"Mehman Musabəyli" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 56: | Sətir 56: | ||
* "Xallı keçinin qisası" - Şəki Döv. Dram Teatrı 2007 - rej: Əbülfət Salahov | * "Xallı keçinin qisası" - Şəki Döv. Dram Teatrı 2007 - rej: Əbülfət Salahov | ||
− | + | [[az:Mehman Musabəyli]] | |
− | |||
− | |||
− | |||
− | [[ |
02:24, 29 iyul 2020 versiyası
Musabəyli Mehman Həsən oğlu — Azərbaycan dramaturqu, nasir, tərcüməçi.
Həyatı
Mehman Musabəyli 1971-ci ildə Şəki şəhərində anadan olub. 1988-ci ildə Şəki şəhəri 14 №-li orta məktəbi bitirib. 1993-cü ildə Bakı 12 №-li orta texniki peşə məktəbini kinomexanik ixtisası üzrə bitirib.
1998-ci ildə M.A. Əliyev ad. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Televiziya rejissoru fakultəsinə qəbul olunub.
1991-1992 – ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə quraşdırıcısı, 1992-1993 –cü illərdə Hüseynağa Atakişiyevin Gənclər Teatrında (indiki Dövlət Gənclər Teatrı) baş maşinist vəzifəsində çalışıb. 1993-cü ildən Tərlan Qorçunun Marionet Teatrında kuklaçı-aktyordur. 2005-ci ildə Polşada, 2008-ci ildə Almaniyada teatr qastrollarında olub.
2003-cü ildə "Kağız" hekayəsi ilə "I Proza N" müsabiqəsinin qalibi və mükafatçısı olub (ikinci yer)
1999 – cu ilin aprelindən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
İlk mətbu əsərləri ("Vineqret-1", "Vineqret-2" və s. məqalələr) 1993-cü ildə "Kefli İsgəndər", "Tək səbir" və "Press-fakt" qəzetlərində dərc olunub.
Mətbuatda gedən yazıları
- Kiçik hekayələr 1998 – "Ulduz" jurnalı № 3/4
- "Qızılgül və qoz ağacı". 1998 – "Cahan" jurnalı № 4
- "Kağız" 1998 – "Ulduz" jurnalı № 11
- "Uçan fillər" 1999 – "Ulduz" jurnalı № 4
- "Adsız çiçək" 2004 – "Qobustan" jurnalı № 3
- "Homo sapiens" 2005 – "Ulduz" jurnalı № 4
- "Mükəmməl Büdrəyiş" 2005 – "Ulduz" jurnalı № 4
- "Niftəlinin kəşfləri" 2006 – "Azərbaycan" jurnalı № 7
- "Otkrıtiya Niftali" 2007 – "Literat. Azerb." jur. № 2
Tərcümələri
Qabriel Qarsia Markes
- "Bu günlərdən biri" 2003 – "Ulduz" jurnalı № 12
- "Üç somnambul üçün kədər" 2003 – "Ulduz" jurnalı № 12
- "Nəhəng qanadlı senyor" 2005 – "Dünya" jurnalı № 1
Eduardo De Filippo
- "Ruhlar" 2005 – "Azərbaycan" jurnalı № 10
Oldos Haksli
- Bioqrafiyası və "Esselər" 2006 – "Xəzər" jurnalı № 3
Kitabları
- Hikmət Aydınoğlu: "Demokratiya labirintləri" (ruscadan) Bakı, Tutu Uşaq Nəşriyyatı, 2001, 144 səh.
- Hans Xristian Andersen: "Ole-Lukoye və başqa nağıllar". (ruscadan) Bakı. Tutu Uşaq Nəşriyyatı 2005, 28 səh.
- Haldun Taner: "Günün adamı", (türkcədən). Bakı, Yom yayınları, 2007, 76 səh. Tiraj 500.
Tamaşalarda iştirakı
- "Şəngül, Şüngül, Məngül" - Pantomim Teatrı 1996 - rej: Bəxtiyar Xanızadə
- "Divin oğul dərdi" - Şəki Döv. Dram Teatrı 1997 - rej: Mirbala Səlimli
- "Randevu" - İnc. İns. "Səda" Teat.1997 - rej: Pünhan Həsənli
- "Div oğlu Div" – İrəvan Teatrı 1998 - rej: Vidadi Əliyev
- E. de Filippo "Ruhlar" – Şəki Döv. Dram Teatrı 2001 - rej: Mirbala Səlimli
- "Adsız çiçək" - Dövlət "YUĞ" Teatrı 2005 - rej: Günay Səttarova
- Jan-Batist Molyer "Xəsis" - Şəki Döv. Dram Teatrı 2008 - rej: Mirbala Səlimli
- "Xallı keçinin qisası" - Şəki Döv. Dram Teatrı 2007 - rej: Əbülfət Salahov