Changes

Jump to navigation Jump to search
5.130 bayt əlavə edildi ,  13:25, 17 iyul 2020
Səhifəni 'Kateqoriya:Ə{{eyni təxəllüs|Xoyski}} {{Dövlət xadimi | adı = ƏMİRASLAN XAN XOYSKİ | orijinal adı = Əmir xan Cahan...' ilə yarat
[[Kateqoriya:Ə]]{{eyni təxəllüs|Xoyski}}
{{Dövlət xadimi
| adı = ƏMİRASLAN XAN XOYSKİ
| orijinal adı = Əmir xan Cahangir xan oğlu Xoyski
| şəkil = Əmiraslan_Xoyski.jpg
| şəklin ölçüsü =
| şəklin izahı =
| titul = [[Quba qəzası]]nın rəisi
| bayraq = Coat of arms of Azerbaijan.svg
| bayraq2 = Flag of Azerbaijan.svg
| dövr əvvəl = 2 avqust [[1918]]
| dövr son = 19 aprel [[1919]]
| sələfi =
| xələfi =
| titul_2 = [[Gəncə qəzası]]nın rəisi
| bayraq_2 = Coat of arms of Azerbaijan.svg
| bayraq2_2 = Flag of Azerbaijan.svg
| dövr əvvəl_2 = aprel [[1919]]
| dövr son_2 = oktyabr [[1919]]
| sələfi_2 =
| xələfi_2 =
| titul_3 = [[Qazax qəzası]]nın qubernatoru
| bayraq_3 = Coat of arms of Azerbaijan.svg
| bayraq2_3 = Flag of Azerbaijan.svg
| dövr əvvəl_3 = 23 oktyabr [[1919]]
| dövr son_3 = 19 aprel [[1920]]
| sələfi_3 =
| xələfi_3 =
| doğum tarixi = {{doğum tarixi|1888||}}
| doğum yeri = [[Gəncə]] şəhəri
| vəfat tarixi = {{vəfat tarixi|1954||}}
| vəfat yeri = [[Ankara]], [[Türkiyə]]
| vəfat səbəbi =
| atası =
| anası =
| həyat yoldaşı =
| uşağı = [[Arif Nərimanbəyov]]
| mükafatları =
}}
'''Xoyski Əmir xan Cahangir xan oğlu''' ({{DVTY}}) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə [[Qazax qəzası]]nın qubernatoru təyin edilib.<ref>{{cite book|first=İltifat |last=Şahsevən |authorlink= |title=İSTİQLAL FƏDAİLƏRİ –AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ VƏ SİLAHDAŞLARI (1918-1920) |year=2013 |location=Bakı |publisher=Mütərcim |url= |ref=harv}}</ref>

== Həyatı ==
Əmir xan Xoyski [[1888]]-ci ildə [[Gəncə]]<nowiki/>də doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakultəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə [[Azərbaycan Xalq Cümhuriyyəti|Azərbaycan Cümhuriyyəti]] daxili işlər nazirinin əvəzi, general-mayor M.S.Ağabəyzadənin [[25 sentyabr]] 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra [[Gəncə qəzası]]<nowiki/>nın rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə [[Qazax qəzası]]<nowiki/>nın qubernatoru olmuş, [[1920]]-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi. 11-ci ordunun Bakını 1920-ci ilin [[27 aprel]] işğalı ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. Ə. Xoyski sovet hakimiyyətinə qarşı 1920-ci il mayın 24 - iyunun 4-də Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.<ref>[http://anl.az/down/meqale/tezadlar/2010/may/121788.htm '''Gəncə üsyanının 90 illiyi''']</ref>

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün [[Türkiyə]]yə qaçmışdı.

Sovet quruluşu dövründə, ömür boyu [[Azərbaycan]]a qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski [[1954]]-cü ildə [[Ankara]]da vəfat etmişdir.

== Ailəsi ==
Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, [[Cənubi Azərbaycan]]dakı [[Maku]] xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün [[Xoyskilər]] nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular.

== Mənbə ==
* Azərbaycan Xalq Cümhuriyyəti, II cild, Bakı,2005

== İstinadlar ==
{{İstinad siyahısı}}

[[Kateqoriya:Xoyskilər]]
[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti]]
[[Kateqoriya:Gəncədə doğulanlar]]
[[Kateqoriya:Ankarada vəfat edənlər]]
[[Kateqoriya:Qəza rəisləri]]
134

edits

Naviqasiya menyusu