"Rüfət Xəlilov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 4: | Sətir 4: | ||
|Tam adı = ''Xəlilov Rüfət Qaffar oğlu'' | |Tam adı = ''Xəlilov Rüfət Qaffar oğlu'' | ||
|Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | |Piktoqram = bio <!--“bio” sözünü yazar, kitab, diplomat, filosof, newspaper, riyaziyyat, fizika, kimya, biologiya, tibb, tarix, arxeologiya və musiqi və s. variantlarından (bütün variantlar burada: [[Şəki Ensiklopediyası:Layihə/Piktoqramlar]]) hər hansı biri ilə əvəz edə bilərsiniz--> | ||
− | |Şəkil = Rüfət | + | |Şəkil = Rüfət Xəlilov2.jpg |
|Şəklin ölçüsü = | |Şəklin ölçüsü = | ||
− | |Şəklin izahı = Rüfət Xəlilov, | + | |Şəklin izahı = Rüfət Xəlilov, 2010 |
|Digər adı = | |Digər adı = | ||
|Doğum tarixi = {{Doğum tarixi|1926|3|7}} | |Doğum tarixi = {{Doğum tarixi|1926|3|7}} |
21:36, 29 iyul 2020 versiyası
Rüfət Xəlilov | |
---|---|
Xəlilov Rüfət Qaffar oğlu | |
Rüfət Xəlilov, 2010 | |
Anadan olub | 7 mart 1926 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 2018 |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan Respublikası |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbi (1952 – 1954, Tbilisi) |
Rüfət Xəlilov (Xəlilov Rüfət Qaffar oğlu; d. 7 mart 1926-cı ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 2018-ci ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşı, əks-kəşfiyyatçı, polkovnik-leytenant.
Haqqında məlumatlar
7 mart 1926-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
1954-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Tbilisidəki xüsusi məktəbini leytenant rütbəsi ilə bitirib.
Əmək fəaliyyəti
1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmətə qəbul edilib.
1954 – 1959-cu illərdə Nuxada əməliyyat müvəkkili işləyib.
1959 – 1965-ci illərdə Astarada,
1965 – 1974-cü illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Kirovabad şəhər şöbəsində çalışıb.
1974 – 1983-cü illərdə Azərbaycan SSR DTK-nın Qazax rayon bölməsinə rəhbərlik edib.
1983 – 1986-cı illərdə əmək fəaliyyətini Bakıda, DTK-nin mərkəzi aparatında, əks-kəşfiyyat strukturlarında davam etdirib.
1986-cı ildə hərbi xidmətdə son yaş həddinə çatması ilə əlaqədar polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.
Təltif və mükafatları
Dövlət təhlükəsizlik orqanlarında çalışdığı müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib. O cümlədən, 2016-cı ildə Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli xidməti və anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif olunub.
Ədəbiyyat
Murad Nəbibəyov (07.03.2016 10:15). "Mərdlik, cəsarət, Vətənə sədaqət və yüksək intellekt onları fərqləndirən mühüm keyfiyyətlərdəndir". http://old.xalqqazeti.com/ (azərb.). Xalq qəzeti. 29 Jul 2020 tarixində arxivləşdirilib. Şablon:Yaxşı məqalə