"İbrahim Tağıyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Jump to navigation
Jump to search
(Səhifəni '{{Şəxs|Adı=İbrahim Tağıyev|Orijinal adı=İbrahim Tağı oğlu Tağıyev|Şəkil=|Şəkil miqyası=|Şəkil məlumat=|Digər adı=|Doğum tarixi=1894|Doğum yeri...' ilə yarat) |
(Fərqli deyil)
|
15:38, 15 avqust 2020 versiyası
İbrahim Tağıyev | |
---|---|
İbrahim Tağı oğlu Tağıyev | |
Anadan olub | 1894 |
Vəfat edib | 13 oktyabr 1937 |
Atası | Tağı |
Tağıyev İbrahim Tağı oğlu (1894 - 13 oktyabr 1937) — Sovet partiya və dövlət xadimi. Repressiya qurbanı olub.
Həyatı
1894-cü ildə anadan olub.
Təşkilati fəaliyyəti
- 1917-ci ilin fevral ayından Hümmət partiyasının üzvü olub.
- 1919-cu ilin aprelində Rusiya Kommunist (bolşevik) Partiyasının üzvü olub.
- 1919-cu ildə Tiflisdə təşviqatçılıq fəaliyyəti göstərib.
- 1920-ci ildə Azərbaycan SSR-in Tovuz qəza şurası İcraiyyə Komitəsinin sədri olub.
- Azərbaycan KP (B) Nuxanın qəza, Naxçıvanın vilayət komitəsinin, Gəncənin dairə komitəsinin məsul katibi olub.
- O həm də ZSFSR-in MİK-in katibi, ÜİK(B)P-nin Zaqafqaziya diyarə komitəsinin Derevenski şöbəsinin müdiri, Zaqafqaziya diyar komitəsinin Təşkilati şöbəsinin müdiri vəzifəsini icra edib.
- 1934-cü ildə Gəncə rayon komitəsinin 1-ci katibi, 1937-ci ilin sentyabrında isə Bakı şəhər şurasının sədr müavini olub.
- 1937-ci il oktyabr ayının 13-də güllələnib.