Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Changes

Jump to navigation Jump to search
16.037 bayt əlavə edildi ,  17:57, 27 mart 2020
Səhifəni 'Kateqoriya:Y{{Alim |Adı = Yaqub Mahmudov |Orijinal adı = Yaqub Mikayıl oğlu Mahmudov |Şəkil = Yaqub Mahmudov.jpg |Ş...' ilə yarat
[[Kateqoriya:Y]]{{Alim
|Adı = Yaqub Mahmudov
|Orijinal adı = Yaqub Mikayıl oğlu Mahmudov
|Şəkil = Yaqub Mahmudov.jpg
|Şəkil miqyası = 250px
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1939|2|10}}
|Doğum yeri = [[Baş Göynük]], [[Şəki rayonu]], {{AzSSR}}, {{USSR}}
|Vəfatı =
|Vəfat yeri =
|Atası =
|Anası =
|Vətəndaşlıq = {{USSR}}→{{AZE}}
|Elm sahəsi = [[Tarix]]
|Alma mater =
|Təhsili = [[Bakı Dövlət Universitetinin Tarix fakültəsi]]
|İş yeri = [[AMEA Tarix İnstitutu|AMEA-nın Tarix İnstitutunun direktoru]]
|Elmi dərəcəsi = Tarix elmləri doktoru
|Elmi vəzifəsi = [[Akademik]]
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır = [[Tarixçi|Tarixçi-alim]]
|Mükafatları = [[Azərbaycan Respublikasının əməkdar elm xadimlərinin siyahısı|Əməkdar Elm Xadimi]]<br/>{{"Şöhrət" ordeni (Azərbaycan)}}{{"Şərəf" ordeni}}
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}'''Yaqub Mikayıl oğlu Mahmudov''' — [[AMEA Tarix İnstitutu|Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu]]nun direktoru, [[Azərbaycan Respublikası Milli Məclisi|Milli Məclis]]in deputatı<ref>[http://www.meclis.gov.az/?/az/deputat/156 Mahmudov Yaqub Mikayıl oğlu - Milli Məclisin deputatı (Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi veb-saytı)]</ref>, akademik<ref>[https://report.az/elm-ve-tehsil/amea-nin-heqiqi-ve-muxbir-uzvluyune-kecirilen-seckilerin-neticeleri-aciqlanib/ AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb - SİYAHI]</ref>.

== Həyatı ==
Yaqub Mahmudov [[1939-cu il]] [[10 fevral|fevralın 10-da]] Şəki rayonunun [[Baş Göynük|Baş Göynük kəndində]] anadan olub.

[[1962|1962-ci ildə]] Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

[[1966|1966-cı ildə]] "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası, [[1989|1989-cu ildə]] [[Moskva Dövlət Universiteti|M.V.Lomonosov adına Moskva Dövlət Universiteti]] Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Yaqub Mahmudov [[1966]]-[[1975|1975-ci]] illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, [[1968]]-[[1981|1981-ci]] illərdə [[Azərbaycan Dövlət Pedaqoji İnstitutu|Azərbaycan Dövlət Pedaqoji İnstitutunda]] (indiki ADPU) baş müəllim, dosent vəzifələrində çalışmışdır.<ref name=":0">[http://tarixinstitutu.az/directors/view/167 Yaqub Mikayıl oğlu Mahmudov - tarixinstitutu.az (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmi veb-saytı)]</ref>

[[1981|1981-ci ildə]] [[Bakı Dövlət Universiteti|Bakı Dövlət Universitetində]] Qədim dünya və orta əsrlər tarixi kafedrasında dosent vəzifəsində işə dəvət olunmuşdur. [[1983|1983-cü ildə]] Universitetin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir. 1985-1986-cı illərdə Universitetin Tarix fakültəsinin dekan müavini işləmişdir.

[[1986|1986-cı ildə]] Tarix fakültəsinin dekanı seçilmişdir. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, [[1990|1990-cı ildə]] dekan vəzifəsindən istefa verib.<ref name=":0" />

Yaqub Mahmudov 1991-ci ildən [[Bakı Dövlət Universitetinin Tarix fakültəsi|BDU-nun Tarix fakültəsinin]] qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

Yaqub Mahmudov [[1991]]-[[1992|1992-ci illərdə]] Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə [[Azərbaycan Respublikasının Milli Məclisi|Milli Məclisdə]] qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Yaqub Mahmudov 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

O, ikicildlik «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası»nın (Bakı-2004) baş redaktoru və «Naxçıvan Ensiklopediyası» (Bakı-2005) redaksiya heyətinin üzvüdür. Həmin ensiklopediyalarda, həmçinin «Azərbaycan Sovet Ensiklopediyası»nda çoxsaylı məqalələri dərc olunmuşdur. Azərbaycan tarixinin mühüm problemləri üzrə bir çox monoqrafiya və kitabların müəllifidir.

1998-ci ildə (31 mart 1998 - 15 aprel 1998) müqəddəs Həcc ziyarətinə getmiş, Məkkə və Mədinə, habelə Bağdad, Kərbəla, Kufə, Nəcəf, Məşhəd ziyarətgahlarında olmuşdur.

Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, [[2000|2000-ci ildən]] isə Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.<ref name=":0" /> [[Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatlarının siyahısı|II çağırış]], [[Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatlarının siyahısı|III çağırış]], [[Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatlarının siyahısı|IV çağırış]], [[Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatlarının siyahısı|V çağırış]] Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüdür.

O, prezident seçkilərində Ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və bir sıra rəsmi dövlət səfərlərində onları müşayiət etmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.<ref name=":0" />

== Əsas elmi əsərləri ==
*[http://www.tarix.gov.az/kitablar/Mahmudov%20Y.Azerbaycanin%20Avropa%20olkeleri%20ile%20elaqeleri.pdf Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü (XV əsrin II yarısı). Bakı: 1986]
*Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəllləri). Bakı: 1991 (rus dilində)
*Azərbaycan diplomatiyası. Bakı: 1996 (təkrar nəşr – 2007)
*[http://istoriya.az/kitablar/Mahmudov-Y-Qisa_devletch-dovtar.pdf Azərbaycan: qısa dövlətçilik tarixi. İslamabad: 2005. Bakı: 2005 (Azərbaycan, ingilis və rus dillərində)]
*Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı: 2005 (Azərbaycan, ingilis, ərəb, fransız, alman və rus dillərində)
*[http://istoriya.az/kitablar/Mahmudov%20Y%20Naxchivan_.pdf Naxçıvan: tarixi və abidələri. Bakı: 2007 (Azərbaycan və ingilis dillərində)]
*“Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısında)” Los-Anceles 2011 (Azərbaycan, ingilis dillərində)
*“Azərbaycan tarixi: Erkən intibah dövrü (IX əsrin ikinci yarısı – XIII əsrin əvvəli)” Los-Anceles 2012 (Azərbaycan, ingilis dillərində)
*“Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr (Ağqoyunlu və Səfəvi dövlətləri dövrü)” Nyu-York və Moskva (Azərbaycan, ingilis və rus dillərində)

== Üzvü olduğu qurumlar ==

=== Ölkədaxili qurumlarda ===

* Azərbaycan Respublikası Prezidenti yanında Heraldika Şurasının üzvü<ref>[http://www.e-qanun.az/framework/29818 Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı. Bakı şəhəri, 17 fevral 2014-cü il, № 275]</ref>
* «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası»nın üzvü<ref>[http://www.human.gov.az/az/view-page/85/KOMİSSİYA+ÜZVLƏRİ#.XFMkt0NSC70 «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası»nın üzvləri - Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi veb saytı]</ref>
* Azərbaycan Respublikası Milli Məclisi Toponimika Komissiyasının üzvü<ref>[http://www.meclis.gov.az/?/az/content/276/ Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi - Azərbaycan Respublikası Milli Məclisinin rəsmi veb saytı]</ref>
* Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının üzvü<ref>[http://qafqazislam.com/index.php?lang=az&sectionid=28 Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının tərkibi - Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb saytı]</ref>
* Azərbaycan Milli Ensiklopediyası Baş Redaksiya şurasının üzvü <ref>[http://xalqqazeti.com/pdf/02%20noyabr.pdf Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 1 noyabr 2018-ci il. Xalq qəzeti, № 247 (28923) 2 noyabr 2018-ci il, cümə]</ref>

=== Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında ===

* Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü
* Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü
* Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü

== Təltif və mükafatlar ==
*“Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay”, “Gənclərin dostu” müka­fatları laureatı;<ref name=":0" />
*Azərbaycan Respublikasının Əməkdar Elm xadimi;<ref name=":0" />
*"Şöhrət" ordeni;<ref>[https://web.archive.org/save/http://www.e-qanun.az/framework/5126?fbclid=IwAR2bQY_7LuJwrkHRhMbRZHWC3N9fXmkvkA3SRnRiL1YPMUWhsqtoR4R21EA Y. M. Mahmudovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı. Bakı şəhəri, 13 fevral 1999-cu il. № 100] ''(2019-cu il, 27 yanvar tarixində arxivləşdirilib)''</ref>
*"Şərəf" ordeni;<ref>[https://web.archive.org/web/20190127155325/http://www.e-qanun.az/framework/16250?fbclid=IwAR0KJXJbhYthr-qFILdGJBbNjkA2d0o9N0mGd9O0ctzhZ7ht9nDDllrSynQ Y.M.Mahmudovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı. Bakı şəhəri, 14 fevral 2009-cu il. № 162] ''(2019-cu il, 27 yanvar tarixində arxivləşdirilib)''</ref>
*[[Azərbaycan Respublikası Dövlət Mükafatı]];<ref>[http://www.e-qanun.az/framework/23590?fbclid=IwAR307DTgC3p05bFcsDprgDLHEHEvEsuDHNIxCLX3LTzpK7MdTq4s7SvML5I 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı. Bakı şəhəri, 25 may 2012-ci il № 2238]</ref>
*“Ən yaxşı baş menecer" fəxri adı;<ref name=":0" />
*“The Name in Science” ({{dil-az|"Elmdə ad"}}) fəxri titulu;<ref name=":0" />
*“Kraliça Viktoriya” beynəlxalq mükafatı;<ref name=":0" />
*“Ataman Anton Qolovatıy” ordeni;<ref name=":0" />
*"1-ci dərəcəli “Əmək" ordeni;<ref>[https://president.az/articles/31805 Y.M.Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 9 fevral 2019-cu il] - Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi</ref>
*“Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı;
*Milli Məclisin “Parlament” medalı;
*"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı;
*"General Səməd Bəy Mehmandarov" yubiley medalı;<ref name=":0" />
*“Simurq” beynəlxalq medalı.<ref>[http://tarixinstitutu.az/news/view/153 Yaqub Mahmudov “Simurq” beynəlxalq medalı ilə təltif edilib (12 mart, 2019-cu il)] - Tarix İnstitutunun rəsmi veb saytı. </ref>

== Mənbə ==
*[http://tarixinstitutu.az/directors/view/165 Yaqub Mikayıl oğlu Mahmudov - tarixinstitutu.az (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmi veb-saytı)]

== Xarici keçidlər ==

* [http://modern.az/az/news/190538 Deputat Yaqub Mahmudovla FOTOSÖHBƏT - Modern.az]
* [https://azertag.az/xeber/Akademik_Yaqub_Mahmudovun_80_yasi_tamam_olur-1243897 Akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur - Azertag.az]

== Həmçinin bax ==

* [[Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatlarının siyahısı]]
* [[Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatlarının siyahısı]]
* [[Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatlarının siyahısı]]
* [[Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatlarının siyahısı]]
* [[AMEA Tarix İnstitutu]]

== İstinadlar ==
<references/>

[[Kateqoriya:Tarix elmləri doktorları]]
[[Kateqoriya:Professorlar]]
[[Kateqoriya:Azərbaycan tarixçiləri]]
[[Kateqoriya:Azərbaycanlı tarixçilər]]
[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
[[Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları]]
[[Kateqoriya:"Rəsul Rza" mükafatı laureatları]]
[[Kateqoriya:Azərbaycan Respublikasının əməkdar elm xadimləri]]
[[Kateqoriya:Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatları]]
[[Kateqoriya:Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatları]]
[[Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri]]
[[Kateqoriya:Şəki rayonunda doğulanlar]]
[[Kateqoriya:Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatları]]
[[Kateqoriya:AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu]]
[[Kateqoriya:Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatları]]
[[Kateqoriya:AMEA-nın həqiqi üzvləri]]
[[Kateqoriya:AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktorları]]
[[Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər]]

Naviqasiya menyusu