2.115 bayt əlavə edildi
, 23:56, 16 mart 2020
'''Bəhram Çələbi''' — Azərbaycan yazıçısı.
== Həyatı ==
Bəhram Çələbi [[26 oktyabr]] [[1946]]-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər<ref>{{cite web|url=http://bolgexeber.com/index.php?sid=6234 |title=Bəhram Çələbi: “Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar” |author=kulis.az |date=26.04.2013 |work= |publisher=bolgexeber.com |accessdate=2014-05-30 |language=az}}</ref> Şəki Şahmat Məktəbinin direktoru işləmişdir<ref>[https://sites.google.com/site/bchelebi/8 Müsahibə]</ref>.
== Yaradıcılığı ==
İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır.
[[1996]]-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda [[kitab]]ları [[2003]]-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib.
Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb. "Sabirabadlı Hikmət" romanı Moskvada 20 min, Azərbaycanda isə 12 min nüsxə satılmışdır.
Yazıçının "Lotu Söhbət", "Karzubı Vaqif", "Novxanılı Əliqardaş", "Krasavçik Ağakərimin məhbəs xatirələri", "Doktor Ağoppa", "dağlı Musa", "Dağlı Muğbil", "Olim Kirovabadskiy", "Zver Ələkbər", "Malışka Səfurə", Çolaq Böyükağa", "Qızıldiş Mamedin məhbəs gündəliyi" və sair romanları çapa hazır olsa da, maliyyə çatışmazlığı səbəbdən əlyazma halında qalmaqdadır{{mənbəsiz}}.
== İstinadlar ==
{{İstinad siyahısı}}
== Xarici keçidlər ==
* [http://kulis.az/author/119/behram_celebi Bəhram ÇƏLƏBİ]
[[Kateqoriya:B]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]