Həmin iki qalanın sahibləri ilə Şəki məliyi arasında köhnə ədavət vardı. Buna görə qalaların sahibləri çıxıb sultanın yanına gəldilər, islamı qəbul etdilər və qalalarını təslim etdilər. Bundan sonra sultan başqa qalaları tutmaq üçün bu ölkənin içərisinə girdi və o vaxta qədər ölkəni qarət etdi ki, həmin vaxta qədər heç kim o qədər sərvət toplaya bilməmişdi, əgər bunların hamısı yazılarsa gözlər oxumaqdan yorular. Sultanın iqamətgahına frankların başçısı və bir dəstə süvari ilə Şəkinin sahibi Axsitan gəldi. O astanada dayandı və sultan dedi: «''Ona kömək edin gəlsin və ona xidmət edin, çünki o əsilli-nəsilli hökmdardır''». | Həmin iki qalanın sahibləri ilə Şəki məliyi arasında köhnə ədavət vardı. Buna görə qalaların sahibləri çıxıb sultanın yanına gəldilər, islamı qəbul etdilər və qalalarını təslim etdilər. Bundan sonra sultan başqa qalaları tutmaq üçün bu ölkənin içərisinə girdi və o vaxta qədər ölkəni qarət etdi ki, həmin vaxta qədər heç kim o qədər sərvət toplaya bilməmişdi, əgər bunların hamısı yazılarsa gözlər oxumaqdan yorular. Sultanın iqamətgahına frankların başçısı və bir dəstə süvari ilə Şəkinin sahibi Axsitan gəldi. O astanada dayandı və sultan dedi: «''Ona kömək edin gəlsin və ona xidmət edin, çünki o əsilli-nəsilli hökmdardır''». |