1879-cu ildə İpəkçilər şəhəri olan Şəkidə ilk dəfə, barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsü ilə M.F.Axundovun "Hacı Qara" komediyası yerli həvəskarlarla tamaşaya qoyulmuşdur. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı, 1959-1975-ci illərdə isə xalq teatrı fəaliyyət göstərmişdir. 1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə yeni Dövlət Teatrı yaranmış və az müddət ərzində böyük uğurlar qazanmışdır. 1977-ci ildə Bolqar dramaturgiyası festvalında R.Stayanovun "Ustalar" əsəri ilə çıxış edən teatr festifalın baş mükafatına layiq görüldü və Bolqarstana dəvət aldı. 1978-ci ildə Macar dramaturqu Şandor Petefinin "Pələng və kaftar", 1980-cı ildə Alman dramaturqu Bartold Brextin "Arturo U-nin karyerası", 1981-ci ildə Polşa dramaturqu Çapekin "Ağ xəstəlik", 1982-ci ildə Rumıniya dramaturqu M.Sebastyanın "Adsız ulduz" əsərləri ilə dalbadal festifallarda çıxış edən teatr bütün festifalların qalibi olaraq teatr tarixinə öz imzasını atdı. Teatr 1984-cü ildə Moskvada qastrolda olmuşdur. 1985-ci ilədək teatrın baş rejissoru H. Atakişiyev olmuşdur. 1985-ci ildə bu vəzifəyə [[Cahangir Novruzov]] təyin olunmuşdur. | 1879-cu ildə İpəkçilər şəhəri olan Şəkidə ilk dəfə, barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsü ilə M.F.Axundovun "Hacı Qara" komediyası yerli həvəskarlarla tamaşaya qoyulmuşdur. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Dövlət Dram Teatrı, 1959-1975-ci illərdə isə xalq teatrı fəaliyyət göstərmişdir. 1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə yeni Dövlət Teatrı yaranmış və az müddət ərzində böyük uğurlar qazanmışdır. 1977-ci ildə Bolqar dramaturgiyası festvalında R.Stayanovun "Ustalar" əsəri ilə çıxış edən teatr festifalın baş mükafatına layiq görüldü və Bolqarstana dəvət aldı. 1978-ci ildə Macar dramaturqu Şandor Petefinin "Pələng və kaftar", 1980-cı ildə Alman dramaturqu Bartold Brextin "Arturo U-nin karyerası", 1981-ci ildə Polşa dramaturqu Çapekin "Ağ xəstəlik", 1982-ci ildə Rumıniya dramaturqu M.Sebastyanın "Adsız ulduz" əsərləri ilə dalbadal festifallarda çıxış edən teatr bütün festifalların qalibi olaraq teatr tarixinə öz imzasını atdı. Teatr 1984-cü ildə Moskvada qastrolda olmuşdur. 1985-ci ilədək teatrın baş rejissoru H. Atakişiyev olmuşdur. 1985-ci ildə bu vəzifəyə [[Cahangir Novruzov]] təyin olunmuşdur. |