Changes

Jump to navigation Jump to search
4.230 bayt əlavə edildi ,  01:51, 18 mart 2020
Səhifəni 'Kateqoriya:Ə{{Dövlət xadimi | azərbaycan dilində adı = Əbdüləli bəy Əmircanov | adın orijinalı = Əbdüləli Şirəli bəy oğlu | por...' ilə yarat
[[Kateqoriya:Ə]]{{Dövlət xadimi
| azərbaycan dilində adı = Əbdüləli bəy Əmircanov
| adın orijinalı = Əbdüləli Şirəli bəy oğlu
| portret = Abdulali bey Amirjanov.jpg
| portretin ölçüsü = 250px
| izah =

| titul_2 = [[Azərbaycan Xalq Cümhuriyyəti|Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Maliyyə naziri]]
| bayraq_2 = Coat_of_arms_of_Azerbaijan.svg
| bayraq2_2 = Flag_of_Azerbaijan.svg
| dövr əvvəl_2 = [[17 iyun]] [[1918]]
| dövr son_2 = [[6 oktyabr]] [[1918]]
| sələfi_2 = vəzifə təsis edilib
| xələfi_2 = [[Məmmədhəsən Hacınski]]

| doğum tarixi = {{Doğum_tarixi|1870||}}
| doğum yeri = [[Şəki]], [[Bakı quberniyası]], <br>{{Rusİmp}}
| ölüm tarixi = {{Vəfat tarixi və yaşı|1948|5|15|1870|1|1}}
| ölüm yeri = [[İstanbul]], {{TUR}}
| sülaləsi =
| atası =
| anası =
| həyat yoldaşı =
| uşaqları =
| təhsili =
| imzası =
}}

'''Əbdüləli bəy Əmircanov''' — Azərbaycan Milli Şurasının üzvü, [[Azərbaycan Xalq Cümhuriyyəti]]nin maliyyə naziri.

== Həyatı ==
Əbdüləli Şirəli bəy oğlu [[1870]]-cü ildə [[Şəki]] şəhərində anadan olmuşdu. 1876-1883-də Şəki şəhər məktəbində oxumuşdur. [[1888]]-ci ildə [[Tiflis]]də müəllimlər İnstitutunu bitirdikdən sonra [[Şəki]], [[Lənkəran]] və [[Bakı]]da müəllim işləmişdi. [[Teymur bəy Bayraməlibəyov]]la birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir.

Əmircanov XX əsrin əvvəllərindən [[Bakı]]da müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, [[Bakı]] Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. [[Rusiya]]da Fevral inqilabından ([[1917]]) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.

[[1918]]-ci ilin martında Bakıda [[türklər]]ə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, [[Moskva Universiteti]]nin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdü.

Əmircanov Azərbaycan Xalq Cumhuriyyətinin ikinci hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"na (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olmuşdur. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarda Bakıda "Dəyanət" şirkətinin təsis olunmasında iştirak etmişdir. Aprel işğalından sonra [[İstanbul]]a mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. O, [[1948]]-ci ildə [[İstanbul]]da vəfat etmişdi.

Əbdüləli bəy Səltənət xanım Əlibəyova ilə ailə qurmuşdu. Fuad bəy, Rüstəm bəy, Rəşid bəy, Murad bəy adlı oğulları, Valiyə xanım, Məryəm xanım adlı qızları vardı.

== Həmçinin bax ==
* [[Əmircanovlar]]
* [[Azərbaycan Xalq Cümhuriyyəti]]

[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:İstanbulda vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri]]
[[Kateqoriya:Əmircanovlar]]
[[Kateqoriya:Azərbaycanın maliyyə nazirləri]]
[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin nazirləri]]

Naviqasiya menyusu