Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:R{{Alim |Adı = Rəhim Mədətov |Piktoqram = fizika |Orijinal adı = Rəhim Səlim oğlu Mədətov |Şəkil...' ilə yarat
[[Kateqoriya:R]]{{Alim
|Adı = Rəhim Mədətov
|Piktoqram = fizika
|Orijinal adı = Rəhim Səlim oğlu Mədətov
|Şəkil = Mədətov Rəhim Səlim oğlu.jpg
|şəkil məlumat =
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1949|9|5}}
|Doğum yeri = {{SSRİ}}<br>{{AzSSR}}, [[Nuxa]]
|Vəfatı =
|Vəfat yeri =
|Vətəndaşlıq = {{SSRİ}}→{{AZE}}
|Elm sahəsi = Fizika-riyaziyyat
|İş yeri = Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu, Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri
|Elmi dərəcəsi = Fizika-riyaziyyat elmləri doktoru, professor
|Elmi vəzifəsi =
|Elmi rəhbəri =
|Təhsili = Bakı Dövlət Universiteti
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}

'''Rəhim Mədətov''' — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Aviasiya Akademiyanın fizika kafedrasinin professoru, Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvü.

== Həyat və fəaliyyəti ==

1949-cu ildə Nuxa şəhərində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olunub.

===Pedoqoji fəaliyyəti===
1971-ci ildə ali təhsilini tamamladıqdan sonra iki il Dəvəçi rayonunda fizika müəllimi işləyib. 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyətə keçsə də pedoqoji fəaliyyətlə də məşğul olub. Məsələn, 2004-2008-ci illər ərzində Naxçıvan və Bakı türk liseyləri şagirdlərinin Beynəlxalq Ekoloji Elmi Layihə olimpiadalarına hazırlamış və onlar Bosniyada-2 qızıl (2006), İstanbulda-1 bürünc (2006), Bosniyada-1 gümüş (2005) və Braziliyada-1 bürünc (2005) medallara layiq görülmüşlər. Hal-hazırda isə Azərbaycan Milli Aviasiya Akademiyasının Fizika kafedrasında professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir.

===Elmi fəaliyyəti===
1977-ci ildə Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarı ilə EA-nın Radiasiya Tədqiqatları Sektoruna kiçik elmi işçi vəzifəsinə keçirilib. 1981-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 1983-cü ildə baş elmi işçi vəzifəsinə keçirilib.

1992-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış p-n keçidlərdə fotovoltaik və radiasiya effektləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edir və Elmi Şuranın qərarına əsasən aparıcı elmi işçi vəzifəsinə təyin edilir. 1994-cü ildə Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasına rəhbər təyin olunub və hal-hazırda qeyd edilən vəzifəni icra edir.
*Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 120;
*:- xaricdə çıxmış elmi əsərlərin sayı: 72;
*:- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 45.
*Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 17.
*Kadr hazırlığı:
*:- fəlsəfə doktorlarının sayı: 10;
*:- elmlər doktorlarının sayı: 9.

===İctimai fəaliyyəti===
Rəhim Mədətov AMEA Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının və Həmkarlar Təşkilatının İdarə Heyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvüdür.

===Əməyinin qiymətləndirilməsi===
AMEA-nın ictimai həyatında fəal iştirak etdiyinə, elmi yaradıcılığında əldə etdiyi nəticələrin elmi və praktiki əhəmiyyətinə görə AMEA-nın Fəxri fərmanlarına layiq görülmüşdür.

== İstifadə edilmiş mənbələr ==
*[https://web.archive.org/web/20160630144850/http://irp.science.az/?l=/doctors_of_scinces,51/lang,az/ Radiasiya Problemləri İnstitutu//Elmlər doktorları];
*[http://irp.science.az/?l=/doctors_of_scinces,51/lang,ru/ Институт Радиационных Проблем НАНА/];
*[http://science.gov.az/institutes/695 Azərbaycan Milli Elmlər Akademiyası/Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyası];
*[http://science.gov.az/forms/doktora-nauk-instituta-radiatsionnyih--problem/2013 Azərbaycan Milli Elmlər Akademiyası/Radiasiya Problemləri İnstitutunun elmlər doktorları/Mədətov Rəhim Səlim oğlu].


[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:Nuxada doğulanlar]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]

Naviqasiya menyusu