"Əhməd Əhmədzadə (dövlət xadimi)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 95: Sətir 95:
 
| fəaliyyəti                  =  
 
| fəaliyyəti                  =  
 
| ixtisası                    =  
 
| ixtisası                    =  
| təhsili                      = Azərbaycan Polutexnik İnstitutu  
+
| təhsili                      = Azərbaycan Politexnik İnstitutu  
 
| elmi dərəcəsi                =  
 
| elmi dərəcəsi                =  
 
| mükafatları                  = {{I dərəcəli "Əmək" ordeni|2020}}  {{"Şöhrət" ordeni (Azərbaycan)}} {{"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı}}
 
| mükafatları                  = {{I dərəcəli "Əmək" ordeni|2020}}  {{"Şöhrət" ordeni (Azərbaycan)}} {{"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı}}

04:09, 28 iyul 2020 versiyası

Əhməd Əhmədzadə
Əhmədzadə Əhməd Cuma oglu
Əhməd Əhmədzadə.jpg
Əhməd Əhmədzadə
bayraqAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədribayraq
2006
Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktorubayraq
2004 — 2006
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədribayraq
1993 — 2004
bayraqQuba rayonu İcra Hakimiyyətinin başçısıbayraq
1991 — 1992
bayraqŞəki rayonu Xalq Deputatları Sovetinin sədri, Şəki şəhər Partiya Komitəsinin birinci katibibayraq
1991 — 1991
bayraqŞamxor (Şəmkir) rayon Partiya Komitəsinin birinci katibibayraq
1987 — 1991
Sələfi Əjdər Əsədov
bayraqFüzuli rayon Partiya Komitəsinin birinci katibibayraq
1980 — 1987
Xələfi Cavanşir Məmmədov
bayraqAbşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədribayraq
1978 — 1980
bayraqQax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisibayraq
1967 — 1975
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1945 (1945-01-07) (79 yaş)
Doğum yeri Qaxmuğal, Qax rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Cuma Əhmədzadə
Partiya КПСС.svg Sov.İKP
Təhsili Azərbaycan Politexnik İnstitutu
Təltifləri I dərəcəli "Əmək" ordeni — 2020 “Şöhrət” ordeni (Azərbaycan) "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı

Əhməd Əhmədzadə — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

Həyatı

1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1961-çi ildə 1 Nomrəli orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966- cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu nda böyük mühəndis, 1967 - 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir. 1975 - 1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1976 - 1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya- siyasi təhsili almış, 1978 - 1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980 - 1987-ci illərdə Azərbaycan KP Füzuli rayon komitəsinin birinci katibi, 1987- 1991-ci illərdə Şəmkir rayon komitəsinin birinci katibi, 1991-ci ildə Şəki şəhər komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991 - 1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.

1981- 1995-cı illərdə Azərbaycan SS% Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004 - 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini,Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti nin Sədridir. Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur. Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub, respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı"na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb.

Ailəlidir, üç övladı var.

Xarici keçidlər

Vikianbarda Əhməd Əhmədzadə (dövlət xadimi) ilə əlaqəli mediafayllar var.

İstinadlar