Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}} {{Şəxs |Adı = Larisa Mə...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
{{Şəxs
|Adı = Larisa Məmmədova
|Tam adı = Məmmədova Larisa Fərman qızı
|Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz-->
|Şəkil = Larisa_Məmmədova2.jpg
|Şəklin ölçüsü = 160
|Şəklin izahı =
|Digər adı =
|Doğum tarixi = {{Doğum tarixi|1977|8|11}}
|Doğum yeri = Bakı, {{AzSSR}}, {{SSRİ}}
|Vəfat tarixi = {{Vəfat tarixi və yaşı|1990|1|20|1977|8|11}}
|Vəfat yeri = Bakı, {{AzSSR}}, {{SSRİ}}
|Vəfat səbəbi = güllə yarasından şəhid olub
|Dəfn yeri = Şəhidlər xiyabanı, Bakı
|Vətəndaşlığı = {{SSRİ}}
|Həyat yoldaşı =
|Uşağı =
|Partnyoru =
|Atası = Fərman Məmmədov
|Anası = Qalina Məmmədova
|Milliyəti = [[azərbaycanlı]]
|Dini =
|İxtisası =
|Təhsili = 134 nömrəli orta məktəb, 7-ci sinif
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|Saytı =
|Commons =
}}
'''Larisa Məmmədova''' (1977–1991) — 20 yanvar hadisəsində (1990) şəhid olmuş məktəbli qız.

== Haqqında məlumatlar ==
11 avqust 1977-ci il tarixdə Bakıda anadan olub.

20 yanvar 1990-cı il ərəfəsində Bakıdakı 134 nömrəli orta məktəbin 7-ci sinfində oxuyurdu. Həmçinin musiqi təhsili də alırdı və tikmə-toxuma sənətini də öyrənirdi.

===Şəhid olması===
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda atası ilə atasının iş yerindən axırıncı avtobusla evlərinə qayıdırarkən “Gənclik” metrosunun yaxınlığındakı dayanacaqda adamlar avtobusa doluşaraq sürücüdən tələb ediblər ki, avtobusu Leytenant Şmidt adına Bakı Maşınqayırma Zavoduna tərəf sürsün. Avtobus Bədən Tərbiyəsi İnstitutunun yanından ötüb Leytenant Şmidt adına Bakı Maşınqayırma Zavoduna yaxınlaşarkən atəşə tutulub. Bu zaman Larisa Məmmədova – 12 yaşında, güllə yarasından şəhid olub, atası isə yaralanıb.

==Ailəsi==
Atası '''Fərman Məmmədov''' [[Şəki rayonu|Şəki rayonunun]] [[Qayabaşı|Qayabaşı kəndində]] anadan olub. Orada orta təhsil aldıqdan sonra təhsilini Ukraynanın Donetsk şəhərindəki milis məktəbində davam etdirib, həmçinin qiyabi yolla politexnik institutunu da bitirib. Bir neçə il Donetsk, Perm şəhərlərindəki milis məktəblərində idman müəllimi işləyib, sonra sahə müvəkkili, həbsxana rəisi vəzifələrində çalışıb. Ukraynada Qalina adlı ukraynalı qızla evləndikdən bir müddət sonra isə ailəsi ilə birlikdə Bakıya köçüb və Bakıdakı 2 nömrəli avtobus parkında mexanik işləməyə başlayıb. Bakıda onun Larisadan başqa Nərminə adlı daha bir qızı və Emil adlı oğlu da anadan olmuşdur.

== Xatirəsi ==
Bakı şəhərində bir küçəyə adı verilib. [[Bəxtiyar Vahabzadə]] Larisa haqqında ''“On üç yaşlı körpə bala”'' adlı aşağıdakı şeirini yazıb:

{{Sitat qutusu
|title =
|quote =
<poem>On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…</poem>
|qalign = center
|source = <small>"On üç yaşlı körpə bala", Bəxtiyar Vahabzadə
|width = 35%
|fontsize = 100%
|align = center
|bgcolor =
}}

== Ədəbiyyat ==
# {{OTÖ|450-53|Şəkilidir: Yaralı ata, şəhid qız}}
# {{OTÖ|453–461|Çiçəklər mənim kimi solması}}

[[az:Larisa Məmmədova]]

Naviqasiya menyusu