'''Aydınbulaq''' — [[Azərbaycan Respublikası]]nın [[Şəki rayonu]]nun inzibati ərazi vahidində kənd.
−
−
== Tarixi ==
−
Aydınbulaq Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Həftəran vadisindədir. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Kəndin Şimalında təqribən IX-XIII əsrlərə aid edilən qüllə də (Ağacqala, Meydanqala, Qız qalası da adlanır) Aydınbulaq qülləsi adlanır. Kənd 1804-cu ildə Xoy xanı Cəfərqulu xanla Cənubi Azərbaycandan gəlmış ailələrin bir qrupunun Aydınbulaq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır<ref>"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. [[Bakı]], [[Şərq-Qərb nəşriyyatı|"Şərq-Qərb"]], [[2007]].</ref>.
−
−
== Əhalisi ==
−
Kəndin əhalisi 873 nəfər təşkil edir ki, onun da 438 nəfəri kişi, 435 nəfəri isə qadındır. .
−
−
== Din ==
−
Kənddə "Hacı Mir Ələkbərağa" məscidi dini icması fəaliyyət göstərir<ref>[http://scwra.gov.az/upload/editor/files/Dini%20qurumlar/2011.pdf MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər]. scwra.gov.az {{az}}</ref>.