Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına səbəb oldu. Nəticədə Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldütdürdü. İkinci əmisi [[Hacı Əbdülqadir xan|Hacı Əbdülqadir ağa]] isə Dardoqqaza qaçdı (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadir ağanı Qarabağ xanı İbrahim xan, gürcü çarı İrakli dəstəkləməyə başladılar. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza hücum etsə də uğur qazana bilmədi. Əlacı üzülüb, oğlu [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən ağanı]] barışıq üçün əmisinin yanına əmanət göndərdi. Lakin əvəzində, Hacı Əbdülqadir ağa Məhəmmədhəsən ağanı tutub Məhəmmədhüseyn xanın qatı düşməni olan İbarahim xana təhvil verdi ki, Məhəmmədhüseyn xandan intiqam almaq üçün oğlunu – Məhəmmədhəsən ağanı öldürsün... | Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına səbəb oldu. Nəticədə Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldütdürdü. İkinci əmisi [[Hacı Əbdülqadir xan|Hacı Əbdülqadir ağa]] isə Dardoqqaza qaçdı (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadir ağanı Qarabağ xanı İbrahim xan, gürcü çarı İrakli dəstəkləməyə başladılar. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza hücum etsə də uğur qazana bilmədi. Əlacı üzülüb, oğlu [[Məhəmmədhəsən xan|Məhəmmədhəsən ağanı]] barışıq üçün əmisinin yanına əmanət göndərdi. Lakin əvəzində, Hacı Əbdülqadir ağa Məhəmmədhəsən ağanı tutub Məhəmmədhüseyn xanın qatı düşməni olan İbarahim xana təhvil verdi ki, Məhəmmədhüseyn xandan intiqam almaq üçün oğlunu – Məhəmmədhəsən ağanı öldürsün... |