Changes

Jump to navigation Jump to search
6.375 bayt əlavə edildi ,  23:37, 25 mart 2020
Səhifəni 'Kateqoriya:O{{YM |ad = Orta Zəyzid |şəkil = Orta Zəyzid.jpg |xəritə miqyas = 250 px |xəritə məlumat = |xəritə1...' ilə yarat
[[Kateqoriya:O]]{{YM
|ad = Orta Zəyzid
|şəkil = Orta Zəyzid.jpg
|xəritə miqyas = 250 px
|xəritə məlumat =
|xəritə1 = Seki.PNG
|xəritə1 miqyas = 250 px
|xəritə1 məlumat = [[Şəki rayonu]]
|xəritə2 =
|xəritə2 miqyas =
|xəritə2 məlumat =
|ərazi =
|əhalisi = 4644
|əhali_il =
|əhali sıxlığı =
|yüksəklik =
|lat_deg =
|lat_min =
|lat_sec =
|lat_hem =
|lon_deg =
|lon_min =
|lon_sec =
|lon_hem =
|poçt kodu = AZ5528<ref>{{cite web |url=http://www.azerpost.az/?options=content&id=188 |archiveurl=http://archive.is/9GAmL |archivedate=2016-04-19 |title=İndekslər |author=[[Azərpoçt]] |date= |work= |publisher=www.azerpost.az |accessdate=2016-04-19 |language=az }}</ref>
|ölkə = Azərbaycan
|bölgə =
|rayon = [[Şəki]]
|şəhər =
|qəsəbə =
|kənd nümayəndəsi =
|bələdiyyə başçısı = Musayev Novruz Oruc oğlu
|icra nümayəndəsi = Fikrət Hüseyinov
|vebsayt =
}}

'''Orta Zəyzid''' — [[Azərbaycan Respublikası]]nın [[Şəki rayonu]]nun inzibati ərazi vahidində kənd.

== Tarixi ==
Orta Zəyzid kəndi rayonun ən qədim kəndlərindən biri, ölkənin ən qədim yaşayış məskənlərindəndir. Kənddə X-XI əsrə aid [[Zəyzid məbədi]] yerləşir. Bundan başqa, iki alban kilsəsi də öz varlığını qoruyub saxlamışdır. Lakin hər üç məbədin diqqətdən kənar qalması onları təbiətin amansız sürprizlərinə qarşı dözümsüz qılır və hər an məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur. Kəndin dağlıq hissəsində [[Alban qəbiristanlığı]] yerləşir. Qəbirlərin eramızın VII-VIII əsrlərində və daha əvvəl yaşamış xristian albanlara məxsus olduğu qeyd edilir. Məzar daşlarının kortəbii və nizamsız şəkildə - İslam ənənəsinə zidd yerləşməsi onların xristian olduğunu deməyimizə imkan verir. Tarix kursundan bildiyimiz kimi, albanların İslamı qəbul etməsi eramızın VII-VIII əsrlərinə təsadüf edir. Kənd əhalisi qədimdən igidliyinə və vətənpərvərliyinə görə başqalarına örnək olmuşdur. 1934-cü ildə başlanmış qaçaq hərəkatında Zəyzid qaçaqları xüsusilə fərqlənirdilər. Həmin ildə Şəkidə hakimiyyəti ələ alan Zəyzid qaçaqları rus qarnizonunu şəhərdən qovmağa müvəffəq oldular. Lakin hərəkatın kortəbii təşkili, lazımi şəraitdə həlledici zərbənin gecikməsi, sayların qeyri-bərabərliyi qaçaqların idarəni qısa müddətdə əldən verməsinə səbəb oldu. Zəyzid qaçaqlarının başçısı Qaçaq Abbas bütün silahdaşları ilə birlikdə güllələndi.
Böyük Vətən müharibəsi illərində müharibədə kənddən yüzlərlə əli silah tutan kişi iştirak etmiş və əksəriyyəti həlak olmuşdur. Kənd Qarabağ müharibəsində onlarla şəhid vermişdir.

==Mədəniyyəti==
Kənddə yerləşən iki məktəb - 1 saylı və 2 saylı - rayon ərazisində təhsilin keyfiyyəti baxımından əhəmiyyətli yer tutur. 1 saylı tam orta məktəb Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid Asim Kamil oğlunun adını daşıyır. Kənd savadlı kadrların yetişdirilməsində Şəki rayonunun ən öndə gedən kəndlərindən biridir. Hər il Azərbaycan təhsilinə onlarla tələbə bəxş edir. 2015-ci ildə 2 nəfər 600, 1 nəfər 650 baldan, 2016-ci ildə 2 nəfər 600, 4 nəfər 650 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olmuşdur. Orta Zəyzid kəndində 1 məscid, 1 klub, 1 tibb məntəqəsi, telefon qovşağı (94), kənd bələdiyyəsi, Şəki şəhər icra hakimiyyəti nümayəndəliyi fəaliyyət göstərir. Hal-hazırda yeni şadlıq evinin inşasına başlanıb. Kənddə 20 Yanvar və 1941-1945 Böyük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır.

== Məşğuliyyəti ==
Əhali, əsasən, [[əkinçilik]] və [[maldarlıqla]] məşğul olur. Bundan başqa, insanların həyatında [[ticarət]] və [[bağçılıq]] da əsas yer tutur. Ticarətlə məşğul olan əhalinin əksəriyyət qonşu [[Rusiya Federasiyasında]] və [[Türkiyədə]], həmçinin [[Ukraynada]] biznes işi ilə məşğul olur.

== Coğrafiyası və iqlimi ==
Orta Zəyzid kəndi [[Böyük Qafqaz dağları]]nın ətəyində yerləşir və Zəyzid zonasının ikinci böyük kəndidir. [[Baş Zəyzid]], [[Qırxbulaq]], [[Vərəzət]] kəndləri ilə həmsərhəddir. Kəndin qurtaracağı Şəki-Oğuz yolundadır. Dağlıq ərazidə olması havasının təmizliyinə, iqliminə müsbət təsir göstərir. Qış fəsli sərt soyuqlar, yay isə kəskin istilərlə müşayiət olunur.
Qırxbulaq və [[Köbər Zəyzid]] kəndləri Orta Zəyzid kəndinin tabeçiliyindədir.

== Etimologiyası ==
"Zəyzid" toponiminin mənasını müxtəlif fərziyyələrlə izah edirlər. Xalq etimologiyasına görə "Zəyzid" sözü üzdə əmələ gələn kəsiklərin müalicəsi üçün istifadə olunan Zəy adlı maddənin adı ilə bağlıdır. Hal-hazırda bu maddədən hələ də bərbərxanalarda istifadə olunur, qanı qısa müddətdə kəsmə qabiliyyətinə malikdir. Digər bir fərziyyəyə görə bu ad kəndin yuxarısında yerləşən və eramızdan əvvələ məxsus olan Zəy qalasının adı ilə bağlıdır. Yeraltı tunellərə malik olan bu qalanın əsası, rəvayətə görə, Makedoniyalı İskəndər (Aleksandr) tərəfindən qoyulmuşdur. Lakin elm adamları və tədqiqatçılar tərəfindən qəbul olunmuş etimologiya bunları təsdiqləmir. Hal-hazırda ən düzgün etimoloji dəlil kimi iskit-sak və zit tayfalarını göstərirlər. Deyilənə görə, "Zəyzid" ilkin variantda "Sak-a-zit" (saklar və zitlər - onların yaşadığı ərazi mənasına gəlir) formasında olmuşdur. Sonralar bu ad "Sakizit", "Sakizid" və ən nəhayət, "Zəyzid" şəklini almışdır.

==Əhalisi==
Kəndin əhalisi 4644 nəfər təşkil edir. Əhalinin əsas hissəsi Azərbaycan türkləridir.

==İstinadlar==
{{İstinad siyahısı}}

{{Şəki rayonunun yaşayış məntəqələri}}

[[Kateqoriya:Şəki rayonunun kəndləri]]

Naviqasiya menyusu