Changes

Sətir 5: Sətir 5:  
1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu{{sfn|Lockhart L. (01)|1938|p=228}}. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin ələ keçirə bilmədi{{sfn|Lockhart L. (012)|1938|p=229}}. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü{{sfn|Lockhart L. (014)|1938|p=235}}, mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi{{sfn|Lockhart L. (015)|1938|p=229}} və tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın əldə edilməsi ilə başa çatdı{{sfn|Lockhart L. (03)|1938|p=249}}.
 
1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu{{sfn|Lockhart L. (01)|1938|p=228}}. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin ələ keçirə bilmədi{{sfn|Lockhart L. (012)|1938|p=229}}. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü{{sfn|Lockhart L. (014)|1938|p=235}}, mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi{{sfn|Lockhart L. (015)|1938|p=229}} və tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın əldə edilməsi ilə başa çatdı{{sfn|Lockhart L. (03)|1938|p=249}}.
   −
Nadir şahın ordusu Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, şaha Şirvanda üsyan baş verməsi və Şirvan valisi Heydər xanın öldürülməsi haqqında məlumat gəlmişdi{{sfn|Lockhart L. (013)|1938|p=231}}. Üsyançıların başında Məhəmməd və Sam mirzə dururdu. Adı çəkilənlərdən birincisi Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. İkincisi – Sam mirzə isə bir müddət əvvəl Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin Nadir şahın adamları onu tutub burnunu kəsmiş, daha sonra sərbəst buraxmışdılar. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi və bunun nəticəsində mərkəzi hakimiyyətə qarşı narazılığın ciddiləşməsini və yüksək həddə çatmasını nəzərə alaraq hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Nadir şah Şirvan valisi Heydər xanı Sam mirzəyə qarşı göndərəndə isə Surxay xanın oğlu Məhəmməd bəy Sam mirzənini müdafiəsinə qalxdı və ikisi qüvvələrini birləşdirərək Şabran yaxınlığında Heydər xanın ordusuna qalib gəldilər. Heydər xanın özü isə bu döyüşdə həlak oldu. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar canişinin iqamətgahı olan Yeni Şamaxını döyüşsüz tutdular{{sfn|Lockhart L. (017)|1938|p=239}}.  
+
Nadir şahın ordusu Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, şaha Şirvanda üsyan baş verməsi və Şirvan valisi Heydər xanın öldürülməsi haqqında məlumat gəldi{{sfn|Lockhart L. (013)|1938|p=231}}. Üsyançıların başında Məhəmməd və Sam mirzə dururdu. Adı çəkilənlərdən birincisi Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. İkincisi – Sam mirzə isə bir müddət əvvəl Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin Nadir şahın adamları onu tutub burnunu kəsmiş, daha sonra sərbəst buraxmışdılar. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi və bunun nəticəsində mərkəzi hakimiyyətə qarşı narazılığın ciddiləşməsini və yüksək həddə çatmasını nəzərə alaraq hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Nadir şah Şirvan valisi Heydər xanı Sam mirzəyə qarşı göndərdi. Bu zaman Surxay xanın oğlu Məhəmməd bəy Sam mirzənini müdafiəsinə qalxdı və ikisi qüvvələrini birləşdirərək Şabran yaxınlığında Heydər xanın ordusunu məğlub etdilər. Heydər xanın özü isə bu döyüşdə həlak oldu. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar canişinin iqamətgahı olan Yeni Şamaxını döyüşsüz tutdular{{sfn|Lockhart L. (017)|1938|p=239}}.  
   −
Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, öz ölkəsi daxilində sabitliyin pozulması səbəbindən müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanması üçün tutduğu əraziləri 1743-cü ilin sonunda geri qaytardı. Nəticədə 1743-cü ildə imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları, 1744-cü ildə bir-bir yatırmağa imkan tapdı. Lakin həmin ilin sonunda Dağıstan və Şəkidə mərkəzi hakimiyyətə qarşı üsyan hələ davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi{{sfn|Lockhart L. (02)|1938|p=248}}. Üç həftədən sonra Cavad körpüsündən Dağıstana 4 cəza dəstəsi göndərdi. Bu dəstələr Qurban bayramı günü – 4 yanvar 1745-ci il tarixdə, ləzgiləri təslim olmağa məcbur etdilər və ləzgilərdən qənimət götürülmüş çoxlu mal-qara və quyun-keçi ilə Bərdəyə geri döndülər. Bu hadisədən 3 həftə sonra isə Nadir şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 3 ay – mart-iyun aylarında Şəki ərazisində qaldı{{sfn|Lockhart L. (03)|1938|p=249}}
+
Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, öz ölkəsi daxilində sabitliyin pozulması səbəbindən müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanması üçün tutduğu əraziləri 1743-cü ilin sonunda geri qaytardı. Nəticədə 1743-cü ildə imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları, 1744-cü ildə bir-bir yatırmağa imkan tapdı. Həmin ilin sonunda mərkəzi hakimiyyətə qarşı üsyanlar yalnız Dağıstanda və Şəkidə hələ davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi{{sfn|Lockhart L. (02)|1938|p=248}}. Üç həftədən sonra Cavad körpüsündən Dağıstana 4 cəza dəstəsi göndərdi. Bu dəstələr Qurban bayramı günü – 4 yanvar 1745-ci il tarixdə, ləzgiləri təslim olmağa məcbur etdilər və ləzgilərdən qənimət götürülmüş çoxlu mal-qara və quyun-keçi ilə Bərdəyə geri döndülər. Həmin hadisədən 3 həftə sonra isə Nadir şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 3 ay – mart-iyun aylarında Şəki ərazisində qaldı{{sfn|Lockhart L. (03)|1938|p=249}}