Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni '{{Digər məna|"Qüsursuz xidmətə görə" medalı}}{{Mükafat |Adı = Qüsursuz xidmətə görə medalı |Şəkil = Qüsursuz xidmətə görə 1-ci...' ilə yarat
{{Digər məna|"Qüsursuz xidmətə görə" medalı}}{{Mükafat
|Adı = Qüsursuz xidmətə görə medalı
|Şəkil = Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medalı.jpg
|Şəklin eni = 200px
|Lentin şəkli =
|Orijinal adı = "Qüsursuz xidmətə görə" medalı
|Deviz =
|Ölkə = {{AZE}}
|Tip =
|Kimə verilir =
|Status =
|Parametrlər =
|Təsis tarixi =
|İlk təltif =
|İlk laureat =
|Son təltif =
|Son laureat =
|Sayı =
|Əvvəlki mükafat = [["Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı ]]
|Sonrakı mükafat = [["Dövlət qulluğunda fərqlənməyə görə" medalı ]]
|Müvafiqdir =
}}
'''Qüsursuz xidmətə görə medalı''' — [Azərbaycan Respublikasının medalı.<ref name="ARQ-370">[http://e-qanun.az/print.php?internal=view&target=1&docid=7898&doctype=0 ''"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında"'' Azərbaycan Respublikasının 10 noyabr 1992-ci il tarixli, 370 nömrəli '''Qanunu'''. '''e-qanun.az'''] {{az}}</ref>

"Qüsursuz xidmətə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 35&nbsp;mm girdə lövhədən ibarətdir. Medalın ön tərəfində açılmış qartal qanadları fonunda çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir. Medalın yuxarısında milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz, aşağısında isə palıd yarpaqlarından çələnglər yerləşdirilmişdir.

Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi qızılı rəngli, 1-ci dərəcəsi qızılı rəngli, aypara ilə ulduz ağ, tüfənglər gümüşü, lövbər isə qara rəngdədir. Arxa tərəfi hamar səthlidir, ortasında 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Çevrə boyunca yuxarıda "Azərbaycan Respublikası", aşağıda isə "Silahlı Qüvvələri" sözləri həkk olunmuşdur.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27&nbsp;mm x 43&nbsp;mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri - 1&nbsp;mm enində zeytun və ağ rəngli, 3&nbsp;mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. Zeytun rəngin ortasında medalın 1-ci dərəcəsi üçün eni 1&nbsp;mm olan qızılı rəngli bir şaquli zolaq, 2-ci və 3-cü dərəcəsi üçün eni 1&nbsp;mm olan müvafiq olaraq iki və üç zolaq vardır. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27&nbsp;mm x 9&nbsp;mm ölçülü qəlib əlavə olunur.<ref>http://azerbaijans.com/content_811_az.html</ref>

== İstinadlar ==
{{İstinad siyahısı}}

{{Azərbaycan Respublikasının dövlət təltifləri}}

[[Kateqoriya:Azərbaycan Respublikasının medalları]]

Naviqasiya menyusu