2.825 bayt əlavə edildi
, 16:47, 14 mart 2020
[[Kateqoriya:A]] {{Şəxs
|Adı = Arzu Abdulhəmidov
|Orijinal adı =
|Şəkil = Arzu_Abdulhəmidov.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|İlk adı =
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1956|8|14}}
|Doğum yeri = {{SSRİ}}<br>{{AzSSR}}, Kirovabad (Gəncə)
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Atası = Əhməd Abdulhəmidov
|Anası = Solmaz Abdulhəmidova
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi =
|Vətəndaşlıq = {{SSRİ}}→{{AZE}}
|Milliyət = [[azərbaycanlı]]
|İxtisası = mühəndis-mexanik
|Təhsili = Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1974 – 1979)
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Mükafatları =
|imdb id =
|İmzası =
|Sayt =
}}
'''Arzu Abdulhəmidov''' (''Abdulhəmidov Arzu Əhməd oğlu''; {{d.}} 14 avqust 1956, Kirovabad (Gəncə), Azərbaycan SSR, SSRİ) — 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində keçiriləcək Milli Məclis seçkisində 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən deputatlığa namizəd, “Şəki Sərnişin” ASC-nin sədri.
==Haqqında məlumatlar==
1956-cı ildə Kirovabad (Gəncə) şəhərində anadan olub. 1963 − 1973-cü illərdə Nuxa (Şəki) şəhərindəki 11 №-li orta məktəbdə oxuyub. 1974 – 1979-cu illərdə isə mühəndis-mexanik ixtisası üzrə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1980-cı ildə Şəki 2717 №-li Avtodəstədə 2-ci dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlayıb, daha sonra həmin müəssisədə müxtəlif vəzifələrdə çalışıb. 12 dekabr 1991-ci il tarixdən Şəki 2717 №-li Avtodəstənin rəisi, 1997-ci ilin əvvəllərindən isə regional (Balakən-İsmayıllı) Avtonəqliyyat İstehsalat Birliyinin baş direktoru olub. 1998-ci ildə birinci Dövlət Özəlləşmə Proqramının həyata keçirilməsi ilə əlaqədar yaranmış yeni müəssisənin – “Şəki Sərnişin” ASC-nin sədri vəzifəsinə seçilib.
Ailəlidir, iki oğlu və iki nəvəsi var.
===İctimai aktivliyi===
1990-cı ildə Şəki Şəhər Xalq Deputatları Sovetinə deputat, 1999 – 2014-cü illər arasında üç dəfə Şəki şəhər bələdiyyəsinə üzv seçilmişdir. Şəki şəhər bələdiyyəsinin üzvü olarkən, birinci dəfə iqtisadiyyat, ikinci və üçüncü dəfələrdə isə ekologiya komissiyasının sədri olub.
1997-ci ilin aprel ayında Avtomobil Nəqliyyatı Nazirliyinin (Azəravtonəqliyyat Dovlət konserninin) kollegiya üzvü seçilmişdir.
[[Kateqoriya:113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)]]