3.989 bayt əlavə edildi
, 16:56, 26 mart 2020
[[Kateqoriya:Ş]]{{YM
|ad = ŞİRİNBULAQ
|xəritə = Seki.PNG
|xəritə miqyas = 200px
|xəritə məlumat = [[Şəki rayonu]]
|xəritə1 =
|xəritə1 miqyas =
|xəritə1 məlumat =
|xəritə2 =
|xəritə2 miqyas =
|xəritə2 məlumat =
|ərazi =
|əhalisi = 866
|əhali_il =
|əhali sıxlığı =
|yüksəklik =
|lat_deg =
|lat_min =
|lat_sec =
|lat_hem =
|lon_deg =
|lon_min =
|lon_sec =
|lon_hem =
|poçt kodu =
|ölkə = Azərbaycan
|bölgə =
|region = Şəki rayonu
|şəhər =
|qəsəbə =
|kənd nümayəndəsi =
|bələdiyyə başçısı =
|vebsayt =
}}
{{digər məna|Şirinbulaq}}
'''Şirinbulaq''' — [[Azərbaycan Respublikası]]nın [[Şəki rayonu]]nun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Rayon mərkəzindən 37 km cənubda, Yevlax-Balakən magistiral yolunun sağında (Yevlax istiqamətindən gələndə) 13 km aralı Güllü dağın qoynunda yerləşir. Maldarlıq və əkinçilik kənd iqtisdiyyatının əsasını təşkil edir. Kəndin ağsaqqalarından biri olan Şövkət İsmayılovun sözlərinə görə kəndin əhalisi əvvəl Dərəcənnət kəndi ərazisində məskunlaşıb. Sonradan isə Güllü dağa köçüblər. Təxminən 150-200 il bundan əvvəl indiki ərazidə məskunlaşıblar. Kənd əhalisinin əsasını Qaraqoyunlu tayfasına mənsub olan Bəbişdilər, Mammuddular, Qədirlilər, Musalılar, Əlləfərnlilər, Noruzalı uşağı, Hasanlılar, Ocaqverdi uşağı nəsilləri təşkil edir. Şirinbulaqda yerləşən qədim bulaqlar bu kəndin təxminən 17-cu əsrdən əvvəl burda salındığını subut edir. Kəndin yuxarı hissəsində yerləşən Yuxarı bulaq öz mənbəyini Güllü dağdakı kəhriz quyularından götürür. Agsaqqalın sözlərinə görə həmin quyuların qazılması 250-300 il bundan əvvəlki dövrə təsadüf edir. Kənddə olan digər qədim bulaq Hətəm bulağı öz mənbəyini Güllü dağdan Sarıbulaq deyilən ərazidən götürür. Hətəm bulağı əvvəllər Qaraqoyunlu obası olan Hətəm obaya aid olub. 1950-ci illərdə Hətəm obası köçdükdən sonra bu bulaq Şirinbulaq kəndinə çəkilib. Sonralar əhalinin sayı artdıqca bu kənddə su problemi olub. 2007-ci ildə kənddə 2 ədəd yeni subartezian quyusu qazılıb və əhalinin suya olan tələbatı qismən ödənilib.Kənddə kənd kitabxanası, Feldşer məntəqəsi, və Ats fəaliyyət göstərir. Şirinbulaq kəndi 2000-ci ilə qədər Aydınbulaq kənd inzibati ərazi vahidində olub. 2000-ci il iyulun 5-də Heydər Əliyevin 904-IQ saylı fərmanı ilə Şirinbulaq kəndi mərkəz olmaqla Şirinbulaq kənd ərazi vahidi yaradılıb. Kəndin ilk icra nümayəndəsi Tapdıq Mövsüm oğlu Dostuyev olub.
== Mədəniyyəti ==
Kənddə 1 natamam orta məktəb fəaliyyət göstərir. Kənd əsas məktəbi 1957-ci ilə qədər 4 illk, 1957-ci ildən bu günə qədər əsas məktəb kimi fəaliyyət göstərir. Hacıbəkirov Məmmədiyə, İsmət İsrafilov, Şubay Vəliyev, Nürəddin İsmayılov, Hənifə Cabbarova, Səfa Səlimova, Elmira Dostuyeva,Yolçu Səlimov Nürəddin İsmayılov məktəbin qocaman müəllimləridir. Hal-hazırda məktəbdə 106 şagird təhsil alır. Uzun müddət kənd məktəbinə İsmət müəllim rəhbərlik edib.
== Əhalisi ==
Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 415 nəfəri kişi, 451 nəfəri isə qadındır.
*Böyük Vətən müharibəsində həlak olanlar - 40 nəfər
*Kəntdəki evlərin sayı - 180
*Kəntdəki əhalinin sayı - 932 nəfər
==İstinadlar==
{{İstinad siyahısı}}
{{Şəki rayonunun yaşayış məntəqələri}}
[[Kateqoriya:Şəki rayonunun kəndləri]]