3.273 bayt əlavə edildi
, 23:51, 16 mart 2020
{{şəxs}}
'''Bilqeyis Əhməd qızı Həşimzadə''' ({{DVTY}}) — ilk azərbaycanlı hüquqşünas qadın.<ref>Ənvər Mete. O torpağın övladları. – Bakı, – “Nurlan”, – 2006. s. 391-392</ref>
== Həyatı ==
Bilqeyis Həşimzadə [[1900-cu il]]də Şəkidə, fəhlə ailəsində doğulub. Bilqeyis iki yaşında olarkən atası rəhmətə getmişdir. O, Şəki 2 №-li ipək fabrikində fəhlə işləyən əmisi Lüti Həsən oğlunun himayəsində qalmışdir. Ailədə maddi vəziyyətin ağır olması ilə əlaqədar əmisi 7 yaşlı Bilgeyisi Şəkinin tanınmış bəylərindən olan Rzaqulu bəyin evinə qulluqçu verir. O zaman Rzaqulu bəy evinin yuxari mərtəbəsində qizlar üçün məktəb təşkil etmişdi. Həmin məktəbdə Nəriman Nərimanovun bacisi qızı Nabat Nərimanova dərs deyirdi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nabat xanım inqilabdan qabaq Şəkidə, Bakıda qız məktəblərində dərs demişdir. "Dəbistan", "İşıq" və s. məcmuələrdə maarifə dair yazılarla çıxış etmişdir. Nabat xanim Rzaqulu bəyin qız məktəbində dərs deməklə bərabər, həm də onun evində yaşamışdir. Balaca Bilgeyis Nabat xanımla yaxınlaşır, onun otağını təmizləyir, su gətirir və başqa xırda işlərlə məşğul olur. Bunun müqabilində Nabat xanım Bilgeyisin tərbiyəsi ilə məşğul olur və onun dərs dediyi məktəbi qurtarmasına köməklik edir. O, sonra kənd müəllimi Şükür əfəndiyə ərə gedir. Həşimzadə Şükür Məmməd oğlu Şəkinin Qoxmux məktəbinin direktoru olmuş, "Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.
== Təhsili ==
Bilqeyis xanım pedaqoji kurs qurtarmış və müəllim işləməyə başlamış, 1923-1926-cı illərdə fəhlə fakültəsində oxumuşdur.
== Fəaliyyətləri ==
Müəllim işlədiyi və oxuduğu dövrdə o, müxtəlif ictimai vəzifələrdə fəal çalışmışdir. 1925-1928-ci illərdə Şəki Qəza Komitəsinin şöbə müdiri işləyir. 1928-ci ildə Bakıya rəhbər işə dəvət edilir. O, 1928-1938-ci illərdə keçmiş Azərbaycan SSR Prokurorunun müavini, Azarbaycan Xalq Təsərrüfatı İnstitutunun rektoru (1938-1941), Azərbaycan SSR Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri (1941-1945) işləmisdir. [[1945]]-ci ildə hüquq üzrə namizədlik dissertasiyasi müdafiə edən B.Ə. Həşimzadə 1945-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq kafedrasinin dosenti olmuşdur. İlk azərbaycanlı hüquqsünas qadın, ilk azərbaycanlı qadın - hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru Bilgeyis Əhməd qızı müxtəlif vaxtlarda məsul ictimai işlərdə çalışmışdır. Dosent B.Ə. Həşimzadə bir çox elmi tədqiqat və publisistik əsərin müəllifidir.
Xalqımızın qeyrətli, zəhmətkeş qızı Bilqeyis xanım 1961-ci ildə Bakıda vəfat etmişdir.
== İstinadlar ==
{{İstinad siyahısı}}
[[Kateqoriya:B]]
[[Kateqoriya:Azərbaycan hüquqşünasları]]
[[Kateqoriya:Azərbaycanlı hüquqşünaslar]]
[[Kateqoriya:1900-cü ildə doğulanlar]]
[[Kateqoriya:1961-ci ildə vəfat edənlər]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Alim qadınlar]]
[[Kateqoriya:Hüquqşünaslar]]