Changes

Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]] 300px|thumb|Şəki ipək kombinatının idarə binası. '''Şəki ipək kombinatı''' –...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]
[[Fayl:Şəki İpək kombinatı.jpg|300px|thumb|Şəki ipək kombinatının idarə binası.]]
'''Şəki ipək kombinatı''' – Şəki şəhərində yerləşən və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəripək” MMC-nin idarəçiliyində olan olan sənaye müəssisəsi. Kombinatda baramaaçan, boyaq-bəzək, burucu, toxucu, pambıqəyirici, xalça toxuma istehsal sahələri var; lakin 2020-ci ildə yalnız baramaaçan istehsalatı fəaliyyət göstərmişdir.

==Haqqında məlulatlar==
===Tarixi===
Kombinatın tikintisinə 1926-cı ildən başlanılıb. Tikinti üçün 1854-cü ildə Nuxada fəaliyyətə başlamış fransız ipək kompaniyasının yeri – “kompaniya” adlanan ərazi<ref name=Q1 group=qeyd/> seçilib. Tikinti vaxtı işçi çatışmamazlığı olduğu üçün mühəndis Kibizov Şimali Qafqaza ezam olunmuş və oradan kombinatın tikintisinə 360 nəfər yeni işçi gətirmişdir.

Kombinat 5 noyabr 1931-ci il tarixdə – Böyük Oktyabr sosialist inqilabının 14-cü ildönümü ərəfəsində təntənəli şəkildə fəaliyyətə başlayıb. İstifadəyə verilərkən əyirici sexində 162 dəzgah olub. Bir il sonra işə düşmüş toxucu sexində isə 126 dəzgah olub və həmin sex gündə 6 min 400 metr parça toxumaq gücünə malik idi.

1954-cü ildə kombinatda boyaq-bəzək istehsalatı,

1968-ci ildə 754 dəzgahlı yeni toxucu istehsalatı istifadəyə verilib.

1975-ci ildə Şəki şəhərindəki ipək fabrikləri kombinatın tabeliyinə verilmiş və bundan sonra kombinat V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi adlandırılmışdır.

1985-ci ildə Yaponiya istehsalı olan modern dəzgahlarla təmin olunmuş yeni boyaq-bəzək istehsalatı işə salınıb.

1985-ci ildə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi partiya komitəsi Azərbaycan {{KP}} Şəki şəhər partiya komitəsinin tabeliyindən çıxarılaraq birbaşa Azərbaycan {{KP}}-yə tabe edilib.

1986-cı ildə Şəki İstehsal İpək Birliyində 37,2 milyon metr parça istehsal edilmişdir və SSRİ-də istehsal olunan ipək parkanın 19 %-ni bu müəssisə vermişdir.

1990-cı illərin əvvəllərində Şəki İstehsal İpək Birliyində 7 min nəfərə yaxın işçi çalışırdı. 1990-cı illərin sonunda keçmiş Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi və filiallar ayrı-ayrılıqda özəlləyməyə çıxarıldı. Şəki ipək kombinatı “Şəki-İpək” ASC adı ilə əvvəl Azərbaycan Beynəlxalq Bankının, sonra isə “Azəripək” MMC adı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyinə keçdi. 2020-ci ildə Şəki İpək kombinatında əsasən xam ipək istehsal edilib və bütün işçilərin sayı 200 nəfərdən çox olmayıb.

===Rəsmi adları===
# Nuxa Lenin adına İpək Kombinatı, yaxud, V.İ.Lenin adına Nuxa İpək Kombinatı (1931 – 1968);
# V.İ.Lenin adına Şəki İpək Kombinatı (1968 – 1975);
# V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş müəssisəsi (1975 – 1985);
# V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi (1985 – 1991);
# Şəki “İpək” şirkəti (1991 – 1999);
# “Şəki-İpək” ASC (1999 – 2018);
# “Azəripək” MMC (2018-ci ildən).

===Rəhbərlik===
Kombinatın ilk baş direktoru Labarkao olub. 1960–1981-ci illərdə [[Tacəddin Əfəndiyev]], 1981–1984-cü illərdə [[Yusif Abdurrahmanov]], 1984 –1989-cu illərdə [[İbrahim Mustafayev]] müəssisəyə rəhbərlik edib. 1989–1999-cu illər arasında, müxtəlif vaxtlarda [[Çingiz Əfəndiyev]], [[Xalid Əliyev]], [[İsmayıl Nəbiyev]] kombinatın baş direktoru olublar. Özəlləşmə illərində – 1999 – 2003-cü illərdə baş direktor [[Əlövsət Bəkirov]], sonra isə [[Sabiq İmanov]] baş direktor vəzifəsini icra edib. Özəlləşmədən sonra [[Elman Qarayev]] (2003), Marat Əkbərov (2003 – 2011), Azad Şıxəliyev (2011 – 2015), Nizami Qəribov (2014 – 2020) “Şəki-İpək” ASC İdarə Heyətinin sədri olmuşdur. 2020-ci ildən isə kombinata “Azəripək” MMC İdarə Heyətinin sədri Zaur Yaqubov rəhbərlik edir.

== Qeydlər ==
{{İstinad siyahısı
|group=qeyd
|refs=
<ref name=Q1> Münkündür ki, həmin ərazi, əslində, 1841-ci ildə Nuxa şəhəri yaxınlığında salınmış və rus koloniyasının məskunlaşdırıldığı ipəkçilər məhəllələsinin – [[Çarabad|Çarabadın]] yeridir.</ref>}}
==Ədəbiyyat==
# {{ASE|10|501|Şəki İpək İstehsal Birliyi}}
# {{məqalə
| müəllif = Kərimov Ə.
| başlıq = İpək kombinatı necə yarandı (xatirələrim)
| orijinal =
| link =
| dil = az
| cavabdeh = [[Məhyəddin Abbasov|Abbasov M.]]
| nəşrin müəllifi =
| nəşr = [[Nuxa fəhləsi (qəzet)|“Şəki fəhləsi”]]
| tip = qəzet
| yer = [[Şəki]]
| nəşriyyat = Nuxa mətbəəsi
| il = 1957
| cild = 6 sentyabr
| buraxılış =
| nömrə = 104 (5560)
| səhifələr = 2
| isbn =
| issn =
| doi =
| bibcode =
| arxiv =
| pmid =
| ref =
| archiveurl =
| archivedate =
}}
{{Yaxşı məqalə}}