Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:N{{vikiləşdirmək}} {{Alim |Adı = Namiq Əhmədov |Piktoqram = fizika |Orijinal adı = Namiq Abduləvvəl oğlu Ə...' ilə yarat
[[Kateqoriya:N]]{{vikiləşdirmək}}
{{Alim
|Adı = Namiq Əhmədov
|Piktoqram = fizika
|Orijinal adı = Namiq Abduləvvəl oğlu Əhmədov
|Şəkil = Namiq Əhmədov.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi|1949||}}
|Doğum yeri = [[Şəki]] <br/> {{AzSSR}}
|Vəfatı =
|Vəfat yeri =
|Vətəndaşlıq = {{AZE}}
|Elm sahəsi = fizika-riyaziyyat
|Təhsili =
|İş yeri =
|Elmi dərəcəsi = fizika-riyaziyyat elmləri doktoru
|Elmi vəzifəsi = professor
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}

'''Əhmədov Namiq Abduləvvəl oğlu''' — fizika-riyaziyyat elmləri doktoru (1991).

== Həyatı ==
Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində müəllim ailəsində dünyaya gəlib. 1956-cı ildə Şəki şəhərindəki 12 saylı orta ümumtəhsil məktəbinə daxil olub, 1966-cı ildə oranı bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin əyani şöbəsinə daxil olub və 1971-ci təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təyinatla 1971-1972-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində aspiranturaya daxil olub və SSRİ EA-nın Bioüzvikimya İnstitutuna ezam edilib. Orada "Oliqopeptidlərin nəzəri konformasiya analizi" mövzusunda dissertasiya işi yazıb. 1975-ci ildə aspiranturanı qurtardıqdan sonra təyinatla Azərbaycan Dövlət Universitetində işə qəbul olunub. 1976-cı ildə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə Moskva şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutunda "Peptid hopmonlarının quruluş-funksiya əlaqələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.

1975-ci ildən indiyə qədər Bakı Dövlət Universitetində çalışır. Hazırda Bakı Dövlət Universitetindəki Fizika Problemləri Elmi-tədqiqat institutunun "Nəzəri fizika" şöbəsində baş elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirir. Elmi-tədqiqat işləri müxtəlif biomolekulların fəza quruluşlarının öyrənilməsinə həsr olunmuşdur. Beş elmlər namizədi və bir elmlər doktoru yetişdirmişdir. 180-dən çox elmi əsərin müəllifidir. Bu nailiyyətlərinə görə biofizika ixtisası üzrə professor elmi adı alıb.

Ailəlidir. İki qızı, üç nəvəsi var.

== Mənbə ==
*Araz Yaquboğlu. Tələbə dünyası. Bakı: [[Elm və təhsil nəşriyyatı|"Elm və təhsil"]], 2011.

[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]
[[Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları]]

Naviqasiya menyusu