Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Changes

Jump to navigation Jump to search
Səhifəni '{{Alim |Adı = Cabbar Cabbarov |Orijinal adı = Cabbar Həsən oğlu Cabbarov |Şəkil = Cabbar Cabbarov (alim).jpg |Şəkil...' ilə yarat
{{Alim
|Adı = Cabbar Cabbarov
|Orijinal adı = Cabbar Həsən oğlu Cabbarov
|Şəkil = Cabbar Cabbarov (alim).jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1949|7|16}}
|Doğum yeri = [[Nuxa]]
|Vəfatı =
|Vəfat yeri =
|Vətəndaşlıq = {{AZE}}
|Elm sahəsi = fizika-riyaziyyat
|Təhsili =
|İş yeri =
|Elmi dərəcəsi = fizika-riyaziyyat elmləri namizədi
|Elmi vəzifəsi =
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}

'''Cabbar Cabbarov''' — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasının dosenti.

== Həyat və fəaliyyəti ==

1949-cu ildə Nuxa şəhərində anadan olub. 1956-1966-cı illərdə bu şəhərdəki 10 №-li məktəbdə orta təhsil alıb, həmin məktəbi medal ilə bitirib. 1966-cı ildə Azərbaycan Respublikası üzrə keçirilən Fizika olimpiadasında iştirak edib və III yeri tutub.

1966-cı ildə sənədlərini Bakı Dövlət Universitetinin Fizika fakültəsinə verib və fizikadan əla qiymət alaraq bir imtahanla fizika fakültəsinə qəbul olunub.

1970-ci ildə diplom işini yerinə yetirmək üçün Moskva şəhərinə ezam olunub. Diplom işini bitirdikdən sonra SSRİ Elektron Sənayesi Nazirliyinin göndərişinə əsasən Moskva ətrafındakı Ryazan şəhərində "VEQA" xüsusi konstruktor bürosunda mühəndis vəzifəsində işləməyə başlayır.

1975-ci ildə Kiyev şəhərindəki Fizika İnstitutunda aspiranturaya qəbul olunur, sonra da həmin universitetin labaratoriyasında elmi işçi vəzifəsində çalışır.

1980-ci ildə Azərbaycana qayıdır və Bakı Dövlət Universitetində işləməyə başlayır. Əvvəlcə Fiziki Elektronika kafedrasında laborant, baş laborant vəzifələrində, Ümumi Fizika kafedrasında isə assistent, müəllim, baş müəllim, dosent vəzifələrində işləyir. Hazırda Ümumi Fizika kafedrasının dosentidir.

1982-ci ildə apardığı elmi tədqiqatlar əsasında Kiyev şəhərində namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Bir kitabın və 45 elmi məqalənin müəllifidir.

Ailəlidir. İki övladı var.

== Mənbə ==
*[http://physics.bsu.edu.az/az/content/cabbarov_cabbar_hsn_olu_454 Bakı Dövlət universiteti/Cabbarov Cabbar Həsən oğlu].
*Araz Yaquboğlu. Tələbə dünyası. Bakı: [[Elm və təhsil nəşriyyatı|"Elm və təhsil"]], 2011.
[[Kateqoriya:C]]
[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]
[[Kateqoriya:Fizika-riyaziyyat üzrə fəlsəfə doktorları]]

Naviqasiya menyusu