5.164 bayt əlavə edildi
, 23:21, 19 mart 2020
[[Kateqoriya: İ]]
{{Alim
|Adı = İbrahim Məmmədov
|Orijinal adı = İbrahim Qərib oğlu Məmmədov
|Şəkil =
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1970|10|16}}
|Doğum yeri = [[Baş Göynük]], [[Şəki rayonu]], [[Azərbaycan SSR]], [[SSRİ]]
|Vəfatı =
|Vəfat yeri =
|Vətəndaşlıq = {{USSR}}→<br/>{{AZE}}
|Milliyət = [[Azərbaycanlılar|azərbaycanlı]]
|Atası =
|Anası =
|Elm sahəsi = kimya
|Təhsili = BDU Kimya fakültəsi
|İş yeri =
|Elmi dərəcəsi = kimya üzrə elmlər doktoru
|Elmi vəzifəsi = professor
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}
'''Məmmədov İbrahim Qərib oğlu''' — [[Azərbaycan]] [[kimya]]çısı, kimya üzrə elmlər doktoru, [[Bakı Dövlət Universiteti]]nin [[professor]]u.
== Həyatı ==
İbrahim Məmmədov [[16 oktyabr]] [[1970-ci il]]də [[Şəki]] rayonunun Baş Göynük kəndində anadan olmuşdur<ref>[http://chemistry.bsu.edu.az/az/content/mmmdov_brahm_304 Məmmədov İbrahim Qərib oğlu]</ref>. 1988-ci ildə Baş Göynük kənd 2 №-li orta məktəbini əla qiymətlərlə bitirmişdir.
1988-1990-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. 1992-ci ildə [[Bakı Dövlət Universiteti]]nin kimya fakültəsinə daxil olmuş və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. Həmin il BDU-nun kimya fakültəsinin "Neft kimyası və kimya texnologiyası" kafedrasının nəzdində fəaliyyət göstərən "Alkenilfenollar və karbonilli birləşmələr kimyası" elmi tədqiqat laboratoriyasına kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 2000-ci ildən həmin kafedranın dissertantı olmuş, 2004-cü ildə "Sulfat anhidridilə aktivləşdirilmiş elektrofil reagentlərin bəzi olefinlərə birləşmə reaksiyaları" mövzusunda dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elm dərəcəsini almışdır.
1997-2007-ci illərdə "Alkenilfenollar və karbonilli birləşmələr kimyası" ETL-də kiçik elmi işçi, 2007-ci ildən həmin kafedranın [[dosent]]i, 2012-ci ildən isə [[professor]]u vəzifəsində çalışır. Kimya fakültəsinin bakalavr, magistr pillələrində "Kimya texnologiyası", "Neft və qaz əsasında texniki əhəmiyyətli maddələrin sintezi", "Neft kimyasında müasir fiziki-tədqiqat metodları", "Neft kimyası və neft kimyəvi sintez" fənləri üzrə mühazirə və məşğələ dərsləri aparır. "Nüvə Maqnit Rezonansı spektroskopiyasında müasir metodlar" (Bakı-2006, 114 s), "Neft kimyası və neft kimyəvi sintezdən praktikum" (Bakı-2007, 2018, 360 s) adlı dərs vəsaitlərinin, "Ümumi kimya texnologiyası" (Bakı-2011, 308 s), "Karbohidrogen xammalının kimyəvi emalı" (Bakı-2012, 360 s) adlı dərsliklərin, eləcə də "Dynamic NMR spectroscopy" (Moscow-2018, 226 p) adlı monoqrafiyanın müəllifidir.
2011-ci ildə "Alkenilfenollar əsasında funksionaləvəzli birləşmələrin sintezi və onlarda müxtəlif dinamik effektlərin NMR metodu ilə tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Onun elmi tədqiqatlarının ən əsas nailiyyətlərindən biri məhlul sistemlərinin Nüvə Maqnit Rezonansı (NMR) spektroskpiyasının köməyi ilə tədqiqidir. Tədqiqatlardan alınan nəticələr xarici ölkə alimlərinin də böyük marağına səbəb olmuşdur.
200-dən çox elmi əsərin, o cümlədən 10 patentin müəllifidir. Əsərləri bir sıra beynəlxalq və respublika elmi konfranslarında məruzə edilmiş, "Mendeleev Communications", "Magnetic Resonance in Chemistry", "Applied Magnetic Resonance", "Central European Journal of Chemistry", "Journal of Physical Chemistry", Journal of The Chinese Chemical Society, İranian Journal of Chemical Society, Indian Journal of Chemistry, Bulgarian Chemical Communications, Russian Chemical Reviews, "Журнал Органическая Химия", "Нефтехимия" və s. kimi jurnallarda çap olunmuşdur.
BDU-da fəaliyyət göstərən Fakültə Şurasının üzvü, Dissertasiya Şurasının katibi, kafedra həmkarlar təşkilatının sədridir.
== Təltifləri ==
BDU-nun 90 və 95 illik yubileylərində "Yuksək ixtisasli kadr hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətə görə" Azərbaycan təhsil nazirinin, eləcə də BDU rektorunun "Fəxri fərman"ları ilə təltif edilmişdir.
Ailəlidir, bir övladı var.
== İstinadlar ==
http://chemistry.bsu.edu.az/az/article/475
[[Kateqoriya:Azərbaycan kimyaçıları]]
[[Kateqoriya:Azərbaycanlı kimyaçılar]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin professorları]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]
[[Kateqoriya:Şəki rayonunda doğulanlar]]