Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:Ç{{Şəxs |Şəkil = Çingiz Mustafayev2.jpg |Şəkil məlumat = |Şəkil miqyası = 250px |Adı = Çingiz Mustafayev |Tam a...' ilə yarat
[[Kateqoriya:Ç]]{{Şəxs
|Şəkil = Çingiz Mustafayev2.jpg
|Şəkil məlumat =
|Şəkil miqyası = 250px
|Adı = Çingiz Mustafayev
|Tam adı = Çingiz Fuad oğlu Mustafayev
|Digər adları =
|Fəaliyyəti = Jurnalist, DJ
|Doğum tarixi = 29.8.1960
|Doğum yeri = [[Kapustin-Yar]], [[Axtyubinsk rayonu|Vladimirovskiy rayonu]], [[Həştərxan]], [[SSRİ]]
|Vəfatı = 15.6.1992
|Vəfat yeri = [[Naxçıvanlı]], [[Xocalı rayonu]], [[Azərbaycan]]
|Vəfat səbəbi = [[Şəhid]] olmuşdur
|Dəfn yeri = [[Şəhidlər Xiyabanı]]
|Atası = [[Fuad Mustafayev]]
|Anası = Naxış Mustafayeva
|Yoldaşı = Validə Bağırova
|Uşaqları = Fuad Mustafazadə
|Sayt =
|IMDB = 1050276
|Mükafatları = {{Azərbaycanın Milli Qəhrəmanı|1992}}
}}

'''Çingiz Fuad oğlu Mustafayev''' ([[29 avqust]] [[1960]], [[Kapustin-Yar]], [[Axtyubinsk rayonu|Vladimirovskiy rayonu]], [[Həştərxan]], [[SSRİ]] – [[15 iyun]] [[1992]], [[Naxçıvanlı]], [[Xocalı rayonu]], [[Azərbaycan]]) — [[Azərbaycanlı]] jurnalist, [[Qarabağ müharibəsi]] [[şəhid]]i, [[Azərbaycanın Milli Qəhrəmanı]].

Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin [[ABŞ]] və [[Avropa]]nın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. [[1983]]-cü ildə dünyada ilk dəfə olaraq [[Azərbaycan dili]]ndə "[[Dünənki keçdi]]" [[rep]] janrlı mahnını səsləndirib.

Çingiz Mustafayevin [[Xocalı soyqırımı]] haqda çəkdiyi filmi ilə [[Ermənistan]]ın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də [[Xocalı rayonu]]nun [[Naxçıvanlı]] kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.

== Həyatı ==

=== Erkən illəri===
[[Şəkil:Building on 23 Murtuza Mukhtarov Street.jpg|thumbnail|Çingiz Mustafayevin Bakıda yaşadığı bina]]

Çingiz Mustafayev [[1960]]-cı il avqustun 29-da [[Həştərxan]] vilayətinin [[Axtyubinsk rayonu|Vladimirovskiy rayonu]]nun [[Kapustin-Yar]] kəndində [[Fuad Mustafayev]]in və [[Naxış Mustafayeva]]<nowiki/>nın ailəsində anadan olub.<ref name=rap/> [[1964]]-cü ildə ailəsi ilə [[Bakı şəhəri]]nə köçmüşdür.<ref name=rap/> Onun atası onu hərbçi görmək istədiyindən, Çingizi [[Cəmşid Naxçıvanski adına hərbi litsey|Cəmşid Naxçıvanski adına hərbi liseyə]] yollamışdı.<ref name=rap/> O, burada 3-cü sinifdən 10-cu sinifə qədər təhsil aldı.<ref name=esger/> Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdur.<ref name=rap/> [[1977]]-ci ildə [[Yasamal rayonu]]nda 167 saylı məktəbi bitirmişdir.<ref name=rap/>

Özünü islahatçı-novator görən Mustafayev, 1970-ci illərdə [[SSRİ]]-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur.<ref name=rap/><ref>[http://www.azerbaijans.com/content_288_az.html Azərbaycanda rep]</ref> O, Azərbaycanın ilk [[Dj|DJ]] kimi tanınır.<ref name=omur/> [[1981]]-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaratmışdır.<ref name=omur/> Anası onu həkim görmək istədiyindən, Mustafayev [[1977]]-ci ildə [[Azərbaycan Tibb İnstitutu]]na daxil olmuş, [[1983]]-cü ildə institutu müvəffəqiyyətlə bitirir.<ref name=rap/> Təhsilini başa vuran Mustafayev təyinatla [[Şabran (rayon)|Şabran rayonu]]nda üç il həkim işləmişdir.<ref name=rap/> Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilmişdi.<ref name=rap/>

1983-cü ildə dünyada ilk dəfə olaraq [[Azərbaycan dili]]ndə "[[Dünənki keçdi]]" [[rep]] janrlı mahnını səsləndirib.<ref name=rap>[http://www.azer.com/aiweb/categories/magazine/73_folder/73_articles/73_chingiz.html Documenting the Horrors of Karabakh]</ref> Həmin müddət vaxtı Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açmışdı.<ref name=rap/> [[1985]]-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanmışdır.<ref name=rap/> Birlik Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.<ref name=rap/>

[[1990]]-cı illərdə Azərbaycan televiziyasında "İmpromptu", "Cümə axşamı" verlişlərinin, "Gənclik" estrada tamaşasının və "[[Ozan (musiqi qrupu)|Ozan]]" rok qrupunun yaradıcısı olmuşdur.<ref name=rap/>

=== Jurnalist fəaliyyəti ===
[[Şəkil:Çingiz Mustafayevin Turgut Özalla müsahibəsi.jpg|thumb|left|Çingiz Mustafayevin [[Turqut Özal]]la müsahibəsi]]

[[1990]]-cı il [[Qara Yanvar|20 Yanvar hadisələri]] zamanı, Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi.<ref name=rap/> [[1991]]-ci ilin noyabr ayından jurnalist və [[Azərbaycan Dövlət Televiziyası]]nda reportyor kimi fəaliyyət göstərmişdir.<ref name=rap/> Ancaq [[Azərbaycan]] miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi.<ref name=rap/> Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin [[Amerika]] və [[Avropa]]nın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı.<ref name=rap/> Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi.<ref name=rap/> Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu.<ref name=rap/><ref>[http://modern.az/articles/68545/1/ Keçmiş deputat: “Heydər Əliyevə dedim ki, bizi ailəliklə Sibirə də göndərsəniz gedərik” - MÜSAHİBƏ]</ref> Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.<ref name=rap/>

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.<ref name=omur/>

==== Qarabağ müharibəsində iştirakı ====
Çingiz Mustafayev səkkiz ay ərzində [[Qarabağ müharibəsi]] haqqında 18 sənədli film çəkmişdir.<ref name=rap/> Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı.<ref name=omur/> O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü.<ref name=omur/> [[Laçın]]dan çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalmışdır.<ref name=omur/> Teletənqidçi [[Elşad Quliyev (professor)|Elşad Quliyev]] Çingiz Mustafayevi “[[Görüş yerini dəyişmək olmaz]]” filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:

{{cquote|müəllif=|''Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası - Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi.<ref name=esger>[http://www.anspress.com/index.php?a=2&lng=az&nid=88338 Vahid Mustafayev: "Çingiz və Mübariz: jurnalist və əsgərin şücaəti"]</ref>''}}

==== Xocalı faciəsi ====
[[Allahverdi Bağırov]]un Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator [[Seyidağa Mövsümlü]] və Çingiz Mustafayevin [[Xocalı soyqırımı|Xocalı hadisələrinin]] görüntülərini lentə alması mümkün olmuşdu.<ref name=Vitali>[http://ideologiya.az/2014/06/isgal-altinda-qalan-q%C9%99hr%C9%99man-m%C9%99zarina-gul-aparan-erm%C9%99ni-foto-video-i-v%C9%99-ii-hiss%C9%99l%C9%99r/ İşğal altında qalan qəhrəman məzarına gül aparan erməni (FOTO-VİDEO) I və II hissələr]</ref>

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı.<ref name=omur/> Çingiz Mustafayevin məhz bu filmi ilə [[Ermənistan]]ın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı.<ref name=omur/> Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilmişdi.<ref name=salname/> Sonradan, [[1993]]-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı.<ref name=salname/> Bu Xocalı soyqırımı hadisə haqqında ilk film idi.<ref name=salname>[http://modern.az/articles/68353/1/ Qarabağ müharibəsinin əfsanəvi salnaməçisi]</ref>

=== Ölümü ===
[[Şəkil:Chingiz mezar.jpeg|thumb|Çingiz Mustafayevin [[Bakı]]dakı [[Şəhidlər xiyabanı]]nda məzarı]]

[[1992]]-ci ilin iyun ayının 15-də [[Xocalı rayonu]]nun [[Naxçıvanlı]] kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Vahid Mustafayevin sözlərinə görə Çingiz “ABC News” üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi.<ref name=esger/> Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişdi.<ref name=esger/> Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.<ref name=esger/>

[[2015]]-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

{{cquote|müəllif=|''Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib.<ref>[http://aztoday.az/news/6803.html “Erməninin başını kəsdiyimiz bıçaq indi də məndədir...”]</ref>''}}

1992-ci ildə Bakıda [[Şəhidlər xiyabanı]]nda dəfn edilib.<ref>[http://www.amerikaninsesi.org/content/robert_sekuta/2658207.html ABŞ səfiri Şəhidlər xiyabanını ziyarət edib &#91;Fotoqalereya&#93;]</ref>

=== Şəxsi həyatı ===
1979-cu ildən 1983-cü ilə kimi aktyor [[Lütfəli Abdullayev]]in qızı Gülnarə Abdullayeva ilə nişanlı olub.<ref>{{cite web|title=Nazir gəlini, nəhəng sənətkarın qızı: "Çingiz Mustafayevlə 4 il nişanlı olmuşam"|url=http://publika.az/news/art/184907.html|website=publika.az|publisher=publika.az|accessdate=11 fevral 2017|archiveurl=http://publika.az/news/art/184907.html|archivedate=11 fevral 2017}}</ref> Evli idi, Fuad adlı oğlu var.<ref name=milli/> [[ANS TV|ANS Şirkətlər Qrupu]]nun prezidenti [[Vahid Mustafayev]] və ssenari müəllifi [[Seyfulla Mustafayev]]in qardaşıdır.<ref name=milli/>

== İrsi ==
[[Şəkil:Chingiz barelyef.jpeg|thumb|Çingiz Mustafayevin yaşadığı binada barelyefi]]

Bakıda yaşadığı binanın önündə barelyefi vurulub.<ref name=milli>Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 220.</ref> Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub.<ref name=milli/> [[Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi]]nin [[Şüvəlan]]dakı istirahət guşəsi, Bakı küçələrindən biri, [[ANS ÇM]] radiostansiyası, "[[Palmali]]" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.<ref name=milli/><ref>[http://www.azadliq.org/content/article/161992.html Azərbaycanda uşaqların istirahəti]</ref><ref>[http://www.azadliq.org/content/article/25234002.html Deputatların sayı 150 olsun]</ref><ref>[http://www.anspress.com/index.php?a=2&cid=31&lng=az&nid=286426 Çingiz vətənə qayıtdı (VİDEO)]</ref> [[1996]]-ci ildə [[Dəyirman (qrup)|Dəyirman]]ın sayca 2-ci olan "[[Qurd (albom)|Qurd]]" albomundan olan "[[Ya Qarabağ, Ya Ölüm (mahnı)|Ya Qarabağ, Ya Ölüm]]" mahnısı Çingiz Mustafayevin [[Xocalı soyqırımı]] haqqında çəkdiyi filmlə [[remiks]] olunub.

[[2010]]-cu il avqustun 28-də [[ABŞ]]-ın [[CNN]] telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb.<ref name=CNN>[http://www.today.az/news/society/72743.html CNN broadcasts Chingiz Mustafayev's documentary on Nagorno-Karabakh war ]</ref> Jurnalist [[Sevinc Osmanqızı]]nın müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub.<ref name=CNN/> [[2011]]-ci il [[31 avqust]]da [[Almaniya]]da 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb.<ref>[http://news.day.az/society/286032.html В Германии выпущена почтовая марка, посвященная Чингизу Мустафаеву]</ref> [[2013]]-cü ildə [[Şabran]]da onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.<ref>[http://www.anspress.com/index.php?a=2&lng=az&nid=222549 Çingiz Mustafayev adına parkın açılışı oldu (VİDEO)]</ref>

=== Çingiz zirvəsi ===
"Çingiz zirvəsi" kimi tanınan [[Şahdağ (zirvə)|Şahdağ]]da 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub.<ref name=zirve>[http://www.anspress.com/index.php?a=2&lng=az&nid=164086 Çingiz Mustafayev zirvəsinə yürüş artıq ənənəyə çevrilib]</ref><ref name=yurush>[http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=357207 “Çingiz zirvəsinə” yürüş başladı (VİDEO)]</ref><ref name=yurush/> Zirvədə onun adını daşıyan lövhə var.<ref name=zirve/>

=== Çingiz Mustafayev Fondu ===
[[1999]]-cu ildən Çingiz Mustafayev adına fond fəaliyyət göstərir.<ref name=omur>[http://modern.az/articles/27970/1/ Çingiz Mustafayev -52: ömür yolu...]</ref> Atası Fuad Mustafayev fondun prezidentidir.<ref name=omur/> Fond “[[Azərbaycanda ilin adamı mükafatı|İlin adamı]]”, “Ən yaxşı jurnalist” mükafatları və “Vətənpərvər və hərbi mahnı müsabiqəsi”ni həyata keçirir.<ref name=omur/> Fondun təşəbbüsü ilə [[Şəki]]də “Çingiz Mustafayev adına Klub” yaradılıb. Fond KİV işçilərinin təhsil almasına və “Çingiz Mustafayev” adına düşərgəyə yardım edir.<ref name=omur/>

=== Filmoqrafiya ===
# [[Adam cinsi arasında cins adam (film, 1998)]] (qısametrajlı sənədli film)
# [[Azərbaycana namus və sevgiylə (film, 2006)]]
# [[Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)]]
# [[Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)]]
# [[Özgə ömür (film, 1987)]]
# [[Payızın 17 anı (film, 2007)]]
# [[Yaramaz (film, 1988)]]

== Təltif və mükafatları ==
Azərbaycan Respublikası prezidentinin [[6 noyabr]] [[1992]]-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.<ref name=milli/>

* [[1992]] — {{bayraq|AZE}} [[Azərbaycanın Milli Qəhrəmanı]]<ref>{{cite web|title=Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü anıldı|url=http://www.moderator.az/news/53529.html|website=www.moderator.az|accessdate=28 October 2015}}</ref>

== İstinadlar ==
<div style="height:30em; overflow:auto; border: 2px solid #088">
{{İstinad siyahısı|2}}
</div>

== Xarici keçidlər ==
{{Vikianbar kateqoriyası|Chingiz Mustafayev}}
* [http://www.elchinaliyev.azersayt.com Milli Qəhrəmanlar]
* [http://www.adam.az/az.php?subaction=showfull&id=1204747077&archive=&start_from=&ucat=13,40&go=headlines&category=40 Şəxsiyyətlər]
* [http://www.chingizmustafayev.com/biography.php Çingiz Mustafayevin bioqrafiyası]
* [http://zengilan.com/qehreman.php?subaction=showfull&id=1198521876&archive=&start_from=&ucat=10& Azərbaycanın Milli Qəhrəmanları]
* [https://www.youtube.com/watch?v=rblb7SKFXSQ Unudulmayanlar: Çingiz Mustafayev]

{{Azərbaycanın milli qəhrəmanları}}

[[Kateqoriya:Azərbaycanın milli qəhrəmanları]]
[[Kateqoriya:Rusiyada doğulanlar]]
[[Kateqoriya:Azərbaycan jurnalistləri]]
[[Kateqoriya:Qarabağ müharibəsi iştirakçıları]]
[[Kateqoriya:Şəhidlər]]
[[Kateqoriya:Xocalı rayonunda vəfat edənlər]]
[[Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)]]
[[Kateqoriya:Qarabağ müharibəsində həlak olanlar]]
[[Kateqoriya:Hərbi münaqişələrin işıqlandırılması zamanı həlak olan jurnalistlər]]

Naviqasiya menyusu