Changes

Səhifəni 'Kateqoriya:N{{Alim |Adı = Namiq Rəşidov |Piktoqram = biologiya |Orijinal adı = Namiq Məmməd oğlu Rəşidov |Şəkil...' ilə yarat
[[Kateqoriya:N]]{{Alim
|Adı = Namiq Rəşidov
|Piktoqram = biologiya
|Orijinal adı = Namiq Məmməd oğlu Rəşidov
|Şəkil = Namiq Rəşidov.jpg
|şəkil məlumat =
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1950|6|14}}
|Doğum yeri = {{SSRİ}}<br>{{AzSSR}}, [[Nuxa]]
|Vəfatı =
|Vəfat yeri =
|Vətəndaşlıq = {{SSRİ}}→{{UKR}}
|Təhsili = Bakı Dövlət Universiteti
|Elm sahəsi = Fizika
|İş yeri = Taras Şevçenko adına Kiyev Universitetinin lektoru (1999-cu ildən); Ukrayna Milli Akademiyası Hüceyrə Biologiyası və Gen Mühəndisliyi İnstitutunun Biofizika və Radiobiologiya şöbəsinin laboratoriya müdiri (1996-cı ildən); Ukrayna Milli Aqrar Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri (2006-cı ildən)
|Elmi dərəcəsi = biologiya elmləri doktoru
|Elmi vəzifəsi =
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları = “Çernobılın bərpası” döş nişanı
|İmzası =
|İmzanın eni =
|Sayt = http://rashidov.arbat.name/
}}

'''Namiq Məmməd oğlu Rəşidov''' – azərbaycanlı alim, biologiya elmləri doktoru, Ukrayna Milli Akademiyası Hüceyrə Biologiyası və Gen Mühəndisliyi İnstitutunun Biofizika və Radiobiologiya şöbəsinin laboratoriya müdiri (1996-cu ildən), Taras Şevçenko adına Kiyev Universitetinin lektoru (1999-cu ildən), Ukrayna Milli Aqrar Universitetinin bitki fiziologiyası və biokimyası kafedrasının müdiri (2005-ci ildən). Səksəndən çox elmi işin müəllifi, yaxud həmmüəllifidir.

==Həyatı ==

1950-ci ildə Şəkidə anadan olub. İbtidai təhsilini 10 saylı orta məktəbdə alıb və 1960-cı ildə ailəsinin Bakıya köçməsi ilə əlaqədar təhsilini Bakıdakı 36 saylı orta məktəbdə davam etdirib.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olan Namiq Rəşidov tələbəlik illərində xüsusi qabiliyyətinə və savadına görə seçildiyindən diplom işini Moskvada müdafiə edərək ali təhsilə yiyələnib. 1976-cı ilə qədər Azərbaycan EA-nın “Radiasiyalı tədqiqatlar” bölməsində işləyib. 1976-cı ildə Kiyevdə aspiranturaya daxil olur və 1982-ci ildə biologiya elmləri namizədi kimi oranı bitirir. Elmi araşdırmalarını davam etdirən Namiq Rəşadov 1994-cü ildə radiobiologiya üzrə biologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnir. 1982-ci ildən 1990-cı ilədək Azərbaycan EA-nın Bioloji mərkəzində baş elmi işçi vəzifəsində çalışıb. Bundan sonra öz elmi fəaliyyətini Ukraynanın paytaxtında davam etdirir.

Ana dilindən başqa həm də rus, ukrayna, türk və ingilis dillərində sərbəst danışır.

==İctimai fəallığı==

Namiq Rəşidov 2001 ci ildən Ukrayna Radiobiologiya Yoldaşlıq Cəmiyyətinin sədrinin müavini, 1989-cu ildən Ukrayna Fizioloqları Yoldaşlıq Cəmiyyətinin üzvüdür.

==Mükafatları==

1979-сu ildə Azərbaycan SSR Elmlər Akademiyasının rəyasət heyəti tərəfindən gənc tədqiqatçı fəaliyyətinə görə,
2003 - 2004-cü illərdə Ukrayna Elmi-Texniki Mərkəzi təşkilatı tərəfindən NASA-ESA layihəsinə görə,
1992-ci ildə “Çernobılın bərpası” döş nişanı ilə - təqdim etdiyi elmi layihəyə görə mükafatlanıb.

==Beynəlxalq əməkdaşlıq==

1991-ci ildə Türkiyədəki Ankara və Akdeniz (Antaliya) universitetləri ilə, 1998-ci ildə Almaniyadakı Humbolt universitetinin eksperimental biofizika şöbəsi ilə, 2001-ci ildə Azərbaycandakı Bakı Dövlət Universiteti və Radiasiya Problemləri İnstitutu ilə elmi əməkdaşlıq edib.
{{yaxşı məqalə}}

[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]