Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:M{{Şəxs |Adı = Məhyəddin Abbasov |Orijinal adı = Məhyəddin Paşa oğlu Abbasov |Şəkil = Məhyəddin Abbasov.jpg |Şək...' ilə yarat
[[Kateqoriya:M]]{{Şəxs
|Adı = Məhyəddin Abbasov
|Orijinal adı = Məhyəddin Paşa oğlu Abbasov
|Şəkil = Məhyəddin Abbasov.jpg
|Şəkil miqyası = 290
|Şəkil məlumat =
|İlk adı = Məhyəddin Paşa oğlu Abbasov
|Doğum tarixi = {{doğum tarixi|1910|02|10}}
|Doğum yeri = {{SSRİ}}<br>{{AzSSR}}, [[Nuxa]] ([[Şəki]])
|Vəfatı = {{vəfat tarixi və yaşı|1974|12|28|1910|02|10}}
|Vəfat yeri = {{SSRİ}}<br>{{AzSSR}}, [[Şəki]]
|Vəfat səbəbi =
|Atası = Paşa Abbasov
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları = Nizami Abbasov, İlham Abbasov, İftixar Abbasov, Bakıxan Abbasov, Elxan Abbasov
|Nəvələri = Abbasov Qalib, Abbasov Elşad, Abbasov Orxan, Abbasov Emil, Abbasov Anar, Abbasova Günel, Səfərova İlhamə, Abbasova Aysel, Abbasova Nərmin, Abbasova Aytel, Məsimova Gülnar, Kazımova Şəfa
|Peşəsi =
|Vətəndaşlıq = {{SSRİ}}
|Milliyət =
|İxtisası = jurnalist, pedaqoq
|Təhsili = Azərbaycan Dövlət Pedaqoji Universiteti
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Mükafatları = “Böyük Vətən Müharibəsi”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və 12 medal.
|imdb id =
|İmzası =
|Sayt =
}}

'''Məhyəddin Abbasov''' (''Abbasov Məhyəddin Paşa oğlu''; {{d.}} 10 fevral 1910, [[Nuxa]] (indiki [[Şəki]]) – {{ö.}} 28 dekabr 1974, [[Şəki]]) — 1945 – 1974-cü illərdə [[Şəki fəhləsi (qəzet)|“Şəki fəhləsi”/“Nuxa fəhləsi”]] və [[Lenin bayrağı (qəzet, Nuxa)|“Lenin bayrağı”]] qəzetinin redaktoru.

== Haqqında məlumatlar ==

1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə “Şəki fəhləsi” qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir.

1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildə “Şəki fəhləsi” qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində çalışmağa başlayıb. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.

1944-cü ildə “Nuxa fəhləsi” qəzetinin şöbə müdiri, 1945-ci ildə isə redaktoru olub və ömrünün sonuna kimi bu vəzifədə çalışıb.

[[Bəxtiyar Vahabzadə|Bəxtiyar Vahabzadənin]] “Gülüstan” poeması da ilk dəfə “Nuxa fəhləsi”ndə — onun redaktorluğu dövründə çap edilib.

1971-ci ilin dekabrında “Şəki fəhləsi” qəzetinin 50 ilik yubileyi ilə əlaqədar, qəzet Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, Məhyəddin Abbasova isə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir<ref>"İpəkçi" qəzeti, 20 dekabr 1971-ci il. №34-35 (1087-88)</ref>.

Məhyəddin Abbasov redaktorluq fəaliyyəti ilə yanaşı, ömrünün sonuna qədər pedaqoji fəaliyyətini də davam etdirmiş, Maksim Qorki adına 10 saylı orta məktəbdə fizika fənnindən dərs demişdir.

1974-cü il dekabr ayının 28-də dünyasını dəyişmişdir. Dəfnindən əvvəl, cənazəsi Şəki şəhər sovetinin iclas zalına qoyulmuş və mərhumla izdihamlı vida mərasimi təşkil olunmuşdur.

== İstinadlar ==
<references/>

== Xarici keçidlər ==
* [http://issuu.com/ipekchi/docs/2011.11.22_qezet.qxd "İpəkçi" qəzeti, 22 noyabr 2011-ci il]
* [http://issuu.com/ipekchi/docs/2287 "İpəkçi" qəzeti, 7 mart 2013-cü il]
* [http://www.anl.az/down/meqale/medeniyyet/2014/fevral/352234.htm İlham Abbasov, Xalq şairi Bəxtiyar Vahabzadə, - 2014. Mədəniyyət.- 12 fevral.- S. 10]
* [http://kultur.az/?p=9450 Tural ADIŞİRİN, Şəki folklor mühitində aşıq sənətinin inkişafı (1960-90-cı illər)]
* [http://edebiyyatqezeti.net/qezet/2-15-44.pdf Ziyadxan Əliyev. "Sandıq ədəbiyyatına" "yaşıl" və "qırmızı" işıq yandıranlar. "Ədəbiyyat" qəzeti, 14 noyabr, 2014. Səh. 6. ]
{{Yaxşı məqalə}}

[[Kateqoriya:Azərbaycan jurnalistləri]]
[[Kateqoriya:İkinci dünya müharibəsi iştirakçıları]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Şəkidə vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycanlı jurnalistlər]]
[[az:Məhyəddin Abbasov]]
[[en:Mahyaddin Abbasov]]

Naviqasiya menyusu