Changes

5.400 bayt əlavə edildi ,  19:42, 19 mart 2020
Səhifəni 'Kateqoriya: H{{Yazıçı |Adı = Hikmət Ziya |Orijinal adı = Hikmət Ziya oğlu Əfəndiyev |Şəkil = Hikmət Ziya.jpg |Şəkil miqya...' ilə yarat
[[Kateqoriya: H]]{{Yazıçı
|Adı = Hikmət Ziya
|Orijinal adı = Hikmət Ziya oğlu Əfəndiyev
|Şəkil = Hikmət Ziya.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|İlk adı =
|Təxəllüsü =
|Doğum tarixi = {{doğum tarixi|1929|05|13}}
|Doğum yeri = [[Nuxa]]
|Vəfatı = {{vəfat tarixi və yaşı|1995|08|02|1929|05|13}}
|Vəfat yeri = [[Bakı]]
|Dəfn yeri =
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi = şair
|Vətəndaşlıq = {{SSRİ}}→<br/>{{AZE}}
|Milliyət =
|İxtisası =
|Təhsili =
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Əsərlərinin dili =
|İstiqamət =
|Janr =
|İlk əsəri =
|Tanınmış əsərləri =
|Mükafatları = {{Azərbaycan SSR əməkdar incəsənət xadimi|1986}}
|imdb_id =
|İmzası =
|Sayt =
}}

'''Əfəndiyev Hikmət Ziya oğlu''' ({{DVTY}}) — [[Azərbaycan]] şairi, tərcüməçi, [[Azərbaycan Yazıçılar İttifaqı]]nın üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1986).

== Həyatı ==
[[Hikmət Ziya|Hikmət]] Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). [[Azərbaycan pioneri (qəzet)|"Azərbaycan pioneri"]] qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984).

Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. O özü də bədii tərcüməyə qayğı ilə yanaşmışdır. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. "[[Mozalan (kinojurnal)|Mozalan]]" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvüdür.

Əfəndiyev Hikmət Ziya oğlu 1995-ci il avqustun 2-də Azərbaycanın Bakı şəhərində dünyasını dəyişmişdir.

==Mükafatları==
Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1988).

==Xatirəsi==
Onun adına "Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilmişdir.

== Əsərləri ==
Atamın hədiyyəsi. Bakı: Uşaqgəncnəşr, 1956, 20 səh.
# Bahar gözəldir, ya qış? Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
# Milçək ürəyi. Bakı: Azərnəşr, 1960, 46 səh.
# Şeirlər və təmsillər. Bakı: Azərnəşr, 1963,64 səh.
# Ulduzların söhbəti. Bakı: Azərnəşr, 1964, 51 səh.
# Qısa təmsillər. Bakı: Azərnəşr, 1965, 55 səh.
# Xatirə. Bakı: Azərnəşr, 1966, 101 səh.
# Tülkü arayışında. Bakı: Gənclik, 1967, 67 səh.
# Buludlar. Bakı: Gənclik, 1968, 57 səh.
# Mənim dovşanım. Bakı: İşıq, 1970, 26 səh.
# Qısqanc qarışqa. Bakı: Gənclik, 1971, 87 səh.
# Günəş və ləkələr. Bakı: Azərnəşr, 1972, 67 səh.
# Leylək yuvası. Bakı: Gənclik, 1973, 121 səh.
# Mənim misralarım. Bakı: Gənclik, 1975, 139 səh.
# Qardaşlar ovda. Bakı: Gənclik, 1978, 143 səh.
# Qərib cinlər diyarında. Bakı: Gənclik, 1980, 134 səh.
# Təmsillər. Bakı: Yazıçı, 1982, 237 səh.
# İlin balaları. Bakı: Gənclik, 1983, 126 səh.
# Qardaşlığın qüdrəti (Bəstəkar M.Mirzəyevlə şərikli). Bakı: İşıq, 1983, 65 səh.
# Təmsillər. Bakı: Gənclik, 1985, 120 səh.
# Ömrümün payı. Bakı: Yazıçı, 1986, 235 səh.
# Vətənim mənim. Bakı: Gənclik, 1988, 120 səh.
# Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1992, 295 səh.

== Tərcümələri ==
(ruscadan)
# İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh.

== Filmoqrafiya ==
# [[Əli Bayramlı (film, 1971)(I)]]
# [[Azərbaycan qadını (film, 1974)]]
# [[Qərib cinlər diyarında (film, 1977)]]
# [[Dəcəl dovşan (film, 1981)]]

[[Kateqoriya:Azərbaycan şairləri]]
[[Kateqoriya:Azərbaycanlı şairlər]]
[[Kateqoriya:Azərbaycanlı tərcüməçilər]]
[[Kateqoriya:Ssenari müəllifləri]]
[[Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri]]
[[Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]