"İsmayıl Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya: İ{{Şəxs |Adı = İsmayıl Əhmədov |Piktoqram = fizika |Orijinal adı = Hacı İsmayıl Əhmədov |Şəkil...' ilə yarat) |
(Fərqli deyil)
|
23:47, 19 mart 2020 versiyası
İsmayıl Əhmədov | |
---|---|
Hacı İsmayıl Əhmədov | |
İsmayıl Əhmədov | |
Anadan olub | 1907 |
Anadan olduğu yer | Şəki |
Vəfat edib | 1986 |
Vəfat etdiyi yer | Bakı |
İsmayıl Əhmədov — Qafqaz müsəlmanlarının X Müftisi.
Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan olub. 1916-18-ci illərdə Şəki ibtidai məktəbində, sonra şəhər məktəbində oxuyub. 1923-30-cu illərdə mədrəsə təhsili alıb. 1941-45-ci illərdə Vətən müharibəsinin iştirakçısı olub, bir çox orden və medallarla təltif olunub.
1945-67-ci illərdə Şəki şəhər məişət kombinatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə yaxın "Hacı Əcdərbəy" məscidində (Göy məscid) mollalıq edib. 1969-cu ilin mayında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin plenumunda Hacı İsmayıl Əhmədov sədr müavini – müfti seçilir. Yüksək dini savadı omayan yeni müfti öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı.
Moizə etməyə o qədər də həvəsi omayıb, lakin xoş rəftarına görə, sünni dindarların rəğbətini qazana bilib.
Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Məkkəyə gedərək, Kəbəni ziyarət edib.
O, 1986-cı ildə vəfat edib. Onun vəfatından sonra bu vəzifə 1989-cu ilə qədər boş qalıb.