Changes

Səhifəni '{{mənbə azlığı}} {{Dövlət xadimi | adı = | orijinal adı = İsmayıl xan Xoyski | şəkil = | ş...' ilə yarat
{{mənbə azlığı}}
{{Dövlət xadimi
| adı =
| orijinal adı = İsmayıl xan Xoyski
| şəkil =
| şəklin izahı =
| şəklin ölçüsü =
| titul = [[Şəki xanlığı|Şəki xanı]]
| dövr əvvəl = [[3 sentyabr]], [[1814]]
| dövr son = [[5 avqust]] [[1819]]
| sələfi = [[Cəfərqulu xan Dünbili|Cəfərqulu xan Xoyski]]
| xələfi = Şəki xanlığı ləğv olundu
| tacqoyma = [[22 may]], [[1815]]
| varisi =
| milliyəti = [[Kürd]], dünbüli tayfası<ref>Onlar özlərini Xəlifə Harun ər-Rəşidin vəziri olmuş Cəfər Bərməkinin nəslindən hesab edirdilər.</ref>
| dini = [[İslam]], [[şiə]]
| doğum tarixi =
| doğum yeri = [[Xoy]],[[Cənubi Azərbaycan]], [[İran]]
| vəfat tarixi = {{Vəfat tarixi|1819|8|5}}
| vəfat yeri = [[Şəki şəhəri|Nuxa şəhəri]]
| dəfn yeri = [[Kərbəla]]
| sülalə =
| atası = [[Cəfərqulu xan Dünbili|Cəfərqulu xan Xoyski]]
| anası = Şərəfnisə bəyim
| həyat yoldaşı = Tuti ağa [[Məhəmməd Həsən xan]] qızı
| uşağı = 2 qız; 1.Səadət bəyim 2.?

}}

'''İsmayıl xan Xoyski''' (?-1819), [[Şəki xanlığı|Şəki xanı]]
== Həyatı ==

Atası [[Cəfərqulu xan Dünbili|Cəfərqulu xan]]ın ölümündən sonra Şəkidə hakimiyyətə başladı və [[I Aleksandr|Çar Aleksandr]]ın [[22 may]] (Yuli təqvimi ilə: 10 may) [[1815]]-ci il tarixli fərmanı ilə rəsmi şəkildə [[Şəki xanlığı|Şəki xanı]] kimi təsdiqləndi. Lakin o, [[Rusiya İmperiyası|Rus]] hakimiyyət dairələrinin ümidlərini doğrultmamışdı. Yüksək çinli [[Rusiya İmperiyası|Rus]] məmurlarının öz aralarındakı raportlarında İsmayıl xanı hətta "великий дурак" da adlandırmışdılar. Nəhayət, İsmayıl xan xəstələndi və bir həftəlik yataq vəziyyətindən sonra [[5 avqust]] (Yuli təqvimi ilə: 24 iyul) [[1819]]-cu ildə öldü. Belə bir fürsət gözləyən [[Rusiya İmperiyası|ruslar]] isə onun oğul varisinin olmamasını bəhanə edərək [[Şəki xanlığı]]nın ləğv edildiyini və yerində Şəki əyalətinin yaradıldığını elan etdilər. [[Şamaxı xanlığı|Şamaxı xanı]] [[Mustafa xan Xançobanlı|Mustafa xan]] o vaxt iddia etmişdir ki İsmayıl xanı ruslar öldürüblər. Ruslar isə öz növbələrində onun, bacısı Sara bəyim tərəfindən zəhərlənməsindən şübhələndiklərini bildirirdilər.

[[Şəki xanlığı]]nın ləğv edilməsindən az sonra, ruslar mərhum xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə əvvəl 1300, sonra isə 2300; Kəlbəli bəyin anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü.

İsmayıl xanın ölümündən sonra əmisi oğlu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən müraciət edərək mərhumun nəşinin Kərbəlaya aparılması üçün təşkilati köməklik göstərilməsini istəmişdir.

İsmayıl xanın arvadı Şəkinin yerli xanlarından olan [[Məhəmməd Həsən xan]]ın qızı Tuti ağa idi. Tüti ağa İsmayıl xanın 2 qızının anasıdır və bu qızlardan biri isə İsmayıl xanın ölümündən bir-neçə gün sonra dünyaya gəlmişdir.

== Mənbə ==
* Aydın Məmmədov. Fətəli xan Xoyskinin əsli nəcabətinə dair faktlar, "Elm" qəzeti, 4 oktyabr, 2002-ci il.

== Qeydlər ==
<references/>

== Xarici keçidlər ==
[http://sites.google.com/site/fxxoyski/ Aydın Məmmədov. Fətəli xan Xoyskinin əsli nəcabətinə dair faktlar]

== Həmçinin bax ==
* [[Xoyskilər]]
* [[Şəki xanlığı]]

{{Azərbaycan xanları}}

[[Kateqoriya:Şəki xanları]]
[[Kateqoriya:Dünbililər]]
134

edits