Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov və H.Xanməmmədovun iştirak etdiyi komissiya ixtiraya yüksək qiymət vermişdir. | Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov və H.Xanməmmədovun iştirak etdiyi komissiya ixtiraya yüksək qiymət vermişdir. |