Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:Ü{{Yazıçı |Adı = Ülkər Hüseynova |Orijinal adı = Ülkər İbrahim qızı Hüseynova |Şəkil = Ülkər Hüseynova.jpg |...' ilə yarat
[[Kateqoriya:Ü]]{{Yazıçı
|Adı = Ülkər Hüseynova
|Orijinal adı = Ülkər İbrahim qızı Hüseynova
|Şəkil = Ülkər Hüseynova.jpg
|Şəkil miqyası = 200
|Şəkil məlumat =
|İlk adı =
|Təxəllüsü =
|Doğum tarixi = {{Doğum_tarixi və yaşı|1937|4|24}}
|Doğum yeri = [[Nuxa]], {{AZE}}
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Həyat yoldaşı = [[Şirməmməd Hüseynov]]
|Uşaqları =
|Peşəsi =
|Vətəndaşlıq = {{AZE}}
|Milliyət =
|İxtisası =
|Təhsili =
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Əsərlərinin dili = [[Azərbaycan dili|azərbaycan dili]]
|İstiqamət =
|Janr =
|İlk əsəri =
|Mükafatları =
|imdb_id =
|İmzası =
|Sayt =
}}
'''Ülkər Hüseynova''' — [[Elm və həyat (jurnal)|“Elm və həyat”]] jurnalının redaktor müavini və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun baş mütəxəssisi (2013).

== Həyatı ==

24 aprel 1937-ci il tarixdə [[Nuxa]] şəhərində anadan olub. 1955-ci ildə Bakıdakı 132 saylı məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.

1966-cı ildən “Elm və həyat” jurnalında işləyir. Əvvəl şöbə müdiri, 1993–1995-ci illərdə baş redaktorun müavini, 1995–1997-ci illərdə baş redaktor, hal-hazırda isə redaktor müavini vəzifəsində çalışır. 45 il ərzində çap olunmuş yüzlərlə müxtəlif janrlı elmi-publisistik məqalələrinin bir qismi 2004-cü ildə nəşr edilmiş «“Elm və həyat”ın işığında» adlı kitabında toplanmışdır.

O, 2003-cü ildə [[Heydər Əliyev|Heydər Əliyevə]] həsr olunmuş «Heydər Əliyev və Azərbaycanın kimya sənayesi», 2006-cı ildə «Dahi qafqazlılar» seriyasından Lütfi Zadənin həyat yoldaşı xanım Fey Zadənin «Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim» əsərlərini ruscadan azərbaycan dilinə tərcümə edib. 1999-cu ildə Açıq Cəmiyyət İnstitutunun keçirdiyi müsabiqənin qalibi olmuş və Açıq Cəmiyyət İnstitutu ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanan yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin üçcildlik «6,7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi» kitabın tərcüməçi və redaktorlarından biri və «Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti»nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.

Ülkər Hüseynovanın təhsil aldığı 132 saylı orta məktəbin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən «Mənim fəxrim – məktəbim» adlı kitabı 2008-ci ildə işıq üzü görüb.

«Vətən» Mediya Diplomuna (1993), iki dəfə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomuna (2001, 2011), 2 dəfə Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqının «Qızıl qələm» mükafatına (1995, 2001) layiq görülüb.

Pofessor [[Şirməmməd Hüseynov|Şirməmməd Hüseynovun]] həyat yoldaşıdır.

2010-cu ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssis vəzifəsində çalışır.

İki qızı, nəvələri vardır.

== Çap olmuş əsərləri ==

* “Elm və həyat”ın işığında. Bakı, 2004.
* Mənim fəxrim-məktəbim. Bakı, 2008, (təhsil aldığı 132 saylı orta məktəb haqqında).
* Üç nəsil-zəmanələrlə üz-üzə. Bakı, 2013.

== İstifadə edilmiş əsas mənbələr ==
*[https://web.archive.org/web/20180315164151/http://www.anl.az/down/meqale/azerbaycan/2011/iyul/192468.htm ''Xəlilzadə F.'' Ucalığa qovuşan illər. Azərbaycan.– 2011.– 22 iyul.– S.6.]
*[http://anl.az/down/meqale/525/2017/aprel/538415.htm Görkəmli jurnalist Ülkər Hüseynovanın 80 illiyi qeyd olundu ''Abasov C'' 525-ci qəzet. – 2017.– 19 aprel.– S.4..]

{{Yaxşı məqalə}}
[[Kateqoriya:Azərbaycan yazıçıları]]
[[Kateqoriya:Nuxada doğulanlar]]
[[Kateqoriya:“Qızıl qələm” mükafatı laureatları]]

Naviqasiya menyusu