Changes

Jump to navigation Jump to search
17.817 bayt əlavə edildi ,  01:55, 18 mart 2020
Səhifəni 'Kateqoriya:Ə{{Şəxs |Adı = Əhmədiyyə Cəbrayılov |Tam adı = Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov |Digər adları = Armed Mişel, Xarq...' ilə yarat
[[Kateqoriya:Ə]]{{Şəxs
|Adı = Əhmədiyyə Cəbrayılov
|Tam adı = Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov
|Digər adları = Armed Mişel, Xarqo, Fraji, Ryus Armed, Matye Mişel, Kuraje Mişel
|Şəkil = Əhmədiyyə Cəbrayılov.jpg
|Şəkil məlumat = 1982-ci il
|Şəkil miqyası = 220
|Peşəsi = [[Partizan]]
|Mükafatları = [[Fransa]]nın [[:en:Médaille militaire|Hərbi medalı]] (saxlanılmayıb),<br/>[[:en:Croix de Guerre|Hərbi xaç]],<br/>[[:fr:Croix des services militaires volontaires|Könüllü hərbi xidmət xaçı]],<br/>[[:en:Medal for the War Wounded|Müharibədə yaralanma medalı]],<br/>[[:en:Combatant's Cross|Döyüşçü xaçı]],<br/>[[:en:1914–1918 Commemorative war medal (France)|1914-1918 müharibəsi yadigar medalı]] (saxlanılmayıb),<br/>Könüllülər cəmiyyəti medalı,<br/>Milli tanınma medalı
|Doğum tarixi = {{doğum tarixi|1920|9|22}}
|Doğum yeri = [[Oxud]], [[Şəki]], {{AzSSR}}
|Vəfatı = {{vəfat tarixi və yaşı|1994|10|10|1920|9|22}}
|Vəfat yeri = [[Şəki]], [[Azərbaycan]]
}}

'''Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov''' ([[22 sentyabr]] [[1920]] - [[10 oktyabr]] [[1994]]) — [[İkinci dünya müharibəsi]]nin iştirakçısı, partizan, [[Fransa Müqavimət Hərəkatı]]nın görkəmli nümayəndələrindən biri.

== Həyatı ==

Əhmədiyyə Cəbrayılov [[22 sentyabr]], [[1920]]-ci ildə [[Şəki]] rayonunun [[Oxud]] kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"la ilə təltif olunmuşdur.

1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olur.

=== Müharibədə iştirakı ===
[[Şəkil:Ahmadiyya Jabrayilov in Red Army.jpg|150px|thumb|left|Əhmədiyyə Cəbrayılov sovet ordusunda]]
[[Böyük Vətən Müharibəsi]]nin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. [[Stavropol diyarı|Orconikidze diyarı]]nın Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.

1942-ci ilin aprelində [[Ukrayna SSR|Ukraynanın]] [[Donbas]] şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

==== Əsirlik ====
1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Həmin dövrdə 350-ci polk [[Şimali Donets]] çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və [[almanlar]]a əsir düşür, Barvinka və [[Lvov]] yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60&nbsp;km yol qət olunurdu.

[[Şəkil:Photo of Valleroy concentration camp in House-museum of Ahmadiyya Jabrayilov.JPG|thumbnail|Əhmədiyyə Cəbrayılovun Fransada [[:fr:Valleroy (Meurthe-et-Moselle)|Valleroy]] kəndində əsir olduğu məkan]]
1943-cü ildə [[Daxau həbs düşərgəsi]]nə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, [[Tuluza]] şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o vərəm xəstəliyinə tutulur.

==== Müqavimət hərəkatı ====
1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.

[[Şəkil:Ахмедия во Французском сопротивлении.jpg|thumbnail|left|Əhmədiyyə Cəbrayılov (solda) Müqavimət hərəkatı zamanı]]
1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə [[:en:Maquis (World War II)|Kaberta partizan dəstəsinə]], sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.

20 avqustda azad edilmiş [[Paris]]də general [[Şarl de Qoll]] Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir.

1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürmüşdür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi [[Moris Torez]] ona tapança bağışlayır.

[[Şəkil:Ахмедия Джебраилов с группой французских партизан.jpg|thumb|Əhmədiyyə Cəbrayılov (solda oturub) Fransada bir qrup partizanlarla birgə]]
16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır.

1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərlə təltif olunur, o cümlədən şəxsi igidliyə görə “[[:en:Médaille militaire|hərbi medal]]”la ilə (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verir)<ref name="ASE">[[Azərbaycan Sovet Ensiklopediyası]]. X tom. S. 407.</ref>.

=== Müharibədən sonra ===
[[Şəkil:Letter from Maresyev to Jabrayilov.jpg|thumbnail|left|160px|[[Şarl de Qoll]]un Moskvaya gəlişi ilə bağlı Cəbrayılovun adına 1966-cı ildə göndərilən dəvətnamə]]
25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948-1962–ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə [[Kirovabad]] [[Kənd Təsərrüfatı İnstitutu]]nda yarımçıq qalmış təhsilini davam etdirir.

1966-cı ildə Fransa prezidenti [[Şarl de Qoll]] [[SSRİ]]-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur.

1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.

1976-cı ildə müharibədəki iştirakına görə "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.

1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.

<center>
<gallery heights=280px widths=300px>
French document of Ahmediyya Jabrayilov 8.jpg|Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən [[:fr:Caserne Bernadotte|Caserne Bernadotte]] arxivindən çıxarış (1990)
French document of Ahmediyya Jabrayilov 3.jpg|Cəbrayılova 1990-ci ildə verilmiş Könüllülər cəmiyyətinin kitabçası
French document of Ahmediyya Jabrayilov 11.jpg|Cəbrayılovun Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənəd (1994)
</gallery>
</center>

== Mükafatları ==
=== Fransa mükafatları ===
[[Şəkil:French medals on the military uniform of Ahmadiyya Jabrayilov.JPG|thumbnail|Əhmədiyyə Cəbrayılovun ev-muzeyində saxlanılan Fransa mükafatları]]
Əhmədiyyə Cəbrayılov Fransanın 8 hərbi mükafatı ilə təltil olunmuşdur<ref>Мехтиев, Г. Г. За социалистическую Родину // Вечно живые традиции [Текст] / Н. Я. Макеев, Х. Г. Везиров, Дж. Б. Гулиев [и др.] ; ред. В. Джалагония ; Ин-т истории партии ЦК КП Азербайджана. — Б. : Азернешр, 1968. — Гл. VIII. — С. 228—248. — 366 с., 1 л. портр. : ил. — 4200 экз.</ref>:
* [[:en:Médaille militaire|Hərbi medal]]<ref name="ASE"/><ref name="Семиряга">Семиряга М. И. Советские люди в европейском Сопротивлении, М., 1970</ref><ref name="Джебраилов"/> (saxlanılmayıb, [[:commons:File:Ahmadiyya Jabrayilov in France with his awards.jpg|bu]] və [[:commons:File:Photo of Akmed Michel during Resistance.jpg|bu]] şəkillərdə görmək olur)
* [[:en:Croix de Guerre|Hərbi xaç]]<ref name="Семиряга"/><ref name="Джебраилов">Джебраилов А. С французскими братьями по оружию // "Против общего врага: Сов. люди во франц. движении сопротивления", Иван Васильевич Паротькин, Наука, 1972.</ref> (ev-muzeyində saxlanılır)
* [[:fr:Croix des services militaires volontaires|Könüllü hərbi xidmət xaçı]]<ref name="Семиряга"/><ref name="Джебраилов"/> (ev-muzeyində saxlanılır)
* [[:en:Medal for the War Wounded|Müharibədə yaralanma medalı]]<ref name="Джебраилов"/> (ev-muzeyində saxlanılır)
* [[:en:Combatant's Cross|Döyüşçü xaçı]]<ref name="Джебраилов"/> (ev-muzeyində saxlanılır)
* [[:en:1914–1918 Commemorative war medal (France)|1914-1918 müharibəsi yadigar medalı]] (saxlanılmayıb, [[:commons:File:Photo of Akmed Michel during Resistance.jpg|bu]] şəkildə görmək olur)
* Könüllülər cəmiyyəti medalı (ev-muzeyində saxlanılır)
* Milli tanınma medalı (ev-muzeyində saxlanılır)

== Vəfatı ==
1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Yük maşını telefon budkasına çırpılır, həmin an Əhmədiyyə budkanın içində olur. O, Oxud kənd qəbristanlığında dəfn edilir.

== Xatirəsi ==
Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir.

1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur.

1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir.

<center>
<gallery heights=280px widths=300px>
House-museum of Ahmadiyya Jabrayilov in Shaki.jpg|Əhmədiyyə Cəbrayılovun Şəkidəki ev-muzeyi
Play of Atakishiyev about Ahmadiyya Jabrayilov.JPG|Cəbrayılova həsr olunmuş "Tapşırığa gedərkən" pyesinin afişası ([[Şəki Dövlət Dram Teatrı]]). Müəllif [[Hüseynağa Atakişiyev]]
</gallery>
</center>

== Ədəbiyyat ==
* "Азербайджанцы в Европейском двежении Сопротивление" ("Azərbaycanlılar Avropa müqavimət hərəkatında"), Vətən 2005, Ruqiyyə Əliyeva.
* "Xarqo", 1998, Zaman Qarayev.
* Kamal Mədətov, "ОТ ВАШЕГО СОБСТВЕННОГО КОРРЕСПОНДЕНТА ", ("Xüsusi müxbirinizdən"), Bakı, 1980.
* İkinci dünya müharibəsi zamanı Fransada sovet müqavimətçilərinin şahid olduqları hadisələr. Armed Mişelə həsr olunmuş "РЮСС АРМЕД" ("RUS ARMED") adlı məqalə, səh.133-137.
* "Fransa Milli Kahramanı Azerbaycanlı Türk Ahmediyye Cebrailov", Bakı, 2000, Yakup Öztürk.

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Xarici keçidlər ==
{{Vikianbar kateqoriyası|Ahmadiyya Jabrayilov}}
* [http://www.baku.ru/cmm-glr-list.php?cmm_id=8&id=41368 Şəkil]
* [http://life.trend.az/?newsid=922527 Trend Life: Бонжур, камарад!]
* [http://www.9may.az/documents.php?subaction=showfull&id=1110440692&archive=&start_from=&ucat=4& Əhmədiyyə Cəbrayılov — əfsanəvi partizan]
* [http://rusrazvedka.narod.ru/base/htm/dje.html Джабраилов Ахмедия Микаилович (Армед Мишель)]. «Разведка и контрразведка в лицах» — Энциклопедический словарь российских спецслужб. Автор-сост. А. Диенко, предисл. В. Величко. — М.: Русскій міръ, 2002.
* [http://www.zerkalo.az/2009-10-10/memories/3523 ''Ругия Алиева.'' Шарль де Голль и Ахмедия].
* Семиряга М. И. Советские люди в европейском Сопротивлении, М., 1970
*[http://bia.az/news/1859-xarqo-lqbli-qhrmann-yaxnlar-ermni-soyqrm-layihsin-etiraz-edirlr.html “Xarqo” ləqəbli qəhrəmanın yaxınları erməni soyqırımı layihəsinə etiraz edirlər]
*{{cite news |title=“Vikipediya” Əhmədiyyə Cəbrayılovun adını niyə silib? - VİDEOLAR, SƏNƏDLƏR, ŞƏKİLLƏR |author= |url=http://musavat.com/news/son-xeber/vikipediya-ehmediyye-cebrayilovun-adini-niye-silib-videolar-senedler-shekiller_302782.html |publisher=musavat.com |date=2015-11-03 |accessdate=2015-11-04 |language={{az}} |archiveurl=https://web.archive.org/web/20151104065225/http://musavat.com/news/son-xeber/vikipediya-ehmediyye-cebrayilovun-adini-niye-silib-videolar-senedler-shekiller_302782.html |archivedate=2015-11-04 }}
*[https://www.youtube.com/watch?v=08zvNTb_Uog Fransanın Milli Qəhrəmanı adını qazanmış Əhmədiyyə Cəbrayılov] {{az}}
*[http://teleqraf.com/news/75705 “Şarl de Qoll Əhmədiyyə Cəbrayılovla dağlarda görüşüb” - MÜSAHİBƏ]
*[http://teleqraf.com/news/76059 “Bunları Əhmədiyyə Cəbrayılov özü mənə danışıb” – MÜSAHİBƏ]

[[Kateqoriya:Əhmədiyyə Cəbrayılov| ]]
[[Kateqoriya:İkinci dünya müharibəsi iştirakçıları]]
[[Kateqoriya:Nuxa qəzasında doğulanlar]]
[[Kateqoriya:Şəkidə vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycanlı partizanlar]]
[[Kateqoriya:Partizanlar]]

Naviqasiya menyusu