Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
13.983 bayt əlavə edildi ,  16:04, 19 iyun 2020
Səhifəni '{{ilkin mənbələr}} {{Dövlət xadimi | adı = | orijinal adı = Fətəli xan | şəkil = Fətəli xan (...' ilə yarat
{{ilkin mənbələr}}
{{Dövlət xadimi
| adı =
| orijinal adı = Fətəli xan
| şəkil = Fətəli xan (Şəki xanı).jpg
| şəklin izahı = [[Şəki şəhəri]], Şəki [[Xan qəbiristanlığı]], Fətəli xanın qəbri üstündəki başdaşı
| şəklin ölçüsü =
| titul = [[Şəki xanlığı|Şəki xanı]]
| dövr əvvəl = ən geci [[28 yanvar]] [[1805]]-ci il
| dövr son = ən geci [[25 fevral]] [[1805]]-ci il
| sələfi = [[Məhəmmədhəsən xan]]
| xələfi = [[Səlim xan (Şəki xanı)|Səlim xan]]
| tacqoyma =
| varisi =
| titul_2 =
| dövr əvvəl_2 =
| dövr son_2 =
| sələfi_2 =
| xələfi_2 =
| xələfi_3 =
| tacqoyma_2 =
| varisi_2 =
| milliyəti =
| dini = [[İslam]], [[sünni]]
| doğum tarixi =
| doğum yeri =
| vəfat tarixi = {{Vəfat tarixi|1815|05|12}}
| vəfat yeri = [[Şəki (şəhər)|Nuxa]]
| dəfn yeri = [[Şəki xan qəbiristanlığı]]
| sülalə =
| atası = [[Məhəmmədhüseyn xan]]
| anası =
| həyat yoldaşı = qubalı Xurşid xanım<ref>Daha əvvəl [[Hacı Əbdülqadir xan]]ın arvadı olub.</ref>
| uşağı = [[Kərim ağa Fateh|Kərim ağa Şəkixanov]]
}}

'''Fətəli xan''' — Şəki xanı. [[Məhəmmədhüseyn xan]]ın ikinci oğlu. "Möhnəti" təxəllüsü ilə şeirlər də yazıb.

== Haqqında ==
1780-cı ilin avqust ayında atası [[Məhəmmədhüseyn xan]] öz iqamətgahı [[Nuxa]] qalasında ikən, qala qəfildən [[Məhəmmədhüseyn xan]]ın əmisi [[Hacı Əbdülqadir xan|Hacı Əbdülqadir]]in adamları tərəfindən tutulur. [[Məhəmmədhüseyn xan]] özü tikdirdiyi [[Şəkixanovların evi|Qurğuşunlu otaqda]] oğlu Fətəli ağa ilə birlikdə basqınçılara müqavimət göstərir,
{{Sitatın əvvəli}}
"''yanında ikinci oğlu Fətəli xan uşaq, tüfəng doldurub verir imiş. Bir neçə saat atışmadan və bir neçəsini qətlə yetirəndən sonra, özünə yara yerləşib, ixtiyardan düşür''."<ref>[http://sites.google.com/site/shekitarixi/29 Məhəmmədiyyə təriqətinə məxsus kitabdan anonim şəxsin qələmə aldığı hekayət, Əlyazmaları İnstitutu, şifrə B-589/10505, səh.: 51b – 52a.]</ref>.
{{Sitatın sonu}}
[[Məhəmmədhüseyn xan]] silahı yerə qoyub təslim olur, onu 1 həftə saxlayıb, sonra edam edirlər, [[Şəki xanlığı]] [[Məhəmmədhüseyn xan]]ın əmisi [[Hacı Əbdülqadir xan|Hacı Əbdülqadir]]in əlinə keçir. Bir neçə il sonra [[Məhəmmədhüseyn xan]]ın əvvəllər ölmüş hesab edilən oğlu [[Məhəmmədhəsən xan|Məmmədhəsən ağa]] [[Qarabağ xanlığı|Qarabağda]] peyda olur. O, özünə qoşun toplayıb, tezliklə [[Şəki xanlığı|Şəkini]] ələ keçirir, [[Hacı Əbdülqadir xan]]ı tutub öldürtdürür və [[Şəki xanlığı|Şəki xanı]] olur.

[[Məhəmmədhəsən xan]]ın qardaşı Fətəli xanın oğlu [[Kərim ağa Fateh|Kərim ağa Şəkixanov]] yazır ki,

{{Sitatın əvvəli}}
"''[[Məhəmmədhəsən xan]] bir iki il xanlıq edəndən sonra, mənim atam Fətəli xan [[Məhəmmədhəsən xan]]ın qardaşıdır, onun anası [[Ərəş sultanlığı|Ərəş sultanının]] qızıdır. Ərəş sultanı [[Məlik Əli]]nin oğlanları o vaxtda Ərəşdə böyük və sikkəli və güclü bəylərmiş ki, Fətəli xanın anasının qardaşlarıdır; Məhəmmədhəsən xan , Fətəli xanın qohumları böyük və çox olmaq və özü də [[Məhəmmədhüseyn xan|Hüseyn xanın]] istəgi (istəkli) oğlu olmaq səbəbindən ehtiyat elər ki, bəlkə xarab eləyə, tutub Fətəli xanın gözlərin çıxarıb, özü də evində dustaq elər''."<ref>[http://history.az/pdf.php?item_id=20100622041749649&ext=pdf Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 13.]</ref>.
{{Sitatın sonu}}
1795-ci ilin sonunda isə [[İran]] şahı [[Ağa Məhəmməd şah Qacar]]ın göstərişi ilə [[Məhəmmədhəsən xan]]ın özünün gözləri çıxardılır, onun özünü dustaq edirlər və İrana göndərirlər. Bu fürsətdən isə Məhəmmədhəsən xan digər qardaşı [[Səlim xan (Şəki xanı)|Səlim xan]] yararlanır, necə ki o, xan olması üçün daha əvvəldən qardaşı ilə vuruşurdu, hadisədən xəbərdar olan kimi, bir dəstə ilə gəlib [[Şəki xanlığı|Şəkini]] tutur və özünü xan elan edir. Məhəmmədhəsən xan isə yalnız 2 ildən sonra [[İran]]dan qayıda bilir və xanlığı qardaşı Səlim xanın əlindən geri alır.

Bundan 8 il sonra - 1805-ci ildə, Səlim xan [[şamaxı xanlığı|Şamaxı xanı]] Mustafa xanın köməyi ilə qardaşı [[Məhəmmədhəsən xan]]ı devirmək və təkrarən Şəki xanı olmaq fikrinə düşür. [[Mustafa xan]] isə Səlim xanın təklifindən öz məqsədi üçün istifadə etmək istəyirdi. [[Rusiya İmperiyası|Rus]] polkovniki [[Pavel Karyagin|Karyagin]] tərəfindən 1805-ci ilin əvvəllərində tərtib edilmiş raporta əsasən, raport yazılan vaxtdan bir müddət əvvəl,
{{Sitatın əvvəli}}
''[[Mustafa xan]] guya Səlim xanın sifarişini yerinə yetirirmiş kimi, [[Şamaxı xanlığı|Şirvan]] ordusu ilə [[Şəki xanlığı]]nın sərhədlərinə doğru hərəkət edib. [[Məhəmmədhəsən xan]] da [[Şəki xanlığı|Şəki ordusu]]nu götürüb vuruşmaq əzmiylə əvvəl [[Mustafa xan]]ın qarşısına - vuruşmağa, gedib, lakin sonda, vuruşmaq fikrindən vaz keçib, ordusunu buraxıb və özünü təkcənə Mustafa xana təslim edib. Mustafa xan [[Məhəmmədhəsən xan]]ı əsir kimi [[Şamaxı]]ya göndərib, Səlim xana isə deyib ki ona inanmır, bu şərtlə onu [[Şəki xanlığı|Şəkidə]] xan edə bilər ki, oğlunu və qızını əvvəlcə "əmanət" kimi ona versin. Səlim xan o saat [[Mustafa xan]]ın tələbini yerinə yetirib. Amma [[Mustafa xan]] ürəyində istəyirmiş ki [[Şəki xanlığı]]nı özü ələ keçirsin və buna görə də öz naiblərini gizlincə [[Nuxa]] şəhərinə göndəribmiş ki şəhəri idarə etsinlər və [[Məhəmmədhəsən xan]]ın adından onun bütün xəzinəsini tələb etsinlər. Səlim xan isə bunu və özünün aldadıldığını bilən kimi, naiblərin göndərilməsi barədə [[Nuxa]]dakı kor qardaşı Fətəli ağaya xəbər ötürə bilib. [[Nuxa]] adamları ayağa qalxıb Mustafa xanın naiblərini qovublar və Fətəli ağanı müvəqqəti xan seçiblər. [[Mustafa xan]] [[nuxa]]lıların seçimi ilə razılaşmağa məcbur olub və yeni [[Şəki xanlığı|Şəki xanı]] seçilmiş Fətəli xana məktub yazıb oğlunu "əmanət" kimi [[Şamaxı]]ya göndərəcəyi təqdirdə onu [[Şəki xanlığı|Şəki xan]]ı kimi tanıyacağını bildirib. Fətəli xan həmin saat oğlunu [[Mustafa xan]]ın yanına yollayıb. Bundan sonra Mustafa xan Səlim xana onu [[Şəki xanlığı|Şəkidə]] xan edəcəyi barədə verdiyi vədindən imtina edib və bildirib ki əvəzində ona [[Şamaxı xanlığı|Şirvanda]] yaxşı bir mahal verə bilər. Səlim xan əvvəlcə bu təkliflə razılaşıb, lakin [[Mustafa xan]]ın yanından ayrılan kimi, birbaşa [[Nuxa]]ya gedib və hamı tərəfindən, o cümlədən qardaşı Fətəli xan tərəfindən [[Şəki xanlığı|Şəki xanı]] kimi qəbul olunub''<ref>[http://www.runivers.ru/bookreader/book9704/#page/436/mode/1up Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том IV, С.-Петербург, 1886, стр.: 426-427.]</ref><ref>[http://www.runivers.ru/bookreader/book9487/#page/645/mode/1up Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр.: 643, №1291.]</ref>.
{{Sitatın sonu}}

Lakin raportda yazılanların əksinə olaraq, bu hadisələr heç də 1-2 gün ərzində baş verməmişdir. Belə ki Fətəli xanın oğlu [[Kərim ağa Fateh|Kərim ağa Şəkixanovun]] yazdığına görə onun atası "''iki-üç ay''" xanlıq etmişdir. Səlim xan isə [[Nuxa]]ya heç də təntənəli şəkildə yox, əslində gizlincə gəlmiş və gecə vaxtı [[Nuxa]] qalasını qoruyan bəylərin Fətəli xana xəyanəti nəticəsində xəlvəti qalaya daxil olmuşdu<ref>[http://history.az/pdf.php?item_id=20100622041749649&ext=pdf Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh.: 15.].</ref>!

Dəqiqi isə budur ki, Knyaz [[Sisianov]], Səlim xana yazdığı 28 yanvar<ref>Məktubda tarix Yuli təqvimi ilə göstərilir: 16 yanvar.</ref> 1805-ci il tarixli məktubunda [[Mustafa xan]]ın [[Nuxa]]ya öz naiblərini göndərməsi, [[Şəki xanlığı]]nı Səlim xana vermək istəməməsi, Fətəli xanın [[Şəki xanlığı|Şəkidə]] xan olması barədə yayılan şayiələrdən təəssüfləndiyini və bu şayiələrin doğru olmaması üçün dua etdiyini<ref>[http://www.runivers.ru/bookreader/book9487/#page/644/mode/1up Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр.: 642, 1288.]</ref>, növbəti - 25 fevral<ref>Məktubda tarix Yuli təqvimi ilə göstərilir: 13 fevral.</ref> 1805-ci il tarixli məktubunda isə Səlim xanın yenidən [[Şəki xanlığı|Şəkdə]] xan olmasına görə sevindiyini və bu münasibətlə onu təbrik etdiyini bildirmişdir<ref>[http://www.runivers.ru/bookreader/book9487/#page/644/mode/1up Акты, собранные Кавказской археографической комиссией, том II, Тифлис, 1868, стр. 642, 1289.]</ref>. Buna görə də güman etmək mümkündür ki, bu hadisələr, o cümlədən Fətəli xanın xanlıq etdiyi dövr, raportda təsvir edildiyi kimi heç də 1-2 günə başa çatmadığı kimi, bu, [[Kərim ağa Fateh|Kərim ağa Şəkixanovun]] yazdığı kimi 2-3 ay da yox, olsa-olsa, cəmi 1 ay davam etmişdir.

Fətəli xan [[Şəki xanlığı]]nın siyasi həyatında bir daha 1806-cı ilin noyabrında - amma yenə də cəmi 1 ay, əsas şəxslərdən biri olmuşdur. Belə ki 1806-cı ilin 4 noyabrında [[Rusiya İmperiyası|rus]] qoşunları [[Nuxa]]nı tutduqdan sonra əhalinin xahişinə uyğun olaraq xanlığın idarəsi Fətəli xan ilə Məmməd adlı bir bəydən ibarət ikinəfərlik şuraya verilmişdi. Lakin [[Cənubi Qafqaz]]dakı rus qoşunlarının [[Tiflis]]də oturan baş komandanı Qraf [[İvan Qudoviç|Qudoviç]] dekabr ayında, keçmiş [[Xoy xanlığı|Xoy xanı]] [[Cəfərqulu xan Dünbili|Cəfərqulu xan]]ı - hansı ki [[Tiflis]]də elə öz yanında idi, məhz ona [[Şəki xanlığı|Şəki xanı]] olmağı təklif etmiş və onu Şəki xanı etmişdir<ref>[http://www.ipekchi.biz/dubrovin Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том V, С.-Петербург, 1887, стр.: 90.]</ref>.

Bəzi mənbələrə, o cümlədən, Fətəli xanın oğlu [[Kərim ağa Fateh|Kərim ağa Şəkixanov]] yazdığına görə, 1806-cı ilin 4 noyabrında [[Rusiya İmperiyası|rus]] qoşunları [[Nuxa]]nı tutduqdan sonra [[Cəfərqulu xan Dünbili|Cəfərqulu xan]]ın [[Şəki xanlığı|Şəki xanı]] təyin edilməsinədək olan müddətdə, guya Fətəli xan [[Şəki xanlığı|Şəki xanı]] olmuşdur<ref>[http://history.az/pdf.php?item_id=20100622041749649&ext=pdf Şəki xanlığının tarixindən; Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi, Bakı, 1993, səh. 15.]</ref>?! - amma yuxarıda qeyd edildiyi kimi, bu doğru deyil, Fətəli xan 1806-cı ilin noyabr ayından həmin il dekabrın ortalarına qədər olsa-olsa yalnız idarə şurasının iki üzvündən biri idi. Hətta o vaxt [[Cənubi Qafqaz]]dakı rus qoşunlarının Tiflisdə oturan baş komandanı Qraf [[İvan Qudoviç|Qudoviç]] [[Şəki xanlığı]]ndakı [[Rusiya İmperiyası|rus]] generalı [[:ru:Небольсин, Пётр Фёдорович|Nebolsin]]ə məsləhət görmüşdür ki, şuraya daha 2 bəyi əlavə etsin, lakin generalı [[:ru:Небольсин, Пётр Фёдорович|Nebolsin]] cavabında buna ehtiyac olmadığını bildirmiş və həm də qeyd etmişdir ki, aparıcı bəylərin hamısı [[Səlim xan (Şəki xanı)|Səlim xan]]ın qohumlarıdır, ona görə də onları şuraya yaxın buraxmaq olmaz. Fətəli xan isə həm Məhəmmədhəsən xanın və həm də Səlim xanın qardaşı olsa da, hər ikisindən zəhləsi gedir, - birincisi onu kor etdirmiş, ikincisi isə [[Şəki xanlığı|xan]] ola-ola onun gündəlik yeməyini belə könülsüz vermişdi, yəni heç vermək istəmirmiş<ref>[http://www.ipekchi.biz/dubrovin Дубровин Николай Федорович. История войны и владычества русских на Кавказе, том V, С.-Петербург, 1887, стр.: 88.]</ref>.

== İstinadlar ==
{{İstinad stili}}
{{İstinad siyahısı|2}}

== Həmçinin bax ==
*[[Şəki xanlarının siyahısı]]
*[[Şəki xanlığı]]
*[[Şəki (tarixi ərazi)]]

== Xarici keçidlər ==
{{Azərbaycan xanları}}

[[Kateqoriya:Şəki xanları]]
[[Kateqoriya:Şəki xanlığı]]
[[Kateqoriya:XVIII əsr tarixi]]
[[Kateqoriya:Şəkidə vəfat edənlər]]
[[Kateqoriya:Şəki xan qəbiristanlığında dəfn olunanlar]]

Naviqasiya menyusu