1928-ci ildə atası – keçmiş məşhur ipək sənayeçisi, Hacı Lətif ailəsi ilə birlikdə əvvəlcə Tsxmok qəsəbəsinə (Gürcüstan SSR), sonra isə Aral dənizindəki Kokaral adasına (Qazaxıstan MSSR) sürgün olunub və 1930-cu ildə Qazaxıstanda vəfat edib. Bundan sonra ailəsi, o cümlədən, Həmid Rəsulov, Nuxaya qayıdıb.