3.480 bayt əlavə edildi
, 20:34, 14 avqust 2020
{{Dövlət xadimi
| adı = Məmməd Cuvarlinski
| orijinal adı = Məmməd İsmayıl bəy oğlu Cuvarlinski
| şəkil = Məmməd Cuvarlinski.jpg
| şəklin ölçüsü = 200
| şəklin izahı =
| xələfi_6 =
| titul_7 = Nuxa (Şəki) Komitəsinin birinci katibi
| bayraq_7 = COA Azerbaijan SSR.png
| bayraq2_7 = Flag of Azerbaijan SSR.svg
| dövr əvvəl_7 =
| dövr son_7 =
| sələfi_7 =
| xələfi_7 =
| titul_8 = Azərbaycan SSR-nin maarif komissarı
| bayraq_8 = COA Azerbaijan SSR.png
| bayraq2_8 = Flag of Azerbaijan SSR.svg
| dövr əvvəl_8 = 1934
| dövr son_8 = 1935
| sələfi_8 =
| xələfi_8 = [[Müseyib Şahbazov]]
| doğum tarixi = {{Doğum tarixi |1902||}}
| doğum yeri = [[Cuvarlı]], [[Cəbrayıl qəzası]], [[Yelizavetpol quberniyası]], [[Qafqaz canişinliyi]]
| vəfat tarixi = {{vəfat tarixi|1937|10|13}}
| vəfat yeri =
| sülaləsi = [[Cuvarlinskilər]]
| atası = İsmayıl bəy
| anası =
| həyat yoldaşı =
| uşağı = Şura xanım
| imzası =
}}
'''Məmməd bəy İsmayıl bəy oğlu Cuvarlinski''' – Azərbaycan SSR Maarif komissarı, partiya və dövlət xadimi.
== Həyatı ==
Məmməd bəy İsmayıl bəy oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. Bir müddət kəndlərində təsərrüfatla məşğul olmuşdu. Sonra Bakı şəhərinə köçmüş, müxtəlif yerlərdə fəhlə işləmişdi. Azərbaycanda sovetləşmədən sonra qulluqçu olmuş, 14 il partiya işində çalışmışdı. II dərəcəli sovet partiya məktəbini, ÜİK(b)P MK yanında partiya işçiləri üçün kursu, qiyabi olaraq Pedoqoji texnikumunu bitirmişdi.
Məmməd Cuvarlinski Azərbaycan SSR-nin maarif komissarı olmuşdi. AZK(b)P Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. AZK(b)P MK-nin üzvü idi. M. Bağırov 1937-ci ildə Azərbaycan SSR Sovetlər qurultayında partiya qrupundan çıxış edərək Azərbaycan SSR Konstitutisiyasında düzəlişlər edən Cuvarlinskini millətçi adlandırmışdı. Martın 17-də MK-nin bürosu, 19-da isə plenumu Mir Cəfər Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini MK-nın bürosundan, 29-da isə partiya işindən xaric etdilər.<ref>Azərbaycanın təhsil nazirləri. "Məmməd İmsayıl oğlu Cuvarlinski" //Azərbaycan müəllimi.- 2011.- 29 iyul.</ref> M.Cuvarlinski Moskvaya şikayət üçün yollandı. M. Bağırov onu qabaqlayıb həbs etdi. Onu Bakıya, M. Bağırovun kabinetinə gətirdilər. Məmməd Cuvarlinski 13 oktyabr 1937-ci ildə güllələndi.
Hal-hazırda 52 saylı orta məktəbə Məmməd İsmayıl oğlu Cuvarlinskinin adı verilib.Qeyd edək ki,məktəb 1966-cı ildən bəri fəaliyyət göstərir.
Məmməd Cuvarlinskinin Şura xanım adlı qızı vardı.
== İstinadlar ==
{{İstinad siyahısı}}