Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Changes

Jump to navigation Jump to search
[[Kateqoriya:M]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
{{Alim
|Piktoqram = <!--yalnız riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi variantlarından birini seçin-->
|Adı = Məhəmmədəmin Darğazadə

|Tam adı = {{dil-tr|Mehmet Emin Bey, Darugazade}}
|Şəkil = Mabeyinci Mehmet Emin Bey.jpg
|Şəklin ölçüsü =
|Şəklin izahı = Məhəmmədəmin Darğazadə
|Doğum tarixi = {{Doğum tarixi|1854||}}
|Doğum yeri = [[Nuxa]], [[Nuxa qəzası]], Yelazavetpol quberniyası, {{Rusİmp}}
|Vəfat tarixi = {{Vəfat tarixi və yaşı|1925|9|16|1854|0|0}}
|Vəfat yeri = İstanbul, {{TUR}}
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı =
|Milliyyəti =
|Həyat yoldaşı =
|Uşağı =
|Atası =
|Anası =
|Elm sahəsi =
|Elmi dərəcəsi =
|Elmi adı =
|İş yeri =
|Alma-mater = <!--Qədim təhsil ocaqları-->
|Təhsili = <!--Müasir təhsil ocaqları-->
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır = <!--Alimə fəaliyyətinə görə verilən ləqəb-->
|Mühüm layihələri =
|Üzvlüyü =
|Mükafatları =
|İmzası =
|Sayt =
|Commons =
}}
'''Məhəmmədəmin Darğazadə''' ({{dil-tr|Mehmet Emin Bey, Darugazade}}) – Osmanlı İmperiyasının görkəmli dövlət xadimi, alim və yazıçı, İstanbuldan orta Asiyaya doğru səyahət etmiş ilk türk səyyahı; Nuxada doğulmuş, 9 yaşından etibarən 6 il Fransada təhsil almış, sonralar uzun müddət Osmanlı Sarayında ikinci [[:tr:Mâbeyn-i Hümâyun|mabeynçi]], Özəl Padşahlıq xəzinəsinin rəhbəri kimi yüksək vəzifələr tutmuşdur.

==Haqqında məlumatlar==
1854-cü ildə Nuxada anadan olub. İlk adı Məhəmmədəli idi. İpək və barama taciri olan atası dünyanın bir çox ölkələri ilə ticarət edirdi.

===Təhsili===
İlk təhsilini Nuxada alıb.

1863 – 1869-cu illərdə Fransanın Marsel şəhərindəki fransız liseyində,

1869 – 1875-ci illərdə İstanbulldakı Qalatasaray Sultanisində,

1876 – 1877-cı illərdə isə İstanbuldakı Hüquqi-Şahanə Məktəbində təhsil alıb.

===Hindistan səyahəti===
Əsəblərinin pozulması səbəbindən həkimlər ona səyahətə çıxmasını tövsiyə ediblər. O da 1877-nin aprelində İstanbuldan yola çıxaraq Potiyə, oradan Tiflis və Yelizavetpoldan keçərək Nuxaya gəlir. Nuxada biləndə ki, atası Hindistandadır, atasının dalınca Hindistana yola düşür; əvvəlcə Nuxadan Bakıya, Bakıdan isə gəmi ilə Orta Asiyaya gedir, Xivə, Daşkənd, Kokand, Qaşğar və Əfqanıstandan keçərək Hindistana yetişir. Oradan İstanbula geri döndükdən sonra öz səyahəti barədə yazılarını “Asiyayi-Vüstəyə Səyahət” adı ilə hisssə-hissə İstanbulda çıxan “Tərcümani-həqiqət” qəzetində çap etdirir. Bu 1878-ci ildə kitab şəklində çap edildikdən sonra isə Osmanlı sultanı II Əbdülhəmidin diqqətini çəkib.

===Əmək fəaliyyəti===
1878-ci ilin 19 iyunundan – 1879-cu ilin 13 mart tarixinədək İstanbulda fəaliyyət göstərən İskan-ı Muhacirin şöbəsində “Məhəmmədəmin bəy” adı ilə məmur vəzifəsində işləyib.

1880-cı ilin 2 mart tarixində “Yıldız” sarayı kitabxanasına məmur təyin edilib.

1882-ci ilin 6 sentyabr tarixində sultanın ən yaxın və inandığı çevrəyə, yəni qürəna sırasına daxil edilib və tam iyirmi yeddi il Sultan Əbdülhəmidin yanında çalışıb; ən son vəzifəsi 14 avqust 1908-də qarineyi-sani şəhriyari məqamı olub. İttihadçılar Sultan Əbdülhəmidi taxtdan endirdikdən sonra 1909-cu ilin 27 aprel tarixində hakimiyyət dəyişikliyi səbəbindən vəzifəsi bitib.

1920-ci ilin 17 aprelindən – 1922-ci ilin 25 fevralınadək isə Xəzineyi-xasseyi-şahanənin ümumi müdiri və eyni zamanda onun idarə heyətinin sədri vəzifəsində çalışıb.

===Vəfatı===
1925-ci il 16 sentyabr tarixdə – 71 yaşında, İstanbulda vəfat edib. Qaracaəhməd qəbiristanlığında dəfn edilib.

===Kitabları===
#'''İstanbul’dan Asya-yı Vustaya Seyahat''', ''İstanbul, 1295, 303 s''. – bu əsərdə müəllifin İstanbuldan Xivəyədək olan səyahətindən bəhs edilir, ilk olaraq İstanbulda çıxan “Tərcümani-həqiqət” qəzetində hisssə-hissə çap edilmişdir.
#'''İpek Böcekleri''', ''İstanbul, 1296, 78 s. Kırkambar matbaası'' – 1879-cu ildə çap olunmuş bu kitabda ipək qurdu bəsləmək haqqında məlumat verilir.;
#'''Muallim-i Farisi''', 1308, 234 s. Mahmut Bey matbaası – 1890/91-ci ildə İstanbulda basılmış bu kitabda farscanı türklər üçün fars dili dərsliyidir.
#'''Tarif-i Ümem''', ''Tarif-i Ümem, İstanbul, 1308 68+2 s. Matbaa-i Osmaniye'' – 1891-ci ildə basılmış bu kitabda dünya millətlərinin tarixi, dünya tarixi ətraflı araşdırılmaqda, millətlərin adları verilməkdədir. Əlavə 2 səhifədə rəngli 12 şəkil var.
#'''Sığır Beslemek Usûlü''', ''İstanbul, 1306, 72 s.'' – 8 bölümdən ibarət, şəkillərlə bəzədilmiş 72 səhifəlik bu kitabda inək bəsləməklə bağlı hərtərəfli məlumatlar var.
#'''Musavver Tarif-i Hayvanat'''. ''İstanbul, 1310 71 s. Matbaa-i Osmaniye'' – İstanbulda ilk dəfə 1889-cu ildə Mətbəeyi-Amirədə, ikinci dəfə 1893-cü ildə Mətbəeyi-Osmaniyyədə basılıb. Əsasən uşaqlar üçün hazırlanmış bu əsərdə heyvanlar aləmindən danışılır, heyvan növləri tanıdılır.
# '''Merkez-i Arza Seyahat, İstanbul''', ''1302 416 s.'' – məşhur fransız yazıçısı Jül Vernin romanının türcəyə tərcüməsi.
# '''Beş Hafta Balon ile Seyahat''', ''İstanbul, 1305, 351 s.'' – məşhur fransız yazıçısı Jül Vernin romanının türcəyə tərcüməsi.

===Xatirəsi===
2014-cü ildə [[AMEA Şəki Regional Elmi Mərkəzi]] tərəfindən görkəmli dövlət xadimi, alim və yazıçı “Məhəmmədəmin Darğazadənin (1854-1925) Seçilmiş Əsərləri” adlı kitab nəşr olunub.

Kitaba Məhəmmədəmin Darğazadənin iki elmi əsəri - “İpək böcəkləri” və “Müsəvvər tərifi üməm” daxil edilib. Hər iki əsərin dili orijinalda olduğu kimi saxlanılmaqla, kitaba lüğət və şərhlər də əlavə olunub.

Kitabın tərtibçisi Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor [[Zəkəriyyə Əlizadə]], elmi redaktoru mərkəzin əməkdaşı, professor [[Ədalət Tahirzadə]], ərəb qrafikasından transfonoliterasiya edən isə AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Briliant Hacılıdır.

===Həmçinin, bax:===

<youtube width="300" height="180">ac823Ju-eFg</youtube>

===İstifadə edilmiş mənbələr===
* {{cite web |url= https://www.turkyurdu.com.tr/yazar-yazi.php?id=3961|title=ASYA-YI VUSTA SEYYAHI KURENA MEHMET EMİN BEYİN HİKÂYESİ |author=Ali BİRİNCİ |date=Mart 2006 |website=https://www.turkyurdu.com.tr/ |publisher=Türk Ocakları Basın, Yayın ve Eğitim Hizmetleri İşletmesi Türk Yurdu Dergisi 2020 |language=tr |accessdate= |archiveurl = |archivedate = }}
*{{cite web |url=http://www.science.gov.az/news/open/612 |title=Şəki Regional Elmi Mərkəzi tərəfindən yeni kitab işiq üzü görüb |author= |date= 05.03.2014 00:00|website=http://www.science.gov.az/ |publisher= Azərbaycan Milli Elmlər Akademiyası|language=az |accessdate= |archiveurl = https://web.archive.org/web/20200927014321/http://www.science.gov.az/news/open/612|archivedate = 27 Sep 2020}}
*{{cite web |url=http://kaspi.az/az/murad-dara-sekide-indi-darazadelerden-hec-kim-qalmayib/?action=disablemobile |title=Murad Darğa: "Şəkidə indi Darğazadələrdən heç kim qalmayıb" |author= |date= |website= |publisher= |language= |accessdate= |archiveurl = |archivedate = }}
*{{cite web |url=https://lent.az/news/232923 |title=Ədalət Tahirzadə: “Türkiyə ordusunda əslən Şəkidən olan 3 general qulluq edib” |author= |date=16 Fevral 2016 |website=https://lent.az/ |publisher=lent.az |language=az |accessdate= |archiveurl =https://web.archive.org/web/20160217195005/http://lent.az/news/232923 |archivedate =17 Feb 2016 - 27 Sep 2020 }}

Naviqasiya menyusu