6.413 bayt əlavə edildi
, 00:29, 21 mart 2020
[[Kateqoriya:Z]]{{Dövlət xadimi
| azərbaycan dilində adı = Ziya Yusifzadə
| adın originalı = Ziya Məmmədiyyə oğlu Yusifzadə
| portret = Ziya Yusifzadə.jpg
| portretin ölçüsü =
| izah =
| titul = [[Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi|Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri]]
| bayraq = COA_Azerbaijan_SSR.png
| bayraq2 = Flag_of_Azerbaijan_SSR.svg
| dövr əvvəl = [[18 iyun]] [[1980]]
| dövr son = [[11 avqust]] [[1988]]
| sələfi = [[Vitali Krasilnikov]]
| xələfi = [[İvan Qorelovski]]
| doğum tarixi = {{doğum tarixi|1929|2|15}}
| doğum yeri = [[Nuxa]], [[Azərbaycan SSR]], [[ZSFSR]], [[SSRİ]]
| ölüm tarixi = {{vəfat tarixi və yaşı|2015|9|29|1929|2|15}}
| ölüm yeri = [[Bakı]], [[Azərbaycan]]
| təhsili = Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutu
| atası = Məmmədiyyə
| anası =
| həyat yoldaşı =
| uşaqları =
| mükafatları = {{"Azərbaycan Bayrağı" ordeni}} {{"Şöhrət" ordeni (Azərbaycan)}}
}}
'''Ziya Məmmədiyyə oğlu Yusifzadə''' (d. [[15 fevral]] [[1929]], [[Nuxa]], [[Azərbaycan SSR]], [[ZSFSR]], [[SSRİ]] – ö. [[29 sentyabr]] [[2015]], [[Bakı]], [[Azərbaycan]]) — [[Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası|Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası]]nın rəisi, [[Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi|Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi]]nin 7-ci sədri ([[1980]]–[[1988]]).
== Həyatı ==
Ziya Yusifzadə [[15 fevral]] [[1929]]-cu ildə [[Nuxa]]da (indiki [[Şəki]]) ziyalı ailəsində anadan olmuşdur. [[1945]]-ci ildə [[Zaqatala]]da orta məktəbi qızıl medalla bitirmişdir. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirmişdir. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləmişdir.<ref>{{cite web |url=http://www.xalqqazeti.com/az/news/interview/42090 |title=Ziya Yusifzadə – 85. Dövlətçiliyimizin və milli təhlükəsizliyimizin keşiyində sədaqətli xidmət nümunəsi (müsahibə) |author=Tahir Aydınoğlu |date=15.02.2014 |work=[[Xalq qəzeti]] |publisher=xalqqazeti.com |accessdate=2015-09-30 |language=az}}</ref>
[[1956]]-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışmışdır. [[18 iyun]] [[1980]] - [[11 avqust]] [[1988]]-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışmışdır. [[1977]]-ci ildə general-mayor, [[1984]]-cü ildə general-leytenant hərbi rütbəsi almışdır.
[[1988]]-[[1992]]-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləmiş, [[1992]]-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxmışdır.
Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, [[1999]]-cu il [[28 iyun|iyunun 28]]-də Azərbaycan Respublikasının Prezidenti [[Heydər Əliyev]]in Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq [[Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası|Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına]] rəis təyin edilmişdi.
Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur.<ref>{{cite web |url=http://www.adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&sobi2Id=2015&Itemid=53 |title=Ziya Yusifzadə |author= |date=2015 |work= |publisher=[[adam.az]] |accessdate=2015-09-30 |language=az}}</ref>
Dörd xarici dil bilirdi.
SSRİ Dövlət təhlükəsizlik orqanlarının və [[Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi]]nin fəxri əməkdaşı idi.
[[29 sentyabr]] [[2015]]-ci ildə [[Bakı]] şəhərində vəfat etmişdir. [[30 sentyabr]] [[2015]]-ci ildə MTN-nin Mədəniyyət Mərkəzində vida mərasimi keçirildikdən sonra, mərhum II Fəxri xiyabanda dəfn olunmuş, yas mərasimi [[Təzəpir məscidi]]ndə keçirilmişdir.<ref>{{cite web |url=http://az.apa.az/news/398804 |title=MTN-nin Akademiyasının rəisi Ziya Yusif-zadə vəfat edib |author= |date=30 Sentyabr 2015 |work= |publisher=az.apa.az |accessdate=2015-09-30 |language=az}}</ref>
== Ailəsi ==
Ziya Yusifzadə yazıçı, dramaturq [[Məmmədiyyə Yusifzadə]]nin oğludur.
== Mükafatları ==
Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ([[2004]]) və "Şöhrət" ordenləri ([[2009]]) ilə təltif edilmişdir.
== İstinadlar ==
<references/>
== Xarici keçidlər ==
* [https://www.youtube.com/watch?v=GbMeH0tGfag Təmiz söhbət - Ziya Yusifzadə (26.03.1999)] — [[YouTube]] saytı.
*'''[https://www.az24saat.org/ziya-yusifzad%C9%99nin-ucuncu-ildonumudur-157210.html Ziya Yusifzadənin üçüncü ildönümüdür] - az24saat.org saytı'''
{{Azərbaycanın xüsusi xidmət orqanlarının rəhbərləri}}
[[Kateqoriya:Azərbaycanın milli təhlükəsizlik nazirləri]]
[[Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin deputatları]]
[[Kateqoriya:SSRİ Ali Sovetinin deputatları]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:İkinci Fəxri xiyabanda dəfn olunanlar]]
[[Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları]]