Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni ''''Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü''' — Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün t...' ilə yarat
'''Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü''' — [[Azərbaycanlılar|Azərbaycan xalqı]] qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüd. [[Azərbaycan Respublikası Prezidenti]]nin [[2002]]-ci il [[11 iyun]] tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilmişdir.<ref>http://e-qanun.az/print.php?internal=view&target=1&docid=965&doctype=0</ref>

==Verilməsi==
Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir.

==Təqaüdçülər==
Təqaüdün təsis edilməsi haqda fərmana uyğun olaraq, hər biri 1000 [[Azərbaycan manatı|manat]] məbləğində 500 fərdi təqaüd müəyyən edilmişdir.

2014-cü ilin əvvəlinə olan rəsmi statistikaya görə, 434 nəfərə Prezidentin fərdi təqaüdü verilir.<ref>http://www.stat.gov.az/source/healthcare/az/002_1.10.xls</ref>

==Maraqlı faktlar==
Azərbaycan Respublikası Prezidentinin [[2002]]-ci il [[11 iyun]] tarixli Sərəncamı ilə fərdi təqaüdə layiq görülən ilk 149 nəfərdən biri olan yazıçı [[Əkrəm Əylisli]], Azərbaycan Respublikası Prezidentinin [[2013]]-cü il [[7 fevral]] tarixli Sərəncamı ilə bu təqaüddən məhrum edilmişdir.<ref>http://e-qanun.az/print.php?internal=view&target=1&docid=985&doctype=0</ref><ref>http://e-qanun.az/print.php?internal=view&target=1&docid=25255&doctype=0</ref> Buna səbəb olaraq "Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətləri" göstərilmişdir.

== Həmçinin bax ==
*[[Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçülərinin siyahısı]]

== İstinadlar ==
<references/>

[[Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü| ]]

Naviqasiya menyusu