Changes

Səhifəni '{{mənbə azlığı}} {{Şəxs |Adı = Kəlbəli xan Xoyski |Orijinal adı = |Tam adı = Kəlbəli xan Əhməd xan oğlu Xoyski |Digər adları = Ki...' ilə yarat
{{mənbə azlığı}}
{{Şəxs
|Adı = Kəlbəli xan Xoyski
|Orijinal adı =
|Tam adı = Kəlbəli xan Əhməd xan oğlu Xoyski
|Digər adları = Kiçik ağa
|Şəkil =
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Fəaliyyəti =
|Milliyəti =
|Doğum tarixi = {{doğum tarixi|1775||}}
|Doğum yeri =
|Vəfatı = {{vəfat tarixi|1834|08|10}}
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Dəfn yeri = [[Kərbəla]]
|Atası = [[Əhməd xan Dünbili| Əhməd xan ]]
|Anası = Səltənət bəyim
|Həyat yoldaşı = Sara xanım Cəfərqulu xan qızı
|Uşaqları = [[İskəndər xan Xoyski]]
|Rəsmi vebsaytı =
|Mükafatları =
|İmzası =
}}

'''Kəlbəli xan Əhməd xan oğlu Xoyski''' — Rus ordusunda general mayor, [[İskəndər xan Xoyski]]ın atası, [[Fətəli xan Xoyski]]nin ata babası.

== Həyatı ==
[[Cəfərqulu xan Dünbili | Cəfərqulu xan Xoyski]] ilə birlikdə Nuxaya ([[Şəki]]yə) gələn xoylulardan biridir. O, [[Xoy xanlığı | Xoy xanı]] [[Əhməd xan Dünbili| Əhməd xan]]ın oğlu idi və əmisi [[Cəfərqulu xan Dünbili| Cəfərqulu xanın]] qızı Sara xanımla evlənmişdi.

1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü.

Bu arada, [[İran]] şahının vəliəhdi [[Abbas mirzə Qovanlı-Qacar | Abbas Mirzə]] rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki [[28 noyabr]] [[1828]]-ci il tarixli sənəddə onun titulu xan, özü isə "''Xoyu idarə edən şəxs" kimi göstərilir''". Həmin vaxt [[Xoy]] [[Rusiya İmperiyası| Rus]] işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, [[22 avqust]] [[1829]]-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.

Daha sonralar, [[20 dekabr]] [[1831]]-ci il tarixli sənəddə, həmin vaxt [[Dərbənd]]ən Dağıstanın içərilərinə doğru hərbi missiyaya başlamış rus qoşunlarının komandanlarından biri kimi Kəlbəli xanın da adına təsadüf edilir. Kəlbəli xan [[10 avqust]] [[1834]]-cü il tarixdə Yelisavetpolda (– [[Gəncə şəhəri]]ndə) dünyasını dəyişmişdir.

Kəlbəli xanın ölümündən bir ay sonra – [[11 sentyabr]] [[1834]]-cü il tarixdə cənazəsi Kərbəlaya göndərilmişdir (1819-cu ildə İsmayıl xanın ölümündən də sonra həmin bu Kəlbəli bəy rus hakimiyyət dairələrinə rəsmən müraciət edərək mərhumun nəşinin [[Kərbəla]]ya aparılması üçün təşkilati köməklik göstərilməsini istəmişdir).

== Ailəsi ==
Kəlbəli bəy Sara bəyimlə ailə qurmuş və bi nikahdan [[İskəndər xan Xoyski | İsgəndər xan]] doğulmuşdur.

==Mənbə==

[http://sites.google.com/site/fxxoyski/ Aydın Məmmədov. Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar]

== Həmçinin bax ==

*[[Xoyskilər]]
{{Azərbaycanlı generallar}}

[[Kateqoriya:Azərbaycanlı generallar]]
[[Kateqoriya:Azərbaycan generalları]]
[[Kateqoriya:Xoyskilər]]
[[Kateqoriya:Azərbaycan hərbçiləri]]
[[Kateqoriya:1775-ci ildə doğulanlar]]
[[Kateqoriya:1866-cı ildə vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycanlı generallar]]
134

edits