Changes

Jump to navigation Jump to search
10.003 bayt əlavə edildi ,  01:53, 18 mart 2020
Səhifəni 'Kateqoriya:Ə{{Alim |Şəkil = Ədalət Tahirzadə.jpg |Şəkil məlumat= Ədalət Tahirzadə |Şəkil miqyası = 200 |Adı = Ədalət Tahirzadə |Tam adı = Ədalət...' ilə yarat
[[Kateqoriya:Ə]]{{Alim
|Şəkil = Ədalət Tahirzadə.jpg
|Şəkil məlumat= Ədalət Tahirzadə
|Şəkil miqyası = 200
|Adı = Ədalət Tahirzadə
|Tam adı = Ədalət Şərif oğlu Tahirzadə
|Digər adları =
|Doğum tarixi= {{doğum tarixi və yaşı|1951|5|23}}
|Doğum yeri = [[Xırxatala]], [[Qəbələ rayonu]]
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Rəsmi vebsaytı =
}}

'''Ədalət Tahirzadə''' — müəllim, dilçi, filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor.

== Həyatı ==
Ədalət Şərif oğlu Tahirzadə [[23 may]] [[1951]]-ci ildə [[Qutqaşen rayonu]]nun (indiki [[Qəbələ rayonu]]) [[Xırxatala]] kəndində anadan olub.

[[1958]]-ci ildə Xırxatala kənd səkkizillik məktəbinin 1-ci sinfinə gedib, 1966-cı ildə həmin məktəbi bitirib. Orta təhsilini [[1968]]-ci ildə [[Qəbələ]] rayonunun [[Zarağan]] kənd orta məktəbində başa vurub.

Orta məktəbi bitirdikdən sonra [[1968]]-69-cu dərs ilində [[Xırxatala]] kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləyib. 1969-cu ildə [[Azərbaycan Dövlət Universiteti]]nin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU) filologiya fakültəsinə daxil olub, [[1974]]-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. [[1974]]-[[1977]]-ci illərdə təyinatla [[İsmayıllı]] rayonunun [[Topçu]] kənd orta məktəbində türk dili (Azərb. dili) və ədəbiyyat müəllimi işləyib. Təyinat müddəti bitdikdən sonra [[Qəbələ]] rayonunun [[Kiçik Pirəlli]] kənd orta məktəbində bir il dörd ay (sentyabr 1977-dekabr 1978) Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.

[[1977]]-ci ildə [[Dilçilik İnstitutu|Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu]]nun qiyabi aspiranturasına daxil olub, [[1978]]-ci ilin dekabrından əyani şöbəyə keçirilib. Daha sonra ailəsiylə birlikdə Bakıya köçüb.

[[1981]]-ci ildə aspiranturanı bitirərək Dilçilik İnstitutunda kiçik elmi işçi (yanvar 1981-oktyabr 1984) və baş elmi işçi (oktyabr 1984-yanvar 1986) vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

[[1985]]-ci ilin avqustundan [[1987]]-ci ilin iyununadək Azərbaycan EA-nın "Elm" qəzetinin ilk redaktoru olub.

1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi (fevral 1988-yanvar 1991), baş elmi işçi (yanvar 1991-fevral 1992) işləyib.

[[Azadlıq (qəzet)|"Azadlıq"]] qəzetinin qurucularındandır. Görkəmli jurnalist və ictimai xadim [[Nəcəf Nəcəfov|Nəcəf bəy Nəcəfovun]] (1955-1999) baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda "QKÇP" vaxtı yenidən [[Azadlıq (qəzet)|"Azadlığ"]]a qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub.

1992-ci ilin 12 sentyabrından<ref>[http://www.e-qanun.az/framework/7775 "Ə. Ş. Tahirzadə haqqında"] Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 1992-ci il tarixli, 124 nömrəli Sərəncamı. [[e-qanun.az]] {{az}}</ref> 1993-cü ilin 30 noyabrınadək<ref>[http://www.e-qanun.az/framework/8782 "Ə. Ş. Tahirzadə haqqında"] Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1993-cü il tarixli, 33 nömrəli Sərəncamı. [[e-qanun.az]] {{az}}</ref> Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik!) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.

1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki [[Bakı Avrasiya Universiteti]]) baş müəllim keçib və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur. Bir müddət Bakı Avrasiya Universitetinin 1-ci prorektoru - tədris işləri üzrə prorektoru işləyib (13 mart-16 sentyabr 2015).

2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının 2-ci prezidenti, mərhum [[Əbülfəz Elçibəy]] (1938-2000) [[Kələki]]dən Bakıya dönəndən sonra onun özəl mətbuat katibi işləyib (1998-ci ilin fevralından 2000-ci ilin mayınadək).

Yuxarıda göstərilənlərdən başqa, “Ay-Ulduz” nəşriyyatının direktoru (1996-1999), “Məşvərət” bülleteninin (redaktor: Nəcəf Nəcəfov) redaktor müavini (1997-1999), elmi-pedaqoji “Düşüncə” dərgisinin baş redaktoru (2000) işləyib. “Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri” toplusunun məsul redaktorudur (2012-dən).

22 kitabın, 470-dən artıq elmi, elmi-kütləvi və publisist yazının müəllifidir.

Hacı [[İsmayıl bəy Qutqaşınlı]], [[Haşım bəy Vəzirov]], [[Salman Mümtaz]], [[Azər İmaməliyev|Məşədi Azər Buzovnalı]], [[Rəşid bəy Əfəndiyev|Rəşid bəy Əfəndizadə]], [[Mirabbas Mirbağırzadə]], Məhəmmədəmin Darğazadə... kimi Azərbaycan klassiklərinin bəlli olmayan bir çox əsərlərini üzə şıxararaq onları ərəb qrafikasından latın qrafikasına çevirib və ilk dəfə nəşr etdirib. “Uşaq ensiklopediyası”nda (III cild, Bakı: “Azərbaycan Ensiklopediyası”, 1999) 16, “Diplomatiya: ensiklopedik lüğət”də (Bakı: “Diplomatiya”, 2005) 35 məqaləsi dərc edilib. 1930-cu illərdə repressiya olunmuş və adları unudulmuş çoxlu Azərbaycan ziyalısını, Azərbaycan Cümhuriyyəti Parlamenti (1918-1920) üzvlərini, Cümhuriyyətin xarıcə oxumağa göndərdiyi tələbələri də ilk dəfə öyrənərək Azərbaycanın və bir sıra xarici ölkələrin mətbuatında onlar haqqında geniş tərcümeyi-hal oçerkləri ilə çıxış edib.

== Ailəsi ==
Evlidir. 2 oğlu və 1 qızı var.

== Mükafatları ==
*[[Nəcəf Nəcəfov]] adına mükafat (2000)
*“Qızıl qələm” mükafatı (2011)

== Kitabları ==
* Tarixi öyrənənlərə kömək. (Nailə Tahirzadə ilə birgə). Bakı, "Səda" nəşriyyatı, 1995; "Ay-Ulduz"  nəşriyyatı, 1997; "Kür" nəşriyyatı, 2000, 176 səh. (Başqa nəşrləri də var). 
* Xırxatala kəndinin tarixi və uruqlarının soyağacı. Bakı, "Sabah"  nəşriyyatı, 1996,  354 səh.
* Meydan: 4 il 4 ay. Bakı, "Ay-Ulduz"  nəşriyyatı, 1997, I cild,  488 səh.; II cild,  416 səh.
* Elçi Bəy. Bakı, "Cümhuriyyət"  qəzetinin nəşri, 1999, 354 səh. 
* Elçibəylə 13 saat üz-üzə. Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadə’dir. Bakı, «Tanıtım» qəzetinin nəşri, 1999, 220 səh.
* [http://www.anl.az/el/t/te_ir-aie.pdf '''İsgəndər Rzazadə - Azərbaycanın ilk energetiki''']. Bakı: “Kür”, 2000, 36 səh.
* Искендер Риза-заде – первый энергетик Азербайджана. Баку, изд-во "Kür", 2000, 64 səh.
* Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı: “Kür”, 2001, 28 səh.
* Prezident Elçibəy. Bakı: “Yeni Müsavat” qəzetinin nəşri, 2001, 420 səh.
* Əbülfəz Elçibəy: "Mən qurtuluşçuyam!". Tərtibçisi, ön sözün və müsahibənin müəllifi Ədalət Tahirzadə’dir. Bakı: "Elçibəy kitabxanası" nəşriyyatı, 2002, 40 səh.
* [http://www.anl.az/el/t/te_nshe.pdf '''Nadir şah Əfşar''']. Bakı: “Kür”, 2002, 40 səh.
* [http://www.anl.az/el/t/te_ashq.pdf '''Ağaməhəmməd şah Qacar''']. Bakı: “Kür”, 2002, 44 səh.
* [http://www.anl.az/el/t/te_sm.pdf '''Salman Mümtaz''']. Bakı: “Kür”, 2002, 16 səh.
* [http://www.anl.az/el/t/te_kdqf.pdf '''“Kitabi-Dədə Qorqud”un faciəsi''']. Bakı: “Kür”, 2002, 32 səh.
* Qurtuluş və bütövlük yolu. Bakı, 2003, 376 səh.
* [http://www.anl.az/el/t/ta_sht.pdf '''Şəkinin tarixi qaynaqlarda''']. Bakı: “Master”, 2005, 376 səh. ([http://shekinin-sesi.narod.ru/SHTQ5.htm HTML1], [http://7882963968024216533-a-1802744773732722657-s-sites.googlegroups.com/site/shekitarixi/SHTQ5.htm?attachauth=ANoY7cpI71hAJhk-JwqXQ9pTEHxMo61z8CJH_xY2NmRsRCsE8aJOe20AXOJUvbuLytdRYUbywxwuLOQZh3O0476J3ZiuMqy7QQPTtboBtVVCjK7_cGDIsvN22X7kztS7jGhbhvJOHX1LulFAPq0LIdnricbIopJbRDXp-SmUbWaVGRoTPNgbaBl-vNyesdcECtneLPsnyJxH&attredirects=0 HTML2])
* [http://www.anl.az/el/t/te_t10g.pdf '''Türkiyəmizdə 10 gün''']. Bakı: “Ləman”, 2011, 176 səh.
* [http://www.sheki.biz/doc/u_a.pdf '''Unutdurulmuş azman - Əliabbas Qədimov''' (Həbibulla Manaflı ilə həmmüəllif)]. Bakı: "Apostrof", 2012, 204 səh.
* Aşurovlar. Soyun sənədli tarixi. Bakı, "İndiqo", 2014, 288 səh.
* Ашуровы. Документальная история рода. Баку, "İndiqo", 2015, 288 səh.
* Azərbaycan Cümhuriyyəti tələbələri. (Tarixi arayış. Bəlgələr. Yaşamlar). (Oğuztoğrul Tahirli ilə birgə). Bakı, "TEAS Press", 2016, 1222 səh.

== Mənbə ==
* [http://www.adam.az/az.php?subaction=showfull&id=1228829070&archive=&start_from=&ucat=8,9,43&go=headlines&category=43 Ədalət Tahirzadənin bioqrafiyası – www.adam.az]

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Xarici keçidlər ==
*[http://sites.google.com/site/shekitarixi/77 Ədalət Tahirzadənin "Şəkinin tarixi qaynaqlarda" kitabı]
*[http://sites.google.com/site/shekitarixi/23_05_2011 Ədalət Tahirzadə, Sultanla görüşmüş Rövşən bəy Əfəndizadə kimdir?]

[[Kateqoriya:Azərbaycan yazıçıları]]
[[Kateqoriya:Azərbaycan filoloqları]]
[[Kateqoriya:Azərbaycan jurnalistləri]]
[[Kateqoriya:Azərbaycan pedaqoqları]]
[[Kateqoriya:Qəbələdə doğulanlar]]
[[Kateqoriya:Alimlər]]
[[Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları]]

Naviqasiya menyusu