2.890 bayt əlavə edildi
, 22:30, 11 iyun 2020
[[Kateqoriya:V]][[Kateqoriya:Şəkidən çıxmış musiqiçilər]]
{{Musiqiçi
|Peşəsi = ixtiraçı-mühəndis, tarzən
|Şəkil =
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Adı = Varid Fərzəlibəyov
|Tam adı = Fərzəlibəyov Varid Nəsib oğlu
|Digər adları =
|Doğum tarixi = {{Doğum tarixi|1933|7|2}}
|Doğum yeri = [[Nuxa]], {{AzSSR}}, {{ZSFSR}}, {{SSRİ}}
|Vəfatı = {{Vəfat tarixi və yaşı|1999|3|23|1933|7|2}}
|Vəfat yeri = Bakı, {{AZE}}
|Vətəndaşlığı = {{SSRİ}}→{{AZE}}
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Sayt =
}}
'''Varid Fərzəlibəyov''' (''Fərzəlibəyov Varid Nəsib oğlu''; {{d.}} 2 iyul 1933-cü ildə, Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ – {{ö.}} 23 mart 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı<ref>[http://mugam.musigi-dunya.az/b/bas_tar_ve_bemtar.html Muğam Ensiklopdiyası - Bəm tar (Bas tas)]</ref>.
== Haqqında məlumatlar ==
1933-cü ildə Nuxada anadan olub.
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.
Uzun illər “Azərelektroişıq” istehsalat birliyinin laboratoriya müdiri olub.
== Yaradıcılığı ==
XX əsrin 60-cı illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün bəm tarı<ref>[http://atlas.musigi-dunya.az/az/tar.html Azərbaycan ənənəvi musiqi atlası - Tar]</ref> yaratmışdır. 1966-cı ildə müəllif bu alətə görə SSRİ miqyasında patent alıb<ref>[http://patentdb.su/2-190770-narodnyjj-strunnyjj-muzykalnyjj-instrument-tipa-azerbajjdzhanskogo-tara.html База патентов СССР - Народный струнный музыкальный инструмент типа азербайджанского тара]</ref>.
Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov və H.Xanməmmədovun iştirak etdiyi komissiya ixtiraya yüksək qiymət vermişdir.
Sənətkarlıq və tətbiqi sənətə xüsusi maraq göstərdiyindən ağac oyma sənəti sahəsində də tanınmışdır. Layihələndirdiyi və ağacdan hazırladığı bir sıra suvenirlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən suvenir fabrikində kütləvi istehsal olunmuşdur.
== İstinadlar ==
{{İstinad siyahısı}}