Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

"Hacı Çələbi xan" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Eyni redaktor tərəfindən edilmiş 24 dəyişiklik göstərilmir)
Sətir 1: Sətir 1:
 
{{İş gedir}}  
 
{{İş gedir}}  
 
===Nadir şaha qarşı üsyan (1743/1744–1746)===
 
===Nadir şaha qarşı üsyan (1743/1744–1746)===
Hicri 1156-cı il (25.02.1743–14.02.1744) tarixdə Hacı Çələbinin Şəkidə Nadir şaha qarşı üsyan başlatması barədə Kərim ağa Şəkixanovun yazdıqları o dövrün bir sıra mənbələrində və arxiv materiallarında da öz təsdiqini tapır. Lakin bu üsyanı həmin müəllifin yazdığı kimi Məlik Nəcəfqulu ilə Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası hesab etmək də olmaz. Belə ki 1743-cü ildə Türk – İran müharibəsi başlamışdı və bu müharibə 3 il davam etdi, 4 sentyabr 1746-cı il tarixdə Qəzvin yaxınlığındakı Kordan adlı yerdə tərəflər arasında bağlanmış sülh müqaviləsi ilə başa çatdı.  
+
Hicri 1156-cı il (25.02.1743–14.02.1744) tarixdə Hacı Çələbinin Şəkidə Nadir şaha qarşı üsyan başlatması barədə Kərim ağa Şəkixanovun yazdıqları o dövrün bir sıra mənbələrində və arxiv materiallarında da öz təsdiqini tapır. Lakin həmin müəllifin yazdığı kimi bu üsyanı Məlik Nəcəfqulu ilə Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası hesab etmək də doğru olmazdı. Belə ki 1743-cü ildə Türk – İran müharibəsi başlamışdı və bu müharibə 3 il davam etdi, 4 sentyabr 1746-cı il tarixdə Qəzvin yaxınlığındakı Kordan adlı yerdə tərəflər arasında bağlanmış sülh müqaviləsi ilə başa çatdı. Əgər Nadir şahın osmanlılara qarşı vuruşan öz böyük ordusunu saxlamaq üçün vergiləri artırması yerlərdə üsyanlara səbəb olurdusa, osmanlılar da Nadiri zəiflətmək üçün həmin üsyanları müxtəlif yollarla dəstəkləyirdilər...
  
1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu{{sfn|Lockhart L. (01)|1938|p=228}}. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin tuta bilmədi{{sfn|Lockhart L. (012)|1938|p=229}}. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü{{sfn|Lockhart L. (014)|1938|p=235}}, mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi{{sfn|Lockhart L. (015)|1938|p=229}} və tərəflər arasında ümumi atəşkəsin qüvvəyə minməsi ilə başa çatdı. Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanması üçün tutduğu əraziləri 1743-cü ilin sonunda geri qaytardı. Osmanlılarla atəşkəsin əldə olunması ona öz imperiyasının müxtəlif yerlərində eyni vaxtda baş vermiş üsyanları bir-bir yatırmağa imkan verdi. Nəhayət o, 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi{{sfn|Lockhart L. (02)|1938|p=248}}. Üç həftədən sonra Cavad körpüsündən Dağıstana 4 cəza dəstə göndərdi. Cəza dəstələri Qurban bayramı günü – 4 yanvar 1745-ci il tarixdə, ləzgiləri təslim olmağa məcbur etdi və onlardan qənimət götürülmüş çoxlu mal-qara və quyun-keçi ilə Bərdəyə geri döndü. Bundan 3 həftə sonra isə Nadir şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 3 ay – mart-iyun aylarında Şəki ərazisində qaldı{{sfn|Lockhart L. (03)|1938|p=249}}.
+
1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu{{sfn|Lockhart L. (01)|1938|p=228}}. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin ələ keçirə bilmədi{{sfn|Lockhart L. (012)|1938|p=229}}. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü{{sfn|Lockhart L. (014)|1938|p=235}}, mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi{{sfn|Lockhart L. (015)|1938|p=229}} və tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın əldə edilməsi ilə başa çatdı{{sfn|Lockhart L. (03)|1938|p=249}}.
  
Nadir şahın ordusu Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, şaha Şirvanda üsyan baş verməsi və Şirvan valisi Heydər xanın öldürülməsi haqqında məlumat gəlmişdi{{sfn|Lockhart L. (013)|1938|p=231}}. Üsyançıların başında Məhəmməd və Sam mirzə dururdu. Adı çəkilənlərdən birincisi Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. İkincisi – Sam mirzə isə bir müddət əvvəl Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin Nadir şahın adamları onu tutub burnunu kəsmiş, daha sonra sərbəst buraxmışdılar. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi və bunun nəticəsində mərkəzi hakimiyyətə qarşı narazılığın ciddiləşməsini və yüksək həddə çatmasını nəzərə alaraq hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Nadir şah Şirvan valisi Heydər xanı Sam mirzəyə qarşı göndərəndə isə Surxay xanın oğlu Məhəmməd bəy Sam mirzənini müdafiəsinə qalxdı və ikisi qüvvələrini birləşdirərək Şabran yaxınlığında Heydər xanın ordusuna qalib gəldilər. Heydər xan özü isə döyüşdə həlak oldu. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşdı və onlar canişinin iqamətgahı olan Yeni Şamaxını döyüşsüz tutdular{{sfn|Lockhart L. (017)|1938|p=239}}. Əgər Nadir şahın osmanlılara qarşı vuruşan öz böyük ordusunu saxlamaq üçün vergiləri artırması yerlərdə üsyanlara səbəb olurdusa, osmanlılar da Nadiri zəiflətmək üçün həmin üsyanları müxtəlif yollarla dəstəkləyirdilər...
+
Nadir şahın ordusu Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, şaha Şirvanda üsyan baş verməsi və Şirvan valisi Heydər xanın öldürülməsi haqqında məlumat gəldi{{sfn|Lockhart L. (013)|1938|p=231}}. Üsyançıların başında Məhəmməd və Sam mirzə dururdu. Adı çəkilənlərdən birincisi Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. İkincisi – Sam mirzə isə bir müddət əvvəl Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin Nadir şahın adamları onu tutub burnunu kəsmiş, daha sonra sərbəst buraxmışdılar. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi və bunun nəticəsində mərkəzi hakimiyyətə qarşı narazılığın ciddiləşməsini və yüksək həddə çatmasını nəzərə alaraq hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Nadir şah Şirvan valisi Heydər xanı Sam mirzəyə qarşı göndərdi. Bu zaman Surxay xanın oğlu Məhəmməd bəy Sam mirzənini müdafiəsinə qalxdı və ikisi qüvvələrini birləşdirərək Şabran yaxınlığında Heydər xanın ordusunu darmadağın etdilər. Heydər xanın özü isə bu döyüşdə həlak oldu. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşmışdı və onlar canişinin iqamətgahı olan Yeni Şamaxını döyüşsüz tutdular{{sfn|Lockhart L. (017)|1938|p=239}}.  
  
 +
Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, öz ölkəsi daxilində sabitliyin pozulması səbəbindən müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanması üçün tutduğu əraziləri 1743-cü ilin sonunda geri qaytardı. Nəticədə 1743-cü ildə imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü ildə bir-bir yatırmağa imkan tapdı. Həmin ilin sonunda mərkəzi hakimiyyətə qarşı üsyanlar yalnız Dağıstanda və Şəkidə hələ davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi{{sfn|Lockhart L. (02)|1938|p=248}}. Üç həftədən sonra Cavad körpüsündən Dağıstana 4 cəza dəstəsi göndərdi. Bu dəstələr Qurban bayramı günü – 4 yanvar 1745-ci il tarixdə, ləzgiləri təslim olmağa məcbur etdilər və ləzgilərdən qənimət götürülmüş çoxlu mal-qara və quyun-keçi ilə Bərdəyə geri döndülər. Həmin hadisədən 3 həftə sonra isə Nadir şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 1745-ci ilin mart – iyun aylarında 3 ay Şəki ərazisində qaldı{{sfn|Lockhart L. (03)|1938|p=249}}
 +
 +
Nadir şahın 1745-ci ildə 3 ay Şəki yaylaqlarında olması və 1745-ci ilin may ayının sonunda Şəki ərazisini tərk etməsi haqqında Mirzə Mehdi xan Astrabadinin 1747-ci ildə qələmə aldığı “Tarix-i Nadiri” əsərində də məlumat var{{sfn|Левиатов В.Н|1948|сс=96-97}}. Lakin bu 3 ay ərzində Şəkidə cərəyan etmiş hadisələr haqqında əsərdə heç nə deyilmir, hansı ki digər mənbələrdə və arxiv materiallarında həmin vaxt Şəkidə Nadir şaha qarşı müqavimət göstərilməsi, ciddi döyüşlərin getməsi və şahın uğursuzluğu haqqında yetərincə məlumata rast gəlmək mümkündür. Təbii ki Nadir şahın tarixçisi olan Mirzə Mehdi xan, şahın uğursuzluqlarını qələmə almaqda maraqlı deyildi və buna görə də həmin üç ay ərzində Şəkidə baş verənlərin üstündən sükutla keçmişdir.
  
 
“Car salnaməsi”ndə göstərilir ki,  
 
“Car salnaməsi”ndə göstərilir ki,  
Sətir 266: Sətir 269:
 
  | buraxılış      =  
 
  | buraxılış      =  
 
  | nömrə          = 24
 
  | nömrə          = 24
  | страницы        = 95 – 95
+
  | страницы        = 95 – 96
 
  | isbn            =  
 
  | isbn            =  
 
  | issn            =  
 
  | issn            =  
Sətir 317: Sətir 320:
 
  | cild            =
 
  | cild            =
 
  | səhifə          =
 
  | səhifə          =
  | страницы        = 94 95
+
  | страницы        = 96 97
 
  | sütunlar        =
 
  | sütunlar        =
 
  | səhifələr      =  
 
  | səhifələr      =  

15:54, 15 iyun 2024 versiyası

Nadir şaha qarşı üsyan (1743/1744–1746)

Hicri 1156-cı il (25.02.1743–14.02.1744) tarixdə Hacı Çələbinin Şəkidə Nadir şaha qarşı üsyan başlatması barədə Kərim ağa Şəkixanovun yazdıqları o dövrün bir sıra mənbələrində və arxiv materiallarında da öz təsdiqini tapır. Lakin həmin müəllifin yazdığı kimi bu üsyanı Məlik Nəcəfqulu ilə Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası hesab etmək də doğru olmazdı. Belə ki 1743-cü ildə Türk – İran müharibəsi başlamışdı və bu müharibə 3 il davam etdi, 4 sentyabr 1746-cı il tarixdə Qəzvin yaxınlığındakı Kordan adlı yerdə tərəflər arasında bağlanmış sülh müqaviləsi ilə başa çatdı. Əgər Nadir şahın osmanlılara qarşı vuruşan öz böyük ordusunu saxlamaq üçün vergiləri artırması yerlərdə üsyanlara səbəb olurdusa, osmanlılar da Nadiri zəiflətmək üçün həmin üsyanları müxtəlif yollarla dəstəkləyirdilər...

1743-cü ilin yayında Nadir şah 375 minlik ordu ilə Osmanlı ərazisi olan İraqi-Ərəbdə doğru hərəkətə keçdi. 5 avqustda Kərkükü mühasirəyə aldı və tutdu[1]. 3 sentyabrda oradan Mosula doğru hərəkət etdi. Şəhəri uzun müddət mühasirədə saxladı, lakin ələ keçirə bilmədi[2]. Ordunun bir hissəsi isə 8 sentyabrda Bəsrəni mühasirəyə götürmüşdü[3], mühasirə dekabrın 8-i, axşam saatlarınadək davam etdi[4] və tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında razılaşmanın əldə edilməsi ilə başa çatdı[5].

Nadir şahın ordusu Mosul və Bəsrənin mühasirəsi işi ilə məşğul olarkən – 11 oktyabr 1743-cü il tarixdə, şaha Şirvanda üsyan baş verməsi və Şirvan valisi Heydər xanın öldürülməsi haqqında məlumat gəldi[6]. Üsyançıların başında Məhəmməd və Sam mirzə dururdu. Adı çəkilənlərdən birincisi Qazıqumux hakimi Surxay xanın oğlu idi, hansı ki həmin Surxay xan 1728 – 1734-cü illərdə Osmanlı dövlətinin Şirvandakı canişini olmuşdu. İkincisi – Sam mirzə isə bir müddət əvvəl Ərdəbildə peyda olmuş və orada özünə tərəfdar toplamağa cəhd etmişdi. Lakin Nadir şahın adamları onu tutub burnunu kəsmiş, daha sonra sərbəst buraxmışdılar. Bundan sonra isə Sam mirzə Dağıstana gedərək gözləmə mövqeyi tutmuşdu. O, 1743-cü ilin yazında və yayında şimal-qərb əyalətlərində şah mühəssilinin xüsusi fəallıq göstərməsi və bunun nəticəsində mərkəzi hakimiyyətə qarşı narazılığın ciddiləşməsini və yüksək həddə çatmasını nəzərə alaraq hərəkətə keçmək vaxtının yetişdiyini qət etdi, Dərbənd və Təbəsaran əhalisini üsyana təhrik etməyə başladı. Nadir şah Şirvan valisi Heydər xanı Sam mirzəyə qarşı göndərdi. Bu zaman Surxay xanın oğlu Məhəmməd bəy Sam mirzənini müdafiəsinə qalxdı və ikisi qüvvələrini birləşdirərək Şabran yaxınlığında Heydər xanın ordusunu darmadağın etdilər. Heydər xanın özü isə bu döyüşdə həlak oldu. Məhəmməd bəy və Surxay xanın başına 20 min nəfər tərəfdar toplaşmışdı və onlar canişinin iqamətgahı olan Yeni Şamaxını döyüşsüz tutdular[7].

Nadir şah İraqi-Ərəbdə bir sıra uğurlar qazansa da, öz ölkəsi daxilində sabitliyin pozulması səbəbindən müharibəni davam etdirə bilmədi və sülh müqaviləsinin bağlanması üçün tutduğu əraziləri 1743-cü ilin sonunda geri qaytardı. Nəticədə 1743-cü ildə imperiyasının müxtəlif yerlərində baş vermiş üsyanları 1744-cü ildə bir-bir yatırmağa imkan tapdı. Həmin ilin sonunda mərkəzi hakimiyyətə qarşı üsyanlar yalnız Dağıstanda və Şəkidə hələ davam edirdi. Nəhayət, şah 6 dekabr 1744-cü il tarixdə Bərdəyə gəldi[8]. Üç həftədən sonra Cavad körpüsündən Dağıstana 4 cəza dəstəsi göndərdi. Bu dəstələr Qurban bayramı günü – 4 yanvar 1745-ci il tarixdə, ləzgiləri təslim olmağa məcbur etdilər və ləzgilərdən qənimət götürülmüş çoxlu mal-qara və quyun-keçi ilə Bərdəyə geri döndülər. Həmin hadisədən 3 həftə sonra isə Nadir şah Ərəş tərəfdən ordusunu Kürün sol sahilinə keçirdi və 1745-ci ilin mart – iyun aylarında 3 ay Şəki ərazisində qaldı[5]

Nadir şahın 1745-ci ildə 3 ay Şəki yaylaqlarında olması və 1745-ci ilin may ayının sonunda Şəki ərazisini tərk etməsi haqqında Mirzə Mehdi xan Astrabadinin 1747-ci ildə qələmə aldığı “Tarix-i Nadiri” əsərində də məlumat var[9]. Lakin bu 3 ay ərzində Şəkidə cərəyan etmiş hadisələr haqqında əsərdə heç nə deyilmir, hansı ki digər mənbələrdə və arxiv materiallarında həmin vaxt Şəkidə Nadir şaha qarşı müqavimət göstərilməsi, ciddi döyüşlərin getməsi və şahın uğursuzluğu haqqında yetərincə məlumata rast gəlmək mümkündür. Təbii ki Nadir şahın tarixçisi olan Mirzə Mehdi xan, şahın uğursuzluqlarını qələmə almaqda maraqlı deyildi və buna görə də həmin üç ay ərzində Şəkidə baş verənlərin üstündən sükutla keçmişdir.

“Car salnaməsi”ndə göstərilir ki,

" (1744-cü ilin payızında Nadir şah) Babaratmaya gəlir, burada yerləşir. Ordusunun bir hissəsini Şəki[qeyd 1] üzərinə göndərir. Şəkililər Şirvanla birlikdə Çələbi xan Nuxalının başçılığı ilə onun (Nadir şahın) tabeliyindən çıxmışdılar. Döyüşlər bir aydan çox davam edir. Təhməz (Nadir şah) ordusu ilə Göynüyə gəlir, lakin onun əlinə bir şey keçmir, sonra Nuxanın səngərinə hücum edir. Çox vuruşur, lakin onu ala bilmir. Ancaq Şəkini yandırır. Bəziləri öldürülür, bəziləri əsir alınır, bəziləri qarət olunur, lakin onlar ac olsalar da səngərlərində qalırlar. Bundan sonra Təhməz ordusu ilə Muğana gedir...[10]. "

Qeydlər

  1. Şəki – “Car salnəməsi”ndə “Şəki” sözü əsasən ölkə, vilayət adı mənasında işlədilir və burada isə çox güman ki, Nuxa nəzərdə tutulmuşdur. Belə ki bəhs edilən dövr mənbələrində və daha sonrakı dövrün mənbələrində Nuxanın Şəki adlandırılması hallarına tez-tez rast gəlmək mümkündür... Ənənəvi olaraq hesab edilir ki, Şəki şəhəri 1772-ci ildə Kiş çayının daşması nəticəsində tamamilə dağılmış, sağ qalmış əhalisi isə Nuxa kəndinə köçmüşdür. Amma bu iddianı əsaslandırmaq üçün istinad edilən 1846-cı ilin “Kafkaz” qəzetində ümumiyyətlə Şəki şəhərinin adı çəkilmir, yalnız 1772-ci ildə Nuxanın bir hissəsinin sel altında qalmasından söhbət gedir (Кавказ, 1846, с. 95). Əski Şəki şəhəri haqqında məlumat verən mənbələrdə isə onun Kiş çayından xeyli uzaqda olduğu göstərilir (Əhməd Zəki Vəlidi, 2009, s. 95).

İstinadlar

Ədəbiyyat

  1. Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 228.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 229.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 231.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 235.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 236.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 238.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 239.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 248.
  2. : Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 116.
  3. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 45. — ISBN 5-86974-384-9.
  4. Нуха (rus.) // Кавказ : газета. — 1846. — № 24. — С. 95 – 96.
  5. Əhməd Zəki Vəlidi. IV. Bakı — Ərəş — Şəki — Zaqatala (keçən mətnin davamı) // Azərbaycanın tarixi coğrafiyası. — Bakı: Təhsil, 2009. — Səh.: 53 – 55. — 500 nüsx.
  6. Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 96 – 97.


1 2 3