7.035 bayt əlavə edildi
, 02:22, 27 iyul 2020
[[Kateqoriya:Y]]{{Tarixi abidə
|Azərbaycanca adı = Yuxarı Karvansara
|Orijinal adı = Yuxarı Karvansara
|Şəkil = Yukhari kervansarai 2.JPG
|Şəkilaltı mətn = Yuxarı Karvansara, 2017-ci il
|Şəklin eni =
|Status = tarixi abidə
|Ölkə = Azərbaycan
|Ölkə2 =
|Yerləşdiyi yerin adı = şəhər
|Yerləşdiyi yer = Şəki
|lat_dir =
|lat_deg = 41.201021
|lat_min =
|lat_sec =
|lon_dir =
|lon_deg = 47.1928042
|lon_min =
|lon_sec =
|region =
|CoordScale =
|Yer xəritəsi = Azərbaycan Şəki Yuxarı Baş
|Yer xəritəsi 2 =
|Yer xəritəsi 3 =
|Xəritənin ölçüsü = <!-- Yalnız 1 xəritədən istifadə etdikdə ölçü verilməlidir. 2-ci və 3 xəritədə istifadə
edildikdə buna ölçü verilə bilməz! -->
|Xəritənin ölçüsü 2 =
|Xəritənin ölçüsü 3 =
|Marker = <!-- Bura “yaşıl”, “sarı”, “göy”, “qırmızı” sözlərindən biri yazılarsa, marker həmin rəngdə olacaq. -->
|Marker 2 = <!-- Bura “yaşıl”, “sarı”, “göy”, “qırmızı” sözlərindən biri yazılarsa, marker həmin rəngdə olacaq. -->
|Marker 3 = <!-- Bura “yaşıl”, “sarı”, “göy”, “qırmızı” sözlərindən biri yazılarsa, marker həmin rəngdə olacaq. -->
|Markerin ölçüsü = <!-- 2, yaxud 3 xəritədən istifadə edildikdə markerə ölçü vermək olar, 1 xəritədən istifadə edildikdə isə bu xana aktiv olmur -->
|Markerin ölçüsü 2 =
|Markerin ölçüsü 3 =
|Arxitektura stili =
|Layihə müəllifi =
|Memar =
|Heykəltəraş =
|İnşa edən =
|Banisi = [[Cəfərqulu xan Xoyski]]
|İlk xatırlanma =
|Təməlinin qoyulması =
|Xronologiya =
|Ləğv edilib =
|Tikintinin başlanması =
|Tikintinin qurtarması = 1814
|Bina =
|Vəziyyəti =
|Hündürlük =
|Material =
|Sayt =
|Plan =
|Planın izahı =
|Planın eni =
|Commons = Upper_Caravanserai
}}
'''Yuxarı Karvansara''' — [[Şəki]] şəhəri ərazisində yerləşən [[karvansara]].
== Yerləşməsi ==
[[Şəki]] şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir<ref>[http://www.gomap.az/Info/Description.aspx?pID=1492023 Yuxarı Karvansaray. GoMap. ONLAYN NAVİQATOR]</ref>.
Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və [[Aşağı Karvansara (Şəki)|Aşağı]] Karvansaralar yerləşir. [[Karvansara|Karvansaralar]] feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə [[Azərbaycan (tarixi ərazi)|Azərbaycan]] haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər.
== Tarixi ==
Ərazisində [[Böyük ipək yolu|Böyük İpək Yolunun]] keçdiyi [[Azərbaycan|Azərbaycanın]] ən qədim sənətkarlıq, [[ipəkçilik]] və [[ticarət]] şəhəri olan [[Şəki]] karvan yolları vasitəsilə digər [[Azərbaycan xanlıqları|xanlıqların]] və bir çox xarici ölkələrin [[ticarət mərkəzi|ticarət mərkəzlərini]] özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.
XVIII-XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə [[karvan|karvanların]] və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.
Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün [[Zaqafqaziya|Zaqafqaziyada]] məşhur olan Yuxarı Karvansara XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan (“İsfahan”, “Təbriz”, “Ləzgi”, “Erməni”, “Təzə Karvansara”) dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Digəri - [[Aşağı Karvansara (Şəki)|Aşağı Karvansara]].
XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, iri miqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur<ref>[http://sheki.net/?page=segodnya Bu gün. Sheki.Net]</ref><ref>[http://sheki.io.ua/s25031/arhitektura_sheki._verhniy_karavan-saray Архитектура Шеки. Верхний Караван-сарай]</ref>.
== Karvansaranın planı ==
Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kalorid verir.
Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.
Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.
Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.
== Hazırkı vəziyyəti ==
Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmaının bariz nümunəsidir<ref>[http://sheki.io.ua/s92060/shekinin_medeni-tarixi_abideleri SHEKININ MEDENI-TARIXI ABIDELERI Yuxarı Karvansara]</ref>.
== İstinadlar ==
{{İstinad stili}}
{{İstinad siyahısı}}
== Həmçinin bax ==
* [[Aşağı Karvansara (Şəki)]]
[[Kateqoriya:Şəki abidələri]]
[[Kateqoriya:Karvansaralar]]
[[Kateqoriya:Azərbaycan karvansaraları]]
[[ar:خان شاكي]][[az:Yuxarı Karvansara (Şəki)]][[en:Shaki Caravanserai]][[fa:کاروانسرای «یوخاری» (شکی)]][[ka:ზედა ქარავან-სარაი]][[ru:Верхний караван-сарай]][[uk:Караван-сарай (Шекі)]]