MediaWiki:Təltif/Stalin mükafatı

Şəki Ensiklopediyası səhifəsi
(Stalin mükafatı səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Stalin mükafatı laureatı Fəxri Nişanı
Stalin mükafatı laureatı medalı poçt markasında
"Xalqlar arasında sülhü möhkəmləndirməyə görə " Beynəlxalq Stalin mükafatının medalı poçt markasında

Stalin mükafatı (Stalin adına mükafat) — SSRİ vətəndaşlarının elm və texnika, hərbi biliklər, ədəbiyyat və incəsənət, istehsalat işlərində metodların köklü təkmilləşməsi sahəsində əlmətdar fəaliyyətinə görə 1940 — 1954-cı illərdə həvəsləndirmə forması. 20 dekabr 1939-cu ildə təsis edilib.

Sonradan 1966-cı ildə təsis edilmiş SSRİ dövlət mükafatına bərabər tutuldu.

Təsis edilməsi

Stalin mükafatları (ilk variantda Stalin adına mükafat adlanırdı) SSRİ Xalq Komissarları Sovetinin iki qərarı ilə təsis edilib :

  1. « Stalin adına mükafat və təqaüd təsis edilməsi barəsində» — 20 dekabr 1939-cu ildə Stalinin 60 illik yubileyi münasibəti ilə qərar.[1].
  2. «Ədəbiyyat sahəsində Stalin adına mükafatın təsis edilməsi barəsində» — 1 fevral 1940-cı il tarixli qərar[2].

Təltif edilənlərin və mükafatın məbləği hər dəfə dəyişilirdi.[2].

1949-cu ildə “Xalqlar arasında sülhü möhkəmləndirməyə görə” Beynəlxalq Stalin mükafatı təsis edildi.

Ləğv edilməsi

Stalinin şəxsiyyətinə pərəstişinə qarşı kampaniya zamanı Stalin mükafatları müvafiq olaraq SSRİ Dövlət Mükafatları ilə əvəz edildi. Hətta tarix kitablarında belə " Stalin Mükafatı "sözü əvəzinə " Dövlət Mükafatı " yazılırdı.

Ədəbiyyat

  • «Сталинские премии: две стороны одной медали»: Сб. документов и художественно-публицистических материалов / Сост. В. Ф. Свиньин, К. А. Осеев. — Новосибирск: Изд-во «Свиньин и сыновья», 2007. — 880 с — ISBN 978-5-98502-050-2.

Mənbə

Vikianbarda Təltif/Stalin mükafatı ilə əlaqəli mediafayllar var.

İstinadlar

  1. Постановление СНК СССР об учреждении премии и стипендии им. Сталина. // Правда. 1939. № 351 (21 декабря).
  2. 2,0 2,1 Постановление СНК СССР об учреждении премий имени Сталина по литературе. // Правда. 1940. № 32 (2 февраля).