Changes

Jump to navigation Jump to search
4.140 bayt əlavə edildi ,  01:13, 17 mart 2020
Səhifəni 'Kateqoriya:C{{Alim |Adı = Cəbrayıl Hüseynov |Orijinal adı = {{dil-az|Hüseynov Cəbrayıl Muxtar oğlu}} |Şəkil = C...' ilə yarat
[[Kateqoriya:C]]{{Alim
|Adı = Cəbrayıl Hüseynov
|Orijinal adı = {{dil-az|Hüseynov Cəbrayıl Muxtar oğlu}}
|Şəkil = Cəbrayıl Hüseynov.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi|1913|1|16}}
|Doğum yeri = [[Şəki]]
|Vəfatı = 1974-cü il
|Vəfat yeri = [[Bakı]]
|Vətəndaşlıq = {{SSRİ}}<br/>{{AZE}}
|Milliyət = [[Azərbaycanlı]]
|Elm sahəsi =
|Alma mater =
|Təhsili = [[Azərbaycan Kənd Təsərrüfatı İnstitutu]]
|İş yeri =
|Elmi dərəcəsi = aqrar elmlər doktoru
|Elmi vəzifəsi =
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları = 2 «Şərəf nişanı» ordeni və medallar
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}



==Həyatı==
'''Hüseynov Cəbrayıl Muxtar oğlu''' 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur.
C.Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934).
C.Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır.
==Elmi naliyyətləri==
AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936-1939). SSRİ [[Elmlər Akademiyası]]nın Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944-1945). [[Azərbaycan]] SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969). 1963-cü ildə yenidən İnstitutun direktoru vəzifəsinə seçilmiş və ömrünün axırına kimi (1974) bu vəzifədə çalışmışdır.
==İş fəaliyyəti==
[[Respublika]]da mineral və üzvi gübrələrin, o cümlədən, fosfor gübrəsinin istehsal sahəsində alimin mühüm tədqiqatları olmuşdur. Onun təklifi ilə Sumqayıt şəhərinin neft sənayesinin tullantısı olan işlənmiş sulfat turşusundan superfosfat istehsal zavod tikilmişdir. C.Hüseynov ilk dəfə neft sənayesinin tullantısı olan turş qudronlu superfosfat istehsal edilməsinin nəzəri əsaslarını vermiş, onun bilavasitə istehsal, tətbiq edilməsinə nail olmuşdur. 1958-1963-cü illərdə akademik C.Hüseynov neft emalı sənayesi tullantılarından alman neft-boy maddəsi (NBM) nəinki respublikamızda, həm də dünya miqyasında geniş marağa səbəb olmuşdur. Bu təsərrüfat əhəmiyyəti nəzərə alınaraq NBM o illərdə respublikamızın əkinçilik sahələrində müxtəlif kənd təsərrüfatı bitkiləri əkinində (127 min hektar) fəal üzvi həlledici maddə kimi istifadə edilmişdir. Son tədqiqatları əsasən neft sənaye tullantılarından alınmış yeni üzvi-mineral gübrələrin, eləcə də respublikada böyük ehtiyatı olan bitumlu süxurun və yanar şistin kənd təsərrüfatında geniş tətbiqinə həsr edilmişdir.
==Mükafatları==
C.Hüseynov 200 elmi əsərin, o cümlədən, 6 monoqrafiya və 12 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 50-dən artıq fəlsəfə doktoru elmlər doktoru elm aləminə vəsiqə almışdır.

C.Hüseynov SSRİ Dövlət Mükafatı almış (1950), 2 dəfə «Şərəf nişanı» ordeni (1943,1951), 5 müxtəlif medalla təltif edilmişdir.

Akademik Cəbrayıl Hüseynov 1974-cü ildə Bakıda vəfat etmişdir.
==Mənbə==
*nkpi.az

[[Kateqoriya:1913-cü ildə doğulanlar]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Akademiklər]]
[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:1974-cü ildə vəfat edənlər]]

Naviqasiya menyusu