümmətovun “1 May günü” şeirinin M.Qorki adına 10 saylı şəhər orta məktəbinin müəllimləri M. Musayev və H. Rəsulov tərəfindən təhlili verilmiş, gənc şairin yaradıcılığı yüksək qiymətlən -dirilmişdir. Şairin ilk mətbu şeiri olan “Gül, ey Vətən” adlı şeiri 1947- ci ildə “Gəncliyin səsi” adlı almanaxda dərc edilmişdir. Şeirdə gənc şair doğma vətəninə- Azərbaycana olan sevgisini aşağıdakı kimi ifadə etmişdi:
Göydə günəş səcdə qılır bu ölkənin qüdrətinə,
Sinəsində bəslənilən igidlərin cürətinə,
Şair könlüm dilə gəlir, min bir dastan deyir yenə,
Hər fəslində bağlarında bitir lalə, gül, ey Vətən!
Əzəl gündən mən də sənin vurğununam bil, ey Vətən!.
Şairin gənclik dövrü yaradıcılığında tərənnümçülük, partiyaya, Lenin ideyalarına bağlılıq hiss olunur. Bu hisslər onun Vətənə, partiyaya, orduya həsr etdiyi “Zəfər bayramı”, “Partiya”, Sovet Ordusu”, “Mənim eşqim” və s. şeirlərində daha güclüdür.İctimai həyatın çox az sahəsi ola bilər ki, N. Hümmətovun yaradıcılığında mövzuya çevrilməmiş olsun. Onun şeirlərində vətənə məhəbbət, ana, əmək, dostluq, quruculuq, məhəbbət, təbiət mövzuları aparıcıdır. Şairin bu mövzularda yazmış olduğu “Ana Vətənim oldu”, “ Azərbaycan”, “ Kəndimiz”, “Yurdumuz”, “Çöllərdə bahar, ürəklərdə bahar”, “Bahar sevinci”, “Bənövşə”, “Analar ”, “Ana”, “Ana laylası”, “Ananın arzusu”, “Doktor, kömək istəyirəm”, və s. onlarca şeirləri bitkin kompozisiyaya malik gözəl sənət əsərləridir.
İlhamını doğma eldən, vətənindən alan şair vətən mövzusunda XX əsr Şəki ədəbi mühitində bənzərsiz poetik örnəklər yaratmışdır. Həyatı idrakla duyduğu gündən vətənini - ömür, həyat məsləki, dövləti, varı sanan şair “ Mənim dövlətim, varım” adlı şerində yazır:
Vətənim hər şeydən mənə əzizdir,
Hər arzum müqəddəs, eşqim dənizdir.
Bu məslək yolunda hünər göstərən,
Milyon insanlarla cərgədəyəm mən,
Həyatı idrakla duyduğum gündən,
Ürək ayrılmamış bir gün elimdən.
“Azərbaycan” adlı şeirində şair Vətəni Azərbaycanı qarış – qarış gəzdiyini bəyan edir, bu tarixi gözəl məkanın ayrı – ayrı yerlərinin təbii xüsusiyyətlərini sadalayaraq onu ilhamının mənbəyi sanır:
Azərbaycan, gözəl diyar, çiçəklənən ana vətən
Yarandığım ilk günümdən könül almış ilham səndən.
N.Hümmətovun lirikasında orijinal deyim tərzi mövcuddur. O, başqalarını təkrarlamağı sevməyən, bədii yaradıcılıqda öz yolu, öz fərdi üslubu – dəst – xətti olan sənətkardır. Müəllif özü ədəbiyyat mütəxəssisi, yaradıcı alim - yazıçı olduğundan onun əsərlərində forma və məzmun vəhdəti gözlənilmiş, lirik şeirlərinin dili sadə və axıcıdır.
N.Hümmətovu çağdaşlarından fərqləndirən ən mühüm xüsusiyyət onun yurdunun,Vətəninin təbiətinə vurğunluğudur. Düzdür, təbiət lirikası Şəki ədəbi mühitində yazıb – yaradan hər bir sənətkarın yaradıcılığında özünəməxsusluğu ilə yer alıb. Lakin N. Hümmətovun yaradıcılığında bu mövzu daha qabarıqdır. Şairin 40-60-cı illər yaradıcılığının məhsulu olan “Bahar”, “Göy çəməndə gəzən zaman”, “Kənddən məktub”, “İstəyirəm yazam mən”, “ “Bənövşəni”, “ Getmə, a ceyran”, “Bahar sevinci”, “Gecələr, ay gecələr”, “Bahar gəldi”, “ Çöllərdə bahar, ürəklərdə bahar”, “Yaylaqda” və s. şeirlərində sadə deyim tərzi, forma və məzmun gözəlliyi vardır.
Şairin bu mövzuda yazdığı ən maraqlı bədii nümunələrindən olan, baharın gəlməsini müjdələyən “Bənövşəni” adlı şeirində məşhur Qurbani ruhu duyulsa da, şairin məramı başqadır:
Yamaclar bəzənir, çöllər al geyir,
Başına döndüyüm, dər bənövşədən.
Mən gələn baharın ətrini duydum,
Könlümü oxşayan hər bənövşədən.
Şeirin ikinci bəndinin məzmunu müəllifin təbiət vurğunu olmasını, təbiət gözəllik- lərindən doymamasını oxucuya diktə edir:
Hər bağın gülündən üzsəm doymaram,
Sinənə yüz çiçək düzsəm doymaram,
Səninlə nə qədər gəzsəm doymaram,
Gəl dəstə bağlayaq tər bənövşədən.
“Bahar sevinci” şeiri həm məzmun gözəlliyi, həm də sənətkarlıq ölçüləri baxımından diqqətçəkicidir:
Oxu bülbül, gözəl bahar çağıdır,
Vətənimiz səadətin bağıdır,–
misraları ilə baharın tərifinə, Vətəninin tərənnümünə başlayan şair, əsərin sonunda bədii təsvirin və ifadənin gücündən istifadə etməklə, həm şeirin mətn – struktur ölçülərini möhkəmləndirmiş, həm də özünün mükəmməl ədəbiyyatşünas olduğunu təsdiqləmişdir:
Gülür çəmən, gülür bağça, gülür bağ,
Mərd igidlər oylağıdır bu torpaq.
Vətən bizim, bahar bizim, bar bizim,
Daha xoşbəxt günlərimiz var bizim.
Çəmənin, gülün, bağçanın gülməsi oxucuda xoş əhvali – ruhiyyə yaratmaqla yanaşı, birinci misrada verilmiş “gülür” anaforası və üçüncü misrada“bizim” epiforaları misraları struktur baxımdan əlvanlaşdırır.
Ana müqəddəsliyi, ana böyüklüyü və ülviliyinin vəsfi, tərənnümü ədəbiyyatımızın əzəli və əbədi mövzusudur. “Ana”, “Ana Vətən”, “Ana torpaq”, “Ana təbiət” ifadələrinə N. Hümmətovun poeziyasında çox rast gəlirik. Bu ifadələrin çoxluğu şairin yaradıcılığına kölgə salmayıb, onun köklənmə başlanğıcının ifadəsidir. İstedadlı elm daşıyıcısı kimi insanı ana təbiətin əsas yaradıcı varlığı və əlavəsi kimi dəyərləndirən şair, ananı bütün gözəlliklərin yaradıcısı və daşıyıcısı kimi vəsf edərək bu mövzuya yaradıcılığında daha geniş yer vermişdir. O, anası – Yasəmən anaya olan məhəbbəti fonunda bütün analara olan məhəbbətini şeirlərində ifadə etmişdir. Bildiyimiz kimi, ana laylası, ana südü həyat mənbəyimizdir. Hamımız anamızın yuxusuz gecələrinin barıyıq. Bu müqəddəs himn N. Hümmətovun “ Ana laylası” şeirində daha billur, təmiz, ülvi verilmişdir:
Kiçik beşiyimə dikib gözünü,
Məni də oxşadı anam bir zaman.
Şirin mahnısını, şirin sözünü,
Başımın üstündə eşitdim hər an.
Şeirin son bəndində şair əsərə bədii istedadının gücü ilə ictimai yekun vuraraq ananın laylasını insanın mənsub olduğu vətənin əsil vətəndaşı kimi yetişməyinə bir çağırış kimi səciyyələndirərək özünün vətənsevərlik duyğularını da oxucusuna çatdırır:
O səsi dinləmək, o səsi duymaq,
Həyatın ən gözəl təntənəsidir.
İndi anlamışam, indi bilmişəm,
Bu, Vətən çağırışı, Vətən səsidir!
Şairin bu mövzuda yazmış olduğu şeirlərində işlətdiyi “Laylan körpələrin ürək məlhəmi”, “Köksün ilk vətənim, ilk canım oldu” (“Ana”), “ Bu vətəndə sizinlə bir, ucalırıq, ay analar” (“Analar”), “Sinəsi yamyaşıl bağ kimi güldü” (“Ana laylası”),“Şimşək çaxar sinəsində” (“Doğma balam verdi xəbər”) misralar onun poetik duyumunun mükəmməlliyini və istedadını ortaya qoyur.
Mənbələrin verdiyi məlumata görə, N. Hümmətov irihəcmli poemalar da qələmə almışdır. Jurnalist - yazıçı Nizami Nəbiyev bu xüsusda yazır: “Son iki ildir ki,(yəqin ki, yazıçı 1960-1961-ci illəri nəzərdə tutur - K.A.) Nurpaşa “Şöhrət və məhəbbət” poeması üzərində işləyir. Ailə və məişət mövzusunda olan bu əsərdə ucuz şöhrətə, mənsəbə aldanaraq ata - anasını unutmuş bir oğulun çıxılmaz vəziyyətə düşməsindən, cəmiyyətin ona göstərdiyi müsbət təsirdən, ana qəlbinin saflığından və böyüklüyündən, məhəbbətin hər şeyə üstün gəlməsindən bəhs edilir. Axırda əsərin qəhrəmanı başa düşür ki, əmək sərf etmədən, zəhmət çəkmədən, cəmiyyətin rəğbətini qazanmadan yüksəlmək, inkişaf etmək mümkün deyildir. Poemada psixoioji momentlərə geniş yer verilmişdir”.
Qeydlərin məzmunundan aydın olur ki, müəllif əsəri oxumuşdur. Lakin biz şairin ədəbi irsini araşdırarkən nə evində mühafizə olunan arxivində, nə də dövri nəşrlərin səhifələrində bu əsərə rast gəlmədik. Görünür, müəllifin dəfn mərasimi zamanı bu poema da bilməyərəkdən yandırılan əsərlərin sirasında olmuşdur. Şairin şeirlərində nəsihətamiz - didaktik ruh hakimdir. Həyatda həmişə halallığı, düzgünlüyü sevən, təmənnasız olan bu insanın şeirlərində bu ruh özünü daim göstərmişdir.
N.Hümmətov şagirdlərə, kiçik yaşlı uşaqlara xoşbəxt gələcəyin qurucuları kimi baxdığından, istər bədii, istərsə də elmi yaradıcılığında onların təlim – tərbiyəsini, cəmiyyət üçün layiqli bir vətəndaş kimi yetişmələrini tərbiyə prosesində vacib bir məsələ sayırdı. Onun bədii fikir dünyasında bu mövzu unudulmamış, o, bir sıra uşaq şeirləri də yazmışdır. Onun “ Hədiyyə”, “Bala məhəbbəti”, “Çörək”, “Şahinin sevinci”, “Kukla”, “Dibçək”, “Su daşıyıram”, “Bağça uşağı”, “Balaca bağban” , “Aqilin sözü”, “Köməkçiyəm” şeirləri balalara hədiyyə məqsədilə yazılmışdır. Əsil şair, ədəbiyyat mütəxəssisi və tərbiyəçi müəllim kimi N. Hümmətov uşaqların qavrama və dərketmə qabiliyyətini nəzərə almış, uşaq şeirlərində lakonik deyim tərzini əsas götürərək məzmun gözəlliyini diqqətdə saxlamışdır. Bu əsərlərdə böyüyə hörmət, əməyə məhəbbət, yalançılıqdan və tənbəllikdən uzaq olmaq, çalışqanlıq və yaxşı oxumaq kimi məsələlər müəllif ideyasının əsasını təşkil edir. “Balaca bağban” şerində şair balaca Rövşənin əməyinin bəhrəsindən aldığı sevinc hisslərini aşağıdakı kimi ümumiləşdirir:
Balaca Rövşən
Bağçada hərdən
Dolanır şən – şən
Sevinir işdən.
Düzəldib bir lək
Hər yanı çiçək
Ona baxmaqdan
Doymayır gözü
Hər gün bu ləkə
Su səpir özü
Çörəyin müqəddəsliyi tərbiyə prosesində şagirdlərə təlqin etdirilən əsas mövzulardandır. Bu nemətin göz bəbəyi kimi qorunması tövsiyəsi bütün zamanların bədii düşüncəsində vardır. N. Hümmətovun bununla bağlı balaca uşaqlara hədiyyəsi “Çörək” şeiridir . Çörəyin müqəddəsliyi ilə bağlı məktəbdə müəllim, ailədə nənə - baba, ata – ana nəsihətinin balaca uşaqda yaratdığı təəssüratı şair aşağıdakı kimi ümumiləşdirir:
Naharda birdən,
Nəzakət əldən.
Çörəyi saldı.
Heç gözlmədən
Əyilib aldı.
Dedi: xalam da,
Atam – anam da
Hey dönə - dönə
Tapşırıb mənə.
Torpağa çörək,
Düşməsin gərək.
Körpələr evinə müqəddəs tərbiyə ocağı kimi baxan şair, balaca Ülkərin dili ilə orada uşaqların fikri inkişafının vacibliyini “Bağça uşağı” şeirində aşağıdakı şəkildə diqqətə çatdırır:
Dörd yaşlı Ülkər
Durub hər səhər.
Hamıdan əvvəl
Bağçaya gələr
Deyir: buraya
Tez gəlirəm mən
Yeni mahnılar
Öyrənirəm mən.
Balaca uşaqların böyüklərə hörmət, qocalara qayğı ilə yanaşması ideyası müəllifin “ Bala məhəbbəti” şeirində ümumiləşdirilmişdir.
Təqdim olunmuş bədii nümunələrin quruluşu o nəticəni çıxarmağa imkan verir ki, N. Hümmətov bir ədəbiyyatçı yazar kimi, uşaq ədəbiyyatına verilən tələbləri mükəmməl bilmiş, misrada sözlərin azlığına və fikrin dərinliyinə əməl etmişdir.
Zəngin və mənalı bir müəllim, alim və şair ömrünü Nurpaşa Hümmətov şərəflə yaşamış,vəzifə hərislərinə, yaltaqlara nifrətini şeirlərində əks etdirmişdir. Onun çağdaşları kimi cəmiyyətdə olan neqativ hallara, çatışmazlıqlara qarşı qələmi qılıncdan iti və kəsərlidir. “Hisslərin tufanı və alovlu sözün qüdrəti ilə nəfəs alan” şairin satira güzgüsündə, rüşvətxor kolxoz sədrləri, anbardarlar, idarə rəhbərləri, dostluqda unutqan olan insanlar, vəzifə düşgünləri, dindən xalqı soymaq vasitəsi kimi istifadə edən mollalar, övladlarının tərbiyəsinə biganə qalan valideynlər, əməyə xor baxan, gününü eyş – işrətlə keçirib qumar oynayan tüfeyli gənclər və digər tiplər daha misgin görünürlər. Şairin bu üslubda yazdığı şeirlər açığını desək, daha müvəffəqiyyətlidir. O, bu yolda müasirləri kimi, böyük Sabirin satira ənənələrini davam etdirmişdir.
Vəzifə kreslosunda əyləşdikdən sonra insanın mənfiyə doğru dəyişdiyini şair “Bircə ildə” adlı satirik məzmunlu şeirində aydın əks etdirərək yazmışdı:
İdarədə stolu
dəyişdi bircə ildə,
O, köhnə qayğılardan
gen düşdü bircə ildə,
Dəyişildi yerişi,
Dəyişildi gülüşü,
Dəyişildi səsi də,
Dəyişildi sözü də,
Başqa bir insan oldu,
Bircə ildə özü də.
Vəzifə kreslosunun bəzi ləyaqətsiz insanlarda yaratdığı eqoizm hissləri ilə yanaşı, vəzifəli eqoistə başqaları tərəfindən olan yaltaqlığı da şair yuxarıda nümunə kimi verdiyimiz şeirin sonrakı misralarında tənqid edərək yazmışdı:
...Günlər keçdikcə belə,
Artdı ona dost deyən.
Artdı məclislərdə də,
Sağlığına tost deyən.
...Fərasətli tərpənib,
Kişi çatdı şöhrətə.
Bircə ildə yetişdi,
Pula, mala dövlətə.
Satirik ruh N. Hümmətovun yaradıcılığında epizodik xarakter daşımamış, “Şərəşürov”, “Yekəldi...düzəldi”,“Sədrin hörməti”, “Sağlıq dedilər”, “O bilmədi ki,”, “Sən məni tut, mən səni”, “Mənə nə”, “Sən də, mən də”, “Bu da rüşvət deyil ki,”, “Molla yenə tas açdı”, “Yaltaq”, “Belədir”, “Əyyaş”, “Nömrədir”, “Satıram”, “Qumarbaz”, “Yalan”, “İki ləkə”, “Kişi bəd gümanə düşüb”, “Təftiş”, “Əyyaş ərin təbriki”, “İki məzar”, “Cavab”, “Sənsiz”, “Ay kişi” və.s. satiraları, “Qarğa və bülbül”, Qaranquş və pişik”, “Sərçənin köməyi”, “Ulağın dərdi” təmsilləri onun arxivinin bəzəyinə çevrilmişdir.
“Sədrin hörməti” satirasında şair işdə dərəbəylik yaradan, kolxoz təsərrüfatını idarə edə bilməyib, hər işi rüşvət yolu ilə həll edən kolxoz sədrlərini tənqid etmişdir. Kolxozu yoxlamaq məqsədilə gələn müfəttişin qarşılanması üçün sədrin verdiyi tapşırıq müəllifin məqsəd aydınlığını bildirir:
...Ay ötdü, gün ötdü, yenə bir səhər
Sədrə öz evində verdilər xəbər:
– Kolxoza müfəttiş gəlir rayondan
Kişinin gözləri böyüdü o an.
Həyəcan içində qalxdı yerindən
Fikrini açıqca bildirdi həmən:
– Məndən o yoldaşa salam yetirin,
Qolundan yapışıb evə gətirin.
Adi bir uşaq da bilir ki, əlbətt,
Vacibdir hər gələn qonağa hörmət.
“Yekəldi...düzəldi” satirasında N.Hümmətov rüşvət yolu ilə vəzifə kreslosunu ələ keçirib mənəm - mənəmlik edən, rüşvət verib ələ keşirdiyi vəzifə kreslosundan istifadə edərək rüşvət alıb gündən – günə şişən, kökələn bir məmur obrazı yaratmışdır. Lakin ətli - canlı müdirin rüşvət yolu ilə yığdığı pul özünə qismət olmur. Haram tikəni onun boğazında qoyan müəllif yazır:
...Müdir canlı müdir oldu,
Ətli, qanlı müdir oldu.
Nədəndirsə bu ət, bu can
Əhvalını etdi yaman.
Bədənində qalmadı tab,
Yeriyəndə çəkdi əzab.
Çox darıxdı ürəyindən
Nəfəs çıxdı kürəyindən.
Bilmədi nə işdi, kişi,
Yaman dərdə düşdü, kişi.
Tez baş çəkdi həkimlərə,
Bir cür dərman verdi hərə,
Bədənini incitdilər,
Gah orada, gah burada
Əl açaraq yalvardı o
Həkimə də, Allaha da
Boşaldıqca cibişdanı,
Elə bil ki, çıxdı canı...
Əsərin məzmunundan çıxan nəticə bundan ibarətdir ki, haram yolla qazanılan varidat insana xoşbəxtlik gətirməz.
Sərbəst vəzndə yazmış olduğu “Şərəşürov” adlı satirik şeirində şair böhtançı, başqalarının işinə şər - böhtan ataraq əngəl olan, “materialbaz”, axırda isə ağ yalanlarının üstü açılıb ifşa olunan insanların ümumiləşmiş obrazını yaratmışdır
Şərəşurov imzalı
bir məktubu
kökündən yoxladılar
Sonra da
belə bir
akt imzaladılar:
“Hamısı yalandı,
böhtandı”.
Beləliklə,
Şərəşürovun
fəaliyyət kitabı da
əbədi bağlandı.
Ancaq
bundan sonra
camaat arasında,
qaldı
belə bir adət.
Kim ki,
seçə bilmədi
nədir yalan,
nədir həqiqət:
Kim ki,
pul-dövlət,
ucuz şöhrət
həsrətilə
yağdırdı
başqalarına böhtan,
Dedilər:
sən lap
Şərəşürovsan!
Bu şeirin adında həmçinin xalq ruhu var. “Şərəşür” sözü Şəki dialektinə xas olan sözdür. Şəkidə araqarışdıran adama “şərəşür adam” deyirlər. Şeirin bu cür adlanması da elə N. Hümmətovun folklor görüşlərindən, Şəki dialektinə bağlılığından irəli gəlib.
N. Hümmətovun satirik şeirlərinə “Kirpi” jurnalı da səhifələrində yer vermişdir. Jurnalın 1962-ci il 6 -cı sayında onun “Saatlar, ay saatlar” satirik şeiri dərc edilmişdir. Ədibin arxivində bu eyni adlı şeirin iki variantı saxlanılır.
Əsərdə müəllifin dəqiq müşahidələri əsasında şəhərin mərkəzi küçələrinə qoyulmuş saatların aylarla baxımsızlıq ucbatından düz işləməməsi tənqid edilmişdir:
Nuxanın saatları
Xeyli vaxtdır “xəstədir”
Çoxu lap “can üstədir”.
Görürsən axşam – səhər
Mürgüləyir əqrəblər.
Saat var ki, aldadır
Yoldan ötüb keçəni,
Gün- günorta olsa da,
O göstərir gecəni.
Saat var ki, yorğadır
Üç gün qaçır qabağa.
Saat da var bir aydır
Çıxa bilmir sabaha.
Saatlar, ay saatlar.
Nə yaman halınız var.
Yəqin kommunxozda da
Sizin kimi yatıblar.
Yalançı, ikiüzlü adamlar da N.Hümmətovun şeirlərinin tənqid hədəfinə çevrilmişlər. Şair “And” şeirində bu cür tipləri tənqid edərək yazır:
Min bir kələk seçdi o,
Əyri yollar keçdi o,
Hansı məclisə düşdü,
Vicdana and içdi .
N.Hümmətovun yaradıcılığında məhəbbət mövzusu da aparıcı yer tutur. Onun təsvir etdiyi məhəbbət billur kimi saf, təmiz, ülvi məhəbbətdir, təmiz məqsədli, ünvanlı məhəbbətdir. Əksər aşiqlərdə olduğu kimi, şair də ilk məhəbbətində uğursuzluğa düçar olan Aşiqin dilindən yazır:
Yadındamı, bağçamızda bir səhər,
Yaxan üstə bir çiçəyi taxdığım.
Sonra ağ, nazik əllərindən tutaraq,
Həsrət ilə gözlərinə baxdığım.
Şairin fikrincə, məhəbbət, hətta daşı əridən, yandıran bir qüvvədir. Hər ürəkdə, könüldə onun hökmü var ki, hətta çeşmələr, çaylar belə onsuz quruyar. Bu baxımdan şairin “Məhəbbətim” adlı şeirindən oxuyuruq: Məhəbbət yandırar, əridər daşı, Çeşmələr, çaylar da onsuz quruyar. Göylərə qaldırar dostu, sirdaşı, Onun hər ürəkdə ölməz hökmü var. Məhəbbət anlayışını dar mənada deyil, geniş mənada canlandıran şair, insanlara olan məhəbbətinin ömrü boyu onu müşayət etdiyini, ancaq özü ölərsə, onun da öləcəyini bildirərək yazır:
Məhəbbət qəlbimdə gəncləşir hələ,
Qorxum yox tufandan, borandan, çəndən,
Həyatım nə qədər uzansa belə
Məhəbbət ölən gün ölərəm mən də.
Bütün vətənsevər şairlərimiz kimi, N.Hümmətovun yaradıcılığında da Cənub mövzusu, bir-birindən ayrı salınmış iki qardaşın birləşməsi arzusu öz əksini tapmışdır. Bu baxımdan “Sual” şeiri diqqəti cəlb edir. Şair şeirdə yanıqlı poetik bir dillə ayrılıq həsrətini oxucusu ilə aşağıdakı kimi bölüşür:
Bir ananın balasıyıq,
Nə vaxtadək hicr oduna,
Yana-yana qalasıyıq?.
Sən o tayda, mən bu tayda
Ayrı düşdük neçin, nədən?
Dilə gəlib xəbər alır,
Nizami də Xaqanidən.
Sən o tayda, mən bu tayda.
Fikir verəndə görməmək mümkün deyil ki, qısaca təhlilini verdiyimiz şeirlərdə ürəyini xalqı yolunda çıraq kimi yandıran bir pedaqoq - şairin poetik ruhu ilə bərabər didaktik fikirləri, gənc nəsildə görmək istədiyi arzu və istəkləri də öz əksini tapmışdır.
Nurpaşa Hümmətov müəllim olduğuna və bu məqsədə xidmət etdiyinə görə öz fikirlərinin təsirini qüvvətləndirmək üçün şeirə əl atmışdı. Şair - müəllimin dostu B.Vahabzadə bu xüsusda “Kənd müəllimi” adlı məqaləsində yazır: “Nurpaşanın şeirlərində mənim xoşuma gələn ən mühüm məsələ müəllimliyindən gələn cəhətdir. Bu da onun əsas təlim - tərbiyə mövzusuna çox meyl göstərməsindən ibarətdir. Nurpaşanın şeirlərinin ikinci mühüm xüsusiyyəti onun yığcamlığı və lakonikliyidir. Dördcə misralıq “Güzgü ol” şeiri bu cəhətdən səciyyəvidir:
Güzgü ol, əzizim, güzgü ol hər an,
Hər şeyi əks elə təmiz ayna tək
Ancaq güzgü kimi susma heç zaman
Əyriyə düşmən ol, doğruya kömək”.
Şair “Vicdan” şeirində hər insanda əsas əxlaqi norma kimi mövcud olan, lakin bəzən unudulan “vicdan” anlayışını aşağıdakı kimi mənalandırmışdır:
Vicdan adi kəlmədir, lüğət kitabımızda,
Ancaq bütün arzumuz, bütün əzabımız da,
Bağlıdır bu mənaya, bağlıdır bu kəlməyə,
Onun hökmü, qərarı haqqın səsidir deyə,
Vicdanın nəfəsindən qızınmasa bir ürək.
Ona varlıq nə gərək, ona həyat nə gərək.
Vicdan! Bu səs, bu səda nə qədər qüdrətlidir.
Bunu duyan hər kəsin ömrü də qiymətlidir .
Əvvəlki şeirində olduğu kimi, bu şeirində də Nurpaşa Hümmətov didaktikaya, nəsihətçiliyə meyl etmiş, öz şagirdlərini, oxucularını vicdanlı olmağa çağırmışdır.
Keçdiyi həyat yolundan məlum olduğu kimi, Nurpaşa Hümmətov pedaqoji fəliyyəti dövründə şagirdlərini həmişə mənəvi cəhətdən kamil yetişdirməyə çalışmış, şagirdin orta məktəb illərindən sonra buraxdığı hər hansı bir səhvi gördükdə, duyduqda özünü müqəssir sanmış, məyuslaşmışdır.
Şairin vaxtsız ölümü münasibətilə məslək dostu, pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadə özünün “Əbədiyyətə qovuşan ömür” sərlövhəli məqaləsində yazmışdı: “Onun əbədiyyətə qovuşan müəllim və alim ömrü Oxud kəndinin yaddaşında əbədi həkk olunmuş, bu ömrün bəhrələri isə Azərbaycan xalq maarifinin tarixində özünün layiqli izlərini qoyub getmişdir. Ümid etmək olar ki, Nurpaşa Hümmətovun pedaqoji və ədəbi fəaliyyəti gec-tez tədqiqatçılarımızın diqqətini cəlb edəcəkdir”.
Bu gün Ə. Əfəndizadənin bu fikri ilə razılaşaraq biz də deyirik ki, görkəmli maarifçi – pedaqoq, şair – publisist olmuş N. Hümmətovun ədəbi - elmi irsinin göstəricisi olan, gərgin zəhmət hesabına ərsəyə gətirdiyimiz bu kitab tədqiqatçıların gələcəkdə xüsusi tədqiq obyektinə çevriləcək, ədəbiyyat və pedaqoji fikir tariximizin şanlı səhifələrini zənginləşdirəcəkdir.
MƏMMƏDSADIQ CAMAL oğlu SADIQOV[HTML redaktə]
Məmmədsadıq Sadıqov 1924-cü ildə Oxud kəndində anadan olmuşdur. 1941-ci ildə Şəkidəki 7 saylı məktəbi bitirmişdir. 1942-ci ildə könüllü olaraq cəbhəyə getmiş, 1947-ci ildə ordu sıralarından qayıdaraq Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan İqtisad Universiteti) daxil olmuş, 1952-ci ildə oranı əla qiymətlərlə başa vurmuşdur. Elmi Şuranın qərarı ilə V. Plexanov adına Moskva Dövlət İqtisad İnstitutunun aspiranturasına göndərilmişdir. 1956-cı ildə həmin institutun Elmi Şurasında professor Q.F.İvanovun rəhbərliyi ilə “Şəhər ilə kənd arasında mühüm fərqlərin aradan qaldırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1977-ci ildə isə Moskva şəhərində İctimai Elmlər Akademiyasının Elmi Şurasında “Şəhər ilə kənd arasında sosial-iqtisadi fərqlərin aradan qaldırılması” mövzusunda doktorlud dissertasiyasını müdafiə etmişdir.
Məmmədsadıq Sadıqov namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakı Ali Partiya Məktəbinin “Siyasi iqtisad” kafedrasında müəllim vəzifəsində işləmiş, 1976-cı ildə İctimai Elmlər Akademiyasının doktoranturasına göndərilmişdir.
1956-cı ildən həyatının sonunadək Bakı Ali Partiya Məktəbinin (son üç ildə Politologiya İnstitutunun) “Siyasi iqtisad” kafedrasında baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışmış, 1961-ci ildə dosent, 1977-ci ildə professor elmi adını almışdır.
Məmmədsadıq Sadıqov 70-ə qədər monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitab və məqalələrin müəllifidir. Bundan başqa “ Şəhər ilə kənd arasında sosial-iqtisadi fərqlərin aradan qaldırılması” (12 ç.v.Azərnəşr, 1978), “Şəhər ilə kənd arasında fərqlərin aradan qaldırılması problemləri” (21 ç.v.Azərnəşr, 1970), “Siyasi iqtisad” (Dərslik, 30,9 çv. Maarif, 1972), “Siyasi iqtisad” (Dərslik, 30,9 çv. Maarif, 1975), “Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi” ( 2.5 çv, Azərnəşr, 1962), “ Şəhər ilə kənd arasında mühüm fərqlərin aradan qaldırılmasında mühüm addım”( 3,5 çv. Azərnəşr, 1968,), “ Azərbaycan SSR kənd rayonları gənclərinin peşəyönümü və peşə seçiminin müasir vəziyyəti” (Bakı, Az NİİNTİ, 1976) adlı kitablar onun qələminin məhsuludur.
Məmmədsadıq Sadıqov 8 nəfər elmlər namizədi yetişdirmişdir. Bir çox ictimai vəzifələrdə - Azərbaycan Elmlər Akademiyasının siyasi iqtisad üzrə Əlaqələndirmə Şurasının üzvü, “Bilik” Cəmiyyətinin metodiki şurasının iqtisadiyyat bölməsinin sədri, “Vışka” və “Baku” qəzetlərinin redaksiyaları nəzdində “İqtisadi biliklər” məktəbinin rəhbəri, Ali Partiya Məktəbində Böyük Vətən müharibəsi Veteranları Şurasının sədri işləmiş, “Xalqlar dostluğu”, “Vətən müharibəsi” ordenləri, “ Za boevıe zasluqi”, “Za oboronı Kavkaza”, “ Za pobedu nad Qermaniey” medalları ilə təltif edilmiş, ona “Əməkdar təbliğatçı” fəxri adı verilmişdir. Professor Məmmədsadıq Sadıqov 1994-cü ildə vəfat etmişdir.
NƏCMƏDDİN HİDAYƏT oğlu ƏHMƏDOV[HTML redaktə]
Nəcməddin Hidayət oğlu Əhmədov 1932-ci ildə Oxud kəndində anadan olmuşdur. 1949-cu ildə Şəkidəki M.Qorki adına 10 saylı orta məktəbi bitirmiş,həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1954-cü ildə kənd təsərrüfatı istehsalı proseslərinin mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. Aspiranturada saxlanmaq hüququndan imtina edib, təyinat üzrə işə getmişdir. İndiki Oğua rayonu MTS-də nəzarətçi-mexanik vəzifəsinə, 1957-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatı müəssisələrinin təşkili” kafedrasına assistent vəzifəsinə təyin olunmuşdur.
1960-cı ildə K.A. Timiryazev adına Lenin ordenli Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına imtahan vermişdir. 1964-cü ildə Akademiyanın “İqtisadiyyat” fakültəsinin Elmi Şurasında akademik S.Q. Kolesnevin rəhbərliyi ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Kolxozlarda maşın-traktor parkından səmərəli istifadənin təşkili (Azərbaycan SSR Vartaşen İstehsalat İdarəsi kolxozları timsalında)” mövzusunda dissertasiya müdafiə etmişdir.
Dissertasiyanın nəzəri və praktik əhəmiyyəti konkret təbii-iqtisadi şəraitdən asılı olaraq traktor və kənd təsərrüfatı maşınlarından səmərəli istifadə yolları müəyyənləşdirilmiş, maşın – traktor parkının lazımi keyfiyyət və kəmiyyət tərkibinin təyin edilmə qaydaları işlənmişdir. “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının təşkili” adlı dərs vəsaiti 1980-ci ildə çap olunmuşdur.
Nəcməddin Əhmədov 1985 – 1992-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Aqrar – Sənaye Kompleksini idarəetmənin təşkili” kafedrasının müdiri təyin edilmişdir. Görkəmli kənd təsərrüfatı mütəxəssisi, alim Nəcməddin Əhmədov ömrünün sonunadək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “İqtisadiyyat” fakültəsinin “Kənd təsərrüfatı istehsalının təşkili və sahibkarlıq” kafedrasının dosenti olmuşdur.
Nəcməddin Əhmədov müxtəlif illərdə (1967, 1975, 1989, 1997, 1998, 1999 və s.) Moskva, Sankt-Peterburq, Kostroma, Bakı, Gəncə şəhərlərində keçirilən elmi konfrans və seminarlarda iştirak etmişdir. Alimin 100-əqədər məqaləsi və yuxarıda adını çəkdiyimiz dərs vəsaiti çap olunmuşdur.
N.Əhmədov 1989-cu ildə uzun illər xalq təsərrüfatına səmərəli fəaliyyətinə və əmək xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin “Əmək veteranı” medalı ilə təltif olunmuşdur.
ŞƏMSƏDDİN RƏHİM oğlu MUSTAFAYEV[HTML redaktə]
Şəmsəddin Mustafayev 1932-ci ildə Oxud kəndində anadan olmuşdur. Kiçik yaşlarından yetimliyin acısını dadıb. Ata-anasını körpə yaşlarından itirən balaca Şəmsəddin nənəsinin himayəsi altında böyüyüb. Ağır həyat tərzi keçirmək Şəmsəddin müəllimin alın yazısı olub. Gecələr oxumaq, gündüz odun satmaqla məşğul olmaq bu istedadlı uşağın əsas məşğuliyyət sahəsi olub. İbtidai və orta təhsilini Oxud kənd məktəbində tamamladıqdan sonra Şəki Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Texnikumu bitirdikdən sonra Ağdaş İpəkçilik İdarəsində əmək fəaliyyətinə başlayıb. Ali təhsilini Kirovabad (indiki Gəncə) Dövlət Kənd Təsərrüfatı İnstitutunda aldıqdan sonra təyinatla aqronom kimi işləmək üçün Ağdaş rayonuna göndərilib. 1957-ci ildə Səadət xanımla ailə həyatı qurub. Yaşanmış günləri Səadət xanım belə xatırlayır: “Sanki həyatın bütün əzab-əziyyəti Şəmsəddin üçün yazılmışdı. O, acınacaqlı ömür yolu keçmiş, yetimliyin acısını dadmışdı. O, həyatda kimsəsiz olduğundan öz elçiliyini də anama özü etmişdi. Anam onun savadlı, tərbiyəli oğlan olduğunu bildiyi üçün bizim ailə qurmağımıza etiraz etməmişdi. Sağ olsun, xeyirxah, yaxşı insanları. O, zaman Şəmsəddinin evlənmək imkanı olmadığından görkəmli el sənətkarı olmuş zurnaçı Həbillah kişi ona maddi və mənəvi dəstək olmuş, öz xərci hesabına onun toyunu etmişdi. Yaxşı xatırlayıram. Biz yenicə evlənmişdik. Həyat yoldaşımla dəhnəli Dəmirçi Musagildə qalırdıq. O, zaman Şəmsəddin Dəhnədə aqronom işləyirdi. Yaşayış yerimizi dəyişməyimizə baxmayaraq Həbillah kişi bizə hər cür maddi köməklik göstərirdi. Heç vaxt unutmaram. Şəmsəddin dissertasiya müdafiə etmişdi. Müdafiədən sonra ziyafət məclisini Həbillah dayı öz xərci hesabına verdi”.
1958-ci ilin aprel ayının 1-də maraqlı əhvalat baş verir. Musa kişi Şəmsəddin müəllimə bildirir ki, onu Gəncəyə instituta çağırırlar. Şəmsəddin müəllim ayın 1-i adam aldadan gün olduğu üçün buna inanmamış, sonra ona məlum olmuşdur ki, Gəncə İpəkçilik İnstitutunun direktoru Rəhim Rəhimov onu institutun aspiranturasına təhsil almağa dəvət edib. 1958-ci ildə o, ailəsi ilə birlikdə Gəncə şəhərinə köçüb. Bir müddət Gəncədə kirayədə yaşayıb. Üçillik aspirantura təhsilindən sonra 1962-ci ildə professor Rəhim Rəhimovun rəhbərliyi ilə dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alır. Dissertasiya müdafiə etdikdən sonra Gəncə İpəkçilik İnstitutunda elmi fəaliyyətə başlayır. 1958-1972-ci illərdə Gəncədə yaşayaraq pedaqoji fəaliyyət göstərmişdir. 1972-ci ildən Azərbaycan EA Şəki Zona Elmi Bazasında (hazırda Elmi Mərkəz) ipəkçilik üzrə laboratoriya rəhbəri vəzifəsində çalışır. Son dövrlərin ən mükəmməl elmi xarakterli nəşrlərdən olan “Şəki Regional Elmi Mərkəzi 30ildə” adlı kitabda Şəmsəddin Mustafayevin əməyindən bəhs edilərək yazılır: “ Şəkidə ipəkçiliyin inkişafı qədim tarixə malik olmaqla yanaşı, respublikada ən böyük ipəkçilik fabrikinin burada fəaliyyət göstərməsi görüləcək işlərin planlaşdırılmasında xeyli köməyimizə çatdı. Gəncə İpəkçilik İnstitutundan bizim Elmi Bazaya işləməyə gəlmiş, kənd təsərrüfatı elmləri namizədi, tanınmış ipəkçi alim Şəmsəddin Mustafayevin rəhbərliyi ilə ipəkçilik qrupunun əməkdaşları yerli şəraitə uyğun yeni, yüksək məhsuldar, xəstəliyə davamlı və istehsalatın bütün tələblərinə cavab verə bilən tut ipəkqurdunun xətt, cins və hibridlərinin yaradılması məqsədi ilə tədqiqatlara başladılar”. Məhz Şəmsəddin Mustafayevin alim düşüncəsinin və əməyinin sayəsində tut ipəkqurdu hibridinin yüksək yaşama qabiliyyətinə malik, asan açıla bilən, ipək çıxımı çox olan UN, UF, Şəki-1 və Şəki-2 kimi dörd yeni xətt yaradılmışdır ki, bunlardan xətt arası hibridləşmədə əsas material kimi istifadə edilmişdir.
Görkəmli ipəkçi alim Şəmsəddin Mustafayev 1993-cü ildə qəflətən dünyasını dəyişmiş müqəddəs Yel baba ziyarətgahında torpağa tapşırılmışdır.
NOVRUZ SOLTAN oğlu RÜSTƏMOV[HTML redaktə]
Novruz Rüstəmov 1935-ci ildə Oxud kəndində Soltan Soltanovun ailəsində doğulmuş, ibtidai təhsilini Oxud kənd məktəbində, orta təhsilini M.Qorki adına Şəki şəhər 10 saylı orta məktəbdə tamamlamışdır.1952-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Avtomatlaşdırma və telemexanika” fakültəsinə daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Kalinin adına zavodun cihazqayırma sexinin rəisi kimi başlamışdır. Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasında əyani təhsil almış, dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Uzun müddət Azərbaycan Neft və Kimya İnstitutunun “Avtomatlaşdırma və telemexanika” kafedrasında çalışmışdır. Dörd mövzu üzrə təsərrüfat hesablı işlər aparmış, gənc aspirantların alimlik dərəcəsi almasında böyük əmək sərf etmişdir. Doktorluq dissertasiyası müdafiəsi ərəfəsində, 1983-cü ildə erməni həkimin xəyanəti nəticəsində cərrahiyyə əməliyyatının gedişində dünyasını dəyişmişdir. Məzarı Bakı şəhərində Qurdqapısı qəbiristanlığındadır.
NİYAZİ SOLTAN oğlu SOLTANOV[HTML redaktə]
Niyazi Soltanov 1939-cu ildə məşhur pedaqoq Soltan Soltanovun ailəsində dünyaya göz açmışdır. Niyazi Soltanov ibtidai və orta təhsilini Oxud kənd məktəbində almış, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitet) inşaat fakültəsini bitirmiş, 1963-cü ildən SSRİ Müdafiə Nazirliyində, Baykanur bölgəsində xüsusi dövlət əhəmiyyətli işlərlə məşğul olmuş, ustadan baş mühəndis vəzifəsinədək yüksəlmişdir.
Niyazi Soltanov 1970-ci ildən seçki yolu ilə Azərbaycan Politexnik İnstitutunun “Tikintinin iqtisadiyyatı və təşkili” kafedrasına baş müəllim seçilmiş, uzun müddət inşaat fakültəsində dekan müavini, 1990-cı ildən tikinti-iqtisad fakültəsində dekan müavini vəzifəsində çalışmaqla bərabər, “İnşaat və biznesin təşkili, idarə olunması” kafedrasının baş müəllimi olmuşdur. 70-ə qədər elmi məzmunlu məqalə Niyazi müəllimin qələmindən çıxmış, ümumittifaq miqyası metodik göstərişlər hazırlamışdır.
Niyazi Soltan oğlu Soltanov ömrünün sonunadək Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyət göstərmiş, 2018-ci ildə 79 yaşında vəfat etmiş, müqəddəs Yel baba qəbiristanlığında dəfn edilmişdir.
NAQİM SOLTAN oğlu SOLTANOV[HTML redaktə]
Naqim Soltan oğlu Soltanov 1950-ci ildə Oxud kəndində doğulmuşdur. Oxud kənd orta məktəbində VI sinfədək təhsil aldıqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, orada 18 saylı məktəbdə 1967-ci ildə orta təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1967-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur. İki il Azərbaycan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda proqramlaşdırma sahəsində çalışmış və Ukrayna Elmlər Akademiyasının Mexanika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1977-ci ildə “Bərk cisimlərin nəzəriyyəsi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Naqim Soltanov gənc yaşlarından “Komsomolskaya pravda” qəzetinin riyaziyyat bölməsinin qalibi olmuşdur. Əsərləri xarici dillərə tərcümə edilərək çap olunmuş, görkəmli akademiklər tərəfindən yüksək qiymətləndirilmişdir. Naqim Soltanov Ukrayna Elmlər Akademiyasının Mexanika İnstitutunda şöbə müdiri vəzifəsində işləmiş, 1982-ci ildə doktorluq dissertasiyasının müdafiəsi ərəfəsində güclü şüalanma nəticəsində 32 yaşında dünyasını dəyişmişdir. Ölümündən sonra 1984-cü ildə Kiyevdə elmi rəhbəri Xoroşunla həmmüəllif olaraq əsəri nəşr olunmuşdur.
ƏLƏFSƏR BƏXTİYAR oğlu MƏMMƏDOV[HTML redaktə]
Ələfsər Bəxtiyar oğlu Məmmədov 1952-ci ildə Oxud kəndində anadan olmuşdur. 1969-cu ildə Oxud kənd orta məktəbini bitirmişdir. Həmin ildə respublika üzrə keçirilən kimya olimpiadasında birinci yerə çıxmışdır. Bu qələbə onun gələcək həyat yolunu müəyyənləşdirmiş və həmin ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Ə.B. Məmmədov hələ tələbə ikən elmi-tədqiqat işinə böyük maraq göstərmiş, 1972-ci ildə gənc tədqiqatçılar arasında keçirilən elmi işlərin ümumrespublika müsabiqəsində “Sulfadimezinin ekstraksiya-fotometrik təyini” mövzusunda elmi işi əsas mükafatlardan birinə layiq görülmüşdür. Fakültənin “Kimya bülleteni” qəzetinin redaktoru olmuşdur. 1973-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş, fakültə Elmi Şurasının qərarı ilə ona aspiranturada təhsilini davam etdirmək tövsiyə olunmuşdur.
Ə.B.Məmmədov 1973-cü ildə Azərbaycan EA Qeyri-Üzvi ə Fiziki Kimya İnstitutunun aspiranturasına qəbul olunub əməkdar elm xadimi, Respublika Dövlət mükafatı laureatı, Azərbaycan EA-da qanunauyğunluqların öyrənilməsinə həsr olunmuş elmi-tədqiqat işini davam etdirir. 1980-ci ildə Gürcüstan Tbilisi Dövlət Universitetinin İxtisaslaşdırılmış Elmi Şurasında fiziki kimya ixtisası üzrə “Alüminium – oksidin müxtəlif matrisalar əsasında sintez olunmuş tərkibində seolit olan katalizatorların (TSK) krekinq aktivliyinə təsirinin tədqiqi” mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə ona kimya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
Ə.Məmmədov 1985-ci ildə doktorluq dissertasiyası üzərində elmi tədqiqatlarını başa çatdırır. O, işinin nəticələrini 1988-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin alimlərinin iştirakı ilə müzakirə edir. Dissertasiyanın 1988-ci ildə həmin universitetin kimya fakültəsinin İstisaslaşmı Şurasında müdafiə olunması məsləhət görülür. Bəzi səbəblər üzündən işin müdafiəsi 6 il geciksə də, 1994-cü ldə Azərbaycan EA Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun İxtisaslaşdırılmış Şurasında kimyəvi ginetika və kataliz və neft kimyası ixtisasları üzrə “Karbohidrogenlərin tərkibində seolit olan metalsilikatlar üzərində kimyəvi çevrilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, kimya elmləri doktoru alimlik dərəcəsi almağa müvəffək olmuşdur.
Ə.Məmmədovun elmi-tədqiqat işləri akademiklər H. Minaçev (Moskva), V.Əliyev, T. Nağıyev, T. Şaxtaxtinski, M. Rüstəmov (Bakı), T. Andronikaşvili, V. Sisişvili, A. Çivadze (Tbilisi), N. Nadirov (Almatı), S. Xadjiev (Qroznı), Azərbaycan EA müxbir üzvləri B. Dadaşov, M. Məmmədyarov, T.Alxazov (Bakı), professorlar V. Xarlamov, B. Nafedov, H. Romanovski, A. Rozovski (Moskva), Ə. Quliyev, M. Rüstəmov, F. Muğanlinski ( Bakı) və başqaları tərəfindən yüksək qiymətləndirilmişdir.
Ə.Məmmədov 70-dən çox elmi məqalə və tezisin, o cümlədən 4 ixtiranın müəllifidir.2monoqrafiyanı nəşrə hazırlamışdır. 30-a qədər elmi əsəri xarici ölkələrdə nəşr edilmişdir. O, 25-dən çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Müxtəlif illərdə dəfələrlə Ümumittifaq D.İ. Mendeleyev adına Kimyaçılar Cəmiyyətinin, Respublika “Bilik” Maarifçilik Cəmiyyətinin Fəxri Fərman və mükafatlarına layiq görülmüşdür.
Ə.Məmmədov tərəfindən turş-əsasi xarakterli kontaktların xassələrinin tənzimlənməsinin müəyyən edilmiş elmi əsaslarının zəminində karbohidrogenlərin məqsədyönlü çüvrilməsi üçün ekoloji və iqtisadi cəhətdən (neft-kimya sənayesində hər il on milyardlarla manat gəlir) səmərəli metalsilikat, silikahel və tərkibində seolit olan katalizatorlar (TSK) və onların sintezi və modifikasiyalaşdırılması üsulları təklif edilmişdir.
Ə.Məmmədov bir çox Elmi Şuraların üzvüdür. O, elmi fəaliyyətinin müxtəlif dövrlərində M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və başqa ali təhsil müəssisələri ilə elmi və pedaqoji aspektdə sıx əlaqə saxlamışdır. Ə. Məmmədov 1997-ci ildən etibarən həm də Azərbaycan Memarlıq və İnşaat Universitetində professor kimi fəaliyyət göstərir.
Ə. Məmmədov bir çox namizədlik və magistr dissertasiya işlərinin məsləhətçisi, rəhbəri, opponenti və rəyçisi olub və hazırda kadr hazırlığı sahəsində fəaliyyətini davam etdirir.
Ələfsər müəllim həm də həvəskar jurnalistdir. Təbiət elmləri ilə yanaşı humanitar elmləri də mükəmməl bilir. B.Vahabzadə poeziyasının vurğunudur. O, 30-dan çox alim-ziyalı haqqında mətbuatda yazılar dərc etdirmişdir. 20 ildən artıqdır ki, “Qabaqcıl kimya uğrunda” institut qəzetinin baş redaktorudur. Böyük oxucu rəğbəti qazanmış, iki cildlik “Şəki: alim və ziyalılar” kitabı məhz Ələfsər müəllimin gərgin əməyi sayəsində nəşr olunmuşdur.
RƏŞAD SİRAC oğlu MƏMMƏDOV[HTML redaktə]
Rəşad Sirac oğlu Məmmədov 1957-ci ildə Oxud kəndində anadan olmuşdur. 1974-cü ildə Oxud kənd orta məktəbində təhsilini başa vurmuşdur. Həmin ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə bu nüfuzlu ali təhsil ocağını əla qiymətlərlə başa vurmuşdur. Ali təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləmiş, 1981-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1986-cı ildə Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında “Paylanmış parametr elementləri saxlayan və gecikməsi olan sistemlərin optimal idarə olunması” mövzusunda professor A.İ.Yeqerovun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etmişdir.
Dissertasiya işi adi və xüsusi törəməli diferensial tənliklər sistemi ilə təsvir olunan mürəkkəb proseslər üçün optimal tənzimləyicinin analitik qurulması məsələlərinə həsr olunmuşdur. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra bir S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində və Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləmiş, 1988-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” kafedrasında çalışır.
R.Məmmədov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin bir sıra şəhərlərində (Moskva, Kiyev, Dnepropetrovsk, Maqnitoqorsk və s) elmi konfranslarda iştirak etmişdir. 1990-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” kafedrasının dosentidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında riyaziyyat üzrə Elmi-Metodik Şuranın üzvüdür.
MƏMMƏDHƏNİFƏ RAMAZAN oğlu MUSAYEV[HTML redaktə]
Məmmədhənifə Ramazan oğlu Musayev 1941-ci ildə Oxud kəndində anadan olmuşdur. Atası Ramazan kişi Oxud kəndinin mötəbər ağsaqqallarından biri, anası Səfruz xanım xeyirxah əməlləri ilə kənddə tanınmış ağbirçək olmuşdur. M.Musayev orta təhsilini Oxud kənd məktəbində almış, görkəmli alim və pedaqoq Nurpaşa Hümmətovun şagirdi olması ilə həmişə fəxr etmişdir.
M.R.Musayev 1958-1962-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuş, ali təhsilini başa vurduqdan sonra təyinatla Oğuz rayonuna göndərilmişdir. Bu rayonda 1962-1963-cü illərdə ibtidai sinif müəllimi hazırlayan birillik pedaqoji kursun müəllim-rəhbəri olmuşdur. 1964-cü ildə ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra Oğuz rayon Təhsil Şöbəsinə məktəb inspektoru vəzifəsinə təyin olunmuş, 1969-cu ilədək bu vəzifədə çalışmışdır.
M.R. Musayev 1969-cu ildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 1972-ci ildə burada təhsilini başa vurduqdan sonra Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutundakı “Pedaqogika – psixologiya” kafedrasına baş müəllim seçilmişdir. Həmin vəzifədə işlədiyi dövrlərdən ömrünün sonunadək pedaqogikanın, pedaqoji psixologiyanın, məktəbşünaslığın dərinliklərinə yiyələnən bir alim kimi respublikada məşhurlaşmışdır. Təşkilatçılıq qabiliyyəti, elmi potensialı nəzərə alınaraq 1978-ci ildə Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutuna direktor təyin edilmişdir. O, direktorluqla yanaşı, 1984-cü ilin avqust ayınadək həmin institutda “Pedaqogika – psixologiya” kafedrasının müdiri vəzifəsini də icra etmişdir. İnstitutda rəhbər işlədiyi müddətdə nəinki respublikada, hətta keçmiş ittifaq miqyasında tanınmışdır. O, 1980-1985-ci illərdə keçmiş SSRİ Maarif Nazirliyinin Elmi Şurasının üzvü olmuş, burada Zaqafqaziya respublikalarını təmsil etmişdir.
M.R.Musayev 1984-1999-cu illərdə respublika Təhsil Nazirliyində rəhbər vəzifələrdə çalışmış, xüsusi təşkilatçılıq qabiliyyətinə malik olduğunu bir daha nümayiş etdirmişdir. 1999-cu ilin iyul ayından göndərişlə yeni yaradılmış Azərbaycan Müəllimlər İnstitutuna rektor təyin edilərək ömrünün sonunadək bu məsul vəzifədə çalışmışdır.
M.R. Musayev 1974-cü ildən pedaqoji elmlər namizədi, 1997-ci ildən Naxçıvan Dövlət Universitetinin professoru olmuşdur. O, “Azərbaycan dili” dərsliklərinin müəllifi olmuş, Azərbaycanın “Qabaqcıl maarif xadimi” və “SSRİ maarif əlaçısı” döş nişanları ilə təltif olunmuşdur. Dərsliklərin, dərs vəsaitlərinin, 500-ə qədər elmi-metodik, bədii- publisistik yazıların müəllifidir. O, eyni zamanda respublikanın ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən biri olmuşdur. “Şəki” Xeyriyyə Cəmiyyətini təsisçisi olmuş, Azərbaycan Demokratik Maarifçilik Partiyasına sədrlik etmişdir. 23 il respublika radiosu və televiziyasında təhsil proqramları üzrə verilişlərin aparıcısı olmuşdur.
Görkəmli alim, tanınmış maarif xadimi Məmmədhənifə Musayev 2004-cü ildə Bakıda vəfat etmiş, Oğuz rayonunda dəfn olunmuşdur.
SƏMAYƏ MƏMMƏD qızı MUSTAFAYEVA[HTML redaktə]
Səmayə Məmməd qızı Mustafayeva 1948-ci ildə Oxud kəndində anadan olmuşdur. 1955-ci ildə Oxud kənd səkkizillik məktəbinin birinci sinfinə getmiş, 1963-cü ildə Şəki Pedaqoji Məktəbinə daxil olub, 1967-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1967-ci ildə 1 qəbul imtahanını əla qiymətlə verərək V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olunmuşdur. Ali təhsilini 1971-ci ildə fərqlənmə diplomu ilə başa vuraraq Elmi Şuranın qərarı ilə institutda saxlanılmış, aspiranturaya daxil olaraq professor Zakir Şıxlınskinin rəhbərliyi ilə “Azərbaycan Kommunist Partiyasının zəhmətkeşlərin beynəlmiləl tərbiyəsi uğrunda mübarizəsi” namizədlik dissertasiyası mövzusu üzərində tədqiqat aparmışdır. 1985-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya işi respublikanın Həmzə Qasımzadə, Mehdixan Vəkilov, Sabir İbrahimov, Şükür Sadıqov, Zakir Şıxlınski kimi görkəmli tarixçi alimləri tərəfindən rəğbətlə qarşılanmışdır.
Səmayə Mustafayeva yaradıcı alim kimi 55 elmi məqalənin, 2 dərsliyin ( İki hissəli “Avropa və Amerika ölkələrinin ən yeni tarixi”), 14 dərs vəsaitinin müəllifidir. Təvazökar, qayğıkeş bir insan olan Səmayə xanım Mustafayeva hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Səmayə xanım Mustafayeva gözəl ailə başçısı, mehriban ana və nənədir. Həyat yoldaşı Eldar Mustafayev uzun illər Bakı şəhər Hərbi Komissarlığında çalışmış, gözəl və xeyirxah əməllər sahibi kimi xoş xatirəsi ürəklərdə yaşayır. İki oğul övladı var. Böyük oğlu Mürsəl Mustafayev Oxud kəndinin tarixində ilk dəfə olaraq Azərbaycan Milli Məclisinə deputatlığa namizəd göstərilib.
NÜYVƏR LOĞMAN oğlu NƏSRULLAYEV[HTML redaktə]
Nüyvər Nəsrullayev 1939-cu ildə Oxud kəndində anadan olmuşdur. 1957-ci ildə Oxud kənd orta məktəbini bitirmişdir. Elə həmin il H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika – riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Şəki rayonuna işləməyə göndərilmişdir. 1962-1964-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuş, sonra Şəki şəhər 2 saylı orta məktəbdə müəllim, 1966-cı ildən müsabiqə yolu ilə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun “Həndəsə və elementar riyaziyyat” kafedrasına müəllim seçilmişdir. 1969-1972-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Həndəsə” kafedrasında aspirant olmuş, aspiranturanın hazırlıq müddətini Kazan Dövlət Universitetinin “Həndəsə” kafedrasında keçmişdir. 1974-cü ildə orada professor A.P. Şirokovun rəhbərliyi ilə “Üçölçülü psevdoevklid fəzaların səthlərinin diferensial həndəsəsinə dair” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiya işində psevdoevklid fəzalarda səthlərin diferensial həndəsəsi öyrənilib, minimal və vintvari səthlərin radikallarla tənlikləri yazılıb. Burada həm də səthlərin bükülmə məsələlərinə də baxılıb. Tədqiqat işi xüsusi və ümumi nisbilik nəzəriyyəsinin riyazi əsaslandırılması sahəsində əhəmiyyətlidir. Fizikada, üçölçülü Enşteyn fəzalarında diferensial həndəsə faktlarının öyrənilməsinə həsr olunub.
Nüyvər Nəsrullayev 1973-cü ildən ömrünün sonunadək H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun “Həndəsə və cəbr” kafedrasında müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində işləmişdir. 1985-1998-ci illərdə institutun riyaziyyat və informatika fakültəsinin dekanı vəzifəsində işləmişdir.
Nüyvər Loğman oğlu Nəsrullayev işlədiyi müddətdə bir çox konfranslarda iştirak etmişdir. 1966-cı ildə Kalininqradda, 1972-ci ildə Səmərqəənddə, 1974-cü ildə Düşənbədə, 1980-ci ildə Vitebskdə, 1982-ci ildə Moskvada keçirilən konfranslarda məruzələr etmişdir. Nüyvər müəllim 32 məqalənin, 2 dərslik və 5 dərs vəsaitinin, 1 elmi-kütləvi kitabın müəllifidir. Bükülmə vektorunun həqiqi, xəyali və ya izotrop seçilməsi ilə çox müxtəlif və Evklid fəzalarından fərqli nəticələr əldə edilmişdir. Belə fəzalar xüsusilə son illərdə öyrənilən beşölçülü psevdoevklid fəzalarında 2.3,4 ölçülü səthlərin bükülmə məsələləri fizikada xüsusi və ümumi nisbilik nəzəriyyəsində tətbiq oluna bilər. Tədqiqatların nəticələri respublikanın və Pusiya Federasiyasının, habelə başqa postsovet respublikalarının elmi jurnallarına çap edilib.
KAMİL FİKİRƏT oğlu ADIŞİRİNOV[HTML redaktə]
Kamil Fikrət oğlu Adışirinov 1960-cı ilin iyun ayının 1-də Şəkinin Oxud kəndində dünyaya göz açmışdır. 1967-1977-ci illərdə ibtidai və orta təhsilini Oxud kənd səkkizillik və orta məktəbində almışdır. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakültəsinə daxil olmuş, 1987-ci ildə oranı əla qiymətlərlə başa vurmuşdur. Əmək fəaliyyətinə 1987-ci ilin avqust ayında Şəki rayon Mədəniyyət Şöbəsinin Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində başlamış, bu sahədə kitabxanaçı, biblioqraf, baş biblioqraf, metodist və “İnformasiya-biblioqrafiya” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Elm və bilik xəzinəsində çalışdığı illərdə sonsuz məhəbbətlə sevdiyi ədəbiyyat korifeylərinin əsərlərini və onların haqqında yazılmış tədqiqat əsərlərini sevə-sevə oxuyaraq Azərbaycan və dünya ədəbiyyatına dair zəngin bilik əldə etmişdir.
1992-ci ildə Şəki şəhərində BDU-nun filialı fəaliyyətə başlamış, K.Adışirinovun klassik və müasir ədəbiyyatımıza dair dərin biliyini nəzərə alan filialın direktoru, fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov 1998-ci ildə onu filiala elmi-pedaqoji fəaliyyətə dəvət etmişdir. K.Adışirinov 1998-2001-ci illərdə bu ali tədris müəssisəsində pedaqoji fəaliyyət göstərmişdir. 2002-ci ildə o, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının nəzdində fəaliyyət göstərən yenidənhazırlanma fakültəsinə daxil olaraq “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” üzrə ikinci ixtisas qazanmışdır. Elmi-tədqiqat işinə olan böyük maraq və istedadına görə 2001-ci ildən Şəkidə fəaliyyət göstərən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının rəhbərliyi 2005-ci ildə onu tam ştatlı müəllim kimi pedaqoji fəaliyyətə dəvət etmişdir. Filialda fəaliyyətə başladığı ilk günlərdən elmi-tədqiqat fəaliyyətini gücləndirən K.Adışirinov XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Şəkidə yazıb-yaratmış İsmayıl bəy Nakamın həyat və yaradıcılığı ilə bağlı tədqiqat aparmaq istəyini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun rəhbərliyinə bildirdikdə institutun direktoru akademik Bəkir Nəbiyev onun bu niyyətini alqışlamış, institutun Elmi Şurası 2007-ci ildə “İsmayıl bəy Nakamın həyat və yaradıcılığı” mövzusunu K.Adışirinov üçün dissertasiya mövzusu kimi təsdiq etmişdir. O, dissertasiya işini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor, gözəl alim və insan Məhərrəm Qasımlının rəhbərliyi altında yüksək səviyyədə yazaraq nakam şair İsmayıl bəy Sədrəddinbəyovun ruhunu şad etmiş, onu ədəbiyyat tariximizin qaranlıq səhifələrindən çıxararaq, oxuculara, ədəbi ictimaiyyətə tanıtmışdır. Bu ağır və şərəfli tədqiqat işini o, 2013 – cü ildə AMEA – nın Nizami adına Ədəbiyyat İnstitutunun İxtisaslaşmış Müdafiə Şurasında müvəffəqiyyətlə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanmışdır.
K. Adışirinovun tədqiqat istiqaməti təkcə bununla məhdudlaşmamış, o, Şəkinin ədəbi həyatına dair, xüsusilə XX əsr Şəki ədəbi mühiti ilə bağlı yerli mətbuat səhifələrində maraqlı məqalələrlə çıxış etmişdir.
Şəkinin elmi həyatında misilsiz xidmətləri olan AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, gözəl alim və nurlu insan Z.Əlizadə onun tədqiqatçılıq qabiliyyətini yüksək dəyərləndirərək 2005-ci ildə onu AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” laboratoriyasına (hazırda şöbə) elmi işçi kimi elmi fəaliyyətə cəlb etmişdir.
K.Adışirinov Elmi Mərkəzin elmi araşdırma planına uyğun olaraq regionun folklorşünaslıq, tarixi-etnoqrafik, toponimik və onomastik baxımdan araşdırılmasına dair elmi-tədqiqata cəlb edilmiş, mərkəzin direktoru, prof. Zəkəriyyə Əlizadənin rəhbərliyi altında Şəkinin özü qədər qədim kəndlərindən olan Oxud, Baş Göynük, Baş Şabalıd, I və II Biləcik, Baqqal kəndlərinin tarixi-mədəni, etnoqrafik həyatını araşdırmışdır. Oxud kəndinin qeyd edilən istiqamətlər üzrə öyrənilməsi təxminən bir il davam etmişdir. Tədqiqat nəticəsində qələmə alınmış materiallar Elmi Mərkəzin Elmi Şurasında dinlənilib müzakirə edildikdən sonra mərkəzin nəşr planına daxil edilmişdir. Nəticədə “Qədim türk-Oğuz yurdu Oxud” adlı kitab 2006-cı ilin iyul ayında “Nurlan” nəşriyyatı tərəfindən nəşr edilmişdir. Kitaba AMEA-nın professorları Z.Əlizadə və M.Qasımlı tərəfindən yazılmış “ön söz”də əsərin müasir mərhələdə türklüyün öyrənilməsində böyük tarixi və elmi əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
Əsər giriş və beş fəsildən ibarətdir. Girişdə mövzunun aktuallığı əsaslandırılmış, Şəki Regional Elmi Mərkəzin qarşıya qoyduğu ən mühüm vəzifə kimi Oxud kəndinin tarixi-mədəni baxımdan tədqiqata cəlb edilməsinin əhəmiyyətindən danışılmışdır.
“Oxud kəndinin tarixi coğrafiyası” adlı birinci fəsildə tədqiqatçı kəndin tarixinin qədim köklərini xalqın deyim, alqış və qarğışları vasitəsilə sübuta yetirmişdir. Oxud camaatının bu gün də dilindən düşməyən “Künniyən küp olasan”, “Ətin tökülsün sümüyün ağara-ağara qalasan” alqış və qarğışlarında Oxud camaatının eradan əvvəlki türklərin varisləri olması fikrinin təsdiqi sübuta yetirilmişdir. Hələ XX əsrin 70-ci illərində Oxud kəndindən aşkar edilmiş küp qəbirlər bu ərazinin əzəli türk yurdu olduğunu sübut edir. İslamın burada bərqərar olması tarixinə dair əsaslandırılmış faktlar, toponimlərin türk dilinə məxsus olmasını təsdiqləyən əyani dəlillər, XX əsrin 30 – cu illərində bolşevik rejiminə qarşı yönələn hərəkat, bu hərəkatın qaçaq hərəkatı mərhələsi, oxudlu qaçaqların qəhrəmanlığı, kəndin müqəddəs ziyarətgahları, onların yaranma tarixinin elmi və dini məzmunu, Böyük Vətən müharibəsi illərində və Qarabağ döyüşlərində oxudluların keçdiyi şanlı döyüş yolu, “Oxud” toponiminin elmi məzmunu, onun “Oğuz” sözü ilə fonotek-morfoloji müqayisəsi, kəndin maarif və məktəb tarixi və s. məsələlər kitabın ilk fəslində maraqlı və tutarlı faktlarla işıqlandırılmışdır. Fəslin sonunda kəndin coğrafi mövqeyi və ərazisinin hüdudları ətraflı şəkildə şərh edilmişdir.
Kitabın “Oxudda məhəllə adları, soylar və ləqəblər” adlı ikinci fəslində kəndin müasir və əski məhəlli quruluşundan və bu yurdun türkün əzəli məskəni olduğunu təsdiqləyən qədim nəsillərdən söz açılmış, əski məhəllələrin adının bərpası göstərmişdir ki, Oxud kəndində türk mənşəli 30 məhəllə mövcud olmuşdur. Elmi sistemləşdirmə üzrə bu məhəllələr təbii-coğrafi, tayfa-nəsil, peşə-sənət, tanınmış şəxsiyyətlərin adı ilə bağlı olaraq qruplaşdırılmışdır. Tədqiqatçı kənddə mövcud olan 39 türk soyu haqqında məlumat vermişdir. Fəsil daxilində nəsil haqqında məlumatlarda tarixilik prinsipi əsas götürülmüş, nəsillərin tarixi kökləri araşdırmaya cəlb edilmişdir. Həmçinin professor Z.M.Əlizadənin və professor M.P.Qasımlının “ön söz”də qeyd etdikləri kimi “ayrı-ayrı nəsillərin hünər, şücaət və elmi-zehni qabiliyyətləri, sənətkarlıq məharətləri” təhlildə qabarıq verilmişdir.
“Oxud kəndində şəxs adları və onların semantikası” adlı üçüncü fəsildə kənd əhalisinin türk mənşəli olması ilə bağlı faktların qruplaşdırılması aparılmışdır. Çox böyük elmi dəyər kəsb edən bu fəsildə müəllifin əzab-əziyyəti diqqət çəkir. Tədqiqatçının qeydlərindən məlumatlanırıq ki, kənddə yaşayan 4621 nəfər əhalinin 1 nəfəri gürcü, 12 nəfəri ləzgi, qalan bütün əhali azəri türküdür. Həmçinin bu fəsildə adların türk mənşəli olmasından əlavə onların şəxslərə verilməsi tarixini və səbəblərini də tədqiqatçı XX əsrin onillikləri üzrə izah etmişdir. Bununla da, kənddə olan ad qoyma mərasiminə də elmi izah verilmişdir.Məsələn, XX əsrin əvvəllərində kənddə dini məzmun daşıyan Məhəmməd, Həsən, Oruc, Məhərrəm, Ramazan, Qurban və s. kimi adlar kənddə çoxluq təşkil etdiyi halda, 30 – cu illərdən sonra sovet dövlətinin apardığı ateist təbliğatla bağlı bu adların uşaqlara verilməsi olduqca azalmış, yalnız ata-baba ruhuna ehtiram əlaməti olaraq adqoyma mərasimində azacıq saxlanılmışdır.
“Oxud kəndində ləqəblər və onların leksik-semantik xüsusiyyətləri” adlı dördüncü fəsildə tədqiqatçı onomastika sahəsində köməkçi ad kateqoriyalarının maraqlı növlərindən biri kimi ləqəblərin işlənməsi məsələlərindən söz açmışdır.
“Adət-ənənələr, mərasimlər” adlı beşinci fəsildə əhalinin məşğuliyyətindən, sənətkarlıqdan, toy və yas mərasimlərinin icra xüsusiyyətlərindən, mövsüm və məişət mərasimlərinin keçirilmə qaydalarından söhbət açılmışdır.
2006-cı ildə Kamil Adışirinovun XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Şəkidə yaşayıb-yaradan İsmayıl bəy Nakamın həyat və yaradıcılığını əks etdirən “İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı” adlı ikinci kitabı nəşr olunmuşdur. Kitab quruluş etibarilə giriş, dörd fəsil və nəticədən ibarətdir. “Giriş”də mövzunun aktuallığı və tədqiqatın elmi əhəmiyyəti əsaslandırılmışdır.
“İsmayıl bəy Nakamın bədii irsinin tədqiqi və əsərlərinin nəşri tarixindən” adlı birinci fəsildə XX əsr Azərbaycan ədəbiyyatında İsmayıl bəy Nakamın ədəbi irsinin öyrənilməsi səviyyəsi izah edilmiş, şairin əsərlərinin və ədəbi irsinin öyrənilməsi xronoloji qaydada araşdırılmışdır. “İsmayıl bəy Nakamın mühiti və həyatı” adlı ikinci fəsildə tədqiqatçı XIX əsrdə ümumazərbaycan fonunda iqtisadi və mədəni inkişafın xarakter xüsusiyyətlərindən danışmış, İsmayıl bəy Nakamın elmi tərcümeyi-halının sistemli araşdırılması prinsipini əsas götürərək şairin nəsil şəcərəsi – babası, atası, əmiləri, doğum tarixi, adı, təvəllüdü ilə bağlı özünəqədərki söylənilmiş qarışıq, ziddiyyətli fikirlərə aydınlıq gətirərək elmi təhlil aparmış, şairin həyatının düzgün mətnşünaslığını ortaya qoymuşdur.
“İsmayıl bəy Nakamın lirikası” adlı üçüncü fəsildə Kamil Adışirinov şairin lirik və lirik-epik yaradıcılığından söz açmışdır. Xüsusilə, Nakamın poema yaradıcılığından geniş danışan müəllif Nakamı “Dastani-Məcnun və Leyli”, “Dastani – Fərhad və Şirin” və “Gəncineyi-ədəb” poemalarına görə Nizami və Füzuli ədəbi məktəbinin davamçısı kimi dəyərləndirmişdir.
“İsmayıl bəy Nakamın əsərlərinin dil və üslub xüsusiyyətləri” adlı dördüncü fəsildə şairin sənətkarlıq xüsusiyyətlərindən, əsərlərinin bədii təsvir və ifadə imkanlarının səviyyəsindən danışılmışdır.
Kamil Adışirinovun folklorşünaslıq və ədəbiyyat tarixi istiqamətli elmi araşdırmaları qeyd olunan kitablarla məhdudlaşmamış,o, Elmi Mərkəzin tədqiqat planına əsasən Şəkinin Baqqal, I-II Biləcik,Dodu ərazilərinin folklor, etnoqrafik və tarixi baxımdan öyrənilməsində də fəaliyyət göstərmişdir.
Şəkinin qədim və möhtəşəm tarixinin ayrılmaz parçası olan həmin ərazilərin tarixi-coğrafi mənzərəsi, adət-ənənələri, folklor həyatı, demoqrafik vəziyyəti K.Adışirinovun araşdırmalarında dəqiqliyi ilə təsvir-təqdim edilmişdir. Müəllif tədqiq etdiyi ərazilərin toponomik anlamda elmi etimoloji təhlilini əsas götürərək bu ərazilərin qədim türk məskəni olmasını sübuta yetirmişdir. Məsələn, “Göynük” toponiminin göy türklərlə izah edilməsi, yaxud “Baqqal” toponiminin bir sıra tədqiqatçıların iddia etdikləri “baqqaliyyə”, ticarət məsələləri ilə bağlılığından uzaqlaşdırılıb, kəndin əhalisinin bağçılıq kimi əsas məşğuliyyəti və ya bu gözəl məkanın təbii gözəllikləri ilə mənalandırılması K.Adişirinovun tədqiqatlarında daha inandırıcı görünür. Yaxud müəllifin “Dodu” toponiminin mənasını izah edərkən daha elmi əsaslara söykənərək əhalinin ulu əcdadları olan qədim türklərin, Günəşə, Aya sitayişini əsas götürməsi, bu elmi mülahizələri söyləyərkən görkəmli mifoloq alim Mirəli Seyidovun fikirlərinə söykənərək “ Qodu-qodu” oyununda “Günəşi çağırma”nı icra etməsi ilə bağlı açıqlamaları ərazinin tarixinin qədimliyi və əhalisinin türklüyünü sübut edən amil kimi böyük elmi dəyərə malikdir.
K.Adışirinovun Baqqal, I-II Biləcik, Baş Göynük, Baş Şabalıd, Baş Layısqı, Aşağı Göynük kəndləri üzrə apardığı araşdırmalarında da eyni elmi məqsəd izlənilmişdir. Şəkinin tarixi qədimliyinə və ziyalı potensialına görə tanınan yer-yurdlarından olan Baş Layısqı kəndi haqqında son illərin ən möhtəşəm nəşrlərindən olan ( bu qədim türk yurdu haqqında üç kitab nəşr olunmuşdur, –K.A), kəndin Vətənsevər, yurdsevər oğlu hüquqşünas Abdulla Yusifovun ideya müəllifliyi və maddi dəstəyi ilə AMEA – nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli tərəfindən zəngin arxiv materialları əsasında tərtib edilərək 2014-cü ildə nəşr edilmiş “Qədim Oğuz yurdu Baş Layısqı” adlı kitaba Kamil Adışirinovun Baş Layısqı kəndi ilə əlaqədar yazmış olduğu “Baş Layısqı kəndinin dünəni, bu günü və sabahı” və “Baş Layısqı kəndində məktəb tarixi” adlı irihəcmli məqalələri daxil edilmişdir. Onun Göynük mahalı üzrə aparmış olduğu tədqiqatların bir hissəsini səhifələrində gələcəyə daşıyan “Göynük mahalının tarixi-ədəbi və folklor həyatı” adlı irihəcmli monoqrafiyası nəşrə hazırdır.
K.Adışirinovun elmi araşdırmaları qeyd olunanlarla bitməmiş, o, Elmi Mərkəz tərəfindən uzun illər Şəki şəhərinin folklor, etnoqrafik, soy, ləqəb baxımından da öyrənilməsi sahəsində xüsusi əmək sərf etmişdir. Elmi Mərkəzim rəhbəri, professor Z.Əlizadənin tapşırığı əsasında o, Şəkinin Kiş və Dodu ərazilərini qeyd olunan istiqamətlərdə tədqiq etmiş, nəticədə əldə olunan maraqlı toplantılar elmi baxımdan işlənilərək 2009-cu ildə Elmi Mərkəzin unikal nəşrlərindən olan “Şəkidə məhəllə adları, soylar və ləqəblər: II kitab” adlı kitaba daxil edilmiş, K.Adışirinov kitabın aparıcı həmmüəllifi olmuşdur.
Tədqiqatçının 18 illik elmi araşdırmalarının bəhrəsi olan “XX əsr Şəki ədəbi – mədəni mühiti: 1900-2000-ci illər.I kitab)” adlı iri həcmli monoqrafiyası 2015-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunaraq müəllifə ədəbi aləmdə elmi nüfuz qazandırmışdır. Bu unikal tədqiqat əsəri ilə bağlı respublikanın görkəmli alimlərindən olan professor Məhərrəm Qasımlının, professor Firədun İbrahimovun, filologiya elmləri doktoru Vaqif Yusiflinin, şair- publisist Mayis Səlimin respublikamızın nüfuzlu dövri nəşrlərindən olan “Ədəbiyyat”, “Ədalət”, “Kaspi” qəzetlərində dərc olunmuş məqalələrində tədqiqatçının əməyi yüksək dəyərləndiril- mişdir. Bu irihəcmli tədqiqat əsərində o, bütöv bir yüzillikdə Şəkinin ədəbi-mədəni həyatına dair maraqlı faktları oxucuların diqqətinə çatdırmış, 40 nəfərdən artıq yazarın həyat və yaradıcılığı haqqında ilk dəfə olaraq geniş məlumat vermişdir. Bu fundamental tədqiqat əsərinin ikinci hissəsini müəllif artıq başa çatdırmaq üzrədir. Tədqiqatçı təkcə ədəbi mühitin təmsilçilərinin yaradıcılığını təhlil etməklə kifayətlənməmiş, gərgin zəhmət hesabına yerli və mərkəzi dövri nəşrlərə səpələnmiş bədii nümunələri toplayaraq, həmçinin şəxsi arxivlərdən istifadə yolu ilə bir sıra yazarların əsərlərini ilk dəfə kitab şəklində nəşr etdirərək region və respublika oxucusuna təqdim etmişdir.
2015 – ci ildə o, şəkili yazar Elçin Abdullayevin “Üşüdü qəlbimiz” adlı kitabına geniş “ön söz” yazmış, kitabın elmi redaktoru olmuşdur. 2016-cı ildə XX əsr Şəki ədəbi mühitinin təbliği sahəsində onun xidmətləri daha yaddaqalan olmuşdur. Bu ildə o, Nurpaşa Hümmətovun“Tanrıdan diləyim”, Tofik Qaffarovun “Gözümün işığı, dilimin sözü”, Əhməd Zəyzidlinin “Nədir yaşamaq?”, Ələşrəf Şayanın “Çəhrayı eynəkdən baxma həyata” adlı kitablarını geniş tərtib və “ön söz”lə nəşr etdirmiş, görkəmli maarifçi Əhməd Yusiflinin ömür yoluna həsr edilmiş “Nurlu xatirələr işığında” adlı xatirə kitabını yazmış, kitab yurdsevər, qədrşünas insan olan hüquqşünas Abdulla Yusifov tərəfindən nəşr etdirilərək oxucuların istifadəsinə verilmişdir.
2016-cı ildə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, görkəmli akademik İsa Həbibbəyli K. Adışirinovun Şəki ədəbi-mədəni mühitinin tədqiqi və təbliği sahəsindəki yorulmaz fəaliyyətini yüksək dəyərləndirərək “Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi – mədəni mühitinin rolu: 1900- 2015 – ci illər” mövzusunu ona doktorluq dissertasiyası mövzusu kimi təsdiq etmişdir. Hazırda Kamil Adişirinov mövzunu filologiya üzrə elmlər doktoru Baba Babayevin elmi məsləhətçiliyi ilə başa çatdırmışdır. 2017 – ci ildə bu yorulmaz tədqiqatçı XX –XXI əsrlərdə Şəki ədəbi mühitinin təmsilçiləri olan Məmməd Çələbiyevin (XX əsr) hekayələrindən ibarət “İnsan ləyaqəti”, Aynur Məsimovanın ( XXI əsrin əvvəlləri) hekayə və şeirlərindən ibarət “İtirilmiş səadət” , 2018-ci ildə gənc şair Tural Adışirinin “Barmaqda üzük yeri” adlı şeirlər kitablarını tərtib edərək geniş “ön söz”lə nəşr etdirmişdir.
Kamil Adışirinov hazırda ADPU-nun Şəki filialının Elmi katibi vəzifəsində çalışır. O, filialda “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Ədəbiyyatın tədrisi metodikası”, “İbtidai sinif müəllimliyi” ixtisasında “İbtidai təhsilin kurikulumu”, “Xarici dil- İngilis dili müəllimliyi” ixtisasında “Azərbaycan ədəbiyyatı” fənlərini tədris edir. Tədris etdiyi fənlərin nəzəri əsaslarını mükəmməl bilən bu müəllim-tədqiqatçı dərin biliyi, insanpərvərliyi ilə filialın bütün tələbələrinin və professor – müəllim heyətinin sevimlisinə çevrilmişdir.
MƏZAHIR HÜSEYN oğlu QƏDİROV[HTML redaktə]
Məzahir Hüseyn oğlu Qədirov 1947-ci ildə Oxud kəndində anadan olmuşdur. 1954-cü ildə Oxud kənd məktəbinin birinci sinfinə qəbul olunmuş, 1961-ci ildə orta təhsilini Bakı şəhər 172 saylı orta məktəbdə tamamlamışdır. 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Maşınqayırmanın texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. Sonrakı fəaliyyəti elmi-pedaqoji olmuş, belə ki, institutda saxlanılmış, “Metal kəsmə nəzəriyyəsi", "Metalkəsən alətlərin konstruksiya edilməsi və hazırlanma texnologiyası”, “Maşınqayırmanın texnologiyası və tərtibatların layihələndirilməsi” fənlərini tədris etmişdir. Məzahir müəllim Azərbaycan Texniki Universitetində baş müəllim, dosent vəzifəsində çalışmışdır. Elmi-tədqiqat işi yüksək bərk materialların pardaqlanmasına və itilənməsinə həsr olunub. Ukrayna SSR EA-nın Yüksək bərk materiallar İnstitutunda Ukrayna SSR EA-nın müxbir üzvü, məşhur elm xadimi, texnika elmləri doktoru, professor Boris İvanoviç Kosteçkiyin rəhbərliyi altında yüksək bərk materialların sintetik emalı prosesini dərindən tədqiq etmiş v müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Eyni zamanda bu sahədə tədqiqatlarını davam etdirmiş, alınmış nəticələri Azərbaycanın və Rusiyanın müvafiq nüfuzlu elmi jurnallarında dərc etdirmişdir.
Məzahir Qədirov daim axtarışlarda olan yaradıcı alim kimi respublika və beynəlxalq səviyyəli konfranslarda məruzələrlə çıxış etmişdir. Məzahir müəllim müəllimlik fəaliyyətini uğurla davam etdirməklə bərabər, tədris etdiyi fənlər üzrə bir sıra metodik vəsaitlərin də müəllifidir. 6 magistr dissertasiyasının rəhbəri olmuşdur. M. Qədirov istehsalatla əlaqələrini heç vaxt itirməmiş, neft-mədən avadanlıqları istehsal edən zavodlarda təsərrüfat hesablı müqavilələr əsasında elmi-tədqiqat işlərini davam etdirmiş, istehsal olunan avadanlıqların işdə etibarlılığının və keyfiyyətinin yüksəldilməsi üçün vacib tövsiyələr vermişdir. Məzahir Qədirov 2007-ci ildə qəflətən dünyasını dəyişmişdir.
ƏSABƏLİ MUSA oğlu QULİYEV[HTML redaktə]
Əsabəli Musa oğlu Quliyev 1932-ci ildə Oxud kəndində anadan olmuşdur. 1947-ci ildə Oxud kənd məktəbinin birinci sinfinə gedərək a957-ci ildə orta həslini tamamlamışdır. Bir il Oxud kolxozunda çalışdıqdan sonra, 1958-ci ildə keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, 1961-ci ildə hərbi xidmətini başa vurmuşdur.1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun (Azərbaycan Texniki Universiteti) “Mexanika” fakültəsinə qəbul olunmuşdur. 1966-cı ildə institutu müvəffəqiyyətlə başa vurub, təyinatla işləmək üçün Bakı şəhər 11 saylı peşə məktəbinə göndərilmişdir. Peşə məktəbində 1 il istehsalat təlimi ustası və 3 il ixtisas fənn müəllimi işlədikdən sonra, Azərbaycan Peşə Təhsili Komitəsinin “Elmi-tədqiqat və metodiki idarəsinə rəis təyin edilmiş, 1971-ci ildən 1977-ci ilədək bu vəzifədə çalışmışdır. 1977-ci ilin sentyabrından, 1979-cu ilin sentyabrınadək Azərbaycan- Kuba mədəni əlaqələri müstəvisində Kuba Respublikasının Təhsil Nazirliyində məsləhətçi işləmişdir. 1988-ci ildə keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının şöbə müdiri akademik Sergey Yakreviç Batişevin rəhbərliyi ilə “Kubada texniki peşə təhsilinin inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimik dəərəcəsini qazanmışdır. Elmi işində peşə liseyləri və Ali Peşə Məktəblərinin yaradılması ideyaları irəli sürülmüş və böyük rəğbətlə qəbul edilmişdir. Bu gün Azərbaycanda fəaliyyət göstərən peşə liseyləri onun ideyası ilə yaradılmışdır.
1997-1998-ci illərdə YUNESKO-nun peşə təhsili üzrə eksperti olmuşdur. 2003-cü ilin sentyabr ayının 1-dən Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin “Peşə təhsili müəssisələrinin istehsalat təlimi ustaları və ixtisas fənn müəllimlərinin ixtisaslarının artırılması” layihəsinin assistentidir.
2001-ci ildə respublikada yeni təşkil edilmiş Azərbaycan Müəllimlər İnstitutunun “Təhsilin idarə edilməsi” kafedrasına baş müəllim təyin edilən Əsabəli müəllim bu gün Azərbaycan Pedaqoji Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirir. Əsabəli Musa oğlu Quliyev 40-dan artıq elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.
ÜLVİ ƏLƏFSƏR oğlu MƏMMƏDOV[HTML redaktə]
Ülvi Məmmədov 1982-ci ildə tanınmış kimyaçı alim, professor Ələfsər Məmmədovun ailəsində dünyaya göz açıb. Orta təhsilini 1989-1999-cu illərdə Bakı şəhər 191 saylı orta məktəbdə almışdır. 1999-cu ildə Azərbaycan Texniki Universitetinin ( keçmiş Azərbaycan Politexnik Universiteti) “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi” ixtisasına qəbul olunmuş və oranı 2003-cü ildə bakalavr peşə dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildə müvəffəqiyyətlə imtahan verərək “Azərbaycan Texniki Universitetinin “Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasına “Ekologiya və təbiətdən istifadə” ixtisası üzrə magistraturaya qəbul olunmuşdur.
Ü.Ə. Məmmədov 2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək “Ekologiya və təbiətdən ixtifadə” ixtisası üzrə magistr dərəcəsi almışdır. Ülvi Məmmədov Azərbaycan Texniki Universitetində təhsil aldığı müddətdə “Metallurq” qəzetində müxbir, şöbə müdiri, məsul katib, baş redaktor və “Azərbaycan həqiqətləri”, “Beynəlxalq – analitik informasiya” qəzetlərində xüsusi müxbir vəzifələrində çalışmışdır. O, həm də paralel olaraq BMT – nin Könüllülər Tşkilatının “ Xəzər ekoloji” proqramı çərçivəsində “Rüzgar ekoloji Cəmiyyəti”ndə professor İ. Mustafayevlə birlikdə layihə aparıcısı olmuşdur. O, 2004-2005-ci illərdə “Avromed” İngiltərə-Azərbaycan birgə müəssisəsində selismen işləmişdir.
Azərbaycan Texniki Universitetində oxuduğu fakültənin dekanlığının Elmi Şurasının qərarı ilə təhsilini fərqlənmə diplomu ilə başa vurduğuna və universitetin ictimai həyatında fəal iştirakına görə ona aspiranturada təhsilini davam etdirilməsi tövsiyə olunmasına baxmayaraq, o, 2005-2006-cı illərdə Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
Ü.Ə. Məmmədov hərbi xidmətdən qayıtdıqdan sonra “Azərbaycan həqiqətləri” qəzetində xüsusi müxbir kimi fəaliyyətini davam etdirir. O, respublika dövri mətbuatında şeir və məqalələri ilə ardıcıl olaraq çıxış edir.
Ü.Ə. Məmmədov 2006-cı ildə müvəffəqiyyətlə imtahan verərək Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunun “Fiziki-kimya” ixtisası üzrə aspiranturasının əyani şöbəsinə qəbul olunmuşdur və 2011-ci ilin aprel ayının 11-də kimya elmləri doktoru, professor M.X. Ənnağıyevin rəhbərliyi altında mühüm ekoloji problemlərdən birinə həsr olunmuş “Təbii alümosilikatlar əsasında alınmış sorbentlərlə hava axınından zərərli maddələrin tutulması” mövzulu dissertasiya işini Bakı Dövlət Universitetinin İxtisaslaşmış Elmi Şurasında müvəffəqiyyətlə müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Ülvi Məmmədov 2014-cü ildən dosentdir. 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunda akademik Yaqub Mahmudovun məsləhətçiliyi ilə “Azərbaycanda ekoloji biliklərin təkamül tarixi” doktorluq dissertasiyası mövzusu üzərində çalışır. AMEA – nın böyük elmi işçisi, Dövlət İmtahan Mərkəzinin imtahan rəhbəri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl Qələm” mükafatı laureatıdır. 5 kitabın, 100-ə yaxın elmi məqalənin, 2 poemanın, 1 pyesin, 20-dən çox mahnının sözlərinin müəllifidir. Onun şeirlərinə bəstələnmiş mahnılar xalq artistləri Könül Xasıyeva, İlham Əsgərov, Gülyaz və Gülyanaq Məmmədova bacıları tərəfindən ifa olunub.
Ü.Ə. Məmmədov Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, professorlar Ə. Məmmədov, F. Quliyev və başqaları ilə ekologiyanın müxtəlif sahələrinə həsr olunmuş 10-dan artıq elmi məqalənin müəllifidir. O, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən Respublika və Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Ülvi Ələfsər oğlu həmçinin yüksək bədii istedad sahibidir. Respublikanın nüfuzlu dövri nəşrlərində onun müxtəlif mövzulu şeirləri müntəzəm olaraq nəşr olunmuş, “Həyatın işini nə bilmək olar?” adlı şeirlər kitabı nəşr olunaraq müəllifinə oxucu rəğbəti qazandırmışdır.
SALEH ŞÖYÜB OĞLU MƏMMƏDOV[HTML redaktə]
Sаlеh Şöyüb oğlu Məmmədov 1937-ci ildə Охud kəndində аnаdаn оlmuşdur. 1955-ci ildə Охud kənd оrtа məktəbini bitirmiş, 1959-cu ildə Аzərbаycаn Pоlitехnik Institutunа dахil оlmuşdur. 1964-cü ildə Аvtоmаtikа və Hеsаblаmа tехnikаsı fаkultəsini bitirərək əmək fəаliyyətinə bаşlаmışdır. О, 1967-ci ildə Аzərbаycаn Еlmlər Аkаdеmiyаsının Fizikа Institutunа dəvət еdilmişdir. 1967-1984-cü illərdə həmin Institutdа bаş mühəndis vəzifəsində işləmiş, Mоskvа şəhərinə stаj kеçməyə göndərilmişdir. 1967-ci ildə Mоskvа şəhərindəki аkаdеmik I.V.Kurçаtоv аdınа iki illik Аtоm Еnеrjisi Institutunа göndərilmişdir. Məqsəd Blоk Kоmmunikаsiyа qurğusunu düzəldərək Bаkıyа gətirmək оlmuş və bu vəzifə ləyаqətlə yеrinə yеtirilmişdir. Bu qurğunun vаsitəsilə «Biоfizikа» lаbоrаtоriyаsındа еlmi-tədqiqаt işləri аpаrılmışdır. S.Məmmədоv həmin qurğunun vаsitəsilə аnаlizаtоr sistеmi sаhəsində 18 еlmi məqаlənin müəllifidir. Lаkin «P» şüаlаnmа оlduğunа görə həkimlər оnа işi dаvаm еtdirməyə icаzə vеrməmiş, bu səbəbdən də о həmin sаhədən uzаqlаşаrаq tədris sаhəsinə kеçmişdir. Hаzırdа tехnikа еlmləri nаmizədi kimi Аzərbаycаn Tехniki Univеrsitеtində Rаdiоtехnikа fаkültəsində fəаliyyətini dаvаm еtdirir.
QÜDÜRƏT MƏMMƏD oğlu BƏKİROV[HTML redaktə]
Qüdürət Məmməd oğlu Bəkirov 11 iyun 1961-ci ildə Şəki rayonunun Oxud kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1978-ci ildə orta məktəbi bitirən Qüdürət Bəkirov 1979-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuş, hərbi xidmətini 1981-ci ildə başa vurduqdan sonra 1983-cü ildə ali təhsil almaq üçün V.İ.Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) “Kimya-biologiya” fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1988-ci ildə institutu müvəffəqiyyətlə bitirərək “bioloq” ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə Şəki Zona Elmi Bazasında laborant vəzifəsi ilə başlamış,1993-cü ildən isə Şəki Regional Elmi Mərkəzində “İpəkçilik” laboratoriyasının rəhbəri vəzifəsinə təyin olunmuşdur.1994-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin “İpəkçilik” laboratoriyasında “Yerli və introduksiya olunmuş cinslər arasında hibridlərdə heterozis qüvvəsinin öyrənilməsi” dissertasiya işi mövzusunda elmi tədqiqat aparıb, 2013-cü ildə həmin mövzunu Zoologiya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında müdafiə edərək bilogiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.
Qüdürət Məmməd oğlu Bəkirov hazırda yerli şəraitə uyğun, yeni, yüksək məhsuldar, xəstəliklərə davamlı və istehsalatın bütün tələblərinə cavab verə bilən tut ipəkqurdunun cins, xətt və hibridlərinin yaradılması məqsədi ilə aparılan tədqıqatlara rəhbərlik edir. Onun rəhbərliyi ilə yetişdirilmiş iki yeni tut ipəkqurdu cinsinə və iki hibridinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən 4 (dörd) patent və 4 (dörd) müəlliflik şəhadətnaməsi verilmişdir.
Qüdürət Məmməd oğlu Bəkirov 2012-ci ildə Şəki Regional Elmi Mərkəzinin 40 illik yubileyi münasibəti ilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Qüdürət müəllim hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki dilialının “Təbiət elmləri və onların tədrisi metodikası” kafedrasının dosentidir. Bu günədək alimin qələmindən 48 elmi-metodik xarakterli məqalə və bir metodik vəsait çıxmışdır.
NİZAMİ ŞAMİL oğlu ADIŞİRİNOV[HTML redaktə]
Nizami Şamil oğlu Adışirinov 21 aprel 1983-cü ildə Şəki şəhərinin Oxud kəndində anadan olmuşdur. Orta təhsilini Şəki şəhər 19 saylı tam orta məktəbdə almış Nizami Adışirinov 2000-2004- cü illərdə Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsində bakalavr təhsili almışdır. Bakalavr təhsilini əla qiymətlərlə başa vuran Nizami Adışirinov 2004-2006-cı illərdə Bakı Dövlət Universitetinin “Filologiya fakültəsinin” “Türkologiya” kafedrasında magistraturasına daxil olmuş, təhsili almış, filologiya elmləri doktoru, professor Ramiz Əskərin elmi rəhbərliyi altında “Kitabi-Dədə Qorqudda boy, soy, ailə şəcərəsi” adlı magistr isini uğurla müdafiə etmişdir. 2006-cı ildə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Elm yollarında inamla addımlayan gənc magistrant 2006-cı ildə AMEA-nın Folklor İnstitutunun əyani doktoranturasına qəbul olunmuşdur. 2008-2009-cu illər arasında doktoranturadan 1 illik möhlət alaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra doktorantura təhsilini davam etdirərək əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik Tofiq İsmayıl oğlu Hacıyevin rəhbərliyi ilə “Dədə Qorqud kitabı”nda epik formullar” mövzusunda dissertasiya üzərində çalışmağa başlamış, bu aktual problemin tədqiqini uğurla başa çatdıraraq 2015 -ci ilin noyabr ayının 27-də AMEA –nın Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən FD.01.201 Dissertasiya Şurasının iclasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 may 2017-ci il tarixli (protokol N 13) qərarı ilə Nizami Şamil oğlu Adışirinova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Gənc alim tədris sahəsində şərəfli pedaqoji yol keçmişdir.O, 2005-2010-cu illərdə Sumqayıt Türk Liseyində , 2010-2012-ci illərdə Dədə Qorqud Liseyində müəllim,2012-2013-cü illərdə Dədə Qorqud Liseyində təlim-tərbiyə işləri üzrə müdir müavini, 2014-2016-cı illərdə İstık Liseyinin Xalqlar filialında müəllim, 2016-2017-ci illərdə Beynəlxalq İstək Liseyində müəllim, 2017-2018-ci illərdə İstək Liseyi Azərbaycan dili və ədəbiyyatı metodbirləşməsinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
Pedaqoji fəaliyyəti dövründə təhsil sahəsində bir çox təkmilləşdirmə seminarlarında və təlimlərdə uğurla iştirak etmişdir. Nizami Adışirinov respublika ədəbi mühitində həmçinin istedadlı qələm sahibi kimi də tanınır. Şeirləri mütəmadi olaraq respublikanın nüfuzlu müxtəlif qəzet və ədəbi jurnallarda dərs olunur.
İstedadlı şair 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun qələmindən “Ruh bədəndən uzaq düşüb” (Bakı, 2004), “Ürəyimin harayı” (Bakı, 2006),“Yazdım ki, izim qala” ( Bakı, 2007),“Əzizlə məni” (Bakı, 2008),“Ömür qatarı” (Bakı, 2010) adlı 5 adda şeirlər kitabı, 19 elmi-metodik xaraktürli məqalə çıxmışdır.
ÖYRƏNİB ÖYRƏDƏNLƏRİ XATIRLARKƏN[HTML redaktə]
ABDULCƏMİL ABDULLA oğlu ƏFƏNDİYEV[HTML redaktə]
Abdulcəmil Əfəndiyev 1893-cü ildə Oxud kəndində mükəmməl dini təhsil almış ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illərini kitablarla keçirən Abdulcəmil həm də arıçılığa həvəs göstərmişdir. Arıçılıq sənətini ona məşhur arıçı olmuş əmisi Abdurəhman kişi öyrətmişdir. Boş vaxtlarını əmisinin yanında arıxanada keçirən Abdulcəmil az bir vaxtda bu peşəyə yiyələnmişdir.
Abdulcəmil Əfəndi 10-15 yaşlarında rayonun dövrünün dini təhsilli ziyalılarından ərəb və fars dillərini tam öyrənmişdir. İlahiyyat elmini tam öyrənən A.Əfəndiyev “Qurani-Kərim”i əzbər bilmiş, müstəqil şəkildə ərəbcədən tərcümə etmişdir. Dərin hafizəyə malik olduğu üçün o, yoldaşları tərəfindən “Hafiz Əfəndi” deyə çağırılmışdır. A. Əfəndiyev ərəb-fars dillərini mükəmməl bilmiş, babaları tərəfindən xəttatlıqla yazılmış kitabları həvəslə mütaliə etmişdir. Deyilənlərə görə, sovet hakimiyyətindən əvvəl kənddə rus dilindən dərs demiş, istəmişdir ki, kəndli balaları bu dili mənimsəyib savadlı olsunlar.
Aşıq Molla Cumanı yaxından tanıyan və ədəbi irsindən çoxlu nümunələri sinədəftər əzbər bilən Abdulcəmil Əfəndi Şərq ədəbiyyatının dahilərindən olmuş Sədinin, Nizaminin, M. Füzulinin əsərlərini dərindən öyrənmişdir. Görkəmli dilçi alim Əziz Əfəndizadə tez-tez onunla görüşmüş, Azərbaycan dilində işlədilən “və”nin vergüllə əvəz edilməsi təşəbbüsünün Abdulcəmil Əfəndi tərəfindən olduğunu bildirmişdir. Dövrünün şair və nasirləri ilə əlaqə saxlayan Abdulcəmil Əfəndiyev Azərbaycan dilinin təkmilləşməsinə daim özünün müdrik məsləhətləri ilə səy göstərmişdir. Əmisi oğlu Məcid Əfəndiyev və “Nuxa fəhləsi” qəzetinin redaksiyasında çalışmış Camal Qədirli dəyərli məsləhətlərini məhz Abdulcəmil Əfəndiyevdən almışlar. Əmisi Abdurahman kişinin 1937-ci ildə əsassız olaraq sürgün olunduğunu görən Abdulcəmil Əfəndiyev babasından və atasından qalan bütün əlyazmaları və Ərəbistan ölkələrindən gələn qiymətli kitabları gizlədir. Mükəmməl dini savadı olan Abdulcəmil Əfəndiyevin sovet siyasi rəhbərliyi tərəfindən məscidlərə getməyinə qadağa qoyulur.
О, kənd və şəhərdə müqəddəs bir şəхs kimi Аbdulcəmil Əfəndi, Cəmil ustа аdlаrı ilə tаnınmışdır. Hаqqındа mаrаqlı rəvayətlər söylənilir.Birində söylənilir ki, “bir gün Cəmil Əfəndi Şаbаlıd kəndində qоnаq оlur. Həmin gün bütün kəndi sеl аpаrır. Аncаq Cəmil ustа оlаn еvi sеl аpаrmır”. Cəmil ustа hаqqındа tаriх еlmləri nаmizədi Səmаyə хаnım dа şаhidi оlduğu hаdisəni аşаğıdаkı kimi öz хаtirələrində yаzır: «Bir gün biz şəhərdən kəndə gəlirdik. Аvtоbusun sürücüsü şəhərdən idi. Sürücü Cəmil ustаnı görsə də sахlаmаdı. Аvtоbusdаkılаr sürücünün bu hərəkətinə nаrаzılıqlаrını bildirdilər. Аrаdаn 5 dəqiqə kеçməmiş аvtоbus хаrаb оldu və hаmı düşüb kəndə piyаdа gеtməli оldu”.
Sоvеt hаkimiyyətinin ilk illərində Аbdulcəmil kişi ipəkqurdu bəsləməklə məşğul оlur, həm də ipək kоmbinаtındа fəhlə işləyir.
30-cu ildə аrıçılığı öyrənərək kоlхоzdа аrıхаnа təşkil еdir. Bununlа о, аrıçılıq sаhəsində mütəхəssis kimi tаnınır. Şəki rаyоnunun kəndlərində, kоlхоzlаrdа аrıçılığın inkişаf еtdirilməsində fəаl iştirаk еdir və hər kоlхоzdа аrıхаnа təşkil еdərək, gənc аrıçılаrın yеtişdirilməsinə хüsusi qаyğı göstərir. Öz pеşəsini övlаdlаrınа dа öyrədir.
Hal-hazırda Oxud kəndindəki Yel baba ziyarətində olan onun babası Şeyx Abdulla Əfəndinin məzarı daim ziyarət edilən və ruhuna dua verilən müqəddəs ocaqlardandır.Şəki rayonunda da Abdulcəmil Əfəndiyev müdrik el ağsaqqalı kimi tanınmış, ömrünün sonunadək kitablardan ayrılmamış, kənddə maarifçiliyin fəal təbliğatçılarından biri kimi 105 il ömür sürmüşdür.
Abdulcəmil Əfəndiyev 23 avqust 1998-ci il tarixdə dünyasını dəyişmiş, müqəddəs Yel Baba ziyarətgahında torpağa tapşırılmışdır.
QƏNİ ABDULCƏMİL oğlu ABDULLAYEV[HTML redaktə]
Аbdulcəmil kişinin mааrifpərvər оğlu Qəni Аbdullаyеv şərəfli müəllim ömrü yаşаyır. О, 1928-ci ildə Охud kəndində аnаdаn оlub. İlk təhsilini Охud kənd yеddiillik məktəbində аlmış, 1946-cı ildə Şəki Pеdаqоji məktəbini bitirdikdən sоnrа Qах rаyоnunun Sаrıbаş kəndində müəllimlik еtmişdir. 1949-cu ildə Nuха Dövlət Müəllimlər Institutunu bitirmişdir. Bir müddət Zаqаtаlа rаyоnundа müəllim işləmiş, 1952-54-cü illərdə hərbi хidmətdə оlmuş, оrаdа Vоlsk Аviаsiyа Tехniki Məktəbində охumuşdur. Аviаsiyа mühəndisi- lеytеnаnt rütbəsini аlmışdır. Оrdudаn tərхis оlunduqdаn sоnrа yеnidən müəllimlik fəаliyyətinə bаşlаmışdır. 1957-62-ci illərdə V.I.Lеnin аdınа АPI-nin (indiki АPU) “Dil - ədəbiyyаt” fаkultəsini bitirmişdir.
Tədqiqаtçı Аlmаz Qеysər qızı özünün “Mənəviyyаtımızın mеmаrlаrı” аdlı kitаbındа bu qоcаmаn, müdrik insаn hаqqındа аşаğıdаkı ürəkаçаn fikirləri yаzmışdır: “Bədəncə аrıq, zəif, bоycа kiçik оlаn 72- yаşlı bu insаndа, ilаhi, nə qədər еnеrji, nə qədər öyrənmək, öyrətmək həvəsi vаrdı. Çох аrаmlа dаnışаn, sаkit, rəvаn, gözəl nitqi оlаn bu müəllimdəki böyük sənət еşqi, sənət məhəbbəti məni hеyrаn еtmişdi. Bəlkə də müəllimin qаzаndığı bütün uğurlаrın səbəbi də еlə bu məhəbbətdə və məsuliyyətdə idi”. Qəni müəllimi tаnıyаnlаr üçün bu qеydlər оlduqcа аzdır. О, həmişə gənc nəslin inkişаfı yоllаrını fikirləşir.
İstеdаdlı və təcrübəli pеdаqоqun еlmi biliyi, yüksək nəzəri hаzırlığı həmişə yüksək qiymətləndirilmiş və о, şəhərimizin ən nüfuzlu məktəblərində tədrisə cəlb еdilmişdir. Hаqqındа ən mötəbər nəşrlərdə gеniş məlumаtlаr dərc еdilmişdir. О, dəfələrlə nümunəvi tədrisə görə Çаğ öyrətim işlətmələri Şəki Аrаz Аli Təhsilə Hаzırlıq Kursunun rəhbərliyi tərəfindən Fəхri Fərmаn аlmışdır. Qоcаmаn müəllimin əməyi dəfələrlə yüksək qiymətləndirilmiş, о, 1965-ci il mаy аyının 5-də Bаkıdа çаğırılmış Аzərbаycаn müəllimləri kоnfrаnsınа, Аzərbаycаn müəllimlərinin VI, VIII Qurultаylаrınа nümаyəndə sеçilmişdir. 1985-ci ildə Аzərbаycаn SSR Mааrif Nаzirliyinin 75 №-li əmri ilə оnа “Mеtоdist müəllim” аdı vеrilmişdir. О, hаzırdа Охud kəndində yаşаyır və Охud kənd оrtа məktəbində ədəbiyyаt bölməsi üzrə mеtоdbirləşmə sədri kimi pеdаqоji fəаliyyətini dаvаm еtdirir (şəkil 30).
RƏSUL ABDULƏLİ oğlu RƏSULOV[HTML redaktə]
Rəsul Rəsulоv 1947-ci ildə Охud kəndində аnаdаn оlmuş, 1971-ci ildə АDU-nun filоlоgiyа fаkultəsini bitirmişdir. Müхtəlif illərdə Şəkinin Quşçuluq, Cəfərаbаd kəndlərində məktəb dirеktоru vəzifəsində işləmişdir. Rəsul Rəsulov 1980-83-cü illərdə Охud kənd оrtа məktəbində tərbiyə işləri üzrə dirеktоr müаvini, 1983-87-ci illərdə həmin məktəbdə dirеktоr, 1987-1992-ci illərdə Охud kənd Хаlq Dеputаtlаrı Sоvеtinin sədri, 1998-ci ildən 2006-cı ilədək Охud kənd оrtа məktəbinin dirеktоru vəzifəsində çаlışmışdır. Pedaqoji fəaliyyəti illərində çoxsaylı məzunlar onun xeyi-duası ilə həyatın müxtəlif sahələrinə pərvazlanmış, dövlətçiliyimizin inkişafına xidmət göstərmiş və göstərməkdədirlər. Rəsul Rəsulov ictimai-siyasi sahədə də öz qabiliyyətini nümayiş etdirərək özünü sevdirmiş, 1987-1992-ci illərdə Oxud kəndində İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Bu məsul vəzifədə işlədiyi müddətdə kənd əhalisinin rəğbətini qazanmış, kənd sovetliyinə müraciət edən hər bir vətəndaş onun gülərüzlülüyü ilə qarşılaşmışdır. Həmçinin sovetlik onun çalışdığı müddətdə iki dəfə nümunəvi fəaliyyətinə görə təltif edilmişdir.
VALEH ŞÖYÜB oğlu MƏMMƏDOV[HTML redaktə]
Vаlеh Şöyüb oğlu Məmmədov 1938-ci ildə аnаdаn оlmuş, ibtidаi və оrtа təhsilini Охud kəndində аlmışdır. 1965-ci ildə Şəki Pеdаqоji Tехnikumunа dахil оlаrаq sinif müəllimi iхtisаsı üzrə оrаnı 1967-ci ildə bitirmişdir.
CAMAL QƏDİR oğlu HACIHƏSƏNOV[HTML redaktə]
Qədirli Camal 1903-cü ildə Oxud kəndində anadan olmuşdur. Oxud məktəbini bitirdikdən sonra 30-cu ullərdə Şəkidə “Firqə” məktəbini bitirdikdən sonra “Nuxa fəhləsi” qəzetinin redaksiyasında məsul katib işləmişdir. 1942-ci ilədək həmin vəzifəsə çalışmışdır. Şəki şəhəri üzrə Təftiş Komissiyasının üzvü olmuş, 20-ci illərin ortalarından Şəkidə fəaliyyətə başlayan Qızıl Qələmlər Çəmiyyətinin fəal üzvü kimi maraqlı bədii yazılarına görə cəmiyyətin mükafatlarını almışdır. O, Cəmiyyətin sıralarında olarkən cəmiyyətin katibi Heydər Hüseynov, Əbdüləzəl Dəmirçizadə və Sabit Rəhmanla möhkəm dostluq əlaqələri saxlamışdır. Camal Qədirlinin qorxmaz və cəsarətli bir insan olması, milli təəssübkeşliyi XX əsrin 30-cu illərində aşıq poeziyasının Şəkidə inkişafı ilə bağlı covet cəmiyyətinə qarşı durduğu barışmaz mövqedə də özünü göstərmişdir. Bu barədə bu sətirlərin müəllifinin “XX əsr Şəki ədəbi-mədəni mühiti” adlı monoqrafiyasında yazılır: “Nuxa işçisi” qəzeti 1938-ci il 10 və 12 yanvar saylarında Azərbaycan aşıqlarının II qurultayında Şəki aşıqlarının iştirakı ilə bağlı Nuxa Şəhər Sovetində keçiriləcək müşavirədə iştirak edəcək aşıqların və yazıçıların adlarını açıqlayan bildiriş dərc etmişdi. 1938-ci il yanvar ayının 13-də gündüz saat 12-də Nuxa Şəhər Sovetində Nuxa rayonu aşıqlarının Nuxa sovet yazıçıları ilə birlikdə müşavirəsi çağırılmışdır. Qəzetin 10 mart 1938-ci il tarixli sayında Məmmədiyyə Süleymanlının “Nuxa aşıqlarının konferensiyası” adlı məqaləsi həmin ilin mart ayının 4-də Partiya Maarifi Evində Azərbaycan aşıqlarının respublika qurultayına hazırlıq münasibəti ilə Nuxanın bütün aşıqlarının sovet yazıçıları, ədəbiyyat müəllimləri ilə birlikdə keçirilən konfransı ilə bağlı bizdə dolğun təsəvvür yaradır. Konfransda Abdulla Faruqun məruzəsindən sonra aşıqların və ziyalıların çıxışları dinlənilmiş, çıxışlarda vurğulanmışdır ki, “rayonumuzda aşıqlar çoxdur, lakin onlarla heç bir əməli iş aparılmır. İstər rayon incəsənət işləri müvəkkili, istər Nuxa sovet yazıçıları, istərsə də ədəbiyyat müəllimləri aşıqların yaradıcılıqlarının artmasına, onların siyasi və texniki biliklərinin yüksəlməsinə yaxından fikir vermirlər. Ona görədir ki, bəzi aşıqlar hələ də savadsızdırlar”. “Nuxa işçisi” qəzetinin redaksiyasının əməkdaşı, əslən Oxud kəndindən olan Camal Qədirli daha sərt mövqedən çıxış edərək Nuxada aşıq sənətinin inkişafına olan laqeyd münasibətdə keçmiş şəhər rəhbərliyini günahlandırmışdır. O demişdir: “Vaxtilə Şəhər Partiya Komitəsində əyləşmiş xalq düşmənləri Cuvarlinski, Soltanov və keçmiş Şəhər Soveti sədri incəsənət işlərində pozğunçuluq yaratmışlar. Xüsusilə, aşıqlara qarşı əhv edilməz bürokrat münasibət bəsləmişlərdir. Onlar aşıqların tez-tez müşavirələrini çağırmamış, onlarla geniş iş aparmağa qətiyyən əhəmiyyət verməmişlərdir. Hələ Cüvarlinskinin məsləkdaşı, ifşa olunmuş düşmən Ələşrəf İsmayılov həmişə aşıqları ruhdan salmış, onları incitmişdir. Bu həyasız adam: “Əsərlərinizi çap etdirəcəyəm”- deyərək aşıqlarımızın yazılarını toplamış və onları öz evinə yığıb saxlamışdır”. Camal Qədirli 1942-ci ildə “bron”a malik olmasına baxmayaraq könüllü olaraq Böyük Vərən müharibəsinin (1941-194) ön cəbhəsinə yola düşmüş, Krım uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
AYƏT MƏMMƏD qızı ADIŞİRİNOVA[HTML redaktə]
Аyət Məmməd qızı Adışirinova uzun illər хаlq mааrifi sаhəsində çаlışmışdır. Оnun yеtirmələri sırаsındа аlimlər, müхtəlif iхtisаs sаhibləri vаrdır.
BƏLYAR CAMAL oğlu MƏMMƏDOV[HTML redaktə]
Məmmədоv Bəlyаr Cаmаl оğlu 1923-cü ildə аnаdаn оlub. 1931-ci ildə Охud kənd əsаs məktəbinə qəbul оlunub, 1938-ci ildə yеddiillik təhsilini bаşа vurmuşdur. 1938-ci ildə Stаlin аdınа sеminаriyаyа (Şəki Pеdаqоji Tехnikumunа) dахil оlmuş, 1941-ci ildə təhsilini bаşа vurmuşdur. 1941-ci ildə döyüşən оrduyа səfərbər оlunub. Ilk əvvəl Mərkəzi Cəbhədə döyüşüb. Sоnrаlаr həmin cəbhə I Ukrаynа cəbhəsi аdlаnıb. Kоnеv cəbhə kоmаndiri оlub, 1944-cü ildə yаrаlаnıb, II qrup əlil kimi 1946-cı ildən оrdudаn tərхis оlunub. Əmək fəаliyyətinə 1946-cı ildə Охud kəndində bаşlаyıb. 1953-cü ildə Şəki Müəllimlər Institutunu (iki illik), 1961-ci ildə Аzərbаycаn Pеdаqоji Institutunun biоlоgiyа fаkultəsini bitirib. 1958-1985-ci illərdə Охud kənd оrtа məktəbində təlim-tərbiyə məsələləri üzrə dirеktоr müаvini işləyib. Hаzırdа həmin məktəbdə biоlоgiyа fənnini tədris еdir.
ABDULLA ABDULLAYEV[HTML redaktə]
Аbdullа Аbdullаyеv 1891-ci ildə Охuddа dünyаyа göz аçmışdır. Həyаt yоldаşı Səlimə хаnımın söyləməsinə görə ilkin təhsilini əvvəl mоllахаnаdа аlmış, sоnrа isə Şəkidə аçılmış rus-tаtаr məktəbində охumuşdur. Vətənə, хаlqа qəlbən bаğlı оlаn Аbdullа kişi siyаsi rəhbərliyin diqqətini cəlb еtmiş, 30-cu illərdə, siyаsi həyаtın qаrışdığı dövrlərdə bir sırа məsul vəzifələrdə çаlışmışdır. Səlimə хаnımın dеdiyinə görə 1930-cu ildə Vаrtаşеn (hаzırki Оğuz) rаyоnundаn Şəkiyə qаyıdаrkən qаçаqlаrın bаsqınınа məruz qаlаrаq güllə yаrаsı аlmışdır. Аbdullа kişiyə, оnun milli qürurunа dərindən bələd оlmаyаn qаçаqlаr оnu siyаsi rəhbərliyin köməkçisi hеsаb еtmişlər. Sаğаldıqdаn sоnrа 1934-cü ildə Şəki tоrpаq şöbəsinin müdiri (о zаmаn Şəki şəhər Pаrtiyа Kоmitəsinin I kаtibi Fеyzullа Аbbаsоv idi), 1935-ci ildə isə şəhər Sоvеtinin sədr müаvini (bu zаmаn şəhər Sоvеtinin sədri Həmid Rüstəmоv idi) vəzifələrində çаlışıb. 1936-cı ildə Şəki yоl istismаr idаrəsinin rəis müаvini təyin оlunub. Bu vəzifədə çаlışdığı illər Аbdullа kişi əsil vətənsеvərlik, yurdsеvərlik hisslərini tаm şəkildə büruzə vеrib və оnun аdını хеyriyyəçi bir insаn kimi аltı kənd əhlinin yаddаşınа əbədilik yаzılıb. Mən Аbdullа kişinin Охud-Şəki yоlunu nə vахt, hаnsı səbəbdən inşа еtdirdiyini Səlimə хаnımdаn suаl еtdikdə qızı Irаdə хаnım аnаsını qаbаqlаyаrаq vахtilə аtаsındаn еşitdiyi şəkildə nəql еtdi: О zаmаnlаr dа Kiş çаyı tеz-tеz dаşаrаq ətrаf ərаziləri dаğıntılаrа, həttа insаn itgisinə məruz qоyurdu. Bu hаdisə də 1934-cü ildə оlub. О zаmаn Охud kəndindən оlаn insаnlаr kənddən şəhərə gələrkən çаydаn kеçməyə məcbur idilər. Kənddən şəhərə gələn yоl yох idi. Bаş vеrmiş dəhşətli bir hаdisə bu işin həyаtа kеçirilməsi üçün əsаs оldu. Gеcədən yаğmış güclü yаğış bənd-bərəni dаğıtmışdı. Səhəri gün еşitmişdilər ki, Охud kəndindən Şəki Ipək kоmbinаtındа işləyən bir qız itkin düşüb. Uzun ахtаrışdаn sоnrа çаyın аşаğı hissəsindən həmin qızın еybəcər şəklə düşmüş mеyiti tаpılmışdır. Bu hаdisə hаmını kövrəltmiş, оlduqcа həssаs və kövrək qəlbə mаlik оlаn аtаm isə bu mənzərəyə dözməyib uşаq kimi аğlаmışdı. О gündən özünə söz vеrmişdi ki, nеcə оlursа оlsun хаlqı bu zülmdən хilаs еdəcəkdir. Nəticədə kənd zəhmətkеşlərinin əlbir fəаliyyəti ilə hаzırki dаğ yоlu sаlınmışdı”. А.Аbdullаyеvin хеyriyyəçilik əməlləri bununlа bitməmişdi. О, nеçə-nеçə gəncin аli təhsil аlmаsındа əsil dаyаq rоlunu оynаmışdı. 1993-1998-ci illərdə Şəki şəhər Icrа Hаkimiyyətinin bаşçısı оlmuş Nəzir Əhmədоv, İsgəndərоvlаr nəslinin görkəmli nümаyəndəsi Yаqub Isgəndərоv, qаrdаşlаrı Pаşа və Məmmədhəsən оnun mааrifsеvərliyi və хеyriyyəçiliyi sаyəsində аli təhsil аlmışlаr.
Аbdullа kişi 1942-1949-cu illərdə Şəki Mеşə Təsərrüfаtı İdаrəsinin müdiri vəzifəsində çаlışmışdır. 1950-ci ildən Охud kənd indiki «Kоmmunizm» kоlхоzunun sədri vəzifəsində çаlışmışdır. О illərin sаhidi оlаn еlə bir охudlu tаpmаq оlmаz ki, Аbdullа kişini böyük hörmətlə yаd еtməsin. Nəcib təşəbbüsü və şərəfli işi həmişə hiss еdilən А.Аbdullаyеv Oxud kəndində mааrifin və mədəniyyətin inkişаfınа dа böyük rol oynamışdır. Охud kəndindəki orta məktəb binаsının tikilməsinin ilk təşəbbüsçüsü А.Аbdullаyеv оlmuşdur. Lakin çox təəssüf ki, Abdulla Abdullayev məktəbin açılışı gününü görə bilməmişdi. Vахtilə “Şəki fəhləsi” qəzеtinin 1969-cu il 24 iyun sаyındа Zаhid Məlikоvun “Təşəbbüs” аdlı məqаləsində Охud kənd dаğ yоlunun çəkilişi ilə bаğlı А.Аbdullаyеvin əməyinə yüksək qiymət vеrilmiş və vətəndаş rəyi kimi yаzılmışdı: “Mən təklif еdirəm ki, А.Аbdullаyеvin аdının əbədiləşdirilməsi üçün dаğlаr qоynundа Охuddаn şəhərə dоğru uzаnаn, kəndə mааrif və mədəniyyət gətirən dаğ yоlu А.Аbdullаyеvin аdını dаşısın”. Hələ 49 il bundаn əvvəl söylənilmiş bu təklif bu günümüz üçün də аktuаl оlаrаq qаlır. Bu təklifin həyаtа kеçirilməsi bu böyük insаnın çохşахəli əməyinə vеrilən qiymətin bir tərəfi kimi оnun əziz хаtirəsini yаd еtmək kimi möhtəşəm bir iş оlаrdı.
А.Аbdullаyеv 1965-ci ildə Охud kəndində dünyаsını dəyişmiş, kənd qəbiristаnlığındа dəfn оlunmuşdur. Bаşdаşı üzərində yаzılmış аşаğıdаkı misrаlаr оnun həyаt yоlunu dəqiq ifаdə еdir:
Mənim məzаrımı yаd еdən kəsə,
Məsləhət еdərəm qəbul еyləsə.
Yахşılıq еyləsin, еtməsin yаmаn
Özü də gələcək burа bir zаmаn.
HİDAYƏT MƏMMƏD oğlu QAFFAROV[HTML redaktə]
Hidаyət Məmməd oğlu Qаffаrоv hаzırdа Охud kəndinin ən nüfuzlu şəхsiyyətlərindən olmuşdur. Оrtа iхtisаs təhsilli kаdr kimi uzun illər Охud kənd əsаs məktəbində müəllim kimi fəаliyyət göstərmiş, sоnrа isə аtаsı Məmməd kişidən аldığı dini bilgilərini şəhər məscidində gеnişləndirərək mənəvi sаhəyə хidmətə kеçmişdir. Hаzırdа Охud kəndinin əfəndisinin köməkçisi kimi fəаliyyət göstərir.
HƏBİBULLAH MƏMMƏD oğlu MƏMMƏDRƏHİMOV[HTML redaktə]
Həbibullаh Məmmədrəhimоv 1938-ci ildə Охud kəndində аnаdаn оlmuş, 1945-1956-cı illərdə Охud kəndində ibtidаi və оrtа təhsil аlmışdır. 1956-cı ildə Kirоv аdınа АDU-nun mехаnikа riyаziyyаt fаkultəsinə dахil оlub, 1961-ci ildə оrаnı müvəffəqiyyətlə bаşа vurmuşdur. Əmək fəаliyyətinə 1961-ci ildə Bаş Zəyzid kəndində əvvəl müəllim kimi bаşlаmış, 1962-65-ci illərdə həmin məktəbdə dərs hissə müdiri işləmişdir. 1965-ci ildə Şəki şəhər Хаlq Mааrif şöbəsində inspеktоr vəzifəsində çаlışmışdır.1966-cı ildən Nuха Tохuculuq Tехnikumundа dərs hissə müdiri işləmiş, pеdаqоji fəаliyyətini şəhərin аyrı-аyrı məktəblərində dаvаm еtdirmiş, 1974-cü ildən Şəki Tохuculuq Tехnikumunа (indiki Şəki Dövlət Tехniki Kоllеcinə) dirеktоr təyin еdilmiş 1990-cı ilədək həmin vəzifədə çаlışmışdır. 1990-cı ildən 1992-ci ilədək Оrduyа Аviаsiyаyа, Dоnаnmаyа Könüllü Yаrdım Cəmiyyətinin Şəki təşkilаtının (DОSАF) sədri işləmişdir. 1992-ci ildən Şəki Fizikа-Riyаziyyаt və Humаnitаr təmаyüllü lisеydə müəllim, 1996-cı ildən hаl-hаzırаdək təlim-tərbiyə işləri üzrə dirеktоr müаvini vəzifəsində çаlışır. Şəki şəhərində yаşаyır.
SOLTAN RÜSTƏM oğlu SOLTANOV[HTML redaktə]
Sоltаn Sоltаnоv 1906-cı ildə Охud kəndində аnаdаn оlmuşdur. Dini və dünyəvi еlmləri mükəmməl bilib. Ərəbcə sərbəst yаzıb-охumаğı bаcаrmış, «Qurаni-Kərim»i sərbəst охuyub tərcümə еtmişdir. Ibtidаi və оrtа təhsilini Şəki şəhərində аlıb. Dеyilənə görə аnаsı Şölə хаnım Ə.Dəmirçizаdələr nəslinə mənsub оlаn ziyаlı qаdın оlub. 30-cu illərdə siyаsi rəhbərlik tərəfindən qаçаqlаrа sоvеtizmin ən fəаl təbliğаtçısı kimi təbliğ оlunmuş, qаçаqlаr tərəfindən öldürülmək təhlükəsi qаrşısnıdа qаlmışdır. Böyük Vətən mühаribəsi illərində döyüşən оrduyа səfərbər оlunmuş, yаrаlаndığınа görə оrdudаn tərхis оlunmuşdur. Əmək fəаliyyətinə əvvəllər Bаltаlı kəndində Sоvеt sədri kimi bаşlаmış, sоnrаlаr üzün müddət Охud kənd əsаs məktəbində sinif müəllimi kimi şərəfli ömür yаşаmışdır. 1953-cü ildə dünyаsını dəyişmiş, Охud kənd qəbiristаnlığındа dəfn оlunmuşdur.
BƏLYAR BƏXTİYAR oğlu SALAMOV[HTML redaktə]
Bəlyаr Bəхtiyаr оğlu 1932-ci ildə Охud kəndində аnаdаn оlmuşdur. 1944-cü ildə Охud kənd 7 illik məktəbini bаşа vurduqdаn sоnrа 1948-ci ildə Şəki Pеdаqоji Tехnikumunun ibtidаi sinif müəllimi şöbəsinə dахil оlmuşdur. 1952-ci ildə оrаnı müvəffəqiyyətlə bаşа vurаrаq Təpəcənnət kənd 7 illik məktəbinə sinif müəllimi təyin еdilərək, 1954-cü ilədək həmin məktəbdə çаlışmışdır. 1954-1957-ci illər Аlmаniyа Dеmоkrаtik Rеspublikаsındа hərbi хidmətdən sоnrа Şəki şəhər 10 sаylı məktəbinə piоnеr bаş dəstə rəhbəri təyin еdilmişdir. Bir nеçə аy bu məktəbdə çаlışdıqdаn sоnrа Kiçik Dəhnə 1 sаylı оrtа məktəbə piоnеr bаş dəstə rəhbərliyinə kеçirilmişdir. 1958-ci ilin sеntyаbr аyınаdək оrаdа çаlışmış, sеntyаbr аyındа Охud kənd оrtа məktəbinə piоnеr bаş dəstə rəhbəri təyin еdilmişdir. 1963-cü ildə Аzərbаycаn Dövlət Univеrsitеtinin gеоlоgiyа-cоğrаfiyа fаkultəsinə qiyаbi yоllа dахil оlmuş, 1967-ci ildə оrаnı əlа qiymətlərlə bаşа vurmuşdur. 1967-ci ildən bugünədək Охud kənd оrtа məktəbində cоğrаfiyа-biоlоgiyа dərslərini tədris еdir. Bəlyаr müəllim təkcə müəllim kimi dеyil, fəаl iştimаiyyətçi kimi də kəndin ən hörmətli ziyаlısıdır. Müəllimlik fəаliyyətində əldə еtdiyi uğurlаr dəfələrlə şəhər Təhsil şöbəsi rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
SÜFAYƏ MEHDİ qızı MUSTAFAYEVA[HTML redaktə]
Bəlyаr Sаlаmоvun həyаt yоldаşı Süfаyə Mehdi qızı Mustаfаyеvа dа Охud kənd оrtа məktəbində uzun illər sinif müəllimi işləmiş, məktəbi bitirmiş nеçə-nеçə nəsillər оndаn həyаt dərsi аlmışlаr. Bu sətirlərin müəllifi də ibtidаi təhsilini Süfаyə müəllimədən аlmışdır. Süfаyə müəllimə indi də gənc nəslin təlim-tərbiyəsi ilə məşğul оlur.
SÜLEYMAN SÜLEYMANOV[HTML redaktə]
Охud kəndinin görkəmli mааrifpərvər ziyаlılаrındаn оlmuş Sülеymаn Sülеymаnоv 1930-cu ildə Охud kəndində аnаdаn оlmuş, Şəki Pеdаqоji məktəbini bitirmiş Охud kənd оrtа məktəbində pеdаqоji fəаlyyət göstərmişdir. Sülеymаn müəllimin həyаt yоldаşı Sənubər хаnım dа kəndin şаnlı müəllimlər nəslinin ən şöhrətli nümаyəndəsi оlmuşdur. Nеçə-nеçə охudlu gənc Sənubər müəllimənin bir mеhribаn müəllimə və аnа kimi nəvаzişini indi də hörmətlə хаtırlаyır. Sənubər müəllimə Şəki şəhərinin ən nüfuzlu ziyаlılаrındаn оlmuş Cаmаl Qədirlinin qızı оlmuşdur.
TƏHMİNƏ SÜLEYMAN qızı SÜLEYMANOVA[HTML redaktə]
Sülеymаnоvlаr аiləsinin 2-ci qız övlаdı Təhminə Sülеymаnоvа 1975-ci ildə Gəncə Pеdаqоji İnstitutunа dахil оlmuş, hаzırdа Охud kənd оrtа məktəbində müəllimə işləyir.
ƏMİNƏ SÜLEYMAN qızı SÜLEYMANOVA[HTML redaktə]
Sülеymаnоvlаr аiləsinin üçüncü qız övlаdı Əminə Sülеymаnоvа 1980-cı ildə Аzərbаycаn Pеdоqоji Institutunа dахil оlаrаq 1985-ci ildən оrаnı fərqlənmə diplоmu ilə bitirmişdir. Əmək fəаliyyətinə müəllimə kimi Biləcik kənd məktəbində bаşlаmış sоnrа Bаkı şəhərində pеdаqоji fəаliyyət göstərmişdir. Lаkin аmаnsız əcəl 2004-cü ildə bu istеdаdlı müəllimənin nurlu ömrünə sоn qоymuşdur. Məzаrı Охud kənd qəbiristаnlığındаdır.
SƏNUBƏR CAMAL qızı SÜLEYMANOVA[HTML redaktə]
Sənubər хаnım dа kəndin şаnlı müəllimlər nəslinin ən şöhrətli nümаyəndəsi оlmuşdur. Nеçə-nеçə охudlu gənc Sənubər müəllimənin bir mеhribаn müəllimə və аnа kimi nəvаzişini indi də hörmətlə хаtırlаyır. Sənubər müəllimə Şəki şəhərinin ən nüfuzlu ziyаlılаrındаn оlmuş Cаmаl Qədirlinin qızı оlmuşdur.
MUSA RƏCƏBOV[HTML redaktə]
Müəllimlik ən ülvi, ən müqəddəs bir sənət, fəaliyyət sahəsidir. Bu sənətin zirvəsini kəşf etmək o kəslərə qismət olur ki, onların niyyətləri, əməlləri saf, qəlbləri daim millətinin, xalqının xoşbəxt gələcəyi üçün döyünür. Oxud kənd məktəbində ömür şamını neçə-neçə şagirdinin xoşbəxt gələcəyi yolunda damcı-damcı əridən müəllimlərdən biri Musa Mustafa oğlu Rəcəbov olmuşdur.
Musa Mustafa oğlu Rəcəbov 1922-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. O, 1937-ci ildə Oxud kənd yeddiillik məktəbini bitirib, Şəki Pedaqoji Texnikumuna daxil olmuş, 1941-ci ildə oranı bitirmişdir. Musa müəllim 1941-1942-ci illərdə Balakən rayonunun Gülüzan kəndində ibtidai sinif müəllimi işləmişdir. 1942-ci ildə ordu sıralarına çağırılan M.M. Rəcəbov Sovet Ordusunun 211-ci atıcı diviziyasının və 19-cu atıcı zirehli briqadasının tərkibində Bryansk cəbhəsində, Oryol və Kursk şəhərləri uğrunda gedən döyüşlərdə iştirak edərək ağır yaralanmış, Lebedian və Dərbənd qospitallarında müalicə olunmuşdur. Müalicədən sonra 1945-ci ilin noyabrına qədər hərbi komendaturada xidmət etmişdir. Sonra Böyük Vətən müharibəsinin ikinci dərəcəli əlili kimi ordudan buraxılmış, 1945-1946-cı illərdə Şəki rayonu Qudula kənd yeddiillik məktəbində, 1946-1949-cu illərdə İnçə-Zunud kənd yeddi illik məktəbində, 1949-1952-ci illərdə Oxud kənd səkkizillik və orta məktəblərində “Tarix” müəllimi işləmişdir. O, müəllimliklə yanaşı 1952-1971-ci illərdə müxtəlif vəzifələrdə işləmişdir. Musa müəllim 1958-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1968-ci ildə ona respublikanın “Əməkdar müəllimi” fəxri adı verilmişdir.
Musa müəllimin ömür yolundan bəhs edərkən insanın yadına məşhur pedaqoq Suxomlinskinin əsl müəllim haqqında söylədiyi aşağıdakı fikirlər düşür: “Əsl müəllim odur ki, şagirdə izah etdiyi mövzunu danışdıqlarından on qat artıq bilsin. Əgər belə olarsa, müəllim yeni dərsin izahı zamanı heç bir çətinlik çəkməz, sözlər və cümlələr ardıcıllıqla düzülər”. Onun iş təcrübəsi haqqında verilən məlumatlardan bizə məlum oldu ki, bu təcrübəli müəllim dərslərdə mövzuları şagirdlərə dərindən mənimsətmək üçün kartoçka sistemindən, xəritə və sxemlərdən, kasetlərdən, didaktik materiallardan əyanilik yaratmaq üçün geniş istifadə etmişdir. Şagird əməyinin qiymətləndirilməsində tutduğu obyektiv mövqe, hətta öz övladlarına belə güzəştə getməməsi, tədris etdiyi “Tarix” fənni ilə yanaşı “Coğrafiya” fənnini də mükəmməl bilməsi, şagirdlərə verdiyi dərin bilik, təlimlə-tərbiyəni vəhdətdə götürmək ustalığı onu şagirdlərinin qəlbində əbədi yaşadacaq xüsusiyyətlərdəndir. Bu sətirlərin müəllifi 1975-ci ildə Oxud kənd səkkizillik məktəbinin səkkizinci sinfində oxuyarkən tarix elminə dair bilgilərini Musa müəllimdən almışdır.
M.M.Rəcəbov 1-ci dərcəli Vətən müharibəsi, “Şərəf nişanı” ordeni və bir çox medallarla təltif olunmuşdur.
M.M.Rəcəbov 1998-ci ildə dünyasını dəyişmiş Oxud kənd qəbiristanlığında dəfn edilmişdir.
ELŞAD SİRAC oğlu MƏMMƏDOV[HTML redaktə]
Hər dəfə müəllimlərdən söhbət gedərkən insanın yadına, ilk növbədə, ən yaxşı, ən sevimli müəllimləri düşür. O müəllimlər ki, qayğılı bir təbəssümü ilə şagirdlərinin qəlbini işıqlandırmış, ürəklərinə yol tapmışlar. O müəllimlər ki, elmi, ustalığı, tələb və tapşırıqları ilə şagirdlərini zirvələrə yüksəltmişlər. Oxud kəndində həyatını kənd məktəbi ilə bağlayan, bu məktəbdə yorulmaq bilmədən çalışaraq ömrünü şagirdlərinə həsr edən, onlara dəqiq elmlərin – Riyaziyyat elminin sirlərini böyük məhəbbətlə tədris edən müəllimlərdən biri Elşad Sirac oğlu Məmmədovdur.
Elşad Sirac oğlu Məmmədov 1954-cü ilin dekabr ayının 12-də Oxud kəndində hamının böyük hörmət bəslədiyi Sirac müəllimin ailəsində dünyaya göz açıb. İlk ibtidai və orta təhsilini 1961-1971-ci illərdə Oxud kənd orta məktəbində almışdır. aldıqdan sonra 1972-ci ildə Orta təhsilini müvəffəqiyyətlə başa vurandan sonra arzuları, elmə, təhsilə marağı, müəllimlik peşəsinə məhəbbəti onu zamanının nüfuzlu ali tədris müəssisəsi olan V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki – ADPU) “Riyaziyyat” fakültəsinə gətirib çıxarmışdı. 1972-ci ildə V. L. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ( indiki – ADPU) riyaziyyat fakültəsinə daxil olub, 1976-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1976-cı ildən Oxud kənd orta məktəbində müəllimlik peşəsinin sirlərinə dərindən yiyələnmiş, şagirdlərinin və kənd əhalisinin sevimlisinə çevrilmişdir. Ömrünün ən gözəl, yaddaqalan illərini Oxud kənd ümumi orta məktəbinin siniflərində, sevimli şagirdləri arasında keçirən Elşad müəllim sözün həqiqi mənasında çox bacarıqlı, mehriban müəllim, gözəl insan, qayğıkeş ailə başçısı, baba – ata, hamı tərəfindən sevilən bir şəxsiyyət olmuşdur.1981-1988-ci illərdə məktəb işini gözəl bilməsi və kollektivlə işləmək qabiliyyəti nəzərə alınaraq işlədiyi məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2016-cı ildə Şəki şəhər Təhsil Şöbəsinin rəhbərliyinin təyinatı üzrə Elşad Məmmədov yenidən çalışdığı Əhmədiyyə Cəbrayılov adına Oxud kənd ümumi orta məktəbinə direktor müavini təyin edilmiş və bu gün də bu vəzifəsini vicdanla yerinə yetirir.
Müşahidələrimiz söyləməyə imkan verir ki, Elşad müəllim insanlara həssas, qayğılı münasibəti, prinsipiallığı, şagirdlərə sonsuz məhəbbəti, ağır təbiəti və təmkinli olması ilə başqalarından seçilir. İxtisasını mükəmməl bilməsi, yüksək peşəkarlıq nümunəsi, işinə son dərəcədə məsuliyyəti və yüksək mədəniyyəti onu nəinki çalışdığı kollektivdə, həmçinin Şəki müəllimləri sırasında sevdirən meyarlardır. Elşad Məmmədovun müqəddəs müəllimlik peşəsinin ali məqsədləri ilə bağlı qənaətləri belədir ki, əgər müəllimin yetirmələri özündən aşağı səviyyədə olarsa, cəmiyyət inkişaf edə bilməz, geridə qalar, əgər müəllimin yetirmələri onun özü səviyyəsində olarsa, həyatın axarı dayanar, rəngarənglik yox olar, yox əgər yetirmələri müəlimini ötüb keçərsə yalnız belə halda cəmiyyət inkişaf edər, müəllim zəhmətinin, nüfuzunun yeri görünər. Bu xüsusda görkəmli tənqidçi V.Q. Belinskinin aşağıdakı dahiyanə fikri yada düşür: “Tələbə müəlliminə bir nümunə kimi deyil, bir rəqib kimi baxmalıdır ki, öz müəllimini ötüb keçə bilsin”. Elşad müəllim həmişə bu məqsəd uğrunda çalışan müəllimdir.
Məhz bu keyfiyyətlərinə görə dərs dediyi şagirdlərin, işlədiyi məktəbin pedaqoji kollektivinin böyük hörmətini qazanmışdır. O, uzunillik qüsursuz əməyinə görə Təhsil Nazirliyinin, Şəki şəhər Maarif Şöbəsinin Fəxri Fərmanlarına layiq görülmüşdür.
Elşad Sirac oğlu Məmmədov Oxud kəndinin sosial-iqtisadi məsələlərinin həllində də dəyərli məsləhət və təşəbbüslərlə çıxış edən ziyalıdır. Biz Elşad müəllimə müqəddəs peşə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayırıq.
MEHMAN CƏLAL oğlu ABDURAHMANOV[HTML redaktə]
Oxud kəndində dünyaya göz açıb Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbində “Tarix” fənninin sirlərini balalara tədris edən Mehman Cəlal oğlu Abdurahmanov Oxud kəndinin tanınmış ziyalılarındandır. Bu dərin tarixi bilgiləri sinəsində gəzdirən müəllim 1958-ci ilin iyun ayının 23-də Şəki rayonunun Oxud kəndində anadan olub. 1965-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Mehman Abdurahmanov 1975-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 1975-1976-cı illərdə zamanı üçün böyük nüfuza malik olan V.İ. Lenin adına Şəki İpək İstehsalat Birliyində cütləyici kimi əmək fəaliyyəti göstərib. 1979-1982-ci illərdə Nəriman Nərimanov adına Oxud kənd kolxozunun inşaat briqadasında əmək fəaliyyətini davam etdirib.
Həyatda kim olacağı, hansı peşəyə sahib çıxacağı Mehman müəllimi çox düşündürməmişdi. Çünki tarixi yaddaşın aparıcı olması, hər şeyin tarix çərçivəsində qərarlaşması, digər tərəfdən də ona dərs deyən Musa müəllim kimi müəllimlərin bitib-tükənməz vətən tarixini təbliğ etməsi, vətənpərvərlik ruhu gənc oğlanda tarixçi olmaq, vətəninin şanlı tarixini gənc nəslə sevə-sevə öyrətmək arzusunu qəlbində yuvalandırmışdı. Hələ məktəbdə oxuduğu illərdə “Tarix” fənninə xüsusi marağı və məhəbbəti formalaşmışdı. Tarix müəllimi olmaq arzusu ilə gənc Mehman 1983-cü ildə Ukraynanın Rusiyaya birləşdirilməsnin 300 illiyi adına Dnepropetrovsk Dövlət Universitetinin “Tarix” fakültəsinə qəbul olunaraq 1988-ci ildə həmin nüfuzlu ali təhsil müəssisəsini tarix müəllimi ixtisası üzrə müvəffəqiyyətlə başa vurub, Şəki şəhər 9 saylı beynəlmiləl orta məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətinə başlamış, bu günədək bu tədris ocağında pedaqoji fəaliyyət göstərir. Nəzəri biliyi sovet tarixinin təbliği üzərində köklənməsinə baxmayaraq istedadlı tarixçi vətən tarixinin – Azərbaycan tarixinin təbliğində byük nəticələr əldə etdi. Məlum məsələdir ki, gənc müəllimin fəaliyyətə başladığı il hələlik sovet ideologiyasının meydan sürdüyü il idi. Artıq XX əsrin 80-ci illərinin sonlarından SSRİ tərkibində yaşayan xalqların milli müstəqillik uğrunda mübarizəsi güclənmişdi. Azərbaycana qarşı əsassız torpaq iddiaları erməni separatçıları tərəfindən güclənmişdi. Qarabağ konflikti kəsgin xarakter almışdı.Vətən tarixini milli əsaslar üzərində təbliğ etmək zamanın qaçılmaz vəzifəsinə çevrilmişdi. Belə bir şəraitdə tarix müəllimi kimi məsuliyyətli fəaliyyət göstərmək müəllimin qarşısına böyük vəzifələr qoyurdu. Bu bir tərəfdən sovet dövlətinin ideoloji tələbləri ilə də hökm sürürdü. Bəşəriyyətə bəlalar gətirən, müdhiş tarixi anlayış olan müharibəyə şagirdlərdə nifrət hissi aşılamaq, vətənsevərlik ruhunu tərənnüm etmək müəllimin qaçılmaz vəzifəsi idi. Mehman müəllimdən dərs alan gənc nəslin nümayəndələri bu elm fədaisinin hüceyrəsindən qanınadək, dırnağından tükünədək milli düşüncəli müəllim olmasını məhəbbətlə qəbul etdilər. Dərslərini daim əyanilik üzərində quran Mehman Abdurahmanov Vətənin doğulduğu ailədən, havasını udduğu, doğulub boya-başa çatdığı yurddan başladığını körpə şagird qəlblərinə sevə-sevə hopdurmağı bacardı.
Vaxtilə ondan dərs almış Səidə Rzayevanın sevimli müəllimi haqqında dediklərindən: “Mehman müəllimin dərsləri bizim üçün əsl təcrübə məktəbi idi. O, əyani vəsaitsiz dərs keçməz, tarix dərslərini həmişə digər fənlərlə inteqrativlik şəraitində qurardı. Biz tarix dərslərində həmçinin dərin coğrafi bilgilər də əldə edərdik. Mehman müəllimin tələbkarlığı sayəsində biz dünyanın iqtisadi və siyasi xəritəsini əzbər bilirdik. Biz sevimli müəllimimizi doğma valideynlərimiz qədər sevərdik. Bizim şagird müşahidələrimizdə ən çox diqqətimizi bu müəllimdə cəlb edən cəhət onun sadə davranışı, sadə geyimi, Oxud kəndində yaşamasına baxmayaraq, Kiş çayını keçib hər cür əziyyətə dözərək dərslərə davam etməsi və şagirdlərə olan mehribanlığı idi. Bu cəhət bizi onun dərslərinə məhəbbətimizi gündən-günə artırırdı. Çöhrəsindəki mehribanlıq, səmimiyyət onun yüksək mənəviyyatından, ziyalılığından xəbər verirdi”.
Biz də nümunəvi pedaqoji fəaliyyətinə görə Mehman müəllimə qəlbimizin dərinliklərindən gələn sağolumunu bildirir, ona həyatda möhkəm cansağlığı və müəllimlik kimi məsuliyyətli və şərəfli fəaiyyətində uğurlar arzulayırıq.
TAHİRƏ MƏHƏRRƏM qızı MƏMMƏDOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində şərəfli müəllim ömrü yaşayan müəllimlərdən biri Tahirə Məhərrəm qızı Məmmədovadır.
Tahirə Məhərrəm qızı Məmmədova 1957-ci ilin yanvar ayının 10-da Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1964-1974-cü illərdə Oxud kənd səkkizillik və orta məktəbində ibtidai və orta təhsil aldıqdan sonra 1974-cü ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki – ADPU) “Filologiya” fakültəsinə daxil olmuş, 1978-ci ildə ali təhsilini başa vurub həmin ildə Oxud kənd orta məktəbində “Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Oxud kəndinin böyük ziyalı ordusunun Azərbaycan dili və ədəbiyyatnın zənginliklərini mənimsəməsində digər ixtisas müəllimləri ilə bir sırada Tahirə müəllimin böyük xidmətləri olmuşdur. Dünyada müəllimlikdən müqəddəs, məsuliyyətli sənət tanımayan, Azərbaycan və dünya ədəbiyyatı korifeylərinin həyat və yaradıcılığını sevə-sevə şagirdlərinə təbliğ edən Tahirə xanım Məmmədova müəllimlik fəaliyyətinə başladığı gündən bu günədək məktəb kollektivi və şagirdləri tərəfindən sevilən müəllimlərdəndir. Oxud kənd tam orta məktəbində hamı onu heç kəsi təkrarlamayan, orijinal dəst-xətti olan bir müəllim kimi tanıyır.
Tahirə xanım Məmmədova hər şeydən öncə həssas qəlbli bir insandır. O, hər bir şagirdini doğma övladı qədər sevən, hər bir şagirdə fərdi yanaşma ilə onunla dil tapmağı bacaran, bu günün şagirdinin, gələcəyin müstəqil şəxsiyyətinin şəxsiyyətinə hörmətlə yanaşan bir müəllim kimi diqqəti cəlb edir. Şagirdlərinin qəlbində və düşüncələrində Tahirə müəllim təkcə ixtisasını mükəmməl bilən, dərin savada malik bir müəllim kimi deyil, həmçinin ədalət simvolu kimi də yer alıb. Bu təcrübəli müəllimin məktəbin gənc müəllimlərinə ən mühüm tövsiyəsi zəngin iş təcrübəsinə söykənən “ədalətli müəllim olmaq” tövsiyəsidir. Çünki təcrübəli pedaqoq kimi Tahirə xanım bilir ki, şagirdə qarşı yol verilən hər hansı bir haqsızlıq, ədalətsizlik onu yaxşı oxumaqdan çəkindirən, ruhdan salan əsas səbəbdir. Ona görə hər bir müəllim öz peşə borcunu dərindən dərk etməli, şagirdləri inandırmalıdır ki, onlar qiymət almaq xatirinə deyil, həyatda özünə lazımı mövqe qazanmaq, vətəninə, elinə-obasına layiqli övlaq olmaq naminə oxusun, cəmiyyət üçün, özünün xoşbəxt gələyi üçün arzularını reallaşdırmağı bacarsın. Tahirə Məmmədova Azərbaycan klassiklərinin əsərlərindən gətirdiyi sitatlarla, nümunələrlə şagirdlərdə elmə, bilik qazanmağa həvəs oyadır, onları real nümunələrlə inandırır. Məsələn, onun XIII əsrin farsdilli ədəbiyyat dahisi Marağalı Əvhədinin “Cami-Cəm” əsərindən gətirdiyi aşağıdakı:
Elm öyrən həyatda kamaldan ötrü,
Öyrənmə nə dövlət, nə maldan ötrü.
kəlamı şagirdlərdə xoş duyğular, nəcib arzular yaradır. Həmçinin onun elmin böyüklüyü və toxunulmazlığı, əbədiliyi ilə bağlı gətirdiyi: “Elm elə bir xəzinədir ki, onu heç bir oğru apara bilməz”, yaxud “Elm elə bir vasitədir ki, onu heç kəsə borc vermək olmaz” kəlamlar şagirdlərə böyük tərbiyəvi təsir göstərir. Ədalətlilik, xeyirxahlıq simvolu olan Tahirə müəllimin sinəsi sanki xalq ədəbiyyatı nümunələri – atalar sözü, əfsanə, lətifə, tapmaca, nağıl, dastanla doludur. O, dərsin mözusuna uyğun, yerli yerində folklor nümunələrindən istifadə etməklə şagirdlərini sehrli ədəbiyyat aləminə aparır.
Tahirə müəllim həmçinin çox ciddi, ancaq mehriban ana, nənə ömrünü də məhəbbətlər içərisində yaşayır. Həyat yoldaşı Elşad Məmmədov Oxud kəndinin hörmətli ziyalılarındandır. Oxud kənd ümumi orta məktəbində direktor müavini və riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. Bu ziyalının nurani sifətində həmişə insana olan məhəbbətdən doğan sevinc, qürur hissi insanın ilk andaca diqqəti cəlb edir.
ELDAR BAXŞƏLİ oğlu HACNƏSRULLAYEV[HTML redaktə]
İnsanın ali təhsil illərində keçirdiyi 5 il gərgin əməyinin nəticəsi olsa da, işləmək üçün stimul deyil. Onu işlək formaya salmaq, bəhrəsini görmək üçün hər bir müəllim öz üzərində müntəzəm işləməli, pedaqoji ustalıq qazanmalıdır. O, müəllim olmaqdan öncə şagirdlərin qəlbinə psixoloji ustalıqla yol tapmalı, onların qəlbində özünə abidə ucaltmağı bacarmalı, əvvəlcə özünü sevdirməlidir ki, şagirdlər də, onun fənnini sevsinlər. Sözün tam və böyük mənasında əsl müəllim o kəsdir ki, o, şagirdin içindəki yaradıcılıq işiğını vaxtında görür, onu inkişaf etdirib formalaşdırır. Alimlər yurdu olan Oxud kəndində dünyaya göz açan və hazırda Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü Liseydə fəaliyyət göstərən müəllimlərdən biri haqqında danışmaq istəyirəm. Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü Liseyin dil-ədəbiyyat müəllimi Hacnəsrullayev Eldar Baxşəli oğlu.
Hacnəsrullayev Eldar Baxşəli oğlu 1963-cü ilin fevral ayının 26-da ildə Şəki rayonunun Oxud kəndində dünyaya göz açıb. 1970-1978-ci illərdə Oxud kənd səkkizillik məktəbində ibtidai və səkkizillik təhsil aldıqdan sonra 1979-1980-ci illərdə Oxud kənd orta məktəbində orta təhsilini tamamlayıb. Ali təhsil almaq məqsədilə 1981-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologoya fakültəsinə daxil olub. 1986-cı ildə universiteti əla qiymətlərlə başa vurub Şəki şəhər 5 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Zəngin nəzəri – siyasi biliyi nəzərə alınaraq 1987-1990-cı ilərdə Şəki şəhər Maksim Qorki adına 10 saylı orta məktəbin Komsomol Komitəsinin katibi kimi siyasi fəaliyyətə cəlb edilib. 1990-cı ildə Şəki şəhər 9 saylı beynəlmiləl orta məktəbə ixtisası üzrə müəllim təyin edilən Eldar Hacnəsrullayev 2002-ci ilədək bu məktəbdə müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini kimi pedaqoji fəaliyyət göstərmişdir. 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, veteran döyüşçü kimi ordudan tərxis olunmuşdur. 2002-ci ildən başlayaraq Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü Liseyə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə cəlb edilən Eldar müəllim bu gün də bu məktəbdə fəaliyyətni davam etdirir. Əlinə müəllimlik diplomunu aldığı günü çox həyəcanla xatırlayır Eldar müəllim. Maraqlı epizodlarla dolu tələbəlik illərini ömrünə “qızıl həriflərlə yazılmış” səhifələr adlandırır. Ömrünün ən əlamətdar gününü isə ilk dəfə əlinə jurnal alıb sinfə girdiyi gün hesab edir. Artıq, o illər arxada qalıb. Sevdiyi peşəyə qəlbən bağlanıb, daha da püxtələşib, zəngin təcrübə qazanıb. Yaşının üstünə yaş gəlsə də, ötən illər ömründə mənalı izlər buxarıb. Fizika-Riyaziyyat və Humanitar təmayüllü Liseydə hamı Eldar müəllimi nəzəri və pedaqoji cəhətdən hazırlıqlı dil-ədəbiyyat müəllimi kimi tanıyır. Öz fənnini şagirdlərinə böyük sevgi ilə öyrədən bu müəllim, doğma ana dilini onlara dərindən öyrətmək üçün yaradıcılıqla çalışır. Hər bir dərsini əyani qurur, müasir avadanlıqlardan istifadə edir. Novator müəllim çalışır ki, nəinki dərsləri, hətta, keçirdiyi bütün tədbirlər bir-birindən maraqlı olsun. O, müəllim olmaqla yanaşı geniş ictimaiyyətçidir. Daim yeniliyə can atan, onları öyrənib öz işində təbliğ edən Eldar müəllim məktəbin pedaqoji kollektivinə də yenilik ruhu aşılayır. Məlumdur ki, dərsin faydalılığına, təlim - tərbiyə prosesinin səmərəliliyinə, ümumtəhsil məktəblərinin qarşısında duran vəzifələrinin yerin yetirilməsinə nail olmağın ən optimal yolu inteqraktiv təlim metodlarından istifadə etməkdir. Ondan yeni təlim metodlarına münasibətini soruşanda dedi: “Yenilik, xüsusən də pedaqoji aləmdəki yenilik özünə çətin yol açır. Axı, bu paltar deyil ki, dəbdə olanı alıb geyəsən, yaxud. sifariş verəsən. Gərək onu dərk edəsən, öyrənəsən, işdə tətbiq edəsən, sınaqdan çıxarasan ki, səninki olsun. Gərək müəllim stajından, yaşından asılı olmayaraq yeniliyə can atsın, onu öyrənsin. Axı, şagirdlərin çoxu gənclərdir. Gənclik isə axtarış, yenilik deməkdir. Ona görə də müəllim bu səviyyəni qazanmalı, yeniliyi öyrənib tətbiq etməyi bacarmalıdır. Yoxsa o, özünü bir müəllim kimi təsdiqləyə bilməz. Şagird vətəndaşdır, şəxsiyyətdir. Biz ona bu prizmadan yanaşmalı, hüquqlarını qorumalıyıq. Unutmamalıyıq ki, biz müstəqil respublikamızın müstəqil vətəndaşlarını yetişdiririk. Sərbəst, müstəqil düşüncəli nəsil xöşbəxt gələcəkdir. Biz isə bunun üçün məsuliyyət daşıyırıq. Müəllimin qabaqcıllığının mayası onun sənətinə, uşaqlarımıza, xalqımıza, vətənimizə, onun tarixinə olan böyük sevgisi, məhəbbətidir. Müvəffəqiyyətin başlıca şərti isə müəllimin novatorluğu, yaradıcılığı, yeni metodikaya yiyələnməsi, öz biliyinin zənginləşməsidir”. O, dərslərinin demək olar ki, hamısını interaktiv təlim metodlarının tətbiqi ilə qurur. Azərbaycan dilini bütün incəliklərinə qədər mükəmməl bilən Eldar müəllimin şagirdlərinin bir neçəsi respublika və şəhər məktəbliləri arasında keçirilən inşa-yazı müsabiqələrində birinci yeri tutaraq məktəbə və müəllimlərinə şöhrət gətirmişlər. Məktəbdə ədəbi-bədii gecələrin keçirilməsi onun adı ilə bağlıdır. Daim axtarış, yenilik sorağında olan bu insan tez-tez müxtəlif tədbirlər keçirir, açıq dərslər təçkil edir. Yeni təlim texnologiyalarının tətbiqi ilə şagirdlərdə yeni dünyagörüşü formalaşdırır, onların tənqidi təfəkkürlərini işlək formaya salmağa səy göstərirlər. Şagirdləri dəfələrlə şəhər və respublika olimpiadalarının qalibi olmüş, inşa müsabiqələrində birinci və ikinci yerlərə layiq görülmüşdür. O, ömrünün mənasını ədəbiyyatımızı yana-yana, öz ömründən balalarımızın ömrünə pay verə-verə öyrətməkdə görür. Müəllim ömründən şagird ömrünə verilən pay itmir, yüzlərlə şagird ömründə yaşayır, davam edir. Bir nəslin ömründən neçə-neçə nəslin ömrünə körpü olur müəllim ömrü. Peşəsinə qəlbən bağlı olan Eldar Baxşəli oğlu Hacnəsrullayevə müəllimlik fəaliyyətində uğurlar diləyir, möhkəm cansağlığı arzulayırıq.
MƏMMƏDHƏSƏN İBRAHİM oğlu ABDULLAYEV[HTML redaktə]
Məmmədhəsən Abdullayev 1920-ci ilə Oxud kəndində anadan olmuşdur. 1927-ci ildə Oxud kənd yeddi illik məktəbinin birinci sinfinə qəbul olunmuş, 1934-cü ildə məktəbi bitirərək Şəki şəhərindəki tibbi fəhlə fakültəsinə qəbul olunmuşdur. 1937-ci ildə Azərbaycan Dövət Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1941-ci ildə orada tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1941-ci il 30 iyul tarixli qərarı ilə ona biologiya üzrə elmi işçi, ali və orta ixtisas məktəb müəllimi ixtisası verilmişdir. Məmmədhəsən Abdullayev ömrünü həmişəlik müəllim peşəsinə bağlamış, ilk əmək fəaliyyətinə Balakən rayonunda müəllim və məktəb direktoru kimi başlamışdır.
1943-cü ilin aprelində faşizmə qarşı aparılan mübarizədə yaralandığına görə ordudan tərxis olunmuş, kimya-biologiya müəllimi kimi fəaliyyətini davam etdirmişdir. Bir neçə il Şəki şəhər Xalq Maarif Şöbəsində məktəb inspektoru vəzifəsində çalışmış, 7 və 11 saylı orta məktəblərdə, sonra isə 10 saylı orta məktəbdə kimya-biologiya müəllimi işləmişdir. Məhəmmədhəsən müəllimə şagird sevgisi tükənməz olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 10 saylı orta məktəbi bitirənlər Məhəmmədhəsən müəllimin müəllim ləyaqətini, ağır yerişini və təbiətini heç zaman unutmurlar.
M.Abdullayev “Birinci dərəcəli Vətən Müharibəsi ordeni”, “Əməkdə fərqlənməyə görə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi”, “ 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi”, “İgidliyə görə” və s. medallarlla, “SSRİ-nin maarif əlaçısı” nişanı və Fəxri Fərmanlarla təltif olunmuşdur. Ona 1972-ci ildə “Azərbaycan SSR qabaqcıl maarif xadimi” adı və nişanı verilmişdir.
Məmmədhəsən İbrahim oğlu Abdullayev 2001-ci ildə dünyasını dəyişmişdir.
ƏSABƏLİ MƏMMƏDƏLİ oğlu QAFFAROV[HTML redaktə]
Əsabəli Məmmədəli oğlu Qaffarov 1921-ci ildə Oxud kəndində anadan olmuşdur.Şəki Pedaqoji Seminariyasını 1939-cu ildə bitirərək pedaqoji fəaliyyətə başlamışdır. 1942-ci ildə Böyük Vətən müharibəsi cəbhələrinə səfərbər olunmuş, Uzaq-Şərq, Mancuriya sərhədinə, 6 aydan sonra Moskvanın Kalinin Vilayətinə gəlib, əvvəl döyüşlərə piyada qoşunlarda başlayıb, Kalinində, II Belorusiya cəbhəsində, sonra III Belorusiya cəbhəsində vuruşmuşdur.Litva-Şərqi Prussiya və Berlinə qədər döyüş yolu keçmiş, “Qırmızı Ulduz”, “Döyüş medalı”, “Vətən müharibəsi ordeni” və.s orden və medallarla təltif olunmuşdur. 1945-ci ildə faşizm üzərində tarixi qələbə əldə edildikdən sonra sağ-salamat vətənə qayıtmışdır.
Əsabəli Qaffarov müharibədən sonra Oxud kənd sonra Oxud kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1953-cü ildə İkiillik M.F. Axundov adına Dillər İnstitutunu, sonra 1963-cü ildə Üçillik Pedaqoji İnstitutu bitirmişdir. Təhsildə qazandığı uğurlarına görə “Maarif əlaçısı” medalına layiq görülmüş, 1978-ci ildə SSRİ məkanında ən ali orden olan “Lenin ordeni” ilə təltif olunmuşdur.
Əsabəli Məmmədəli oğlu Qaffarov ömrünün sonuna kimi Oxud kənd orta məktəbində Rus dili müəllimi işləmiş, 200.....ci ildə dünyasını dəyişmişdir. Məzarı müqəddəs Yel baba ziyarətgahındadır.
ŞÖVKƏT ABDULKƏRİM oğlu CƏBRAYILOV[HTML redaktə]
Adı məşhur riyaziyyatçı kimi təkcə Oxud kəndində deyil, bütün Azərbaycanda tanınan Şövkət Abdulkərim oğlu Cəbrayılov Oxud kəndinin məşhur ziyalılarından olmuşdur. O, 1916-cı ildə Oxud kəndində dünyaya göz açmışdı. Hələ orta məktəbdə oxuyarkən fizika və riyaziyyat fənlərinə olan həvəsi və istedadı ilə hamını heyran etmişdi. Bu həvəs onu Azərbaycan Dövlət Universitetinin “Fizika-riyaziyyat” fakültəsinə gətirmişdi. Universiteti əla qiymətlərlə bitirən Şövkət Cəbrayılov həmin il aspiranturaya qəbul olunmuşdu. Lakin bir il aspiranturada təhsil aldıqdan sonra maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan vermədiyindən 1947-ci ildən o, aspiranturada təhsilini yarımçıq qoyub müəllim kimi əmək fəaliyyətinə başlamışdı. Məşhur riyaziyyatçı, akademik Məcid Rəsulov və Maqsud Cavadov onun aspirantura yoldaşları olmuşlar.
Şövkət Cəbrayılov ilk pedaqoji fəaliyyətinə Zunut kənd ibtidai məktəbində başlamış, qısa müddətdə özünü bilikli və bacarıqlı müəllim kimi tanıtmış, 1942-ci ildə Nuxa Pedaqoji Məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 1947-1986-cı illərdə Şövkət Cəbrayılov Dəvəçi, Quba, Yevlax rayonlarının məktəblərində müəllim, direktor, təhsil şöbələrində inspektor vəzifəsində çalışmışdır.1958-ci ildə Şəkiyə qayıdaraq bir neçə məktəbdə müəllimlik etmiş, Şəki Xalq Maarif Şöbəsində metodist, Şəki Pedaqoji Məktəbində müəllim kimi uzun zaman pedaqoji fəaliyyət göstərmişdir. Həmkarları ona zarafatla “Riyaziyyatçı Yanıq Şövkət” deyə müraciət etmişlər. İşlədiyi müddətdə,1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə, “Azərbaycan SSR Maarif əlaçısı” döş nişanı, “Əmək veteranı” medalı ilə təltif edilmişdir. 1963-cü ildə 3-cü respublika riyaziyyat olimpiadasına hazırlıq işində fərqləndiyinə görə maarif naziri Mehdi Mehdizadədən təşəkkür almışdır. Lakin Şövkət Cəbrayılova ən yüksək qiyməti xalq vermişdir. Rayonda o, ən bilikli riyaziyyat müəllimi kimi tanınmışdır. Hətta respublikanın ali məktəblərindən ona dəfələrlə dəvətlər gəlməsinə baxmayaraq, o, öz doğma rayonunda qalmağı, xalqının balalarına riyaziyyat elminin sirlərini öyrətməyi üstün tutmuşdur. Tədqiqatçı Almaz Ramazanovanın “Mənəviyyatımızın memarları” adlı kitabından Şövkət Cəbrayılovun xatirəsinə olan ümumxalq məhəbbətinin təsvirini aşağıdakı sətrlərdən görürük: “ Sadə bir ömür yaşadı Şövkət müəllim! Əsl müəllim ömrü! 74 illik həyatında o da bütün müəllimlərə aid olan çətinlikləri yaşadı. Lakin heç vaxt bu məğrur insanın qüruru sınmadı, ona olan el məhəbbəti azalmadı. Xalq onu necə varsa, eləcə də qəbul etdi, beləcə qəlblərdə əbədiləşdi, heykəlləşdi. Özünün sadə, təmiz, sax görkəmi ilə ən ideal müəllim surətini formalaşdırdı onu tanıyanların qəlbində”.
Şövkət Cəbrayılovun keçmiş tələbəsi, tarix elmləri namizədi Səmayə Mustafayeva “Nə götürdüm bu dünyadan?” adlı memuarında Şövkət Cəbrayılovu belə xatırlayır: “O, nəinki Şəkidə, bütün respublikamızda tanınan riyaziyyatçı idi. Onun riyazi biliyi Allah vergisi idi. Biz məsələ misalı həll eləyib cavabı ona dedikdə, bir an fikirləşib: “elə olar” deyərdi.Höörmət etməyi çox sevərdi. Rəsul Rza haqqında oğlu Anarın dediklərini tamamilə ona da aid etmək olar ki, “Şövkət müəllimin də əlacı olsa idi, öz cənazəsini o dünyaya da özü çiynində aparardı”.
Nurlu ziyalı olmuş Şövkət Cəbrayılov 1990-cı ildə vəfat etmiş, Yel baba ziyarətgahında torpağa tapşırılmışdır.
SƏLAHƏDDİN ŞABAN oğlu ƏHMƏDOV[HTML redaktə]
Səlahəddin Şaban oğlu Əhmədov 1947-ci ildə Oxud kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Oxud kənd orta məktəbində tamamladıqdan sonra Gəncə Dövlət Pedaqoji İnstitutunda ( indiki Gəncə Dövlət Universiteti) ali təhsil almışdır.Əmək fəaliyyətinə Qax rayonunun Cəlayer kənd məktəbində müəllim kimi başlamışdır. 1975-ci ildə Oxud kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlamış, 1983-1998-ci illərdə həmin məktəbdə tərbiyə işləri üzrə direktor vəzifəsində çalışmışdır. Şəki şəhər Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən pedaqoji fəaliyyəti yüksək qiymətləndirilərək 2002-ci ildə Oxud kənd umumi orta məktəbinə direktor təyin edilmişdir.
Səlahəddin Şaban oğlu Əhmədov 2018-ci ildə dünyasını dəyişmiş, müqəddəs Yel baba qəbiristanlığında dəfn edilmişdir.
SİRAC YƏHYA oğlu MƏMMƏDOV[HTML redaktə]
Oxud kəndinin nurlu müəllim ömrü yaşayan şəxsiyyətlərindən biri Sirac Yəhya Əfəndi oğlu Məmmədov olmuşdur. Oxudluların böyüklü-kiçikli sevimlisi olmuş Sirac müəllim 1924-cü ildə kəndin mömin şəxslərindən olmuş Yəhya Əfəndinin ailəsində doğulmuşdur. Sirac Məmmədov ilk ibtidai təhsilini 1939-cu ildə Oxud kənd yeddiillik məktəbində almış, sonra təhsilini Şəki Pedaqoji Məktəbində davam etdirərək 1942-ci ildə oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1942-ci ildə Təpəcənnət kənd məktəbinə müəllim təyin olunmuş, 1946-cı ildə Babaratma, 1949-cu illərdə Qoxmuq kəndlərində müəllimlik etmişdir. 1950-1952-ci illərdə Şəki İkiillik Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində təhsil almışdır. 1952-ci ildən 1975-ci ilədək Kiş kənd orta məktəbində işləmişdir. 1975-ci ildən ömrünün sonunadək Oxud kənd tam orta məktəbində işləmişdir.
Sirac Yəhya Əfəndi oğlu Məmmədov nəinki oxudlu gənclərin mənəviyyatının memarı olmuş, həmçinin mehriban, səmimi, maarifpərvər bir ata kimi öz övladlarına da ali təhsil aldırmışdır. Biz tədqiqatımızın müvafik səhifələrində Sirac müəllimin müəllimlik peşəsi ilə məşğul olan oğlanları Elşad Məmmədov, Rəşad Məmmədov və gəlini ( Elşad müəllimin həyat yoldaşı) Tahirə Məmmədova haqqında oxucularımıza məlumat vermişik.
Sirac Yəhya Əfəndi oğlu Məmmədov 1991-ci ildə dünyasını dəyişmiş, müqəddəs Yel baba qəbiristanlığında torpağa tapşırılmışdır.
CABBAR HƏMİD oğlu ABDULHƏMİDOV[HTML redaktə]
Oxud kəndinin maarif salnaməsində nurlu və müqəddəs nəslə malik şəxsiyyət kimi tanınan Cabbar Abdulhəmidov 1909-cu ildə Oxud kəndində anadan olmuşdur. Atası Molla Həmid mahir din bilicisi olmuş, dini təhsilini Bağdadda almışdır. Şəxsi kitabxanasında külli miqdarda dini və dünyəvi məzmunlu kitabları olmuşdur. Bu qiymətli mənəvi sərvət 1967-ci ildə Cabbar müəllimin qonağı olmuş şərqşünas alim Əli Fəhmi tərəfindən istifadə üçün götürülərək Bakı şəhərinə aparılmış, geri qaytarılmamışdır.
İbtidai təhsilini kənd məktəbində alan Cabbar Abdulhəmidov 1928-1929-cu illərdə Şəki Pedaqoji Texnikumunda təhsil almışdır. 1930-cu ildə Şəki Maarif Şöbəsinin “Birillik tədris qanunu”na əsasən əvvəlcə Oxudda, sonra rayonun ayrı-ayrı kəndlərində - Baş Göynük, Aşağı Göynük, Zəyzid kənd məktəblərində müəllim işləmişdir. Oğlu Şayən həkimə vaxtilə söylədiklərinə görə, o zaman digər kəndlərə göndərilmiş müəllimləri kolxoz sədrləri qarşılayıb sosial problemlərini həll edirmişlər. Bir gün Baş Zəyziddə belə bir hadisə baş verir. Cabbar müəllim öz müəllim yoldaşı ilə süfrə başında əyləşdiyi zaman qaçaqlar milis libasında evə daxil olmuş, kolxoz sədri yerindəcə güllələnmiş, Cabbar müəllimi və onun müəllim yoldaşını qaçaqlardan biri atmaq istədikdə. Yoldaşı qoymayaraq demişdir ki, “onları öldürmək olmaz, onlar kəndimizin balalarına elm öyrədirlər”. İkinci qaçağın bu milli ruhu Cabbar müəllimi və onun müəllim yoldaşını ölümdən qurtarmışdı. Cabbar müəllim 1940-cı ilədək Şəkinin müxtəlif kəndlərində dərs demiş, 1940-cı ildə müharibəyə səfərbər olunaraq müxtəlif cəbhələrdə faşizmə qarşı mübarizə aparmış,1944-cü ildə ağır yaralandığı üçün ordudan tərxis olunmuşdur. 1945-ci ildən ömrünün son gününə qədər Kiş kənd 3 saylı məktəbində ibtidai sinif müəllimi işləmişdir. Azərbaycanın görkəmli türkoloq alimlərindən olmuş Aydın Məmmədov onun sevimli şagirdlərindən olmuşdur.
Cabbar Abdulhəmidovun həyat yoldaşı Oxud kəndinin ən nüfuzlu nəsillərindən olmuş Hacı Alxaslar nəslindən Eminəxatun Adışirin qızı olmuşdur. Söz, ədəbiyyat, maarif, şeir xəzinəsi olan bu maarifçi qadın 1912-ci ildə doğulmuşdur. Eminəxatun xanımın el ədəbiyyatımızı, yazılı örnəklərimizi gözəl bilməsi səbəbsiz olmamışdır. O, 1920-ci illərdə Şəki Pedaqoji Texnikumunda Rəşid bəy Əfəndizadə kimi maarifçi-pedaqoqlardan dərs almışdır. Lakin Eminəxatun müəllim qəribə bir əhvalat nəticəsində pedaqoji təhsilini tamamlaya bilməmişdi. Bu hadisəni anasının vaxtilə ona söylədiklərinə əsasən Şayən həkim bizə belə nəql etdi: “ Anam deyirdi ki, indiki uşaq evi biz oxuyan vaxt qızlar yataqxanası idi. O vaxt qərar verildi ki, pedaqoji texnikumda oxuyan qızların saçı kəsilsin. O zaman oğlanlar başlarına kepka qoyurdular. Mən də əmim qızı Firuzə ilə saçımızı kəsdirməyə məcbur qalmışdıq. Ailəmiz bundan xəbər tutan kimi qardaşım Heydər ikimizi də məktəbdən uzaqlaşdırdı”.
Eminəxatun Adışirin qızının dini təhsili və ərəbcə yazıb-oxumağı güclü olmuşdur. “Quran”ın əksər surələrini əzbər bilmişdir. Çox maarifpərvər qadın olmuşdur. Qardaşı qızı Səmayənin ali təhsil almasında böyük rol oynamış, o, sonralar tarixçi alim kimi yetişmişdir.
Eminəxatun Adışirin qızı ömür yoldaşı Cabbar Abdulhəmidovla birgə qızları Hilal və Adiləyə də pedaqoji təhsil veriblər. Hilal və Adilə xanım Böyük Vətən müharibəsi illərində pedaqoji təhsil alıblar. Adilə Cabbar qızı uzun illər Oxudda və Şəki şəhər 19 saylı məktəbdə müəllim işləmişdir.
Cabbar Molla Həmid oğlu Abdulhəmidov 1980-ci ilin oktyabr ayında dünyasını dəyişmiş, müqəddəs Yel baba qəbiristanlığında dəfn edilmişdir.
MƏMMƏDHƏSƏN RAMAZAN oğlu MUSAYEV[HTML redaktə]
Musayev Məmmədhəsən Ramazan oğlu 1945-ci ilin dekabr ayının 9-da Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini 1952-1962-ci illərdə Oxud kənd orta məktənibdə alan Məmmədhəsən Musayev 162-ci ildə müəllim olmaq arzusu ilə Nuxa Pedaqoji Texnikumuna daxil olmuş, 1964-cü ildə texnikumu ibtidai sinif müəllimi ixtisası üzrə bitirmişdir. Pedaqoji fəaliyyətinə 1964-1965-ci tədris ilinin 01 sentyabrında Ağdaş rayonunun Yenicə kənd səkkizillik məktəbində ibtidai sinif müəllimi kimi başlamış, həmin ilin noyabr ayında keçmiş Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılaraq 1969-cu ildə hərbi xidmətini başa vuraraq ordudan buraxılmışdır.Məmmədhəsən Musyaevin sonrakı müəllimlik fəaliyyəti Vartaşen (indiki Oğuz) və Şəki rayonları ilə bağlı olmuşdur. Vartaşen rayon Xalq Maarif Şöbəsinin 20 dekabr 1969-cu il tarixli 358 saylı əmri ilə Oğuz rayon Ərmənət kənd səkkizillik məktəbinə ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmiş, 1975-ci avqust ayının 26-dək həmin məktəbdə pedaqoji fəaliyyət göstərmişdir. Oğuz rayon Xalq Maarif Şöbəsinin 26 avqust 1975-ci il tarixli 339 saylı əmrinə əsasən Qarabulaq kəndinə ibtidai sinif müəllimi təyin edilən Məmmədhəsən Musayev 1976-cı ilin avqust ayının 31-dək çalışmışdır. Şəki rayon Xalq Maarif Şöbəsinin 15 sentyabr 1976-cı il tarixli 224 saylı əmri ilə Şəki rayonunun Qaradağlı kənd səkkizillik məktəbinə ibtidai sinif müəllimi təyin olunan Həsən müəllim 1981-ci ilin sentyabr ayının 01-dək bu məktəbdə işləmişdir. Həsən müəllimin sonrakı fəaliyyəti doğma Oxud kəndi ilə bağlı olmuşdur. Şəki rayon Xalq Maarif Şöbəsinin 11 sentyabr 1981-ci il tarixli əmri ilə o, Oxud kənd orta məktəbinə müəllim təyin edilmiş, 2003-cü ilin dekabr ayının 1-dək pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur.
Məmmədhəsən Musayev pedaqogikanın əsalarını mükəmməl bilən müəllim kimi daim öz üzərində çalışmış, nəzəri biliyini daha da artırmaq üçün ali təhsil almaq məqsədilə 1982-ci ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırkı Azərbaycan Slavyan Universiteti) daxil olmuş,1987-ci ildə bu nüfuzlu ali təhsil müəssisəsini “Rus dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə bitirmişdir.
2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının rəhbərliyi Məmmədhəsən Musayevin zəngin pedaqoji təcrübəsini və nəzəri biliyini nəzərə alıb onu filiala metodist kimi elmi-pedaqoji fəaliyyətə dəvət etmişdir. AMİ-nin Şəki filialının direktoru dosent R.A.Rasulovun 1 dekabr 2003-cü il tarixli 97/35 saylı əmri ilə Məmmədhəsən müəllim filialda elmi-pedaqoji fəaliyyətə cəlb edilmiş, ömrünün sonunadək bu ali təhsil məktəbində çalışmışdır.
Müəllim kimi bütün gözəl mənəvi-insani keyfiyyətlərin daşıyıcısı olmuş Məmmədhəsən Musayev pedaqoji fəaliyyət göstərdiyi bütün məktəblərdə qabiliyyətli müəllim kimi sevilmişdir. Bu nurlu müəllim ömrü yaşayan insan 2018-ci ilin aprel ayının 18-də 73 yaşında dünyasını dəyişmiş, Oxud kəndinin müqəddəs ziyarətgahı olan Yel baba qəbiristanlığında torpağa tapşırılmışdır.
GÜLMƏMMƏD CƏFƏR oğlu SƏLİMOV[HTML redaktə]
Oxud kənd məktəbində ağır təbiəti, təmkini, düşüncəsi, şagirdlərinə və insanlara qayğıkeşliyi, həssaslığı ilə bir müəllim ömrü yaşayır. Bu kəndin məşhur tarix müəllimi, tarixi və bədii yaddaşı ilə adı nəinki Oxud kəndində, bütün Şəkidə hörmətlə çəkilən Gülməmməd Cəfər oğlu Səlimovdur. Gülməmməd müəllimin şəxsi nüfuzu haqda düşünəndə insanın yadına məşhur yazıçı F.M. Dostoyevskinin aşağıdakı qeydləri düşür: “Xalq ancaq sevdiyi adamı yadda saxlayır”. Gülməmməd Səlimovun şagirdlərinin yaddaşlarına yazılan sevgili müəllim ömrünün səhifələrini xəfifcə varaqlayırıq.
Gülməmməd Səlimov 1960-cı ildə Oxud kəndində hamının hörmət bəslədiyi, zəhmət dünyasının şahı sayılan Cəfər kişinin ailəsində dünyaya göz açıb. Yurdunun tarixinə, ədəbiyyatına uşaqlıqdan vurğun olan Gülməmməd Səlimov 1967-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1977-ci ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. Gülməmməd müəllimin müəllim şəxsiyyəti ilə bağlı şagird rəyinə görə o, mülayim davranışına, səliqəli geyiminə, dərin savadına görə uşaqların qəlbimizdə özünə sevgili bir yuva qurmağı bacarıb. Həyatını bütünlüklə kəndli balalarının savadlanmasına, şagirdlərinin dünyagörüşünün formalaşmasına, məktəbin, təhsilin kənddə inkişafına həsr edən Gülməmməd müəllim haqqında məktəbin direktoru Ülfət Abdullayev onun xeyirxah əməllərindən, sənətinə olan məhəbbətindən, gənclərə yol göstərməsindən, kəndin sosial-mədəni problemlərinin həll olunmasındakı rolundan ağızdolusu danışdı.
Gülməmməd Səlimovun müəllim bulağının saf, təmiz, şəffaf suyundan içən şagirdləri ictimai həyatda daim nümunəvi davranışları ilə müəllimlərinə baş ucalığı gətirirlər.
Oxud kəndinin təhsil salnaməsinə öz adını layiqincə yazan Gülməmməd Səlimov bu gün ömrünün 58-ci baharını yaşayır və biz sənətini ürəkdən sevən, ömrünün müəyyən hissəsini gənc nəslin təlim-tərbiyəsinə həsr edən, pedaqoji fəaliyyəti gənc müəllimlərə örnək olan, sinif yoldaşımız, uşaqlıq dostumuz Gülməmməd müəllimə həyatda möhkəm cansağlığı, müəllimlik kimi məsuliyyətli və şərəfli fəaliyyətində uğurlar arzulayırıq.
KƏNAN İBRAHİM oğlu CƏLİLOV[HTML redaktə]
Oxud kəndi ilə bağlı yazılmış kitablarda qeyd olunduğu kimi, bu kəndin insanlarının elmə böyük marağı var. Bunun isə yeganə səbəbi bu kənddə təhsilin bünövrəsinin möhkəmliyi, qədim tarixə malik olması, həmçinin kənd məktəbində kənd zəhmətkeşlərinin balalarına elm verən müəllimlərin cəfakeşliyi və fədakarlığı ilə bağlıdır. Oxud kənd məktəbinin yetişdirdiyi ziyalılardan biri Kənan İbrahim oğlu Cəlilov olmuşdur.
Kənan İbrahim oğlu Cəlilov 1954-cü ilin aprel ayının 5-də Oxud kndində tanınmış publisist İbrahim Paşayevin ailəsində doğulmuşdur. 1961-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Kənan Cəlilov 1971-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1971-ci ildə V.İ. Lenin adına APİ-nin (indiki ADPU) “Riyaziyyat” fakültəsinə daxil olan Kənan müəllim 1975-ci ildə oranı “Riyaziyyat müəllimi” ixtisası üzrə bitirmişdir. Pedaqoji fəaliyyətinə Azərbaycan SSR Maarif Nazirliyinin göndərişi əsasında 1975-ci ilin sentyabr ayında Zaqatala rayonunun Əliabad kənd 2 saylı 8 illik məktəbində riyaziyyat müəllimi kimi başlamış, 1979-cu ilin sentyabr ayına kimi bu məktəbdə çalışmışdır. 1979-cu ilin sentyabr ayından, 1982-ci ilin iyun ayına kimi Şəki rayon Taxılçılıq Sovxozunun qiyabi orta məktəbinin tədris-məsləhət məntəqəsinə məxsus İbrahimkənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1982-ci ilin iyun ayından 1984-cü ilin sonuna kimi Oxud kənd Nəriman Nərimanov adına kolxozun Həmkarlar Təşkilatının sədri olan Kənan Cəlilov 1985-ci ildən yenidən pedaqoji sahəyə qayıtmış, Oxud kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi işləmişdir.
Kənan İbrahim oğlu Cəlilov nəinki Oxud məktəbində, həmçinin Şəkidə də təcrübəli pedaqoq kimi böyük nüfuz sahibi olmuşdur. Düz 40 il riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Kənan müəllim gənc nəslə güclü vətənpərvərlik ruhu, insanları və insanlığı sevməyi, böyüyə hörmət və ehtiramı mənəvi irs kimi aşılamışdır. Kənan müəllim sözün əsl mənasında peşəkar müəllim olmuşdur. Bəs peşəkar müəllim necə olmalıdır? O, hər şeydən əvvəl gördüyü işdən zövq almalıdır. Peşəkar müəllim o şəxsdir ki, şagird fənni bir çox halda məhz ona görə sevir. Bəli, bu cür müəllimlik etmişdi Kənan müəllim. “Yaxşı müəllim” anlayışını vaxtilə həmkarlarına aşağıdakı kimi aşılamışdı Kənan müəllim: “Yaxşı və sevilən müəllim olmaq üçün çalışmaq, öyrənməklə yanaşı, yuxusuz gecələr də əsas şərtlərdən olmalıdır. Yaxşı müəllim olmaq insanın mayasındadır. Bu da bir Allah vergisidir. Müəllim öz üzərində çalışmalı, yeni texnologiyaları mənimsəməlidir. Ənənəvi, klassik təlim metodlarını öyrənməlidir. Yaxşı müəllim keçəcəyi mövzunu daha gözəl izah edir, nəticələri əvvəldən görür, nə istədiyini bilir və mövzuya uyğun təlim metodları seçir. Bunlar da mövzunun daha gözəl mənimsədilməsinə gətirib çıxarır, həmçinin şagirdin dərsə olan marağını artırır. Fənni sevdirmək müəllimdən asılıdır. Şagird fənni sevirsə, məktəbə də maraqla gələcək”.
Oxud kənd məktəbində dərs deyən, vaxtilə onunla bir məktəbdə işləmiş müəllimlər, kəndin mərkəzi gimgəsində onunla bağlı sorğu apararkən ondan dərs almış valideynlər bu müdrik insanın xeyirxah əməllərindən,kəndin sosial inkişafındakı rolundan, riyaziyyatçı kimi mükəmməl biliciliyindən böyük məhəbbət hissilə ağızdolusu danışdılar.
Kənan İbrahim oğlu Cəlilov 2015-cı ildə 62 yaşında dünyasını dəyişmişdir. Bu qəlblərdə əbədiyaşar müəllim kəndin müqəddəs ziyarətgahı olan Yel baba ziyarətgahında torpağa tapşırılıb.
ELBRUS BAYRAMƏLİ oğlu ABDULƏZİZOV[HTML redaktə]
Elə müəllimlər olur ki, unudulmur, qürurla adı çəkilir, gənclərə nümunə göstərilir, şəxsiyyət kimi tanınırlar. Deyərdim ki, Oxud kənd məktəbində ömrünü sevib-seçmiş müəllimlik sənətinə həsr etmiş, gənc nəslin təlim-tərbiyəsi, maariflənməsi sahəsində xidmətlər göstərmiş müəllimlərdən biri Elbrus Bayraməli oğlu Abduləzizovdur. El məhəbbətini qazanmaq insan üçün böyük şərəfdir. Heç kimə sirr deyil ki, təhsil, elm və bilik çox çətin, mürəkkəb, ziddiyyətli, axtarışların sonu olmayan, daim yaradıcılıq tələb edən iradəli, əzmkar, cəsarətli yorulmaq bilməyən adamların yoludur.
Elbrus Bayraməli oğlu Abduləzizov 1951-ci ilin iyul ayının 22-də Oxud kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1957-1958-ci dərs ilində Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1967-1968-ci tədris ilində həmin məktəbin X sinfini bitirmişdir. Doğulduğu ailədə elmə, təhsilə böyük marağın təsiri ilə Elbrus Abduləzizov ali təhsil almaq, kimyaçı olmaq məqsədi ilə 1968-ci ildə sənədlərini H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya-biologiya fakültəsinə vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək ali məktəbə qəbul olunmuşdur. 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran Elbrus Abduləzimov həmin ilin sentyabr ayından Şəki şəhər Maarif Şöbəsinin əmri ilə Oxud kənd orta məktəbinə ixtisası üzrə Kimya müəllimi təyin edilmişdir. İki illik (1972-1974-cü illər) ordu həyatından sonra Elbrus müəllim 1974-cü ildən bu günədək doğma Oxud kənd orta məktəbində Kimya elminin sirlərini gənc nəslə çatdırır. Bu sətirlərin müəllifi 1976-cı ildə Oxud kənd orta məktəbində təhsil alarkən kimya elminin əsaslarını Elbrus Abduləzizovdan öyrənmiş və Elbrus müəllim onun şagird düşüncələrində tədris etdiyi fənni şagirdə sevdirməyi bacaran, öz işinin öhdəsindən ustalıqla gələ bilən, valideynlər qarşısında böyük nüfuz qazanan müəllim kimi qalmışdır. Onun müəllimlik peşəsinə vurğunluğu neçə-neçə şagirdini bu sahəyə istiqamətləndirmişdir. Elbrus müəllimin dərslərində şagird-müəllim münasibəti nəticəyönümlülük üzərində qurular, bu da şagirdlərin fənnə olan maraq və məhəbbətlərini artırardı. Bu isti və səmimi münasibətlər uşaqların arzularının çiçəklənməsinə stimul olardı. Elbrus müəllimdə səmimiliklə yanaşı çox ciddi görkəm var idi. Uşaqların daha çox kimya fənninə maraqlarının olduğu müşahidə edilər, dərslər başabaş suallar üzərində qurulardı.
Elbrus Abduləzimovun keçdiyi həyat yolu humanizm, insanlıq duyğusu, zəhmətsevərlik, xeyirxahlıq, sədaqət, həmkarlarına olan qayğı, üzərində qurulub.Onun həyat və yaradıcılıq yolunu səciyyələndirən əsas cəhət sənətini ehtirasla, həvəslə sevən müəllim kimi şərəfli bir peşə sahibi olması olmuşdur. Burada da ümummilli lider Heydər Əliyevin müəllim haqqında deyilən ifadəsini yada salmaq yerinə düşür: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu gün Elbrus müəllim doğulub boya-başa çatdığı Oxud kəndində, fəaliyyət göstərdiyi Oxud kənd tam orta məktəbində tükənməz enerji ilə yaşayıb – çalışan,bütün cəhətləri ilə pedaqoji kollektivə nümunə olan müəllimlərdəndir.
ARZU ÇİNGİZ qızı İBRAHİMOVA[HTML redaktə]
Oxud kənd məktəbində çalışan, şagirdlərinə qayğıkeşliyi, həssaslığı, dərin biliyi və zəkası, yüksək mədəniyyəti ilə seçilən, ömrünü bütünlüklə şagirdlərinin xoşbəxt gələcəyinin təminatına həsr edən müəllimlərdən biri Arzu Çingiz qızı İbrahimovadır.
Arzu Çingiz qızı İbrahimova 1979 – cu ilin iyun ayının 5 - də Oxud kəndində anadan olmuşdur. 1985-ci ilin sentyabr ayının 1-də Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Arzu İbrahimova səkkizinci sinfi bu təhsil ocağında tamamladıqdan sonra, orta təhsilini 1994-1996-cı illərdə Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü Liseydə tamamlamışdır. 1996-cı ildə Bakı Dövlət Universitetinin Şəki filialının Tarix fakültəsinə daxil olan Arzu İbrahimova 2000-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur.
Pedaqoji fəaliyyətinə Oxud kənd tam orta məktəbində tarix müəllimi kimi başlayan Arzu İbrahimova, bu gün də pedaqoji fəaliyyətini bu məktəbdə davam etdirir. Arzu müəllimin elm bulağının tərtəmiz, şəffaf suyunu içən neçə - neçə istedadlı şagirdi həyatın müxtəlif sahələrində çalışaraq onun şərəfli müəllim adını öz əməlləri və vətənə xidmətləri ilə uca tuturlar. Bu nurlu müəllim haqqında şagirdləri onun insani geyfiyyətlərindən, zəngin mənəviyyatından, dərin tarixi biliyindən ağızdolusu söz açdılar. Tarixi bilgiləri gənc nəslə aşılamaqla yanaşı Arzu İbrahimova əsl tərbiyə məktəbi yaradaraq vətənpərvər, insanpərvər bir ziyalı kimi şagirdlərinə əsl vətənpərvər kimi yaşamağı, insanları sevməyi, böyüyə hörmət bəsləməyi, fəaliyyətlərini xeyirxah əməllər üzərində qurmağı aşılayır. Müəllim kimi Arzu xanımın qarşısında bir məqsəd durur: el-obasına ləyaqətlə xidmət etmək, xalqın balalarının nurlu sabahı, təhsili üçün yorulmadan çalışmaq. “Tarix” fənninin tədrisində Arzu İbrahimovaya görə, bu fənni tədris edən müəllim gərək daima axtarışda olsun, cəmiyyətdə gedən siyasi prosesləri ardıcıl izləsin və onları düzgün dəyərləndirə bilsin.
Arzu müəllimə gözəl ailə başçısı, mehriban ana kimi 3 övlad tərbiyə edib.
HİCRAN MƏMMƏDEMİN qızı MƏMMƏDOVA[HTML redaktə]
Oxud kənd məktəbində şölənənən elm məşəllərindən biri Hicran Məmmədemin qızı Məmmədovadır. Hicran Məmmədova 1953-cü ilin yanvar ayının 15-də Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Oxud kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunan Hicran Məmmədova 1970-ci ildə həmin məktəbin X sinfini bitirmişdir.1970-ci ildə V.İ. Lenin adına Şəki İpək İstehsalat Birliyinin baramaaçan sexində fəhlə kimi əmək fəaliyyəti göstərən Hicran xanım 1976-cı ildə ali təhsil almaq məqsədilə sənədlərini V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun “Filologiya” fakültəsinə vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanaraq, 1980-cı ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1980-ci ildə Şəki şəhər Xalq Maarif Şöbəsinin əmrinə əsasən Oxud kənd orta məktəbində “Azərbaycan dili və ədəbiyyat” müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 38 il pedaqoji yol keçən Hicran müəllimə nəinki dərs dediyi kənddə, həmçinin Şəki rayonunda nüfuzlu, sayılan, seçilən dil və ədəbiyyat mütəxəssisi kimi tanınır, gənc nəslin təlim-tərbiyəsi kimi çətin, lakin şərəfli işdə bilik və bacarığını əsirgəmir, mənalı müəllim ömrünü bu yolda damcı-damcı əridir. Bu gün Oxud kəndinin ziyalı potensialı içərisində Hicran müəllimin ziyasına bürünmüş çoxlu sayda mütəxəssis elmin və həyatın müxtəlif sahələrində çalışırlar. Bu müdrik müəllimlə söhbətləşərkən hiss etdim ki, o, bütün fəaliyyəti dövründə müəllimin şərəf və ləyaqətini həmişə uca tutmuş, şagirdlərinin işıqlı sabahını Vətəninin tərəqqisi kimi götürmüşdür. Hicran müəllimə görə, təlim-tərbiyə işinin müvəffəqiyyəti dərsin düzgün planlaşdırılmasından başlamalıdır. Oxud kənd məktəbində müəllimlərlə nümunəvi pedaqoji ünsiyyət mədəniyyəti Hicran müəllimdə o fikri təsdiqləmişdir ki, məktəb rəhbərləri öz planlarında müəllimlərin elmi-pedaqoji və metodiki hazırlığının artırılmasına, dərslərin keyfiyyətinin yüksəldilməsinə, qabaqcıl təcrübənin daim olaraq işdə tətbiq edilməsinə, gənc müəllimlərin fəaliyyətinin yaxşılaşdırılması üçün onların mənəvi dəstəklənməsinə, təlim-tərbiyənin vahid proses kimi aparılmasına, məktəb-valideyn, müəllim-şagird, şagird-şagird, müəllim-şagird-ailə münasibətlərinin düzgün qurulmasına mühüm yer ayırmalıdırlar. Əks təqdirdə heç bir pedaoji nailiyyət əldə edilə bilməz.
Hazırda ömrünün 65-ci ilini yaşayan Hicran müəllim nurlu ana və nənə ömrü yaşayır. Biz bu fədakar müəllimə möhkəm cansağlığı arzulayirıq.
ZƏHRA KAMAL qızı ABDULLAYEVA[HTML redaktə]
Yaşlı nəslin öyüd-nəshətlərinə qulaq asmaq, onların xeyir-dualarını qazanaraq həyata vəsiqə almaq əsas mental görüşlərimizdəndir. Kəndə gələn hər hansı bir yad adamla səmimiyyətlə, mehribanlıqla görüşmək, “xoş gəldin” etmək, böyük-kiçikliyindən asılı olmayaraq ayağa durub salamlaşmaq dağ vüqarlı insanlara – oxudlulara xas olan əsas xüsusiyyətdir. Bu xüsusiyyətləri bu insanlarda gördükcə ilk andaca yada düşən ailə və məktəb olur. Gözəl tərbiyə məktəbi olan ailə və məktəb. Müəllim, xüsusilə bütün çətinliklərə sinə gərərək çətinliklərə tab gətirən ibtidai sinif müəllimi. Oxud kəndində hamının böyük hörmət bəslədiyi Zəhra Kamal qızı Abdullayeva belə müəllimlərdəndir.
Zəhra Abdullayeva 1949-cu ildə Nuxa rayonunun Oxud kəndində anadan olmuşdur. 1956-cı ildə Oxud kənd məktəbinin birinci sinfinə daxil olaraq, 1966-cı ildə həmin məktəbin X sinfini bitirmişdir. 1966-cı ildə Şəki Pedaqoji Texnikumuna daxil olaraq 1968-ci ildə həmin orta ixtisas məktəbini “İbtidai sinif müəllimi” ixtisası üzrə bitirmişdir. 1968-ci ilin 1 sentyabrından Oxud kənd səkkizillik məktəbində ixtisası üzrə pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Bir il bu məktəbdə çalışdıqdan sonra, 1969-cu ilin sentyabr ayının 1-dən Oxud kənd orta məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Zəhra müəllimə pedaqoji əsaslara dərindən yiyələnmək məqsədilə 1987-ci ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) “İbtidai təhsilin pedaqogikası və metodikası” şöbəsinə daxil olmuş, 1991-ci ildə qiyabi yolla həmin ali təhsil müəssisəsini başa vurmuşdur. Məşhur pedaqoq K.D. Uşinskinin “Uşağı kitabla ağıllı müsahibəyə alışdırmaq ibtidai təlimin əsas vəzifələrindən biridir” fikri Zəhra Abdullayevanın əsas pedaqoji fəaliyyət devizlərindən olmuşdur. Dərs dediyi şagirdlərin xatirələrinə görə, Zəhra müəlliməyə görə, o şagird istedadlı şagird hesab olunmuşdur ki, hamıya məlum olan biliyi hamının bildiyi şəkildə deyil, öz dəsti-xətti ilə, öz təfəkkürünün məhsulu kimi təqdim etsin. Qısaca desək, öz sözləri ilə danışaraq sinfə çatdırsın. İstedadlı müəllim müasir təhsilin əsas hədəfi olan məntiqi düşüncə qabiliyyətinin şagirdlərdə inkişaf etdirilməsini hələ XX əsrin 70-80-ci illərində əsas vəzifə olaraq görmüşdü. Onunla çiyin-çiyinə çalışmış gənc müəllimlərin söyləmələrinə görə, yaradıcı müəllim olmuş Zəhra Abdullayeva ibtidai siniflərdə tədris prosesinin təkmilləşdirilməsi məsələləri ilə bağlı tez-tez məktəbin pedaqoji şuralarında məsələ qaldırıb çıxışlar edər, gənc müəllimlərə qabaqcıl təcrübənin işə tətbiqi ilə bağlı metodik tövsiyələr verərdi. Zəhra müəllimin şagirdlərin ekoloji tərbiyəsi ilə bağlı qurmuş olduğu dərslər böyük maraqla qarşılanmışdır. O, təbii gözəlliklər diyarı olan Oxud kəndinin təbiətini uşaqlara sevdirmək üçün mövcud dərs saatları ilə məhdudlaşmayaraq sinifdənxaric və məktəbdənkənar işlər vasitəsi ilə bu tərbiyə vəzifəsini yerinə yetirmişdir. Məlumdur ki, uşaqlar daha çox canlı təbiətə böyük maraq göstərir, flora və fauna aləmi ilə canlı tanışlıq onların marağına səbəb olur. Veteran müəllimin vaxtilə ifadə etmiş olduğu fikirlərə görə, şagirdi əhatə edən maddi aləm tam olduğuna görə onun izahına əyanilik baxımdan kompleks, tam yanaşılarsa, ekoloji biliklərin şagirdlər tərəfindən qavranılması asanlaşar. “Təbiətşünaslıq” fənni bu sahədə mühüm əhəmiyyət kəsb etsə də, “Oxu” kitabında verilmiş biliklər natamam xarakter kəsb etdiyindən, bu boşluqları doldurmaq üçün onları mütləq təbiətlə birbaşa tanış etmək lazım gəlir ki, biz layısqılı müəllimlərin buna maksimum imkanımız vardır. Çünki ana təbiət bizdən heç bir gözəlliyini əsirgəməyib.
Dünyada müəllim üçün ən böyük mükafat şagird və xalq sevgisidir. Zəhra müəllim o nurlu müəllimlərdəndir ki, bu sevgini sağlığında qazanıb. Qadir Allah insanı yer üzünün əşrəfi yaratmışdır. Hər kəs ulu tanrının onun qarşısına qoyduğu bir çox vəzifələrin öhdəsindən gəlməklə şərəfli insan adını ləyaqətlə daşıya bilər, oldudça çətin olan ömür imtahanından üzüağ çıxar. Bu vəzifələrin içərisində xoş xasiyyətlər, yəni sadə olmaq, səmimi, təvazökar, şirindil, mehriban olmaq, hər bir şəxsin cəmiyyət içərisində nüfuzunu qaldıran, onun hamı tərəfindən sevilməsinə səbəb olan ali keyfiyyətlərdir.
RƏSMİYYƏ TOFİK qızı MƏMMƏDOVA[HTML redaktə]
Oxud kənd məktəbində vicdani saflığı ilə seçilən, şagirdləri tərəfindən sevilən müəllimlərdən biri Rəsmiyyə Tofik qızı Məmmədovadır. Rəsmiyyə Məmmədova 1974-cü ilin iyun ayının 24-də Oxud kəndində ziyalı ailəsində doğulmuşdur. 1981-ci ildə N.Hümmətov adına Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Rəsmiyyə Məmmədova 1991-ci ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. Müəllim olmaq arzusu ilə 1991-ci ildə sənədlərini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) verən Rəsmiyyə Məmmədova 1996-cı ildə həmin ali məktəbi “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə müvəffəqiyyətlə başa vurmuşdur. Şəki şəhər Təhsil Şöbəsinin təyinatı üzrə pedaqoji fəaliyyətinə 1996-cı ildə Oxud kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. Həmin ildən Oxud kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi çalışan Rəsmiyyə müəllim dərin biliyi, obyektivliyi, mənəvi saflığı ilə şagird və valideynlərin böyük hörmətini qazanmışdır. İşə yaradıcı yanaşmaq, məsuliyyətlə işləmək prinsipi, pedaqoji işə sonsuz sevgi Rəsmiyyə müəllimə həmişə sevinc və şərəf gətirmişdir. O, gözəl müəllimlik keyfiyyətləri ilə məktəb kollektivində və kənd içərisində böyük nüfuz qazanmışdır.
AĞALİ ƏLƏKBƏR oğlu İLYASOV[HTML redaktə]
Oxud kəndində maarifin inkişafında əsl mənada can qoyan, əzmlə çalışan və riyaziyyat elminin sirlərini şagirdlərə dərindən çatdıran müəllimlərdən biri Ağali Ələkbər oğlu İlyasovdur. Ağali İlyasov 1955-ci ilin fevral aynın 12-də Oxud kəndinin zəhməti və halallığı ilə hamı tərəfindən sevilən Ələkbər kişinin ailəsində dünyaya göz açmışdır.1962-1972-ci illərdə Oxud kənd orta məktəbində ibtidai və orta təhsilini müvəffəqiyyətlə başa vuran Ağali İlyasov fizika-riyaziyyat elmlərinin sirlərinə dərindən yiyələnmək üçün1973-cü ildə sənədlərini H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun “Fizika-Riyaziyyat” fakültəsinə vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək instituta daxil olmuş, 1977-ci ildə bu ali təhsil müəssisəsini riyaziyyat ixtisası üzrə bitirmişdir. Şəki rayon Xalq Maarif Şöbəsinin müvafik əmrinə əsasən 1977-ci ilin 16 avqustunda Oxud kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. Müəllimliyə xas olan bütün gözəl keyfiyyətlərin daşıyıcısı olan Ağali müəllim hansı sinifdə dərs deməsindən asılı olmayaraq o, özünü xalq maarifinin keşiyində ayıq-sayıq dayanan, öz ziyasını şagirdlərindən əsirgəməyən bir müəllim kimi tanınmış və sevilmişdir. Məktəbin riyaziyyat müəllimi Bəhram müəllimin Ağali müəllim haqqında fikirlərindən: “Ağali müəllim elmi dünyagörüşlü, müəllimlərimizin önündə gedən, şagirdlərə və gənc müəllimlərə yol göstərərək onlara sevgisini və qayğısını əsirgəməyən, xüsusilə şagirdlərinə necə yaşamağı öyrədən, vətənpərvərlik və beynəlmiləlçilik tərbiyəsini fəaliyyətində əsas götürən, ziyalı sözü ilə beyinlərə, zehinlərə işıq verən bir müəllim kimi kənddə və məktəbdə özünü tanıtmışdır. Ağali müəllim yüksək nəzəri biliyə və zəngin pedaqoji təcrübəyə malik bir pedaqoq kimi məktəbimizin bütün müəllimlərinə nümunədir. Onun bir müəllim – pedaqoq kimi mənəvi kimliyi kollektivin hər bir üzvünə və dərs dediyi şagirdlərə məhəbbəti ilə ölçülür”.
Ağali İlyasov hər zaman işinə vicdanla yanaşmış, məktəbdə elmlərin tədrisində, təlim-tərbiyə işlərinin zamanın tələbləri səviyyəsində qurulmasında təcrübəli müəllim kimi əlindən gələni əsirgəməmişdir.
Qırx bir ildir ki, Oxud kənd məktəbində çalışan Ağali müəllim şagirdlərin hərtərəfli inkişafı üçün çox işlər görmüş, nəinki məktəbin, həmçinin kəndin ictimai işlərində fəallıq göstərmişdir.
Ağali müəllim həmçinin mehriban ata, səmimi ailə başçısıdır. Həyat yoldaşı Şərafət xanım özü ilə çiyin-çiyinə Oxud kənd orta məktəbində müəllimlik fəaliyyəti göstərir. Üç övladının hər biri ali təhsilli mütəxəssis kimi ictimai həyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər.
RÖVŞƏN RAMAZAN oğlu RAMAZANOV[HTML redaktə]
Məlumdur ki, istənilən əcnəbi dilin öyrənilməsi və öyrədilməsi vacib amildir. Millət nümayəndələrinin daha da çox dilə vaqif olmaları, milli mədəniyyətin yüksəlişi göstəricisidir.Xüsusilə, dövlətin çevrələndiyi qonşu xalqların dilinin öyrənilməsi vacib bir məsələdir. Bildiyimiz kimi, sovet dönəmində rus dili vacib əcnəbi dil kimi sovet təhsil sistemində aparıcı dil olub. Bu dil məktəblərimizdə geniş miqyasda tədris olunub. Ancaq müstəqilliyimizi əldə etdikdən sonra bu dilə olan meyl və maraq çox təəssüf ki, olduqca azalıb, məktəblərimizdə tədrisi məhdudlaşdırılıb. Oxud kənd məktəbi də rus dilinin sevilərək təbliği baxımdan özünün səadət dövrünü yaşayıb. Bu dili Əsabəli, Məmmədəli, Ənvər..... kimi müəllimlər heç bir proqram tələbi olmadan öz ürəklərinin dərinliklərindən gələn sevgi ilə sevə-sevə təbliğ edib şagirdlərinə sevdiriblər. Oxud kənd məktəbində bu estafeti davam etdirənlərdən biri də Rövşən Ramazan oğlu Ramazanovdur.
Rövşən Ramazan oğlu Ramazanov 1955-ci ilin oktyabr ayının 18-də Oxud kəndində kolxozçu Ramazan kişinin ailəsində doğulmuşdur. 1963-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 1973-cü ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. Əmək fəaliyyətinə 1972-73-cü illərdə Şəki şəhər 13 saylı mexanikləşdirilmiş səyyar dəstəsində fəhlə kimi başlamış, 1974-1976-cı illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1977-ci ildən 1979-cu ilin noyabr ayına kimi V.İ. Lenin adına Şəki İpek İstehsalat Birliyində fəhlə işləmişdir. Ali təhsil almağa olan maraq və meyl bu gənc oğlanı daim müşayiət etmiş, o, bu arzunu gerçəkləşdirmək üçün 1979-cu ilin noyabr ayında M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, bir il – 1980-ci ilin iyun ayınadək burada təhsil aldıqdan sonra birinci kursa keçirilmişdir. Rövşən Ramazanov 1980-1983-cü illərdə həmin ali məktəbin əyani şöbəsində təhsil aldıqdan sonra, ərizəsinə əsasən qiyabi şöbəyə keçirilmiş, 1983-1985-ci illərdə qiyabi şöbədə təhsilini davam etdirmişdir. 1983-cü ildə Oxud kənd orta məktəbində Rus dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Rövşən Ramazanov bu gün də nümunəvi müəllim kimi bu məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
SƏMƏNNAZ NÜRƏDDİN qızı ŞAMİLOVA[HTML redaktə]
Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb olması barədə dahi Ü.Hacıbəyov belə yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili - tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar”.
Oxud kəndində uzun müddət təhsil sahəsində əzmlə çalışan, maarifin inkişafına ləyaqətlə xidmət edən müəllimlərdən biri Səmənnaz Nürəddin qızı Şamilovadır. 1960-cı ilin avqust ayının 14-də Oxud kəndində sadə kəndli Nürəddin kişinin ailəsində anadan olan Səmənnaz Şamilova ibrətamiz həyat yolu keçib. Körpə uşaq ikən atasını itirən Səmənnaz anasının himayəsində böyümüş, atasızlığın ağrı-acısını uşaq ikən dadmışdır. Anası Ana xanım zəhmətə qatlaşa-qatlaşa halal ruzisi ilə övladlarını böyütmüşdü. Balaca Səmənnaz 1967-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin onuncu sinfini əla qiymətlərlə başa vurmuşdur. Bu sətirlərin müəllifinin şahidi olduğu kimi Səmənnaz xanım orta məktəbdə oxuduğu illərdə çalışqanlığı, gözəl nitqi ilə şagird yoldaşlarının və müəllimlərinin yaddaşında qalmışdır. Səmənnaz Şamilova əmək fəaliyyətinə 1977-ci ilin sentyabrında Şəki Yerli Sənaye Kombinatında tikişçi kimi başlamış, 1978-ci ilin aprel ayınadək bu müəssisədə işləmişdir. Xarici dillərə hələ şagird olduğu illərdə böyük maraq göstərən Səmənnaz Şamilova fransız dili müəllimi olmaq arzusunu reallaşdıraraq 1978-1983-cü illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ( hazırkı Azərbaycan Dillər Universiteti) fransız-ingilis dili fakültəsində əyani ali təhsil almışdır. 1983-cü ildə Şəki Rayon Xalq Maarif Şöbəsinin təyinatı ilə Oxud kənd orta məktəbində Fransız dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Səmənnaz Şamilova bu gün də şərəfli müəllimlik fəaliyyəti ilə məşğuldur.
Pedaqogika elmi öyrədir ki, səriştəli, peşəkar müəllim olmaq üçün müntəzəm axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Müqəddəs kitabımız “Qurani - Kərim”in buyurduğu kimi, “insan beşikdən qəbir evinə qədər öyrənməlidir”.
Səmənnaz Şamilova müəllimlik peşəsinin sirlərini və tədris etdiyi “Fransız dili” fənninin elmi - nəzəri və praktik əsaslarını, ölkəmizdə təhsilin dövlət tərəfindən müəyyən edilmiş məqsədini, özünün “Təhsil qanunu” ilə müəyyənləşdirilmiş hüquq və vəzifələrini yaxşı bilən və əməldə həyata keçirən müəllimlərdəndir. Səmənnaz müəllimin fikrincə, fransız dilini öyrənmək hər şeydən öncə gözəl zəngin və melodiya dolu sevgi dilini öyrənmək deməkdir. Fransız dili həmçinin fikri strukturlaşdırmaq üçün analitik düşüncə dilidir. Səmənnaz müəllimin bu dilin tədrisində nurlu yolu sevimli müəllimləri olmuş, uzun illər Oxud kənd orta məktəbində Fransız dilini tədris etmiş Fəxrəddin və Rübabə müəllimin ulu yoludur. Bu yolda hörmətli sinif yoldaşım Səmənnaz xanıma möhkəm cansağlığı və uğurlar arzulayıram.
ZÜLHƏCCƏ MƏMMƏD qızı İSAYEVA[HTML redaktə]
Oxud kənd orta məktəbində saç ağartmış, gəncliyini neçə-neçə şagirdinin həyatda layiqli yer tutmasına, layiqli vətəndaş olmasına xərcləmiş veteran müəllim Zülhəccə Məmməd qızı Musayevanın pedaqoji fəaliyyəti ilə bağlı onun yetirmələrindən eşitdiyim xoş sözlər beynimdən görkəmli ədəbiyyatşünas, maarifçi Firudun bəy Köçərlinin müəllimlik sənəti ilə bağlı söyləmiş olduğu aşağıdakı fikirləri keçirdi: “ Elmi və tərbiyəni elə yüksək məqamda saxlayın ki, sizi sevsinlər, sizə etibar olunsun. Müəllimlik adı ağırdır. Ancaq pak və müqəddəs xidmətdir. Zəhmət çəkin, səy edin ki, vəzifənizi kamalınca və layiqincə yerinə yetirəsiniz”.
Zülhəccə Məmməd qızı Musayeva 1947-ci ildə Oxud kəndində hamının hörmət bəslədiyi kolxozçu Məmməd kişinin ailəsində dünyaya göz açıb. 1954-1964-cü illərdə Oxud kənd məktəbində ibtidai və orta təhsil alıb. Müəllim olmaq arzusunu həyata keçirmək üçün gənc Zülhəccə 1967-ci ildə zamanının nüfuzlu orta ixtisas təhsil müəssisəsi olan Şəki Pedaqoji Texnikumunun “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunub 1969-cu ildə oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1969-cu ildə Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Həmçinin ixtisasını təkmilləşdirmək qayğısına qalaraq işləyə-işləyə 1986-cı ildə H. Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun ( hazırda Gəncə Dövlət Universiteti) “ İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində qiyabi yolla təhsil alıb. Bütün müəllimlər kimi Zülhəccə müəllim də ilk dərs günündə həyəcanlı hisslər keçirib. Amma həyəcandan daha çox sevinc hissləri yaşayıb. Həqiqətən, başlanğıcın, həyatıma açılan yeni bir səhifənin təravətini hiss edib. Zülhəccə Musayeva bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı olan müəllim olmuşdur. Uşaqlara qayğı, onların təlim və tərbiyəsi Zülhəccə müəllimin həyatının mənasını təşkil etmişdir. Belə ki o, xoş rəftarı, mehribanlığı ilə şagirdlərin qəlbinə elə yol tapmışdır ki, onlar Zülhəccə müəllimi özlərinin yaxın dostu, köməkçisi və məsləhətçisi saymışlar.
Bu bir həqiqətdir ki, şagirdlərin bilik xəzinəsinə gedən yolu dərsdən başlayır. Dərsin yüksək səviyyədə təşkili isə müəllimin fəaliyyəti ilə bağlıdır. Zülhəccə müəllimə görə, ibtidai sinif müəllimi heç vaxt mövcud biliyi ilə kifayətlənməməli, dövrün tələblərinə uyğun olaraq daim düşünməli, mütaliə etməli, elmi-pedaqoji fəaliyyətini yüksəltmək qayğısına qalmalı və qarşısına qoyduğu məqsədə nail olmalıdır. Zülhəccə müəllim gənc nəslin təlim və tərbiyəsi işində əldə etdiyi uğurları işlədiyi illərdə məktəbdə olan sağlam pedaqoji mühitlə də əlaqələndirir.
Zülhəccə müəllimə görə, şagirdlərdə öyrənmək həvəsini yaratmaq üçün müəllim xüsusi zəhmət çəkməlidir. Bu yolda müəllim-şagird münasibətləri əsasdır. Əgər müəllim səmimi ünsiyyət, anlaşıqlı nitq və hərəkətlərdən (mimika, jestlər və s.) düzgün və tələb olunan qədər istifadə edərsə, müəllim-şagird münasibətlərinin daha dərin və davamlı olmasına nail ola bilər.Şagird maraqlarının nəzərə alınması, onların həyati tələbatları ilə bağlı qurulan dərs daha yaxşı nəticələr verir. Müəllim şagirdlərin marağını diqqət mərkəzində saxlamalı, yeri gəldikcə onların qarşısında gücləri çatan və həll edə bildikləri problemlər qoymalıdır. Şagirdlər bu problemin həlli ilə əlaqədar yeni və faydalı biliklər əldə edirlər.
Zülhəccə Məmməd qızı Musayeva hazırda nurlu nənə ömrü yaşayır. O, təqaüddə olmasına baxmayaraq təcrübəli müəllim kimi gənc nəslin daim məsləhətləşdiyi müdrik yolgöstərən ömrü də yaşayır. Biz bu nurlu müəllimə, ağsaçlı anaya, nənəyə, uzun ömür cansağlığı arzulayırıq.
KUBRA NƏCƏF qızı SÜLEYMANOVA[HTML redaktə]
Sovet təhsil sisteminin nəhənglərindən olmuş V.A. Suxomlinski necə də gözəl demişdir: “İbtidai məktəb hər şeydən əvvəl bir müəllimin yaradıcı əməyi deməkdir. Sovet təhsil sisteminin qayda-qanunları çərçivəsində Oxud kəndində saç ağardan, 43 illik pedaqoji fəaliyyəti zamanı şagidrlərə və təlimə öz yaradıcı yanaşması ilə fərqlənən, cəfakeşliyi ilə yüzlərlə şagirdinin mənəvi dünyasına nur saçan müəllimlərdən biri Kubra Nəcəf qızı Süleymanova olmuşdur. Kubra Süleymanova 1949-cu ildə Oxud kəndində anadan olmuş, 1955-56-cı tədris ilində Şəki rayon Oxud kənd səkkizillik məktəbinin birinci sinfinə qəbul olunub, 1966-cı ildə kənd məktəbini bitirərək müəllim olmaq arzusu ilə Şəki Pedaqoji Texnikumuna daxil olmuş, 1968-ci ildə texnikumu “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bitirmişdir. Texnikumu başa vurduğu 1969-cu ildə Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Kubra müəllimə təqaüdə çıxanadək bu məktəbdə pedaqoji fəaliyyət göstərərək gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Bütün fəaliyyəti boyu müəllimlik peşəsinin dövlət və cəmiyyət tələblərini, məsuliyyətini dərindən dərk edən Kubra Süleymanova yüksək pedaqoji ustalığı, geniş və hərtərəfli dünyagörüşü, pedaqoji-psixoloji və metodiki biliyi ilə məktəb rəhbərliyinin və dərs dediyi şagirdlərinin sonsuz məhəbbət və rəğbətini qazanmışdır. Ondan dərs almış şagirdlərinin etirafna görə o, dərs dediyi bütün fənlərin mükəmməl çarçısı olmuş, riyaziyyat, oxu, təbiətşünaslıq kimi dərslərin asan qavranılmasında xüsusi əmək sərf etmişdir. Şagirdləri Kubra müəllimənin hər bir dərsində onun gərgin müəllim əməyinin özünəməxsusluğunu görmüş, ürək döyüntülərini eşitmiş, hər bir şagirdin müvəffəqiyyətində onunla dil tapmaq üçün kövrək duyğulara söykənən saçlarında isti ana sığalı tək müəllim əlinin hərarətli sığalını hiss etmişlər. Kubra Süleymanova zəngin mütaliəyə malik bir müəllim kimi daim öz üzərində çalışmış, 1987-ci ildə ali təhsil almaq üçün H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olmuş, 1991-ci ildə tam kursu bitirmişdir. Mütaliə prosesində şagirdlərin səliqəli olmalarına xüsusi diqqət yetirən Kubra müəllimə kitaba və mütaliəyə müəllim və şagirdlərdə şüurlu münasibət formalaşdırmaq üçün “Kitabı qoruyun!”, “Kitab bilik mənbəyidir” və s. mövzularda müsahibə və söhbətlər keçirmiş, məktəbin və kitabxananın divarlarından görkəmli şəxsiyyətlərin, pedaqoqların kitab haqqındakı fikirləri yazılmış plakat və şüarlar asmışdır. Deməli, mütaliə prosesinin formalaşması prosesində Kubra müəllimin məqsədi, uşağın müşahidələrini, onun nələrə və necə baxdığını, nələri və necə dinləmələrini, nəyi və necə oxuduğunu, oxuduğundan çıxardığı nəticələri onlara anlatmaq olmuşdur.
Bu gün Kubra müəllimə ağsaçlı nənə ömrü yaşayır. Biz bu neçə-neçə körpə qəlbinə elm nuru səpib onları cəmiyyətin layiqli vətəndaşı kimi yetişdirən Kubra müəllimə uzun ömür və möhkəm cansağlığı arzulayırıq.
SEVİNC HÜMMƏT qızı YUSİFOVA[HTML redaktə]
Oxud kənd məktəbində balaça uşaqların könül evinə öz naxışlarını tökən müəllimlərdən biri Sevinc Hümmət qızı Yusifovadır. Sevinc Yusifova 1970-ci ildə Oxud kəndində, hamının böyük hörmət bəslədiyi Hümmət kişinin ailəsində dünyaya göz açmışdır. O, 1977-ci ildə Oxud kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1965-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1999-cu ildə müəllim olmaq arzusu ilə Şəki Pedaqoji Texnikumuna daxil olmuş və orada təhsilini qiyabi yolla “İbtidai sinif müəllimi” ixtisası üzrə davam etdirmişdir. Müəllimlik fəaliyyətinə 2000-ci ildə Oxud kənd orta məktəbində başlamışdır. Sevinc xanım 2000-ci ildən bu günədək Oxud kənd orta məktəbində fasiləsiz olaraq müəllim işləyir, yüzlərlə uşağın əlindən tutaraq əlifbanı, hərfləri yazmağı öyrədir, onların xalqa və vətənə layiqli övlad kimi yetişməsinə çalışır.
İbtidai təlimin sirlərinə dərindən bələd olan Sevinc müəllimə şagirdlərin sonrakı təlim prosesində əsas baza rolunu oynayan müstəqil düşünməyi, mətn üzərində sərbəst işləməyi, özünə nəzarət etməyi və özünü qiymətləndirməyi onlara fərdi yanaşma prinsipi üzrə öyrədir. Sevinc Yusifovanın təlimdə əldə etdiyi müvəffəqiyyətin əsasını onun təkcə bilik və savadı ilə deyil, valideynlərlə əlaqəli işləmək qabiliyyəti ilə də ölçmək lazım gəlir. Təcrübəli müəllimin qeyd etdiyinə görə, valideynlər onun apardığı məqsədyönlü işlərdə ən yaxın köməkçilərinə çevrilmişlər. Valideynlərlə müəllimin tez-tez keçirdiyi görüşlər təlim-tərbiyə prosesində yaranan problemlərin birlikdə həllində əsas stimul olmuşdur. Bu tədbir də öz növbəsində təlim zamanı keyfiyyətin yüksəlməsinə olduqca müsbət təsir göstərmişdir.
NAZİM CAMAL oğlu HACIHƏSƏNOV[HTML redaktə]
Oxud kənd orta məktəbində müəllim şərəfini, ləyaqətini, məsuliyyətini dərk edib, gənc nəslin təlim-tərbiyəsi yolunda fədakar müəllim ömrü sərf edənlərdən biri Nazim Camal oğlu Hacıhəsənovdur. O, 1939-cu ilin dekabr ayının 20-də Oxud kəndinin və bütün Şəki şəhərinin nüfuzlu ziyalılarından olmuş Camal Qədirlinin ailəsində həyata göz açmışdır. Nazim Hacıhəsənov atası Camal Qədirlinin şərəfli ömür yolunu özünə örnək sanmış, uşaqlıqdan atası kimi ziyalı olmaq, xalqa ziyası ilə xidmət etmək arzusu ilə yaşamışdı. Nazim müəllim 1947-ci ildə Oxud kənd orta məktəbinin I sinfinə qəbul olunaraq 1957-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1957-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun ( indiki Gəncə Dövlət Universiteti) riyaziyyat və fizika fakültəsinə daxil olub 1962-ci ildə ali məktəbi bitirmişdir. Şəki Rayon Xalq Maarif Şöbəsinin 1962-ci il 15 avqust tarixli 988 saylı əmrinə əsasən İnçə-Zunud 8 illik məktəbində, Vartaşen Rayon Xalq Maarif Şöbəsinin 1964-cü il tarixli 67 saylı əmrinə əsasən Kiş kənd 8 illik məktəbində riyaziyyat və fizika müəllimi işləmişdir. Şəki Rayon Xalq Maarif Şöbəsinin 1966-cı il tarixli 415 saylı əmrinə əsasən Oxud kənd orta məktəbinə fizika-riyaziyyat müəllimi təyin edilmiş, bu günədək bu məktəbdə çalışır. Nazim Hacıhəsənov dərin biliyi, obyektivliyi, müəllim sərtliyi və humanizmi baxmdan bu sətirlərin müəllifinin ən sevimli müəllimi olmuşdur.
Nazim Hacıhəsənov Oxud kənd orta məktəbində direktor işləmişdir. Nazim müəllim qabaqcıl iş təcrübəsi, pedaqoji ustalığı ilə Oxud kənd məktəbinin müəllimləri sırasında öncüllərdən olmuş, dəfələrlə Şəkidə keçirilən iclaslarda, təhsillə bağlı bölmə iclaslarında “fizika” fənninin tədrisinin aktual problemləri ilə bağlı çıxışlar etmişdir. Onun dərs dediyi şagirdlər şəhər olimpiadalarının dəfələrlə qalibi olmuşlar. Tez-tez təbiət elmlərinə, xüsusilə fizikaya dair elmi-metodik jurnallarda məqalələrlə çıxış etmişdir. Respublikamızda və Şəkidə hazırda Nazim müəllimdən dərs almış mütəxəssislər az deyildir. Kənd içərisində müəllimlərlə bağlı apardığım müsahibələrdə yəqin etdim ki, Nazim müəllim ağsaqqal müəllim kimi müəllim nüfuzunu daha da möhkəmləndirmiş, hörmət edilən, elin məhəbbətini qazanan, şagirdləri tərəfindən duyğularla xatırlanan müəllimdir. Evində onunla həmsöhbət olarkən pedaqoji fəaliyyətində qazandığı uğurların səbəbini soruşduqda fikirləşmədən dedi: “Mənə pedaqoji prosesdə ruh verən canımla, qanımla bağlı olduğum yurdumdur, elimdir, onun alın təri ilə ruzisini qazanan insanlarıdır. Mən bu insanların övladlarını tərbiyə etməklə, onları şəxsiyyət kimi yetişdirməklə, Vətənə layiq övlad hazırlamaqla müqəddəs müəllim məsuliyyətimi və şərəfimi duyuram. Elimə, şagirdlərimə olan məhəbbətim qazandığım uğurların əsasıdır”.
Oxud kənd orta məktəbinin direktoru Ülfət Abdullayevin dediklərindən: “ Nazim müəllim məktəbimizin şedevr müəllimlərindəndir. Gələcəyə daşınan nümunəvi ömür təqdirəlayiqdir. İşlədiyi müddətdə intizamı, işgüzarlığı, məsuliyyəti və dərin biliyi ilə həmişə gənc müəllimlərə örnək olub. Şagirdlərini ürəkdən sevən, onlara tək elm öyrədən müəllim kimi deyil, həmçinin bir mənəvi valideyn olan Nazim müəllim kimi müəllimlərə bu gün sinif otaqlarının ehtiyacı böyükdür”. Nümunəvi pedaqoji fəaliyyəti, dərin biliyi nəzərə alınaraq Nazim Hacıhəsənov Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə “Baş müəllim” adına layiq görülmüşdür.
Nazim Hacıhəsənov təhsilin əlaqələndirilməsində, dərslərin məzmun və struktur baxımdan yeni təlimin tələblərinə uyğun qurulmasında gənc müəllimlərə yardım edir, onlara faydalı metodik məsləhətlər verir. Şagirdlərinin və həmkarlarının Nazim müəllim haqqında xoş sözləri bizdə o fikri formalaşdırır ki, Nazim müəllimin Oxud kəndindən, mənsub olduğu ailədən başlanan müəllim ömrü, onun nuruna qərq olmuş neçə-neçə gəncin ömrünə çıraq olmuşdur və olmaqda davam edir. Mən də onun keçmiş şagirdi kimi sevimli müəllimimə uzun ömür, möhkəm cansağlığı arzulayıram.
İSA ƏMİR oğlu ABDULLAYEV[HTML redaktə]
İsa Əmir oğlu Abdullayev 1981-ci ilin mart ayının 6-da Şəki rayonunun Oxud kəndində anadan olmuşdur.1987-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan İsa Abdullayev səkkizinci sinfədək bu məktəbdə təhsil aldıqdan sonra, 1993-cü ildən təhsilini Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü Liseydə davam etdirməyə başlamış, 1998-ci ildə orta təhsilini əla qiymətlərlə başa vurmudur. Müəllim olmaq, xalqın balalarının mənəviyyatı keşiyində dayanmaq İsa müəllimin uşaqlıq arzusu olmuşdur. 1998-ci ildə o, Bakı Dövlət Universitetinin Şəki filialının “Tarix” fakültəsinə daxil olmuş, 2002-ci ildə tarix müəllimi ixtisası üzrə ali təhsilini tamamlamışdır.
İsa Abdullayev 2002-ci ildə ali təhsilini başa vurub Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılmış, 2003-cü ilin iyun ayının 4-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunmuşdur.
İsa Əmir oğlu Abdullayev 2004-cü ildə Oxud kənd orta məktəbində tarix müəllimi işləməyə başlamış, qısa müddətdə keyfiyyətli tədris qabiliyyətinə görə şagirdlər və pedaqoji kollektiv tərəfindən sevilmişdir. İşdə dəqiqliyi, intizamlılığı, səbr və təmkini ilə digər müəllimlərdən fərqlənərdi İsa müəllim. Ancaq necə deyərlər amansız ölüm macal vermədi bu gənc müəllimin arzuları çiçək açsın. İsa Əmir oğlu Abdullayev 20......ilin....ayında faciəvi şəkildə avtomobil qəzasında dünyasını dəyişdi. Məzarı Oxud kənd qəbiristanlığındadır.
KƏRAMƏT BAXŞƏLİ qızı SEYİDZADƏ[HTML redaktə]
Kəramət Baxşəli qızı Seyidzadə 1964-cu ilin aprel ayının 27-də Oxud kəndində anadan olmuş, 1971-ci ildə Oxud kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olub, 1981-ci ildə Oxud kənd orta məktəbinin X sinfini bitirmişdir. O, 1982-ci ildə sənədlərini Şəki Pedaqoji Məktəbinə vermiş, 1985-ci ildə həmin orta ixtisas məktəbini “İbtidai sinif müəllimi” ixtisası üzrə bitirmişdir.
Kəramət Baxşəli qızı Seyidzadə 1986-cı ildən Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, bu gün də şərəfli peşəsini davam etdirir. Onun yetirmələri olan neçə-neçə müəllim, həkim, hüquqşünas, mühəndis, hərbiçi və ictimai xadim respublikamızın inkişafında dəyərli xidmət göstərirlər. Kəramət müəllimədən ibtidai sinifdə dərs deməyin çətinliyi və şərəfi ilə bağlı fikir bildirməsini xahiş edirəm. O gülümsəyərək: - İbtidai sinif sehrli dünya kimidir, - deyir. Orada peşəsini sevməyən adam işləyə bilməz. Müəllimlik peşəsinin fanatı olmayan adamın bu sahədə işləməsi çətindir. O adamda bir neçə özəl xüsusiyyətlər birləşməlidir. İbtidai sinif müəlliminin böyük, geniş bilik dairəsi olmalıdır. Çünki biz ibtidai sinifdə yalnız hərfləri öyrətmirik. Bir çox elmlərin, akademik biliklərin bünövrəsi orada qoyulur”.
Kəramət Seyidzadənin fikrincə, “ibtidai sinif müəllimi uşaq ədəbiyyatını gözəl bilməli, milli-mənəvi dəyərlərə yiyələnməli, uşaqların psixologiyasına bələd olmalıdır. Bütün bunları bilmədən ibtidai siniflərdə işləmək və uğur əldə etmək olmaz”.
Təcrübəli müəllimin cavabı məni duyğulandırdı. Çünki təsadüfi təhsil yolu ilə ibtidai sinif müəllimi olmaq olmaz. Şagirdləri məhz ibtidai sinifdən savadlı hazırlamaq lazımdır. Onların fiziki hazırlıqları, nitqləri gözəl olmalıdır. Onlar analiz, sintez etməyi bacarmalı, düşünmə qabiliyyətləri olmalıdır. İbtidai siniflərdə işləməyi çox sevdiyini deyən Kəramət müəllimənin söylədiyinə görə, bu gün Oxud kənd orta məktəbində dərs deyən ibtidai sinif müəllimləri peşəsini sevən insanladır. Xüsusən dövlətin son illər müəllim peşəsinə göstərdiyi diqqət müəllimləri stimullaşdırır. Təcrübəli müəllim uşaqları həyata hazırladığını deyərək fərəhli təbəssümlərlə: “Əgər şagird məktəbdən öyrənirsə, demək biz yaxşı, xeyirxah işlə, humanistliklə məşğuluq. Demək biz yaxşı vətəndaş hazırlayırıq”, - deyir.
Kəramət Baxşəli qızı Seyidzadə həmçinin Oxud kəndində nurlu nənə ömrü yaşayır.
HİKMƏT ORUC oğlu QULİYEV[HTML redaktə]
Hikmət Oruc oğlu Quliyev 1955-ci ildə Oxud kəndində dünyaya göz açmışdır. O, 1964-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin mktəbdə orta təhsilini tamamlamışdır. Təbiətin bütün gözəlliklərinin cəm olunduğu Oxud kəndinin təmiz havası bu kəndli balasının qollarına güc, divlərinə təpər vermiş, hələ yeniyetməlik illərindən fiziki gücü ilə şagird yoldaşlarından fərqlənmiş, idmançı olmaq arzusu ilə yaşamışdır. Bu ülvi arzu Hikmət müəllimi Bakı Bədən Tərbiyəsi Texnikumuna gətirmiş,1987-ci ildə o, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmış, 1990-cı ildə təhsilini başa vurmuşdur. Həmin ildən Hikmət müəllim Oxud kənd məktəblərində idman müəllimi kimi pedaqoji fəaliyyətə cəlb edilib. İşlədiyi müddətdə özü və yetirmələri həmişə rayon və respublika səviyyəli idman yarışlarında iştirak edərək birincilik qazanmış, Fəxri Fərmanlarla təltif olunmuşlar.Hikmət müəllim 2018-ci ildə təqaüdə çıxmışdır. Hikmət Oruc oğlu Quliyev həmçinin nurlu baba ömrü yaşayır. Saf və təmiz məsləkinə, əqidə və mənəvi aləminə görə Hikmət müəllimin kənddə böyük hörməti vardır.
ÜLKƏR SADƏDDİN qızı ƏHMƏDOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində şagirdlərinin qəlbinə nur çiləyənlərdən biri də uzun illər məktəbdə “Rus dili və ədəbiyyatı” fənnini tədris edən Ülkər Sadəddin qızı Əhmədovadır.
Ülkər Sadəddin qızı Əhmədova 1970-ci ilin avqust ayının 20-də Oxud kəndində sadə zəhmət adamı olan kolxozçu Sadəddin kişinin ailəsində dünyaya göz açmışdı. Aqillərin fikridir ki, əgər insan uşaqlıqdan elmə həvəs edərsə, deməli o, səbrli və zəhmətkeşdir, ağıllı və tədbirlidir, hörmətli və qədrbiləndir. Ülkər Əhmədovanın də elmə olan həvəsi atasının tövsiyələri əsasında fiziki əməyə olan məhəbbəti ilə bağlıdır. Çünki fiziki qüvvə və ağıl, bilik həmişə bir-biri ilə vəhdətdə olduqda daha çox fayda verir.
Ülkər Əhmədova ibtidai təhsil almaq üçün 1977-ci ildə Oxud kənd orta məktəbinə daxil olmuş, 1987-ci ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. Orta təhslini tamamladıqdan sonra 1990-cı ildə M.F. Axundov adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1995-ci ildə institutu “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bitirmişdir. 1995-1996-cı illərdə təyinatla Oğuz rayonunun Yaqublu kəndinə ixtisası üzrə müəllim işləmək üçün göndərilmişdir. Bir il Yaqublu kənd məktəbində işlədikdən sonra ərizəsi nəzərə alınaraq 1996-cı ilin sentyabr ayının 1-dən etibarən pedaqoji fəaliyyətini Rus dili müəllimi kimi N. Hümmətov adına Oxud kənd orta məktəbində davam etdirməyə başlamışdır.Əsabəli Qaffarov, Məmmədəli.... Oktay......... kimi müəllimlərin şanlı estafetinin davamçılığındakı məsuliyyət yükünün ağırlığını həmişə çiyinlərində hiss edən Ülkər Əhmədova böyük həvəslə rus dili və ədəbiyyatını gənc nəslə sevdirməyə çalışır. Ülkər müəlliməyə görə, hər bir insanın milli ruhu onun əsas güvənc mənbəyidir. O, əcnəbi dilin təbliğində həmişə pedaqoji estafeti əsas götürüb. Sevimli rus dili müəllimləri bu dili ona necə sevdiriblərsə, o da çalışır ki, həmişə onların sevgisini fəaliyyət devizinə çevirsin. Digər tərəfdən biz uzun illər Rusiyanın təsirinə məruz qalaraq sovetizmin təsiri ilə bu dili öyrənməyə cəlb edilsək də, təcrübəli müəllim Ülkər Əhmədova məsələyə heç vaxt bu nöqteyi-nəzərdən yanaşmır. Çünki sevimli müəllimləri istər ana dilimizin, istərsə də əcnəbi dillərin (rus və ingilis) tədrisi zamanı ona aşılayıblar ki, çoxlu dil bilmək yüksək mədəni göstəricilik, xalqlara, onların mədəniyyətinə olan böyük hörmət və sevgi deməkdir, multikulturallıq, beynəlmiləlçilik deməkdir. Hər dəfə sinfə girəndə vaxtilə XIX əsrin bədii fikir dahisi, fəxarətli müəllimi Seyid Əzim Şirvaninin öz oğluna, onun şəxsində bütün gəncliyə ünvanladığı:
Ey oğul, hər lisanə ol rağib,
Xassə ol, rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil əlacımız yoxdur.–
nəsihətini beynində dolandırır Ülkər müəllimə. Bir tərəfdən qazandığı zəngin təcrübə, digər tərəfdən fənninə olan bağlılıq, bilik, Oxud kənd məktəbində əldə etdiyi kollektivlə işləmək məharəti onu şagirdlərinə sevdirir.
1991-ci ildə əldə etdiyimiz ikinci və əbədi tarixi müstəqillik cəmiyyətə, cəmiyyətin infrasrukturlarından olan təhsilə də yeni abi-hava gətirdi. Müstəqil ölkəmizin müstəqil təhsil siyasəti formalaşdı. Cəmiyyətdə gedən sürətli inteqrasiyalaşma prosesi müstəqil Azərbaycan dövlətini dünyaya inteqrasiya etmək üçün dillərə olan tələb və ehtiyacını ortaya qoydu. Bir tərəfdən alman, ingilis, fransız dillərinə olan meyl və maraq nə qədər gücləndisə, digər tərəfdən 163 il himayəsində yaşadığımız “böyük qardaş”ların dilinə olan meyl və maraq arxa plana keçdi. Belə olduğu halda rus dili və ədəbiyyatının tədrisinə ayrılan tədris saatları azaldı. Bütün bunlara baxmayaraq Ülkər Əhmədova Rus dilinin tədrisinə böyük sevgi ilə yanaşır.
ƏHMƏD ƏSABƏLİ oğlu QÜVVƏTOV[HTML redaktə]
Azərbaycan xalqının milli iftixarı, ümummilli lider Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində idmana yüksək qiymət vermiş, idmanın gənc nəslin sağlam böyüməsindəki rolunu ifadə edərək demişdir: “İdmanla məşğul olan hər bir şəxs özünün fiziki sağlamlığını təmin edir, həm də ki cəmiyyətdə idmanın və bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir”.
“İdman sağlamlığın rəhnidir”. Bu deyim artıq bütün dünyada ümumişlək hala düşüb. İdmanın istənilən növü ilə məşğul olmaq insan sağlamlığına kifayət qədər xeyir verir, onu gümrah saxlayır və bəzi problemlərdən qoruyur. Oxud kənd orta məktəbində gənc nəslin həyatında nə qədər önəmli rol oynadığını bu fənni təbliğ edən müəllimlərin fəaliyyətində görürük. Bu sahənin təbliği Əhməd Əsabəli oğlu Qüvvətovun fəaliyyətində daha diqqətəlayiqdir.
Əhməd Əsabəli oğlu Qüvvətov 1961-ci ildə Şəki rayonunun Oxud kəndində kolxozçu ailəsində anadan olmuşdur. Əhməd Qüvvətov 168-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1978-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1978-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olan Əhməd Qüvvətov 1980-ci ildə təhsilini başa vurub 3 ay N. Nərimanov adına kolxozda idman metodisti işlədikdən sonra Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılmış, 1982-ci ildə hərbi xidmətini başa vurub vətənə qayıtmışdır. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini kolxozda idman metodisti kimi 1992-ci ilədək davam etdirmiş, kolxoz sistemi iflasa uğradıqdan sonra Oxud kənd orta məktəbində bədən tərbiyəsi və idman müəllimi kimi pedaqoji fəaliyyətə cəlb edilmişdir. Əhməd Qüvvətovun pedaqoji fəaliyyətinin əsas məqsədi gənc nəslin sağlam şəkildə böyüməsində, cəmiyyətə faydalı bir fərd kimi yetişməsində idmanın müstəsna rolunu aşılamaq olmuş, buna nail olmuşdur. O, vətənə layiqli vətəndaş yetişdirmək və onun gələcəyini parlaq görmək üçün uşaqları idmanın bütün növləri ilə məşğul olmağa yönəltməyə çalışmışdır. Onun dərs dediyi şagirdlər qaçma, tutma, tullanma kimi təməl hərəkətləri cevikliklə yerinə yetirirlər.
XATİRƏ NURƏLİ qızı SƏLİMOVA[HTML redaktə]
Müəllimlər yeganə peşə sahibidirlər ki, zamanın,cəmiyyətin inkişafı ilə paralel olaraq dəyişir və mühitə uyğunlaşırlar. Bir sözlə, zamanın nəbzini tuturlar. Gələcəyə atılan addımlar müəllimin yetişdirdiyi nəslin inkişafından asılıdır. Müəllimin işi, sadəcə, şagirdlərinin beyinlərini biliklə doldurmaqla bitmir. O, şagirdlərinin mənəvi dünyasının, ruh aləminin memarı olmalı, dilini, dinini, vətənini, vətəndaşlarını, dövlətini sevməyin nümunəsini elə yaşamalıdır, elə təmsil etməlidir ki, həkk etdiyi mənəvi dəyərləri zamanın ruzigarları aşındıra bilməsin. Azərbaycan dili və ədəbiyyat müəllimliyinin məsuliyyətini düşünərkən yadıma müəllim adının ucalığı və məsuliyyəti ilə bağlı hansı mənbədənsə oxuduğum aşağıdakı hekayət düşdü:
Bir uşağın palçıqlı yolda qaçdığını görən məşhur imamlardan biri ona deyir:
– Övladım, diqqətli ol, ayağın sürüşər, yıxılarsan.
Uşaq dayanır və belə cavab verir:
– Qalxacağam. Ancaq sənin yıxılmağın yolunu tutan hər bir kəsin yıxılmağı deməkdir. Onların hamısını yenidən ayağa qaldırmaq o qədər də asan olmayacaq.
Sağlam cəmiyyətin formalaşması ailədən çox müəllimin, xüsusilə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin çiyinlərinə düşür. Oxud kənd orta məktəbində bu işıqlı yolun yolçularından biri Xatirə Nurəli qızı Səlimovadır.
Tərcümeyi-halında vermiş olduğu məlumata görə, Xatirə Nurəli qızı Səlimova 1968-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə Oxud kənd orta məktəbində orta təhsilini tamamladıqdan sonra H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ”Filologiya” fakültəsinə daxil olmuş, həmin ali məktəbi 1990-cı ildə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə başa vurmuşdur. 1990-cı ildə Oxud kənd orta məktəbinə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuş, bu günədək həmin məktəbdə müqəddəs müəllimlik fəaliyyəti ilə məşğul olur.
Xatirə Səlimovanın müəllimlik səriştəsi və qabiliyyətindən müəllim yoldaşları ürəkdolusu danışdılar. Mülahizələrdə səsləndirildi ki,”Xatirə müəllimə şagirdləri üçün Prometey rolunu oynayır. O, peşəkarlığını yüksəltmək, müasir tələblərə cavab verən müəllim olmaq üçün daim öz üzərində çalışır, qabaqcıl müəllimlərlə təcrübə mübadiləsi aparır. Xatirə müəllim öz geyimi, davranışı, şagirdlərə münasibəti ilə də gənc müəllimlərə nümunə rolunu oynayır. Hər bir şagird onun simasında özünün sanki öz doğma valideynini görür.Yetişdirdiyi uşaqlara həm bir valideyn, həm də bir psixoloq kimi yanaşır. Onun kənd içərisində daim valideynlərlə birgə görmək mümkündür”.
Xatirə Səlimovadan müəllim humanizmi və məsuliyyəti ilə bağlı fikirlərini soruşuram. O, : Ən əsası müəllim daim axtarışda olmalı, öz üzərində ciddi çalışmalıdır. Müasir təhsil müəllimdən həssas və humanist olmağı tələb edir. Bu günün müəllimi, eyni zamanda, dərslərini müasir üslubda qurmağı bacarmalıdır. Bunu ondan elmin və texnikanın inkişafı tələb edir. Əbədiyaşar, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, ”Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, vətən yolunda, şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliği etməkdir. Ola bilər ki, gənc nəsil əla oxumasın, lakin o, vətənini sevməyi, torpağını qorumağı bilməli, hər an buna hazır olmalıdır, bütövlükdə yaxşı vətəndaş kimi yetişməlidir”. Bu sözlər hər bir azərbaycanlı üçün qanun kimi qəbul edilməlidir. Onun həyata keçirilməsi isə biz müəllimlərin, tərbiyəçinin özünün vətənpərvərliyinin yüksəkliyindən, şagirdi vətəni sevməyə ruhlandırmasından asılıdır. Şagirdlərə işğal olunmuş torpaqlarımızın azad edilməsi, Vətənimizin ərazi bütövlüyünün qorunması istiqamətində tərbiyə aşılanmalıdır.
Pedaqoji prosesdə, şagirdlərlə təlim ünsiyyətində Xatirə müəllimin ən çox diqqət yetirdiyi sahə şagirdlərinin biliyinin qiymətləndirilməsidir. Təcrübəli pedaqoqa görə, bu meyar müəllimlər tərəfindən daim diqqətdə saxlanılmalıdır. Çünki məhz obyektiv qiymətləndirilmə şagirdlərdə müəllim şəxsiyyətinə rəğbət oyadır, onlarda doğruçuluq, həqiqətpərəstlik, düzgünlük, prisipiallıq kimi əxlaqi keyfiyyətlər tərbiyə edir. Unudulmamalıdır ki, obyektiv qiymətləndirmə şagirdi nəinki passivləşdirir, onda dərsə hazırlığına tələbkarlıq,tənqidi münasibət, məsuliyyət, iradəlilik hissi formalaşdırır.
TAMELLA ETİRAM qızı MƏMMƏDOVA[HTML redaktə]
Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşə olduğundan insanlar həmişə müəllimə hörmətlə yanaşmışlar. Müxtəlif dövrlədə minlərlə müəllim əməyi milləti cəhalətdən qurtarmış, müharibələrin qarşısı alınmış, insanlar elm və texnikanın gücü ilə texnika əsrinə gəlib çatmışdır. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşür. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.
Oxud kənd orta məktəbində beyinlərə elm nuru bəxş edən maarif pərvanələrindən biri Tamella Etiram qızı Məmmədovadır.
Tamella Məmmədova 1978-ci ilin iyun ayının 4-də Oxud kəndində dünyaya göz açmışdır. O, 1985-ci ildə Oxud kənd orta məktəbin birinci sinfinə qəbul edilmiş, 1995-ci ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. Müəllim olmaq arzusu ilə 1995-ci ildə Şəki Pedaqoji Texnikumunun ”İbtidai sinif müəllimliyi” şöbəsinə daxil olmuş, 1998-ci ildə orta ixtisas təhsilini subbakalavr peşə dərəcəsi ilə başa vurmuşdur. Əmək fəaliyyətinə 1999-cu ilin yanvar ayının 21-də də Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi başlayan Tamella Məmmədova bu gün də bu məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
O zaman həyatının ən gözəl gününü yaşamışdı Tamella xanım. Ürəyinin dərinliklərində həsrətlə gəzdirdiyi müəllim olmaq, gül balaların təlim-tərbiyəsi ilə məşğul olmaq arzusuna çatmışdı. Kiçik uşaqlarla işləmək məharəti, möhkəm səbr və təmkini, uşaqlara olan tükənməz sevgisi nəzərə alınaraq Oxud kənd orta məktəbinə müəllim təyin edilmişdi. Müəllimlik fəaliyyətinin bütün dövrlərində Tamella Məmmədova müəllimlik fəaliyyətinin məsuliyyətini dərindən anlamış, bütün güc və qüvvəsini kəndli balaların maariflənməsinə sərf edir.
ALİMƏ ÇƏRKƏZ qızı CƏFƏROVA[HTML redaktə]
Ömrünü yüzlərlə yeniyetmənin ömrünə çıraq edən müəllim ömrü! Bu şərəfli sənətə qəlbən bağlananları heç bir çətinlik, maneə qorxutmur. Oxud kənd orta məktəbində şərəfli müəllim ömrü yaşayıb fransız dilinin incəliklərini sevə-sevə şagirdlərinə öyrədən, sevilə-sevilə ucalıb, sevə-sevə yaşayan Alimə müəllimə şagirdlərinin qəlbinə incəlik, zəriflik, elm, bilik daşıyıcısı kimi daxil olub. Alimə Çərkəz qızı Cəfərova 1956-cı ilin avqust ayının 26-da də Oxud kəndində zəhmətkeş kolxozçu ailəsində dünyaya göz açıb. 1963-cü ildə Oxud kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olan Alimə xanım 1973-cü ildə Oxud kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. 1976- cı ildə ali təhsil almaq üçün sənədlərini SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna ( hazırkı Dillər Universiteti) vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək institutun “Fransız dili” fakültəsinə qəbul olunmuşdur. 1981-ci ildə ali təhsilini əla qiymətlərlə başa vuran Alimə Cəfərova Oxud kənd 8 illik məktəbinə Fransız dili müəllimi təyin edilmiş, 1996-cı ilədək bu məktəbdə çalışmışdır. Alimə Cəfərovanın pedaqoji fəaliyyətinin coğrafiyası 1996-cı ildən 2000-ci ilədək Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü Liseylə bağlı olmuş, o, bu təhsil müəssisəsində Fransız dilini şagirdlərə tədris etmişdir. 2000-ci ildən Alimə Cəfərova doğulub boya-başa çatdığı Oxud kəndi ilə yenidən pedaqoji təmasda olmuş, N.Hümmətov adına Oxud kənd tam orta məktəbində fransız dili müəllimi kimi fəaliyyətini davam etdirməyə başlamışdır.Oxud kənd orta məktəbində istedadlı müəllim kimi Alimə müəllimə fransız dilini kəndli balalara sevə-sevə tədris etməyə başlamışdır. Alimə xanım müəllimlik fəaliyyəti göstərdiyi bütün illərdə bu gün olduğu kimi öz işinə məsuliyyətlə yanaşmış, müasir təhsilin və müasir dərsin tələbləri səviyyəsində şagirdlərinin xarici dillərdən biri kimi fransız dilinin incəliklərinə mükəmməl yiyələnmələri üçün əlindən gələni əsirgəməmişdir. Oxud məktəbinin uğurları həmişə diqqətəlayiq olub. Bu uğurların əldə edilməsində digər müəllimlər kimi Alimə müəllimin də xüsusi rolu olub.
Alimə Cəfərova dövlətimizin yeni təhsil siyasətinin bütün tələblərini pedaqoji prosesə tətbiqinə nail olmağa can atan müəllimdir. Məlumdur ki, 1999-cu ildən təhsilimizdə aparılmağa başlanılan təhsil islahatının əsas prinsiplərindən olan humanistləşdirmə və demokratikləşdirmə təhsil işçiləri-müəllimlər qarşısında yeni üfüqlər açmaqla bərabər ciddi tələblər də qoymuşdur. Bu tələblərin yerinə yetirilməsində isə başlıca rolu müəllim təşəbbüskarlığı oynamalıdır. Bu sahəyə münasibət bildirən Alimə müəllimə dedi: “İslahat proqramının prinsiplərinin məzmununu hər bir müəllim dərindən anlamalı və fəaliyyətinə tətbiq etməlidir. Şəxsən mənim dərslərimdə şagirdlərimin sərbəstliyi, müstəqil fikir söyləmək və münasibət bildirmək müstəqilliyi aparıcıdır. Biz yeni təlimin tələbləri ilə bağlı şagirdlərimizin üzərində bir amirə çevrilməməli, onların sərbəst fikir və mlahizələrinə dəyər verib, onlarla hesablaşmalıyıq. Əgər bu sərbəstlik, demokratizm yoxdursa, şagirdin fərdi istedadının üzə çıxarılıb ortaya qoyulması da yoxdur. Təcrübəli müəllimlər bu xüsusiyyəti öz fəaliyyətlərində daim nəzərə almalıdırlar. Fikrimcə, müəllim sərbəstliyi də anarxiyaya çevirməməli, bu sahədə xüsusi pedaqoji və psixoloji ustalıq nümayiş etdirməyi bacarmalıdır.
Alimə xanımın nümunəvi ailəsi var. Həyat yoldaşı İlham Cəfərov Şəkinin tanınmış ədəbiyyat və dil mütəxəssislərindən olmuş, 2009-cu ildə dünyasını dəyişmişdir. Oğlu Zaur Cəfərov istedadlı yaradıcı gənc kimi ata-anasının müəllimlik yolunu davam etdirir. Alimə müəllimənin qız övladı da ali təhsilli fizika müəllimidir. Bakı şəhərində yaşayır və müəllimlik fəaliyyəti göstərir.
MƏTANƏT UĞURLU qızı İSMAYILOVA[HTML redaktə]
Yaxşı deyiblər ki, xalqın ziyalısı onun düşünən beynidir. Oxud kənd orta məktəbinin saf ideyalı, milli qürurlu, məsləkli, mehriban rəftarlı müəllimlərindən biri Mətanət Uğurlu qızı İsmayılovadır. Mətanət İsmayılova 1962-ci ilin avqust ayının 25-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1969-cu ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1979-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Ali təhsil almaq məqsədi ilə 1980-ci ildə sənədlərini M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. 1985-ci ildə ali təhsilini başa vuraraq həmin ildən Oxud kənd tam orta məktəbində Rus dili müəllimi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Mətanət müəllimənin bütün pedaqoji fəaliyyəti dövründə bir amalı olmuşdur: dərin və hərtərəfli biliyə, yüksək peşəkarlığa və mədəniyyətə malik, öz soykökünə, milli müstəqillik ideyalarına sadiq, Vətənini, millətini sevən, doğma və qeyri-dillərə və millətlərə məhəbbətli, multikultural dəyərləri qəlbində gəzdirən şəxsiyyətlər yetişdirmək. Yetişdirmələrindən aldığım məlumata görə, Mətanət İsmayılova ixtisasını mükəmməl bilən, təmiz, anlaşıqlı nitqə malik, öyrətmək həvəsi bitib-tükənməz, dərslərinə qarşı çox tələbkar və ciddi müəllim olmuşdur. Söhbətləşdiyim zaman aldığım təəssürat deyilənlərin təsdiqini tapdı. Müsahibimdə qarşı tərəfə olan hörmət və ehtiram hissi, təvazökarlıq, olduqca sadəlik və səmimilik Mətanət müəllimin necə müəllim olması ilə bağlı qənaətlərimi tamamladı. Mətanət müəllimə həmçinin Oxud kənd ümumi orta məktəbində də pedaqoji fəaliyyət göstərir.
Bu gün Mətanət İsmayılova xoşbəxt nənə ömrü yaşayır. Həyat yoldaşı Şəki şəhərində istedadlı mühasib kimi tanınan Elman İsmayılovu itirsə də, övladları Murad və Ziyad cəmiyyətə layiq ziyalıdırlar. Murad İsmayılov anasının yolu ilə gedərək tarix – coğrafiya ixtisası üzrə müəllimlik peşəsinə yiyələnib. Oxud kənd ümumi orta məktəbinin direktorudur.
SEVİNC RƏHİM qızı ƏHMƏDOVA[HTML redaktə]
Oxud kənd orta məktəbinin müəllim-ziyalıları sırasında Sevinc Rəhim qızı Əhmədovanın özünəməxsus yeri var. Sevinc Əhmədova 1983-cü ilin oktyabr ayının 27-də Oxud kəndinin tanınmış ziyallarından olan Rahim Rəcəbovun ailəsində anadan olmuşdur. Ata babası Musa Rəcəbov Oxud kəndində maarifin təbliğində müəllim kimi əvəzsiz xidmət göstərmişdir. 1989-cu ildə N. Hümmətov adına Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Sevinc Əhmədova 2000-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. 2001-ci ildə babasının və atasının müəllimlik yolunu davam etdirmək məqsədilə test üsulu ilə imtahan verərək Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialına daxil olmuş, 2005-ci ildə bu ali təhsil ocağını “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası müvəffəqiyyətlə başa vurmuşdur. 2005-ci ildən Şəki şəhər Təhsil Şöbəsinin təqdimatı üzrə Oxud kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. Həyatını müəllimlik kimi nəcib bir fəaliyyətə həsr edən Sevinc müəllim pedaqoji fəaliyyətinin bütün dövrlərində şagirdlərinin dərin hörmətini qazanmışdır. Onunla çiyin-çiyinə çalışmış müəllimlərin rəyinə görə Sevinc Əhmədova kollektivdə də nümunəvi pedaqoji ünsiyyət və davranışına görə sevilən müəllimdir. Söhbətləşdiyimiz zaman ucalığa aparan yolun zəhmət dünyasından keçdiyini söyləyən Sevinc müəllim bu hissləri şagirdlərinə dərindən aşılaya bilmişdir. Onun elm dünyasında öz sözünü deyən şagirdləri ilə yanaşı, zəhmət dünyasında da öz sözünü deyən, həyat fəaliyyətində zəhmətlə yaşayıb alın təri ilə yaşamağı özünə borc bilən, halallığı yavanlıq sayan yetirmələri də az deyil. Həyatın zinəti, cəmiyyətin inkişafı hamının ali təhsil alması ilə ölçülməz. Sevinc Əhmədovanın fikrincə, müəllimin ən mühüm vəzifəsi odur ki, onun yetirmələri vətənə sədaqətli, insansevər, əməksevər ruhda tərbiyə olunsunlar. Müəllim əməyi “neçə nəfər ali təhsilli kadr yetişdirib?” sualı ilə ölçülməməli, “Şagirdlərini cəmiyyətə layiq vətəndaş kimi yetişdirə bilibmi?” sualı ilə dəyərləndirilməlidir. Məhz Sevinc müəllim də ibtidai siniflərdə təhsil alan fidan balaların tərbiyəsində bu fikirləri əsas götürür.
GÜLCƏNNƏT MƏMMƏDİYYƏ qızı RAMAZANOVA[HTML redaktə]
Gülcənnət Məmmədiyyə qızı Ramazanova 1952-ci ilin mart ayının 21-də Oxud kəndində doğulub.O, 1959-cu ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunaraq 1969-cu ildə həmin təhsil müəssisəsində orta təhsilini tamamlamışdır. Əmək fəaliyyətinə 1970-ci ilin sentyabr ayının 12-də Şəki İpək İstehsalat Birliyində fəhlə kimi başlamışdır. Əməksevərliyinə və əmək nailiyyətlərinə görə Şəki şəhər Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir. Əməkdə fərqləndiyinə görə 1972-ci ildə “Kommunist əməyi zərbəçisi”, 1974-cü ildə “İstehsalat qabaqcılı”, 1975-ci ildə “Sosializm yarışının qalibi”, 1976-cı ildə “Beşilliyin gənc qvardiyaçısı” döş nişanları ilə təltif olunmuş, dəfələrlə diplomlar və Fəxri Fərmanlar, qiymətli hədiyyə və pul mükafatları almışdır. Müəllim olmaq arzusu ilə sənədlərini 1982-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. Təhsil aldığı illərdə fəal içtimaiyyətçi kimi tanınmış, qrup həmkarlar təşkilatının sədri seçilmişdir. 1986-cı ildə institutu bitirərək təyinatla Şəki şəhərinə göndərilmiş, Oxud kənd səkkizillik məktəbində ixtisası üzrə müəllim təyin edilmişdir. 2 1 sentyabr 1992-ci il tarixdən Oxud kənd orta məktəbinə sinif müəllimi köçürülmüşdür. Gülcənnət müəllimə doğma Oxud kəndində mənəviyyat binasının memarlarından olmuş, neçə-neçə şagirdinin qəlbində özünə məhəbbət ocağı qalamışdır.
Sinif müəllimi kimi olduqca çətin bir fəaliyyət sahəsinin şərəfini uca tutan Gülcənnət Ramazanova deyir: “Yaxşı müəllim olmaq olduqca çətin bir işdir. Müəllimin, xüsusən uşaqlara həyatın “əlifba”sını öyrədən sinif müəlliminin əməyi ən möhtəşəm, işıqlı binaların bünövrəsini qoyan ustanın əməyi qədər çətin və şərəflidir. Sinif müəllimi gərək uşaqların hər sorğusuna düzgün cavab tapmağı bacarsın. Bunun üçün təkcə bilik, təcrübə azdır. Müəllim şagirdlərə həyat dərsi verməyi, onları layiqli vətəndaşlar kimi yetişdirməyi bacarmalıdır”.
Ətrafına nur saçan, onlarla uşağın gözünə maarif işığı verən, həyatının 32 ilini oxudlu balaların savadlanmasına, mədəni inkişafına sərf edən Gülcənnət Ramazanova körpə şagirdlərin qəlbinə dözümlülük, sədaqət, yurda, Vətəvənə sevgi hisslərinin toxumunu səpmişdir. Bu istedadlı müəllim 2017-ci ilin iyun ayının 16-da tədaüdə çıxmışdır.
NƏRGİZ MƏMMƏD qızı YUSİFOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində ömrünü şagirdlərinin xoşbəxt gələcəyi üçün sərf edən müəllimlərdən biri Nərgiz Məmməd qızı Yusifovadır . Həyat yoluna dair qısa arayış: Nərgiz Məmməd qızı Yusifova 1960-cı ildə Oxud kəndində hamının hörmət bəslədiyi Məmməd kişinin ailəsində dünyaya göz açmışdır.1967-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Nurpaşa Hümmətov, Rafik Məmmədov kimi mükəmməl ədəbiyyat bilicilərindən Azərbaycan dilinin və ədəbiyyatının əsaslarını öyrənən Nərgiz xanımda Azərbaycan dili və ədəbiyyatına böyük məhəbbət hissləri yaranmış, Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq arzusu ilə həmin ildə, yəni 1977-ci ildə sənədlərini V.İ. Lenin adına APİ – nin (indiki ADPU) Filologiya fakültəsinə vermişdir. Nərgiz Yusifova həmin il qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmış, 1981-ci ildə institutu bitirib Oxud kənd tədris-məsləhət məntəqəsinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir. Nərgiz Yusifova 1987-ci ildən müəllimlik fəaliyyətini Oxud kənd orta məktəbində davam etdirməyə başlamış, bu gün də həmin məktəbdə çalışır.
Sadə, olduqca sadə və mehriban müəllim davranışları Nərgiz Yusifovaya qısa müddətdə sonsuz şagird və valideyn sevgisi qazandırmışdır. Nərgiz Yusifovanın fikrincə, əsl müəllim nə öyrətdiyini, necə öyrətdiyini, nə üçün öyrətdiyini bilən, böyüməkdə olan nəsli əsl vətəndaş kimi formalaşdırmağa çalışan və gələcək qarşısında məsuliyyət daşıdığını dərk edən müəllimdir. O, şagirdlərlə bir şəxsiyyət kimi davranmaqla onların daxili aləminə nüfuz etməyi bacarmalı, onlarda fənnə maraq yaratmağın yollarını axtarıb tapmalıdır. Müəllim şagirdlərin qəlbinə yol tapsın, əvvəlcə özünü, sonra isə fənnini sevdirsin. Axı, hər şagirdin öz aləmi, öz dünyası var. Sadəcə olaraq bu dünyaya nüfuz etmək, ona bələd olmaq, onu öyrənmək lazımdır. Onun maraq dairəsini bilmək, bilik səviyyəsini müəyyənləşdirmək, qabiliyyətlərinə bələd olmaq lazımdır. Bunun üçün hər bir şagirdə şəxsiyyət kimi, fərd kimi yanaşmaq lazımdır. Belə işləmək müəllimlərdən böyük səbr, zəhmət və çox vaxt tələb edir. Dərs dediyi şagirdlərinin etiraflarına görə, Nərgiz müəllimin dərsləri heç vaxt bir-birinə bənzəməmiş, təkrarlanmamışdır. O, paralel siniflərdə də eyni mövzunu keçərkən alternativ yollara əl atmış, bir çox iş variantları seçmişdir. Əlbəttə, bu müəllimin yaradıcılığının bariz numunəsidir. Nərgiz müəllim şagirdlərinə yalnız möhkəm və əsaslı bilik verməmiş, həm də onları tərbiyə etmişdir. O, şagirdlərin bir vətəndaş kimi yetişməsinə, formalaşmasına çalışmışdır. Nərgiz Yusifovanın bir ədəbiyyatçı kimi dərin savadını bu sətirlərin müəllifi də hələ onunla bir sinifdə oxuduğu zaman duymuş, onun gözəl nitqinin və bədii təfəkkürünün dərinliyinin şahidi olmuşdur.
“Məktəb həm də tərbiyə ocağıdır” devizini fəaliyyətində rəhbər tutan Nərgiz xanım vətənimizin gələcəyi olan gənc nəslin şəxsiyyət kimi formalaşmasında tərbiyənin rolunu əsas götürür. Bunu nəticəsidir ki, Nərgiz müəllim həmişə işlədiyi kollektivin və dərs dediyi şagirdlərin hörmətini qazanmışdır. Odur ki, keçmiş şagirdləri bu gün də onun öz üzərlərində olan zəhmətini itirmir, bütün bayramlarda sevimli müəllimlərini telefon zəngləri ilə təbriklərlə yad edirlər. Müəllimə isə bundan böyük hədiyyə ola bilməz.
TAHİR NƏZİR oğlu SÜLEYMANOV[HTML redaktə]
Oxud kəndi ziyalılar məkanı kimi respublikada tanınır.Bu kənddə elə nəsillər, ailələr var ki, elm, maarif sahəsinə neçə-neçə tanınmış ziyalılar bəxş etmişdir. Oxud kəndində yaşayan, ömrünün 50 ilə yaxın bir dövrünün kəndli balalarının maariflənməsinə həsr edən müəllimlərdən biri Tahir Nəzir oğlu Süleymanovdur.
Tahir Nəzir oğlu Süleymanov 1950-ci ildə Oxud kəndində sadə zəhmət adamı Nəzir kişinin ailəsində anadan olub. 1957-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Tahir Süleymanov 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.1967-ci ildə sənədlərini Nuxa Pedaqoji Texnikumuna verərək texnikumun ibtidai sinif müəllimi hazırlayan şöbəsinə daxil olmuşdur.1969-cu ildə texnikumu müvəffəqiyyətlə bitirərək təyinatla Qutqaşen rayonunun (indiki Qəbələ) Duzaxlı kənd orta məktəbinə ixtisası üzrə müəllim göndərilmişdir. O, 1969-1970-ci il tədris ilini bu məktəbdə işlədikdən sonra, 1970-ci ildən Şəki rayonuna dəyişilərək Oxud kənd orta məktəbinə ibtidai sinif müəllimi təyin olunmuşdur. 1972-1974-cü illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətini başa vurduqdan sonra 1974-cü ilin sentyabr ayından Oxud kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir. Təhsilini artırmaq məqsədi ilə 1986-cı ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olmuş, 1990-cı ildə ali təhsilini tamamlamışdır.Tahir müəllim hazırda Oxud kənd orta məktəbində müəllimlik fəalliyyətini davam etdirir. Uzun müddətli müəllim ömründən şagirdlərə bu gün də miras kimi qalacaq mərdlik, dözümlülük, insansevərlik, insanlara sevgi və məhəbbət, yurdsevərlik hissləridir. Şair Səfalı Nəzərli aşağıdakı misraları sanki Tahir müəllim üçün yazıb:
Dünyada usta çox, ustad isə az,
Sənətin böyüyü, kiçiyi olmaz.
Bəli, şair çox doğru qeyd edib. Sənətin böyüyü, kiçiyi olmaz, gərək həmin sənətə sevgi ilə yiyələnəsən. Tahir müəllim də “İbtidai sinif müəllimliyi” ixtisasına kiminsə təkidi ilə deyil, öz arzusu, istəyi ilə yiyələnib. Tahir Süleymanovun dərs dediyi uşaqların belə demək mümkündürsə, səadətli, qayğılı günləri başlayıb. Oxud kəndindən həyatın müxtəlif sahələrinə pərvazlanan yüzlərlə uşağın həyatında Tahir müəllimin müəllim ömrünün izləri vardır. Təhsilin inkişafına müasir tələblərin qoyulduğu bir vaxtda Tahir müəllim tədris prosesini məktəbin imkanlarını nəzərə almaqla yeni təlim texnologiyalarının tətbiqi yolu ilə aparır. Qocaman müəllimin qeydlərindən: “Müasir kurikuluma söykənən dərslərin tələbləri başqadır. İnteraktiv təlim metodları və üsullarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, dərsdə fəallığının maksimum artmasına zəmin yaradır. İnteraktiv təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox bilik və bacarıq aşılamaq mümkündür.Eyni zamanda bu metodlar mövzuların spesifik xüsusiyyətlərindən və müəllimin dərsin müxtəlif mərhələlərini həmin mövzu ətrafında birləşdirə və əlaqələndirə bilmək bacarığından asılıdır. İnteraktiv təlim metodlarından istifadə digər fənlər kimi ibtidai sinif müəllimlərinin də qarşısında mühüm problemlər qoyur. Bu problemlərin müvəffəqiyyətlə yerinə yetirilməsi müəllimin bu sahədə öz qarşısında duran problemlərin məsuliyyətini dərk etməsindən, elmi və metodik hazırlığından, bacarıq və qabiliyyətindən asılıdır. İnteraktiv təlimdən istifadə edən, yəni dərlərini yeni metodlarla keçən müəllim bu dərslərə çox ciddi hazırlaşmalıdır, dərsə hazırlığa daha çox vaxt sərf etməlidir. O, ənənəvi metodlardan imtina etməli, özünü yeni metodlarla işləməyə hazırlamalıdır. Bunun üçün o, əvvəl interaktiv təlim metodlarını dərindən öyrənməli, onun tətbiqinə çalışmalıdır. Dərsə hazırlaşarkən mövzunun spesifik xüsusiyyətlərini nəzərə alaraq hansı əyani və ya texniki vasitələrdən istifadə edəcəyini müəyyənləşdirməli və onları ya əldə etməli, ya da özü hazırlamalıdır. Lazım olan didakdik materialları, qruplar üçün sualları, kartoçkaları, testləri, əgər istifadə olunacaqsa müxtəlif məzmunlu şəkilləri, oyunları, krossvordları və s. dərsə qədər hazır etməlidir. Seçilmiş metodlar mövzu ilə əlaqədar olmalı, bütün hazırlıq işləri bu baxımdan aparılmalı, müvafik yollar axtarmalı ( motivasiya etməli)və bütün bunlar şagirdlərin yaş və bilik səviyyəsinə uyğunlaşdırılmalıdır”.
Tahir müəllimin sinfini bitirmiş uşaqlar xususi qabiliyyətləri ilə seçilirlər. Çünki müəllim nəvazişi və tələbkarlığı sayəsində onlar bədii dilin xüsusiyyətlərini mükəmməl mənimsəyirlər. Həmin şagirdlər yuxarı siniflərdə nitqlərinin aydınlığı, səlistliyi ilə seçilirlər.
Tahir Nəzir oğlu Süleymanov gözəl insan, mükəmməl biliyə malik müəllim, təcrübəli pedaqoq olmaqla yanaşı, həm də mehriban, qayğıkeş, həssas bir ata, babadır. Tahir müəllim nurlu müəllim ömrü ilə yanaşı, ata – baba ömrünü də məhəbbətlər arasında yaşayır.
ŞƏRİFƏ ORUC qızı MƏMMƏDOVA[HTML redaktə]
Xoşbəxt o kəsdir ki, öz gözəl insani keyfiyyətləri, mədəni - əxlaqi davranışı ilə özünü insanlara sevdirməyi bacarır. Onun əməlləri, sənəti insanları, xüsusilə, körpə qəlbləri nura qərq edib, onları işıqlı gələcəyə hazırlaya bilir. Oxud kənd orta məktəbində bu xüsusiyyətləri özündə cəmləşdirən mənəviyyat memarlarından biri Şərifə Oruc qızı Məmmədovadır.
Şərifə Oruc qızı Məmmədova 1964-cü ildə Oxud kəndində kolxozçu ailəsində anadan olub. 1971-cı ildə Oxud kənd əsas məktəbinin 1-ci sinfinə daxil olub, 1981-cı ildə Oxud kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1981-1983-cü illərdə N. Nərimanov adına kolxozda əmək fəaliyyəti göstərən Şərifə Məmmədova daim ali təhsil almaq arzusu ilə yaşayıb və qəbul imtahanlarına ciddi hazırlaşıb. Gözəl biliyi olan bu gənc qız 1983-cü ildə müvəffəqiyyətlə imtahan verərək V.İ. Lenin adına APİ-nin (indiki ADPU) Coğrafiya fakültəsinə qəbul olunub. 1988-ci ildə həmin ali məktəbi “Coğrafiya-biologiya müəllimi” ixtisası üzrə başa vurub. 1988-ci ilin sentyabr ayından Oxud kənd orta məktəbində Coğrafiya- biologiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Şərifə xanım bu gün də sevimli müəllimlik peşəsi ilə məşğul olur. Şərifə Məmmədova gözəl bir yurdda, təbii gözəlliyi ilə tanınan Oxud kəndində dünyaya göz açdığı üçün yurdun digər sakinləri kimi dağ vüqarlı, təbiət vurğunu olan bir insandır. Əlbəttə, yurdun təbiətinə olan sonsuz sevgi Şərifə Məmmədovanı coğrafiya elminin zənginliklərini və sirlərini öyrənmək üçün ali təhsil almağa istiqamətləndirməli idi. Geniş elmi dünyagörüşə malik olan, çöhrəsindən nur tökülən Şərifə müəllimədən yeni təlim metodlarına və müasir dərsə verilən tələblərə olan münasibətini bildirməyi xahiş etdim. O, belə bir sualı gözləyirmiş kimi dedi: “Bildiyimiz kimi, dövlətimiz bütün sahələrdə olduğu kimi, müstəqilliyinin ilk illərindən təhsil sahəsində də böyük əhəmiyyət daşıyan islahatlar həyata keçirməyə başlayıb. 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “İslahat Proqramı”, ölkə rəhbəri İlham Əliyevin imzaladığı 2006-2010-cu illərdə Azərbaycan təhslinin Avropa standartlarına uyğun inkişafını təmin edən “Ümumi təhsilin dövlət standartları (Kurikulumları )” sənədi və həmin sənədin müddəaları əsasında hazırlanmış fənn kurikulumları, eləcə “Coğrafiya” fənni üzrə “kurikulum” sənədi bizim qarşımıza yeni vəzifələr qoyub. Bu sənədin müddəaları “fəal müəllim” dlemmasına son qoyub “fəal şagird”, yəni “tədqiqatçı şagird” dlemmasını ortaya qoyur. Başqa sözlə desəm, biz artıq “hafizə məktəbi”ndən”,“idrak məktəbi”nə keçmişik. Ancaq bir məsələ unudulmalı deyil ki, “passiv müəllim” anlayışı o demək deyil ki, dərsin sonunadək müəllimin passivliyi – müşahidəçiliyi özünü biruzə versin. Yeni təlimlə qurulan, teni təlim texnologiyalarına söykənən dərslərdə müəllimin fəallığı qruplar şəklində qurulan dərsin “təqdimat mərhələsi”ndə özünü göstərməlidir. Müəllimin borcudur ki, dərsin bu mərhələsində qrupların təqdimatı zamanı yol verilmiş boşluqları doldursun ki, şagirdlər kontekstual biliyə yiyələnsinlər. Yeni təlim zamanı müəllim hazır bilikləri də şagirdlərə verməli deyil, çalışmalıdır ki, şagirdlər özləri qoyulmuş problemə münasibətlərini bildirsinlər. Məşhur bir aforizmdə deyildiyi ki: Pis müəllim o müəllimdir ki, həqiqətləri sinfə gətir, yaxşı müəllim o müəllimdir ki, həqiqətlərin tapılması yollarını şagirdlərə öyrədir. Məktəbimiz ucqar kənd məktəbi olmasına baxmayaraq müasir təhsilin tələbi üzrə hər bir müəllim çalışır ki, tədris etdiyi fənnin məzmununa uyğun müasir dərsə verilən tələblərı fəaliyyətində əsas götürsün”.
Şərifə müəllimin yeni təlimin tələbləri ilə bağlı şərhi qəlbimi fərəh hissi ilə doldurdu. Vətənimizin xoşbəxt gələcəyinin qurucularının müəllimlik peşəsinə, təhsilə olan məhəbbəti söyləməyə əsas verir ki, ucqar bir kənddə dövlətçiliyə sədaqətli layiqli təmsilçilər yaşayıb fəaliyyət göstərirlər.
XƏYALƏ ORUC qızı BƏKİROVA[HTML redaktə]
İstedadlı və zəhmətkeş insanlar barəsində söz açmaq, yazı yazmaq olduqca maraqlı və məsuliyyətli işdir. Maraqlıdır ona görə ki, haqqında bəhs etdiyin insan zəngin mənəvi keyfiyyətlərə malikdir və sən bu keyfiyyətləri vurğulamaqdan qürur duyursan. Məsuliyyətlidir ona görə ki, söz açacağın insan barəsində dəqiq və ətraflı məlumatlara malik olmalısan, həmçinin də cəmiyyətə ötürəcəyin informasiyalar yetərincə əhatəli və dəqiq olmalıdır. Oxud kənd orta məktəbində şagirdlərinin savadlı, sərbəst düşüncəli və öz mövqeyi olan şəxsiyyətlər kimi yetişməsində xüsusi əmək sərf edən müəllimlərdən biri Xəyalə Oruc qızı Bəkirovadır. Xəyalə müəllimi məktəb kollektivi və şagirdlər arasına üzüağ edən, fərqləndirən xüsusiyyətlər müəllimlik peşəsini sevməsi, sənətinin peşəkarı olması, özünə inamı, ədalətlilik prinsipi və ən başlıcası Vətənini, yurdunu, xalqını, şagirdini ürəkdən sevməsidir.
Bəkirova Xəyalə Oruc qızı 30 oktyabr 1982-ci il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 2000-ci ildə Oxud kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə ali təhsilini “Fizika müəllimliyi” ixtisası üzrə müvəffəqiyyətlə başa vuran Xəyalə Bəkirova həmin ildə Oxud kənd tam orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır. Xəyalə müəllim sözügedən kollektivdə olduqca dolğun, səmərəli pedaqoji fəaliyyəti və yüksək əxlaqi keyfiyyətləri ilə müəllim yoldaşlarının və şagirdlərinin dərin hörmət və etimadını qazanmışdır. 14 illik səmərəli pedaqoji fəaliyyyəti dövründə hər zaman məktəbin qabaqcıl müəllimi kimi sayılıb-seçilmişdir. Xəyalə Bəkirova işlədiyi ilk vaxtlardan etibarən təhsilinə, zəkasına, dünyagörüşünə güvənərək atdığı hər bir addımında inamla irəliləyib.
Şagirdləri ilə qurduğu səmimi ünsiyyət və məhsuldar təlim prosesi Xəyalə müəllimin işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından xəbər verir.O peşəkarcasına müəllim-şagird və məktəb valideyn münasibətlərinin tənzimlənməsində uğur əldə etməyi bacaran müəllimlərdəndir. Şagirdin şəxsiyyətinə hörmət edən müəllimə şagirdin inamı artır. Xəyalə müəllim bu inamı qazandığı üçün 14 illik pedaqoji fəaliyyətində dərs dediyi hər bir şagirdinin sevimli müəllimi olmuş və bu gün də məzunları onun barəsində ağız dolusu danışırlar.O, dövrümüzün tələblərinə uyğun olaraq tədris prosesində müasir təlim metodlarından geniş istifadə edir.
Mən bu sadə kənd müəlliminə uzun və sağlam ömür, üzərinə məsuliyyətli vəzifə olaraq götürdüyü və xüsusi peşəkarlıqla icra etdiyi müqəddəs müəllimlik yolunda, çətin və şərəfli peşəsində nailiyyətlər qazanmağınızı arzu edirəm.
AMİNƏ SÖHRAB qızı İBRAHİMXƏLİLOVA[HTML redaktə]
İnsan dünyaya göz açdığından ömrünün sonuna qədər öyrənmək və öyrətmək həvəsi ilə yaşayır. Bu hikmət bütün ixtisas sahələrindən bəlkə də daha çox müəllimlik peşəsi ilə bağlıdır. Çünki müəllim gələcəyin qurucusu olan uşaqların ömür yolunu işıqlandıran məşəldir. Azərbaycanın ən dilbər güşələrindən birində - Şəkinin Oxud kəndində dünyaya göz açan nurlu müəllimlərdən biri də Aminə Söhrab qızı İbrahimxəlilovadır. Aminə İbrahimxəlilova 1958-ci ildə, noyabr ayının 17 – də Dəmirçi Söhrab kişinin ailəsində anadan olmuşdur. O, 1965-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbdə orta təhsilini başa vurmuşdur. Aminə İbrahimxəlilova 1977-ci ilin 01sentyabr tarixindən, 01 fevral 1980-ci il tarixədək Oxud kənd orta məktəbində laborant, 01 sentyabr 1980-ci il tarixdən, 01 sentyabr 1982-ci il tarixədək Oxud kənd səkkizillik məktəbində katibə, 01 sentyabr 1982-ci il tarixdən bu günədək Oxud kənd tam orta məktəbində bologiya müəllimi kimi fəaliyyət göstərir. 1979-cu ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun “Biologiya” fakültəsinə daxil olan Aminə xanım, 1984-cü ildə həmin insititutu qiyabi yolla “Biologiya müəllimi” ixtisası üzrə bitirmişdir.
Aminə Söhrab qızı İbrahimxəlilova düz 36 ildir ki, Şəkinin Oxud kənd tam orta məktəbində maarifpərvər bir ziyalı kimi balaların qəlbinə ziya nuru səpir. Fənninə olan sevgisi və zəngin biliyi Aminə müəllimi şagirdlərinə və valideynlərə sevdirib. Qısa müddətdə o, necə deyərlər şirin-şəkər oxudlu sevgisi ilə əhatə olunub. Seçdiyi ixtisasa qəlbən bağlı olan Aminə müəllimin ömür yolunu həmişə el sevgisindən qidalanan sevinc bəzəyib. Mən sevimli bibim Ayət müəllimənin (Dünyasını dəyişib. Qəbri nurla dolsun!) yeganə qız yadigarı olan bu müəllimlə söhbətləşərkən ilk andaca yadıma məşhur çex pedaqoqu M.İ. Komenskinin aşağıdakı fikirləri düşdü:“ Müəllim öz qüvvəsini, canını, qiymətli olan hər şeyini şagirdlərinə verir. Əgər siz bu gün, sabah, o biri gün malik olduğunuz biliyi şagirdlərə verdiyiniz halda, öz biliyinizi, qüvvənizi, enerjinizi, yenə artırmaqda davam etməsəniz, sizin daha heç bir şeyiniz qalmaz. Müəllim bir tərəfdən biliyi uşaqlara verir, digər tərəfdən xalqdan, həyatdan, elmdən ən yaxşı şeyləri alır və yenə uşaqlara verir”. Aminə müəllimdə görkəmli pedaqoqun qeyd etdiyi xüsusiyyətlərin hamısı qərarlaşıb. O, fasiləsiz mütaliə yolu ilə biliklərini təzələyir, şagirdlərini biologiya elminin son nailiyyəyləri ilə tanış edir.
Aminə Söhrab qızı İbrahimxəlilova işlədiyi illərdə qabaqcıl iş təcrübəsi ilə çalıdığı məktəbdə fəall müəllim kimi tanınır. Xalqımıza, vətənimizə layiq vətəndaşlar yetişdirmək Aminə xanimın son arzusudur. Çünki Vətənimizin gələcəyi onlara məxsusdur.
Aminə İbrahimxəlilova həmçinin müdrik ana, qayğıkeş qaynana, sevimli nənədir. Həyat yoldaşı Tacəddin İbrahimxəlilov Şəkinin tanınmış ziyalısı, ictimai xadimidir. Uzun müddət Şəki şəhərində məsul vəzifələrdə çalışıb. Oğul övladları Anar və Daşqın ali təhsilli kadrlar kimi müxtəlif sahələrdə çalışırlar. Anar İbrahimxəlilov iqtisadçı, Daşqın isə hüquqşünasdır.
RƏSMİYYƏ NİYMƏT qızı SÜLEYMANOVA[HTML redaktə]
Təbiətə vurğunluq hissi hamıda var. Ancaq cənnəti xatırladan dağların sinəsində dünyaya göz açıb, onun məlhəm havasını ciyərlərinə çəkən insanlarda bu məhəbbət, bu vurğunluq çox güclüdür. Şəkinin cənnət məkanlarından olan Oxud kəndinin təbiət vurğunu olub, bu vurğunluğu elmi yolla kənd balarına çatdıran müəllimlərdən biri Oxud kənd tam orta məktəbinin “Coğrafiya -biologiya” müəllimi Rəsmiyyə Niymət qızı Süleymanovadır. Rəsmiyyə Süleymanova 1969-cu ilin sentyabr ayının 6-da Şəki rayonunun Oxud kəndində anadan olub. 1976-1986-cı illərdə Oxud kənd orta məktəbində ibtidai və orta təhsilini tamamlayıb. 1986-cı ildə ali təhsil almaq məqsədilə sənədlərini V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (hazırkı Azərbaycan Dövlət Pedaqoji Universiteti) verib,qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanıb. 1991-ci ildə həmin ali məktəbi “Coğrafiya-Bilogiya müəllimi” ixtisası üzrə başa vurub. Rəsmiyyə Süleymanova Şəki şəhər Təhsil Şöbəsinin 1991-ci il 15 avqust tarixli əmrinə əsasən Oxud kənd orta məktəbinə “Coğrafiya-biologiya” fənlərinin tədrisi üzrə müəllim təyin olunur.
Dərslərini müasir təhsilin bütün tələbləri səviyyəsində qurmağa çalışan Rəsmiyyə müəllimdən nə üçün “Coğrafiya” müəllimi olmaq arzusunun səbəbini xəbər alıram. O, bir anlıq gözlərini Oxud dağının uca zirvələrinə dikib heyranlıqla cavab verir: “ Bu gözəl kənddə doğulduğum, çayların, bulaqların şırıltısını, qırqovulların, kəkliklərin civiltisini eşidib bu gözəlliyə valeh olduğum üçün. Vətəninin sərhədlərini, dağlarını, çaylarını, relyefini bilməyən insan ola bilməz. Olsa da ona milli şəxs demək olmaz. Coğrafiya kimi maraqlı təbiət elmini hamının bilməsi vacibdir. Mən ona görə də dərslərimi həmişə maraqlı qurmağa çalışıram. Şagirdlərimlə dərsdənkənar məşğələlər keçirir,ilin müxtəlif fəsillərində onları kəndimizin flora və fauna aləmi ilə tanış edirəm. 27 ildir müəllimlik sənəti ilə məşğulam. Kəndimizin flora və faunası o qədər zəngindir ki, vəhşi təbiətin daşıyıcıları olan ayı, canavar, tülkü, caqqal ilə tez-tez üz-üzə gəlmək mümkündür. Digər tərəfdən bildiyiniz kimi, təhsildə keyfiyyəti təmin etmək bütün zamanların işidir. Bu anlamda müəllim yaradıcı, sərbəst, müstəqil olmalı, şagirdinə bir şəxsiyyət kimi baxmalı, ən əsası yurduna, Vətəninə, onun təbiətinə olan sevgisini ürəyində, qəlbində daşıyan vətəndaş yetişdirməlidir. İndiyədək məni yorulmaz fəaliyyətə bağlayan yetirmələrimin, dostlarımın, müəllim yoldaşlarımın mənə olan hörmət və ehtiramıdır”.
Rəsmiyyə müəllimin ziyalı arzuları böyükdür. O çalışır ki, onun yetirmələri humanist olsunlar, təbiəti, həyatın bütün gözəlliklərini sevsinlər və onları qiymətləndirməyi bacarsınlar, insanlara münasibətdə mehriban və səmimi olsunlar.
ELNARƏ VAQİF qızı UĞURLUYEVA[HTML redaktə]
Orta ümumtəhsil məktəblərində şagirdlərin əmək tərbiyəsi dövlətimizin təhsil strategiyasında mühüm yer tutur. Məlumdur ki, müasir dövrdə hərtərəfli inkişaf etmiş şəxsiyyətə verilən əsas və mühüm tələblərdən biri də şəxsiyyətin əməyə qadir olması, istehsalın, xalq təsərrüfatının bu və ya digər sahəsində fəaliyyət göstərmək ba¬carığına, əməyə, əmək adamlarına müsbət münasibətlərə malik ol¬ma¬sıdır. Hər kəs, xüsusən həyata atılan yeniyetmə və gənclər, isteh¬salın bir sahəsində çalışmaq üçün zəruri əmək bacarıq və vər¬diş¬lə¬rinə malik olmalıdır. Bu əmək bacarıq və vərdişlərinin həm ailədə, həm də sistemli təhsil müəssisələrində təlimin ilk günlərindən əsası qoyulur. Əmək tərbiyəsi müəllim və tərbiyəçinin rəhbərliyi altında böyüyən nəsildə, ümumiyyətlə insanlarda həyat üçün zəruri olan əmək, bacarıq və vərdişlərin, əməyə, əmək adam¬la¬rı¬na məhəbbət hissi formalaşdırılması prosesidir. Əmək təlimi xüsusi əmək dərslərində aparılır. Bu dərslərdə əmək fəaliyyətinin maddi istehsal prosesi haqqında zəruri elmi mə¬lumatlar verlir, müvafiq bacarıq və vərdişlər formalaşdırlır. Birinci sinifdən başlayaraq uşaqlar əmək dərslərində əməyə hazırlanırlar.
Oxud kənd tam orta məktəbində gənc nəslin əməksevərlik tərbiyəsində müəllimlik fəaliyyəti göstərən müəllimlərdən biri Elnarə Vaqif qızı Uğurluyevadır. Elnarə Uğurluyeva 1973-cü ilin iyul ayının 28-də Oxud kəndində anadan olmuşdur. 1980-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qədəm basan balaca Elnarə, 1990-cı ildə həmin məktəbin X sinfini bitirmişdir. 1990-cı ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Mühəndis – pedaqogika” fakültəsinə daxil olan Elnarə Uğurluyeva 1995-ci ildə təhsilini tamamlamışdır. 1992-ci ildən Oxud kənd tam orta məktəbində əmək təlimi üzrə pedaqoji fəaliyyətə başlamışdır.
Elnarə müəllimdən müəllimlik fəaliyyətinin əzablı-sevincli günləri ilə bağlı münasibət bildirməsini xahiş edirəm. O, təvazökarlıqla cavab verir:“ 26 illik müəllimlik fəaliyyətimdə bircə ondan razı qalmışam ki, “əmək-rəsmxətt” fənnini şagirdlərimə sevdirə bilmişəm. Özümə qarşı həmişə tələbkar olmuşam. Şagirdlərimdə əməyə məhəbbət ruhunun möhkəmliyini sezdikcə fərəhimdən qanadlanmışam. Ali təhsil almaq əsas şərt deyil. Əsas odur ki, cəmiyyətə layiq insan olmaq üçün əmək cəbhəsinin yorulmaz döyüşçüsü də olmağı bacarmalısan. Dərslərimə diqqət kəsilib məndən razı qalanlar olub, ancaq mən özümdən həmişə narazı qalmışam, həmişə nəyi isə öyrənmək, şagirdlərimə öyrətmək aclığı varlığımı müşayiət edib. Ən əsası özümü onda xöşbəxt sayıram ki, doğma kəndimin təhsil qurucularından, maarif carçılarından biriyəm”.
Elnarə müəllimə əsl qiyməti dərs dediyi şagirdləri, həyatın müxtəlif sahələrində çalışan yetirmələri, işlədiyi pedaqoji kollektiv vermişdir. Ömür-gün yoldaşı Vüqar Uğurluyevi itirdikdən sonra saçlarına dən düşmüş bu müəllim haqqında məktəb rəhbərliyinin və müəllim həmkarlarının söylədiyi xoş sözlər fikrimin təsdiqidir. Kənddə təhsilin inkişafı naminə atılan hər bir addımda Elnarə müəllimin də öz yeri və sözü var.
FAZİL QURBAN oğlu MƏMMƏDOV[HTML redaktə]
Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik vəb.) cəmləşdirməlidir. Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına verə bilməz. Oxud kənd orta məktəbində belə mənəviyyat daşıyıcılarından biri Fazil Qurban oğlu Məmmədovdur. Fazil Qurbanov 1973-cü ildə Oxud kəndində sadə zəhmət adamı Qurban kişinin ailəsində dünyaya göz açıb. Fazil Qurban oğlu 1980-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Həmin ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olub, 1992-ci ildə tenikumu başa vurmuşdur. 1992-ci ildən Oxud kənd orta məktəbində bədən tərbiyəsi və idman müəllimi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır.
Fazil Məmmədov bu gün də həmin məktəbdə şagirdlərin fiziki sağlamlığı keşiyində dayanan müəllimlər sırasındadır. Fazil müəllimdən idman müəllimi olmağın şərəf və məsuliyyətinə münasibət bildirməsini xahiş edirəm. O, məğrurluqla cavab verir: “Orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi dərsləri gənclərə sağlam həyat tərzinin öyrədilməsinə, yeniyetmələrə mənəvi kamilləşmənin bədəni fiziki tərbiyə etmədən mümkün olmadığının dərk etdirilməsinə yönəldilməlidir. Şəxsən mən tədris planının və tədrsis proqramının tələblərini nəzərə almaqla idmanın digər növlərini də şagirdlərin mənəvi kamilləşmə prosesini nəzərə alaraq dərslərimə tətbiq edirəm. Bizim kollektivimizin qarşısında duran başlıca vəzifə balalarımızı mənən tərbiyə etmək, onlarda sağlam vücud və sağlam ruh yaratmaqdır. Məktəbimizdə fiziki sağlamlıq üçün müəllimlərimiz tərəfindən hər cür şərait yaradılıb. Lakin açığını qeyd edim ki, Oxud kənd orta məktəbi zəngin pedaqoji ənənələrə malik bir məktəbdir və məktəbin bu gün maddi-texniki baza baxımdan üzləşdiyi çətinliklər olduqca çoxdur. Dövlətimizin yeni məktəb siyasəti özünü tam şəkildə doğruldur. Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də yeni məktəblər tikilib istifadəyə verilmişdir. Bizim də yeni, müasir məktəbə ehtiyacımız böyükdür. Belə ki, digər dərslər kimi idman dərslərinin əsaslı keçirilməsi üçün maddi-texniki bazamız çox kasaddır. Kiçik bir zal, bir neçə sadə idman aləti ilə XX əsrin kompyuterləşmə şəraitində ölkə və rayon miqyasında böyük uğurlar qazanmaq çox çətindir”.
Mən Fazil müəllimin fikirlərində bir həqiqət görürəm və inanıram ki, hazırda dövlətimizin həyata keçirdiyi mədəni siyasət xəttində Oxud kənd orta məktəbinin maddi-texniki bazasının yenidən qurulması öz yerini alacaqdır. Bu əsası tələb edən təhsillə bağlı qəbul edilmiş dövlət sənədlərinin məzmun tələbidir. Çünki bu sənədlərdə təhsilin məzmunu, təhsilin idarə olunması, təhsilverənlərin səviyyəsi, təhsilalanların səviyyəsi, təhsilin infrostrukturu kimi dövlət tələbləri sırasında təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması və madernləşdirilməsi də əsas dövlət tələbi kimi qoyulmuşdur. Biz bu yolda müəllimlərimizə uğurlar diləyirik.
GÜLRUH ÇİNGİZ qızı ƏHMƏDOVA[HTML redaktə]
Hər kəs həyatda qazandığı uğurlara görə müəllimlərə borcludur. Müəllimsiz heç bir cəmiyyəti təsəvvür etmək mümkün deyil. Bu şərəfli, olduğu qədər də maraqlı və gözlənilməz hadisələrlə zəngin bir peşədir. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Oxud kənd orta məktəbində gənc nəslin mənəvi tərbiyəsi yolunda Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan müəllimlərdən biri də Gülruh Çingiz qızı Əhmədovadır.
Gülruh Çingiz qızı Əhmədova 1976-cı ilin may ayının 21-də Oxud kəndində Çingiz müəllimin ailəsində anadan olub. 1982-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Gülruh Əhmədova 1993-cü ildə həmin məktəbin XI sinfini tamamlayaraq, test üsulu ilə imtahan verib M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialının “İbtidai təlimin pedaqogikası və metodikası” daxil olmuşdur. Tələbəlik illərində zəngin bilik əldə edilməsindəki çalışqanlığına görə bu qaraşın, arıq vicudlu qız müəllimlərinin sevimlisinə çevrilmişdir. 1997-ci ildə universiteti əla qiymətlərlə başa vuran Gülruh xanım həmin ildə N. Hümmətov adına Oxud kənd orta məktəbində çoxdan həsrəti ilə yaşadığı ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.
Gülruh xanımla məktəbdə görüşürük. Ondan ibtidai sinif müəllimi olmağın çətinliyi və şərəfi ilə bağlı fikir bildirməsini xahiş edirik.O, xoş təbəssümlə deyir: “Məktəbə yeni qədəm qoyacaq birinci sinif şagirdlərinin psixoloji hazırlığı mürəkkəbdir. Bu dövrdə uşağın ictimai münasibətləri, həyat tərzi dəyişir, psixoemosional yükü artır, oyun fəaliyyəti təlim fəaliyyəti ilə əvəz olunur, qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni dünyaya qapı açır. Onlar indiyə qədər alışmadıqları sosial mühitə daxil olurlar. İlk məktəb, ilk dərs, sinif otaqları, ilk müəllim və ilk addımlar... Artıq onlar əllərindəki oyuncağı yerə qoyub, qələm tutmağı öyrənməlidirlər.Daha məsuliyyətli, qayğılı bir həyata atılırlar. Yuxudan istədiyi vaxt oyanan uşaq daha erkən saatlarda oyanmalı, saatlarla oyuncaqları ilə oynamaq əvəzinə 45 dəqiqə ərzində məktəb nizam-intizamına tabe olmaqla müəllimini dinləməli, onlar üçün çətin proses olan düzgün yazmağı öyrənməlidir. Təbii ki, bu kimi dəyişik¬liklərə uşaqların əksəriyyəti uğurla adaptasiya ola bilmir və müəyyən narahatlıqlar yaranır. Belə gərgin tempə tab gətirə bilməyən uşaq mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu təzahürün qarşısının alınmasına çəkilən əsas sədd müəllim səbri, müəllim dözümü, müəllim sevgisi və səmimiyyəti olmalıdır”.
Yazmağı öyrənmək asan deyil, öyrətmək isə daha çətindir. İbtidai sinif müəllimləri təsdiq edərlər ki, tədris etdikləri fənnin ən çətin təlim prosesi yazı işinin təşkili və şagirdlərin yazı bacarığının düzgün formalaşdırılmasıdır. Fikrimcə, ibtidai sinif müəllimlərinin üzərinə böyük yük düşür. Bu məsələ ilə bağlı da müəllimin münasibətini bilmək istəyirəm və bəs şagirdlərə yazını, hərfi öyrədərkən özünə güvən yaratmağın hansı metodları var? sualı ilə müraciət edirəm. Təcrübəli müəllim Gülruh Əhmədovanın sözlərinə görə, əgər biz müəllimlər uşaqda motivasiyanı artırmaq istəyiriksə, qırmızı qələmlə düzəlişi tamamilə unutmalıyıq. Qırmızı qələm uşaqlarda bir qorxu və özgüvən əskikliyi yaradır ki, bu psixoloji cəhətdən zəif uşaqlarda daha çox təzahür edib. Qırmızı qələmi həm sevdirmək,həm də uşaqlarda motivasiyanın ən gözəl yolu onların öz yazdıqlarını dairəyə alıb onlara özgüvən aşılamaqdır”.
Gülruh xanımın metodik görüşlərinə görə, yenicə məktəbə qədəm qoyan, qələm tutmağı öyrənən, 10-12 hərf keçən şagirdə mürəkkəb məsələlərin öyrədilməsi heç də məqbul deyil. Yenicə məktəbə ayaq açan uşağa imkan verilməlidir ki, o, oxumağı, yazmağı öyrənsin. Bilirik ki, hər fənn üzrə məzmun standartları var. Məzmun standartı dövlət tələbidir, yəni heç bir müəllim dövlətin tələbinə qarşı çıxa bilməz, bizə hansı proqram verilirsə, o proqram üzrə də öyrədirik”. Müəllim onu da qeyd etdi ki, digər ən böyük problem ondan ibarətdir ki, birinci sinifdə standartda verilən dil qaydalarına aid dərslikdə heç bir informasiya yoxdur: “Digər siniflərdə də dərslikdə verilən dil qaydaları olduqca azdır. Dil qaydaları, verilən tapşırıqların həlli yolları dərslikdə olsa, valideyn baxar dərsliyə, dərslikdə olan qaydaları uşağına öyrədər. Kurikulumda deyilir ki, şagird qaydalarla, təriflərlə, söz yığını ilə yüklənməməlidir”.
Müəllimin tədrisin və mənimsəmənin elmi tələbləri ilə bağlı söylədiyi fikirlər məni olduqca sevindirdi və yeni tədris uğurları və möhkəm cansağlığı arzusu ilə məktəbi tərk etdim.
NÜSRƏT ƏHMƏDİYYƏ oğlu ƏŞİROV[HTML redaktə]
Müasir məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirir: odur ki, müəllimlər şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyətlər yetişdirməlidirlər. Bu problemlərin səmərəli həlli üçün yeni pedaqoji və metodik yanaşmalar, metodik düşüncə tərzi lazımdır. Məlumdur ki, təlim müəllimin rəhbərliyi və müvafiq vasitələrin köməyi ilə şagirdlərin həyatı dərketmə prosesi olub, müəllim və şagird fəaliyyəti kimi iki tərəfin dialektik birliyindən ibarətdir. Bu prosesin qarşısında duran başlıca vəzifə şagirdlərin müəllimlərin rəhbərliyi altında təhsil əldə etmələrinə, yeni bilik, bacarıq və vərdişlər sisteminə yiyələnmələrinə, mənəvi zənginliyə sahib olmalarına xidmət etməkdir. Oxud kənd tam orta məktəbində bu yolda öz bilik və bacarığını əsirgəməyən, öz riyazi biliklərini damla-damla sevdiyi şagirdlərə ötürməyə çalışan yaradıcı müəllimlərdən biri də haqqında söz açmaq istədiyim Nüsrət Əhmədiyyə oğlu Əşirovdur.
Nüsrət Əhmədiyyə oğlu Əşirov 1953-cü ilin aprel ayının 27-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur.1961-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Nüsrət Əşirov 1971-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1971-ci ildə sənədlərini V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) riyaziyyat fakültəsini vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. 1974-cü ildə institutu müvəffəqiyyətlə başa vuraraq “Riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir. Ali təhsilini başa vurduqdan sonra Nüsrət müəllim Azərbaycan SSR Maarif Nazirliyinin təyinatı ilə işlə təmin olunmaq üçün Laçın Rayon Xalq Maarif Şöbəsinə göndərilmiş, Laçın Rayon Maarif Şöbəsinin əmri ilə Kürdhacı kənd məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. Həmin məktəbdə dörd il fasiləsiz müəllimlik fəaliyyəti göstərdikdən sonra, 1978-ci ildə ərizəsinə əsasən müəllimlikdən azad olunaraq həmin ilin sentyabr ayının 1-də Şəki rayon Qaradağlı kənd 8 illik məktəbinə müəllim, 1980-ci ilin yanvar ayının 2-dən etibarən həmin məktbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1985-ci ilin oktyabr ayının 10-da ərizəsinə əsasən həmin vəzifədən azad edilib Oxud kənd tam orta məktəbinə müvəqqəti qrup tərbiyəçisi, 1986-cı ildən qrup tərbiyəçisi təyin edilmişdir. 1992-ci ildən Oxud kənd tam orta məktəbinə ixtisası üzrə riyaziyyat müəllimi təyin olunan Nüsrət Əşirov, 2005-ci ildən 2018-ci ilədək məktəbdə təlim-tərbiyə üzrə direktor müavini işləmişdir. Nüsrət Əşirov mükəmməl bilikli riyaziyyatçı kimi yaxşı dərk edir ki, təlim prosesi o zaman uğurli olur ki, öyrədən və öyrənən bu prosesdə məqsədyönlü və fəal iştirak edir. O, “Riyaziyyat” fənninin öyrənilməsini yaxşı təmin etmək üçün alternatıv yollar, metodikalar axtarır, tapır və tətbiq edir. Dərsi elə qurur ki, şagirdlərin yüksək idrak fəaliyyətini təmin edə bilsin. O, tədris vəsitləri seçərkən tədris materialının məzmunu, şagirdlərin yaş xüsusiyyəti, dərsin məqsədləri, fənn kabinetinin təchizatı, paylama materialları, düşündürücü –yaradıcı tapşırıqlar və sair kimi vacib detalları diqqət mərkəzində saxlayır. Bilir ki, dərsin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, onun metodik mədəniyyətindən, şagirdlərin müxtəlif vasitələrlə idrak fəaliyyətinə cəlb etmək bacarığından çox asılıdır. O, metodları elə uyğunlaşdırır ki, müəllimlə şagirdin birgə fəaliyyəti optimal şəraitdə həyata keçsin. Müşahidələrim sübut etdi ki, Nüsrət müəllimin dərsində əsasən şagirdlərin aktiv fəaliyyəti üstünlük təşkil edir. O, işdə müasirliyə, yeniliyə üstünlük verir, fəal yarıdıcılıq tapşırıqları seçir, pedaqoji axtarışlar aparır. Çünki, öyrənmə prosesi şagirdlərin aktiv şəkildə iştirakı ilə keçdikdə nəticələr daha yüksək olur. Müəllimin vəzifəsi isə optimal şəraitdə öyrənməyə şərait yaratmaqdır. Nüsrət müəllim şagirdlərini öyrətməklə yanaşı, özü də öyrənməkdən zövq alır. Yaxşı bilir ki, ziyalı olan hər kəs beşikdən qəbrə qədər öyrənməlidir. Odur ki, o, öz fənni sahəsindəki yenilikləri mütəmadi olaraq izləyir, hər cür müasirliyi öz yaradıcılıq süzgəcindən keçirib, işində tətbiq edir. Hazırda dərslərində İKT-dən səmərəli istifadə edir və dərslərini günün tələbləri səviyyəsində qurur. Məhz, bunun nəticəsidir ki, onun şagirdləri ali məktəblərə qəbulda yüksək nəticələr əldə edirlər.
ÜLFƏT QƏNİ oğlu ABDULLAYEV[HTML redaktə]
Ülfət Qəni oğlu Abdullayev 1958-ci ilin mart ayının 1-də Oxud kəndində, ziyası ilə neçə-neçə ömürlərə işıq saçmış Qəni Abdullayevin ailəsində anadan olub. 1965-ci ildə -Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Ülfət Abdullayev 1975-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. Atasının şanlı ömür yolu, doğma müəllimlərinin nəvazişi,elmlərin şagirdlərə öyrədilməsində ömrlərini şam kimi şagirdlərinin yolunda əritmələri gənc Ülfətin qəlbində müəllim olmaq arzusunu oyatmışdı. Bu məqsədə nail olmaq üçün Ülfət Abdullayev 1976-cı ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Riyaziyyat fakültəsinə daxil olmuş, 1983-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1978-1980-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
Ülfət müəllim 1976-cı ilin sentyabr ayının 15-dən 1991-ci ilin noyabr ayının 1-dək müxtəlif məktəblərdə pedaqoji fəaliyyət göstərmişdir. 1991-ci ilin oktyabr ayının 16-da Oxud kənd orta məktəbinə hərbi rəhbər təyin olunmuş, 2003-cü ilədək bu məsuliyyətli sahədə çalışmışdır. Ülfət müəllimin gənclərin müasir hərbi texnika və silahlarla davranış qaydaları ilə bağlı şagirdlərə və müəllimlərə vermiş olduğu təlimati dərslər gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. Gənc müəllim kimi enerjili fəaliyyəti məktəb rəhbərliyi tərəfindən yüksək dəyərləndirilmiş, nəzəri biliyi nəzərə alınaraq 2003-cü ildən məktəbin ibtidai sinifləri üzrə direktor müavini təyin edilmiş, 2004-cü ilin mart ayının 1-dək həmin vəzifədə çalışmışdır. 2004-cü ilin mart ayının 1-dən yenidən məktəbdə hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. 2006-cı ilədək bu vəzifədə çalışan Ülfət Abdullayevin pedaqoji əsasları gözəl bilməsi və kollektivlə işləmək məharəti Şəki şəhər Təhsil Şöbəsinin rəhbərliyinin diqqətini cəlb etmiş, 2006-cı ildə o, N.Hümmətov adına Oxud kənd tam orta məktəbinə direktor təyin edilmişdir. Bacarıqlı pedaqoq Ülfət Abdullayev hazırda həmin vəzifədə çalışır.
Bu gün Oxud kənd tam orta məktəbi yenə də estafeti əldən verməyərək təhsilin ön sıralarında adı çəkilən məktəblərdəndir. Bu müsbət səciyyələnmədə Ülfət müəllimin əməyi böyükdür. Ülfət müəllim kollektivdə böyük hörmət və etimada malik bir pedaqoqdur. O, ulu məktəb direktoru Nurpaşa Hümmətovun nurlu ömür yolunu və direktorluq estafetini layiqincə davam etdirir. Bu hörmət və ehtiramın ancaq bir səbəbi var: kollektivə və şagirdlərə olan nümunəvi insani yanaşma. Onun məktəb direktoru və müəllim işlədiyi illərdə hər bir şagirdə göstərdiyi qayğısı, səmimi, xoş münasibəti onu hamının sevimlisinə çevirmişdir. Şəkinin bir sıra məktəblərində işlədiyi illər istedadlı müəllimə zəngin təcrübə vermiş, o, qabaqcıl təcrübələrin Oxud kənd orta məktəbinə tətbiqi sayəsində böyük nailiyyətlər əldə etmişdir. Təhsil sahəsində aparılan islahatların təhsilin inkişafına müsbət təsirini yüksək dəyərləndirən Ülfət müəllim deyir: “XX əsrin məktəbinin vəzifələri keçən dövrlərlə müqayisədə daha mürəkkəbdir. Məktəb bir tərəfdən uşaqlarda gizlənən istedad nişanələrini üzə çıxarmalı, o biri tərəfdən, tənqidi təfəkkürə malik vətəndaş yetişdirməli, üçüncü tərəfdən isə insan kapitalının inkişafına yardımçı olmalıdır. Bütün bunların öhdəsindən yüksək biliklərə malik olan, daim mütaliə edən, informasiya- kommunikasiya texnologiyalarını bilən müəllimlərimiz gələ bilərlər. Bu məqsədlə “Ən yaxşı ümumtəhsil məktəbi ” müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərinin və “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman məktəblər və müəllimlər arasında sağlam rəqabət formalaşdırdı.İlin yaxşı müəllimi seçilmək istəyən orta ümumtəhsil məktəblərində çalışan müəllimlər artıq sadəcə dərs deməklə kifayətlənmir, həm də elmi-pedaqoji yaradıcılıqla məşğul olurlar. Müəllimə və məktəbə göstərilən bu diqqət və qayğı məktəbimizi bitirən məzunlarımız arasında müəllim olmaq arzusunu sürətləndirmişdir. Əgər müəllim özünün peşə kompetensiyalarını artırmağın zəruri olduğunu dərk etməzsə, yuxarıda sadalanan məqsədlərin heç birinə çtmaq mümkün olmayacaq. Müəllimin pedaqoji səriştəsinin artırılması üçün motivasiyalar və əlverişli şərait artıq formalaşdırılıb. Bütün bunların müqabilində müəllim öncə özü təkmilləşməyə və biliyinin qiymətləndirilməsinə meyilli olmalıdır. Bu müasir cəmiyyətin tələbatıdır və müəllim nüfuzunun qorunmasına xidmət edir”.
Ülfət Abdullayev bu gün də şərəfli vəzifəsini uğurla davam etdirir.
LEYLA HÜSEYN qızı CƏBRAYILOVA[HTML redaktə]
“Təhsil islahatı Proqramı”nın həyata keçirilməsində müəllimin müstəqil metodiki işi, özünütəhsili, onun hazırlığı həlledici rol oynayır. Təhsil islahatı müəllimlərdən yeni pedaqoji təfəkkür, yeni düşüncə tərzi, pedaqoji prosesə yeni yanaşmalar tələb edir. Ona görə də müəllimlər bu yeniliklərlə tanış olmalı, öyrənməli və tətbiq etməyi bacarmalıdırlar. Bu yolda Oxud kənd orta məktəbində inamla addımlayan, şagirdlərin yaradıcı imkanlarını aşkara çıxarıb inkişaf etdirməyə can atan, müxtəlif yeni metod və texnologiyalardan bacarıqla istifadə edən, dərslərini fəal, inteqrativ təlim üsulları ilə quran müəllimlərdən biri Leyla Hüseyn qızı Cəbrayılova olmuşdur.
Leyla Hüseyn qızı Cəbrayılova məşhur riyaziyyatçı Şövkət Cəbrayılovun gəlini, mükəmməl riyazi biliklərə malik riyaziyyat müəllimi Bəhram Cəbrayılovun həyat yoldaşıdır. Leyla Cəbrayılova 1959-cu ilin sentyabr ayının 1-də Qasım İsmayılov (indiki Goranboy) rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1966-cı ildə Qızılhacılı kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1976-cı ildə həmin məktəbin X sinfini bitirmişdir. 1978-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Mexanika-Riyaziyyat” fakültəsinə daxil olub, 1983-cü ildə universitet təhsilini uğurla başa vurmuşdur. Həmin ilin dekar ayının 19-dan Leyla müəllimə Oxud kənd orta məktəbində əvvəlcə qrup tərbiyəçisi, 1993-cü ildən isə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. Leyla Cəbrayılova riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətinin ilk günlərindən özünü ixtisasını mükəmməl bilən, yüksək nəzəri hazırlıqlı müəllim kimi göstərmişdir. Leyla müəllim haqqında məktəbin direktoru Ülfət Abdullayev böyük iftixarla danışır: “Leyla müəllim əsl ziyalı, əsl müəllimdir. 26 il Oxud kənd orta məktəbində çalışıb. Ömrünü balalarımızın təlim-tərbiyəsi yolunda şam kimi əridib. Fəal ictimaiyyətçi, yaxşı yoldaş, nümunəvi sinif rəhbəri olub. Müəllim işlədiyi illərdə müxtəlif mənbələrdən qaynaqlanaraq o, dərslərini rəngarəng, yaradıcı qurmuş, novatorcasına interaktiv metodları həyata keçirmişdir. Təlimin texnoloji vasitələrindən dərslərində bacarıqla istifadə etmişdir. Məktəb rəhbərliyi və şagird kollektivi bu müəllimin yaradıcılığından tərbiyə-təlim prosesində olduqca çox yararlanmış və onun pedaqoji fəaliyyətindən razı qalmışdır”.
İş yoldaşlarının mülahizələrinə görə Leyla müəllim nəinki öz ixtisasına bağlı, həmçinin inteqrativlik yaratmaq üçün bütün fənlərin əsaslarını öyrənməyə səy etmiş və bütün tədbirlərdə fəal iştirak etmişdir. Öyrənməkdən yorulmayan bu zəngin riyazi təfəkkürlü müəllim qazandığı bilikləri pedaqoji təcrübənin süzgəcindən keçirmişdir. O, “Yeni təlim metodları”na dərslərində geniş yer verməklə şagirdlərin riyazi məntiqi təfəkkürünün inkişafına yaxşı şərait yaratmışdır. Onu ənənəvi təlim metodlarının müsbət ənənələrinə qaynaq etmiş, yaradıcılıqla birləşdirmişdir.Zəmanənin nəbzini tutmaq, tədris etdiyi fənnin yeni texnologiyasına, metod və priyomlarına yiyələnmək, təcrübəsini genişləndirmək, zənginləşdirmək müasir müəllimin həyat amalı olmalıdır.
Leyla Cəbrayılova 2009-cu ildə təqaüdə çıxmışdır. O, indi müqəddəs ana-nənə ömrü yaşayır. Böyüdüb boya-başa çatdırdığı övladları ali təhsilli kadrlar kimi həyatın müxtəlif sahələrində çalışırlar. Qız övladları Gülnara və Nuranə bacıları Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim kimi elmi-pedaqoji fəaliyyət göstərirlər. Hər ikisi respublikanın aparıcı tədqiqat müəssisələrində ixtisasları üzrə fəlsəfə doktoru iddiaçılığı üzrə dissertasiya işi yazırlar. Bizcə, riyaziyyatçı ata Bəhram müəllimə və Leyla müəlliməyə bündan böyük hədiyyə ola bilməz. Bu yolda hər iki həmkarıma möhkəm cansağlığı və elmi uğurlar arzulayıram.
ŞƏFƏQ YAQUB qızı QAFFAROVA[HTML redaktə]
Oxud kənd məktəbində çalışan müəllimlərdən biri də Şəfq Yaqub qızı Qaffarovadır. Şəfəq Qaffarova 1953-cü ildə kənddə ictimai şəxsiyyət kimi tanınan Yaqub kişinin ailəsində doğulmuşdur. Uşaqlıqdan ailəsində saf və vicdanlı əməyə böyük məhəbbət görən Şəfəq xanım yüksək əməksevərlik ruhunda böyümüşdür. Şəfəq Qaffarova ibtidai və orta Oxud kənd orta məktəbində alan Şəfəq müəllimə müəllim olmaq arzusu ilə 1970-ci ildə Şəki Pedaqoji Məktəbinin ibtidai sinif müəllimliyi şöbəsinə daxil olmuş, 1972-ci ildə həmin məktəbdə orta ixtisas təhsilini tamamlamışdır.
1974-cü ilin may ayının 5-də Şəki Rayon Xalq Maarif Şöbəsinin təyinatı ilə Oxud kəndində yeni açılmış uşaq bağçasında müvəqqəti tərbiyəçi vəzifəsinə təyin olunan Şəfəq Qaffarova, 1976-1988-ci illərdə həmin tərbiyə ocağının müdiri vəzifəsində çalışmışdır. 1988-ci ilin mart ayından ixtisası üzrə pedaqoji fəaliyyət göstərmək istəyi nəzərə alınaraq bağça müdirliyi vəzifəsindən azad edilmiş, Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu gün Şəfəq xanım ömrünün 65-ci yayını yaşayır. Müəllim peşəsinə qəlbən bağlılığını, şagirdlərinə olan analıq sevgisini məhəbbətlə qeyd etdi Şəfəq xanım. Təcrübəli müəllim qeyd etdi ki, bu gün təhsildə baş verən yeni meyllər, yeni innovasiyalar, aparılan islahatlar sübut edir ki, müstəqil təhsilimiz yalnız milli dəyərlər üzərində qurularaq inkişaf etməlidir. Hər bir müəllimin şagirdə göstərəcəyi öz tərbiyə istiqaməti, peşə yönümü var. Şəxsən mən şagirdlərimin mənəvi tərbiyəsi əsas götürülməklə onların əməyə məhəbbət ruhunda böyüməsi üçün çalışıram və bu yolda əlimdən gələni əsirgəmirəm. Mənə elə gəlir ki, yüksək mənəviyyat sahibi olan insanda yüksək əməksevərlik ruhu mövcuddur. Bu yolda gənc nəsl mütləq yaşlı nəslin əldə etdiyi təcrübədən bəhrələnməli, onların mənəvi və fiziki əmək yolunun davamçısı olmalıdır.
Ömrünü oxudlu balaların savadlanmasına, onların biliklərə yiyələnməsinə sərf edən, bu yolda narahat dəqiqələr və məsuliyyətli anlar yaşayan Şəfəq xanım 2018-ci ildən fərdi əmək təqaüdünə çıxır. Biz bu ağsaçlı müəlliməyə Yaradandan möhkəm cansağlığı arzulayırıq.
SONA SABİR qızı ABDULLAYEVA[HTML redaktə]
Sona Abdullayevanın müəllimlik keyfiyyətlərini öyrənməmişdən yadıma şirin məktəb illərimi salıram. Sinfimizdə şagird yoldaşlarına mehriban, səmimi rəftarına görə hamıdan seçilən Sona adlı bir qız oxuyurdu. Sona dəqiq elmləri hamıdan gözəl bilirdi. Dərsə çalışqanlığına görə də hamıdan fərqlənirdi. Rəhmətlik Məmmədəli müəllim Rus dilindən imla yazdıranda hamımız yəqin bilirdik ki, həm xəttinin gözəlliyinə, həm də üslubi xətasızlığına görə əla qiymət alanların birincisi Sona olacaq. Beləcə illər keçdi. Oxud kənd orta məktəbinə orta təhsilə cəlb edildik. Sona bizimlə paralel sinifdə oxusa da, müəllimlərdən tərifini hər daim eşidirdik. Onun haqqında məlumat əldə etməmişdən yəqib bilirdim ki, Sona müəllimə ixtisasını, ən əsası müəllimlik peşəsini sevən, şagirdlərinə övlad qayğıkeşliyi və səmimiyyəti ilə yanaşan bir müəllimə kimi olduğu kimi qalacaq.
Sona Sabir qızı Abdullayeva 1960-cı ilin oktyabr ayının 2-də Oxud kəndində kolxozçu Sabir kişinin ailəsində dünyaya göz açıb. 1967-ci ildə Oxud kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olan Sona Abdullayeva orta təhsilini 1975-1977-ci illərdə Oxud kənd orta məktəbində tamamlayıb. Yuxarıda qeyd etdiyim kimi hələ orta məktəb illərində öz riyazi təfəkkürü, fizika, riyaziyyat fənlərinə olan marağı ilə bütün müəllimlərin diqqətini öz üzərinə cəmləmişdi Sona. Bütün müəllimlər onun ali təhsil yollarındakı uğuruna, mükəmməl riyaziyyatçı kimi yetişəcəyinə böyük ümidlə baxırdı. Sona Abdullayeva valideynlərinin və müəllimlərinin ümidlərini doğrultdu.1978-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) “Riyaziyyat” fakültəsinə daxil olaraq 1982-ci ildə bu ali məktəbi “orta məktəbdə riyaziyyat müəllimi” ixtisası üzrə başa vurdu.
1982-ci ildə təyinatla Şəki rayonuna göndərilən Sona xanım Şəki rayon Xalq Maarif şöbəsinin müvafiq əmrinə görə sentyabr ayından doğma Oxud kənd orta məktəbində ixtisası üzrə riyaziyyat müəllimi kimi fəaliyyət göstərməyə başladı və bu günədək bu məktəbdə çalışır. Pedaqoji fəaliyyətinin ilk günlərindən Sona müəllimə bütün səylərini şagirdlərinin riyazi biliklərinin möhkəmlənməsinə, məktəbin təlim göstəricilərinə görə rayon məktəbləri sırasında tanınmasına yönəltdi. Təşəbbüslər öz bəhrəsini verdi. Onun yetişdirdiyi şagirdlər riyaziyyat üzrə keçirilən rayon və respublika olimpiadalarında uğurla çıxış etdilər. Məktəbin direktoru Ülfət Abdullayev Sona müəllimin bir müəllim kimi şəxsi keyfiyyətlərini ifadə edərək dedi: “Sona müəllimə xarici görkəm baxımdan sakit və yumşaq təbiətli bir insandır. Lakin o, dərslərinə və şagirdlərinə qarşı çox ciddi və tələbkar bir insandır. O, tədris etdiyi “Riyaziyyat” fənnini şagirdlərinə sevdirmək və öyrətmək üçün bütün imkanlardan səmərəli istifadə edir. Qabaqcıl müəllim kimi yeni təlimin üstünlüklərini daim dəyərləndirərək dərslərini yeni təlim üsulları ilə qurur. Onun üçün sənəti, riyaziyyat elmi əlçatmazdır. Qz üzərində daim çalışan, riyaziyyata dair bütün yenilikləri öyrənməyə və şagirdlərinə öyrətməyə çalışan Sona müəllimin yeganə arzusu yetirmələrini mükəmməl bilikli riyaziyyatçı kimi görməkdir. Məhz onun yetirmələri bu gün respublikamızın ali məktəblərində “riyaziyyat müəllimliyi” ixtisası üzrə bu elmin sirlərini öyrənirlər. Sona müəllim təkcə məktəbimizdə, müəllim və şagird kollektivimizdə deyil, kənddə də sevilən kənd əhlindəndir. Məktəbimizdə Sona müəllim kimi sənətini sevən, müəllimlik fəaliyyətini vicdanla həyata keçirən müəllimlərimiz çoxdur. Bu da bizdə respublikamızın işıqlı gələcəyi naminə savadlı şagirdlər yetişdirməyə olan ümidləri daha da möhkəmləndirir”.
Sona xanım Abdullayevanın həyat yoldaşı Adil Abdullayev Oxud məktəbinin yetirdiyi elmli, yurdsevər, Vətənsevər, insansevər, xeyirxah ziyalılardandır. İxtisasca mühəndis olan Adil Abdullayev tariximizə və ədəbiyyatımıza dair dərin bilgili bir ziyalıdır. Ziyalılara qarşı çox həssas və mehriban olan Adil müəllim bu sətirlərin müəllifi tərəfindən sevilən bir insandır.
ZÜLEYXA OKTAY qızı ALLAHVERDİYEVA[HTML redaktə]
Füsunkar təbii gözəllik insanın qəlbində xoş hisslər, romantik duyğular oyadır. Əhatə olunduğun dağların minbir rəngi insanı rənglər dünyasının sehrinə salır. Elə burada “ixtisas və mühit” anlayışının məzmununa baş vurmağa məcbur olursan. Oxud kəndinin rəssam duyğulu xanımı,təsviri-incəsənət müəllimi Züleyxa Oktay qızı Allahverdiyevanın ixtisası haqqında düşünərkən insan “ixtisas və mühit” amilini düşünür. Görəsən, Züleyxa xanım gözəl dağların qucağında özünə yer eləyərək nazlanan Baş Layısqı kəndində dünyaya göz açmasaydı, təbiətin gözəlliyinə vurulmasaydı rənglər dünyasının tilsiminə düşə biləcəkdimi?. Cavab vermək çətindi. Düzdür, insanda istedad da əsasdır. Ancaq istedadı hərəkətə gətirən mühit amili də, bizcə, aparıcıdır. Söz yox ki, Züleyxa müəllimə hər gün səhər gözünü açıb dağlarla əhatə olunan kəndini gördükcə qəlbi qürur hissi ilə döyünüb. Göydən od tökülsə belə, təbiətin doğma kəndinə verdiyi gözəllik və sərinliyi duyduqca bu gözəlliyin onun qəlbinə diktə etdiyi: “rəssam ol, bu gözəlliyi rənglər dünyasında əks etdir” cağırışının təsiri ilə təsviri – incəsənət müəllimi olmaq arzusuna düşüb. Hələ orta məktəbdə oxuyarkən könül oxşayan rəsmləri ilə də diqqəti cəlb etmişdi balaca Züleyxa. Onun çəkdiyi rəsmlər o zaman uşaq təxəyyülünün məhsulundan başqa bir şey olmasa da, sənətə gedən yolun başlanğıcı idi.
Züleyxa Oktay qızı Allahverdiyeva 1977-ci ilin iyul ayının 12-də Oxud kəndində anadan olmuşdur. 1983-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Züleyxa Allahverdiyeva 1994-cü ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. Orta təhsilini tamamladıqdan sonra rəssam olmaq, rənglər dünyasının sirlərini gənc nəslə öyrətmək üçün 1996-cı ildə Şəki Pedaqoji Texnikumunun “Təsviri incəsənət və rəsmxət tədrisi” ixtisasına daxil olmuşdur. 1999-cu ildə orta ixtisas təhsilini başa vuraraq Oxud kənd orta məktəbində təsviri-incəsənət müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. O, texnikumda təhsil aldığı illərdə məktəbəqədər tərbiyə sahəsi və ibtidai siniflər üzrə bacarıqlı müəllim kadrların hazırlanması üçün bütün zəruri biliklərə dərindən yiyələnmişdir. Nəticədə gənc müəllimə boyakarlıq sənətinin sadə elementlərini, naturadan rəsmçəkmə, qrafika, natrimutlar və s. rəsm üsullarına dərindən yiyələnərək doğma kəndinə qayıtdı.
Züleyxa Oktay qızı Allahverdiyeva 19 ildir ki, müəllimlik sənəti ilə məşğul olur. Rəssamlıq sənətinin gənc nəsil arasında təbliğində əlindən gələni əsirgəməyib. Şagirdlərinin əl işləri nəinki məktəbdaxili, həmçinin rayon məktəbləri üzrə keçirilən sərgilərdə də xüsusi yer alıb.
Oxud kənd orta məktəbinin foyesində Züleyxa müəllimə ilə söhbətləşərkən bütün şagirdlərin onunla səmimi salamlaşmasının, hal-əhvallaşmasının şahidi oldum. Bu səmimiyyətin səbəblərini təcrübəli müəllimdən sual etdim. O dedi: Müəllim zəkası, ağılı, mədəniyyəti, mənəviyyatı, əxlaqı ilə həmişə fərqlənməlidir. Belə desək, tərbiyəçi ilk növbədə özü tərbiyəli olmalıdır. Müəllim adı yüksək addır. Ulu öndərimizin belə bir sözü var: “ Müəllimdən yüksək ad tanımıram ”. Müəllim ilk növbədə bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, sənətinə ürəkdən bağlı olmalıdır. Məhz bu keyfiyyətlərə malik olan müəllim cəmiyyətimizə, xalqımıza layiq vətəndaş yetişdirə bilər. Görkəmli pedaqoq F. Köçərli bildirirdi ki, əsl müəllim elm, bilik və zəhmətkeşlikdən əlavə, şagirdlərinə münasibətdə məhəbbət və qayğı dolu qəlbə malik olmalıdır. Müəllim bütün hallarda, xüsusən müəllim – şagird münasibətlərinin qurulmasında, pedoqoji nəzakəti, psixoloji xüsusiyyətləri dərindən bilməlidir. Əgər müəllim – şagird münasibətləri düzgün qurularsa, şagird də təhsilə marağını artırmağı bacararsa, onda tədris olunan fənlərin sevdirilməsində mühüm nailiyyətlər əldə edilə bilər”.
Biz də öz növbəmizdə düşünürük ki, harada ki, bu cür isti, səmimi münasibətlər var, orada müəllim nüfüzü da böyükdür, şagird nailiyyəti də vardır.
TURAL KAMİL oğlu ADIŞİRİNOV[HTML redaktə]
Adışirinov Tural Kamil oğlu 1990-cı il fevral ayının 24-də Şəki rayonunun Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini Oxud kənd ümumi orta məktəbdə almış, kiçik yaşlarından ailəsi yaşayış yerini dəyişərək Şəki şəhərində məskunlaşdığından orta təhsilini 2007-ci ildə Şəki şəhər 9 saylı bey-nəlmiləl tam orta məktəbdə tamamlamış, həmin ildə Azərbaycan Müəllimlər İnstitutunun (indiki – ADPU) Şəki filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasına qəbul olunaraq, 2011-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlamışdır. Boy atdığı münbit elmi ailə mühiti onun elmi dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. 2011-2017-ci illərdə Oğuz və Şəki rayonlarının müxtəlif məktəblərində ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Bədii istedadının parlamasında Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair-ziyalı Əkbər Qoşalının böyük rolu olmuş, həmin qrumun üzvülüyünə qəbul edilmişdir. Şeirləri Dünya Gənc Türk Yazarlar Birliyi xətti ilə Azərbaycanda və Türkiyədə nəşr olunan nüfuzlu jurnallarda və kitablarda (“Bölgələrdən səslər”adlı kitabın I - II cildində, “Ziya” antologiyasında, “Bitməz könlümüzün Vətən sevgisi” adlı şeirlər toplusunda, “Türk dünyası şairləri” antologiyasında, “Antalya sanat Edebiyyat Dergisi”ndə və s.) mütəmadi olaraq nəşr edilmişdir. Fərdi yaradıcılıq üslubunda orijinal dəst-xətti olan bu istedadlı gənc şairin şeirlərinin mövzu və sənətkarlıq xüsusiyyətlərini yüksək dəyərləndirən res-publikanın “Ədəbiyyat”, “525-ci qəzet”, “Kaspi”, “Ədalət” kimi nüfuzlu dövri nəşləri onun sənət örnəklərini dəfələrlə səhifələrinə çıxarmışdır. Son illərdə İran İslam Respublikasında nəşr olunan ədəbi istiqamətli dərgilərdə bu istedadlı gənc şairin şeirləri yer almışdır.
Tural Adışirinin özünəməxsus yaradıcılıq üslubu ədəbi-tənqid tərəfindən rəğbətlə qarşılanmış, görkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli gənc istedadlı qələm sahibləri sırasında Tural Adışirini də xüsusi istedada malik orijinal qələm sahibi kimi respublika ədəbi fikrinə təqdim edərək yazmışdır: “Tural Adışirin Şəkidə, hansısa kənddə müəllim işləyir, amma şair kimi Şəki hüdudlarını aşıb. Turalın “Kaspi” qəzetində (20 fevral, 2016) “Ulduz” jurnalında (dekabr, 2016) dərc edilən şeirləri ilə tanış oldum. Və hiss etdim ki, bu cavan kənd müəlliminin “sözlü bir ürəyi” var. Şeirlərində nədən yazırsa – yazsın, üç məsələyə daha çox diqqət yetirir. Birincisi, hər hansı şeirində təzə söz deməyə can atır. İkincisi, şeirin qayda-qanunlarına ciddi şəkildə riayət edir, heca “ərazisindən”, onun hüdudlarından kənara çıxmır, formalaşmış kononlarına əməl edir, qoşmanı qoşma, gəraylını gəraylı kimi yazır, şeir dili də ki təmizdir. Üçüncüsü, bir sıra ənənəvi mövzular var ki, Tural onlara müraciət edəndə ənənənin əsiri olmur, təkrardan, şablondan qaçır....”( Yusifli.V. Gənc şairlər, sözüm sizədir...”Ulduz”, Bakı, 2017, №11, səh 20).
Respublikanın aparıcı ədəbi nəşrlərindən olan “Ulduz” jurnalı öz səhifələrində gənc yazarın müxtəlif mövzulu şeirlərinə dəfələrlə yer ayırmış, müasir ədəbi prosesdə iştirakı və yaradıcılıq planları ilə bağlı Tural Adışirinlə müsahibə keçirmişdir.
Tural Adışirin istedadlı ədəbiyyat və dil mütəxəssisi kimi nəinki respublika elmi fikrində, həmçinin vaxtilə müəllimlik fəaliyyəti göstərdiyi Oğuz rayonunun Malıx kənd ümumi orta və Şəki rayon Suçma kənd tam orta məktəblərində də nümunəvi pedaqoji ünsiyyətinə görə şagirdlər və müəllimlər tərəfindən sevilmiş, “Şəki təhsili”, “Şəki bələdiyyəsi” və müstəqil ictimai-siyasi qəzet olan “Region – Şəki” qəzetlərinin səhifələrində onun məzmunca dolğun şeirləri dəfələrlə dərc edil-mişdir.
XXI əsrin əvvəllərində Şəki ədəbi mühitinin formalaşmasında yeri və rolu olan istedadlı gənclər sırasında bu yazarın da özünəməxsus yeri və rolu vardır. 2018-ci ildə gənc şairin “Barmaqda üzük yeri” adlı şeirlər kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilmiş, həmin ilin may ayının 18-də Şəki şəhərində ADPU-nun professor-müəllim heyəti və tələbələrinin, şəhər ziyalılarının, mədəniyyət işçilərinin iştirakı geniş şəkildə təqdimat mərasiilmişdir. Turalı istedadlı qələm sahibi, şair kimi oxuculara təqdim etmək üçün kitabda əks etdirilmiş şeirlərindən bir neçəsini oxucuların diqqətinə çatdırırıq:
KREDİT
Milləti məhv eləyib, xeyli zamandır, kredit,
İnanıb banka, götürmə sən, amandır, kredit.
Cürbəcür reklam ilə hamını başdan çıxarır,
Başı pambıqla kəsib, qanı yavaşdan çıxarır,
Güya bilmir ki, kasıblar pulu daşdan çıxarır,
Verdiyin üç dəfə çox əldən alandır, kredit.
İnanıb banka, götürmə sən, amandır, kredit.
Necə qurmuş tələ, atmış necə gör fəndi-tilov,
Hər nə var əldə gərəkdir qoyasan banka girov,
Pul alıb, şellənərək, siftə yesən yağlı plov,
Biləcəksən sora süfrəndəki qandır, kredit.
İnanıb banka, götürmə sən, amandır, kredit.
Çətini bircə dəfə düşsən onun felinə sən,
Qoymusan zənn elə dağ boyda yükü belinə sən,
Xeyri yoxdur çalışıb, hər nə qədər cəhd eləsən,
Boynuna sanki dolanmış bir ilandır, kredit.
İnanıb banka, götürmə, sən amandır, kredit.
Kredit maddi cəhətdən salır insanı geri,
Sən də zənn et, ölüsən, cənginə düşsən də diri,
Öz əlinlə özünə qazdıracaqdır qəbiri,
Evlərə lovdu düşüb, ahu-fəğandır, kredit.
İnanıb banka, götürmə, sən amandır, kredit.
Kredit də qumara bənzər oyundur, a kişi,
Əvvəlcə güldürür, ağlatmaq olur sonra işi,
Üzəcəkdir səni illərlə onun keşməkeşi,
Lövbərin banka salan ömrə limandır, kredit.
İnanıb banka, götürmə, sən amandır, kredit.
Aldanıb mən də o reklamlara, girdim oyuna,
Bağlayıb boynuma kəndir, ucunu verdim ona,
O da hər ay tamamında məni dartır toruna,
Götürənlər də mənimtək peşimandır, kredit.
İnanıb banka, götürmə, sən amandır, kredit.
Söyürəm, indi filan oğlu, filandır, kredit.
SEVGİ SEHRİ
Hər sevginin, məhəbbətin,
Öz dünyası, öz aləmi.
Açar ürək qapısını
Qız dünyası, qız aləmi.
Qara gecə ağ səhərin,
Sevgisiylə açılandır.
Məhəbbəti olmayanın,
Könül evi uçulandır.
Məhəbbət qocalan deyil,
Yüz yaşda da o təzədir.
Heyflər ki,bu dünyada,
Hicran,vüsal göz-gözədir.
NƏ GÖZƏLMİŞ
Zil qara kipriklərin,
Davası nə gözəlmiş.
Sevginin yaz ətirli,
Havası nə gözəlmiş.
Həsrətdən alışmağın,
Küsməyin,barışmağın,
Vüsala qovuşmağın,
Səfası nə gözəlmiş.
Dərdindən öldüyümün,
Əhdinə güldüyümün,
Vəfasız bildiyimin,
Vəfası nə gözəlmiş.
Qoy bu yolda közərim,
Yanmaq ilkim,əzəlim,
Könül sevən gözəlin,
Cəfası nə gözəlmiş.
YADINA DÜŞƏCƏYƏM
Nə zamansa sıxacaq,
Səni görüş həvəsi.
Dinəcək qulağında,
Bir məhəbbət nəğməsi.
Yadına düşəcəyəm.
Həsrət alovlarında,
Qovrulub bişəcəksən.
Sən ləkəsiz eşqimin,
Oduna düşəcəksən.
Ömrün unudulmayan,
Sevinci,yası kimi.
Sevdiyin bir şairin,
Məşhur misrası kimi.
Qayıtmasan durna tək,
Ömrümün baharına.
Girəcəyəm hər axşam,
Sənin yuxularına.
O şirin görüşləri,
Çıxarsan da başından.
Silə bilməyəcəksən,
Məni öz yaddaşından.
SALAM
“Salam” sözü pis deyil,
Hörmət üçün gərəkdir.
Bu kəlmənin mənası,
Salamat ol, deməkdir.
Salam verir həyatda,
İnsanlar bir-birinə.
Ancaq yaxşı olar ki,
O da düşə yerinə.
Adam var ki, salamı,
Saqqız kimi çeynəyir.
Adam var ki, bu sözü,
Çıxarınca dilindən,
Lap ürəyi göynəyir.
Adam da var elə ki,
Yüksək vəzifə tutur.
Sonra dartır özünü,
Salamı da unudur.
Xüsusi məqsəd üçün,
Salam verənlər də var.
Gülünc edir onları,
Elə ucuz salamlar.
Salam eləsi üçün,
Yaltaqlıq vəsiqəsi.
O gördümü salamla,
İş aşıran bir kəsi?
Dərhal keçəcək onun,
Soluna,sağına da.
Salam verəcək onun,
Hətta uşağına da.
Adam da var, nə olsun,
Görünür on gündə bir.
Sadəliyi,salamı,
Uzaqdan da xoş gəlir.
Arif olan bilir ki,
Salam, salam üçündür.
Salam hər kəs üçün yox,
Salam adam üçündür.
XƏRÇƏNG
Xərçəng ciddi,qorxulu,
Bir xəstəlik olsa da.
Təbabətin önündə,
Aciz görünür o da.
İnsanlar, qulaq asın,
Söhbət açım sizə mən.
Xərçəng adlı başqa bir,
Dəhşətli xəstəlikdən.
Onun hər rişəsinin,
Öz adı,öz rolu var.
Görün kimə,kimlərə,
Bağlı olan qolu var.
Bir qolu –yaltaqların,
Hörmətinə bağlıdır.
Bir qolu-alçaqların,
Qeyrətinə bağlıdır.
Bir qolu-dilbir kimi,
Vəzifə “dəllalını”.
Tam razı salanların,
Niyyətinə bağlıdır.
Bir qolu əlbir kimi,
Xalq və dövlət malını.
Çapıb talayanların,
Xislətinə bağlıdır.
Bir qolu rüşvət alan,
Haqq evinə od salan,
Bəzi bəd hakimlərin,
Vicdanına bağlıdır.
Deyən uzanır şeir,
Söyləməyək birbəbir.
Daha kimin,kimlərin,
Ünvanına bağlıdır.
Demirəm cərrah olaq,
Bir istəyim var ancaq.
Xərçəngi sağaltmağa,
Vicdanlar cərrah olsun.
Rüşvət ilə saxlanan,
Hörmətə son qoyulsun.
Neçə yerə,ünvana,
Neçə ada bağlanan,
Rüşvətə son qoyulsun.
ANAMA
Hər mizrab başqa cür toxunur simə,
Hər gözə xoş dəyən gül yaxşı olmaz.
Gözüm heyran deyil hər təbəssümə,
Hər baxış anamın baxışı olmaz.
Hanı min sədalı,min ahəngli tar,
Hər incə səsində dünya duyulsun.
Mən ki tanımıram elə bəstəkar,
Ana laylası tək əsəri olsun.
Mənə sevincini o qıydı təkcə,
Bəs niyə o sevinc dönüb oldu qəm?
O məni hamıdan çox istədikcə,
Mən onu hamıdan çox incitmişəm.
Mən yaşa dolduqca günləri sayıb,
Nə bezib, nə də ki cana gəlibdir.
Elə bil anamı ana doğmayıb,
Elə bil dünyaya ana gəlibdir.
Hazırda Tural Adışirin Lənkəran Dövlət Universitetinin magistraturasında təhsil alır. İnanırıq ki, o, magistratura təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra elm yollarında daha uğurlu addımlar ataraq respublika elmi və bədii fikrinə öz töhfələrini verəcək, alim-ziyalı kimi yetişəcəkdir. Bu yolda ona möhkəm cansağlığı və uğurlar diləyirik.
AYGÜN RASİM qızı ALXASOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində öz işinə məsuliyyəti ilə seçilən, Azərbaycan dili və ədəbiyyatını ürəkdən sevən, şagirdlərinin mənəvi və əxlaqi tərbiyəsi üçün əlindən gələni əsirgəməyən cəfakeş müəllimlərdən biri Aygün Rasim qızı Alxasovadır. Aygün Alxasova 1986-cı ildə Oxud kəndində anadan olmuş, 1993-cü ildə Nurpaşa Hümmətov adına Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olub, 2003-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kursuna qəbul olunan Aygün Alxasova 2007-ci ildə həmin filialı Azərbaycan dili və ədəbiyyat müəllimi bakalavr peşə dərəcəsi üzrə bitirmişdir. 2007-ci ildə Oxud kənd tam orta məktəbinə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunan Aygün Axasova bu günədək həmin məktəbdə müəllim işləyir. Oxud kənd tam orta məktəbində müəllimlik yoluna ilk qədəmlərini atan gündən Aygün Alxasova mənəviyyat cəbhəsinin əsgəri kimi hər bir bədii nümunənin arxasında, müəllif qələmində tərbiyə anlayışının durduğunu daim hiss edərək şagirdlərinə yüksək vətənpərvərlik ruhu aşılayır. Aygün xanımla söhbət zamanı onu yurduna, Vətəninə sevgili bir ziyalı kimi dərk etdim. Müəllimin qənaətinə görə, dini etiqadından, irqi mənsubiyyətindən asılı olmayaraq hər bir yazıçının tərbiyə məqsədləri eynidir. Burada heç bir fərqlilik ola bilməz. Təbiəti sevmək, insana olan sevgi və məhəbbət hissləri, bəşəri ideyalar, humanizm, insanpərvərlik, müharibəyə nifrət hissləri bütün yazıçılarda fərdi əksetdirmə ilə eynilik təşkil edir. Bilirsiniz ki, kəndimiz ilin bütün fəsillərində gözəldir. Bu gözəllikləri isə Vətənimiz Azərbaycanın dilbər bir güşəsi nümunəsində şagirdlərə tanıtmaq və sevdirmək biz müəllimlərin müqəddəs borcudur. Müəllim bu günümüz, sabahımız üçün qurucular tərbiyə edir. Cəmiyyətimizin, kəndimizin sabahı bizim müəllim əməyimizin bəhrəsi olan gənc nəslin təlim-tərbiyəsindən çox asılıdır. Bizim memar əllərimizdən çıxan binanın bünövrəsi möhkəm qoyularsa, bu bina davamlı olacaqdır. Müəllimin inşa etdiyi bina isə onun yetirmələridir”.
Müəllimin aydın nitqi, pafosu məndə Aygün Alxasovanın öz işinə tam məsuliyyətlə yanaşması, tədris etdiyi fənni incəliklərinə qədər bilməsi qənaəti yaratdı. Hiss etdim ki, söhbətləşdiyim pedaqoq hər bir müəllimin malik olacağı didaktik, akademik, kommunikativ, konstruktiv və təşkilatçılıq qabiliyyətlərə sahibdir.
RÜXSARƏ QƏNİ qızı ABDULLAYEVA[HTML redaktə]
Oxud kənd orta məktəbində 58 illik ömrünün 29 illini kiçik uşaqların təlim-tərbiyəsinə həsr etmiş şərəfli peşə sahiblərindən biri də Rüxsarə Qəni qızı Abdullayevadır. Rüxsarə müəllimə 1960-cı ildə Şəki rayonunun Oxud kəndində nüfuzlu ədəbi şəxsiyyət olan Qəni Abdullayevin ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini 1967-1977-ci illərdə Oxud kənd orta məktəbində alan Rüxsarə Abdullayeva müəllim olmaq, gənc nəslin mənəvi sağlamlığı keşiyində dayanmaq arzusu ilə 1977-ci ildə Şəki Pedaqoji Texnikumuna daxil olaraq 1980-ci ildə oranı “İbtidai sinif müəllimi” diplomu ilə başa vurmuşdur. 1980-ci ildə pedaqoji fəaliyyətinə Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi başlayan Rüxsarə xanım bu gün də həmin məktəbdə balaca uşaqların qəlbinə nur çiləməklə məşğuldur.
Məlumdur ki, məktəb təliminin başlanğıcı ibtidai siniflərdə qoyulur. V.A. Suxomlinskinin təbirincə desək: “İbtidai məktəb hər şeydən öncə, bir müəllimin yaradıcı əməyi deməkdir”. Məktəb rəhbərliyindən aldığım məlumata görə, Rüxsarə müəllimin pedaqoji fəaliyyəti həmişə yenilik, yaradıcı fəaliyyətlə müşayiət olunub. Onun hərarətli, isti nəvazişli müəllim əlləri onlarla uşağın saçında gəzmişdir. Bu günkü müasir təhsil ibtidai sinif müəllimindən yüksək peşəkarlıq tələb edir.
Rüsxarə müəllimə ilə məktəbdə görüşdüm. İbtidai təhsilin məktəbdə təşkili məsələləri, müəllimin şəxsi iş təcrübəsi ilə tanış olmaq istəyimi ona bildirdim. Müəllimin iş təcrübəsi ilə tanış oluram. Onun aydın və anlaşıqlı nitqi təsdiqləyir ki, dərsləri yeni təlimin tələbləri səviyyəsində qurulur. Şagirdlərin yazı işləri ilə tanışlıq da məndə müəllimin dərsinin keyfiyyətinə dair xoş təəssürat yaradır. Şagirdlərin gözəl xətti və sürətli oxu vərdişləri onların üzərindəki yorulmaz müəllim əməyinin izləri olduğunu sübut edir. Rüxsarə Abdullayeva təlimdə əldə etdiyi müvəffəqiyyətin sirrini daha çox demokratik əsaslara söykənən səmimi müəllim-şagird, müəllim-valideyn münasibətlərində görür. Şagirdlərlə etik davranş normalarına ciddi əməl edən təcrübəli müəllimin dediklərindən: “Uşaqlar kiçik yaşlarında daha nadinc və dəcəl olurlar. İbtidai sinif müəllimlərini digər siniflərdə dərs deyən müəllimlərdən fərqləndirən ən mühüm xüsusiyyət onların səbrli və təmkinli olmalarıdır. Mən şəxsən şagirdə cismani cəza verilməsinin əleyhinəyəm. Bu cür “tərbiyə” uşaqlarda müəllimə qarşı nifrət hissi formalaşdırır və onları qorxaq məxluqa çevirir. Bu fikirləri söyləyərkən XX əsrdə Şəkidə yazıb-yaratmış Tofik Qaffarovun “Müəllim və şillə” şeirini xatırlayıram. Cismani cəzaya qarşı çıxan şair yazır:
Şillə acizliyin, sənin kütlüyün,
Get, başqa sənəti sən öyrən daha.
Qorxaq olacaqsa bilik verdiyin,
De, hansı ümidlə baxaq sabaha?”.
Rüxsarə Abdullayevanın yetişdirdiyi uşaqlar yuxarı siniflərdə də yaxşı oxuyur, arzu yollarında, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. Son qənaətim belədir: Biz Rüxsarə Abdullayeva kimi müəllimlərimizlə fəxr edir, xoşbəxt, işıqlı gələcəyin qurulması yollarında onlara güvənir və yorulmaz fəaliyyətlərini alqışlayırıq.
ÜLVİYYƏ ƏDALƏT qızı İLYASOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində fidan balaların ömrünə nur çiləyən müəllimlərdən biri Ülviyyə Ədalət qızı İlyasovadır. Ülviyyə İlyasova 1976-cı ildə Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Ağdaş rayonunun Aşağı Nemətabad kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1991-ci ildə həmin məktəbin IX sinfini əla qiymətlərlə başa vurmuşdur. 1991-1993-cü illərdə Ağdaş rayonunun Şıxlı kənd orta məktəbində X-XI siniflər üzrə orta təhsil almışdır. 1993-cü ildə Ağdaş Pedaqoji Texnikumuna daxil olub, 1995-ci ildə bu orta ixtisas məktəbini “Tərbiyəçi, uşaq-gənclər təşkilatının rəhbəri” ixtisası üzrə bitirmişdir. Ülviyyə xanım 1995-ci ilin avqust ayında Oxud kəndinin nüfuzlu ictimai-siyasi şəxsiyyətlərindən olan Səbuhi İlyasovla ailə həyatı quraraq Oxud kəndində müqəddəs ana ömrü yaşamağa başlamış, həmin ildə Oxud kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır.
Dərslərini həmişə müasir tədrisin tələbləri səviyyəsində qurmağa çalışan Ülviyyə İlyasovanın məqsədi hərtərəfli inkişaf etmiş gəncliyin yetişdirilməsidir. “Müasir dərsi necə görmək istəyirsiniz” sualımı təcrübəli müəllim aşağıdakı kimi cavablandırdı:“Müasir təhsil islahatları müasir dərsin və müəllimin qarşısına qaçılmaz vəzifələr qoyub. Müəllimin qarşısında duran ən mühüm vəzifə hansı formada olur olsun müstəqil dövlətimizə, vətənimizə, cəmiyyətə sağlam münasibət bildirən gənclik yetişdirməkdir. Kollektivimizin məqsədi bu istiqamətə yönəldilib. Bu baxımdan təlim-tərbiyə prosesinin əsas təşkilat forması olan dərsin qurulması tələbləri daim müəllimin diqqət mərkəzində olmalıdır. Qabaqcıl müəllimlər həmişə dərsin imkanlarından istifadə edərək şagirdlərə hərtərəfli bilik verməyə çalışıblar. Biz də bu gün öz müəllimlərimizin və müasir pedaqogikanın bizim üçün müəyyənləşdirdiyi yolla gedirik. Məlumdur ki, lazımi hədəflərə çatmaq üçün məktəbin maddi-texniki baza imkanları da nəzərə alınmalıdır. Tədrisdə İKT imkanlarından, kompyuter sitemindən istifadə etmək müasir dövrün əsas tələblərindəndir. Ancaq qeyd etməyi lazım bilirəm ki, məktəbimizin baza imkanlarının zəif olması qarşımıza bir sıra məsələlərin həllində sədd çəkir. Belə ki, məktəbimizin əsaslı təmirə böyük ethiyacı vardır”. Ülviyyə İlyasovanın fikrində həqiqət vardır. 1967-ci ildə tikilən məktəb binasının bu gün yenidən müasir tələblər səviyyəsində təmirinə böyük ehtiyac vardır. Çünki müasir dərsin müasir sinif otağı olmalıdır.
Ülviyyə İlyasova şagirdlərinin gözəl nitq qabiliyyətlərinin inkişaf etdirilməsinə olduqca tələbkar pedaqoqdur. Məktəbin direktoru Ülfət Abdullayevin qeydlərinə görə, onun dərs dediyi şagirdlər gözəl diksiyalarına, fikrin bədii ifadə tərzinə görə həmişə fərqlənirlər. Ülviyyə xanımın oğul övladı kiçik Şadmanın gözəl nitqi, bədii diksiyası bu fikrin təsdiqi üçün əyani nümunədir. Bu baxımdan Ülviyyə müəllim öz yetirmələri ilə fəxr edə bilər. Onlar istər təhsil illərində, istərsə də həyatın hər hansı bir sahəsində öz müəllimlərinin başını həmişə uca etməyə qabildirlər. Çünki onların mənəviyyat binalarının özülü gözəl təhsil və tərbiyə üzərində qurulub.
KÖNÜL QÜDRƏT qızı MUSAYEVA[HTML redaktə]
Vicdan hər bir insan üçün zəruri anlayışdır. Bir peşənin ağırlığını və dəyərini bilərək onu seçmək lazımdır. Çünki vicdan insanın daxili aləmindəki ən böyük hissdir, duyğudur. Mənə görə, müəllim hər dərsin sonunda özündən soruşmalıdır: “Bu gün uşaqlara nə öyrətdim? Öyrətdiyim qaneedicidirmi?”. Müəllim sinfə daxil olanda ilk andan sona qədər öyrətməlidir. Vicdanının rahat olması üçün isə seçdiyi peşəyə verdiyi dəyərdən ötrü yuxarıda qoyulmuş sualın cavabının müsbət olmasına çalışmalıdır. Qeyd etdiyim meyarlar bütün müəllimlər üçün, daha çox ibtidai sinif müəllimləri üçün qanun olmalıdır. Oxud kənd orta məktəbində fidan balaların təlim-tərbiyəsi keşiyində duran təcrübəli ibtidai sinif müəllimlərindən biri Könül Qüdrət qızı Musayevadır. Könül Musayeva 1986-cı ilin mart ayının 11-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. Könül xanım 1992-ci ilin sentyabr ayının 1-də Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 2001-ci ildə həmin məktəbin IX sinfini bitirmişdir. Həmin ildə Şəki Pedaqoji Məktəbinə daxil olmuş, bu orta ixtisas təhsili müəssisəsinin “İbtidai sinif müəllimi” ixtisası üzrə bitirmişdir. 2005-ci ildə subbakalavr təhsilini başa vurduqdan sonra Baş Layısqı kənd orta məktəbində pedaqoji fəaliyyət göstərməyə başlayan Könül xanım olduqca sakit, təmkinli bir pedaqoqdur. Könül müəllim öz şəxsi keyfiyyətlərini aşağıdakı kimi xarakterizə etdi: “Mən çox sakit və səbrli bir adamam. Bəzən elə olur ki, şagirdlərdən bəziləri tapşırıqları öyrənə bilmir və ya öyrənmək istəmir. Belə vəziyyətlərdə öncə dediyim sakit təbiətim köməyimə gəlir. Buna görə də mənim üçün ibtidai sinif şagirdləri ilə işləmək digər şagirdlərə nisbətən asandır. Onlara tək yazmağı, oxumağı, davranış qaydalarını mənimsətməklə kifayətlənmirəm. Onların qayğısına qalmaq, həyata hazırlamaq, yeri gəldikdə onlarla uşaq olmağı bacarmaq lazım gəlir. Məncə, bu işin elə ən çətin tərəfi budur”. Biz Könül müəllimə möhkəm cansağlığı və tədris uğuru ilə məktəbdən ayrılırıq.
AYBƏNİZ GÜLÜ qızı CƏBRAYILOVA[HTML redaktə]
Müəllimi müəllim edən nədir? Bu sual pedaqoqları çox düşündürmüşdür. Mənim fikrimcə, müəllimi müəllim edən onun bənzərsiz şəxsiyyəti, azadlığı və cəsarətidir. Uşaqlar heç vaxt hamının qorxduğu adamlara qulaq asmırlar. Müəllim uşaqlar üçün nümunə olmalıdır, onlar mütləq ona bənzəmək istəyəcəklər. Yalnız azad və cəsarətli müəllim gələcəyi yaradacaq azad və cəsarətli şəxsiyyət yetişdirə bilər. Əsl müəllim, ilk növbədə, yaxşı insan, ziyalı, prinsipial olmalıdır. Oxud kənd tam orta məktəbinin fənnini sevən, şagirdlərinə məhəbbətli müəllimlərindən biri Aybəniz Gülü qızı Cəbrayılovadır. Aybəniz Cəbrayılova 1985-ci ilin oktyabr ayının 3-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1991-2002-ci illərdə Oxud kənd orta məktəbində orta təhsil almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin ”Kimya” fakültəsinə daxil olmuş, 2006-cı ildə ali təhsilini uğurla başa vurmuşdur. 2006-cı ildə ali təhsilini uğurla başa vuran Aybəniz xanım Oxud kənd orta məktəbində kimya müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, bu gün də həmin məktəbdə kimya müəllimi kimi fəaliyyətini uğurla davam etdirir. Təbiət elmlərinə qəlbən bağlı olan müəllimdən: ” Nə üçün müəllilm olmaq istədiniz və ilk dərsinizi necə xatırlayırsınız” sualımı cavablandırmasını xahiş etdim. O, xoş təbəssümlə cavab verdi: ”Hər bir şagird məktəbi qurtararkən peşə seçimi qarşısında dayanır. Mənim taleyimdə də bu baş verib. Müəllim olmaq arzusu məndə, digər bir çox həmkarlarım kimi, uşaqlıqda, ibtidai məktəbdə oxuyanda yaranıb. Məktəb həyatı ilə bağlı ilk təəssüratlarım məni heyran etmişdi. Öz müəllimlərim kimi olmaq istəyirdim. Ancaq ildən-ilə hər şey dəyişirdi. Respublikanın ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetində təhsil almaq arzusunda idim. Respublikamızın təhsil sisteminə 90-cı illərin əvvəllərindən tətbiq olunan test üsulu ilə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək bu nüfuzlu ali məktəbin ”Kimya” fakültəsinə qəbul olundum. Praktika və dərhal ondan sonrakı dövrdə ilk dərslərimi yaxşı xatırlayıram. Çətin, ancaq çox maraqlı idi. Müəllimlərin uşaqlarla necə işləmələri məni ruhlandırırdı. Mən bütün bilik və bacarıqlarımı dərhal uşaqlarla bölüşmək istəyirdim”.
Oxud kənd orta məktəbinin direktoru Ülfət Abdullayevin Aybəniz müəllim haqqında təəssüratlarından: ”Müəllimə xas olan bütün mənəvi keyfiyyətlər Aybəniz müəllimədə var. O, bütün varlığı ilə tədris etdiyi ”Kimya” fənninə, dərs dediyi şagirdlərinə bağlı bir müəllimdir. Onun məktəb kollektivi və valideynlər arasında müəllim nüfuzu böyükdür. Kimya elminin sirrlərini Bakı Dövlət Universitetində təhsil alarkən mükəmməl mənimsəyib. O, öz biliyini şagirdlərə həvəslə aşılayan təhsil fədaisidir. Çox şahidi olmuşam ki, şagirdlər dəhlizdə Aybəniz xanımı görərkən ona hörmətlə yanaşırlar. Bu hörməti Aybəniz xanım özü qazanıb. Onun haqqında hansı xoş sözlər deyilsə və yazılsa gərəklidir”.
Aybəniz Cəbrayılovanı qabaqcıl müəllim kimi səciyyələndirməyə əsas verən amil onun təhsil sahəsində hər hansı bir yeniliyi öyrənməyə cəhd etməsi və dərslərinə tətbiq etməsidir.
Söhbətimizin sonunda Aybəniz xanımdan daha nə demək istədiyini soruşdum. Təbiətən təvazökar olan Dinarə müəllim daha özündən danışmadı. Məktəbdə ona göstərilən qayğıya, hörmətə görə məktəb direktoru Ülfət Abdullayevə minnətdarlığını bildirib, müəllim yoldaşlarının ünvanına xoş sözlər dedi.
Biz də ona - adını yaxşı bir müəllim kimi məktəbin tarixinə yazan, neçə-neçə şagirdinin, yetirməsinin qəlbində özünə məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana, gözəl müəllimə uzun ömür, cansağlığı arzu edirik.
DƏYANƏT MƏMMƏDƏLİ qızı MƏMMƏDOVA[HTML redaktə]
Məşhur kəlamlardan birində söyləndiyi kimi “Bəşəriyyət müasir intelektual səviyyəsinə görə öncə müəllimlərə borcludur. Müəllimlər insan zəkasını nurlandıran sonsuz işıq mənbəyidirlər”. Oxud kənd orta məktəbinin belə nur mənbələrindən biri Dəyanət Məmmədəli qızı Məmmədovadır. Hələ uşaq ikən ibtidai sinif müəllimi olmaq Dəyanət xanımın ən böyük arzusu olmuşdur. 1953-cü ilin noyabr ayının 16-da Şəki rayonunun Oxud kəndində dünyaya göz açan Dəyanət Məmmədova 1960-1970-ci illərdə orta təhsilini tamamladıqdan sonra 1970-ci ildə Şəki Pedaqoji Texnikumunda “İbtidai sinif müəllimliyi” ixtisasına daxil olmuş, 1972-ci ildə təhsilini başa vurmuşdur. 1982-ci ildə Oxud kənd orta məktəbinə ibtidai sinif müəllimi təyin olunan Dəyanət xanım qısa müddətdə özünü qabaqcıl, nəzəri cəhətdən hazırlıqlı və yenilikçi müəllim kimi tanıtmışdır. Zəngin pedaqoji ənənələrə malik məktəbdə Dəyanət Məmmədovanın şagirdlərlə apardığı işlər, keçirdiyi məqsədyönlü tədbirlər məktəb rəhbərliyi tərəfindən bəyənilərək təqdir olunur. Bu bəyənilmə və təqdir təcrübəli müəllimi nailiyyətdən-nailiyyətə səsləyir. Dəyanət Məmmədovanın daim axtarışda olması, müasit təhsilin tələbi üzrə yeni təlim üsullarından və metodlarından dərslərində fəal istifadə etməsi və dərs dediyi ibtidai sinifdə yüksək mənimsəməyə nail olması onu öz peşəsinə qəlbən bağlı olan bir müəllim kimi səciyyələndirməyə imkan verir. Təxminən 36 il müddətində Oxud kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyət göstərən bu işgüzar, qayğıkeş və tələbkar müəllimin bilik və bacarığını təkcə şagirdləri yox, çalışdığı pedaqoji kollektiv də hiss edir.
Biz də qocaman müəllim və nurlu ana-nənə ömrü yaşayan Dəyanət xanım Məmmədovaya uzun ömür, cansağlığı arzulayır, ona yeni-yeni tədris nailiyyətləri arzulayırıq.
KAMİLƏ BAXŞƏLİ qızı ABDURAHMANOVA[HTML redaktə]
İnsanların qədim zamanlardan xarici dilləri öyrənməyə can atması sübuta ehtiyacı olmayan bir həqiqətdir. Xüsusilə, son dövrlərdə bu məsələ daha çox aktualdır. Qloballaşan dünyada sərhədlərin açıldığı, hər bir sahədə əməkdaşlıq əlaqələrinin qurulmasına geniş imkanların yarandığı müasir dövrdə bu artıq bir zərurətə çevrilib. Respublikamız müstəqillik qazandıqdan sonra xarici ölkələrlə birbaşa münasibətlərimiz, əlaqələrimiz yaranıb. Bunun nəticəsində həmin ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq, qabaqcıl iş təcrübələrini öyrənərək tədris prosesində tətbiq etmək imkanı qazanmışıq.
Oxud kənd tam orta məktəbində ingilis dilinin tədrisi ilə məşğul olan gənc müəllimlərdən biri Kamilə Baxşəli qızı Abdurahmanovadır.. Kamilə Abdurəhmanova 1983-cü ilin sentyabr ayının 30-da Oxud kəndində anadan olmuşdur. 1999-cı ildə Oxud kənd orta məktəbində IX sinfi bitirmişdir. Dillərin öyrənilməsinə və təbliğinə böyük maraq göstərən Kamilə Abdurahmanova 2003-cü Gəncə Humanitar Kollecinin ”İngilis dili” fakültəsinə daxil olmuş, 2007-ci ildə kolleci uğurla başa vurmuşdur. İngilis dilində sərbəst danışmaq və yüksək ünsiyyət qurmaq bacarığına malik olduğuna görə, Kamilə Abdurahmanova 2007 – ci ildən Oxud kənd tam orta məktəbində İngilis dili müəllimi kimi pedaqoji fəaliiyətə başlamışdır. İngilis dilinin dünya dili kimi zənginliklərindən və tədrisi xüsusiyyətlərindən bəhs edərək Kamilə Abdurahmanova deyir: ” Dilə mükəmməl yiyələnmək üçün şagirdlərə həm şifahi, həm də yazılı nitq vərdişləri aşılanmalıdır. Lakin ünsiyyət daha çox şifahi nitq vasitəsilə olduğundan şagirdlərdə bu vərdişlər daha dərindən aşılanmalıdır. Bu sahədə ən böyük ağırlıq müəllimin üzərinə düşür . Xarici dili tədris edən müəllim öz üzərində daim işləməli, müntəzəm olaraq müvafiq təlim kurslarından keçməklə mövcud yeniliklərdən xəbərdar olmalı, onlardan tədris prosesində istifadə etməlidir. Bu zaman dilin öyrənilməsinə daha çox təkan verən fəal-interaktiv təlim metodlarını tədris prosesində uğurla tətbiq etmək lazım gəlir. Hər bir fəaliyyətin reallaşdırılması, o cümlədən xarici dilin öyrənilməsi üçün müəyyən bir motiv olmalıdır: səyahət, karyera, iş yerində xarici ölkə vətəndaşı ilə ünsiyyətdə olmaq məcburiyyəti və s. Tədris prosesində isə xarici dilin dərindən mənimsədilməsi, şagirdin xarici dilə digər fənlərdən daha çox maraq göstərməsi müəllimin pedaqoji ustalığından asılıdır. O, dili tədris edərkən elə priyomlardan istifadə etməlidir ki, şagird daxilən bu dili öyrənməyə ehtiyac duysun, özü haqqında məlumat vermək, digərlərindən informasiya almaq, yoldaşları ilə dialoqa girmək üçün bu dildə danışmağa məcbur olsun.
Müəllim müəyyən bir mövzunu keçərkən şagirdlərinə istiqamət verib, bir növ, kənara çəkilməlidir. Verilən bilik şagirdlərin özlərinin dialoqu, müzakirələri zamanı mənimsənilməlidir. Belə olduqda şagirdlər həm də gözəl nitq qabiliyyətinə yiyələnirlər. Bu prosesdə müəllim xarici dildə fikrini səhv ifadə edən şagirdə irad tutmamalıdır. Əks halda, həmin şagirddə özünə inamsızlıq yaranar və o, növbəti diskussiyada aktiv iştirak etməkdən çəkinər. Sadəcə, digər şagirdlərin müdaxiləsindən sonra o, səhvini özü başa düşər.
Yaddan çıxarmaq olmaz ki, şagird xarici dili evə verilən tapşırıqları yerinə yetirməklə deyil, yalnız canlı ünsiyyətdə öyrənir. Dil uzun müddətdə öyrənilən bir prosesdir. Xarici dilin öyrədilməsində əsas məqsəd ünsiyyətdir. Qrammatika isə dilin öyrənilməsində vasitələrdən biridir. Təəssüf ki, biz uzun müddət əsas məqsədi bir kənara qoyub vasitəni - qrammatikanı öyrətmişik. Lakin qrammatikanı öyrənməyin lüzumsuz olması ilə bağlı son illərdə yaranmış fikirlər də səhv mühakimədir. Qrammatika dilin özü ilə birlikdə kommunikativ aspektdə öyrədilməlidir.
Yeni tətbiq olunan kurikulumlarda xarici dillərin tədrisində bütün bunların vəhdət halında götürülməsi bir tələb, standart kimi qoyulub. Hər bir islahatın həyata keçməsi üçün vaxt lazımdır. Mən öz təcrübəmdən deyə bilərəm ki, xarici dil bütün faktorlar nəzərə alınmaqla kompleks şəkildə tədris olunarsa, şagirdlər on birinci sinfi qurtaranda bu dildə səlis danışa bilərlər.
Təhsilin məzmununa gəlincə, müəllim başa düşməlidir ki, xarici dilin öyrədilməsində dərslik bir vasitədir, kitab yeganə bilik mənbəyi deyil, onlardan biridir. Çox təəssüf ki, bu gün müəllimlərdən çoxu kitabdan asılı vəziyyətdədir. Onlar elə başa düşürlər ki, dərslikdə nə varsa, onu da keçməlidirlər. Əslində isə dərslik üzərində işləməklə sinfin səviyyəsinə, uşaqların qabiliyyətinə, mövzuya uyğun dəyişikliklər edilməlidir.
Mənim fikrimcə, sinfin şagirdlərin səviyyəsinə görə bir neçə qrupa bölünməsi xarici dilin tədrisində ən mühüm amildir. Şagirdlərin səviyyəsinə görə bölünmüş qruplarda xarici dil fərqli proqramlara əsasən tədris edilərsə, hər bir şagird dili öz qabiliyyətinə uyğun mənimsəyər. Belə olduqda, sözsüz ki, daha yüksək nəticələr əldə edilər”.
Kamilə müəllim cəmiyyətdə gedən prosesləri izləyən və daim yenilik həvəsi ilə fəaliyyət göstərən bir gəncdir. Gənc olmasına baxmayaraq müəllimlik peşəsinə bağlı və sevgili bir ziyalıdır. Əsl müəllim odur ki, yetirmələrində Vətəni, torpağı, əcnəbi dillərə və xalqlara hörmət və sevgini formalaşdırmağı bacarsın. Kamilə müəllim buna nail ola bilmişdir.
XƏDİCƏ QƏNİ qızı ABDULLAYEVA[HTML redaktə]
Oxud kənd orta məktəbinin təcrübəli müəllimləri sırasında Xədicə Qəni qızı Abdullayevanın da adı hörmətlə çəkilir. Xədicə xanım Abdullayeva Oxud kəndində 1956-cı ilin dekabr ayının 16-da nüfuzlu ədəbi şəxsiyyət Qəni müəllimin ailəsində dünyaya göz açmışdır. 1964-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Xədicə Abdullayeva 1974-cü ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. 1975-ci ildə Şəki Pedaqoji Məktəbinin ”İbtidai sinif müəllimliyi” şöbəsinə daxil olub, 1978-ci ildə texnikumu subbakalavr peşə dərəcəsi üzrə başa vurmuşdur. 1980-ci ildən Oxud kənd tam orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır.
Xədicə Qəni qızı Abdullayeva müəllimlik kimi çətin, şərəfli peşədə ilk kövrək addımlarını inamla atmağa başlamışdır. İbtidai sinif müəllimi kimi çətin bir fəaliyyət sahəsinin ağır və məsuliyyətli sınağından təhsil aldığı orta ixtisas məktəbin son kursunda oxuyarkən Şəki məktəblərində təcrübə dərsləri keçdiyi zaman uğurla çıxmışdı Xədicə xanım. Sevimli müəllimlərinin nəvazişli münasibətləri gənc müəllimi gələcək müəllimlik fəaliyyətindəki uğurlara hazırlamışdı. Romantik müəllimlik arzusu ilə yaşayan gənc müəllim həyəcanlı birinci dərsin anlarını səbrsizliklə gözləmişdi. Artıq həyəcanlı dəqiqələr arxada qalmış, Xədicə Abdullayeva Oxud kənd tam orta məktəbinin zəngin təcrübəyə malik veteran müəlliminə çevrilmişdir.
Xədicə müəllimə yeni təlimin tələbləri səviyyəsində dərslərini quran müəllimdir. Yeni inteqrativ təlimə müəllimin yaradıcı fəaliyyəti kimi baxan müəllimdən bu sahəyə münasibət bildirməsini xahiş etdikdə dedi: ”İnteraktiv təlim metodlarından istifadə bütün fənn müəllimlərinin qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi müəllimin bu sahədə öz qarşısında duran problemlərin məsuliyyətini dərk etməsindən, elmi və metodik hazırlığından, bacarıq və qabiliyyətindən asılıdır. İnteraktiv təlimdən istifadə edən, yəni dərlərini yeni metodlarla keçən müəllim bu dərslərə çox ciddi hazırlaşmalıdır, dərsə hazırlığa daha çox vaxt sərf etməlidir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumi təhsil sistemində “Təhsildə keyfiyyət ili” elan etdiyi cari dərs ilində tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından müəllimlərin qarşısında mühüm vəzifələr qoymuşdur. Əsas diqqəti təlimin keyfiyyətinə yönəltməklə və keyfiyyət amilini başlıca meyar hesab etməklə müəllimlərin yaradıcı iş əzmi və təşəbbüskarlığını xeyli artırmaqdır. Ümumi orta təhsilin dövlət standartları təhsil prosesinin şagirdlərin meyil və maraqlarına görə qurulmasına geniş imkanlar yaratmış, müasir şəraitdə mükəmməl və keyfiyyətli təhsilə yiyələnməklə, fənlərin inteqrasiyasında, inteqrasiyalı təlimə keçiddə, çoxvariantlı işçi tədris planı və fənn proqramlarının hazırlanmasında əhəmiyyətli rol oynamışdır.
Dərs prosesində müəllimin rolu təkcə fənni tədris etməklə bitmir, o həm də öz fənninə uyğun tərbiyə prosesini həyata keçirir”. Bu gün şərəfli, ibrətamiz bir ömür yaşayır Xədicə müəllim. Onun müəllim ömrünün hər anı, hər saniyəsi, hər saatı mənalıdır. Çünki gövrək fidanlar olan kiçikyaşlı məktəblilər onun ziya nuruna qərq olaraq gələcək ömür yollarını işıqlandırmaq üçün ondan nur alırlar. Bizim də ən böyük arzumuz budur ki, Xədicə müəllimin ömür evinin şölələri cəmiyyətin gələcəyini quran körpə qəlblərini həmişə nura qərq etsin.
NÜBAR ADİL qızı İLYASOVA[HTML redaktə]
Oxud kənd tam orta məktəbində gənc müəllimlər də az deyil. Onların sırasında müəllimlik keyfiyyətinə və xüsusiyyətlərinə görə seçilənlərdən biri Nübar Adil qızı İlyasovadır. Nübar müəllimlə məktəbdə dərs prosesində görüşdüm.
Nübar İlyasova gəncdir. Onunla ilk söhbətimə müəllim və müəllimlik peşəsinə münasibəti ilə bağlı başlayıram.O,:“Müəllimlik sənətini seçməyimdə valideynlərimin böyük rolu olub. Anam ali təhsilli müəllimə, atam isə mühəndisdir. Müəllimə olan münasibətimə gəldikdə isə bilirsiniz ki, müəllim müqəddəs addır. Mənə elə gəlir ki, müəllim məzmununa görə digər insanlardan fərqlənməlidir. Çünki o, ağır tərbiyə yükünün daşıyıcısıdır. Həmişə evdə anamdan və böyüklərdən eşitmişəm ki, sovet dövründə müəllimə böyük hörmət, inam olmuşdur. Müəllimlər əsl ziyalı olmuş, onlar təkcə dərs deməklə kifayətlənməmiş, şagirdlərə hər cür qayğı ilə yanaşmışlar. Əgər hər hansı bir şagird dərsə gəlmirdisə, müəllim həmin şagirdin evinə gedər, ona ev tapşırıqlarını başa salarmış. Orta məktəbdə mənə dərs deyən müəllimlərimdə də bu xüsusiyyətləri görmüşəm və bunun müqabilində müəllimlik peşəsinə rəğbət bəsləyib müəllim olmaq arzusu ilə yaşamışam”.
Nübar xanımdan məhz nə üçün fizika müəllimi olmaq istəyinin səbəbini soruşuram. O, təmkinlə dillənir: Məndə fizika, riyaziyyata maraq uşaqlıqdan çox güclü olub. Oxud kənd tam orta məktəbində dərs deyən fizika-riyaziyyat müəllimlərimiz sayseçmə müəllimlərdir. Anam da riaziyyatçıdır. Onların ciddiyyəti və səmimiyyəti fizikanı mənə sevdirib və mən də fizika müəllimi olmaq istəmişəm”.
Nübar Adil qızı İlyasova 1985-ci ilin may ayının 7-də Oxud kəndində ziyalı ailəsində anadan olub. 1991-cı ildə Oxud kənd orta məktəbin birinci sinfinə daxil olub 2002-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2002-ci ildə mövcud ali məktəbə qəbul qaydaları ilə imtahan verərək Bakı Dövlət Universitetinin “Fizika” fakültəsinə qəbul olunub. 2006-cı ildə ali təhsilini uğurla başa vuran Nübar İlyasova bitirmiş olduğu ali təhsil müəssisəsinin ona təqdim etdiyi müstəqil işə düzəlmə hüququ verilməsi barədə arayışla Şəki şəhər Təhsil Şöbəsinin rəhbərliyinə müəllimlik fəaliyyəti göstərmək arzusu ilə bağlı müraciət etmiş, Şəki Şəhər Təhsil Şöbəsi gənc müəllimin işlə təmin olunması barədə Oxud kənd məktəbinin rəhbərliyinə göstəriş vermişdir. Oxud kənd məktəbinin direktoru Rəsul Rəsulov gənc kadrın elmi potensialından istifadə etmək məqsədi ilə onu məktəbə fizika müəllimi təyin etmişdir. Nübar müəllim işləməyə başladığı ilk illərdən özünü həm iş yoldaşlarına, həm də şagirdlərinə qarşı qayğıkeş bir müəllim kimi göstərmiş, hər kəs onun əməllərindən bəhrələnmişdir. Dərs saatının az olmas da Nübar müəllimi ruhdan salmamış, fizikanın sirlərini şagirdlərinə sevə-sevə aşılamışdır.
Nübar İlyasova nəinki şagirdləri, həmçinin müəllim yoldaşları tərəfindən də sevilən, rəğbətlə qarşılanan insandır. Onun mülahizələrindən: “Mən müəllim yoldaşlarımdan şagirdlərə məhəbbət, sənətini sevmək, obyektiv, gözü-könlü tox, səxavətli, etiqadlı olmaq kimi məziyyətlər götürməyə çalışmışam. Müəllim yoldaşlarımın hər biri ilə işləməyi, xüsusilə məktəbimizdə neçə-neçə nəsillərə dərs demiş sevimli Nazim Hacıhəsənovla bir sırada işləməyi özümə şərəf sayıram”.
Haradasa oxumuşam ki, məqsədlərinə doğru gedən adamların həyatı öz ömürlərindən uzun və şərafətli görünür. Nübar Adil qızı İlyasovaya gənc, ancaq mənalı ömür yollarında möhkəm cansağlığı və uğurlar arzulayıram.
VÜSALƏ HÜMMƏT qızı SALMANOVA[HTML redaktə]
Bəzən həyatda insan sənət seçərkən valideynlərinin məsləhətinə, arzu və istəyinə uyğun hərəkət edir. Bu cür seçim çoxlarına uğur gətirir. Vüsalə Salmanova 1982-ci ilin yanvar ayının 19-da Oxud kəndində sadə kəndli ailəsində dünyaya göz açıb. O, müəllim olacağına qərar verəndə hamıdan çox atası Hümmət sevinib. Sən demə, o, ürəyində bu arzunu çoxdan gəzdirirmiş, Vüsalənin müəllim olmasını istəyirmiş. Beləcə Oxud tam orta məktəbində 1989-2002-ci illərdə orta təhsil alan Vüsalə Salmanova ona ibtidai sinifdə dərs deyən sevimli müəllimlərinin yolunun davamçısı oldu. 2002-ci ildə Şəki Pedaqoji Texnikumunun “İbtidai təhsil” şöbəsinə daxil olan Vüsalə Süleymanova 2005-ci ildə orta ixtisas təhsilini uğurla başa vurdu. Şəki şəhər Təhsil Şöbəsinin müdiri Məmmədnuru Yusifovun Oxud kənd məktəbinin direktoru Rəsul Rəsulovun adına ünvanladığı işlə təminolunma üzrə təqdimata əsasən Vüsalə Salmanova 2005-ci ildən ixtisası üzrə Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başladı. Vüsalə müəllimdən ibtidai sinif müəllimi olmağın şərəfi və məsuliyyəti ilə bağlı fikirlərini soruşuram. O deyir: “Belə bir deyim var: “Pis sənət yoxdur, pis sənətkar olur”. Peşələrin də pisi yoxdur, əgər işini sevirsənsə, ona hər cür gözəllik gətirə bilərsən. Mən öz peşəmi sevirəm, odur ki, hansı çətinlik olursa-olsun öhdəsindən gəlməyə iradəm, gücüm çatır. Çoxları elə düşünür ki, kiçik yaşlılarla işləmək çətindir. Məncə, yox! Doğrudur, hələ məktəbin nə olduğunu bilməyən, əlində qələm tutmağı bacarmayan uşaqları ram etmək o qədər də asan olmur, onları düşdükləri bu mühitə alışdırmaq üçün vaxt lazımdır. Bir az səbr etmək gərəkdir, sonra hər şey öz qaydasına düşür, onlar öyrənmək, sən də öyrətmək istəyirsən. Beləcə, hərflər, rəqəmlər yan-yana düzülür, dünənki şıltaq, ərköyün uşaqdan əsər-əlamət qalmır...”.
Vüsalə Salmanova artıq 13 ildir ki, Oxud kənd orta məktəbində sevimli peşəsi ilə məşğul olur. Ötən illər ərzində Vüsalə təcrübəsini zənginləşdirib, ölkədə aparılan təhsil islahatının uğurla həyata keçirilməsi üçün öz töhfəsini verməyə çalışıb. Son 6 ildə isə kurikuluma əsaslanan tədris prosesinin qarşıya qoyduğu yenilikləri mənimsəmək üçün Şəki şəhərində keçirilən təlim kurslarında iştirak edib. Daim öz üzərində çalışır, zamanın axarından geridə qalmır, öyrəndiklərini tədris prosesində tətbiq etməkdən çəkinmir. Yaxşı bilir ki, bu gün həyatın tələbləri başqadır, indi şagirdlərə həyati bacarıqlara əsaslanan təhsil vermək lazımdır. Şagirdlərin intellektinin inkişafı ön plana çəkilməli, intellekt, bacarıq və vərdişlərin formalaşmasını təmin edən təlim metodlarından istifadə olunmalıdır. Vüsalə müəllimin bu mühüm amilə üstünlük verməsi ona təlim prosesində yüksək göstəricilər əldə etməyə zəmin yaradıb. O, şagirdlərinə sərbəst düşünməyə, müstəqil fikir yürütməyə imkan yaradır, onların arzu və istəklərini nəzərə alır. 45 dəqiqənin quru, cansıxıcı keçməməsi üçün əlindən gələni edir. Dərsin gedişi zamanı istifadə etdiyi vasitələrlə şagirdlərin diqqətini cəlb edir, onların təlim prosesinə həvəsini, marağını artırır. Sözsüz ki, tədrisin maraqlı və məntiqli alınmasında onun kurikulum əsasında aparılması böyük rol oynayır. Vüsalə müəllim dərsləri qeyri-ənənəvi şəkildə qurmaqla sinifdə bütün şagirdləri eyni vaxtda problemin həllinə cəlb edir, hər kəsin fikri öyrənilir, cavabı qiymətləndirilir.
Vüsalə müəllim də hamı kimi böyük arzularla yaşayır. Ən əsası çalışdığı doğma Oxud kənd orta məktəbi yenidən əsaslı təmir edilsin. Müəllimlərin potensial imkanlarını ortaya qoymaq üçün şərait daha da yaxşılaşdırılsın. Çünki bu tədris ocağı respublikanın ictimai-siyasi, mədəni həyatına əvəzsiz kadrlar bəxş edib. Həmçinin milli təhsilimizin çoxsaylı təəssübkeşləri sırasında özünə layiqli yer tutmaq, sayılıb-seçilən müəllimlərdən biri olmaq, yetişdirdiyi şagirdlərin uğurlarına sevinmək, ən başlıcası, müəllim adının şərəfini, nüfuzunu qorumaq, millətinin və şagirdinin sevgisini qazanmaq Vüsalə xanımın ülvi arzularındandır. Onun ilk uğurları isə istəklərinə çatacağına əminlik yaradır və biz bu yolda gənc müəllimə möhkəm cansağlığı, müvəffəqiyyətlər arzu edirik.
TƏRANƏ ALLAHYAR qızı MƏMMƏDOVA[HTML redaktə]
Hər bir xalq təkcə ərazisinin böyüklüyü, təbii sərvətləri, iqtisadi inkişafı ilə deyil, milli mənəvi dəyəri sayılan dili, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti ilə də tanınır. Ünsiyyət vasitəsi olan dil xalqın tarixini, milli adət-ənənələrini yaşatmaqla ən zəngin, qiymətli sərvət kimi əvəzedilməzdir. Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, inkişafında, zənginləşməsində, təkmilləşməsində, elmi, bədii və məntiqi təfəkkürün formalaşmasında ziyalılarımızın, tarixi şəxsiyyətlərimizin böyük rolu olmuşdur. Sadəliyi, şirinliyi, axıcılığı ilə xalqların dil qruplarında seçilən Azərbaycan dilinin qüdrəti haqqında çox yazılıb, tədqiqatlar aparılıb. Söz dünyasının məhvərindən güc alan Nizami, Füzuli, Nəsimi kimi dahilərimizi əsrlərdən bəri yaşadan da sözün qüdrəti, dilimizin gözəlliyi, ilahi hikmətə sahib olmasıdır.
Azərbaycan ədəbi dilinə məhəbbət, hörmət təbii ki, orta məktəb illərindən başlanır. Bu baxımdan gənc nəsildə dilimizə maraq oyadan “Azərbaycan dili və ədəbiyyatı” fənnini tədris edən müəllimlərin üzərinə çox böyük və məsuliyyətli vəzifələr düşür. Çünki Azərbaycan dilini şagirdlərinə sevdirən müəllim milli təfəkkürü, xalqımızın milli mənəvi dəyərlərini əsrlərdən bəri özündə yaşadan nağıllarımızı, folklorumuzun incilərini tədris etməklə aşılayır. Bu duyğuları gənc nəslə sevdirmək pedaqoqların Azərbaycan dili və ədəbiyyatını tədris etmək bacarığından çox asılıdır.
Oxud kənd tam orta məktəbinin təcrübəli Azərbaycan dili və ədəbiyyat müəllimlərindən olan Təranə Allahyar qızı Məmmədova 1959-cü ildə Oxud kəndində anadan olub. 1966-cı ilin sentyabrında Oxud kənd tam orta məktəbinin birinci sinfinə qəbul edilən Təranə, 1976-cı ildə həmin məktəbin X sinfini bitirib. Orta təhsilini başa vurduqdan sonra bir il Oxud kənd Nəriman Nərimanov adına kolxozda əmək yolu keçib. 1977-ci ildə Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) “Azərbaycan dili və ədəbiyyat” fakültəsinə daxil olaraq, 1981-ci ildə həmin ali məktəbi “Azərbaycan dili və ədəbiyyay müəllimi” ixtisası üzrə bitirib. 1981-ci ildən etibarən Təranə Məmmədova Oxud kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb.
Dilimizə vurğunluğunu 37 il çalışdığı Oxud kənd tam orta məktəbində “Azərbaycan dili və ədəbiyyatı” fənnini tədris edən, müəllim adını doğruldan Təranə Məmmədova yetirmələrinə vətəndaşlıq hissini dilimizi sevdirməklə aşılayır. Təranə müəllim Oxud kənd tam orta məktəbinin pedaqoji kollektivinin sayılıb-seçilən üzvlərindəndir. Təranə müəllimin qeyd etdiyi kimi, gənclərə azərbaycançılıq, türkçülük, bəşəri dəyərlərə bağlılıq elementlərinin öyrədilməsi, yaşadılması, təbliği dünya xalqları ilə ünsiyyətimizi şərtləndirən amildir. Müəllim kimi dilimizə məhəbbətini sözün yerində işlədilməsi tərzinə, oxucuya çatdırıldığı, işlədildiyi məkan baxımından yanaşan Təranə müəllim üslub və qrammatik qaydaların qorunmasını dilimizin saflığına göstərilən diqqət kimi dəyərləndirir İxtisasının kamil bilicisi olan Təranə Məmmədovaya möhkəm cansağlığı və tədris uğurları arzulayırıq.
SƏLİMƏ MƏHƏRRƏM qızı MƏMMƏDOVA[HTML redaktə]
Uşaqlıq ən sevincli, ən qayğılı, ən çılğın dövr olduğundan onlarla təlim-tərbiyə zamanı pedaqoji və psixoloji prinsiplər gözlənilməli, öyrədiləcək material əvvəlcədən düşünülmüş, planlaşdırılmış sistem üzrə aşılanmalıdır. Məlumdur ki, məktəbdə uşaqlar müxtəlif istiqamətlərdən tərbiyə alırlar. Elmi dünyagörüş, vətənpərvərlik, əmək, estetik tərbiyə bunların sırasında mühüm yer tutur. Musiqi insan hisslərinə təsir etmək, onu düşündürmək, xarici aləmi dərk etmək kimi xüsusiyyətlərə malikdir. Musiqi də bədii ədəbiyyat, teatr, rəsm əsərləri kimi sosial tərəqqidə mühüm rol oynayır. Məktəbyaşlı uşaqlar ətraf aləm, gözəlliklərlə dolu füsunkar vətənimiz, milli- mənəvi dəyərlərimizə yiyələnməklə yanaşı, bütün bunların əlvan calarlı musiqimizdə vəsf edilməsi ilə məşğul olurlar. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün “Musiqi” fənni üzrə təhsil proqramı” (kurikulimun) (I-IX siniflər)nda orta ümumtəhsil məktəblərinin I-IX siniflərində fənnin məqsəd və vəzifələri aşağıdakı kimi müəyyənləşmişdir: “Milli musiqi və mədəniyyət tariximizin, incəsənət sahəsində qədim köklərə malik ənənələrimizin öyrənilməsi, böyüyən nəsildə estetik, hissi-emosional tərbiyənin gücləndirilməsi, ümumi intellektual səviyyənin inkişafı, istedadlı şagirdlərin aşkara çıxarılması kimi əsas tələblərin yerinə yetirilməsində musiqi təlimi mühüm əhəmiyyət kəsb edir. Mənəvi-estetik təsirinə, didaktik mahiyyətinə, vətənpərvərlik, humanizm, dostluq ruhunda tərbiyəedici təsir qüvvəsinə görə müstəsna əhəmiyyət kəsb edən bu fənn çox böyük inkişafetdirici imkanlara malikdir. Musiqi təlimi prosesində istinad edilən müxtəlif janrlara aid nümunələr şagird şəxsiyyətinin idraki, psixomotor cəhətdən inkişafına, mənəvi-emosional cəhətdən zənginləşməsinə zəmin yaradır.Ümumtəhsil məktəblərində “Musiqi” fənninin əsas məqsədi milli və bəşəri sənət nümunələri əsasında şagirdlərdə musiqi mədəniyyətinin formalaşdırılması və inkişafını təmin etməkdən ibarətdir.
Oxud kənd tam orta məktəbində şagirdlərin musiqi üzrə təlimi ilə Səlimə Məhərrəm qızı Məmmədova məşğul olur. Səlimə Məmmədova 1981-ci ilin sentyabr ayının 2-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. O, 1987-ci ildə Baş Layısqı kənd səkkizillik məktəbin birinci sinfinə qəbul olunmuş, 4 il bu məktəbdə oxuduqdan sonra Oxud kənd tam orta məktəbdə 5-ci sinfə getmişdir. Eyni zamanda paralel olaraq Şəki şəhər 2 saylı musiqi məktəbində musiqi təhsili almışdır. 1996-cı ildə Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin IX sinfini bitirərək şəkili Ələfsər adına Şəki Musiqi Texnikumunun “Xalq çalğı alətləri” şöbəsinə daxil olmuşdur. 2000-ci ildə həmin texnikumu bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Pedaoji” fakültəsinin “Musiqi təhsili” şöbəsinə daxil olaraq 2004-cü ildı həmin ali məktəbi “Musiqi müəllimi” ixtisası üzrə bitirib və həmin ildə Oxud kənd tam orta məktəbinə musiqi müəllimi təyin olunub. Dərs dediyi siniflərdə fənn kurikulumunun təlim tələblərini daim diqqətdə saxlayan Səlimə Məmmədova şagirdlərdə musiqi mədəniyyətinin tam aşılanması və mənimsəmənin səmərəliliyinin yüksəldilməsi üçün müvafik təlim üsullarını tətbiq edərək yüksək nəticələr əldə etmişdir.
AYNUR SİDQİ qızı HEYDƏROVA[HTML redaktə]
Oxud kənd orta məktəbinin maarif carçılarından biri Aynur Sidqi qızı Heydərovadır. Aynur Heydərova 1979-cu ilin aprel ayının 29-da Oxud kəndində anadan olmuşdur. O, 1985-ci ilin sentyabr ayının 1-də Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 1995-ci ildə orta təhsilini tamamlamışdır. 1995-ci ildə test üsulu ilə imtahan verərək Naxçıvan Dövlət Universitetinin “Pedaqoji fənlər” fakültəsinə daxil olmuş, iki il universitetin əyani şöbəsində təhsil aldıqdan sonra ailə vəziyyətinin ağırlığı nəzərə alınaraq qiyabi şöbəyə keçirilmişdir. Pedaqoji fəaliyyətinə 2001-ci ildə Oxud kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi başlayan Aynur Heydərova hazırda da həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Aynur müəllim pedaqoji fəaliyyətinin bütün mərhələlərində müəllimliyi həyatının mənası hesab edir, şagirdlərlə işləməkdən qətiyyən yorulmur. O, şagirdlərinin bilik və bacarığının artırılması üçün bütün imkanlarından istifadə edir, həyatını dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə həsr edir.
Müasir dövrdə müəllim sevgi dolu, qayğıkeş, nikbin, humanist, özünə inamlı olmalıdır və öz qayğılarını sinfə gətirməməlidir. Aynur Sidqi qızı Heydərova belə müəllimlərdəndir.
MAHİZƏR SƏLAHƏDDİN qızı İSMAYILOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində ətrafına nur saçan, yüzlərlə gəncin gözünə maarif işığı verən, ömrünün əsas hissəsini oxudlu gənclərin savadlanmasına, mədəni inkişafına sərf edən müəllimlərdən biri Mahizər Səlahəddin qızı İsmayılovadır. Mahizər İsmayılova 1973-cü ilin oktyabr ayının 1-də Oxud kəndinin maarif carçılarından olan Səlahəddin Əhmədovun ailəsində doğulmuşdur. 1980-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Mahizər İsmayılova 1990-cı ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) “Filologiya” fakültəsinə daxil olaraq, 1995-ci ildə institutu “Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Şəki şəhər Təhsil Şöbəsinin göndərişi əsasında Oxud kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuş, Mahizər xanım bu gün də şərəfli müəllimlik fəaliyyətini həmin məktəbdə davam etdirir.
Şagirdlərin mənəvi tərbiyəsi və dilimizin və ədəbiyyatımızın təbliği yollarında Mahizər xanım ciddiyyəti ilə seçilən, obyektivliyi mənəvi təmizliyin əsas meyarı hesab edən müəllimlərdəndir. Qətiyyətlə deyə bilərəm ki, Oxud kənd orta məktəbində gənc nəslin qədim tatixə malik olan dilimizi və ədəbiyyatımızı öyrənməsində digər dil və ədəbiyyat mütəxəssisləri sırasında Mahizər Səlahəddin qızının da böyük əməyi vardır. Dünyada müəllimlikdən müqəddəs, məsuliyyətli sənət tanımayan, Azərbaycan və dünya ədəbiyyatı korifeylərinin həyat və yaradıcılığını sevə-sevə şagirdlərinə təbliğ edən Mahizər müəllim məktəb kollektivi tərəfindən və şagirdlər tərəfindən sevilən müəllimdir. Mahizər müəllim şagirdlərinin qəlbində təkcə ixtisasını mükəmməl bilən dərin savada malik bir müəllim deyil, həmçinin ədalət simvolu kimi də özünə yer alıb. Çünki təcrübəli pedaqoq kimi Mahizər müəllim bilir ki, şagirdə qarşı yol verilən hər hansı bir haqsızlıq, ədalətsizlik onu yaxşı oxumaqdan çəkindirən, ruhdan salan əsas səbəbdir. Ona görə hər bir müəllim öz peşə borcunu dərindən dərk etməli, şagirdləri inandırmalıdır ki, onlar qiymət almaq xatirinə deyil, həyatda özünə lazımı mövqe qazanmaq, vətəninə, elinə-obasına layiqli övlaq olmaq naminə oxumalı, cəmiyyət üçün, özünün xoşbəxt gələyi üçün arzularını reallaşdırmağı bacarsınlar. O, Azərbaycan klassiklərinin əsərlərindən gətirdiyi sitatlarla, nümunələrlə şagirdlərdə elmə, bilik qazanmağa həvəs oyadır, onları real nümunələrlə inandırır. Ədalətlilik, xeyirxahlıq simvolu olan Mahizər müəllimin sinəsi sanki xalq ədəbiyyatı nümunələri – atalar sözü, əfsanə, lətifə, tapmaca, nağıl, dastanla doludur. O, dərsin mözusuna uyğun, yerli -yerində folklor nümunələrindən istifadə etməklə şagirdlərini sehrli ədəbiyyat aləminə aparır.
Mahizər İsmayılova həmçinin çox ciddi, ancaq mehriban ana ömrü yaşayır. Nurani sifətində həmişə şagirdlərinə olan məhəbbətdən doğan sevinc, qürur hissi olur.
YEGANƏ RASİM qızı SÜLEYMANOVA[HTML redaktə]
Yeganə Rasim qızı Süleymanova 1982-ci ilin noyabr ayının 29-da Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1989-cu ildə Oxud kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunan Yeganə Süleymanova orta təhsilini 2000-ci ildə tamamlamışdır. 2001-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasına qəbul olunaraq ali təhsilini 2005-ci ildə tamamlamışdır. 2006-cı ildə ikinci ixtisas qazanmaq üçün Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının nəzdində fəaliyyət göstərən “Yenidənhazırlanma” fakültəsinə daxil olaraq oranı həmin ilin iyul ayında “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisası üzrə bitirmişdir. Yeganə Süleymanova hazırda Oxud kənd tam orta məktəbinin baza təhsilli müəllimləri sırasında müəllimlik şərəfini qoruyur.
Yeganə müəllim tədrisdə aydın və anlaşıqlı nitqi, kəsərli, məntiqə söykənən fikri həmişə əsaslı sayır. İnformasiya əsrinin tələblərinə biganə qalmayan bu müəllim üçün kompyuter geniş informasiya mənbəyi olsa da, geniş və hərtərəfli bilik qazanmada əsas rolu mütaliəyə, kitaba verir. Onun fikrincə, müəllim daim mütaliə etməli, tədris etdiyi fənni və mövzunu şagirdinə aydın başa salmağı bacarmalıdır. Gənc müəllimə görə, “müəllim üçün tutqun olan bir mövzu şagird üçün zülmətdir. İndi təhsil alan şagidlər hər şeyi internet vasitəsilə öyrənirlər. Bu bilik keçici bilikdir. Müəllimlərdən, tədris vəsaitlərindən, elmi ədəbiyyatlardan alınan bilik uzunmüddətli və həqiqi bilikdir”.
Yetirmələrinə arzu və ümidləri böyük olan Yeganə müəllim pedaqoji fəaliyyət göstərdiyi bütün buraxılış illərində məktəbin qarşısında keçirilən məzunların yola salınması mərasimində gənc, təcrübəli müəllim kimi çıxış etmişdir.
Mən bu cəfakeş müəllimə müəllimlik fəaliyyətində uğurlar diləyir, möhkəm cansağlığı arzulayıram.
LEYLA NƏZƏR qızı İSAYEVA[HTML redaktə]
Oxud kənd orta məktəbində əzmlə çalışan, təhsilin inkişafına ləyaqətlə xidmət edən maarif carçılarından biri İsayeva Leyla Nəzər qızıdır. Leyla İsayeva 1980-ci ilin dekabr ayının 15-də Şəki rayon Oxud kəndində fəhlə ailəsində anadan olmuşdur. 1986-cı ilin sentyabr ayının 1-də Oxud kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olan Leyla İsayeva 1993-cü ilədək bu məktəbdə təhail aldıqdan sonra 1993-1996-cı illərdə Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü Liseydə orta təhsilini tamamlamışdır. Xarici dillərə olan marağı ilə bağlı Leyla İsayeva bu sahə üzrə ali təhsil almaq məqsədilə 1996-cı ildə Azərbaycan Dillər Universitetinin “Fransız dili üzrə tərcümə” fakültəsinə daxil olmuş, 2000-ci ildə ali təhsilini müvəffəqiyyətlə tamamlamışdır. Müəllimlik fəaliyyətinə 2001-ci Oxud kənd tam orta məktəbində başlamış, bu gün də bu məktəbdə fəaliyyətini davam etdirir.
Dünyada müəllim üçün ən böyük mükafat dərs dediyi şagirdlərin məhəbbəti, sevgisidir ki, Leyla müəllimə bu sevgini qazanmışdır.
AFAQ NURPAŞA qızı HÜMMƏTOVA[HTML redaktə]
Yaxşı deyiblər ki, xalqın ziyalısı onun düşünən beynidir. Oxud kəndinin saf ideyalı, milli qürurlu, məsləkli, mehriban rəftarlı müəllimlərindən biri Afaq Nurpaşa qızı Hümmətovadır. Afaq müəllimin bacarıqlı pedaqoq, cəfakeş övlad, fəal ictimaiyyətçi, bu günkü gəncliyə örnək ola bilən müəllim, ən başlıcası isə gözəl insan olmasını atası Nurpaşa Hümmətovun əsərlərini çapa hazırlayarkən yerinə yetirdiyi övladlıq borcundan bilirdim. Afaq Nurpaşa qızı Hümmətova 1959-cu ildə, adı nəinki Oxud, Azərbaycan müəllimlərinin sırasında fəxrlə çəkilən, görkəmli maarifçi alim Nurpaşa Hümmətovun ailəsində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik dövrü təbiətin dilbər güşəsi olan Oxud kəndində keçən Afaq Hümmətova, 1965-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 1975-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1978-ci ildə V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunub, 1984-cü ildə həmin institutu “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə bitirmişdir. 1982-ci ildən Oxud kənd tam orta məktəbdə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Afaq xanım bu gün də məktəbdə sevimli peşəsini atasının ruhuna layiq davam etdirir. Bütün pedaqoji fəaliyyəti dövründə Afaq Hümmətovanın təhsil sahəsində bir amalı olmuşdur: dərin və hərtərəfli biliyə, yüksək peşəkarlığa və mədəniyyətə malik, öz soykökünə, milli müstəqillik ideyalarına sadiq, Vətənini, millətini sevən, doğma və qeyri-dillərə və millətlərə məhəbbətli, multikultural dəyərləri qəlbində gəzdirən şəxsiyyətlər yetişdirmək. Yetişdirmələri də Afaq müəllimə haqqında söhbətlərində bildirdilər ki, o, ixtisasını mükəmməl bilən, təmiz, anlaşıqlı nitqə malik, öyrətmək həvəsi bitib-tükənməz, dərslərinə qarşı çox tələbkar və ciddi müəllim olmuşdur. Bu gün Afaq Hümmətova nurlu müəllim ömrü ilə yanaşı, müqəddəs ana, nənə ömrü də yaşayır. Biz təhsilimizə nurlu Nurpaşa Hümmətov yadigarı olan Afaq xanıma möhkəm cansağlığı, müəllimlik fəaliyyətində uğurlar arzulayırıq.
ŞƏRAFƏT ÇƏLƏBİ qızı İLYASOVA[HTML redaktə]
Oxud kənd tam orta məktəbində “Tarix” fənninin sirlərini balalara tədris edən Şərafət İlyasovanın müəllim ucalığını onun haqqında yetirmələrinin ürək dolusu şirin söhbətləri təsdiqlədi. 1957-ci ilin yanvar ayının 17-də Oxud kəndində zəhmət dünyasının şahı, məşhur tütünçü Çələbi kişinin ailəsində dünyaya göz açmışdı Şərafət müəllimə. Həyatda kim olacağı, hansı peşəyə sahib çıxacağı Şərafət müəliməni çox düşündürməmişdi. Çünki tarixi yaddaşın aparıcı olması, hər şeyin tarix çərçivəsində qərarlaşması, digər tərəfdən də ona dərs deyən müəllimlərin bitib-tükənməz vətən tarixini böyük sevgi ilə təbliğ etməsi, vətənpərvərlik ruhu gənc qızda tarixçi olmaq, vətəninin şanlı tarixini gənc nəslə sevə-sevə öyrətmək arzusunu qəlbində yuvalandırmışdı. Hələ məktəbdə oxuduğu illərdə “Tarix” fənninə xüsusi marağı və məhəbbəti formalaşmışdı. Tarix müəllimi olmaq arzusu ilə gənc Şərafət Oxud kənd tam orta məktəbində orta təhsilini tamamladıqdan sonra 1978-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU)Tarix fakültəsinə daxil olub. 1983-cü ildə universiteti əla qiymətlərlə başa vurub, tarixçi, tarix-ictimaiyyət müəllimi ixtisasına yiyələnib. 1983-cü ildən Oxud kənd tam orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Şərafət xanım İlyasova bu gün də şərəfli müəllimlik fəaliyyətini davam etdirir. Tarix müəllimi kimi məsuliyyətli fəaliyyət göstərmək həmin illərdə müəllimin qarşısına böyük vəzifələr qoyurdu. Bu bir tərəfdən sovet dövlətinin ideoloji tələbləri ilə bağlı idi. Bəşəriyyətə bəlalar gətirən, müdhiş tarixi anlayış olan müharibəyə şagirdlərdə nifrət hissi aşılamaq, vətənsevərlik ruhunu tərənnüm etmək müəllimin qaçılmaz vəzifəsi idi. Şərafət müəllimdən dərs alan orta nəslin nümayəndələri bu elm fədaisinin hüceyrəsindən qanınadək, dırnağından tükünədək milli düşüncəli müəllim olmasını məhəbbətlə xatırlayırlar. Dərslərini daim əyanilik üzərində quran Şərafət müəllim Vətənin doğulduğu ailədən, havasını udduğu, doğulub boya-başa çatdığı yurddan başladığını körpə şagird qəlblərinə sevə-sevə hopdurmuşdu.
FİRUZƏ FİKRƏT qızı İSAYEVA[HTML redaktə]
“Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri”ndə yazılmışdır: “Xalq müəllimi gənc şəxsiyyətin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir”. Qədim Oxud torpağının yetişdirib, gələcəyini etibar etdiyi vüqarlı müəllimlərindən biri də Firuzə Fikrət qızı İsayevadır.
Firuzə Fikrət qızı İsayeva 1981-ci ilin aprel ayının 29-da Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1987-ci ildə Oxud kənd tam orta məktəbin birinci sinfinə qəbul olunan balaca Firuzə, 1998-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-biologiya fakültəsinə daxil olan Firuzə İsayeva 2002-ci ildə həmin ali məktəbi kimya-biologiya müəllimi ali bakalavr peşə dərəcəsi üzrə müvəffəqiyyətlə başa vurmuşdur. 2002-ci ildən Oxud kənd tam orta məktəbinə ixtisası üzrə Kimya-biologiya müəllimi təyin olunan Firuzə xanım bu gün də həm bu, həm də Oxud kənd ümumi orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.
Bütün gözəl insani keyfiyyətləri özündə cəmləşdirən bu müəllim nəinki dərs dediyi şagirdləri, həmçinin bütün pedaqoji kollektiv tərəfindən sevilir. Bu sətirlərin müəllifinin:“ Firuzə müəllimə, müəllimliyin ən böyük dəyərini nədə görmüsünüz və müasir müəllim necə olmalıdır? sualına Firuzə müəllimənin düşünmədən verdiyi cavab: “Həyatda qazandığım ən böyük mükafat şagirdlərimin mənə məhəbbətidir. Bildiyimiz kimi, təhsilimiz gündən-günə dəyişir, yeniləşir. Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə çoxlu dəyişikliklər, islahatlar gedir. İndi hər birimiz bilirik ki, Azərbaycan təhsilinin qarşısında duran ən əsas məsələlərdən biri yüksək mədəniyyətli, mütərəqqi dünyagörüşlü, insan hüquqları və azadlıqlarına hörmət etməklə müstəqil və yaradıcı düşünmə qabiliyyətinə malik, vətənpərvər şəxsiyyət yetişdirməkdir.Təhsil sisteminin qarşısında duran bu məsələnin həlli üçün ilk növbədə müəllim özü keyfiyyətcə dəyişməli, «reproduktor» rolundan imtina etməli və yeni bir rolu – biliklərin əldə edilməsi yolunda bələdçi rolunu qəbul etməlidir. Deməli, müəllim təlimin yeni texnologiyasını bilməli, yeni proqram və dərsliklərdən istifadə etməli,elmi-nəzəri biliklərini artırmalıdır”.
Ömrünün 16 ilini gələcəyin qurucuları olan gənc nəslin təlim-tərbiyəsinə həsr edən Firuzə müəllim neçə-neçə şagirdinin xöşbətlik yoluna məşəl kimi işıq tutmuş, gənc qəlblərdə özünün əbədiyaşarlıq yuvasını qurmuşdur.
ELŞƏN ŞAHİN oğlu QURBANOV[HTML redaktə]
Elşən Şahin oğlu Qurbanov gənc olmasına baxmayaraq Oxud kənd tam orta məktəbinin böyük intellekt sahibi olan müəllimlərindəndir. O, 1986-ci ilin sentyabr ayının 21-də Şəki rayonunun Oxud kəndində dünyaya göz açmışdır. Elşən Qurbanov doğma kəndində 1992-2003-cü illərdə orta təhsilini tamamladıqdan sonra müəllimlik sənətini seçmişdir. Bu yeniyetmə oğlana müəllimlərinin nəvazişi, mehriban və səmimi münasibəti onun gənc qəlbində müəllim olmaq arzusunu doğurmuşdu. 2003-cü ildə Sumqayıt Dövlət Universitetinin “Coğrafiya” fakültəsinə daxil olan Elşən Qurbanov 2007-ci ildə bu ali məktəbi bakalavr peşə dərəcəsi üzrə bitirmişdir. 2007-ci ildən Oxud kənd tam orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlayan Elşən müəllim qısa müddətdə özünü yüksək nəzəri hazırlıqlı kadr kimi göstərmiş, kollektivin və Şəki şəhər Təhsil Şöbəsinin rəhbərliyinin böyük etimadını qazanmışdır. Bu etimadın nəticəsi olaraq Elşən Qurbanov 2018-ci ilin sentyabrından Oxud kənd orta məktəbinə tədris işləri üzrə direktor müavini təyin olunmuşdur.
Elşən Qurbanov yurdunun qədim və zəngin tarixinə məhəbbəti daim qəlbində gəzdirən ziyalı kimi kənd əhalisi və ziyalılar tərəfindən sevilir. Müəllimlik sənətinin bütün tərəflərini öz üzərində daşıyan, şəxsi nümunəyə çevirən Elşən müəllim şagirdləri tərəfindən həmişə ciddi, yüksək dərəcədə intizamlı bir müəllim kimi qəbul edilib. Onun simasındakı nur, gözlərindəki mehribanlıq duyğuları şagirdlərini həmişə yaxşı oxumağa səsləyən tərəflərdir. O, hələ sadə müəllim işlədiyi müddətdə məktəbdə sağlam pedaqoji mühitin yaranmasında çox işlər görmüş, müəllimlər və şagirdlər arasında etik davranış normalarının formalaşmasında mühüm əmək sərf etmiş, məqsədinə nali olmuşdur.
Elşən müəllim hansı vəzifədə işləməsindən asılı olmayaraq uşaqlara qayğı ilə yanaşır, onlarda mərdlik, cəsurluq, qorxmazlıq kimi mənəvi keyfiyyətlərin formalaşdırılmasını pedaqoji prosesin əsası hesab edir.
Biz gənc müəllim Elşən Qurbanovu məktəb direktorunun tədris işləri üzrə müavini təyinatı ilə bağlı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq.
XƏYALƏ NAZİM qızı QAFFAROVA[HTML redaktə]
Oxud kənd orta məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olan müəllimlərdən biri Xəyalə Nazim qızı Qaffarovadır. Xəyalə Qaffarova 1981-ci ildə Oxud kəndində anadan olmuşdur. 1988-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Xəyalə Nazim qızı 1998-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Orta təhsilini başa vurduqdan sonra babası Oxud kənd məktəbinin tanınmış Rus dili müəllimi olmuş Əsabəli Qaffarovun yolu ilə gedərək ali təhsil almaq üçün sənədlərini Təfəkkür Universitetinin “Filologiya” fakültəsinin qiyabi şöbəsinə verərək tələbə adını qazanmışdır. 2002-2003-cü tədris ilindən Oxud kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərməyə başlayan Xəyalə müəllimə bu gün də məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.
Oxud kənd orta məktəbinə müəllim təyin edildikdən sonra Xəyalə Qaffarova fəaliyyətini yaxşı olan nə varsa onun üzərində qurub, yaşlı müəllimlərin pedaqoji təcrübəsindən bəhrələnmişdir.
Xəyalə müəllimənin iş təcrübəsi ilə yaxından tanışlıq göstərdi ki, istər böyük, istərsə də kiçik kollektivdə çalışmağın fərqi yoxdur, fənn müəllimi öz yerində olanda, öz işini sevəndə, kollektivə arxalananda istədiyinə nail ola bilir və bu mövqe mütləq uğur gətirir. Bəzən səhv olaraq fikirləşirlər ki, kənd məktəbidir, necə olsa işləmək olar. Əslində belə deyil. Pedaqoji iş heç vaxt liberallıq sevmir.Sən bir müəllim kimi unutmamalısan ki, Vətən, cəmiyyət üçün gələcək kadrlar hazırlayırsan, onun təlim-tərbiyəsi kimi məsuliyyətli vəzifəni yerinə yetirirsən.
Xəyalə Qaffarova hələ gəncdir. 37 yaşı var. Həyatının, müəllimlik fəaliyyətinin çiçəklənmə dövrünü yaşayır. Müəllim adının müqəddəsliyini qoruyan, bu adın şərəfini uca tutan Xəyalə müəlliməyə möhkəm cansağlığı arzulayırıq.
GÜLXAR ŞAMİL qızı MİRZƏLİYEVA[HTML redaktə]
Mirzəliyeva Gülxar Şamil qızı 1957-ci ilin mart ayının 30-da Şəki şəhərində anadan olub.O,1963-cü ildə Şəki şəhər 6 saylı orta məktəbin birinci sinfinə qəbul olunaraq 1971-ci ildə həmin təhsil müəssisəsinin 8-ci sinfini bitirərək müəllim olmaq arzusu ilə sənədlərini Şəki Pedaqoji Texnikumuna vermiş, həmin orta ixtisas məktəbində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil almışdır. 1976-cı ildə texnikumu bitirdikdən sonra, 1978-ci ildə Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı orta məktəbində ixtisası üzrə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Oxud kənd vətəndaşı ilə ailə həyatı qurduğundan 2002-ci ildən 2016-cı ilədək Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi işləmişdir.
Tərcümeyi-halından göründüyü kimi, Gülxar müəllimə 2018-ci ilə qədər Oxud kəndində mənəviyyat binasının memarlarından olmuş, neçə-neçə şagirdinin qəlbində özünə məhəbbət ocağı qalamışdır.
Sinif müəllimi kimi olduqca məsuliyyətli bir fəaliyyət sahəsinin şərəfini uca tutan Gülxar müəllimə deyir: “Yaxşı müəllim olmaq olduqca çətin bir işdir. Müəllimin, xüsusən uşaqlara həyatın “əlifba”sını öyrədən sinif müəlliminin əməyi ən möhtəşəm, işıqlı binaların bünövrəsini qoyan ustanın əməyi qədər çətin və şərəflidir. Sinif müəllimi gərək uşaqların hər sorğusuna düzgün cavab tapmağı bacarsın. Bunun üçün təkcə bilik, təcrübə azdır. Müəllim şagirdlərə həyat dərsi verməyi, onları layiqli vətəndaşlar kimi yetişdirməyi bacarmalıdır”.
Bu gün ömrünün müdriklik dövrünü yaşayan Gülxar müəlliməyə möhkəm cansağlığı arzulayırıq.
ZÜLFİYYƏ SAHİB qızı MƏMMƏDOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində ömrünü şagirdlərinin xoşbəxt gələcəyi üçün sərf edən gənc müəllimlərdən biri Zülfiyyə Sahib qızı Məmmədovadır. Zülfiyyə Sahib qızı 12 ildir İngilis dilinin qrammatikasını orta ixtisas təhsilli müəllim kimi Oxud kəndinin zəhmətkeşlərinin balalarına təbliğ edir.
Zülfiyyə Məmmədova 1986-cı ilin dekabr ayının 11-də Oxud kəndində anadan olmuşdur. 1992-ci ildə Oxud kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbin IX sinfini bitirərək Şəki Pedaqoji Tenikumunun “İngilis dili müəllimliyi” şöbəsinə daxil olmuş, 2006-cı ildə bu orta ixtisas təhsili müəssisəsinin subbakalavr pilləsini “Xarici dil müəllimi” ixtisası üzrə bitirmişdir. Doğma Oxud kənd orta məktəbində ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başladığı müəllimlik fəaliyyətinin ilk günündən sadə və mehriban müəllim davranışları Zülfiyyə Məmmədovaya qısa müddətdə sonsuz şagird və valideyn sevgisi qazandırmışdır. Gənc müəllim Zülfiyyə Məmmədovaya uzun ömür, möhkəm cansağlığı və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
ÇİNGİZ XANBABA oğlu BEYDİYEV[HTML redaktə]
Oxud kəndinin mədəni-sosial həyatında önəmli rol oynayan bu ziyalı ilə söhbətləşərkən işlətdiyi ilk cümlələr aşağıdakılar oldu: “Unutmayaq ki, gələcək nəslin yetişməsində əsas rolu biz oynayırıq, ən əsas öhdəliyimiz isə sağlam ruhlu, sağlam düşüncəli, sağlam bədənli nəsil yetişdirməkdir. Sadədən-mürəkkəbə ömür yolu keçmiş Çingiz Xanbaba oğlu Beydiyev hazırda Oxud kənd orta məktəbində bədən tərbiyəsi və idman müəllimi kimi fəaliyyət göstərən veteran müəllimlərdəndir. Onun ömür coğrafiyası ilə qısaca tanış oluram: “Çingiz Xanbaba oğlu Beydiyev 1951-ci ilin iyun ayının 15-də Oxud kəndində sadə kəndli Xanbaba kişinin ailəsində anadan olmuşdur. 1958-1968-ci illərdə Oxud kənd orta məktəbində təhsilini tamamladıqdan sonra, həmin ildə Şəki Pedaqoji Texnikumuna daxil olmuş,1969-cu ildə texnikumun “İdman” şöbəsini bitirmişdir. Həmin ildən Oxud kənd orta məktəbdə ixtisası üzrə bədən tərbiyəsi və idman müəllimi kimi fəaliyyət göstərməyə başlamışdır. Məktəbin idman sahəsində əldə etdiyi uğurlarda Çingiz müəllimin böyük əməyi olmuşdur. Bu sətirlərin müəllifi orta məktəbdə oxuyarkən idmana dair elmi bilgiləri Çingiz müəllimdən almışdır. Olduqca çevik, fiziki cəhətdən sağlam və cəld olan bu müəllim idmanın gənc nəslə sevdirməkdə böyük əmək sərf etmişdir.
Çingiz müəllim bu gün fərdi təqaüdçüdür. Ömrünün müdriklik dövrünü yaşayır. Mən sevimli müəllimimə möhkəm cansağlığı arzulayıram.
KATİBƏ UĞURLU qızı QASIMOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində şagird sevgisi qazanan mənəviyyat memarlarından biri Katibə Uğurlu qızı Qasımovadır. Katibə Qasımova hazırda Oxud kənd orta məktəbində “Fizika” fənnini tədris edən müəllimlərdən biridir. Katibə xanım Qasımova ibtidai və orta təhsilini 1972-1982-ci illərdə Oxud kənd orta məktəbində almışdır. Müəllimlik sənətinə məhəbbətin nəticəsi olaraq o, 1982-1987-ci illərdə əyani yolla V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) “Fizika” fakültəsində ali təhsil almışdır. Şəki rayon Xalq Maarif Şöbəsinin 1987-ci il 15 avqust tarixli 496 saylı əmri ilə Oxud kənd tam orta məktəbinə ixtisası üzrə fizika müəllimi təyin olunmuşdur. Oxud kənd orta məktəbində Fizika müəllimi işlədiyi müddətdə psixoloji istiqamətdən şagirdlərin qavrama qabiliyyətləri, bilik və bacarıqlarının nümayiş etdirmə məsələləri Katibə müəllimi dərindən düşündürmüşdür. Təcrübəli müəllimlə apardığımız müsahibə zamanı o, bu məsələyə münasibət bildirərək dedi: “ Bildiyimiz kimi, hazırda orta ümumtəhsil məktəblərində təhsilə yanaşma dəyişib. Müəllimlərin qarşısına qoyulan vəzifələrin ən əsaslarından biri şagirdlərə sadəcə biliyin verilməsi deyil, onlarda bacarıq və vərdişlərin də inkişaf etdirilməsidir. Əzbələməklə əldə edilmiş bilik tez bir zamanda unudulur, lakin bacarıq və vərdişlər yaddan çıxmır. Şəxsiyyətyönümlü təhsilin də əsas məqsədi şadirdi alim etmək deyil, onu müstəqil həyata hərtərəfli hazırlamaqdır.İstedadların müəyyən edilib üzə çıxarılmasına və onlarla sistemli iş aparılmasına ən yaxşı imkan verən məhz məktəbdir. Məktəb istedadlı uşaqları bilavasitə üzə çıxarır, onlarla iş aparır, belələrini cəmiyyətdə tanıdır və ailələrdə bu sahədə aparılan işlərə istiqamət verir”.
İyirmi il bundan əvvəl Pedaqoji İnstitutu bitirib “Fizika” müəllimi kimi Oxud kəndində fəaliyyətə başlayan Katibə müəllimə az müddətdə tədrisdə böyük uğur qazana bilib.
Katibə Qasımova hazırda sağlam mühitdə işləyən, müəllim adını doğruldan bacarıqlı, novator müəllimlərlə bir kollektivdə çalışır.
AYGÜN XALİS qızı ƏŞİROVA[HTML redaktə]
Oxud kənd tam orta məktəbinin gənc müəllimlərindən bir Aygün Xalis qızı Əşirovadır. Aygün Əşirova 1985-ci ilin mart ayının 3-də Oxud kəndində anadan olmuşdur. Aygün Xalis qızı Əşirova 1991-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbin XI sinfini başa vuraraq Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə mövcud test-imtahan üsulu ilə qəbul olaraq bir il bu ali məktəbdə oxuduqdan sonra II kursdan təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında (hazırda ADPU-nun Şəki filialı) davam etdirmiş, 2006-cı ildə ali təhsilini tamamlamışdır.
2007-ci ildə Oxud kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunan Aygün Əşirova o vaxtdan indiyədək məktəbdə ibtidai sinif müəllimi işləyir. O, şagirdlərinin tərbiyəsini hərtərəli, mükəmməl həyata keçirmək üçün əlindən gələni əsirgəmir. Onun ən böyük arzusu yetirmələrini bilikli, zəngin dünyagörüşlü görməkdir. Bu yolda o, heç vaxt şagirdlərindən biliyini, bacarığını əsirgəməyib.
Aygün Xalis qızı Əşirova bu gün Oxud kənd məktəbinin qabaqcıl müəllimi kimi kollektivdə böyük nüfuza malikdir və şagirdləri tərəfindən sevilir.
ELMİRA ŞÖVKƏT qızı CƏBRAYILOVA[HTML redaktə]
İnsanın həyatında verdiyi ən mühüm qərarlardan biri də ixtisas seçimidir. Hər bir sənətin özünəməxsus gözəlliyi var, əsas odur ki, seçdiyin sənəti sevəsən. Çünki belə olmazsa, sənətində uğur qazana bilməzsən. Fərqi yoxdur, həkim, müəllim, hüquqşünas, idmançı və s. olacaqsan, əsas odur ki, seçdiyin sənətlə vətəninə xidmət edəsən. Oxud kənd orta məktəbində sənətinin vurğunu olub, sevə-sevə şagirdlərinə sevdirən müəllimlərdən biri Elmira Şövkət qızı Cəbrayılovadır. Elmira Şövkət qızı Cəbrayılova 1961 – ci ilin iyul ayının 1 – də Şəki rayonunun Oxud kəndində məşhur riyaziyyatçı Şövkət Cəbrayılovun ailəsində dünyaya göz açmışdır.1968-ci ilin sentyabrında Oxud kənd orta məktəbinin birinci sinfinə qədəm qoyan Elmira Cəbrayılova,1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.1981-ci ildə V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ”Riyaziyyat” fakültəsinə daxil olmuş,1986-cı ildə ali təhsilini tamamlamışdır. Əmək fəaliyyətinə 1986-1987-ci illərdə Qoxmuq kənd orta məktəbində fizika müəllimi kimi başlamışdır. İşgüzar və insansevər məktəb rəhbərliyi və müəllim kollektivi ilə üzləşən Elmira Cəbrayılova bu məktəbdə 1987-ci ilin avqust ayınadək işlədikdən sonra ailə vəziyyəti nəzərə alınaraq Şəki rayon Maarif Şöbəsinin əmri ilə Oxud kənd orta məktəbinə ixtisası üzrə riyaziyyat müəllimi təyin edilmişdir. Elmira xanım bu gün də doğma kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirir. 30 il Oxud kənd orta məktəbində riyaziyyatın sirlərini kənd əməkçilərinin balalarına aşılayan Elmira Cəbrayılova onlarda riyazi təfəkkürün formalaşmasında böyük əmək sərf etmişdir.
Elmira müəllimə ilə kənd məktəbində görüşdüm. İlk söhbətdəncə onun yeni təhsil islahatının tələbləri səviyyəsində fəaliyyətini hiss etdim və təlimin səmərəliliyinin yüksəldilməsi və şagird-müəllim ünsiyyətinin təlimin keyfiyyətinə faydalarına münasibət bildirməsini xahiş etdim. Elmira müəllimə düşünmədən dedi: “Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. İlk növbədə müəllim bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirməlidir”.
Düzgün qurulmuş müəllim - şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir. Şagirdə müəllim sevgisi, qarşılıqlı ünsiyyət onun fəallığını artırır, kollektiv şəkildə işləməyə istiqamət verir.Müəllimdə bu tip keyfiyyətlərin olmaması təhsil sistemində şagird - müəllim problemlərinin yaranmasına gətirib çıxarır. Həmçinin uzun illərin müəllimlik təcrübəmdən sübut etmişəm ki, müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün müəllim yaxşı psixoloq olmalı, etik, estetik mədəniyyətə malik olmalı, hər bir şagirdə fərdi yanaşmağı bacarmalı,valideynlə daim sıx əlaqədə olmalıdır. Müəllim unutmalı deyil ki, bu günün şagirdi gələcəyin müstəqil vətəndaşı, valideyni, ailə başçısı, cəmiyyətin qurucusudur. Keçmişdə olan müəllim adının müqəddəsliyini bu günün müəllimi öz əməli, nümunəvi davranışı və fəaliyyəti ilə yaşatmağa borcludur”.
Elmira Şövkət qızı Cəbrayılovanın müəllimlik fəaliyyətində həmişə ilham aldığı ancaq bir mükafatı var ki, o da şagirdlərinin ona olan hörmət və ethiramı, sənət yolçuluğudur.
SEVDA ABDULSALAM qızı LƏTİFOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində ömrünü şagirdlərin təlim-tərbiyəsi yolunda şam kimi əridən cəfakeş müəllimlərdən biri Sevda Abdulsalam qızı Lətifova olmuşdur. Bu nurlu insan haqqında geniş məlumat ala bilməsək də, onun müəllim ömrü xatirələrdə yaşayır. Vaxtilə öz əli ilə yazmış olduğu tərcümeyi-halından aldığımız məlumata görə, Sevda Lətifova Oxud kəndində halal zəhmətinə görə hamı tərəfindən sayılıb-seçilən Abdulsalam kişinin ailəsində dünyaya göz açmışdı. İbtidai və orta təhsilini 1972-1982-ci illərdə Oxud kənd orta məktəbində alan Sevda Lətifova ali təhsil almaq üçün sənədlərini 1982-ci ildə Azərbaycan Politexnik İnstitutuna (hazırkı Azərbaycan Texniki Universitet) vermiş, tələbə adını qazanaraq ali təhsilini 1987-ci ildə tamamlamışdır. Əmək fəaliyyətinə zamanı üçün böyük nüfuza malik olan Şəki İpək kombinatında texnoloq kimi başlayıb 1997-ci ilədək bu müəssisədə çalışmışdır. 1997-ci ilin sentyabr ayının 1-dən N. Hümmətov adına Oxud kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 2002-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının nəzdində fəaliyyət göstərən “Yenidənhazırlanma” fakültəsində “Riyaziyyat və informatika müəllimliyi” üzrə ikinci ixtisas qazanaraq məktəbdə “Riyaziyyat” fənnini tədris etmişdir. Metodiki ustalığına görə şagirdlərinin qəlbində özünə əbədi heykəl ucaltmış, kənd zətmətkeşləri tərəfindən sevilmişdir.
2014-cü ildə.....bu istedadlı müəllimin dünyasını dəyişməsi məktəbin müəllim və şagird kollektivini sarsıtmış, şirin xatirəsi şagirdlərinin qəlbində daşlaşmışdır.
TAHİRƏ QÜDRƏT qızı ABDULLAYEVA[HTML redaktə]
Oxud kənd məktəbinin gənc müəllimlərindən olan Tahirə Qüdrət qızı Abdullayeva1983-cü ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1989-cu ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Tahirə Abdullayeva 2000-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. Ədəbiyyatçı olmaq arzusunu reallaşdırmaq üçün Təranə xanım 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə birinci kursuna qəbul olunub, 2004-cü ildə həmin ali məktəbi bakalavr peşə dərəcəsi üzrə bitirmişdir. Şəki şəhər Təhsil Şöbəsinin təyinatlı ilə 2004-cü ildə Oxud kənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmiş, bu gün də bu məktəbdə müəllimlik fəaliyyəti ilə məşğuldur. Təranə Abdullayeva öz mənalı ömrü ilə şagirdləri tərəfindən sevilən ziyalıdır. O, fəal ziyalı kimi məktəb şəraitində zəngin ədəbi irsimizin yorulmaz təbliğatçılarındandır.
Biz Tahirə Qüdrət qızı Məmmədovaya pedaqoji fəaliyyətində uğurlar arzulayır, möhkəm cansağlığı diləyirik.
XAVƏR SOLTAN qızı BƏŞİROVA[HTML redaktə]
Dünyada müəllim qədər nəcib, şərəfli, ömür sürən başqa bir peşə sahibi yoxdur desək yanılmırıq. Çünki bütün peşələrin yaradıcısı, öyrədicisi müəllimlik peşəsidir. Öz halal zəhməti ilə Oxud kənd orta məktəbində nəsillərə örnək olan, neçə - neçə gəncin formalaşmasında saç ağardan pedaqoqlardan biri Xavər Soltan qızı Bəşirovadır. Xavər Bəşirova 1969-cu ilin fevral ayının 23- də Şəki şəhərində kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini 1975-ci ildə Oxud kənd səkkizillik məktəbin birinci sinfinə daxil olan Xavər xanım 1985-ci ildə Oxud kənd orta məktəbində orta təhsilini tamamlamışdır. 1985-ci ildə müəllim olmaq arzusu ilə sənədlərini V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun “Fizika-riyaziyyat” fakültəsinə vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. 1990-cı ildə institutu müvəffəqiyyətlə bitirərək “Orta məktəblərdə fizika-riyaziyyat” müəllimi ixtisasını qazanmışdır. Ali Təhsilini başa vurduğu 1990-cı ildə Şəki şəhər Təhsil Şöbəsinin müvafik əmrinə əsasən Oxud kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur. Xavər xanım bu gün də məktəbdə sevimli peşəsi ilə məşğuldur. Oxud kənd orta məktəbdə dərs prosesində bu işgüzar müəllimlə söhbət apardım. Söhbət yeni təlimin mahiyyətindən, əyaniliyin bir prinsir kimi dərslərə tətbiqindən gedəndə, müasir təhsilin bu innovativ tərəfinə yaradıcı münasibət bildirən müəllimə dedi: “Müəllimin təşkilati fəaliyyətinə daxil olan xüsusiyyətlərdən biri də dərsdə əyanilik prinsipinin tətbiqidir. Bəs əyani vasitələri haradan almalı? Uzun illərin təcrübəsi göstərir ki, hər bir mövzuya əyani vəsait təşkil etmək olar. Şəxsən mənim tədris etdiyim fənn birbaşa əyaniliklə bağlıdır və mən əyaniliyə söykənməyən dərs təsəvvür edə bilmirəm. Bir çox müəllimlər mövzuların bəzən şəkilsiz, tablosuz olmasından gileylənirlər, əyani vəsaitin olmamasından narazılıq edirlər. Amma gəlin, etiraf edək ki, mövzulara diqqət yetirsək, sxem, cədvəl, müqayisə xarakterli diaqramlar tərtib etmək olar. İstənilən mövzunun daha yaxşı mənimsənilməsi üçün əyanilik vacibdir. Müəllimin təşkilati fəaliyyətinə dərsdə əməkdaşlıq şəraitinin yaradılması da daxildir. Şagird müəllim üçün “robort” deyil, o, dərs prosesinin bərabər hüquqlu iştirakçısıdır. Müəllim onu subyekt kimi sərbəst düşüncə tərzi olan, nəticə etibarı ilə şəxsiyyət kimi qəbul etməlidir. Elə mövzuların keçirilməsi zamanı çoxlu üsul tətbiq etmək üçün “dərsimizi hansı üsulla keçək?” sualını şagirdlərə vermək olar. Əyani vəsaitlərin seçilməsi və təşkili, diaqram, cədvəl və sxemlərin qurulması müəllim-şagird əməkdaşlığının nəticəsi ola bilər”. Söhbətin sonunda Xavər müəllimə bildirdi ki, özümdə olan bütün müsbət keyfiyyətlərə görə Oxud kənd məktəbində birgə çalışdığım müəllimlərimə və sadə oxudlu insanlara borcluyam. Xavər müəllimə təkcə məktəbdə deyil, ailədə də numunəvi tərbiyəçi, anadır. O, Bəşirovlar nəslinin gəlinidir. Ömür-gün yoldaşı Bəkir Muxtar oğlu sadəliyi, halallığı özünə yavanlıq etmiş, yurdsevər bir iş adamıdır. Ali təhsilini Azərbatcan Kənd Təsərrüfatı İnstitutunda alan Bəkir Muxtar oğlu hazırda iş adamı kimi fərdi təsərrüfatla məşğul olur.
GÜNAY ÇİNGİZ qızı YUSİFOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində təbiət elmləri üzrə pedaqoji fəaliyyət göstərən müəllimlər sırasında Günay Çingiz qızı Yusifovanın da xüsusi yeri vardır. Doğma yurduna, el-obasına son dərəcə məhəbbətli olan bu gənc haqqında söz açmaq bu sətirlərin müəllifi üçün olduqca xoşdur. Günayın uşaqlığı bu sətirlərin müəllifinin gözləri qarşısında keçmişdir. Günay kiçik yaşlarından babası, tanınmış riyaziyyat müəllimi olmuş Əsgər Yusifov və əmisi texnika elmləri namizədi Çərkəz Yusifov kimi dəqiq elmlərə maraq göstərmişdi.
Günay Yusifovanın ömür yoluna nəzər salaq: Yusifova Günay Çingiz qızı 1983-cü ilin sentyabr ayının 22-də Oxud kəndində anadan olmuşdur. İbtidai səkkizillik təhsilini 1989-cü ildə Oxud kənd səkkizillik məktəbində alan Günay Yusifova orta təhsilini 2000-ci ildə N.Hümmətov adına Oxud kənd orta məktəbində tamamlamışdır. Həmin ildə respublikanın ən nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin “Mexanika – riyaziyyat” fakültəsinə daxil olmuş, 2005-ci ildə ali təhsilini başa vurmuşdur. 2005-ci ildə Şəki şəhər Təhsil Şöbəsinin müvafik əmrinə əsasən Oxud kənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuş, bu gün də bu məktəbdə müəllimlik fəaliyyətini davam etdirir. Mənəvi cəhətdən kamil bir şəxsiyyət olan Günay Yusifova humanitar elmləri də ixtisası səviyyəsində mükəmməl bilir və şagirdlərin mənəvi və əxlaqi tərbiyəsinin möhkəmləndirilməsində əməli fəaliyyəti ilə məktəb rəhbərliyinin və valideynlərin hörmətini qazanmışdır.
Günay Yusifova yenilikçi müəllimdir. Hansı sinifdə dərs deməsindən asılı olmayaraq dərslərini yeni təlim texnologiyaları ilə qurur. Onun qeydlərindən: 2000- ci ildən riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm. İşlədiyim müddətdə həmişə axtarışda olmuş, yeniliklər etmək istəmişəm. Dərs dediyim siniflərdə interaktiv təlim üsullarından olan əqli hücum, rollu oyunlar, cütlər və qruplar, diskussiya, dairəvi söhbət metodlarından tez – tez istifadə edirəm. Bu metodların üstünlüyü ondadır ki, biliklərin verilməsi zamanı şagirdlər yaradıcı riyazi təfəkkürlərini işə salır, yeni biliklərə müstəqil yiyələnməyə çalışırlar. Bu zaman şagird mövzunu daha maraqla öyrənir, tez mənimsəyir və unutmur”.
Mən dəqiq elmlərin sirrini gözəl bilən Günay xanıma ömür yollarında möhkəm cansağlığı, müəllimlik fəaliyyətində uğurlar arzulayıram.
PƏRVANƏ NURPAŞA qızı HÜMMƏTOVA[HTML redaktə]
Oxud kənd orta məktəbinin maarif carçılarından biri Pərvanə Nurpaşa qızı Hümmətovadır.O,1962-ci ildə nəinki Şəki, bütün Azərbaycan müəllimləri sırasında adı fəxrlə çəkilən alim-pedaqoq, şair Nurpaşa Hümmətovun ailəsində,Oxud kəndində anadan olmuşdur. Dərin ədəbi bilgilərə sahib olan, ata-ana ruhunu daim əziz tutan Pərvanə xanım 2016-cı ildə bu sətirlərin müəllifi tərəfindən Nurpaşa Hümmətovun “Tanrıdan diləyim” adlı kitabının tərtibi zamanı əlindən gələn köməkliyi göstərərək övladlıq borcunu layiqincə yerinə yetirmişdir. 1969-cu ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Pərvanə Hümmətova 1979-cu ildə orta təhsilini tamamlamışdır. 1979-cu ilin avqust ayının 30-dan Şəki Barama Toxumu Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayan Pərvanə Hümmətova 1980-ci ilin fevral ayının 11-dək bu müəssisədə çalışmışdır. 1980-ci ilin sentyabr ayında o, Pioner İşçiləri hazırlayan Respublika Məktəbinə daxil olub, həmin ilin iyul ayınadək bu məktəbdə oxumuşdur. 1981-ci ilin sentyabr ayının 1-dən Oxud kənd orta məktəbində pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayan Pərvanə xanım bu də məktəbdə yeni istilahla Məktəb Uşaq Birliyinin (MUB) sədri vəzifəsində çalışır. Uşaqların təlim-tərbiyəsinin əsas metodik özəyi kimi bu qrumun məktəbdaxili rolu və əhəmiyyəti böyükdür. Pərvanə xanım elmlərin tədrisində inteqrativliyin yaradılmasında məktəbdaxili mühüm işlər görür, müəllimlərə əməli köməklik göstərir.
Biz görkəmli bir şəxsiyyətin, bütün oxudlu alimlərin mənəvi atası olmuş işıqlı şəxsiyyət Nurpaşa Hümmətovun yadigarı Pərvanə xanıma pedaqoji əlaqələndirmə və tərbiyələndirmə işlərində uğurlar və möhkəm cansağlığı arzulayırıq.
İNTİZAR NURƏLİ qızı QÜVVƏTOVA[HTML redaktə]
Dünyada peşə və sənət növləri çoxdur. Lakin, cəmiyyətdə ən hörmətli müraciət titulunu daşıyan peşə -müəllimlikdir. Müəllimlik bəşərin ən böyük, əbədi və müqəddəs peşə sahəsidir. Müəllim əməyi heç zaman tam mənasında dəyərləndirilə bilməz. Müəllimlik elə bir peşədir ki, həyatın bütün sferaları ilə bilavasitə əlaqədədir. Müəllim cəmiyyəti inkişaf etdirəcək, bəşəriyyəti yaradacaq nəsillər yetişdirir. Öz yaradıcılığı ilə bəşəriyyəti işıqlı gələcəyə aparan müəllimlərimizin pedaqoji fəaliyyəti öyrənilməli, pedaqoji ictimaiyyətə çatdırılmalıdır. Baş Layısqı kənd tam orta məktəbində müəllimlik fəaliyyəti göstərən gənc müəllimlərdən biri də İntizar Nurəli qızı Qüvvətovadır.
İntizar Nurəli qızı Qüvvətova 1971-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. O, 1978-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. Müəllimlik peşəsinə böyük maraq göstərən İntizar Qüvvətova 1991-ci ildə Gəncə Sənaye-Pedaqoji Texnikumuna daxil olmu, 1993-cü ildə oranı “İbtidai sinif müəllimliyi” ixtisası üzrə bitirmişdir. 1993-cü ildən N.Hümmətov adına Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Pedaqoji fəaliyyətinin ilk illərindən Xumarə müəllimə yaxşı bilir ki, hazırda ümumtəhsil məktəblərinin qarşısında duran əsas vəzifə müstəqil və yaradıcı düşüncə tərzinə malik, təşəbbüskar vətəndaşlar yetişdirməkdən ibarətdir. Dünya təhsil siteminə inteqrasiya edildiyimiz mühüm tarixi mərhələdə fəal təlim metodları ilə bu vəzifələri həyata keçirmək mümkündür. Bunun üçün də o, “Müasir təlim metodları”nı dərindən oyrənir, dərslərində tətbiq edir, digər müəllim yoldaşları ilə birgə bu mövzuda fənn assosiasiyaları yığıncağında fikir mübadiləsi aparır. Milli dəyərləri olan “Ana dili” vasitəsilə şagirdlərdə vətənpərvərlik, humanizm, xeyirxaklıq, qayğıkeşlik, vicdanlı və namuslu olmaq kimi zəruri keyfiyyətlər formalaşdırır. O, qruplarda iş üçün hazırladığı tapşırıqlarda elə suallar seçir ki, onlar bu əsasda məntiqi mühakimə yürütməyi , müstəqil və yaradıcı düşünməyi öyrənsinlər. Çünki, məntiq şifahi və yazılı nitqin özündə meydana çıxan təfəkkür mədəniyyətidir.
İntizar xanım həm yaxşı müəllim, həm yaxşı yoldaş, həm də qayğıkeş anadır. Ömrünün mənasını öz ömründən körpə balalarımızın ömrünə pay verərək öyrətməkdə görür. O, öz ömründən yetirmələrinə körpü salır, pərvazlayıb üçürur. Yenə də öyrənməkdən yorulmur, qazandığı bilikləri, pedaqoji təcrübəni demokratiya süzgəcindən keçirir, yeni təlim metodlarına geniş yer verir, ənənəvi təlim metodlarının müsbət ənənələrinə qaynaq edir, yardıcılqla birləşdirir. Mən hər dəfə bir müəllimin ömür yolunu dinlədikcə yadıma xalq şairi B.Vahabzadənin “Şam ömrü” şeri düşür. Şam ömrünün mənasını yanmağında görürsə, bu onun təxəyyülünün mənası yox, həyat həqiqətinin poetik ifadəsidir. İntizar müəllim zəngin sinif otağı yaratmışdır. Elə müəllimlik də bundan başlanır. Zəngin, səliqəli sinif otağı müəllim əməyinin, zəhmətkeşliyinin, sənətinə məhəbbətin göstəricisi, axtarışlarının, yaradıcılığının nəticəsidir. Subut olunur ki, o, daim axtarış, yenilik sorağındadır. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəhram Məmmədovun dediklərindən: “ İntizar müəllim əsl müəllimdir, ziyalıdır, ömrünü balalarımızın təlim-tərbiyəsi yolunda şam kimi əridir”.
Mən də İntizar müəllimə işində müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayıram.
GÜLDANƏ RAHİM qızı UĞURLUYEVA[HTML redaktə]
Oxud kənd orta məktəbində şərəfli müəllimlik yolu keçən müəllimlərdən biri Güldanə Rahim qızı Uğurluyevadır. Güladə Uğurluyeva 1988-ci ilin aprel ayının 9-da Şəki rayonunun Oxud kəndində nüfüzlü bir ailədə doğulub. Müəllimlik peşəsini seçməsində bəlkə də ailə ənənələrinin böyük təsiri olub Güldanə xanıma. 1994-cü ildə ibtidai təhsil almaq məqsədi ilə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Güldanə Uğurluyeva 2005-ci ildə həmin məktəbin XI sinfini bitirib. Həmin ildə Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasına qəbul olunaraq, 2009-cu ildə ali təhsilini tamamlayıb. Oxud kənd N.Hümmətov adına tam orta məktəbinə müəllim kimi ayaq basdığı gün həyatının ən sevincli günü olub Güldanə xanımın. Sevimli müəllimləri ilə bir sırada gənc nəslin mənəvi tərbiyəsi keşiyində dayanmaq onu gündən-günə nailiyyətə səsləyib. Məktəbin qarşısında Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına bağlılığının səbəbləri ilə gənc müəllimin fikirlərini öyrənmək məqsədilə ona müraciət edirəm. Güldanə müəllimə: Mən dilimə, vətənimə, xalqma çox bağlı olan bir insanam. Bu bağlılığı mənə babamın, atamın, anamın və ailə üzvlərimizin mənalı ömür yolu öyrədib. Mən çox sevinirəm ki, azərbaycanlı olaraq dünyaya gəlmişəm, bu ölkənin vətəndaşıyam və bu dildə danışıram. Azərbaycan dili dünya dilləri içərisində həm varlıqlı, həm şirin, həm də böyük bir dildir. Mən də bu dili sevdiyim üçün Azərbaycan dili müəllimi olmaq şərəfinə nail oldum. Xoşbəxtəm ki, burada – doğma Oxud məktəbində dilimizin və ədəbiyyatımızın incəliklərini mükəmməl bilikli müəllimlərdən öyrənib, ali məktəbdə daha da təkmilləşdirmişəm. Hər daim çalışıram ki, sevimli şagirdlərimə, kəndimizin balalarına bu dilin gözəlliklərini, ədəbiyyatımızın qədimliyini, yazıçılarımızın həyat və yaradıcılığını sevə-sevə şagirdlərimə öyrədim”-deyir.
Güldanə Uğurluyeva pedaoji fəaliyyətə başladığı ilk günlərindən təhsildə baş verən yenilikləri izləmiş, metodik tovsiyələri, vəsaitləri diqqətlə oxumuş, işində yaradıcılıqla tətbiq etməyə çalışmışdır. Müasir şəraitdə gənc nəslin təlim və tərbiyəsi işində əldə ediləcək uğurlarda Güldanə müəllim tədris zamanı yeni təlim metodlarından istifadənin zəruri olacağını söyləyir. Gənc müəllimin dediklərindən: “Mən ali təhsilimi başa vuranda yeni təlim texnologiyalarının dərslərə tətbiqi geniş səciyyə daşımırdı. Fənn kurikulumlarının işlənməsi özünün addımlarını yeni atırdı. Ənənəvi təlimin qədəmləri hələ möhkəm idi. Ancaq mənim fikrimcə, təlimin hansı səviyyəsindən asılı olmayaraq müəllim yerində olmalıdır. Şagirdlərdə öyrənmək həvəsini yaratmaq pedaqoqdan xüsusi məharət tələb edir. Əgər müəllim səmimi ünsiyyət, anlaşıqlı nitq və hərəkətlərdən düzgün və tələb olunan qədər istifadə edərsə, müəllim-şagird münasibətlərinin daha dərin və davamlı olmasına nail ola bilər”.
Biz ədəbiyyatımızın zənginliklərini yorulmadan balalarımıza aşılayan bu cəfakeş müəllimə tədrisdə uğurlar və möhkəm cansağlığı arzulayırıq.
SEVİL AFƏR qızı SALAMOVA[HTML redaktə]
Sevil Afər qızı Salamova 1961-ci ilin mart ayının 8-də Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Əli Bayramlı şəhərində (hazırkı Şirvan şəhəri) 10 saylə orta məktəbin birinci sinfinə daxil olmuş, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1988-1990-cı illərdə Bakı Maliyyə-Kredit Texnikumunda orta ixtisas təhsili almışdır. 2000-ci ildə Oxud kənd orta məktəbində laborant kimi fəaliyyətə başlayan Sevil xanım Salamova bu gün də məktəbdə həmin vəzifəsini davam etdirir. O, işini bilən və sevən bir kadr kimi məktəb kollektivi tərəfindən sevilir.
NÜBAR NİYMƏT qızı HÜMMƏTOVA[HTML redaktə]
Azərbaycan tarixindəki xidmətlərinə görə bənzəri olmayan ulu öndərimiz Heydər Əliyev demişdir: “Bizim təhsilimizin məqsədi gənc nəsli gələcəyə hazırlamaq, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvlərini yetişdirməkdir”. Oxud kənd tam orta və ümumi orta məktəbində təhsil sahəsində çalışan bütün işçilər ulu öndərimizin bu tövsiyəsini yerinə yetirmək üçün səylə çalışaraq böyük uğurlar əldə etmişlər.
Oxud kənd tam orta məktəbdə çalışan gənc və istedadlı müəllimlərdən biri olmuş Nübar Hümmətova ixtisası üzrə “Tarix-ictimaiyyət” fənlərini tədris etmişdir.
Nübar Niymət qızı Hümmətova 1985-ci ilin mart ayının 14-də Oxud kəndində anadan olmuşdur. 1991-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Nübar xanım 2002-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir.
Gözəlliklər diyarı, qədim yurd yeri olan Oxud kəndinin və doğma Azərbaycanın qədim və zəngin tarixinə vurğunluq və sevgi gənc Nübarın qəlbində tarix müəllimi olmaq arzusunu yuvalandırmışdı.2003-cü ildə o, test üsulu ilə imtahan verərək Bakı Ali Pedaqoji Qızlar Seminariyasının “Tarix və ictimaiyyət” ixtisasına qəbul olunur. Sirli-soraqlı tələbəlik illəri ildırım sürəti ilə gəlib keçir. 2007-ci ildə Nübar Hümmətova ali təhsilini “yaxşı” və “əla” qiymətlərlə başa vurub çoxdan arzusunda olduğu müəllimlik diplomu alır. Həmin ildə N. Hümmətov adına Oxud kənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin olunur. Lakin amansız ölüm bu gənc müəllimin arzularını gözündə qoyur. Bir neçə il məktəbdə pedaqoji fəaliyyət göstərdikdən sonra Nübar Hümmətova ...................ci ilin ........ayının....də dünyasını dəyişir.
Gənc müəllimin mənalı ömür yolunun yarımçıq qalması müəllim yoldaşlarının və şagirdlərinin qəlbinə ağır zərbə vurur. Məktəbin direktoru Ülfət Abdullayevin dediklərindən: “Nübar Hümmətova məktəbimizin ən çox sevilən müəllimlərindən idi. Mükəmməl elmi biliyə sahib olan bu gənc müəllim ixtisasını və şagirdlərini ürəkdən sevirdi. Məktəbimizin bütün tarixi-ədəbi məzmunlu tədbirlərində yaxından iştirak edərdi. Yeniliksevər kadr idi. Təhsil islahatının tələblərindən irəli gələn tədris yeniliklərini sevinclə qarşılamışdı. Dərslərində inteqrativliyə və yeni təlim üsullarının tətbiqinə ciddi əməl edərdi. Çox təəssüf ki, amansız ölüm onu aramızdan tez apardı. Onun nurlu xatirəsi məktəb kollektivin və şagirdlərinin qəlbində əbədi yaşayacaqdır. Nübar müəllimə bir evdən getmədi, eldən getdi. Kəndimiz onun şəxsində gələcəyin böyük elmi potensialını, müəllimini itirdi. Onun ruhuna rəhmər diləyir, qəbri nurla dolsun deyirik”.
Mən də Nübar Hümmətovanın valideynlərinə övlad itgisiylə bağlı dözüm, səbr diləyir, qəbrin əməllərin kimi nurlu olsun, - deyirəm.
ŞƏLALƏ ƏLİXAN qızı SALMANOVA[HTML redaktə]
Respublikamızda uğurla davam edən yeni cəmiyyət quruculuğunda ən mühim məsələlərdən biri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasıdır. Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin günbəgün möhkəmlənməsi üçün savadlı, vətənpərvər gənclərin yetişdirilməsində hamı fəallıq göstərməli, həm ailədə, həm də məktəbdə uşaqlara Vətənə məhəbbət hissi aşılanmalıdır.Təhsillə məşğul olmaq şərəfli bir işdir. Cəmiyyətin bütün dövrlərində müəllim adına, müəllim sənətinə böyük hörmətlə yanaşılıb, müəllim uca, ülvi və müqəddəs bir varlıq kimi qiymətləndirilib. Müəllim insanı həyata hazırlayan, onun daxili mənəvi dünyasını, elmi dünyagörüşünü və ictimai-siyasi baxışlarını formalaşdıran bir varlıqdır. Bir sözlə, müəllim insanı bütöv bir şəxsiyyət kimi formalaşdıran əsas sima, başlıca fiqurdur. Ulu öndərimiz Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək demişdir: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Bu yolda öz bilik və bacarığını əsirgəməyən, öz biliklərini damla-damla sevdiyi şagirdlərinə ötürməyə çalışan Oxud kənd orta məktəbinin yaradıcı müəllimlərindən biri də haqqında söz açmaq istədiyimiz Şəlalə Əlixan qızı Salmanovadır. Şəlalə Salmanova 1977-ci ilin yanvar ayının 25-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1933-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Şəlalə Salmanova 1994-cü ildə həmin məktəbin IX sinfini bitirmişdir. Həmin ildə müəllim olmaq arzusu ilə Lənkəran Dövlət Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunan Şəlalə xanım 1998-ci ildə universiteti bitirmişdir. 1998-ci ildə Şəki şəhər Təhsil Şöbəsinin təyinatı üzrə Oxud kənd orta məktəbinə ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. Şəlalə müəllimə yaxşı dərk edir ki, təlim prosesi o zaman uğurli olur ki, öyrədən və öyrənən bu prosesdə məqsədyönlü və fəal iştirak edir. O,“Ana dili” və “Riyaziyyat” fənlərinin öyrənilməsini yaxşı təmin etmək üçün alternatıv yollar, metodikalar axtarır, tapır və tətbiq edir. Dərsi elə qurur ki, şagirdlərin yüksək idrak fəaliyyətini təmin edə bilsin. O, tədris vəsaitləri seçərkən tədris materialının məzmunu, şagirdlərin yaş xüsusiyyəti, dərsin məqsədləri, fənn kabinetinin təchizatı, paylama materialları, düşündürücü –yaradıcı tapşırıqlar və sair kimi vacib detalları diqqət mərkəzində saxlayır. Bilir ki, dərsin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, onun metodik mədəniyyətindən, şagirdlərin müxtəlif vasitələrlə idrak fəaliyyətinə cəlb etmək bacarığından çox asılıdır. O, metodları elə uyğunlaşdırır ki, müəllimlə şagirdin birgə fəaliyyəti optimal şəraitdə həyata keçsin. Müşahidələrim təsdiqlədi ki, Şəlalə müəllimin dərsində şagirdlərin aktiv fəaliyyəti üstünlük təşkil edir. O, işdə müasirliyə, yeniliyə üstünlük verir, fəal yarıdıcılıq tapşırıqları seçir, pedaqoji axtarışlar aparır. Çünki, öyrənmə prosesi şagirdlərin aktiv şəkildə iştirakı ilə keçdikdə nəticələr daha yüksək olur. Müəllimin vəzifəsi isə optimal şəraitdə öyrənməyə şərait yaratmaqdır. Fikrimi Oxud kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəhram Məmmədova bildirəndə o, qürur hissi ilə bildirdi ki, kaş bütün müəllimlərimiz onun kimi peşəsinin vurğunu olaydı. Eyni sözləri valideynlərin və şagirdlərin də dilindən eşitdik.
Biz Şəlalə xanıma çətin və şərəfli müəllimlik fəaliyyətində uğurlar arzulayırıq.
BRİLYANT SEYİDƏZİM qızı ABDULLAYEVA[HTML redaktə]
Oxud kənd tam orta məktəbinin gənc müəllimlərindən olan Brilyant Seyidəzim qızı Abdullayeva Oxud kəndinin sosial-mədəni həyatında mühüm rolu olan ziyalılardandır. Sifətindən nur tökülən bu gəncin müəllimə xas ən gözəl xüsusiyyətlərin daşıyıcısı olması davranışlarından diqqətimi cəlb edir.
– Əvvəlcə sizi tanıyaq? - deyə müsahibimə sual edirəm. O, utancaqlıqla cavab verir: -1984-ci ilin oktyabr ayının 17-də bu gözəl yurdda - Oxud kəndində anadan olmuşam. 1990-cı ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 2001-ci ildə həmin məktəbin XI sinfini bitirmişəm. Müəllim olmaq arzularımı valideynlərimin müəllimlik yolunun davamçılığı kimi davam etdirmək istəmişəm. Bilirsiniz ki, atam və anam müəllimdirlər. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” fakültəsinə daxil olub 2008-ci ildə ali təhsilimi tamamlamışam. Pedaqoji fəaliyyətimə ixtisasım üzrə Oxud kənd orta məktəbində “tarix” müəllimi kimi başlamışam”.
Məktəb rəhbərliyinin verdiyi məlumata görə, Brilyant Abdullayeva məktəbdə çalışdığı illərdə şagirdlərinin qabiliyyətlərini üzə çıxarmağın, təfəkkürünü inkişaf etdirməyin yollarınu, yaradıcı işlərdə görmüşdür. Onun fikrincə, ümumiləşdirmə apararaq nəticə çıxarmaq bacarığına yiyələnən şagirdlərdə tənqidi təfəkkür formalaşmağa başlayır. Bu isə onlarda tarixi- elmi dünyagörüşünün yaranmasına kömək edir. Müəllim bu məqsədlə seçdiyi sualları əvvəlcədən hazırlayır. Çalışır ki, suallar konkret, anlaşıqlı və məzmunlu olsun. Şagirdlər müxtəlif mənbələrdən, İKT-dən və elektron poçtdan bu mərhələdə istifadə edirlər. Həmidə müəllim yeni təlim metodlarının üstünlüyünü yaxşı bilir. Dərk edir ki, şagirdlər bu zaman düşünmək, təhlil etmək, nəticə çıxarmaq, qiymət vermək bacarığına yiyələnirlər. Onlarda tənqidi təfəkkür formalaşır, müstəqil düşünməyə şərait yaranır. Beləliklə, tənqidi təfəkkürə malik, yaxşını pisdən seçməyi bacaran insan formalaşır. Belə şagird özünü dərk etməyə başlayır, öz nöqsanlarını görür. Nəticədə, o, fərddən şəxsiyyətə çevrilir. Doğrudur, bu uzun bir proses, özü də zəhmət, təmkin, dözüm tələb edən bir prosesdir. Hər ötən gün həm bu yolda özünu fəda edən müəllimlərə, həm də şagirdlərə biliklərin zirvəsinə doğru inamla irəliləmək sevinci, xoşbəxtliyi bəxş edir. Əsl müəllim o insandır ki, bütün ömrünü, qəlbinin hərarətini, gözlərinin nurunu dərs dediyi şagirdlərinə bəxş edir. Qurban müəllim də özünü məktəbdən, şagirdlərdən ayrı təsəvvür edə bilmir. Çünki o, bütün qəlbi ilə sevib seçdiyi sənətinə bağlıdır. Brilyant Abdullayeva 10 ildir ki, Oxud kənd tam orta məktəbində çalışır, doğma tariximizi kəndli balalara sevdirir. Məlum bir həqiqəti dərk etməliyik ki, diplom adlanan iki səhifəlik bir kağız parçası heç kəsi nə müəllim, nə ziyalı, nə də alım etmir. Bu, yalnız yaşamaq üçün, həyatda yolseçmək üçün ünvanlanmış sənəd ola bilər. Əsas odur ki, malik olduğun ixtisası Brilyant müəllimə kimi sevəsən.
Hazırda Brilyant xanım Abdullayeva Oxud kənd orta məktəbində saathesabı üzrə müəllimlik fəaliyyətini davam etdirir. Mən kəndimizin bu fəal ictimaiyyətçi xanımına -Oxud kənd Bələdiyyəsinin sədrinə həm ağır və şərəfli iqtisadi rəhbərliyində, həm də nurlu müəllimlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıram.
BƏHRAM ŞÖVKƏT oğlu CƏBRAYILOV[HTML redaktə]
Bəhram Şövkət oğlu Cəbrayılov 1956-ci il noyabr ayının 30-da Oxud kəndində məşhur riyaziyyatçı Şövkət Cəbrayılovun ailəsində anadan olmuşdur. Balaca Bəhram gözünü açandan evdə təlim-tərbiyə, riyaziyyatla bağlı sözlər eşitmiş, kitab-dəftər görmüşdür. Atası Şövkət Cəbrayılov nəinki Oxud kəndinin, bütün Azərbaycanın sayılıb-seçilən ziyalısı, riyaziyyat müəllimi, anası Zenfira xanım evdar qadın olmuşdur.Onun elmi dünyagörüşünün formalaşmasında münbit elmi ailə mühitinin böyük təsiri olmuşdur. İlk əvvəl o, riyaziyyat elminin incəliklərini atasından öyrənmiş, 1963-cü ildə Oxud kənd orta məktəbinin 1-ci sinfinə qəbul olunub, 1973-cü ildə məktəbi əla qiymətlərlə başa vurmuşdur.Təhsil yollarında valideynlərinin rolunu Bəhram müəllim həmişə yüksək qiymətləndirmişdir.
1975-1977-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra, 1978-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Riyaziyyat” fakültəsinə daxil olmuşdur. 1983-cü ildə universiteti əla qiymətlərlə başa vuran Bəhram Cəbrayılov 1984-cü ilin fevral ayının 1-də Şəki rayon Göybulaq kənd səkkizillik məktəbinə müvəqqəti olaraq tərbiyəçi təyin olunmuş, həmin ilin 30 avqust tarixinədək bu məktəbdə çalışdıqdan sonra 1 sentyabr 1984-cü il tarixdən 1 fevral 1986-cı il tarixədək Aşağı Şabalıd kənd səkkizillik məktəbində riyaziyyat müəllimi işləmişdir. Bəhram Cərayılovun 1986-cı ilin fevral ayının 1-dən 1991-ci ilin oktyabr ayına kimi fəaliyyəti Oxud kənd orta məktəbində hərbi rəhbər vəzifəsi ilə bağlı olmuşdur. Bəhram müəllim bu gün də bu təhsil ocağında şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi ilə məşğul olur.
Bu dərin biliyə malik müəllimlə ünsiyyətdə olanlar, görüşənlər onun zəkasına heyran olur, qəlblərində ona böyük sevgi aşılayırlar. Sual oluna bilər: Bəs bu insana başqaları tərəfindən bəslənilən məhəbbətin sirri nədədir? Sualın cavabı çox sadədir: insanpərvərliyində, ziyalıya olan böyük diqqət və qayğısında, səmimi münasibətində, dinləmək və danışmaq məharətində, sadəliyində, xeyirxahlığında və qəlb açıqlığında, ən əsası müəllim kimi sənətinə olan hədsiz bağlılıq və şagirdlərinə olan sevgi və məhəbbətində, müəllimlərinə olan hörmət və ehtiramda.
Bəhram Cəbrayılov işlədiyi müddətdə dərs dediyi şagirdlərinin, çalışdığı kollektiv üzvlərinin və kənd zəhmətkeşlərinin qəlbində özünə qarşı sönməz məhəbbət məşəli yandırdı.
Bəhram Cəbrayılov gözəl müəllim olmaqla yanaşı, mehriban ailə başçısı ata və babadır. Həyat yoldaşı Leyla xanım Cəbrayılova uzun illər Oxud kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərib. Hazırda fərdi təqaüdçü kimi ana-nənə ömrü yaşayır. Övladları Gülnara və Nuranə Cəbrayılovalar Oxud kəndinin şanlı nəsillərində şərəfli ana ömrü yaşayırlar. Gülnara və Nuranə bacıları babalarının, ata və analarının riyaziyyat üzrə elm yolunun layiqli davamçıları kimi ADPU-nun Şəki filialında pedaqoji fəaliyyət göstərirlər.
AMİL MƏMMƏDƏLİ oğlu MƏMMƏDOV[HTML redaktə]
Oxud kənd tam orta məktəbində ömür çırağından şagird qəlbinə işıq səpən müəllimlərdən biri Amil Məmmədəli oğlu Məmmədovdur. Amil Məmmədv 1956-cı ildə Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Amil Məmmədov 1973-cü ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. 1973-cü ildə Qırmızı Əmək Bayrağı Ordenli V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) “Riyaziyyat” fakültəsinin əyani şöbəsinə daxil olan gənc Amil, 1977-ci ildə bu ali məktəbi “Riyaziyyat müəllimi” ixtisası üzrə bitirmişdir. 1977-ci ildə Şəki Rayon Xalq Maarif Şöbəsinin 16 avqust 1977-ci il tarixli 213 saylı əmri ilə Şəki rayonunun Dərəcənnət kənd səkkizillik və qiyabi orta məktəbinə ixtisası üzrə riyaziyyat müəllimi təyin olunmuşdur. Şəki Rayon Xalq Maarif Şöbəsinin 26 avqust 1981-ci il tarixli 307 saylı əmrinə əsasən həmin məktəbdən azad olunaraq, sentyabr ayının 1-dən etibarən Oxud kənd orta məktəbində V-VI siniflər üzrə təşkil edilmiş günüuzadılmış qrupda tərbiyəçi kimi pedaqoji fəaliyyətə cəlb edilmişdir. Amil Məmmədov həmin tarixdən bu günədək Oxud kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.
Amil Məmmədov nəinki riyazi, həmçinin dərin siyasi savada malik kadr kimi özünü göstərdiyindən tezliklə şagird və müəllim kollektivi qarşısında mənəvi nüfuz qazanmışdır. Amil müəllim haqqında məktəbin direktoru Ülfət Abdullayevin dediklərindən: “Ömür təkcə yaşla ölçülmür. Ən əsası odur ki, sənətini, peşəni sevəsən. Amil müəllim məktəbimizin seçilən müəllimlərindəndir. Ömrünün 41 ilini kəndimizin maariflənməsinə, gənclərimizin riyazi biliklərə yiyələnməsinə həsr edən Amil Məmmədovun müəllimlik fəaliyyəti əksər müəllimlər üçün örnəkdir”.
Amil müəllimin müəllim ömrü əsl tərbiyə məktəbinə çevrilmiş, onun şagirdlərinə vermiş olduğu zəngin bilik, səmimi, mehriban müəllim nəvazişi, yetirmələrinin qəlbində həzin xatirələr yaratmışdır. Elm, təhsil yollarında Amil Məmmədovun çəkmiş olduğu zəhmət hədər getməmiş, ona Azərbaycan Respublikası Maarif Nazirliyinin 18 sentyabr 1987-ci il tarixli 277 saylı əmri ilə “Metodist tərbiyəçi” adı verilmişdir. Amil Məmmədəli oğlu Məmmədov indi də doğma kəndinin ictimai işlərində, mədəni-kütləvi tədbirlərində fəal iştirak edir, müəllim-ziyalı, kənd ağsaqqalı kimi gənclərə vətənpərvərlik ruhu aşılayır.
Kəndimizdə xususi hörmət sahibi olan Amil müəllimə Tanrıdan möhkəm cansağlığı arzulayır, çətin və şərəfli müəllimlik fəaliyyətində uğurlar diləyirəm.
ASİM NƏSİF oğlu İLYASOV[HTML redaktə]
Oxud kənd orta məktəbinin tanınmış müəllimlərindən olan Asim Nəsif oğlu İlyasov 1973-cü ilin noyabr ayının 8-də Oxud kəndində anadan olmuşdur. Asim İlyasov ibtidai və natamam orta təhsilini 1980-1988-ci illərdə Oxud kənd orta məktəbində aldıqdan sonra Bakı şəhərinə gedərək Bakı şəhər 1 saylı Fizika – Riyaziyyat və İnformatika təmayüllü Liseyə daxil olmuş, 1990-cı ildə həmin liseyin XI sinfini bitirmişdir. 1990-1995-ci illərdə Azərbaycan Neft Akademiyasında (keçmiş Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu) ali təhsil almışdır. 1995-ci ildə Şəki şəhər Təhsil Şöbəsinin təyinatı ilə Şəki şəhər Gənc Texniklər Stansiyasına dərnək rəhbəri vəzifəsinə rəhbər təyin edilmiş, 1996-cı ilədək fəaliyyəti bu təşkilatla bağlı olmuşdur. İnformatika elmi sahəsindəki zəngin biliyi Şəki şəhər Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilən Asim İlyasov 1996-cı ildən təhsilini Oxud kənd orta məktəbində davam etdirməyə başlamışdır. İnformatika və riyaziyyat elminin son nailiyyətləri ilə hərtərəfli tanış olmaq məqsədilə 1998-ci ildə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisaslarının Artırılması və Yenidənhazırlanması İnstitutuna daxil olub, 1999-cu ildə bu təhsil qrumunu “Riyaziyyat-informatika müəllimliyi” ixtisası üzrə bitirmişdir. Asim İlyasov nəinki işlədiyi Oxud kənd orta məktəbində, həmçinin bütün Şəkidə adı hörmətlə çəkilən ziyalıdır. Onun təhsilin bakalavr və magistratura pilləsi üçün hazırladığı abituyentlər və bakalavriat dərəcəli müəllimlər yüksək ballarla ali məktəblərin bakalavriat və magistratuta pillələrinə daxil olurlar. Dərin riyazi biliyə malik olan və “İnformatika” elmini gözəl bilən bu müəllim üçün təhsilin yolları heç də asan olmamışdır. O, elm yollarındakı çətinlikləri aradan qaldıra-qaldıra şəhərin ən nüfuzlu informatika müəlliminə çevrilmişdir. Olduqca sakit, təvazökar və təmkinli olan bu eloğluma tədricdəki uğurlarla yanaşı möhkəm cansağlığı arzulayıram.
ELMAR ƏLAYİM oğlu YUSİFOV[HTML redaktə]
Oxud kənd tam orta məktəbində çalışan dəqiq elmlərin tədrisçiləri sırasında Elmar Əlayim oğlu Yusifov da yaradıcı müəllimlərdən biridir. Elmar Yusifov 1982-ci ilin yanvar ayının 22-də Oxud kəndində anadan olmuşdur. O, 1988-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1999-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2000-ci ilin aprel ayının 2-də Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, 2001-ci ildə hərbi xidmətini başa vurub ordudan tərxis olunmuşdur. Texniki elmlərə hələ məktəb illərindən böyük maraq göstərən Elmar Yusifov müasir kompyuter texnikasına mükəmməl yiyələnmək üçün 2002-ci ildə Odlar Yurdu Universitetinin “Kompyuter - riyaziyyat” fakültəsinə daxil olmuş, 2006-cı ildə universiteti bitirmişdir. Şəki Şəhər Təhsil Şöbəsinin müvafik əmrinə əsasən Elmar Yusifov 2006-cı ilin sentyabr ayının 15-dən Oxud kənd tam orta məktəbində informatika müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Pedaqoji fəaliyyəti ilə paralel ölkənin və kəndin sosial-iqtisadi, mədəni həyatında da yaxından iştirak edərək 114 saylı Şəki kənd birinci seçki dairəsinin 2 saylı məntəqəsinin sədri vəzifəsinə seçilmişdir. Elmar Yusifov hazırda Oxud kənd tam orta məktəbdə saathesabı üzrə müəllim, 2 saylı məntəqə sədri vəzifəsini yerinə yetirməklə yanaşı, Oxud kənd İcra Nümayəndəliyinin katibi vəzifəsini də icra edir.
ELSEVƏR HİMAYƏT qızı SALMANOVA[HTML redaktə]
Oxud kənd tam orta məktəbinin ətrafına nur saçan, onlarla uşağın gözünə maarif işığı verən cəfakeş gənc müəllimlərindən biri də Elsevər Himayət qızı Salmanovadır. Elsevər Salmanova 1984-cü ildə Oxud kəndində anadan olub. Elsevər xanım 1990-cı ildə Oxud kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2001-ci ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. 2002-ci ildə respublikamızın ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetinin “Fizika” fakültəsinə daxil olan Elsevər Salmanova 2006-cı ildə universiteti əla qiymətlərlə başa vurmuşdur. Şərəfli və məsuliyyətli müəllimlik fəaliyyətinin ilk günlərini tərcümeyi-halında Elsevər xanım aşağıdakı kimi diqqətə çatdırır: “2007-ci ildə doğma Oxud kənd orta məktəbinə ixtisasım üzrə Fizika müəllimi təyin olundum. Bu məktəbdə çalışan, vaxtilə dərs aldığım veteran müəllimlərin mədəni səviyyəsi, savadı, dünyagörüşü, ağsaqqallığı, nüfüzü məni həyata səfərbər etdi. Oxud kəndinin mədəni məkan kimi rayonda tanınmasında oxudlu maarif carçılarının böyük rolu olub. Bu gün respublikamızın ictimai-siyasi, mədəni həyatında Oxud kəndini təmsil edən hüquqşünaslar, həkimlər, siyasi-ictimai xadimlər, hərbiçilər, alimlər məhz həmin müəllimlərdən dərs almışlar. Bu gün qətiyyətlə deyə bilərəm ki, bu günkü estafetinə görə, kəndin artan nüfuzuna görə Oxud kəndi öz qoynunda həyata gətirib bəslədiyi, yetişdirdiyi 70-90-cı illərin müəllimlərinə borcludur. Evdə atamdan həmişə Nurpaşa Hümmətovun, Nuru Məmmədovun, Bəlyar Məmmədovun, Bayraməli Abduləzizovun və digər müəllimlərin adını çox eşitmişəm. Bu gün bu tədris ocağında çalışan müəllimlərin əksəriyyəti həmin müəllimlərin yetirmələridir. Mən də məni yetirən müəllimlərin layiqli davamçısı olmağı qarşıma məqsəd qoymuşam. Mən Oxud kənd orta məktəbinə müəllim təyin olunan zaman bu təhsil ocağında böyük müəllimlər ordusu ilə qarşılaşdım. Müəllimlərin əksəriyyəti rayonda öz səmərəli fəaliyyətlərinə görə xüsusi hörmət və nüfuza malik müəllimlərdir. Məktəbimizin qocaman fizika müəllimi Nazim Hacıhəsənov bizim üçün yol göstərən mayakdır. Şagirdliyimizdən bu günə sevimli müəllimimizdən öyrənə-öyrənə tədrisin zirvəsini fəth etməyə çalışırıq”.
Elsevər Himayət qızı Salmanovaya uzun ömür, cansağlığı və tədris nailiyyətləri arzusu ilə məktəbdən ayrılırıq.
RÜXSARƏ MƏMMƏDARİF qızı SÜLEYMANOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində əsl müəllim şərəfini, ləyaqətini, vətəndaşlıq məsuliyyətini dərindən dərk edən, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi yolunda ömrünü şam kimi əridən müəllimlərdən biri də Rüxsarə Məmmədarif qızı Süleymanovadır. Rüxsarə Süleymanova 1966-cı ildə Oxud kəndində anadan olmuşdur. 1973-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul edilən Rüxsarə Süleymanova 1983-cü ildə həmin məktəbin X sinfini bitirmişdir. 1983-cü ildə Məşədi Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft-Kimya İnstitutunun (hazırkı Azərbaycan Neft Akademiyası) “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olan Rüxsarə xanım, 1988-ci ildə bu ali məktəbi “Məlumatölçmə texnikası, mühəndis-elektrik” ixtisası üzrə bitirmişdir. Gənc mütəxəssislərin bölgüsü üzrə “Əsasnamə”yə uyğun olaraq sərbəst təyinat alan Rüxsarə Məmmədarif qızı, 1989-cu ildə Oxud kənd orta məktəbinə “İnformatika və hesablama texnikasının əsasları” fənni üzrə müəllim təyin edilmişdir. Tədris etdiyi fənnin nəzəri məsələlərinə dərindən yiyələnmək məqsədi ilə Rüxsarə Süleymanova 2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının nəzdində fəaliyyət göstərən “Yenidənhazırlanma” fakültəsinə daxil olmuş, həmin kursu “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bitirmişdir. Rüxsarə Süleymanova bu gün də Oxud kənd tam orta məktəbdə ixtisası üzrə “Riyaziyyat və informatika” müəllimi kimi fəaliyyətini davam etdirir.
TANGİZ BAYRAMƏLİ qızı İSMAYILOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində şagirdlərin ibtidai biliklərə yiyələnməsində əmək sərf edən müəllimlərdən biri Tangiz Bayraməli qızı İsmayılovadır. Tangiz İsmayılova 1982-ci ildə Oxud kəndinin ən zəmətkeş ailələrindən biri olan Bayraməli kişinin ailəsində anadan olmuşdur. 1988-ci ildə Oxud kənd orta məktəbində birinci sinfə qədəm qoyan balaca Tangiz 1999-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Orta məktəbdə oxuyarkən müəllimlik sənətinə böyük maraq göstərən, ibtidai sinif müəllimi olmaq arzusu ilə yaşayan Tangiz İsmayılova 1999-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının birinci kursuna qəbul olunmuş, 2003-cü ildə ali bakalavr təhsilini başa vurmuşdur. Balaca uşaqlarla işləməyin sirrlərinin nəzəri əsaslarını ali təhsil illərində təcrübəli müəllimlərindən öyrənən Tangiz İsmayılova 2003-cü ildən Oxud kənd tam orta məktəbində illərin həsrətində olduğu müəllimlik peşəsi ilə məşğul olmağa başlamışdı.
Tangiz müəllimə ilə məktəbin koridorunda söhbətləşirəm. Gənc olmasına baxmayaraq yetərincə nəzəri hazırlığa malik olam müəlliməyə ilk sualım belə olur: “Sizcə, yeni təhsil islahatının tələbləri üzrə əsl müəllim necə olmalıdır?” O, ani olaraq fikrə gedərək deyir: “Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o, pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bildiyiniz kimi, bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllim uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Həmçinin Azərbycan Respublikası təhsil nazirinin 2014-cü ilin aprel ayında imzalamış olduğu “Şagirdlərlə etik davranış normaları” bütün müəllimlər üçün davranış kodeksidir. Müəllim üçün bir sıra sahələr var ki,onları bilməsi vacibdir. Məsələn, müəllim psixologiya sənətini bilməli, pedogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalıdır. Müəllim üçün ən vacib keyfiyyətlərdən biri humanizmdir. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədris fəaliyyətinə yüksək tələbkarlıqdan və s. ibarətdir. Müəllim stolu arxasında oturan insan hər şeyə cavabdehdir. O,çox şeyi bilir və bacarır. Məktəbimizdə humanizm və demokratik prinsiplərə ciddi əməl olunması fəaliyyətimizin devizidir.Dərs dediyim siniflərdə şagirdlər kiçik yaşlı olmalarına baxmayaraq onlara böyük şəxsiyyət, əvəzolunmaz insan, dahi rəhbər H.Əliyevin həyat və yaradıcılığını, təhsilə, elmə göstərdiyi qayğını, torpağına, vətəninə olan sonsuz sevgisini daima təbliğ edirəm. Onun “Mən həmişə fəxr etmişəm ki, mən Azərbaycanlıyam” kəlamını xüsusi qeyd etməklə şagirdlərin milli zəmində vətənpərvərlik ruhunda tərbiyəsinə çalışıram”.
Biz də öz növbəmizdə məktəbimizin bu gənc müəlliminə tədrisdə böyük uğurlar arzulayırıq.
ARZU VALEH qızı SÜLEYMANOVA[HTML redaktə]
Oxud kənd tam orta məktəbində gənc nəslin tərbiyəsində müəllimlik fəaliyyəti göstərən veteran müəllimlərdən biri Arzu Valeh qızı Süleymanovadır. Arzu Süleymanova 1966-cı ildə Şəki rayonunun Oxud kəndində neçə-neçə nəsilləri həyata hazırlamış, uzun illər Oxud kənd məktəblərində ibtidai təhsilin əsaslarını kənd balalarına aşılamış, hamı tərəfindən xatirəsi hörmətlə anılan Valeh Məmmədovun ailəsində dünyaya göz açmışdır. İbtidai və orta təhsilini 1973-1983-cü illərdə Oxud kənd orta məktəbində alan Arzu İsmayılova atasının müəllimlik yolunu davam etdirmək üçün sənədlərini Şəki Pedaqoji Texnikumuna vermiş, müsabiqədən uğurla keçərək Pedaqoji Texnikumun “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunmuş, 1986-cı ildə məktəbi başa vurmuşdur. 1986-cı ildə Şəki Rayon Xalq Maarif Şöbəsinin əmri ilə Oxud kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin təyin edilmiş Arzu Süleymanova bu gün də fəaliyyətini həmin məktəbdə uğurla davam etdirir.
Müəllimlik fəaliyyətinə başladığı qısa müddətdə Arzu Süleymanova məktəbin müəllim və şagird kollektivinin dərin məhəbbətini qazanmışdır. Bu təcrübəli müəllimin peşəsinə və şagirdlərinə olan məhəbbəti müəllimlik peşəsinə yiyələnməkdə neçə-neçə gəncin ömür yoluna işıq saçmışdı. Şagidrlərin elmin əsaslarının yalnız yüksək əməksevərlik sayəsində əldə ediləcəyinin yəqinliyini bilən Arzu Süleymanovanın səmərəli təşkil olunmuş dərslərində şagirdlər əməyə alışır, biliklərinin qiymətləndirilməsi ilə əməklərinin nəticəsini görür, əmə¬yi sevir, kiçik yaşlardan əməyə hazırlanırlar. Təcrübəli müəllim istənilən şəraitdə əməyi təlim işi ilə əlaqələndirir ki, bu da həm əməyi, həm də təli¬min şüurluluğunu təmin edir. Məktəbdə şagirdlərlə aparılan tərbiyəsi işində müəllimin tutduğu bu mövqe onların peşəyönümünə də müsbət təsir göstərir. Çünki əmək tərbiyəsinin yeniyetmə və gənclərin peşə yönümü sahəsində böyük və əhəmiyyətli rolu vardır.
Biz Arzu Süleymanovaya balaça uşaqlarla apardığı məqsədyönlü tərbiyə fəaliyyətində ona möhkəm cansağlığı, tədris uğurları arzulayırıq.
RUQİYYƏT HÜMMƏT qızı MUSAYEVA[HTML redaktə]
Psixologiya elminin əsaslarını bilmək hər bir müəllim üçün zəruridir. Çünki müəllim şagirdlərlə təmasda olduğu zaman psixoloji durumlarda necə hərəkət edəcəyini bilməlidir. Deməli, pedogika və psixologiya sahəsi müəllimin ən yaxın dostu olmalıdır. Bu sahələri bilməyən müəllim şagirdlərə zəngin bilik vermək qabiliyyətində ola bilməz. Hər şeydən öncə sinfin təşkilinin pedaqoji və psixoloji əsasları düzgün qurula bilməz. Məhz müəllimin sinfi idarəedicilik və təşkilatçılıq bacarıqları onun pedaqoji və psixoloji biliyinin səviyyəsindən çox asılıdır. Çünki dərsdə sinfi idarə eləmək müəllimin üzərinə düşdüyündən bu sahədə biliyi olan müəllim sinfi rahatlıqla idarə edə bilir. Oxud kənd tam orta məktəbində müəllim və şagirdlərin psixoloji diaqnostikası elmi əsaslar üzrə aparılır. Çünki bu sahənin rəhbəri ali ixtisas dərəcəli psixoloq müəllim Ruqiyyət Hümmət qızı Musayevadır.
Musayeva Ruqiyyət Hümmət qızı 1959-cu ilin iyul ayının 1-də Şəki rayonunun Oxud kəndində zətmətkeş sürücü Hümmət kişinin ailəsində doğulmuşdur.1965-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Ruqiyyət Musayeva 1976-cı ildə həmin məktəbin X sinfini bitirmişdir. 1988-ci ildə Naxçıvan Dövlət Pedaqiji İnstitutunun “Pedaqogika və psixologiya” fakültəsinə daxil olan Ruqiyyət xanım, həyat yoldaşının xidməti vəzifəsinin dəyişilərək Gəncə şəhərində məskunlaşdıqlarından köçürülmə yolu Gəncə Pedaqoji İnstitutunun “Pedaqogika və psixologiya” fakültəsində təhsilini davam etdirərək 1993-cü ildə bu ali təhsil müəssisəsini bitirmişdir. Ruqiyyət Musayeva əmək fəaliyyətinə 1993-cü ilin oktyabr ayında Gəncə şəhər 27 saylı Körpələr evində psixoloq kimi başlamışdır. 1996-cı ildə bu istedadlı psixoloq ailəsi ilə birlikdə doğulub boya-başa çatdığı Oxud kəndinə qayıtdığından psixoloq kimi fəaliyyətini 1996-cı ilin yanvar ayının 2-dən etibarən Oxud kənd tam orta məktəbində davam etdirməyə başlamış və bu gün də məktəbdə fəaliyyətin psixoloji baxımdan düzgün əlaqələndirilməsində fəaliyyətini davam etdirir.
GÜLŞƏN TELMAN qızı SÜLEYMANOVA[HTML redaktə]
Oxud kənd orta məktəbin ibtidai siniflərində şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərdən biri Gülşən Telman qızı Süleymanovadır. Gülşən Süleymanova 1984-cü ilin noyabr ayının 29-da Şəki rayonunun Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsil almaq məqsədi ilə 1991-ci ildə Oxud kənd orta məktəbin birinci sinfinə qəbul olunan Gülşən Süleymanova 2002-ci ildə həmin məktəbdə XI sinfi bitirmişdir. 2003-cü ildə ali təhsil almaq üçün Azərbaycan Beynəlxalq Universitetinin “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olan Gülşən müəllimə bir kurs bu fakültədə təhsil aldıqdan sonra, 2004-cü ildən öz arzusuna əsasən universitetin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində təhsilini davam etdirməyə başlamış, 2007-ci ildə ali təhsilini başa vurmuşdur. 2012-ci ildən Oxud kənd tam orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyət göstərən Gülşən Süleymanova 2016-cı ilədək təcrübəli və dərin nəzəri bilikli bir müəllim kimi fəaliyyətini həmin məktəbdə uğurla davam etdirmişdir.
Gülşən müəllimə yeni təlim texnologiyalarını – yeni təlim üsullarını dərslərinə tətbiq edən yenilikçi müəllimlərdən olmuşdur. Qaynanası, veteran müəllimə, uzun illər Oxud kənd orta məktəbdə körpə beyinlərə işıq saçan Kubra müəllimə ona bu sahədə etibarlı bələdçilik etmiş, yol göstərmişdir. Onun dərslərinin interaktiv mahiyyəti məktəb rəhbərliyini və şagirdləri daim razı salmışdır.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bəhram Məmmədov Gülşən Süleymanovanı gözəl keyfiyyətlərə malik bir müəllim kimi səciyyələndirərək dedi: Gülşən müəllimdə əsl müəllimə xas olan bütün gözəl mənəvi keyfiyyətlər cəmləşmişdi. O, dərs dediyi sinfin uşaqlarını doğma övladı qədər sevər, hər birinin qayğısını çəkirdi.O, bir bağban kimi şagirdlərinin qəlbinə dözümlülük, sədaqət, yurda, Vətəvənə sevgi hisslərinin toxumunu əkmişdir”. Mən də Gülşən müəlliməyə şərəfli müəllimlik və valideynlik fəaliyyətində uzun ömür cansağlığı arzulayıram. Həmçinin qeyd etməyi vacib bilitəm ki, Gülşən xanımın ömür-gün yoldaşı İlkin Süleymanov şəhərimizin sosial-iqtisadi həyatının idarə olunmasında mühüm rol oynayan şəxsiyyət kimi tanınır.
MƏNZƏR TEYMUR qızı ŞABANOVA[HTML redaktə]
Yaşadığımız dövr elə bir dövrdür ki, hər bir sahənin müasir səviyyədə olmasını tələb edir. Əgər XXI əsrdə yaşayırıqsa, deməli, zəmanə ilə uzlaşmaq vacibdir. Hər sahədə yenilikləri qəbul etmək, düyaya inteqrasiya olunmaq üçün dünya dillərini bilmək müasir təhsilin əsas tələblərdəndir. Oxud kənd orta məktəbində ingilis dilinin tədrisçiləri sırasında Mənzər Teymur qızı Şabanovanın da böyük xidmətləri böyükdür.
Mənzər Teymur qızı Şabanova 1981-ci ilin noyabr ayının 8-də Şəki şəhərində dövlət təhlükəsizlik orqanlarının fəxri əməkdaşı, polkovnik Teymur Musayevin ailəsində anadan olmuşdur. Mənzər Şabanova 1988-ci ildə Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1992-ci ilədək bu məktəbdə oxumuşdur. 1992-ci ildə atasının xidməti vəzifəsi ilə əlaqədar ailəsi Gəncə şəhərinə köçdüyündən Mənzər Şabanova Kəpəz rayonunun 17 saylı orta məktəbində təhsilini davam etdirmişdir. 1996-cı ildə ailəsi birdəfəlik olaraq ata yurdu olan Oxud kəndinə qayıtmış, Mənzər xanım orta təhsilini 1996-1998-ci illərdə Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseydə tamamlamışdır. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin “İngilis dili və ədəbiyyatı” ixtisasına qəbul olunan Mənzər Şabanova 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin ildən Oxud kənd orta məktəbində ixtisası üzrə ingilis dilinin tədrisinə cəlb olunan Mənzər Şabanova bu gün də bu fəaliyyət sahəsi ilə məşğul olur.
XƏYALƏ KƏNAN qızı ƏYYUBOVA[HTML redaktə]
Müasirlik yaşadığımız dövrün əsas tələbidir. Əgər XXI əsrdə yaşayırıqsa, deməli, zəmanə ilə uzlaşmaq vacibdir. Hər sahədə yenilikləri, yeni texnologiyaları tətbiq etmək digər insanlar üçün əlverişlidir. Bu sahələr sırasında müəllim sənəti də həmişə yeniliklər tələb edən sənətdir. Şagird, tələbə, ümumilikdə hər bir öyrənən müəllimdən yeni metodika tələb edir. Oxud kənd orta məktəbində yeni texnologiyaların texnologiyasının şagirdlərə çatdırılması ilə məşğul olan müəllim Xəyalə Kənan qızı Əyyubovadır.
Xəyalə Əyyubova 1981-ci ilin aprel ayının 21 -də Şəki rayonunun Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai və orta təhsilini 1987-1997-ci illərdə Oxud kənd orta məktəbində almışdır. 1998-ci ildə orta ixtisas təhsili almaq məqsədilə Şəki Pedaqoji Texnikumuna daxil olmuş, 2001 – ci ildə oranı texnoloq ixtisası üzrə bitirmişdir. 2001-ci ildən Oxud kənd tam orta məktəbində “Texnologiya” fənni üzrə müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır.
Xəyalə Əyyubova Oxud kənd orta məktəbində kiçikyaşlı məktəblilərin yaradıcı – faydalı əməyə alışdırılması sahəsində xeyli iş görmüşdür. Xəyalə müəllimə əməyin hər bir növü üzrə texnoloji baxımdan ayrı-ayrı fənlərlə inteqrativlik - əlaqə yaratmaq üçün müxtəlif işlər görür. Yaradıcı müəllim ibtidai sinif müəllimləri ilə əlaqəli şəkildə dərslərdə oxunmuş nağıllar və təmsillər üzrə fiqur və illustrasiyaların hazırlanmasında müəllimlərə yardımçı olur. Xəyalə Əyyubovanın iş təcrübəsində həmçinin praktik iş zamanı ölçmə və nişanlamadan istifadə olunması, hazırlanacaq materialın sadə çertyoj və esgizlərinin çəkilməsi, bitkilərin əkilməsi, onlara qulluq edilməsi və s. işlər də mühüm yer tutur ki, müəllim bu əməli kömək vasitəsilə şagirdlərdə əməyə məhəbbət ruhu aşılamağa səy göstərir.
Xəyalə müəllim məktəb daxilində ictedadlı, xüsusi qabiliyyətli şagirdlərin üzə çıxarılmasında da əmək sərf edir. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə məktəbdə ayrı-ayrı siniflərdə oxuyan şagirdlərin əl işlərini nümayiş etdirən sərgilər təşkil edilmişdir.
Xəyalə Əyyubova gəncdir. Yeni təlimin müəllimin qarşısına qoyduğu vəzifələrin məsuliyyətini müəllimlik peşəsinin şərəfini dərk edən müəllim deyir: “Ulu öndərimiz Heydər Əliyev müəllim peşəsinə yüksək qiymət verərək demişdir: “ Müəllimin vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətəndaşlar hazırlayır. Gələcək, bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”. Müəllim peşəsi şərəfli olduğu qədər də mürəkkəb və məsuliyyətlidir. Təhsil prosesinin əsas siması isə müəllimdir. Müəllim peşəsinin mahiyyəti və müqəddəsliyinə görə hər zaman cəmiyyətdə xüsusi yer tutub, cəmiyyətin seçilmiş insanları hesab olunub. Böyük hörmət və nüfuz sahibi olan müəllimə bütün zamanlarda ehtiram olmuşdur. Adı həmişə yüksəkdə olmuş, tanınmış, hörmət-izzət sahibi olmuş ziyalılarımıza müəllim – deyə müraciət etmişik”.
Bizim də Xəyalə xanıma ən böyük arzumuz möhkəm cansağlığıdır. Çünki yalnız sağlam bədəndəki sağlam ruh gələcəyin işıqlı olmasını təmin edə bilər.
KÖNÜL SÜLHƏM qızı MƏMMƏDOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində nurlu müəllimlik ömrünü şərəflə yaşayanlardan biri Könül Sülhəm qızı Məmmədovadır. Könül Məmmədova 1977-ci ilin yanvar ayının 7-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1983-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunub, 1994-cü ildə orta təhsilini tamamlamışdır. Həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Pedaqogika və psixologiya” fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1998-ci ildə təhsilini başa vurduqdan sonra Oxud kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Könül Sülhəm qızı Məmmədova bu gün də Oxud kənd tam orta məktəbində işləyir.
XURŞİD MƏMMƏDRƏSUL qızı MƏMMƏDOVA[HTML redaktə]
Oxud kənd orta məktəbinin bilikli və təcrübəli müəllimlərinin sırasında Xurşid Məmmədrəsul qızının adı həmişə hörmətlə çəkilir. Xurşid Məmmədova 1974-cü ilin mart ayının 4-də Şəki rayonunun Oxud kəndində tanınmış fizik, uzun müddət Oxud kənd səkkizillik məktəbinə rəhbərlik etmiş Məmmədrəsul İlyasovun və tanınmış Azərbaycan dili və ədəbiyyat müəllimi Rübabə İlyasovanın ailəsində dünyaya göz açmışdır. Xurşid Məmmədovanın mənəvi kamilliyinin təminatçısı olan valideynlərinin və orta məktəbdə oxuyarkən dərs almış olduğu müəlimlərinin nümunəvi ömür yolu onu yaxşı oxumağa, müəllim olmağa həvəsləndirmişdir. Xurşid xanımın tərcümeyi-halında verdiyi qeydlərdən: “Mənim təbiət fənlərinə olan məhəbbətimdə atamın və məktəbdə kimya müəllimim olmuş Ziya Rəcəbovun əməyi böyük olmuşdur. VIII-IX siniflərdə oxuyarkən mənə kimyanı Ziya müəllim sevdirmişdir. X-XI siniflərdə isə bu elmin sirlərini sevimli Elbrus müəllimdən öyrənmişəm. Biologiya elminə də kiçik yaşlarımdan böyük marağım olub. Bu elmin mənimsənilməsi üçün bizə əsil mənada ömrünü şam kimi əritmiş Bəlyar Salamovun əməyini heç zaman unutmaram. Hər şeydən öncə bu nurlu müəllimin həyat yoldaşı Sifayə Mustafayeva mənim ibtidai sinif müəllimim olub. Elmlərin ilkin əlifbasını bu müəllimin isti ana nəvazişi kimi damla-damla öyrənmişik. Bu gün bütün müəllimlərimin qarşısında baş əyirəm”. 1980-ci ildə Oxud kənd səkkizillik məktəbin birinci sinfinə qəbul olunan balaca Xurşid səkkiz il bu məktəbdə təhsil aldıqdan sonra X-XI sinifləri Oxud kənd orta məktəbdə oxumuşdur. 1990-cı ildə məktəbi əla qiymətlərlə bitirərək sənədlərini Azərbaycan Tibb Universitetitinə vermiş, lakin müsabiqədən keçə bilməmişdir. 1991-ci ildə Bakı Dövlət Universitetinin “Kimya” fakültəsinə daxil olan Xurşid xanım, 1996-cı ildə universiteti əla qiymətlərlə başa vurmuşdur. Ancaq Xirşid xanımın həkim olmaq arzuları çiçəkləyərək öz barını vermiş, qızı Səma Məmmədli anasının arzularını doğruldaraq 2018-ci ildə qəbul imtahanlarından 623 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsinə qəbul olunmuşdur. Valideynlərə bizcə, bundan böyük övlad hədiyyəsi ola bilməz.
Xurşid Məmmədrəsul qızı Məmmədova 1996-cı ildən bu günədək Nurpaşa Hümmətov adına Oxud kənd tam orta məktəbində kimya müəllimi işləyir. Elminə, biliyinə dərindən bələd olduğum kəndimizin kimyaçı qızı Xurşid xanım Məmmədovaya şəxsi həyatında xoşbəxtlik, möhkəm cansağlığı, müəllimlik kimi çətin və şərəfli fəaliyyətində uğurlar arzulayıram.
GÜNAY QALİB qızı KƏRİMOVA[HTML redaktə]
Oxud kənd tam orta məktəbinin Xarici dil tədrisçilərindən biri də gənc müəllim Günay Qalib qızı Kərimovadır. Günay Kərimova 1986-cı ildə Şəki şəhərində müəllim nüfuzu ilə tanınan, Şəki şəhər Təhsil Şöbəsinin əməkdaşı, Oxud kənd sakini Qalib Məmmədovun ailəsində anadan olmuşdur. 1992-ci ildə Oxud kənd orta məktəbində ibtidai təhsilə cəlb olunan Günay Məmmədova 2003-cü ildə həmin məktəbin XI sinfini bitirmişdir. Elmlərə bağlılıq nəsil və ailə ənənələrindən irəli gəlsə də, Günayın mütaliə mədəniyyətinin formalaşmasında ona dərs deyən sevimli Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə yanaşı, məktəb kitabxanasına rəhbərlik edən anası Gülbadə Məmmədovanın böyük təsiri olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Günay Məmmədova 2004-cü ildə Şəki Pedaqoji Texnikumuna daxil olaraq, 2008-ci ildə bu orta ixtisas təhsili verən təhsil ocağını “İngilis dili müəllimi” ixtisası üzrə bitirmişdir.
Günay Qalib qızı Kərimova hazırda Oxud kənd tam orta məktəbində ixtisası üzrə ingilis dili müəllimi işləyir.
ÜLKƏR SABİR qızı SULXAYEVA[HTML redaktə]
Sulxayeva Ülkər Sabir qızı 1966-cı ilin aprel ayının 8-də Şəki rayonunun Oxud kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1973-cü ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Ülkər xanım, 1983-cü ildə həmin məktəbin X sinfini bitirmişdir. Dəqiq elmlərin mənimsənilməsinə hələ orta məktəb illərindən məhəbbətli meyl göstərən Ülkər Sulxayeva ali təhsil almaq, riyaziyyat müəllimi olmaq arzusu ilə 1983-cü ildə sənədlərini Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna (İndiki Gəncə Dövlət Universiteti) vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. 1988-ci ildə institutu “orta məktəblərdə riyaziyyat və informatika müəllimi” ixtisası üzrə bitirən Ülkər Sulxayeva ixtisası üzrə pedaqoji fəaliyyətinə 1988-ci ildə Şəki şəhər 5 saylı orta məktəbində başlamışdır. Ülkər xanım qısa müddət bu məktəbdə çalışdıqdan sonra işləmək üçün Oxud kənd orta məktəbinə göndərilmiş, bu günədək həmin məktəbdə riyaziyyat-informatika müəllimi işləyir.
MƏHƏRRƏM NÜYVƏR oğlu MƏMMƏDOV[HTML redaktə]
Məhərrəm Nüyvər oğlu Məmmədov 1948-ci ilin dekabr ayının 16-da Şəki rayonunun Oxud kəndində kolxozçu ailəsində anadan olmuşdur. Məhərrəm Məmmədov 1966-cı ildə Oxud kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra bir il Şəki İpək Kombinatında fəhlə işləmiş, 1967-ci ildə ali təhsil almaq məqsədilə sənədlərini V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna(indiki ADPU) verərək “Filologiya” fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə həmin institutu bitirərək Şəki rayonunun Oxud kənd məktəbində pedaqoji fəaliyyətə başlamışdır. 1971-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılaraq, 1973-cü ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıtmış, pedaqoji fəaliyyətini davam etdirərək 1983-cü ilədək Şəkinin Oxud, Baltalı, Cumakənd və Şəki şəhər qiyabi orta məktəblərində “Azərbaycan dili və ədəbiyyat” fənnini tədris etmişdir. Bu sətirlərin müəllifi 1974-cü ildə VII sinifdə oxuyarkən “Azərbaycan dili” və “Ədəbiyyat” fənnlərinin əsaslarını Məhərrəm müəllimdən öyrənmişdir. 1983-cü ildə Şəkidə Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstitutunun filialı açılmış, Məhərrəm Məmmədov həmin tədris qrumunun Azərbaycan dili və ədəbiyyatı Tədris-Metodik Kabinetinə müdir təyin olunmuşdur. 1993-cü ilin sentyabr ayının 1-dək bu vəzifədə çalışdıqdan sonra ərizəsi nəzərə alınaraq Məhərrəm Məmmədov kabinet müdiri vəzifəsindən azad olunmuş, həmin ildə Şəkidə yenicə fəaliyyətə başlayan Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur. Məhərrəm Nüyvər oğlu Məmmədov 2014-cü ilin iyul ayınadək Şəkinin bu nüfuzlu pilot məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, tədqüdə çıxması ilə əlaqədar işdən azad olunmuşdur. İşlədiyi bütün məktəblərdə Məhərrəm Məhərrəmov ləyaqətlə çalışmış, səmimi, mehriban, ixtisasının kamil bilicisi olan bir kadr kimi özünü şagirdlərinə və pedaqoji fəaliyyətə sevdirmişdir. Hazırda Məhərrəm müəllim nurlu baba ömrü yaşayır. Qız nəvəsi Adilə Hümmətova onun müəllimlik yolunun davamçısı kimi ADPU-nun Şəki filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının IV kurs tləbəsidir. Sevimli müəllimim olmuş Məhərrəm Məmmədova möhkəm cansağlığı arzulayıram.
OKTAY ORUC oğlu ALLAHVERDİYEV[HTML redaktə]
Oktay Oruc oğlu Allahverdiyev 1949-cu ilin iyul ayının 12-də Şəki rayonunun Oxud kəndində kolxozçu Oruc kişinin və Oxud kənd məktəbində yüzlərlə gəncin mənəviyyat memarı olmuş Münəvvər müəllimənin ailəsində dünyaya göz açmışdır. 1956-cı ildə Oxud kənd orta məktəbinin birinci sinfinə ayaq açan Oktay Allahverdiyev 1966-cı ildə həmin məktəbdə on illik təhsilini başa vurmuşdur. Bir neçə il istehsalatda fəhlə işlədikdən sonra ən böyük və ülvi arzusu olan ali təhsil almaq, müəllim olmaq arzusunu reallaşdırmaq üçün 1971-ci ildə sənədlərini M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna vermiş, qəbul imtahanlarını uğurla verərək institutun tələbələri sırasına qəbul olunmuşdur. 1975-ci ildə ali təhsilini “Rus dili və ədəbiyyatı məllimi” ixtisası üzrə bitirərək təyinatla Oxud kənd orta məktəbdə Rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. XX əsrin sonlarından cəmiyyətdə gedən özgülləşmə və milliləşmə ilə əlaqədar bir sıra dərslərin, o cümlədən “Rus dili və ədəbiyyatı” fənninin tədris planı üzrə tədrisinin məhdudlaşması Oktay müəllimi ruhdan salmamış, o, gənclik ruhu ilə dərslərini qurmuşdur.O, şagirdlərimizə Rus dili və ədəbiyyatının gözəllik və incəliklərini həvəslə, sevə-sevə tədris və təbliğ etmişdir. Oktay müəllim şagirdlərin yaradıcı qabiliyyətini inkişaf etdirmək üçün şifahi və yazılı nitqin müxtəlif üsul və formalarından pedaqoji fəaliyyətində yaradıcılıqla istifadə etmiş, rus ədəbiyyatı korifeylərimizin əsərlərinin təsir gücündən məharətlə istifadə edərək şagirdlərdə multikulturallıq, vətənpərvərlik, yurdsevərlik, düzlük, doğruçuluq, dostluq, əməksevərlik hisslərinin aşılanmasını ədəbiyyat tədrisinin əsas qayəsi kimi əməli fəaliyyətində sübut etmişdir. Bu qabiliyyətli və təşkilatçı müəllimin pedaqoji nailiyyətləri və kollektivlə işləmək bacarığı Şəki şəhər Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilərək dəfələrlə vicdanlı pedaqoji fəaliyyətinə görə Şəki rayon Maarif Şöbəsinin Fəxri Fərmanları ilə təltif olunmuşdur. Doğma kənd məktəbində 2004-cü ilədək nümunəvi müəllimlik yolu keçən Oktay Allahverdiyev həmin ildən təqaüdə buraxılmışdır. İşlədiyi müddətdə Oktay müəllim şagird və müəllim kollektivinin sevimlisi olmuş, bu gün də Oxud kəndinin sayılı-seçilən ağsaqqallarındandır.
GÜNAY ORUC qızı ƏHMƏDOVA[HTML redaktə]
Günay Oruc qızı Əhmədova 1989-cu ildə Şəki rayonunun Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. 1996-cı ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Günay Əhmədova 2007-ci ildə orta təhsilini tamamlamışdır. 2010-cu ildə Bakı şəhərində fəaliyyət göstərən Təfəkkür Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olan Günay Əhmədova 2015-ci ildə təhsilini başa vurmuşdur. Həmin ildən Oxud kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyət göstərir.
ÜLVİYYƏ İZZƏT qızı SÜLEYMANOVA[HTML redaktə]
Süleymanova Ülviyyə İzzət qızı 1985-ci ilin noyabr ayının 10-da Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1991-1992-ci tədris ilində Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul edilən Ülviyyə Süleymanova 2003-2004-cü tədris ilində həmin məktəbdə orta təhsilini başa vurmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin “Fizika” fakültəsinə daxil olmuş, 2007-ci ildə universiteti müvəffəqiyyətlə bitirib “Orta məktəblərdə fizika müəllimi” işləmək hüququ qazanmışdır. Ülviyyə Süleymanova 2007-ci ildən Oxud kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir.
KƏMALƏ NURALI qızı RAMAZANOVA[HTML redaktə]
Kəmalə Nuralı qızı Ramazanova 1977-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. Kəmalə Ramazanova ibtidai və orta təhsilini 1983-1994-cü illərdə Oxud kənd orta məktəbində almışdır. 2003-cü ildə ali təhsil almaq məqsədi ilə Azərbaycan Odlar Yurdu Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə daxil olan Kəmalə Nuralı qızı 2007-ci ildə universiteti “İbtidai sinif müəllimi” ixtisası üzrə bitirərək Oxud kənd tam orta məktəbində pedaqoji fəaliyyət göstərməyə başlamışdır.
KƏMALƏ RAFİK qızı MƏMMƏDOVA[HTML redaktə]
Məmmədova Kəmalə Rafik qızı 1978-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1985-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan balaca Kəmalə, 1995-ci ildə həmin məktəbdə orta təhsilini tamamlamışdır. 1996-cı ildə Ağdaş Pedaqoji Texnikumunun ibtidai sinif müəllimliyi şöbəsinə daxil olan Kəmalə Məmmədova 1998-ci ildə texnikumda təhsilini başa vurmuşdur. 1998-ci ildə Oxud kənd orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayan Kəmalə xanım bu gün də ixtisasını mükəmməl bilən və sevən bir müəllim kimi fəaliyyətini uğurla davam etdirir.
ELNARƏ YAFƏS qızı ALXASOVA[HTML redaktə]
Alxasova Elnarə Yafəs qızı 1979-cu ilin mart ayının 11-də Oxud kəndində anadan olmuşdur. 1985-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Elnarə Alxasova 1996-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. Elə həmin il orta ixtisas təhsili qazanmaq üçün Şəki Pedaqoji Texnikumuna daxil olmuş, 1999-cu ildə texnikumu ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirmişdir. 1999-cu ilin sentyabr ayının 1-dən Oxud kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayan Kəmalə Yafəs qızı bu gün də şagirdlərinin sevimlisi kimi məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.
TURAN MAHİR qızı QURBANOVA[HTML redaktə]
Qurbanova Turan Mahir qızı 1983-cü ildə Şəki rayonunun Oxud kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1990-cı ildə Oxud kənd orta məktəbində ibtidai təhsilə cəlb edilən Turan Qurbanova 2001-ci ildə orta məktəbi bitirmişdir.Həmin ildə Şəki Pedaqoji Texnikumunda təhsilini davam etdirən Turan xanım 2003-cü ildə orta ixtisas təhsilini başa vurub N. Hümmətov adına Oxud kənd tam orta məktəbdə ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Turan Qurbanova bu gün də ibtidai təhsilin pedaqoji əsaslarını gözəl bilən müəllimə kimi Oxud kənd N.Hümmətov adına tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
KİFAYƏT RAMAZAN qızı KƏRİMOVA[HTML redaktə]
Kərimova Kifayət Ramazan qızı 1958-ci ilin sentyabr ayının 13-də Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Şəki şəhər 5 saylı səkkizillik məktəbin birinci sinfinə daxil olmuş, səkkiz il bu məktəbdə oxuduqdan sonra, orta təhsilini Şəki şəhər 3 saylı məktəbdə tamamlamışdır. Orta məktəbdə oxuya-oxuya, 1970-ci ildə 3 saylı Şəki Musiqi Məktəbində kamança sinfində musiqi təhsili almışdır. Əmək fəaliyyətinə 1975-ci ildə 3 saylı zavodda burucu kimi başlamışdır. 1979-cu ildə şəkili Ələsgər adına Musiqi Texnikumunda kamança ixtisası üzrə oxuyaraq təhsilini təkmilləşdirmişdir. 1993-cü ildə Şəki Musiqi Texnikumunda katibə, sonra isə müəllim kimi pedaqoji fəaliyyət göstərmişdir. 1998-ci ildə Oxud kənd sakini Kərimov Əbil Yusif oğlu ilə ailə həyatı quraraq Oxud kəndində yaşamağa başlamışdır. 2000-ci ildə ixtisası üzrə Oxud kənd tam orta məktəbinə musiqi müəllimi təyin edilmiş, bu gün də bu ixtisas üzrə məktəbdə fəaliyyətini davam etdirir.
ADİŞİRİN KAMİL oğlu ADİŞİRİNOV[HTML redaktə]
Adişirin Kamil oğlu Adışirinov 1991-ci ilin iyul ayının 29-da Şəki rayonunun Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. Hələ kiçik yaşlarından ailəsi ilə birlikdə köçərək Şəki şəhərində məskunlaşan Adişirin Adışirinov 1998-ci ilin sentyabr ayında Şəki rayonu Qoxmuq kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş, bir il bu məktəbdə oxuduqdan sonra ikinci sinifdən təhsilini Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbdə davam etdirərək 2009-cu ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə başa vurmuşdur. Həmin ildə ali məktəblərə daxil olmağın mövcud qaydalara uyğun test üsulu ilə imtahan verərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix” fakültəsinə qəbul olunmuşdur. Ali təhsilini 2013-cü ildə uğurla başa vuran gənc müəllim müəllimlərin işə qəbul qaydalarının tələbləri üzrə imtahan verərək Zərdab rayon Təhsil Şöbəsinin Yuxarı Seyidlər kənd C. Məmmədquluzadə adına tam orta məktəbində ixtisası üzrə tarix müəllimi kimi pedaqoji fəaliyyət göstərməyə başlamış, 2016-cı ilədək bu məktəbdə çalışmışdır. Təyinat müddəti başa çatdıqdan sonra yerdəyişmə qaydalarına uyğun imtahan verərək Şəki şəhər Təhsil Şöbəsinin Öyrət kənd orta məktəbinə tarix müəllimi təyin edilmişdir. Bir il bu kənd məktəbində çalışdıqdan sonra ali təhsilini daha da təkmilləşdirmək üçün ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarixin tədrisi metodikası və metodologiyası” ixtisasının əyani şöbəsinin magistraturasına daxil olmuşdur. O, hazırda magistratura təhsilinin son kursunda oxuyur və tarix üzrə elmlər doktoru, professor Mayis Əmrahovun rəhbərliyi ilə “V-X siniflərdə Azərbaycan tarixi tədrisində məntiqi təfəkkür prosesinin ikişafına yönəlmiş texnikalardan istifadənin imkan və yolları ” mövzusunda magistr dissertasiyası üzərində çalışır. İnanırıq ki, Adışirin Adışirinov magistratura təhsilini başa vurduqdan sonra elm yolunda inamla addımlayaraq təhsilin doktorantura pilləsinə daxil olaraq gənc alim kimi yetişəcək. Ona bu yolda möhkəm cansağlığı və uğurlar arzulayırıq.
BƏHRAM ƏLİƏKBƏR oğlu MƏMMƏDOV[HTML redaktə]
Bəhram Əliəkbər oğlu Məmmədov 1953-cü ilin dekabr ayının 14-də Şəki rayonunun Oxud kəndində kolxozçu ailəsində anadan olmuşdur.Atası Əliəkbər kişi uzun müddət N.Nərimanov adına Oxud kolxozunda sürücü işləmiş, anası Dürrə xanım qabaqcıl tütünçü kimi tanınmışdır. 1960-cı ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Bəhram Məmmədov 1970-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1970-ci ildə ali təhsil almaq məqsədilə sənədlərini V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) “Riyaziyyat” fakültəsinə vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək institutut tələbələrinin sırasına daxil olmuşdur. 1974-cü ildə “Orta məktəblərdə riyaziyyat müəllimi” ixtisası üzrə institutu əla qiymətlə başa vuran Bəhram Məmmədov könüllü olaraq işləmək üçün təyinatla Cəlilabad rayonunun Seyidbazar kənd orta məktəbində 1977-ci ilədək riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. 1977-ci ildə Şəkiyə qayıtmış, Şəki Rayonu Şorsu kənd orta məktəbinə ixtisası üzrə riyaziyyat müəllimi kimi fəaliyyət göstərməyə başlamış, 1979-1982-ci illərdə bu məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1987-ci ildə ərizəsi ilə həmin məktəbdən işdən azad olunaraq Şəki Gənc Təbiətçilər Stansiyasına şöbə müdiri, 1988-ci ildən Şəki Gənc Texniklər Stansiyasına şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. 1997-ci ilədək bu vəzifədə çalışan Bəhram Məmmədov, həmin ildən doğma Oxud kənd orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, 21 ildir ki, həmin vəzifədə çalışır. Qabaqcıl pedaqoq kimi dəfələrlə rayonda keçirilən tədbirlərdə şagirdləri uğur qazandıqlarına görə Fəxri Fərmanlarla təltif olunmuşdur. Bəhram Məmmədov həmçinin istedadlı şahmatçıdır.1982-ci ildə rayon müəllimlərinin şahmat birinciliyi uğrunda keçirilən yarışda birinci yerə çıxmış, Bakı şəhərində keçirilən respublika birinciliyi üzrə keçirilən yarışda Şəki komandasının tərkibində iştirak edərək respublika üzrə üçüncü yerə çıxmışdır. Bəhram müəllim şahmat birinciliyi üzrə 2013-cü ildə Şəkidə keçirilən yarışda keçmiş illərdəki rekordunu təzələyərək birinci yerə çıxmış, pul mükafatına layiq görülmüşdür. Bəhram Məmmədovun musiqi sahəsində olan istedadı da onu dərs dediyi məktəbdə və rayonda sevdirən cəhətlərdəndir. Bu istedadlı müəllim heç yerdə musiqi təhsili almamışdır, ancaq gözəl kamança çalır. O, özü müstəqil olaraq kamança çalmaqla məşğul olmuş, hazırda bu musiqi alətinin mahir ifaçısı kimi məktəbdə tanınır. Ali məktəbdə oxuyarkən əvvəlcə fakültə, sonra institutun nəzdində fəaliyyət göstərən ansambılda bu alətdə müşayiət etmişdir. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialında keçirilən görüşdə ansamblın tərkibində o da iştirak etmişdir. Bəhram Məmmədov həmçinin bədii yaradıcılıqla məşğul olan istedadlı şairdir.Bədii yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, mövzu və ideya, forma və məzmun bitginliyinə görə oxucular tərəfindən sevilir. Əsərlərini “Oxudlu” təxəllüsü ilə yazır. Azərbaycan Yazıçılar Birliyinin Şəki Bölməsinin üzvüdür. Şeirləri mərkəzi və yerli dövri nəşrlərdə ardıcıl olaraq nəşr edilmişdir. 2007-ci ildə “Dünya məndən xəbərin yox” adlı şeirlər kitabı (250 səhifə) nəşr olunmuşdur. İstedadlı şairin hazırda çoxlu sayda şeirləri evindəki şəxsi arxivində saxlanılır. Şairin yaradıcılığında ictimai mühitin bütün tərəfləri reallıqları ilə əks etdirilmişdir. Şair satiraya da yaradıcılığında yer vermiş, cəmiyyətdə mövcud olan neqativ tərəfləri, xüsusilə müəlliflik fəaliyyəti illərində müşahidə etdiyi dərsdən qaçan, pis oxuyan İntizamsızılq edən şagirdləri Sabirsayağı kəsgin satira atəşinə tutmuş onun satirik şeirləri məktəb divar qəzetinin bəzəyinə çevrilmişdir. Oxucularımız üçün böyük maraq kəcb edəcəyini yəqin edərək onların bir neçəsini oxucuların diqqətinə çatdırırıq:
DƏRSDƏN QAÇAN
Kimsə bilməz ki, sinifdən necə qəflət uçuram,
Düşdüsə fürsər ələ, xəlvəti dərsdən qaçıram.
Neçə xoş kəlmə ola, yox marağım dinləməyə,
Üçcə dərs keçməmişdən başlayıram inləməyə.
Xeyri nə zərrə mənə, müəllimlər şillələyə,
Qapını tutsa biri, pəncərədən yol açıram.
Düşdüsə fürsət ələ, xəlvəti dərsdən qaçıram.
Üzümə ağ olubdur, sinfimizin uşaqları,
Yaxşı əzbər bilirəm bənd – bərəni, bucaqları,
Ustalıqla aldadıb o „növbətçi“ qoçaqları,
Tutsalar məni əgər, onda gərək sinə cıram.
Düşdüsə fürsət ələ, xəlvəti dərsdən qaçıram.
Düşmüşəm əvvəl – axır, həm ağıza, həm də dilə,
Sinifin yığıncağı ismimi çox çəkir zilə,
Tənəffüs olmaq üçün kimsə vurur zəngi çölə,
Tüpürüb dabanıma hər tərəfə toz saçıram.
Düşdüsə fürsət ələ, xəlvəti dərsdən qaçıram.
Axtarın sinifləri, mənim kimi sırtıq hanı?
Bircə gün dərs danışıb tanıtmamışam yaxamı,
Dəyişirəm donumu onda gəlir rübün sonu,
Yalvarıb dil tökürəm, bir „3“ üçün əl açıram.
Düşdüsə fürsət ələ, xəlvəti dərsdən qaçıram.
„2“- LƏR
Narahatdırlar, a dost, xeyli vaxtdır evdəkilər,
Bəzəyir gündəliyi bir neçə fəndən „2“ lər.
Xeyri yoxdur, nə qədər söz desələr, danlasalar,
Uzadıb kömək əli, əlaçılar yanlasalar,
„Ay oğul,oxu“, - deyib lap boğazımdan asalar,
Lövhənin qabağında yenə də boynum bükülər.
Bəzəyir gündəliyi bir neçə fəndən „2“ lər.
Bilmirəm tapşırığın nə sonu, nə əvvəlini,
Atmışam bir tərəfə toz basıbdır dəftərimi,
Soruşma bilməyəcəm, hətta vurma cədvəlini,
Dərs adı gəlsə ürəyim bir neçə yerdən sökülər.
Bəzəyir gündəliyi bir neçə fəndən „2“lər.
Heç hərf tanımıram, soxma kitabı gözümə,
Özümü tanımadım, güzgüdə baxdım özümə,
Yoxdur heç bir iradım kimsə tüpürsə üzümə,
Başımı tutsam uca üzümə yüz göz dikilər.
Bəzəyir gündəliyi, bir neçə fəndən „2“ lər.
Baxıram həsrət ilə əlaçılar aynasına,
Yatmışam tənbəllərin üzdən iraq laylasına,
Atamı göndərmişəm valideyn iclasına,
Bilirəm gəlsə əgər başı aşağı dikilər.
Bəzəyir gündəliyi, bir neçə fəndən „ 2“ lər.
MƏŞHUR QOÇUYAM
Baş yarıb, toz qoparıb, su çiləyən bir suçuyam,
Kimsə bir söz deyə bilməz mənə, məşhur qoçuyam.
Kim olsa süpürüşərəm, məktəbdə meydan sularam,
Mən deyən olmalıdır, başlarda stul qıraram.
Sözümü kəssən əgər, tutub çit kimi cıraram.
Kəsmişəm koridoru mən də bu cür „lotuyam“.
Kimsə bir söz deyə bilməz mənə, məşhur qoçuyam.
Çox da var – gəl eləmə, sındıraram qabırğanı,
Keçirərəm başına sinifdəki asılqanı,
Mən səni tanımıram, amma ki, sən məni tanı,
Yoxdur heç şirinliyim, bax, acıdan da acıyam.
Kimsə bir söz deyə bilməz mənə, məşhur qoçuyam.
İndi varsa hünərin əllərini vur əlimə,
Elə etmə ki, səni hər dəm dolayım dilimə,
Gözünü açıb qıpınca götürərəm belimə,
Vuraram səni yerə, atılmış futbol topuyam.
Kimsə bir söz deyə bilməz mənə, məşhur qoçuyam.
Elə hey qürrələnib, dolaşdırmışam işləri,
Fərqi yoxdur döyürəm böyükləri, kiçikləri,
Axır ki hamı bildi məndə olan biclikləri,
Məktəbdən qovulmuşam, gör necə də dilxorçuyam.
Kimsə bir söz deyə bilməz mənə, məşhur qoçuyam.''
TƏNBƏLƏM
Oxuduğum sinifə əngələm ki, əngələm,
Gecikirəm məktəbə, tənbələm ki, tənbələm.
Anam deyir: - „Dur, bala, saat səkkiz olubdur,
Sənin şagird dostların siniflərə dolubdur,
Decə - gündüz yatmaqdan rəngin, ruhun solubdur“,
Heç çörək də yemirəm, istəyirəm tez gələm.
Gecikirəm məktəbə, tənbələm ki, tənbələm.
Sözüm yoxdur deməyə, həmişə gileyliyəm,
Çoxu deyir üzümə şagird yox, tüfeyliyəm,
Məktəb güneydədirsə, mən isə quzeyliyəm,
Əbəs tənqid edirsiz, mən çətin ki, düzələm.
Gecikirəm məktəbə, tənbələm ki, tənbələm.
Gərək sinif rəhbərim məni yaxşı aşılasın,
Məktəbli yoldaşlarım nifrətlə qarşılasın,
Gərək bir ərizə yazım dərslər 10 – da başlasın,
Hələ canım görməyib bir dərd, kədər və ələm,
Gecikirəm məktəbə, tənbələm ki, tənbələm.
Hər gün qapı dalında dayanmaq adətimdir,
Boynumu yazıq – yazıq burmaq „ səadətimdir“,
Tez – tez dərsə gecikmək, əsil „ ləyaqətimdir“,
Satira lövhəsinə adı düşən bir „güləm“.
Gecikirəm məktəbə, tənbələm ki, tənbələm.
Biz gələcəkdə şairin poetik irsini monoqrafik aspektdə təqiq etmək fikrindəyik. Bu gün Bəhram Məmmədov ömrünün 65-ci yayını yaşayır. Biz bu istedadlı müəllimə həyatda uzun ömür, cansağlığı, müəllimlik fəaliyyətində uörlar arzulayırıq.
MƏMMƏDRƏSUL HÜMMƏT oğlu İLYASOV[HTML redaktə]
Oxud kəndində müəllim nuru ilə ürəkləri işıqlandıran aydınlardan biri, görkəmli fizika müəllimi Məmmədrəsul Hümmət oğlu İlyasov olmuşdur. Məmmədrəsul İlyasov 1952-ci ildə Şəki rayonunun Oxud kəndində kolxozçu ailəsində anadan olmuşdur. İlk ibtidai və orta təhsilini 1958-1968-ci illərdə Oxud kənd orta məktəbində almışdır. 1968-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun „Fizika-riyaziyyat“ fakültəsinə daxil olan (indiki Gəncə Dövlət Universiteti) daxil olan Məmmədrəsul İlyasov 1972-ci ildə oranı „Fizika-riyaziyyat müəllimi“ ixtisası üzrə bitirmişdir.
Məmmədrəsul İlyasov pedaqoji fəaliyyətinə 1972-1973-cü dərs ilində Şəki rayonunun Əlyar və Aydınbulaq kənd məktəblərində fizika – riyaziyyat müəllimi kimi başlamış,bir il bu kəndlərdə pedaqoji fəaliyyət göstərmişdir. 1973-1974-cü dərs ilindən Oxud kənd səkkizillik məktəbində ixtisası üzrə müəllimlik fəaliyyəti göstərmiş, ömrünün sonunadək pedaqoji fəaliyyəti bu məktəblə bağlı olmuşdur. Bilikli və təcrübəli müəllim kimi „Fizika“ elminin əsaslarının oxudlu gənclərə aşılanmasında Məmmədrəsul İlyasov böyük əmək sərf etmiş, bu sətirlərin müəllifi Oxud kənd səkkizillik məktəbin VII sinfində oxuyarkən „Fizika“ elminə dair biliklərini Məmmədrəsul müəllimdən almışdır.
Məmmədrəsul İlyasov 1991-1992-ci tədris ilindən Oxud kənd ümumi orta məktəbinə direktor təyin edilmiş, bir müddət bu vəzifədə çalışmışdır. Pedaqoji fəaliyyətin əsaslarını və idarəçilik işlərini mükəmməl bilən Məmmədrəsul İlyasovun əməyi Şəki şəhər Təhsil Şöbəsi tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə Fəxri Fərmanlar almışdır.
Məmmədrəsul İlyasov 2013-cü ildə dünyasını dəyişmiş, Şəkinin müqəddəs ziyarətgahlarından olan Oxud kəndindəki Yel baba qəbiristanlığında dəfn edilmişdir.
RÜBABƏ ƏSABƏLİ qızı QAFFAROVA[HTML redaktə]
Oxud kənd əsaslı məktəbində nurlu müəllimlik yolu keçənlərdən biri Rübabə Əsabəli qızı Qaffarovadır. Rübabə Qaffarova 1950-ci ildə Şəki rayonunun Oxud kəndində ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Rübabə Qaffarova 1967-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. İki il Oxud kənd orta məktəbində Gənclər Təşkilatının sədri işləmişdir. 1969-cu ildə müəllim olmaq arzusu ilə V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU)„Azərbaycan dili və ədəbiyyat“ fakültəsinə daxil olmuş, qiyabi yolla təhsilini bu ali məktəbdə davam etdirmişdir. 1972-ci ildə Oxud kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Rübabə İlyasova 2015-ci ilədək bu tədris müəssisəsində fəaliyyətini davam etdirmişdir. Pedaqoji sahədə qazandığı uğurlara görə Rübabə xanım İlyasova 1986-cı ildə „SSRİ-nin maarif əlaçısı“ döş nişanı ilə təltif olunmuşdur.
2015-ci ildən təqaüdə çıxan Rübabə İlyasova hazırda nurlu ana və nənə ömrü yaşayır. Yazımızın məzmununda haqqında məlumat verdiyimiz kimi qızı Xurşid Məmmədova ailə ənənəsinə sadiq qalaraq ali təhsilli kimya müəllimidir və Oxud kənd tam orta məktəbində ixtisası üzrə müəllim işləyir.
İLKİN MAHİR oğlu CABBAROV[HTML redaktə]
Ömür yolu ilə tanışlıqdan sonra mən İlkin müəllimə Oxud kəndinin Xətib Təbrizisi deyərdim. Elə bir şagird ki, çörəkdən sonra ən müqəddəs şeyin məktəb olduğu qənaətinə gəlsin, mütaliədən doymasın, daim mütaliə etmək, oxuyub öyrənmək acı olsun. XI əsrin ərəbdilli Azərbaycan alimi Xətib Təbrizi də özünün mütaliə ehtiyaclarını ödəmək üçün Bağdada getmişdi. İlkin müəllim də zəngin mütaliəsi sayəsində qabiliyyət hüdudlarını aşıb, mən deyərdim ki, nəinki Oxud kəndinin, həmçinin Şəkinin ən məşhur mütaliəçisidir. Məlumdur ki, mütaliə olan yerdə zəngin bilik var. Çünki bilik məhz mütaliə sayəsində insanda damla-damla yığılır.
İlkin Mahir oğlu Cabbarov Oxud kənd əsaslı məktəbinin ən zəngin mütaliə yolu keçmiş müəllimidir. Azərbaycan və dünya klassik və müasir ədəbiyyatının mütaliə şahı olan bu gənc müəllim 1982-ci ildə Oxud kəndində anadan olmuşdur. Babası Zakir Cabbarovun və ata nənəsi Mülayim Cabbarovanın işıqlı müəllimlik yolunu layiqincə davam etdirən İlkin Cabbarov ibtidai və orta təhsilini 1989-1999-cu illərdə Oxud kənd tam orta məktəbində almışdır. 1999-cu ildə ali təhsil almaq məqsədi ilə ali məktəblərə qəbulun mövcud test üsulu ilə imtahan verərək Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının „İbtidai təhsilin pedaqogikası və metodikası“ fakültəsinə daxil olmuş, 2003-cü ildə ali təhsilini tamamlamışdır. Üç il ixtisası üzrə çalışdıqdan sonra ikinci ixtisas qazanmaq üçün 2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının nəzdində fəaliyyət göstərən „Yenidənhazırlanma“ fakültəsinə daxil olaraq bir il təhsil aldıqdan sonra buranı „Azərbaycan dili və ədəbiyyat müəllimi“ ixtisası üzrə bitirmişdir. 2010-2011-ci dərs ilindən etibarən İlkin Cabbarov zəngin biliyi və uşaqlarla işləmək bacarığı nəzərə alınaraq „Uşaq-Gənclər Birliyi“nə rəhbər təyin edilmiş, indi də bu sahədə fəaliyyətini uğurla davam etdirir.
MÜLAYİM OSMAN qızı MƏMMƏDOVA[HTML redaktə]
Oxud kənd orta məktəbində şagirdlərin riyazi biliklərinin formalaşmasında mühüm rol oynamış müəllimlərdən biri Mülayim Osman qızı Məmmədovadır. Mülayim Osmanova 1963-cü ilin yanvar ayının 1-də Oxud kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə qəbul olunan Mülayim Osmanova 1980-ci ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir. Ali təhsil almaq. Sevimli müəllimlərinin yolunu davam etdirmək məqsədi ilə o, 1982-ci ildə H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun ( hazırkı Gəncə Dövlət Universiteti) “Fizika-riyaziyyat” fakültəsinə daxil olmuş, 1986-cı ildə orada qiyabi yolla təhsilini tamamlamışdır.
Mülayim Osman qızı Məmmədova əmək fəaliyyətinə Şəki şəhər Müəllimlər Evində metodist kimi başlamışdır. 1984-cü ilədək bu təlim-tərbiyə istiqamətli qrumda çalışdıqdan sonra pedaqoji fəaliyyətini Oxud kənd orta məktəbində fizika-riyaziyyat müəllimi kimi davam etdirmişdir. Mülayim xanım 2015-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir.
Mülayim Məmmədovanın həyat yoldaşı Rasim Məmmədov uzun illər Şəkidə poçt xidməti sahəsində fəaliyyət göstərmiş, nümunəvi işçi kimi tanınmışdır. Rasim və Mülayim Məmmədovların qız övladları müəllim kimi yetişmişlər. Onlar Bakı və Şəki şəhərlərində bu ulu yola yolçuluq edirlər.
MƏMMƏDƏLİ HİDAYƏT oğlu MƏMMƏDOV[HTML redaktə]
Oxud kənd əsaslı məktəbində yüzlərlə şagirdinin qəlbində ədalətli rus dili müəllimi kimi yaşayan Məmmədəli Hidayət oğlu Məmmədov 1921-ci ilin aprel ayının 21-də Şəki rayonunun Oxud kəndində sadə kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Məmmədəli Məmmədov 1938-ci ildə həmin məktəbin 10-cu sinfini bitirərək Şəki Pedaqoji Tüxnikumunun Rus dili şöbəsinə daxil olmuş, 1940-cı ildə texnikumu “Rus dili müəllimi” ixtisası üzrə bitirmişdir. Gənc müəllimin arzularının çiçəkləməsini 1941-ci ildə faşizmə qarşı başlayan Böyük Vətən müharibəsi ləngitmiş, o, müharibəyə səfərbər olunaraq Çelyabinsk şəhərindəki silah zavodunda əmək fəaliyyəti göstərmişdir. 1946-cı ildə müharibədən sağ-salamat vətəni Azərbaycana qayıdan Məmmədəli Məmmədov pedaqoji fəaliyyətinə Kiş kənd məktəbində başlamış, bir il burada işlədikdən sonra Oxud kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətə başlamış, 1996-cı ildə təqaüdə çıxanadək bu məktəbdə çalışmışdır. Bu sətirlərin müəllifi 1970-ci illərin əvvəllərində Oxud kənd səkkizillik məktəbin VII sinfində oxuyarkən Rus dilinin qrammatikasının nəzəri əsaslarını Məmmədəli müəllimdən öyrənmişdir. Məmmədəli Məmmədov şirin ləhcəsi, obrazlı səlis nitqi, humanisliyi, həmçinin olduqca ciddiliyi və oyektivliyi ilə dərs dediyi şagirdlərinin məhəbbətini qazanmışdır.
Yüzlərlə şagirdinin qəlbində özünə məhəbbət, hörmət və ehtiram yuvalandıran Məmmədəli Məmmədov 2004-cü ilin aprel ayının 2-də dünyasını dəyişmiş, Oxud kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Məmmədəli Məmmədov gözəl müəllim olmaqla yanaşı, mehriban ata, səmimi ailə başçısı olmuşdur. Onun müəllim ömrünü qız övladları Firdövsi, Dəyanət və Xalidə xanımlar davam etdirmişlər.
Oğul övladı Ramiz Məmmədov uzun illər Oxud kənd orta məktəbində kəndli balalara kənd təsərrüfatı texnikasının əsaslarından dərs demişdir.
ADİL MƏMMƏDİYYƏ oğlu RAMAZANOV[HTML redaktə]
Ramazanov Adil Məmmədiyyə oğlu 1953-cü ilin may ayının 12-də Şəki rayonunun Oxud kəndində sənətkar ailəsində anadan olmuşdur. 1960-cı ildə Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Adil Ramazanov 1970-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. Müəllim olmaq arzusunu hələ şagird olarkən qəlbində daşıyan gənc Adil orta məktəbi bitirdikdən sonra sənədlərini V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Riyaziyyat” fakültəsinə vermiş, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazanmışdır. Tələbəlik illərini 1974-cü ildə zəngin biliklə başa vuran Adil Ramazanov pedaqoji fəaliyyətinə təyinatla Ağcabədi rayon orta texniki peşə məktəbində riyaziyyat müəllimi kimi başlamış, iki il bu məktəbdə çalışdıqdan sonra 1976-cı ilin aprel ayının 30-da Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra 1977-ci ilin avqust ayının 16-da Şəki rayon Aydınbulaq kənd səkkizillik qiyabi məktəbinə ixtisası üzrə riyaziyyat müəllimi təyin edilmiş, 1978-ci ilin sentyabr ayının 13-də işdən azad olunaraq, həmin tarixdən Şəki şəhər Xalq Maarif Şöbəsinin Gənc Texniklər Stansiyasında metodist vəzifəsində işləmişdir. Həmçinin həmin müəssisədə (sonralar Texniki Yaradıcılıq Mərkəzi adlanmışdır)direktor və dərnək müəllimi vəzifələrində də çalışmışdır. Adil Ramazanov 2017-ci ilin oktyabr ayının 2-dən “Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək müəllimi kimi fəaliyyət göstərmiş, 2018-ci ildən 65 yaşı bitdiyindən təqaüdə buraxılmışdır. Adil müəllim işlədiyi illərdə nümunəvi müəllim kimi riyazi biliklərin şagirdlər tərəfindən asan qavranılması üçşün xüsusi əmək sərf etmiş, şagirdlərin və kollektivin dərin hörmətini qazanmışdır.
Adil Məmmədiyyə oğlu Ramazanov hazırda mehriban ata və baba ömrü yaşayır. Biz Adil müəllimə həyatın əvəzedilməz neməti olan möhkəm cansağlığı arzulayırıq.
BAYRAM BƏYLƏR oğlu İLYASOV[HTML redaktə]
Bayram Bəylər oğlu İlyasov 1990-cı ilin aprel ayının 24-də Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1996-cı ildə N.Hümmətov adına Oxud kənd orta məktəbinin birinci sinfinə daxil olan Bayram İlyasov 2005-ci ildə həmin məktəbin IX sinfini bitirərək müəllim olmaq arzusu ilə Şəki Pedaqoji Texnikumunun “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunmuş, 2009-cu ildə orta ixtisas təhsilini tamamlamışdır. 2009-cu ildə Şəki şəhər Təhsil Şöbəsinin müvafiq əmri ilə Əhmədiyyə Cəbrayılov adına Oxud kənd ümumi orta məktəbinə ixtisası üzrə ibtidai sinif müəllimi təyin olunmuş, işlədiyi müddətdə məktəbin müəllim kollektivinin və dərs dediyi şagirdlərinin məhəbbətini qazanmışdır. Bayram İlyasov hazırda da həmin məktəbdə müəllim işləyir və “Musiqi”, “Texnologiya” və s. kimi fənləri tədris edir. Bayram İlyasov gənc müəllim kimi ixtisasını daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı üzrə 2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında, 2013-cü ildə isə Odlar Yurdu Universitetində ixtisasartırma kurslarında oxumuş, sertifikat almışdır.
RASİM İSMAYIL oğlu İBADOV[HTML redaktə]
Rasim İsmayıl oğlu İbadov 1953-cü ilin fevral ayının 28-də Şəki şəhərinin Dodu qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur.O, 1960-cı ildə Şəki şəhər 10 saylı orta məktəbinin birinci sinfinə qəbul olunmuş, 1970-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1972-ci ilin may ayının 17-də keçmiş Sovet Ordusunun sıralarına çağırılan Rasim İbadov 1974-cü ilin iyun ayının 11-də hərbi xidmətini başa vurub doğma Dodu qəsəbəsinə qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Rasim İbadov 1975-ci ilə qədər Şəki İpək Kombinatında fəhlə işləmişdir. Müəllim olmaq, ailə ənənəsini davam etdirmək məqsədilə 1975-ci ildə gənc Rasim sənədlərini M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırkı Azərbaycan Slavyan Universiteti) daxil olmuş, 1980-cı ildə həmin institutun Rus dili və ədəbiyyatı ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona orta məktəblərdə rus dili və ədəbiyyatı müəllimi və tərbiyə işləri üzrə metodist ixtisası verilmişdir.
Ali təhsilini başa vurduqdan sonra Rasim İbadov təyinatla Şəki rayonunun Oxud kənd səkkizillik məktəbində Rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. İki il bu məktəbdə fəaliyyət göstərdikdən sonra 1983-cü ildə - 1 il Şəki Texnologiya Texnikumunda Rus dili müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1983-cü ilin sonunda ailə qurması ilə əlaqədar Bakı şəhərinə köçmüş, 1986-cı ilə qədər orada Neft və Qazçıxarma İdarəsinin yataqxanasında tərbiyə işləri üzrə metodist vəzifəsində çalışmışdır. 1986-cı ildə yenidən doğma Şəki şəhərinə qayıtmış, həmin ildə Şəki şəhər 5 saylı tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Rasim İbadov ömrünün sonuna kimi bu vəzifədə işləmişdir.
Bu istedadlı dil və ədəbiyyat mütəxəssisi 2012-ci ilin fevral ayının 14-də ağır açıq ürək cərrahiyyəsi nəticəsində 59 yaşında dünyasını dəyişmiş, Dodu qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.